Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlarla növbəti səyyar qəbul rayonun Xanagah kəndində keçirilib

25 iyun 2024 | 19:49

Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir. 

Bu gün İsmayıllı rayonunun Xanagah kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.

Səyyar qəbuldan əvvəl birinci Qarabağ müharibəsi şəhidi Mirzəyev Azad Ələddin oğlunun xatirəsinə tikilmiş bulaq ziyarət olunub. Daha sonra İkinci Qarabağ müharibəsi şəhidi Babayev Kamalın onkoloji xəstəlikdən əziyyət çəkən anası evində ziyarət edilib, ehtiyacları diqqətə alınıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər