Vətəndaşlarla növbəti səyyar qəbul - rayonun Zərgəran kəndində keçirilib
Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Səyyar qəbullar zamanı sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, müvafiq tapşırıqlar verilir.
Kənd sakinləri ilə görüşdə cənab Prezident tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş layihələr və qərarlar, eyni zamanda bu istiqamətdə İsmayıllı rayonunda görülən işlər haqqında məlumat verilir.
Daha sonra sakinlərlə kəndin ümumi problemlərini müzakirə edilir.
RİH başçısı Nahid Bağırov və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilir, bir hissəsi yerindəcə həll olunur, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilir.