Vətəndaşlarla növbəti səyyar qəbul keçirilib
22 oktyabr 2026 | 16:23
İsmayıllı rayonunun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbullarının keçirilməsi davam etdirilir.
Növbəti səyyar qəbul Mücühəftəran kəndinin sakinləri ilə keçirilib. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.
Araşdırılması zəruri olan müraciətlər qeydiyyata alınıb, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, problemlərin araşdırılması və həlli istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.






