Şriftin ölçüsü :

Saytın rəngi :

Xankəndində sakinlərin müraciətləri dinlənilib

20 oktyabr 2022 | 18:02

RİH başçısı Nahid Bağırov hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonun Xankəndi kəndində səyyar qəbul keçirib.

Görüş iştirakçıları əvvəlcə Xankəndi kənd tam orta məktəbinin həyətində İsmayıllı şəhidlərinin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimində iştirak edib, bulağın önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini yad ediblər. Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.

Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox  müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər