Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar İsmayıllı rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib
26 fevral 2026 | 17:42
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirib. Görüşdə faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib, Xocalı həqiqətlərinin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı sakinlərin müraciət və təklifləri dinlənilib, onların sosial məsələlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Məlumat üçün bildiririk ki, bu günə kimə 50-ə yaxın ailə işğaldan azad olunmuş ərazilərə köçürülmüşdür.
Xocalı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayır.






