Şriftin ölçüsü :

Saytın rəngi :

YAP İsmayıllı rayon təşkilatında Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib

06 may 2022 | 10:06

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Sən elə bir zirvəsən” adlı konfrans keçirilib.
Əvvəlcə Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar edilib.


Konfransda Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.


Tədbirdə çıxış edənlər qeyd ediblər ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratdığı zaman Azərbaycanda “Olum ya ölüm” dilemmasının yaşandığı dövr idi. Bu müddət ərzində biz gündən-günə inkişaf edən, bütün dünyada durmadan siyasi nüfuzunu və iqtisadi potensialını artıran güclü, qüdrətli Azərbaycanı görürük.


Qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan ən şanlı tarixini yaşayır. Heydər Əliyev irsi, ideyaları bizə müasir dövrdə də getdiyimiz yolda uğurla bələdçilik edir. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu ənənələrə sadiq qalaraq ölkəmizin və xalqımızın parlaq gələcəyinə özünün töhfələrini verir. Biz də partiya üzvləri olaraq bundan sonra da bütün Azərbaycan xalqı kimi, dəmir yumruğun ətrafında sıx birləşərək qüdrətli Azərbaycan naminə əlimizdən gələni edəcəyik.

Keçidlər