Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində İsmayıllıda ağacəkmə davam edir

24 oktyabr 2024 | 17:15

“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində respublikamızın digər rayon və şəhərlərində olduğu kimi “Yaşıl bir dünya üçün həmrəy olaq” şüarı altında İsmayıllı rayonunda da 18-27 oktyabr tarixlərində ağacəkmə aksiyası keçirilir.

Bu gün Muğanlı-İsmayıllı avtomobil yolunun 34 kilometrliyində həyata keçirilən ağacəkmə aksiyasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH başçısının müavinləri,  aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.

Aksiya zamanı yerli iqlim şəraitinə uyğun olaraq ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Qeyd ed'k ki? aksiya müddətində İsmayıllı rayonunda 10000 ədəd ağac əkilməsi nəzərdə tutulub.

https://www.youtube.com/watch?v=vcq9UHKRzM4

Keçidlər