“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar 23 may 2024-cü il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətində maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayonda fəaliyyət göstərən idarə və təşkilatlar, RİH başçısının İƏD üzrə nümayəndəlikləri və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul işçisi Şahin Hüseynov açaraq dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən danışaraq bu sahəyə diqqətin artırılması məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə çıxış edənlər 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırış olmasından və ətraf mühitin qorunub saxlanmasının vacibliyindən söhbət açaraq gənclərdə ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması ilə bağlı maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini bildiriblər.