“Yüksəliş” müsabiqəsinin işçi qrupu ilə İsmayıllıda görüş keçirib
Heydər Əliyev Mərkəzində baş tutan görüşdə RİH başçısının müavini Sevil Əhmədova, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun üzvü Hüseyn Babayev, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və yaşı 21-51 olan rayon sakinləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Sevil Əhmədova görüş iştirakçılarını RİH başçısı Nahid Bağırovun adından salamlayaraq onları Od çərşənbəsi münasibətilə təbrik edib.
S.Əhmədova müsabiqəyə qoşulan bütün gənclərə müvəffəqiyyət arzulayaraq bu ilki müsabiqə nəticələrinin sonunda İsmayıllı gəncinin qalib gələcəyinə böyük inamı olduğunu bildirib. Daha sonra Hüseyn Babayev müsabiqə haqqında görüş iştirakçılarına məlumat verib, müsabiqə barədə verilən sualları cavablandırıb. Görüşdə III “Yüksəliş”müsabiqəsinə qeydiyyatdan keçən gənclərə köməklik göstərilib.