Zəfər gününə həsr edilən tədbir keçirilib
Dağlıq Şirvan Regional İdarəsi tərəfindən İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr edilən tədbir keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Yeni Azərbaycan Partiyasının İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin və idarənin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorların əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirdən öncə İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin Zəfər gününə həsr edilmiş əl işlərindən ibarət sərgiyə tamaşa edilmişdir.
Daha sonra tədbirdə İsmayıllı rayon ümumtəhsil məktəblərinin və İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən böyük zəfərimizə həsr edilən şer və mahnılar səsləndirilmiş, ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir.






