Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində qeyd edilib
Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin də tədbiri keçirilib. Tədbir zamanı Azərbaycanın səhiyyə sahəsində böyük töhfələri olan Zərifə xanımın əziz xatirəsi dərin hörmətlə yad edilib.
Zərifə xanım Əliyeva yalnız görkəmli alim deyil, eyni zamanda, öz xalqının sağlamlığı üçün mühüm işlər görən və Azərbaycan qadınına xas yüksək əxlaq və mərhəmət nümunəsi olan şəxsiyyətdir. Onun elmi fəaliyyəti səhiyyə sahəsinin mühüm inkişaf yolu keçməsinə səbəb olub.
Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini geniş müzakirə edib, bir vaxtlar onun tələbəsi olmuş həkimlər onunla bağlı unudulmaz xatirələrini bölüşüblər.