Aşıqbayramlı kəndi
Aşıqbayramlı kəndi
Aşıqbayramlı kəndi İsmayıllı – Qərəməryəm yolunun üstündə Burnovuldağ silsiləsinin ətəyində Dəvəbatan çayının sahilində yerləşir.
Kəndin ilk adı Dəvəbatan olmuşdur.
XIX əsrin ikinci yarsında, 1859-1864 ci illərdə Bakı quberniyasının Şamaxı qəzasında yaşamış, mənşəcə indiki Quba rayonundakı Hapıt kəndindən çıxmış ailələrin Dəvəbatan kəndində məskunlaşması nəticəsində yaranmışdır.
Aşıq Bayram adlı bir şəxsə mənsub olan ailələr onun adı ilə Aşıqbayramlı adlanmış, sonralar bu ad kəndə verilmişdir. 1886- cı ildə çar Rusiyasi tərəfindən qeydə alınan 41 ailədə 354 nəfər əhali yaşamışdir.
Hal hazırda əhali 885 nəfər olmaqla 222 təsərrüfatdan ibarətdir.
Aşıqbayramlı kəndində yaşayan əhali kənd təsərrüfatı, əkinçılık və heyvandarlıqla məşğul olurlar.
XX-əsrin birinci yarsında kənddə tikilən məktəb binası 1981-ci ildə baş vermiş zəlzələ nəticəsində uçduğundan 1981-83-cü illərdə yeni birtipli, müasir məktəb binası tikilmişdir.
Alman faşizmi üzərində qələbənin 40 illiyi münasibətilə 1985- ci ildə qurulmuş abidə və şəhid Qəşəm Məmmədovun büstü məktəbin ərazisində ucaldılmışdır.
Kəndin adı ilə adlandırılan Aşıqbayramlı su anbarı 74 ha sahədə 1900 ha sahənin suvarılıması məqsədi ilə 1952 ci ildə tikilib istifadəyə verilmişdir.
1962-ci ildə tikilən kənd klubu 2013-cü ildə əsaslı təmir olunaraq tam yararlı hala salınmış, mebel və texniki avadanlıqlarla təmin olunmuşdur.
2009-cu ildən kənd qaz yanacağı ilə təmin olunmuşdur.
İstehsal müəssisələri: - Pendir sexi (Talış pendir) gündəlik 600 kq pendir istehsal olunur , 2017-ci ildə sexin gündəlik istehsal gücünün, sahibkar Nizami Bağırov tərəfindən artırılaraq 1500 kq-a çatdırılması nəzərdə tutulur. – 2010-cu ildən ərazimizdə fəaliyyət göstərən inkubator sexindən hər il əhaliyə 75000 baş cücə satılır.
-Üzüm sortlarının çoxluğu, əlverişli iqlim şəraiti imkan verir ki, əhali kişmişi və üzüm qurusu istehsalı ilə məşğul olsun. İstesala başlamaq üçün ASPİLAND MMC və Kənd MMC-nin rəhbərliyi ilə danışıqlar apararaq razılıq əldə olunacaq.
Aşıqbayramlı kəndi İnzibati Ərazi vahidinin mərkəzi olmaqla , əraziyə Talış, Qarakolluq, Hapıtlı kəndləri daxildir.
Aşıqbayramlı İƏD üzrə nümayəndəliyə daxil olan kəndlər dörd şəhid vermişdir.
Tanınmış şəxsiyyətlər:
- Səməd Mehdi oğlu Səmədov - ədliyyə polkovniki;
- Tofiq Xəlil oğlu Əliyev - “Əməkdar həkim”;
- Koroğlu Vəzir oğlu Babayev - “Əməkdar mühəndis”;
- Həmid İbrahim oğlu Osmanov -fizika-riyaziyyat elmləri doktoru;
- Rəna Fikrət qızı Babayeva fizika-riyaziyyat elmləri doktoru;
- Sabir Soltan oğlu Soltanov - polis polkovniki;
- Azər Feyruz oğlu Muradov - polis polkovniki;
- Fuad Rafiq oğlu Əliyev - polkovnik;
- Vəfa Keser ( Səlimova) - Kanada McGill Universiti.Elmlər doktoru.
Talış kəndi
Talış ( Quba, İsmayıllı, Ağdərə, Hacıqabul, Şəmkir rayonları), Talışlar (Ağdam rayonu), Talışnuru (Qobustan rayonu) yaşayiş məntəqələrin adı talış etnonimi ilə əlaqədardır. Kəndin qədim yerli əhalisi olan talışların adıyla adlandırılmışdır. Qızılbaş tayfa ittifaqında yeganə fars dilli tayfa olan talışlar Səfəvilərin hakimyyətə gəlməsində müəyyən rol oynamışlar. Bu xidmətlərinə görə Səfəvi hökümdarları sonralar onlara Azərbaycanın ayrı-ayrı yerlərində müəyyən ərazilər vermişlər. Talış kəndi İsmayıllı- Qaraməryəm yolunda dağətəyi ərazidə Dəvəbatan çayı sahilində yerləşir.
Əhalisi: 335 nəfər olmaqla 76 təsərrüfatdan ibarətdir.
Qarakolluq kəndi
Burada qara sözü sıx qalın, kecilməz mənasındadır. Yəni oykonim sıx kol, böyük, böyük kollu sahə, kecilməz kol mənasında işlənmişdir. Kənd Dəvəbatan çayının sol sahilində yerləşir.
Əhalisi: 249 nəfər olmaqla 74 təsərrüfatdan ibarətdir.
Hapıtlı kəndi
Kənd XIX əsrin ortalarında Şamaxı qəzasında yaşamış, mənşəcə indiki Quba rayonundakı Hapıt kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Dağətəyi ərazidə Dəvəbatan çaynın sağ sahilində yerləşir.
Əhalisi: 195 nəfər olmaqla 38 təsərrüfatdan ibarətdir.