Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovka və külüllü kədləri

                                 İsmayıllı rayonu İvanovka kəndi

                                    
   İvanovka kəndinin əsası 1847-ci ildə qoyulub. İlk sakinləri molokanlar olub. Onlar xaçpərəst olmadıqları üçün, xaça inanmadıqları üçün onları Qafqaza sürgün etmişdilər. Onlar bir tək ALLAHIN varlığına inanırlar.
   İvanovka kəndinin əsasını xristian İvan Perşin qoymuşdur. Molokanlar çox böyük əziyyət və çətinliklərlə yeni həyatlarını qurdular və qısa zaman ərzində azərbaycanlılarla dostluq əlaqələrini qurmağı bacardılar.
   İvanovka kəndi Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında, şimal-qərbdə maili şəkildə yerləşir.
   İlk vaxtlardan xristianlar əkinçiliklə, heyvandarlıqla və bitkiçiliklə məşğul olmağa başladılar. Çox çətin yaşayırdılar. İlk vaxtlarda su yox idi. 1933-cü ildə Qalabatay dağlarından kəndə su çəkildi.
   1930-cu ildə kolxoz quruldu, hansı ki, bu günədək qorunub saxlanılıb. Kolxoz Nikolay Vasilyeviç Nikitinin adını daşıyır. N.V.Nikitin zəhmətsevər olub. O, 1994-cü ilədək, yəni 41 il kolxozu idarə edib. Bu dövr ərzində o, kəndi və kənd sakinlərini çox yüksək səviyyəyə qaldırmağı bacarmışdır.
   N.V.Nikitin Ümumilli Lider Heydər Əliyevlə çox yaxın dost olmuşdur. Heydər Əliyev 1981-ci ildə İvanovka kəndinə gəlmiş və burada kənd təsərrüfatı seminarı aparmışdır. Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci və 2009-cu illərdə İvanovka kəndinə gəlmişdir.
   İndiki dövrdə İvanovka kəndində 822 təsərrüfat mövcuddur. Əhalisi 2720 nəfər təşkil edir.
   Sosial binalar
   İvanovka ərazisində 15 çarpayılıq yeni xəstaxana,2006-cı ildə tikilmiş 780 nəfərlik yeni müasir məktəb binası, poçt, elektron ATS, telestansiya, uşaq bağçası var.
    Kolxoz binaları
   3 ərzaq dükanı,2 dəyirman, günəbaxan yağı istehsal edən zavod,süd məhsullarının istehsalı üçün sex, asfalt və kərpiç zavodu, yeməkxana, maşın-traktor parkı, maşın dayanacağı var. . Bənzəri olmayan mədəniyyət sarayı mövcuddur.
    Molokanların ənənələri
   Molokanlar  İsmayıllı rayonuna tez bir zamanda uyğunlaşdılar və yerli camaatla dil taparaq dostluq əlaqələrini qurdular. Azərbaycan molokanları zəhmətkeş, xeyir sevən insanlardır. Onlar yerli camaat kimi donuzu haram heyvan kimi qəbul edirdilər. Azərbaycanlılarla,ləzgilərlə və Azərbaycanda yaşayan digər ruslarla tez bir zamanda dil taparaq,onlara qaynayıb qarışdılar.
   Müharibə dövründə zəif məhsulu olan ildə molokanlar 500-dən çox azərbaycanlını aclıqdan xilas edərək, öz qidalarını onlarla paylaşmışdılar. Əvəzində xilas olmuş insanlar 50-ci illərin əvvəllərində öz qidalarını ac molokanlarla bölüşmüşdülər.
   İvanovka kəndinə gəlmək çox asandir. Burada şumlanmış torpaqlar,üzüm bağları,rus evləri vardır.  Bura gələn zaman molokanların bu səliqə-səhmanı qarşısında təəccüblənməmək olmur. Onlar tanıdıqları və tanımadıqları insanlarla salamlaşır,hal- əhval tuturlar. Molokanlar Azərbaycanda öz adətləri üzrə yaşayırlar. Onlar əkin əkməyə,torpaq şumlamağa və s işlərlə məşğul olmağa davam edirlər. Hər şeyi öz əlləri ilə edirlər. Ev tikmək, paltar hazırlamaq, qab-qacaq düzəltmək və s. kimi şeyləri ozləri edirlər.
                             

 

                                           İsmayıllı rayonunun Külüllü kəndi


   Əvvəllər Külüllü kəndi Kürdəmir rayonuna aid idi, daha sonra Ağsu rayonunun tərkibinə daxil edildi.
   Külüllü kəndinin sakinləri Rusiyadan-Volqoqraddan, Saratovdan, Voronejdən gəlmiş molokanla olub. Onlar palçıqdan hazirlanmış kərpiç evlərdə yaşayırdılar. Təsərrüfatla məşğul idilər. Çox da yaxşı yaşayırdılar.  Rəsmi olaraq Külüllü kəndinin əsası 1924-cü ildə qoyulub. Sakinləri əkinşiliklə məşğul olurdular. Kolxoz vardı.
   Sovet dövründə bu kolxoz Kalinin adını daşıyırdı. Əkinçilik, üzümçülük, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq yaxşı inkişaf etmişdir.
   1942-ci ildə kəndə qoyunçuluğun inkişafı ilə məşğul olan 2 Ləzgi ailəsi gəlmişdir.
   1947-ci ildə ilk artezian quyusu qazılıb. Suyu 6.5 metr dərinliyindən çıxarırdılar.
   O dövr üçün kənd əhalisi 300 nəfər təşkil edirdi. Kolxoz sədri Kazakov Vasiliy Vasilyeviç idi.
   1957-ci ildə Külüllü kəndinin Kalinin adına kolxozu ilə İvanovka kəndinin Voroşilov adlı kolxozu birləşdirildi və Kalinin adına kolxoz oldu. Kolxoz sədri isə N.V.Nikitin oldu.
   1996-cı ildə Külüllü torpaqları kənd sakinləri arasında bölüşdürüldü və hər kəs pay torpağına sahib oldu. Lakin ivanovkalılar kolxoz təsərrüfat formasını qoruyub saxladılar.
   Hal-hazırki  dövrdə kənd əhalisinin sayı 203 nəfər təşkil edir. 38 təsərrüfat mövcuddur
   Külüllü kənd sakinləri öz torpaqlarını əkib- becərməklə məşğuldular. Zəhmətsevərdilər. Torpağın hər santimetrini şumlayıb-əkirlər. Gübrə verirlər. Toxumları tez-tez dəyişirlər. Mal-qara və quşçuluqla da məşğuldurlar.  Külüllü İvanovka İƏD-ə daxildir.
Molokanlar zaman-zaman kənddən köçüb gediblər. İndi burada  azərbaycanlılar    yaşayırlar.
   2014-cü ildə Külüllü kəndində yeni müasir məktəb binası tikilmişdir. 2016-cı ildə növbəti artezian quyusu qazılmışdır. Sakinlər tam olaraq təmiz su ilə təmin olunublar.

Keçidlər