Sulut, Kələzeyvə, Sərsurə, Qıçatan kəndləri
Sulut kəndi
Sulut kəndi Azərbaycanın dilbər guşələrindən biri olmaqla İsmayıllı rayonunun ən qədim kəndlərindən biridir.
Buradakı qədim abidələr bunu aydın göstərir. Sərin bulaqlar,ətrafa baxdıqca uzanan meşələr, dağlar haqqında xalq arasında çoxlu əfsanələr yaşayır. Belə əfsanələrdən biri G.Paşayevn “Yaşayan əfsanələr” kitabında qələmə aldığı “Ustanın qarğışı” əfsanəsidir.
XII əsr xəritələrində adı çəkilən Sulut kəndi Azərbaycanın ilk insan məskənlərindən biridir.
“Sulut” toponomi haqqında müxtəlif mülahizələr irəli sürülür. Sulut sözünün mənasını monqolca “daşlı”, “sulu” yer kimi izzah etmək olar. Həqiqətən də kəndin ərazisi daşlı, çınqıllı sulu sahələrdən ibarətdir.
Kənd rayon mərkəzindən 45 km şərqdə dağlar əhatəsindədir. Kənd əhalisi əsasən heyvandarlıq və bağ –bağatla məşğuldur.
Sulut kəndində orta əsrlərə aid zəngin maddi mədəniyyət abidələr, yaşayış yerləri, buzxana (ovdan)XVIII əsrə, Qırxotaq ( XII əsrə aid edilir), qıcılıq adlı yerdə qala , məqbərə,qədim qəbristanlıq, gümbəz və tarixi abidələr vardır. E.ə II minilliyə aid Xirəki qalası və s. qalalar vardır. Sulut kəndinin şimalında Xirəki adlanan yerdə müdafiə sədlərinin qalıqları, hərəm qalası və qırxotaq qəsri, Fit qalası yerləşir, Fitdağ Sulut kəndi ərazisində olub dəniz səviyyəsindən hündürlüyü 1810 metrdir. Vaxt ilə mühüm strateji əhəmiyyətə malik olub, Şirvanşahların yay iqamətgahı və sığınacağı bu dağda yerləşirmiş (1796-1810- cu illərdə Mustafa xan Şamaxı xanlığını bu şəhərə köçürmüşdür). Fitdağda “Qanlı qaya” adlanan ərazidə orta əsrlərə aid tikli qalıqları, hamam yeri, meydançalar və s. tikililər vardır.
Arxeoloji qazıntılar zamanı Sulut kəndi ərazisində,zəngin maddi mədəniyyət nümunələri, saxsı qab qırıqları, XIII-XV əsrlərə aid mis və gümüş sikkələr və Sanqalan kəndi yaxınlığında antik dövr yaşayış yeri və qəbbiristanlıqların, olması tarixi ədəbiyyatda bu ərazi Azərbaycanın qədim şəhərlərindən biri kimi göstərilir.
Kənddə ilk dünyəvi məktəb 1918-ci ildə açılmışdır. Məktəbin yetirmələri arasında Sovet İttifaqı qəhrəmanı Bəhyəddin Şahvəddin oğlu Mirzəyev, Ədliyyə general leytnantı Əfəndiyev Xəlil Sədrəddin oğlu, geologiya minerologiya elmləri doktoru ADU-nun professoru Rizvan Xanəmi oğlu Piriyev, riyaziyyat elmləri namizədi ADU-nin dossenti Əfəndiyev Hüseyin Sədrəddin oğlu, ATU-nin dossenti tarix elmlər namizədi Kərimov Əziz Heybət oğlu, fizka riyaziyyat elmləri namizədi Soltanov Bəhram Şəfisoltan oğlu, kimya elmləri namizədi Heydərov Əlyar Səftər oğlu , tarix elmləri namizədi Osmanov Fazil Lətif oğlu və Azərbaycan Ali Sovetinin deputatları Yaşar Hacıyev , Vidadi Quliyev olmuşlar.
Azərbaycanın görkəmli şairi M.Hadi uşağlığını bu kənddə keçirmişdir.
Sulut
(Fikrət Qoca ).
1988 – ci ildən erməni təcavüzkarları Azərbaycana qarşı başlamış olduqları müharibədə Sulut , Kələzeyvə kəndlərinin onlarla gənci iştirak etmiş, döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşlar. Kənddə 2 nəfər Böyük Vətən müharibəsi, 10 nəfər qarabağ müharibəsi əlili vardır.
Kənddə orta məktəb, mədəniyyət evi, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərir. Gözəl təbiəti , tarixi abidələri, buz bulaqları , mənzərəli çay və dağları olan Sulut kəndinin sakinləri hər zaman qonaqpərvərilkləri ilə seçilmişlər.
Sulut kəndində 144 ev, 134 təsərrüfat, 390 nəfər əhali mövcuddur.
Kələzeyvə kəndi
Kələzeyvə kəndi Sulut kənd İƏD üzrə nümayəndəliyin ərazisində yerləşən qədim tarixə malik olan kəndlərdən biri kimi tanınır. Kələ sözü fars dilində böyük yaşayış məntəqəsi mənasını verir. Zeyvə sözü isə ərəb dilindəki “zaviyə” sözündən olub hücrə, ibadətgah, guşə mənasını bildirir. Zeyvə adlı məntəqələr adətən İslam dininin tüğyan etdiyi vaxtlarda ömrlərini ibadətlə keçirən ruhanilər üçün salınmış yaşayış məntəqələridir. Buradakı qədim qəbristanlıq e.ə VI əsrə aid olduğu ehtimal olunan məqbərə kəndin qədim tarixə malik olduğunu sübut edir.Hətta ətraf kəndlərdə rəhmətə getmiş şəxslərin burada dəfn edilməsi bir daha onu göstərir ki, Zeyvə ətrafda olan kəndlərdən daha böyük yaşayış məntəqəsi olmuşdur.
Şirvan hakimlərinin adı ilə bağlı abidələrdən biri də Zeyvə türbəsidir. “Azərbaycan arxitektura tarixi” adlı monumental əsərdə Zeyvə türbəsi barədə kifayət qədər ətraflı məlumat var. Formaca səkkiz guşəli olan bu türbə Zeyvə kəndindəki qədim qəbristanlıqda yerləşir. Giriş qapısından sol tərəfdəki xatirə yazısından məlum olur ki, türbə XIX əsrin birinci yarısında Mustafa xanın ailə üzvlərindən birinin qəbri üzərində tikilib. Türbənin hündürlüyü altı metrdir. Tikintinn inşaat həlli Şirvan arxitekturasının ən yaxşı nümunələri səviyyəsindədir. Onu da əlavə edək ki, Zeyvə türbəsinin tikildiyi vaxtdan uzun zaman keçməsinə baxmayaraq , demək olarki elə bir ciddi dağıntıya məruz qalmayıb.
Kəndin mərkəzində yerləşən XVII əsrə aid iki mərtəbəli məscid bu günə kimi qalmaqla yanaşı uzun illərdirki məktəb kimi fəaliyyət göstərir.
Kənd əhalisi əsasən heyvandarlıq və bağ- bağat işləri ilə mşguldurlar. Kənd ərazisində bir neçə bulaq vardır ki, bu bulaqların suyu xüsusən də yay aylarında sərinliyi ilə seçilir. Kəndin dörd bir yanı dağlardan və meşələrdən ibarətdir. Zeyvənin üst hissəsində bu dağların qoynunda gözəl mənzərəsi olan şəlalə göz yaşı kimi şəffaflıqla axaraq kəndin içərisindən keçən Zeyvə çayına tökülərək Sulut çayına qovuşur.
Kənd əhalisi hər zaman qonaqpərvərliyi ilə yanaşı qəhrəmanlıqları ildə seçilmişlər. Bunun nəticəsi olaraq kəndin Böyük Vətən müharibəsi iştirakçıları, Qarabağ müharibəsi iştirakçıları və bu döyüşlərdə vətən üçün canlarından keçən şəhidləri vardır.
Kələzeyvə kəndinində 62 ev, 71 təsərrüfat, 233 nəfər əhali mövcuddur.
Sərsurə kəndi
Sərsurə kəndi Sulut kənd İƏD üzrə nümayəndəliyin ərazisində dağətəyi yerdə yerləşir. Toponim tat dilində sər (baş üst ) və surə (bulaq, mənbə) sözlərindən ibarət olub , bulaq üstü, bulaq başı mənasındadır.
Kəndin adı ərazisindəki gur sulu bulaqlarla əlaqədardır.
Rəvayətə görə Mustafa xan Sulutdan Sərsurəyə ordan Xan kəndi, Basqal, Zərgəran və Şəbiyan kəndlərinə gəlib və uzun yol qət edərək kür çayını keçir. Bu vaxt Abbas Mirzə dayısını göndərir ki, Mustafa xanı qarşılasın və onun adından Təbrizə dəvət etsin .Onu da qeyd edək ki, Abbas Mirzə Şirvan xanına Rusiya ilə sərhəd zonasında iki mahal bağışlayır və onu 500 nəfərlik atlı türkdən ibarət mühafizə dəstəsi ilə təmin edir. Deyilənlərə onu da əlavə edək ki rusların qüvvələri müdafiəsiz qalan Fit qalasına yalnız bir sutkadan sonra daxil ola bilir. Buda Sərsurə kəndinin qədimliyinə bir işarədir.
Sərsurə öz qonaqpərvərliyi ilə seçilən kəndlərdən biri olaraq Sulut çayı sahilində olan qədim yaşayış məntəqəsidir.
Sulut , Kələzeyvə kənd sakinləri kimi Sərsurə kənd sakinləri də Respublikanin İdarə və müəsissələrində o cümlədən Hüquq mühafizə orqanlarında şərəf və ləyaqətlə Azərbaycan Respublikasına xidmət göstərirlər.
Sərsurə kənd əhalisi əsasən heyvandarlıq və bağ-bağat işləri ilə məşğul olur.
Sərsurə kəndində 53 ev, 55 təsərrüfat , 211 nəfər əhali mövcüddur.
Tarixin nə qədər yazısı vardır?
Hər saxsı parçası, hər məzar daşı
Nəsildən nəsilə bir yadigardır.
Qıçatan kəndi
Qıçatan kəndi Sulut kənd İƏD üzrə nümayəndəliyin ərazisində olan qədim kəndlərdən biridir.
Kənd Sulut və Basqal kəndləri yaxınlığında yerləşir. Xalq yozumuna görə kəndin gediş gəliş yollarının uzaqlığı çətinlik yaradırmış. Odur ki , insanın bədən üzvlərindən biri olan ayaq (qıç ) atmaqla yol qurtarmazmış . Ona görə də el arasında kəndə Qıçatan adını verirlər.
Lakin toponimin elmi izzahına gəldikdə , görünür ki, toponim monqol dilindəki qıçat ( hakim üçün səhər yeməyini təşkil edənlərin başçısı) sözündən və fars dilindəki- an cəm şəkilçisindən ibarətdir.
Kəndin adı ehtimal ki, monqol işğalları dövründə (XVIII əsr) bu ərazidə məskunlaşmış qıçatların adındandır.
Qıcatan kənd əhalisi 1918-ci il mart soyqırımı zamanı erməni qəsbkarlarının hücumuna məruz qalmış və vəhşicəsinə öldürülmüşdür. Ermənilərin amansızcasına törətdikləri bu hadisələr zamanı 71 nəfər Qıçatan kənd sakini bu vəhşiliklərin qurbanı olmuşdur.
Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Hal hazırda Qıçatan kəndində bir ibtidai məktəb fəaliyyət göstərir.