Hesabat 2021
2021-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2022-ci ildə qarşıda duran
vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı N.R.Bağırovun
h e s a b a t ı
2021-ci il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş, ölkənin dayanıqlı inkişafı təmin edilmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi zəfərdən sonra Azərbaycan yeni bir inkişaf yoluna qədəm qoymuşdur. 2021-ci ildə respublikada eyni zamanda bütün bölgələrdə yüksək nəticələr əldə olunmuşdur. Aparılan sosial-iqtisadi siyasət, həyata keçirilən islahatlar, icra olunan iri tutumlu layihələr nəticəsində Azərbaycan özünün uzunmüddətli dayanıqlı inkişafını təmin etmişdir.
Respublikamızın inkişafı fonunda 2021-ci ildə rayonumuzun iqtisadiyyatı daha da inkişaf etmişdir. Fəaliyyətimizi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, tövsiyə və tapşırıqlarının icrasına yönəldərək, rayonumuzda tikinti, abadlıq və quruculuq işləri davam etdirilmiş, sənayenin, kənd təsərrüfatının və turizmin inkişafı ilə bağlı yeni layihələrin rayonumuza cəlb edilməsi və həyata keçirilməsi istiqamətində xeyli iş görülmüşdür. Bütün bunlar rayonumuzun inkişafına, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsi və yaşayış səviyyəsinin yaxşılaşmasına müsbət təsirini göstərmişdir.
2021-ci ildə İsmayıllı rayonu üzrə əsas iqtisadi göstəriciləri yüksək olmuşdur. Əsas kapitala 48 milyon 26 min manat investisiya qoyulmuşdur ki, bunun 39 milyon 656 min manatı (82,6 faizi) dövlət sektoru, 8 milyon 370 min manatı (17,4 faizi) isə özəl sektor tərəfindən həyata keçirilmişdir. Vəsaitin 37 milyon 597 min manatı (78,3 faizi) tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
Hesabat dövründə rayonda faktiki qiymətlərlə 274 milyon 651 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43 milyon 238 min manat çoxdur. İqtisadiyyatın əsas sahələri üzrə real ifadədə 2020-ci illə müqayisədə kənd təsərrüfatında 0,3 faiz, informasiya və rabitədə 12,7 faiz , tikinti-quraşdırma işlərində 53,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 2 dəfə, ticarətdə 4,3 faiz artım qeydə alınmış, sənaye istehsalında 10,3 faiz geriləmə müşahidə olunmuşdur. Dünyada və ölkəmizdə baş vermiş pandemiya ilə əlaqədar iqtisadiyyatın bəzi sahələrində geriləmə aradan qalxmağa başlamış və artıq əksər sahələrdə artım tempi müşahidə olunmuşdur.
Hesabat dövründə əhaliyə göstərilən pərakəndə ticarət dövriyyəsi 4,3 faiz yüksələrək 227 milyon 359 min manata çatmış, keçən illə müqayisədə 23 milyon 4 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 23 milyon 919 min manat təşkil etmişdir.
2021-ci il ərzində faktiki qiymətlərlə 19 milyon 906,6 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə nominal ifadədə 5428,3 min manat çoxdur. Real ifadədə isə sənaye məhsul istehsalı 10,3 faiz azalmışdır.
Rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Kənd təsərrüfatı əsasən bitkiçilik və heyvandarlıq sahələrindən: bitkiçilik sahəsi taxılçılıq, kartof istehsalı, tərəvəz, meyvə, üzüm, yem bitkiləri sahələrindən, heyvandarlıq sahəsi isə iribuynuzlu maldarlıq, qoyunçuluq, quşçuluq, qismən donuzçuluq və arıçılıq sahələrindən təşkil olunmuşdur.
2021-ci ilin məhsulu üçün 2020-cu ilin payızında 22665 hektarda buğda (+1.38%), 7712 hektarda dən üçün arpa (+3,52%), ümumilikdə 30559 hektar payızlıq taxıl (+2,12%), 100 hektar dən üçün qarğıdalı (+3,12 dəfə), 82 hektar dən üçün vələmir (-3,53%)- cəmi 200 hektar yazlıq dənlilər əkilmişdi ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65 hektar və ya 36 % artıq olmuşdur.
Əkinlərin əvvəlki ilə nisbətən xeyli az hissəsi mineral gübrələrlə gübrələnmiş, mineral gübrələrin qiyməti kəskin bahalaşdığı üçün fermerlərin gübrə almağa imkanı olmamışdır. Sahələrə 2500 tondan artıq fosforlu kompleks gübrələr verilmişdir 7127 hektarda gəmiricilərə, 3757 hektarda taxıl ziyanvericilərinə, 3212 hektarda dənli bitkilərin xəstəliklərinə, 750 hektarda digər ziyanvericilərə qarşı mübarizə tədbirləri aparılmışdır.
Fermerlərimiz və mexanizatorlar məhsulu minimum itki ilə toplamaq üçün bütün təhlükəsizlik tədbirlərinə əməl edərək 7712 hektar sahədə arpa, 22665 hektar sahədə isə buğda biçinini başa çatdırılmış, zəmilərdən 24369.9 ton arpa, 82047.3 ton buğda məhsulu toplanmışdır. Rayon üzrə hər hektardan buğdanın orta məhsuldarlığı 36.2 sentner/ha, arpanın orta məhsuldarlığı 31.6 sentner/ha olmuşdur. Payızlıq dənlilərin ümumi məhsuldarlığı 34.9 sentner /ha olmuşdur. Növbəti ilin məhsulu üçün biçindən sonra proqnozlaşdırılmış 30 min hektara qarşı 32062 hektarda şum çıxarılmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 387 hektar, yəni 2 % artıqdır. 2022-ci ilin məhsulu üçün 22495 hektarda buğda, 8547 hektarda arpa, ümumilikdə 30822 hektar dən üçün payızlıq dənli bitkilərin səpini başa çatdırılmış və 220 hektar xəsil üçün arpa səpilmişdir. Gübrələrin həddindən artıq bahalaşması fermerləri gübrəsiz səpin aparmaq məcburiyyətində qoymuşdur. İlin sonunadək 7088 fermer tərəfindən 15499 hektar buğda, 10251 hektar arpa, 65 hektar vələmir, 301 hektar göy noxud, 208 hektar yonca, 178 hektar alma, 145 hektar süfrə üzümü, 631 hektar texniki üzüm, 98 hektar badam, 45 hektar fındıq, 170 hektar qoz bağları olmaqla cəmi 27766 hektar əkin sahəsi bəyan edilərək subsidiyaya müraciət olunmuşdur. 2022 – ci ilin məhsulu üçün əkilmiş taxıl sahələrindən seçmə üsulla 537 əkin üzrə monitorinq aparılması proqnozlaşdırılmışdır.
2021-ci ilin məhsulu üçün 344 hektar yazlıq paxlalı bitkilər, 976 hektar kartof, 753 hektar tərəvəz, 80 hektar yonca, 359 hektar yaşıl yem məqsədilə xəsil, 300 hektar günəbaxan, 45.8 hektar şəkər çuğunduru, 15 hektar tütün, 11 hektar xaşa olmaqla cəmi 2828 hektar yazlıq bitkilər əkilmişdir. Ötən il ərzində 934.8 ton yaşıl noxud və ərzaq noxudu, 225 ton vələmir, 601 ton dən üçün qarğıdalı istehsal edilmişdir.
2021-ci ildə 30 hektar sahədə təkrar qarğıdalı (20 hektar dən, 10 hektar yaşıl yem məqsədilə) əkilmiş, həmin sahələrdən 160 ton dən, 71 ton yaşıl yem istehsal edilmişdir. Bu il ilk dəfə olaraq 45.8 hektar sahədə şəkər çuğunduru əkilmiş, 1337.8 ton məhsul istehsal edilərək şəkər zavoduna təhvil verilmişdir.
31 dekabr 2021-ci il tarixə 7138 ton tərəvəz, 6516 ton meyvə-giləmeyvə, 14611 ton kartof istehsal olunmuşdur. Quru tütün istehsalı isə 30 ton proqnozlaşdırılması müqabilində bu günədək 40 ton 636 kq-a çatdırılmış, proqnoza 136 % əməl edilmişdir.
Qax Damazlıq İpəkçilik Stansiyasından 132 qutu barama qurdu gətirilərək 51 kümçüyə paylanmışdır. 16 kümçüdə barama sonuncu yaş mərhələsində məhv olmuş və bu səbəbdən də barama istehsalı cəmi 2265 kiloqram olmuş, proqnozlaşdırılan 5280 kq-qarşı 43 % məhsul istehsalı proqnozuna əməl edilmişdir. Əvvəlki ildə bu rəqəm 451.3 kiloqram olmuşdur, əvvəlki illə müqayisədə cari ildə barama istehsalı 5 dəfə yüksək olmuşdur. İstehsal olunmuş barama Şəki-İpək ASC-yə təhvil verilmişdir.
Məlum olduğu kimi 27 iyun 2019-cu il tarixli Fərmana əsasən kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının yeni qaydaları təsdiq edilmişdir. 2020-ci ildən subsidiyalar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən verilir.
Rayonun İsmayıllı şəhəri, Talıstan və Diyallı kəndlərinin ərazisində intensiv becərmə texnologiyalarına əsaslanan sənaye üsulu ilə yüksək məhsuldar super-elit və elit toxumla 315 hektar sahədə kartof əkilmişdir. Kartof sahələrindən ümumilikdə 14611 ton məhsul yığılmışdır ki, bu da əvvəlki ildəkindən 129 ton çoxdur .
Son illərdə rayonumuzda açıq sahə və qismən də örtülü sahə tərəvəzçiliyi də inkişaf etdirilir. Cari ildə 44 hektar bibər, 8 hektar badımcan, 65 hektar kələm, 159 hektar pomidor, 66 hektar sarımsaq, 58 hektar soğan, 194 hektar xiyar və 159 hektar digər tərəvəzlər olmaqla 730 hektar (-36 ha) açıq sahədə tərəvəz əkilmişdir. Rayon ərazisində 8523 kvadratmetr sahəni əhatə edən 81 istixanada göyərti, pomidor və xiyar məhsulu əkilmişdir. Ümumilikdə tərəvəz sahələrindən 7138 ton məhsul yığılmışdır. O cümlədən Diyallı kəndində isidilməyən parnik təsərrüfatında moruq, böyürtkən və açıq sahədə qarağat da yetişdirilir.
Rayonda ənənəvi sahə olan və əhalinin əsas gəlir mənbəyi hesab olunan meyvəçilik də inkişaf edir. 2021-ci il ərzində 0.31 hektar xurma, 0.5 hektar alma, 3 hektar armud, 1.8 hektar heyva, 1.3 hektar gilas, 5.4 hektar badam bağı, 4.0 hektar qoz və 9.2 hektar fındıq bağı olmaqla cəmi 48 hektar yeni meyvə bağı salınmışdır. Bu günədək 911 hektar məhsuldar meyvə bağlarından 9586 ton meyvə tədarük edilmiş, məhsuldarlıq 103.3 sentner/ha olmuşdur. 1089 hektar mövcud üzüm bağından 1006 hektarı barverən bağlardır. Üzüm bağlarının hər hektarından orta hesabla 26.9 sentner olmaqla cəmi 2711 ton üzüm məhsulu toplanmışdır.
01 yanvar 2022-ci il tarixə rayonda iribuynuzlu mal-qaranın baş sayı 40790 baş, qoyun-keçilərin baş sayı 147436 baş, donuzların baş sayları 139 baş olmuşdur. 2021-ci il ərzində rayonda 36558 ton süd (+65 ton), 5445 ton diri çəkidə ət (+5 ton), 10 milyon 676 min ədəd yumurta (+32 min ədəd), 391 ton yun ( -19 ton), 146 ton bal istehsal olunmuşdur.
2021-ci il ərzində əhaliyə məxsus 4881 baş iribuynuzlu malda süni mayalama tədbiri aparılmış, 2128 baş sağlam buzov alınmışdır. Süni mayalama yolu ilə 2021-ci ilin yanvar- noyabr aylarında alınmış 1719 baş buzova görə 171900 manat subsidiyanın istehsalçılara
ödənilməsi təmin olunmuş, dekabrda doğulmuş buzovların məlumatları da EKTİS-ə işlənmişdir. 719 arıçının 16707 arı ailəsi haqqında məlumatlar EKTİS-nə işlənmiş, 709 arıçıya 167070 manat subsidiyaların ödənilməsi başa çatmışdır.
Tütün və barama istehsalçılarının da istehsal məlumatları EKTİS-ə işlənmişdir, Fermerlərə subsidiyaların vaxtında ödənilməsi üçün tərəfimizdən müvafiq tədbirlər görülmüşdür.
Rayonun Qubaxəlilli kəndində kompleksin ərazisində “AzNar” QSC tərəfindən 3000 tonluq saxlama kamerasının tikintisi başa çatdırılmışdır. Avadanlıqların quraşdırılması davam etdirilir, 2 ədəd 1000 KVA gücündə elektrik transformatoru qurulub istifadəyə verilmişdir. Bununla yanaşı həmin ərazidə balıq qurutma sexinin tikintisinə də başlanılıb. Kəlbənd kəndində 600 başlıq heyvandarlıq kompleksinin tikintisi də davam edir. Bir ədəd 100 başlıq tövlənin tikintisi başa çatdırılmış,400 başlıq kökəltmə üçün tövlənin tikintisi davam etdirilir, yem, silos və ot anbarlarının da tikintisi başa çatdırılmışdır.
2021-ci il üçün İsmayıllı rayonunun yerli gəlir və xərcləri 5931000 manat təsdiq edilmişdir ki, bu da 2020-ci il ilə müqayisədə 188000 manat çoxdur. Yerli xərclərin icrası yerli gəlirlərin yığımı hesabına (dotasiyasız) formalaşdırılmışdır.
2021-ci il ərzində yerli gəlirlər rayon üzrə ümimilikdə 5931000 manat proqnoza qarşı 6574055 manat 111 % və ya 643055 manat artıq icra olunmuşdur.
Məlumat üçün bildiririk ki, daxilolmaların gəlir növləri üzrə icrası aşağdakı kimi olmuşdur:
Belə ki, fiziki şəxslərin gəlir vergisi üzrə 1371044 manat proqnoza qarşı 1947230 manat, 142 % və ya 576186 manat artıq, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 229291 manat proqnoza qarşı 963265 manat, 4,2 dəfə və ya 733974 manat artıq, hüquqi şəxslərdən torpaq vergisi 29985 manat proqnoza qarşı 28169 manat, 94 % və ya 1816 manat az, hüquqi şəxslərdən əmlak vergisi 183433 manat proqnoza qarşı 112886 manat, 61,5 % və ya 70547 manat az, əlavə dəyər vergisi üzrə 2857909 manat proqnoza qarşı 2750919 manat, 96,3% və ya 106990 manat az, sadələşdirilmiş vergi üzrə 229291 manat proqnoza qarşı 247529 manat, 108 % və ya 18238 manat çox, aksiz vergisi üzrə 793700 manat proqnoza qarşı 246246 manat, 31 % və ya 547454 manat az, dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmalar 14110 manat proqnoza qarşı 11643 manat, 82,5 % və ya 2467 manat az, dövlət rüsumu üzrə 163444 manat proqnoza qarşı 230545 manat, 141 % və ya 67101 manat artıq, digər gəlirlərdən daxilolmalar 58793 manat proqnoza qarşı 35622 manat, 60,6 % və ya 23171 manat az icra olunmuşdur.
2021 ci il üzrə artan yekunla rayonun ümumi gəlirləri 10098000 manat proqnozlaşdırılmışdır ki, bundan 5931000 manatı yеrli gəlirlərə, 4157000 manat mərkəzləşdirilmiş gəlirlərə, 10000 mаnаt vəsait isə «Аvtоmоbil Yоllаrı» Məqsədli Büdcə Fоndunа аid оlаn məbləğ kimi müəyyən еdilmişdir.
2021-ci il ərzində artan yekunla Mərkəzləşdirilmiş gəlirlərin hesabına köçürülməsi nəzərdə tutulmuş vəsait 4157000 manat proqnoza qarşı 4617284 manat, 111 % və ya 460284 manat artıq icra edilərək Respublika büdcəsinə köçürülmüşdür.
O cümlədən “Avtomobil Yolları” məqsədli büdcə fonduna aid olan məbləğ 10000 manat proqnoza qarşı 4665 manat, yəni 46,7 % və ya 5335 manat az vəsait daxil olmuş və Respublika büdcəsinə müvafiq qaydada köçürülməsi təmin edilmişdir.
2021-ci ilin 4-cü rübü üzrə artan yekunla yerli xərclərinin məxaric proqnozu isə 5931000 manat proqnoza qarşı 5270956 manat, 89% və ya 660044 manat az (qənaətlə) icra edilmişdir.
Məlumat üçün bildiririk ki, yerli xərclərin ayrı-ayrı bölmələr üzrə icrası aşağıdakı kimi olmuşdur:
Belə ki, qanunvericilik, İcra Hakimiyyəti və Özünüidarəetmə orqanlarının saxlanılması xərcləri üzrə 2550544 manat proqnoza qarşı 2358549 manat, 92,5 % və ya 191995 manat az, elm (arxiv idarəsi) xərcləri üzrə 19693 manat proqnoza qarşı 16366 manat, 83 % və ya 3327 manat az, təhsil xərcləri (Məktəbəqədər təhsil və Təhsil sahəsində digər müəssisə və tədbirlər paraqrafları) üzrə 1059055 manat proqnoza qarşı 758509 manat, 71,6 % və ya 300546 manat az, Bədən Tərbiyyəsi və Gənclər siyasəti xərcləri 48154 manat proqnoza qarşı 18758 manat, 39 % və ya 29396 manat az, Mənzil Kommunal Təsərrüfatı xərcləri 460228 mant proqnoza qarşı 436449 manat, 95 % və ya 23779 manat az, ətraf mühitin mühafizəsi xərcləri üzrə 935846 manat proqnoza qarşı 866391 manat, 92,6 % və ya 69455 manat az, qurğuların (tikintilərin) əsaslı təmiri xərcləri üzrə 700000 manat proqnoza qarşı 663666 manat 95 % və ya 36334 manat az, əsas bölmələrə aid edilməyən sair xərclər üzrə (bu xərclərə kirayə haqqı, vəkillərə verilən vəsait və əhali sayına görə ayrılan sosial-iqtisadi və digər təyinatlı xərclər daxildir) 157280 manat proqnoza qarşı 152270 manat, 97 % və ya 5010 manat az icra olunmuşdur.
Pandemiya ilə əlaqədar Uşaq bağçalarında uşaq günü 81900 gün proqnoza qarşı 57566 gün, 70,3 faiz və ya 24334 gün az yerinə yetirilmişdir. (Uşaq günü dedikdə cəmi bağçalar üzrə 390 uşaq sayının 210 günə - yəni bir uşağın 1 il ərzində bağçaya gəlmə günlərinin hasili başa düşülür. İllik uşaq günü 390 x 210=81900)
Dövr ərzində bütün proqnoz rəqəmləri təhlil edilmiş, xərc maddələrinin icrasına nəzarət artırılmışdır.
2021-ci il ərzində “9 №-li Yol İstismarı” MMC tərəfindən 2753,9 min manatlıq təmir işləri yerinə yetirilmişdir. Bunlar avtomobil yollarının cari təmiri və saxlanmasından ibarətdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2020-ci il tarixli, 277 nömrəli qərarına uyğun olaraq Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq əmrinə əsasən 29 km-lik Y-31-30 İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu cəmiyyətin balansına verilmişdir. Balansa qəbul edilərkən həmin yolda çoxlu çalaların, nahamarlıqların, dağılmaların mövcud olması, ağac və kol bitkilərinin yolun çiyinlərinə qədər gəlib çıxması nəqliyyatın hərəkəti üçün ciddi maneələr yaradırdı. İl ərzində tərəfimizdən həmin yolda təmir işlərinə başlanılmışdır. Yolda mövcud olan nahamarlıqlar, dağılmalar avtoqreyderlə çıxarılaraq aradan qaldırılmış, həmin ərazilərə yeni asfalt-beton örtük qoyularaq yol normal vəziyyətə gətirilmişdir. Həmin yolda mövcud olan suötürücü boruların giriş-çıxışları, yolun kənarlarında olan küveytlər təmizlənmişdir. Yolun çiyin hissələri təmizlənərək genişləndirilmiş, nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunmuşdur.
Yerli əhəmiyyətli avtomobil yollarından Diyallı-Güyüm, Sumağallı-Qalacıq, Talıstan avtomobil yollarında cari təmir işləri aparılmışdır. Pirəbilqasım avtomobil yolu əsaslı təmir olunmuşdur. Yolun torpaq yatağı genişləndirilərək çınqıl örtük tökülmüşdür. Həmin yola 16800 m2 yeni asfalt-beton örtük qoyulmuşdur.
İsmayıllı rayonu ərazisində Qarabağ müharibəsi zamanı Qazi və Şəhid olmuş vətəndaşların həyətlərinin, onların evlərinə gedən yolların, Şəhid adının əbədiləşdirilməsi üçün inşa edilmiş bulaqların ətrafının asfaltlaşdırılması üçün 2021-ci il ərzində 3935 m2 asfalt-beton örtük qoyulmuşdur.
İl ərzində İsmayıllı şəhərdaxili küçələrdə 43403 m2 asfalt-beton örtük qoyulmuş, 3059 m2 asfalt-betonla çala təmiri işləri yetinə yetirilmişdir.
“Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq 2020-2021-ci illərdə 30 km-lik Basqal qəsəbəsi və Basqal ətrafı kəndlərin yolları yenidən qurulmuşdur. Həmin yolda 4 ədəd iri körpü,müxtəlif ölçülü çoxlu sayda suötürücü borular, 10 ədəd baks tipli keçidlər, 1 km-ə yaxın beton bənd tikilərək sakinlərin istifadəsinə verilmişdir.
2021-ci ildə 13 km-lik Hacıhətəmli-Gideyli-Kürdeldarbəyli avtomobil yolu yenidən qurulmuşdur. İsmayıllı Sukanal Sahəsi balansında olan 11 km magistral, 160 km şəhərdaxili su və 150 km kanalizasiya xətlərinə xidmət edir. Sahə 8220 abonentə xidmət göstərir. Onlardan 7448 aktiv, 772-si isə passiv abonentdir. Eyni zamanda 264 büdcə və kommersiya abonentinə xidmət göstərilir. İl ərzində əhaliyə satılmış suya görə 602236 manat, kanalizasiya xidmətinə görə 162912 manatlıq xidmət göstərilmişdir. Satılmış suya görə əhalidən 594743 manat, kanalizasiya xidmətinə görə 137573 manat ödəniş daxil olmuşdur. İl ərzində əhalidən yığım 732496 manat olmaqla 95,7% təşkil etmişdir. Büdcə təşkilatları və kommersiya obyektlərinə satılmış suya görə 78092 manat, kanalizasiya xidmətinə görə isə 49671 manat - cəmi 127763 manatlıq xidmət göstərilmişdir. Büdcə və kommersiya təşkilatları üzrə il ərzində yığım isə 127763 manat 113,3 % təşkil etmişdir.
İsmayıllı Sukanal Sahəsi üzrə 2021-ci ilin 12 ayı ərzində əhali və qeyri-əhali abonentlərinə su satışı və kanalizasiya xidmətlərinin dəyəri 877869 manat, ödəniş isə 860259 manat olmuşdur. Sahə üzrə illik plan 98% yerinə yetirilmişdir
İl ərzində fərdi yaşayış evlərində yaşayan abonentlər də yeni kanalizasiya xəttinə qoşulmağa başlamışlar. Umumilikdə 341 abonent tullantı sularının axıdılması üçün yeni kanalizasiya sisteminə qoşulmuşdur.
Sukanal Sahəsinə daxil olan ərizələrə əsasən 145 abonentin su xəttinə sayğac quraşdırılmışdır. 57 abonentin isə sayğacında problem olduğu üçün dəyişdirilmişdir. Texniki şərt əsasında 157 abonentin torpaq sahəsinə, tender layihə əsasında isə 69 abonentin torpaq sahəsinə su və kanalizasiya xətti çəkilmişdir.
Sahə tərəfindən N.Nərimanov küçəsində d-110 mm-lik, B.Mirzəyev küçəsində d-160 mm-lik, Xanlar küçəsində d-32 mm-lik, Mican kəndində d-200 mm-lik, A.Aslanov küçəsində d-200 mm-lik, Niyal küçəsində d-32 mm-lik, V.Əlyarov küçəsində d-32 mm-lik, M.Müşviq küçəsində d-110 mm-lik,S.Əsgərova küçəsində d-160mm-lik, İsmayıllı kəndi (Aşağıbaş) ərazisində d-160 mm-lik 2 ədəd, 30A kvartalda d-110 mm-lik, M.Ə.Sabir küçəsində d-160mm-lik, Mican kəndi ərazisində d-110mm-lik su xətlərində və Nizami küçəsində d-150 mm-lik, M.F.Axundov küçəsində d-200 mm-lik, Ə.Mahmudov küçəsi d-150 mm-lik, N.Nərimanov küçəsində d-200 mm-lik, H.Əliyev prospektində d-150 mm-lik, Məhsəti küçəsində d-200 mm-lik, Ə.Bayramov küçəsində d-20 mm-lik, M.Orucov küçəsində d-200mm-lik, Q.Aslanov küçəsində d-200mm-lik, Cavanşir küçəsində d-200mm-lik, V.Osmanov küçəsində d-200mm-lik kanalizasiya xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır. Su anbarlarında və iş otaqlarında dezinfeksiya işləri aparılmışdır.
2021-ci ildə İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 950 m3 magistral beton kanal əl ilə lildən təmizlənmiş, 38 ədəd hidrotexniki qurğu, 11 ədəd hidrotexniki post cari təmir olunmuş, 563000 m3 çay məcraları daşqın və selə qarşı təmizlənmişdir ki, bunun da 188000 m3 ekskovatorla, 375000 m3 isə buldozerlə aparılmışdır.
İl ərzində 284000 m3 eskalatorla, 87000 m3 isə buldozerlə - cəmi 371000 m3 kanal lildən təmizlənmiş, 502 m3 daş-beton bənd quraşdırılmışdır.
2021-ci il ərzində Elektrik şəbəkəsi tərəfindən rayon ərazisində istehlakçıların enerji təchizatını yaxşılaşdırmaq, onların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədi ilə aşağıda qeyd olunan işlər görülmüşdür.
Belə ki, Bizlan kəndi ərazisində Basqal qəsəbəsinin və ətraf kəndlərin elektrik təchizatını yaxşılaşdırmaq məqsədi ilə müasir tipli 35/10 kV-luq yarımstansiyanın tikintisinə başlanılmış və 2 ədəd 6.3 mVA gücündə transformator quraşdırılmışdır.Yarımstansiya yaxın günlərdə istismara veriləcəkdir. Basqal qəsəbəsi ərazisində yenidənqurma işləri çərçivəsində 1 ədəd 630 kVA gücündə transformator quraşdırılmış və 1.8 km SİP kabel, 1.2 metr yeraltı kabel xətti çəkilmişdir.
Rayonun əsas qida mənbəyi olan 110 kV-luq "İsmayıllı" hava xəttinin 8.2 km, 35 kV-luq h/x-də 6,5 km meşə ərazisindən keçən hissəsi yaşıl kütlədən təmizlənmişdir.
10 kV-luq EVX-lərdə 20.6 km məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Aparılan təmir işləri zamanı 10 kV-luq 60 ədəd yeni, 40 ədəd söküntüdən əldə olunmuş istismara yararlı dayaq quraşdırılmış, yol kənarında yerləşən 104 ədəd 10 kV-luq, 162 ədəd 0.4 kV-luq dayaq rənglənmiş və 142 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənmişdir. 1.8 km yeni 10 kV-luq elektrik veriliş xətti çəkilmişdir.
0.4 kV-luq EVX-lərdə 520 ədəd ÖİN dayaq basdırılmış, şəhərin 30 A məhəlləsində 9.5 km, Quşencə kəndində 1.3 km, Lahıc qəsəbəsində 1.2 km,, Qalacıq kəndində 2.2 km, Diyallı kəndində 1.5 km kabel xətti çəkilmişdir. Bundan başqa 5.5 km məsafədə təmir-bərpa işləri aparılmış, 40.5 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənmişdir.
Həyətlərdən keçən 0.4 kV-luq EVX-nin çölə çıxarılması məqsədi ilə 30 ədəd dayaq basdırılmış, 2.4 km SİP kabel xətti çəkilmiş, 75 ədəd sayğac çölə çıxarılmışdır.
İstehlakçıların enerji təchizatını yaxşıladırmaq məqsədi ilə Diyallı kəndində yeni yaşayış massivinin ərazisində 250 kVA gücündə transformator quraşdırılmış, Qalacıq kəndində yeni massivin ərazisində 100 kVA gücündə, Zoğallıq kəndlərinin 160 kVA gücündə yeni güc mərkəzi yaradılaraq KTM quraşdırılmışdır.Cülyan kəndində yeni yaşayış məhəllələrinin ərazisində 1 ədəd 100 kVA,1 ədəd 160 kVA gücündə, şəhərin 30 məhəlləsində isə 1 ədəd 160 kVA, 2 ədəd 250 kVA gücündə yeni transformatorlar quraşdırılmışdır.
Rayon ərazisində 30 ədəd transformator əsaslı təmir edilmiş, 16 ədəd transformatorun ətrafı çəpərlənmiş, ayırıcılar quraşdırılmış və rənglənmişdir. 205 ədəd transformator məntəqəsində cari təmir, təmizlik işləri aparılmışdır.
“ASAN xidmət”dən daxil olan müraciətlər əsasında 265 abonentə yeni elektrik sayğacı quraşdırılmışdr.
2021-ci ildə şəbəkə tərəfindən istehlakçılara 74906301 kvt/saat faydalı enerji ötürülmüş, 5704047 AZN vəsait yığılmış və illik yığım faizi 92.5 % olmuşdur.
2021-ci il ərzində İsmayıllı Xidmət Sahəsində 40903543 m3 qaz qəbul edilmişdir. Qazın satışından 3775653,81 manat ödəniş daxil olmuşdur. İlin əvvəlindən xidmət sahəsi tərəfindən 19691 abonentə xidmət edildiyi halda il ərzində abonentlərin sayı 774 nəfər artmışdır.
İsmayıllı Xidmət Sahəsində il ərzində ümumi uzunluğu 5200 metr müxtəlif diametrli polad borularla inşa edilməsi planlaşdırılan yeni qaz xəttlərindən d-76 mm-lik 2500 p/m və d-57 mm-lik 2683 p/m ümumi 5183 p/m inşa edilmişdir və antipas boya ilə boyanmışdır. Payız-qış mövsümünə hazırlıqla bağlı qaz xəttlərinin üzərində 6 ədəd Şkaf Tipli Qaz Tənzimləyici Məntəqə markalı (ŞQTM) qaz tənzimləyici şkaf və 4 ədəd RDUK markalı və 2 ədəd RDQ tipli qaz tənzimləyici qurğu quraşdırılmışdır. “Təmiz qaz” QSC tərəfindən təqdim edilmiş 6795 ədəd sızmadan 6627 ədədi ləğv edilmişdir. Bu isə 97,53% təşkil edir. Lahıc qəsəbəsinin Muzey qoruq elan edilməsilə bağlı kənd məscidinin qarşısında d-108 mm-lik xəttlər ləğv edilərək d-76 və d-57 mm-lik borulardan 135 metr qaz xətti inşa edilmişdir. Daxili imkanlar hesabına 356 metr qaz xətti təmir edilmişdir.
Quşencə kəndində 160 p/m müxtəlif diametrli qaz xətti təmir-bərpa işləri ilə əlaqədar yenidən inşa edilmiş və qaz xəttlərinin üzərində 8 dəst siyirtmə quraşdırılmışdır. İstismarda olan d-114 mm-lik qaz xəttinin 250 metr hissəsi yerin altından dayaqlar üzərinə, 820 metr hissəsi torpağın altından yerin üzərinə çıxarılmışdır. 129 sayğac həyətyanı sahədən küçə şəraitinə çıxarılmışdır. 1200 p/m uzunluğunda qaz xəttlərinin üzəri kol-kosdan təmizlənmişdir. Qalncaq kəndində istismarda olan qaz xəttlərindən 200 p/m dayaqlar üzərinə qaldırılmış və təxminən 300 p/m qaz xətti təmir edilmişdir. Bizlan və Enişdibi kəndləri qazlaşdırılmışdır. Quşencə kəndinin genişlənmiş massivi d-76 və d-57 mm-lik borularla “Azəriqaz” İB-nin daxili imkanları hesabına yenidən qazlaşdırılmışdır.
“Aztelekom” MMC-nin İsmayıllı filialı tərəfindən 2021-ci il ərzində şəhər ərazisində böyük tutumlu TPP-500x2, TPP-400x2, TPP-300x2 kabelləri təmir olunmuşdur. Yeni Günəşli ərazisində GPON layihəsi istifadəyə verilmiş, 78 ədəd yeni çəkiliş, 211 ədəd GPON-a keçid edilmişdir.
Tircan kəndi ilə Qasımkənd arasında TPP-100x2 kabeli 570 metr əlavə buraxılaraq 550 metr TPP-50x2 buraxılmaqla internetə qoşulma həyata keçirilmişdir. Xırda tutumlu kabellər təmir olunmuşdur.
İsmayıllı ərazisində Natavan küçəsində yerləşən 48 mənzilli binaya 580 metr FO kabeli qoyulmuş və yeni GPON layihəsinə qoşulmuş, 456 ədəd yeni telefon çəkilmiş və internetə qoşulmuş, 29 ədəd A\Q (abunə qutusu) dəyişdirilmişdir.
İl ərzində İsmayıllı filialının gəliri 1543383 manat olmuşdur.
Hazırda İvanovka, Qalagah, Hacıhətəmli, Mollaisaqlı, Kürdeldarbəyli, Gideyli, Aşıqbayram, Kürdmaşı, Hapıtlı, Göytəpə, Ruşan , Qalınçaq kəndlərində GPON layıhəsi üzrə dirəklər basdırılmış və davamlı olaraq digər işlər aparılır. Belə ki, başqa kəndlərdə də plan layıhəsi qrafikinə uyğun olaraq işlər aparılacaqdır.
Balik kəndində FO xətti çəkilərək yeni EATS quraşdırılmış və internetə qoşulma həyata keçirilmişdir.
Lahıc qəsəbəsində GPON layihəsi üzrə 100 ədəd dirək basdırılmış, 4 km FO kabeli çəkilmiş və qalıq işlər növbəti 2022-ci ildə davam etdiriləcəkdir.
2021-ci il ərzində İsmayıllı Poçt Filialı bir Müştəri Xidmətləri, bir şəhər və 25 kənd şöbəsi vasitəsi ilə əhali və təşkilatlara illik tarif gəliri 250.7 min manat olmaqla xidmət göstərmişdir. Pandemiya dövrünün tələblərinə riayyət edərək fasiləsiz xidmət göstərilməsi təmin edilmişdir.
O cümlədən 52.7 min manat poçt xidməti və 70.0 min manat bank-maliyyə xidməti göstərilmişdir. 2021-ci il ərzində 42140 nəfər əhaliyə göstərilən xidmətin həcmi 172.5 min təşkil edir.
İl ərzində 996 ədəd teleqram, 37349 ədəd sadə və sifarişli məktub, 1052 ədəd bağlama qəbul edilmiş və 1143 ədəd teleqram, 75610 ədəd sadə və sifarişli məktub, 6771 ədəd bağlama çatdırılmışdır.
Filial kommersiya xidmətlərini genişləndirərək Azərlotoreya uduş lotoreyalarının, iş dəftərləri və sair kommersiya mallarının satışını təşkil etmişdir.
2021-ci ildə İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən gündəlik 340360 m2 ərazi süpürülmüş, 23,5 ha yaşıllıq sahəsinə qulluq edilmiş,
4743 ədəd işıq nöqtələrinin yanması daim diqqətdə saxlanılmış, 18850 m3 bərk tullantı
daşınaraq poliqonda zərərsizlədrilmişdir. Bundan başqa 7 ədəd fəvvarə təmizlənmiş, su ilə doldurulmuş və əhalinin istirahət etməsinə xidmət göstərilmişdir.
İsmayıllı şəhərindən əlavə Lahıc, Basqal, Talıstan, Qalacıq və İvanofka kəndlərindən İsmayıllı Şərab-2 zavodundan məişət tullantıları yığılıb daşınmışdır. Hazırda şəhərdə 366 ədəd irili xırdalı zibil yeşikləri vardır.
İl ərzində şəhərin bütün ərazilərində olan ağacların gövdələri əhənglə ağardılmış, ağaclar aqrotexniki qaydada budanmış, dibləri bellənmiş və müxtəlif çeşiddə güllər əkilmişdir.
Şəhərin mərkəzində, H.Əliyev adına mədəniyyət və istirahət parkında sıradan çıxmış qazon örtüyü ləğv edilərək yenidən bərpa edilmiş, yaşıllıq zolaqlarının suvarılması üçün 1250 metrə yaxın müxtəlif ölçülü plastik borular və şlanklar alınmışdır.
Mənzil İstismar Sahəsinin xidməti ərazisində 977 mənzil olmuş, onların da 848-i çoxmərtəbəli kommunal yaşayış binalarında yerləşir. Mənzillərdə yaşayan əhalinin sayı 4294 nəfər olmuşdur. Mənzil İstismar Sahəsi il ərzində əhaliyə göstərilən mənzil-kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Xidmət və təmir sahələrində aparılan işlər müəssisədaxili planlaşdırmaya müvafiq olaraq aparılmış, dövri işlərin yerinə yetirilməsində sistemlilik prinsiplərinə əməl olunmuşdur.
Mənzil İstismar Sahəsi il ərzində əhaliyə 5637 manatlıq mənzil-kommunal xidməti göstərmişdir. Ötən ildə yığım 6802-80, 123 % təşkil etmişdir.
Şəhid Tağıyev Ruslan Fuad oğlunun yaşamış olduğu İsmayıllı şəhəri Ərəstun Mahmudov küçəsində yerləşən 4 saylı kommunal yaşayış binasının qarşısında cari təmir işləri görülmüşdür. Bundan əlavə il ərzində güclü küləklər və yağışlar nəticəsində dam örtüklərinə dəyən ziyanlar daxili imkanlar hesabına aradan qaldırılmışdır.
İsmayıllı şəhər İnzibati Ərazi Dairəsinin inzibati binasının birinci mərtəbəsində yerləşən 3 otaqda əsaslı təmir işləri görülmüşdür.
2021-ci ilin aprel ayından istifadəyə yararsız binalarda yaşayan sakinlərimiz İsmayıllı şəhəri Natəvan küçəsində yerləşən 4 mərtəbəli, 48 mənzilli yeni ümumyaşayış binasına köçürülmüşdür.
2021-cu il ərzində 2153 nəfər işaxtaran və işsiz vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyatda olan 871 nəfər, o cümlədən 446 nəfəri işsiz olmaqla mərkəzin göndərişi ilə işlə təmin olunmuşdur. Həmçinin 2021-ci il ərzində 214 nəfər işaxtaran və işsiz vətəndaş haqqı ödənilən ictimai işlərə (“DOST İş Mərkəzi” MMC ) cəlb olunmuşdur.
2021-ci ildə 352 nəfər vətəndaş özünüməşğulluq proqramına cəlb edilmişdir ki onlar da 2 ci Vətən müharibəsi şəhid ailələri və yaralılardır. Özünüməşğulluq proqramına cəlb edilmiş 205 nəfər biznes plana uyğun aktivlərlə təmin olunmuşdur.
2021-ci il ərzində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İsmayıllı rayonu ərazisində “Ətraf Mühitin Mühafizəsi Haqqında”, Ekoloji təhlükəsizlik haqqında və mövcud ekoloji qanunların tələblərinə əməl edilməsi və bu sahədə nəzarətin təmin edilməsi sahəsində 106 akt, 13 protokol tərtib edilmiş, 16 iş üzrə 13350,00 manat məbləğində cərimə qərarı tətbiq olunaraq, 18 iş üzrə 12557,92 manat məbləğində iddia qaldırılmış, eləcə də baş vermiş ekoloji pozuntuların aradan qaldırılması məqsədilə 4 məcburi göstəriş verilmişdir.
İl ərzində yaşıllıqların mühafizəsi məqsədilə keçirilmiş reydlər zamanı 5 iş üzrə 11780 manat məbləğində iddia ilə bağlı tərtib edilmiş və toplanmış sənədlər məsələlərə hüquqi qiymət verilməsi məqsədilə hüquq mühafiqə orqanlarına göndərilmişdir.
Rayon ərazisində bərk məişət tullantılarının düzgün idarə olunmasını təmin etmək məqsədilə 4 ədəd məcburi göstəriş verilmiş, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.03.1992-ci il tarixli 122 saylı qərarının tələblərinə uyğun olaraq rayon üzrə 73 fiziki , vəzifəli və hüquqi şəxslərə 18225 manat məbləğində ödəmə tapşırığı verilmiş, həmin məbləğin 16675 manatının Ətraf Mühitin Mühafizəsi Fonduna ödənilməsi təmin edilmişdir.
2021-ci ildə Şamaxı Regional MeşəTəsərrüfatı Mərkəzi tərəfindən İsmayıllı rayonu üzrə 50.0 ha sahədə meşə əkini və səpini işləri həyata keçirilmişdir ki, bundan 40.0 ha meşə əkini, 10.0 ha meşə səpini işləri olmuşdur. Mərkəzin əməkdaşları tərəfindən 2021-ci il ərzində meşəbərpa tədbirlərinin aparılması istiqamətində bir sıra tədbirlər görmüşdür. Beləki Mərkəzin tinglik sahələrində Göyrüc, Ağcaqayın, Qoz, Qlediçiya cinslərindən 0.7 ha sahədə tinglik sahəsi yaradılmışdır. 0.12 ha sahədə kökləndirmə şöbəsi yaradılmışdır, 2.0 ha sahədə tinglik sahələrinə əl ilə xidmət olunmuş, 12.0 ha sahədə tinglik sahəsində suvarılma işləri aparılmışdır. 30.0 ha sahədə meşə əkinlərinə əl ilə xidmət olunmuş 20.0 ha sahədə meşə əkinlərinə suvarılma işləri aprılmışdır. Mərkəzin meşəbəyliklərində vətəndaşlar tərəfindən 610 ədəd qanunsuz köküstə ağacların kəsilməsi və digər qanun pozuntuları aşkar edilmiş 122.64 m3 həcmində oduncaq ümumilikdə 5732.76 manat məbləğində meşə cəriməsi hesablanmışdır. Bu günə qədər meşə fonduna dəymiş ziyandan 664.21 manat məbləğində cərimə könüllü ödənilmiş və meşə fonduna dəymiş ziyanın ödənilməsinin təmin olunması üçün 37 iş hüquq mühafizə orqanlarına göndərilmişdir.
İsmayıllıda Dövlət təhsil siyasəti uğurla həyata keçirilir. 2021-ci ildə rayonda təhsil sahəsində inkişaf davam etdirilmiş, əsaslı şəkildə kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə edilmişdir.
2021-ci ildə pandemiya dövrünün yaratdığı problemlərə baxmayaraq, rayonda təhsil sahəsində geriliyə yol verilməmiş, inkişaf davam etdirilmişdir. Məktəblərdə pandemiya şərtlərinə uyğun olaraq dezinfeksiya işləri aparılmış, sanitar-gigiyena qaydalarına uyğun tədbirlər görülmüşdür. Məktəblərdə təhsil distant qaydada, Teams platforması üzərindən davam etdirilmişdir.
Rayonda 46 tam orta, 21 ümumi orta və 9 ibtidai məktəb, 10 məktəbəqədər təhsil müəsissəsi fəaliyyət göstərir. Hesabat ilində 12354 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1500-dən artıq müəllim məşğul olmuşdur. Rayonda 2 məktəbdənkənar təhsil müəssisəsi-Uşaq Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər İdman - Şahmat Məktəbi fəaliyyətdədir.
Son illərdə rayonda yeni məktəb tikintisi geniş vüsət almış, 2380 şagird yerlik 15 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. 2019-cu ildə Basqal qəsəbəsində 432, Heydər Əliyev Fondu tərəfindən Gəraybəyli kəndində 320 şagird yerlik yeni məktəb binaları, şəhər 6 saylı tam orta məktəb tikilib istifadəyə verilmişdir. Uştalqışlaq kənd tam orta, Girk və Gəndov kənd ümumi orta məktəbləri üçün modul tipli binalar quraşdırılmışdır.
2021-ci ildə buraxılış imtahanlarının nəticələrinə görə 967 nəfər IX sinif şagirdi ümumi orta təhsil haqqında, XI sinifi bitirmiş 698 nəfər məzun isə tam orta təhsil haqqında attestat almışdır.
Ümumi orta təhsili uğurla başa vurmuş 28 nəfər şagird fərqlənmə attestatı, tam orta təhsili yüksək nəticələrlə başa vurmuş 31 nəfər məzun isə fərqlənmə attestatı almışdır.
Ümmumilikdə təhsildə qazandıqları yüksək nəticələrə görə son 5 ildə rayonun ümumtəhsil məktəblərini 11 nəfər qızıl, 7 nəfər isə gümüş medalla başa vurmuşdur.
2021-ci ildə tam orta təhsili başa vuran 698 nəfər məzundan 487 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 426 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Bunlardan 50 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Tələbə qəbulu imtahanlarında qazandıqları ən yüksək nəticələrə görə son illərdə 17 məzun Prezident Təqaüdünə layiq görülmüşdür.
Rayonda istedadlı şagirdlərin inkişafı istiqamətində sistemli iş aparılır. Müxtəlif sahələr üzrə istedadlı şagirdlər haqqında Rayon Təhsil Şöbəsində “ İstedad bankı” yaradılmışdır. Ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya” lar istedadlı şagirdlərin aşkara çıxarılması və onların inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. Distant təhsil zamanı pandemiya şəraitində məktəblilər onlayn müsabiqələrə qoşularaq müxtəlif nominasiyaların qalibləri olmuşlar.
Tədris ili ərzində rayonun istedadlı şagirdləri yarışlarda və müsabiqələrdə uğurlu nəticələr əldə etmişlər. “Ən yaxşı təqdimat” onlayn Respublika müsabiqəsində rayonun 1 nəfər şagirdi II yerə layiq görülüb. Məktəbliyə Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyəsi təqdim olunmuşdur.
2020-2021- ci dərs ilində Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən Respublika fənn olimpiadalarının 3 mərhələdə təşkil olunmuşdur. Final mərhələsində iştirak edən şagirdlərimizin 4 nəfəri qalib adını qazanmışdır. Həmin şagirdlər 2 nömrəli, Lahıc qəsəbə,Ruşan və Cülyan kənd tam orta məktəblərinin şagirdləri olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsində Təzəkənd kənd tam orta məktəbin şagirdi Respublika üzrə 2-ci yeri tutmuşdur.
Rayon məktəblərində “Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı geniş maarifləndirmə işləri aparılmışdır. Rayonun 19 nəfər təhsil işçisi vətən müharibəsi cəbhələrində vuruşmuş, tarixi zəfərimizin qazanılmasında pay sahibi olmuşdur.
Respublika Təhsil Nazirliyinin müəllimlərin seçib yerləşdirilməsi ilə bağlı son illərdə gördüyü işlər sayəsində məktəblər daha bilikli və bacarıqlı gənc kadrlarla təmin olunmaqdadır.
Rayon Təhsil Şöbəsi yeni təyin olunmuş gənc müəllimlərə qayğı ilə yanaşmış, ilk növbədə onların sosial problemlərinin həllini diqqətdə saxlamışdır. RTŞ-da fəaliyyət göstərən “Gənc müəllimlər şurası”nın keçirdiyi tədbirlər gənc müəllimlərin pedoqoji, metodik biliklərinin, təcrübələrinin artırılmasına xidmət etmişdir.
Müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasına xidmət edən “Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi”ndə müəllimlərimiz uğurlu nəticələrə nail olmuşlar.
Əməyi ilə seçilən qabaqcıl müəllimlərin rəğbətləndirilməsi daim diqqətdə saxlanılır.
Rayonda “ Əməkdar müəllim”lərin sayı 15-ə, “Tərəqqi” medalı ilə təltif olunanların sayı isə 11 nəfərə çatmışdır.
Bütün bunlarla yanaşı, rayonda təhsil sahəsində həlli vacib problemlər də mövcuddur. Belə ki, məktəblərdə müasir kompüterlərə ciddi ehtiyac vardır. Mövcud kompüterlərin əksəriyyəti köhnəlmiş və istifadə müddətini başa vurmuşdur. İstilik sistemləri dizel yanacağı ilə işləyən məktəblərin qazalaşdırılması əsas problemlərdəndir. Bir necə ibtidai və ümumi orta məktəbin özünəməxsus binası yoxdur. Köhnədaxar, Kəlfərəc və bir sıra dağ kəndlərində ibtidai məktəb açılmasına zəruri ehtiyac vardır.
Rayonda gənclərin peşə təhsilinə xüsusi diqqət yetirilir. 2010-cu ildən istifadəyə verilmiş 480 yerlik Peşə Tədris Mərkəzi müasir tələblərə cavab verən, rəqabətə davamlı, peşə təhsili sahəsində islahatların uğurla həyata keçirildiyi bir müəssisəyə çevrilmişdir.
Mərkəzdə cari dərs ilində 14 ixtisas üzrə 18 qrup fəaliyyət göstərir.Tədris prosesi yeni metodlarla, innovativ vasitələrlə həyata keçirilir.Keçən tədris ilində İsmayıllı Peşə Tədris Mərkəzini 181 nəfər məzun bitirmişdir. Onlardan 38 nəfəri müxtəlif ixtisaslar üzrə işlə təmin olunmuşdur. 5 məzun isə ali və orta-ixtisas müəsissələrində təhsilini davam etdirir. ƏƏSM Nazirliyi İsmayıllı rayon Məşğulluq Mərkəzinin və PTM-nin birgə əməkdaşlığı ilə məktəbdə dərzi, xalçaçı və aşpaz ixtisasları üzrə qısamüddətli kurslar da təşkil olunmuşdur. 2020-2021-ci dərs ilində də Almaniyanın GİZ təşkilatının layihəsi əsasında Peşə Tədris Mərkəzində yeni modul tipli üzümçü-şərab ustası və aqroservis mütəxəssisi qrupu fəaliyyətə başlamışdır. Mərkəzdə turizm sahəsi üzrə də ixtisaslı kadrlar hazırlanır.
Peşə Tədris Mərkəzinin rəhbər işçiləri və müəllimləri Türkiyə, Bosniya-Herseqovina, Serbiya və dünyanın bir sıra ölkələrində peşə təhsili sahəsində əməkdaşlıq təlimlərində iştirak etmiş, təcrübə mübadiləsi aparmışlar. Dünyada baş verən mövcud Covid-19 pandemiyası ilə əlaqədar 2021-ci ilin mart ayından etibarən ölkə üzrə fəaliyyət göstərən təhsil müəssisələrində əyani dərslər dayandırılmış, dərslər mövcud pandemiya qaydalarına uyğun olaraq distant (məsafədən) keçirilmişdir.
İsmayıllı Peşə Tədris Mərkəzinin statusuna və kadr hazırlanacaq peşələrə uyğun maddi-texniki tədris bazası yaradılmış, tədris prosesinin səmərəli təşkilinin və kadr hazırlığının keyfiyyətcə yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilmişdir. İxtisaslı kadrların hazırlanmasında, xüsusilə turizm və kənd təsərrüfatı sektorunda əmək bazarının daha yaxından və dəqiq öyrənilməsində işçi qrupuna nəzarəti gücləndirmək və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına diqqəti daha da artırmaq qarşıya əsas vəzifə kimi qoyulmuşdur.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci rayonun sosial-iqtisadi inkişafında böyük əhəmiyyət daşıyan orta-ixtisas tədris müəssisəsidir. Kollecdə təlim və tərbiyə işi müasir təhsilin tələbləri əsasında ənənəvi və kredit sistemi ilə standartlara uyğun aparılır.
Kollecin yerləşdiyi bina cari təmir olunub, inventar-avadanlıq materialları ilə təchiz edilib. Kollecdə 105 nəfər işçi çalışır. Onlardan 23 nəfərini inzibati-texniki heyət, 57 nəfər tam ştat üzrə müəllim, 25 nəfər saathesabı müəllim kimi fəaliyyət göstərir.
2020-2021-ci tədris ili üçün kollecə ümumi orta və tam orta təhsil bazasından 367 nəfər tələbə qəbul olunmuşdur. Hazırda burada 12 ixtisas üzrə 1024 nəfər tələbə əyani və qiyabi təhsil forması üzrə təhsil alır.
Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu qaydalarına əsasən 2020 və 2021-ci illər ərzində kollecin 100-dən artıq tələbəsi ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur.
Kollecdə ideya-siyasi tərbiyə işi, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir.
Bütün bunlarla yanaşı kollecin idarə olunmasında və fəaliyyət sahələrində bir sıra çətinliklər və problemlər də mövcuddur. Tələbə sayının artması ilə əlaqədar yeni korpusun inşası, tələbə yataqxanasının tikilməsi əsas problemlərdəndir.
Rayonda 10 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 3-ü körpələr evi-uşaq bağçası, 7-i isə uşaq bağçasıdır. Məktəbəqədər təhsil müəssisələri öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və Nümunəvi Nizamnaməsinə əsasən həyata keçirir.
İl boyu rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə,qida rasionuna düzgün əməl edilməsinə nəzarət olunmuşdur.
Bununla yanaşı rayonda yeni uşaq bağçalarının tikilməsinə ciddi ehtiyac vardır. Bir sıra iri yaşayış məntəqələrində,kənd və qəsəbələrdə uşaq bağçası yoxdur.
“Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İsmayıllı Regional Mədəniyyət İdarəsi və İsmayıllı Turizm İnformasiya Mərkəzi yaradılmış, Regional İdarə 13, Turizm Mərkəzi isə 5 ştat vahidi ilə 2017-ci ildən fəaliyyətə başlamışdır. İsmayıllı Regional Mədəniyyət İdarəsi Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ və Ağsu rayonlarını əhatə edir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin optimallaşdırmaya dair islahatları çərçivəsində İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda,o cümlədən İsmayıllı rayonunda bir sıra klub müəssisəsi və kitabxana filiallarında islahatlar həyata keçirilmişdir.
Cari ildə kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin müzakirəsi aparılmış, rayonun elektron xəritəsi yaradılmış, mədəniyyət müəssisələrinin birgə fəaliyyət planı hazırlanmışdır.
Regional İdarənin İsmayıllı rayonu üzrə mədəniyyət müəssisələri tabeliyində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və ona tabe olan 20 klub-müəssisə, İsmayıllı Rayon Mərkəzləşmiş Kitabxana Sistemi və ona tabe olan 39 qəsəbə və kənd kitabxana filialları, Uşaq incəsənət məktəbi, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Heydər Əliyev Mərkəzi, İsmayıllı Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.
Mədəniyyət Mərkəzində və filiallarında çalışan 325 nəfərdən 62 nəfəri ali,154 nəfəri orta ixtisas,109 nəfəri isə orta təhsillidir. İşçilərin 68 nəfəri texniki sahədə çalışanlardır.
Rayon Mədəniyyət Mərkəzi və filiallarında 2021-ci il ərzində çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilmiş, konsert proqramları, teatr tamaşaları, məktəblilərin qış tətilinin maraqlı keçməsi üçün “Kukla teatrı”nın tamaşaları nümayiş olunmuşdur. Mədəniyyət Mərkəzinin “Xalq Teatrı” kollektivi tamaşalar, dövlət tədbirləri üçün kompozisiyalar hazırlamışdır. 2021-ci il ərzində Mədəniyyət Mərkəzində 118 tədbir keçirilmişdir. Bütün tədbirlər Covid-19 pandemiyası tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Mədəniyyət mərkəzində filiallarında 35 dəfə dezinfeksiya işləri aparılmışdır.
İsmayıllı rayonunda bir Mərkəzləşmiş Kitabxana Sistemi, 2 şəhər, 2 qəsəbə, 34 kənd kitabxana filialı fəaliyyət göstərir. Bu müəssisələrdə 98 nəfər mütəxəsis işçi çalışır ki, onlardan da 28 nəfəri ali, 47 nəfəri orta ixtisas, 23 nəfəri orta təhsillidir. 2021-ci ildə MKS üzrə oxucuların sayı 20307 nəfər, kitab verilişi 277310 nüsxə olmuşdur. İsmayıllı rayon MKS-də kitabxana fondu 30999 nüsxə, onlardan audiovizual kitab isə 1192 nüsxə təşkil edir. Hesabat ilində kitabxanaya 2115 nüsxə ədəbiyyat daxil olmuşdur. Mərkəzi kitabxanın inzibati binası və filialları pandemiya qaydalarına uyğun olaraq fəaliyyətini təşkil etmişdir. Mərkəzi kitabxana və filiallar il ərzində 33 dəfə dezinfeksiya olmuşdu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili “Nizami ili” elan etmişdir. Ölkə prezidentinin Nizami ili ilə əlaqədar, eyni zamanda Azərbaycanın elm və mədəniyyətinin təbliğində yüksək xidmətləri olmuş elm xadimlərinin, bəstəkar, şair və yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq ölkəmizin bütün sahələrində olduğu kimi İsmayıllı Mədəniyyət müəssisələrində onlayn qaydada bir çox tədbirlər həyata keçirilmişdir.
İsmayıllı Dövət Rəsm Qalereyasının Rəsm fondunda 47 eksponat saxlanılır. Qalereyaya 2021-ci il ərzində 987 nəfər tamaşaçı gəlmiş, 21 ekskursiya, 17 mühazirə, 36 sərgi keçirilmişdir. İsmayıllı Dövət Rəsm Qalereyası pandemiya qaydalarına uyğun olaraq fəaliyyətini təşkil etmişdir. Inzibati bina il ərzində 19 dəfə dezinfeksiya olmuşdur.
Rayon Tarix Diyarşünaslıq Muzeyinin fondunda 2684 eksponat saxlanılır. Muzeydə 2021-ci il ərzində xeyli sayda mədəni-kütləvi tədbirlər keçirilmişdir. Bir sıra qeyri-hökumət təşkilatlarının və ictimai təşkilatların keçirdiyi tədbirlərin ünvanı da İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi olmuşdur. İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi cari ildə pandemiya qaydalarına uyğun olaraq fəaliyyətini təşkil etmişdir.
Muzey İsmayıllının tarixini daha dərindən öyənmək, tədqiq etmək və yaşatmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.Burada eramızdan əvvəl III-I əsrlərə aid arxeoloji gil, tunc, dəmir, dulusçuluq, misgərlik, zərgərlik nümunələri,silahlar,toxuculuq məmulatları saxlanılır. Hesabat ili ərzində muzeydə müxtəlif xarakterli onlayn qaydada 29-dan çox tədbir keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun həyat və fəaliyyətini, xalq qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq məqsədilə rayonda ümumi sahəsi 2190 kv.metr olan Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəz 3 mərtəbədən ibarətdir. I mərtəbə 6 dərnək otağından və 1 foyedən ibarətdir. II mərtəbə 1 foye, ekspozisiya zalı və inzibati otaqlardan ibarətdir. III mərtəbə 3 iş otağı, 1 fond otağı, 1 kitabxana otağı və fondu, 2 qonaq otağı, 1 konfrans zalı, 1 mətbəxt, 1 inzibati otaqdan ibarətdir. Sahəsi 2100 kv.m-dir. Mərkəzin fondunda 453 ekponat saxlanılır. Mərkəzin ekspozisiyasında Ümummili Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, kitablar və s. nümayiş edilir.
İl ərzində Heydər Əliyev Mərkəzində müxtəlif qrup vətəndaşlarla görüşlər,ictimai-16 siyasi tədbir keçirilmiş, bir çox peşə bayramları burada qeyd olunmuş, bir qayda olaraq “Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələləri Mərkəzdə tədris olunmuşdur. İl ərzində həmçinin pandemiya dövründə burada 75-dən çox tədbir keçirilmiş, 2021-ci ildə 5 minə yaxın ekskursiyaçı Mərkəzi ziyarət etmişdir. Rayona gələn xarici qonaqlar mütləq şəkildə Heydər Əliyev Mərkəzi ilə tanış edilmişlər.
F.Əzimov adına İsmayıllı rayon Uşaq İncəsənət məktəbi fəaliyyət göstərir. Tədris binası 36 sinif otağı, 100 nəfərlik zaldan ibarətdir. O cümlədən məktəbin nəzdində İvanovka kənd filialı fəaliyyət göstərir. Hal hazırda məktəbdə 70 nəfər müəllim heyəti və 6 texniki işçi çalışır, 297 nəfər şagird təhsil alır. Məktəbdə 2021-ci il ərzində dövlət proqramına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir. Məktəbin son illərdə 3 nəfər məzunu Musiqi Akademiyasına, orta ixtisas müəssisələrinə qəbul olunmuşdur. Tədris pandemiya qaydalarının tələblərinə uyğun olaraq onlayn qaydada həyata keçirilmişdir. Məktəbin binası il ərzində 12 dəfə dezinfeksiya edilmişdir. Azərbaycan Respublikası Dövlət günlərinə və Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bəstəkar həftələrinə müəllimlər və şagirdlərin iştirakı ilə online qaydada 42 videoçarx hazırlanmışdır.
İsmayıllı Turizm İnformasiya Mərkəzi bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərir. Mərkəz informasiya texnologiyaları vasitəsi ilə bölgənin turizm potensialı barədə məlumat yayır, sorğuları cavablandırır. Regiona gələn turistlərin gəzintisi Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilir, yerləşməsi təmin edilir. Kənd yaşıl turizm ilə məşğul olan sahibkarlarla sıx əlaqə saxlanılır.Turist marşurutları təyin olunur, işarələnməsi il ərzində həyata keçirilir.
Turizmin daha səmərəli təşkili ilə əlaqədar rayonda bir çox obyektlərin inşası aparılır. 2019-cu ildə Rayon Mərkəzində 4 ulduzlu otel kompleksi istifadəyə verilmişdir. Talıstan ərazisində yeni istirahət kompleksi tikilib istifadəyə verilmişdir. Tircan kəndi ərazisində “Bədo” sanatoriya-istirahət kompleksinin istifadəyə verilməsi gözlənilir. Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən Basqal Tarix-Mədəniyyət Qoruğunda əsaslı və yenidənqurma, restovrasiya və bərpa işləri aparılır.Qəsəbə ərazisində geniş profilli istirahət kompleksinin tikintisi davam etdirilir. Lahıc Tarix-Mədəniyyət Qoruğu ərazisindədə bir sıra təmir-bərpa işləri aparılmışdır.
Lakin turizmin inkişafı ilə bağlı rayonda hələ çox iş görülməli, bu sahənin inkişafı üçün meyarlar müəyyənləşdirilməlidir.
Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin,o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərə çarpacaq dərəcədə artmışdır.
SÖlkə Prezidentinin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyə sistemində aparılan uğurlu islahatlar öz müsbət nəticəsini verməkdədir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün İsmayıllı rayonunda da əsaslı tədbirlər həyata keçirilmişdir. 01.01.2020-ci il tarixindən ölkə üzrə mərhələli şəkildə İcbari Tibbi Sığorta sistemi tətbiq olunmağa başlamışdır. Respublikamızın 23 şimal rayonunda olduğu kimi İsmayıllı RMX-sı PHŞ-də həmin tarixdən əhaliyə Tibbi Sığorta ilə xidmət göstərilir. 2021-ci ildə rayonun tibb xidməti şəbəkəsi 101 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 7 Ailə Sağlamlıq Mərkəzi, 7 Həkim Məntəqəsi, 20 Tibb Məntəqəsi və Gigiyena Epidemiologiya mərkəzindən ibarət olmuşdur.
Rayonun səhiyyə müəssisələrində 94 nəfər həkim, 303 nəfər orta tibb işçisi, 310 nəfər kiçik tibb işçisi fəaliyyət göstərmişdir. 2021-ci ildə 38 həkim, 21 orta tibb işçisi təkmilləşmə və ixtisasartıma kurslarından keçmişdir.
İl ərzində rayonun səhiyyə müəssisələrinə ambulator xəstə qəbulu 170449 nəfər, stasionar qəbul 1437 nəfər, təcili təxirəsalınmaz tibbi yardım stansiyasına 8649 çağırış olmuşdur. RMX-da 242 doğuş həyata keçirilmişdir.İl ərzində 316 cərrahi əməliyyat aparılmış,bunlardan 105-i təxirəsalınmaz,211-i isə planlı əməliyyatlar olmuşdur.
2021-ci ildə uşaq ölümü isə 6 nəfər olmuşdur. İl ərzində 6241 göndəriş verilmişdir. Göndərişlərdən 505 nəfəri İcbari Tibb Sığorta xətti ilə özəl tibb müəssələrinə göndərilmiş və bunlardan 20 nəfər xəstəyə “ Açıq ürəy” əməliyyatı, 178 nəfər xəstənin ürəyinə “Stend” qoyulub.
Hesabat ilində 1720 nəfər şəkərli diabet, 342 nəfər vərəm xəstəsi, 103 nəfər talasemiya xəstəsi, 6 nəfər hemofiliya xəstəsi, 41 nəfər xroniki böyrək çatışmazlığı xəstəsi, 479 nəfər onkoloji xəstə, 1438 nəfər Psixi xəstə qeydiyyatda olmuş, bu xəstələrə hərtərəfli tibbi xidmət göstərilmiş, dövlət tərəfindən nəzərdə tutulmuş imtiyazlardan istifadə üçün normal şərait yaradılmışdır.
Rayon üzrə 2021-ci il ərzində evdə ölənlərin sayı 547 nəfər, stasionarda isə 21 nəfər ölüm halı baş vermişdir.
Rayonda səhiyyə müəssisələrinin maddi bazasının möhkəmləndirilməsi, yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. RMX-nın binası, RMX-nın poliklinika şöbəsi yaxın illərdə təmir olunmuşdur. İvanovka, Lahıc xəstəxanları, Topçu, Tircan həkim məntəqələri, Zərnava, Gəraybəyli, Sumağallı, Sulut, Diyallı, Keyvəndi tibb məntəqələri yeni tikilmiş binalarda fəaliyyət göstərir. Qeyd edək ki, Diyallı tibb məntəqəsi Heydər Əliyev Fondunun,Sumağallı və Sulut tibb məntəqələri isə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Quşencə, Qalacıq, Qubaxəlilli kənd həkim məntəqələri tam təmirlidir.
2021-ci il ərzində uşaqlar arasında heç bir kütləvi xəstələnmə və kəskin infeksion xəstəlik müşahidə edilməmiş, yaş qruplarına uyğun peyvəndləşmə aparılmışdır. Peyvənd təqviminə uyğun olaraq vaksinlər tibb müəssisələrinə paylanmış, peyvəndləşmə aparılmışdır.
Uşaqların peyvəndlə əhatə faizi Respublika səviyyəsinə uyğun olaraq 94 faiz təşkil edir. Doğum evində yeni doğulmuş uşaqlara aparılmış peyvəndlər 97 %, tibb müəssisələrində 2 ay-6 yaş arası uşaqlara aparılmış peyvəndlər isə 91 % olmuşdur. Dövlət Proqramına uyğun olaraq uşaqların məcburi dispanserizasiyası aparılmışdır.
İl ərzində yaşayış məntəqələrində sanitar-epidemioloji vəziyyətə tam nəzarət olunmuş, rayonda difteriya, tetanus, qızılca, məxmərək, göy öskürək və s. xəstəliklər qeydə alınmamışdır.
2020-ci ildə bütün dünyanı cənginə alan Karonavirus xəstəliyi bizim dövlətimizdəndə yan keçməmişdir. Bu xəstəlik ilə səhiyyə müəssisələrimizdə ciddi mübarizə aparılır, qabaqlayıcı tədbirlər və əhalinin bu istiqamətdə maarifləndirilməsində ciddi işlər görülmüşdür. Rayonumuzda 4032 nəfər bu xəstəliyə yoluxmuş, 98 ölüm qeydə alınmışdır. Covid-19 xəstəliyi ilə mübarizə ilə əlaqəli İsmayıllı Modul tipli xəstəxanası il ərzində 2 dəfə fəaliyyət göstərmişdir və karonavirus infeksiyasına yoluxmuş xəstələrin stasionar müalicəsinə başlamışdır. Həmin xəstəxana 2021-ci ildə 235 nəfər xəstə qəbul etmişdir.
“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Təzəkənd, Talıstan, Kürdmaşı, Qalınçaq kəndlərində həkim, İstisu, Qalagah kəndlərində tibb məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur.Bütün bunlarla yanaşı hazırda rayonun 24 tibb məntəqəsinin təmirə və yeni binaya ehtiyacı vardır. Rayonda 38 həkim və 21 orta tibb işçisi yeri vakansiyadadır. Ucqar dağ kəndlərində səhiyyə xidmətinin təşkili bu gün əsas problemlərimizdəndir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət-gənclər siyasəti 2021-ci ildə də uğurla davam etdirilmiş,bir sıra yaddaqalan hadisələrlə əhəmiyyətli xarakter daşımışdır.
Hazırda ölkəmizdə müasir düşüncəli, istedadlı, intellektual səviyyəsi yüksək olan gənclərə üstünlük verilir. Aparılan kadr islahatlarında gənclərin yüksək vəzifələrə təyin edilməsi,onların potensialından maksimum istifadəyə yer verilməsi bunun bariz nümunəsidir. Ölkə rəhbəri gənc və peşəkar kadrlara özlərini təsdiq etmələri üçün real imkanlar yaradır,dəstək durur. Yaşlı nəslin təcrübəsindən, gənclərin potensialından istifadə cənab Prezidentin siyasətinin əsasını təşkil edir.
İsmayıllı rayonunda gənclərə və idmanın inkişafına diqqət ildən-ilə artırılır. RGİ-nin Olimpiya İdman Kompleksi ilə birgə fəaliyyəti gənclərin yüksək səviyyədə təşkilatlanmasına, rayonda idmanın inkişafına təkan vermiş, uğurlu nəticələr əldə olunmuşdur. Həmçinin RGİİ-nin YAP rayon təşkilatı gənclər birliyi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Rayon Təhsil Şöbəsi, Peşə Tədris Mərkəzi ilə işgüzar əlaqələri gənclərin vətənpərvərlik, torpağa məhəbbət ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının tələblərinə uyğun tədbirlərin icrası 2021-ci ildə də davam etdirilmiş, pandemiya qaydalarına riaəyyət edilməklə şeir ifaçılığı, rəsm, inşa yazı müsabiqələri, bilik və idman yarışları, intellektual oyunlar keçirilmişdir. Dövlət bayramları və anım günlərinə həsr olunmuş tədbirlərdə gənclərin fəal iştirakı təmin olunmuş, “2 Fevral-Azərbaycan Gəncləri Günü” yüksək səviyyədə qeyd olunmuşdur. Hesabat dövrü ərzində gənclərlə iş sahəsində mart ayına kimi və pandemiya dövründə ümumlikdə 32 tədbir keçirilmişdir. Tədbirlərdə 1053 nəfər gəncin iştirakı təmin edilmişdir.
İsmayıllı rayon Gənclər və İdman idarəsi II Qarabağ Müharibəsi dövründə istərsədə Koronavirus pandemiyası dövründə də fəaliyyətini davam etdirmişdir. Belə ki, Koronavirus pandemiyası dövründə idarənin əməkdaşları və gənc könüllüləri tərəfindən vətəndaşlarla daim maarifləndirmə tədbirləri aparılmış, tibbi maskalar paylanılmış, veteran idmançılar evlərində ziyarət edilmişdir.
II Qarabağ Müharibəsindən sonra isə idarə tərəfindən şəhid ailələrinin, qazilərin , gənc idmançıların evləri ziyarət olunmuş, gənclərə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması üçün onlayn formatda bir sıra görüşlər təşkil edilmişdir.
Qeyd etmək istərdim ki, Olimpiya İdman Kompleksi rayonda gənc idmançıların yetişməsində, gənclərin fiziki hazırlığının inkişafı sahəsində məqsədyönlü iş aparır. Hesab edirik ki, Kompleksdə aparılmış yeni kadr dəyişiklikliyi rayonda idmanın inkişafına yeni tərzdə yanaşmanı təmin edəcəkdir.
2022-ci ildə rayonda gənclər siyasəti qarşısında daha mühüm vəzifələr durur. Rayonda gənclərin potensialından daha səmərəli istifadə olunmalı, bu istiqamətdə tədbirlər icra edilməlidir. Rayonda yeni fəaliyyətə başlayan Gənclərin İnkişaf və Karyera Mərkəzi də öz işini bu üslubda qurmalı, gənclərin təşkilatlanmasına öz töhfəsini verməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına, tapşırıq və tövsiyələrinə əsasən könüllülk fəaliyyətinin geniş şəkildə təşviq olunması ilə əlaqədar tədbirlər 2022-ci ildə də davam etdiriləcək, ölkənin gələcək inkişafına xidmət edəcək istedadlı gənclərin üzə çıxarılması istiqamətində səmərəli iş aparılacaqdır.
İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili RİH-nin gündəlik diqqətində olmuşdur. İdeya-siyasi işdə, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülmüş, rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş, tapşırıq və tövsiyələrinə uyğun aparılmış, bütün yaşayış məntəqələrini, əhalinin müxtəlif təbəqələrini əhatə etmişdir. Ölkədə həyata keçirdiyiniz sosial-iqtisadi siyasətin, apardığınız məqsədyönlü xarici siyasətin nəticələri əhali arasında geniş təbliğ olunmuşdur.
Bölgənin ictimai-siyasi həyatında baş verən proseslərə hesabat ilində ciddi nəzarət edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, Millət Vəkillərinin, aid idarə və müəssisə rəhbərlərinin iştirakı ilə onlayn görüşlər keçirilmişdir.
Rayon İcra Hakimiyyəti siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Apardığınız siyasətin bütün cəhətləri vaxtında və dəqiqliyi ilə ünvanına çatdırılır. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır, normal, işgüzar şərait formalaşır, yeni-yeni layihələrin icrası, abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Vətəndaşların dövlətə və onun rəhbərinə inam və etibarı getdikcə güclənir.
Qeyd etmək istərdik ki, Rayon İcra Hakimiyyəti başçısının 19 may 2010-cu il tarixli 73 nömrəli sərəncamı ilə rayonun bütün yaşayış məntəqələrini əhatə edən təbliğat qrupları yaradılmışdır. Hər ayın əvvəlində mövzular müəyyənləşdirilmiş, qrafik hazırlanmış, qrup rəhbərlərinə çatdırılmışdır. Yerlərdə, idarə və müəssisələrdə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasi kursun təbliği aparılmış, səfərləri, çıxış və məruzələri barədə əhali məlumatlandırılmışdır .
Rayonda əsaslı təmir olunmuş “Şəhidlər xiyabanı” davamlı olaraq ziyarət edilmiş, şəhərin Nizami Gəncəvi küçəsində ucaldılmış “Soyqırım xatirə kompleksi” bir çox tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Rayonda 6 siyasi partiya-Yeni Azərbaycan Partiyası,Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası, Real Partiyası qeydiyyatdadır.Yeni Azərbaycan Partiyasından başqa digər siyasi partiyalar əsasən fəaliyyətsizdir, sosial bazaları, informasiya resusları, ictimaiyyətlə, QHT-lərlə,digər ictimai birliklərlə əlaqələri yoxdur.
Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə aparır. Rayonda YAP üzvlərinin sayı 8020 nəfərə çatmışdır və bölgədə ən güclü siyasi qüvvə olaraq fəaliyyət göstərir. Bunlardan 3199 nəfərini (40%) qadınlar, 1399 nəfərini gənclər (17,44%) təşkil edir. Partiyanın nəzdində qadınlar şurası, gənclər birliyi və maarifləndirmə məqsədilə könüllülər qrupu fəaliyyət göstərir. YAP İsmayıllı rayon təşkilatının üzvləri rayonda görülən işlərdə yaxından iştirak edir, keçirilən siyasi və kütləvi tədbrilərdə fəallıq nümayiş etdirirlər.
YAP İsmayıllı Rayon Təşkilatı son illər, eyni zamanda 2021-ci ildə də ideoloji-siyasi istiqamətlərdə fəaliyyətini genişləndirmiş, partiya quruculuğunda əldə olunmuş yeni, müasir, müsbət təcrübədən istifadə edərək, səmərəli nəticələrə nail olmuşdur. YAP ətrafında 86 ilk partiya təşkilatını birləşdirir.
Rayonun bir sıra xarici ölkələrlə-Yaponiya, Fransa, Belarus, Latviya, Çexiya, İsrail, Özbəkistanla dostluq əlaqələri yaranmışdır. Səkkiz ildən artıqdır ki, Yaponiyanın İto şəhəri ilə rayonumuz arasında dostluq və qardaşlıq əlaqələri davam edir. İsmayıllıda salınmış “Yapon bağı” bu dostluğun rəmzinə çevrilmişdir. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə rayonun bir neçə kəndində məktəb, uşaq bağçası, həkim məntəqəsi tikilib istifadəyə verilmiş, kanalizasiya, su xətləri çəkilmişdir. Dəfələrlə Yaponiya nümayəndə heyəti rayonumuzda olmuş, rayonun nümayəndə heyəti, məktəblilərimiz İto şəhərinə səfər etmişlər. İsmayıllı məktəbliləri distant təhsil yolu ilə yapon dilini, Yaponiya məktəbliləri isə Azərbaycan dilini öyrənirlər. İsmayıllı ilə İto şəhəri arasındakı dostluq və qardaşlıq əlaqələri davam etdirilməkdədir.
Fransanın Evian-Le Bən şəhəri, Çexiya Respublikası ilə də “Dostluq və Əməkdaşlıq Xartiyası” imzalanmışdır. Evian şəhərində klassik Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılmışdır. Belarus Respublikası ilə rayonumuz arasında qarşılıqlı dostluq əlaqələri formalaşmış, kənd təsərrüfatı və sənaye sahələri üzrə təcrübə mübadilələri aparılmış. 2019-cu ildən Özbəkistan Respublikası ilə də dostluq əlaqələri yaranmışdır.
Ərazidə Gənclərin Anti-Narkomaniya İctimai Birliyi, ““Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İctimai Birliyi, “İsmayıllı intellektual oyunları klubu” İctimai Birliyi və İsmayıllı Yazarları İctimai-ədəbi birliyi, Çernobıl Əlillər İttifaqının İsmayıllı rayon şöbəsi,AVMVB-nin rayon şöbəsi,Qarabağ Müharibəsi Əlilləri veteranları Şəhid Ailələri İctimai Birliyi,QAC-nin İsmayıllı rayon təşkilatı,Rayon Ağsaqqallar Şurası fəaliyyət göstərir.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi 2011-ci ildən müstəqil fəaliyyətə başlamışdır. Təşkilatın başlıca vəzifəsi problemli ailələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərini həll etmək, ailələrini gücləndirmək, sosial həyat şəraitini yaxşılaşdırmaqdan ibarətdir. 2021-ci il ərzində pandemiyaya baxmayaraq Mərkəzə 378 müraciət olmuş, problemli ailələrlə ardıcıl iş aparılmışdır. Dövlət Proqramlarının icrası ilə bağlı il ərzində 32 tədbir keçirilmiş, tədbirlərdən 7625 nəfər bəhrələnmişdir. Pandemiyanın tələblərinə uyğun olaraq tədbirlər Feysbuk və İnstaqramdan canlı yayım və ZOOM proqramı ilə keçirilmişdir. Məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı müraciətlər olmuş, problemlər aradan qaldırılmışdır. Boşanma təhlükəsi olan ailələrlə iş aparılmış və müsbət nəticələr əldə edilmişdir. Hesabat ili ərzində aktiv terapiya, ünsiyyət terapiyası, loqopedin psixoloji məsləhət və kompüter kursuna qəbulla bağlı müraciətlərin hamısı müsbət həll edilmiş, karantin tələblərinə əməl edilməklə 136 nəfər Mərkəzin xidmətlərindən bəhrələnmişdir. Qadın İcma İnformasiya Mərkəzindən 324 nəfər qadın və uşaq istifadə etmişdir. 125 ailəyə səfər edilmişdir ki, onlardan 94 ailə ilə COVİD_19 virusu ilə bağlı söhbət aparılaraq, maarifləndirici buklet və “Ailədən ailəyə” aksiyası çərçivəsində ərzaq paketi verilmişdir.
İsmayıllıda əsil tolerantlıq mühiti hökm sürür. Dinlərə, müxtəlif milli və dini qruplara münasibətdə ayrıseçkiliyə yol verilmir. Rayonda 26 məscid, 16 dini icma, 4 ibadət evi vardır. Dini icmalardan 15-i İslam və biri xiristian təmayüllüdür. Rayonda qeyri-ənənəvi dini cərəyanlara mənsubların fəaliyyətinə ciddi nəzarət olunur, “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanunu”nun tələbləri ciddi şəkildə gözlənilir. Rayonda fəaliyyət göstərən dini icmalar, din xadimləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə DK-nin, Qafqaz Müsəlmanları İdarəsinin, Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi dövlət və din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə işi, tolerantlıq, ənənəvi İslam dəyərləri, multikulturalizmlə bağlı tədbirlərdə yaxından iştirak edirlər. Dini bayram və ayinlər tələblərə uyğun icra olunur. Keçirilən dövlət və dini bayramlarda, tarixi günlərin qeyd edilməsində din xadimlərinin iştirakı təmin olunur. Ramazan ayında yerlərdə təşkil olunan iftar axşamları mənəvi və dini zənginliyi ilə fərqlənir. Belə tədbirlərə xiristian icma nümayəndələri də dəvət olunurlar. Rayonda tolerantlıq, milli və dini dözümlülük, multikulturalizm mühiti hökm sürür. Malakanların, kürdlərin, hapıtların, ləzgilərin və digər xalqların adət-ənənələrinə, mədəni irsinə hörmətlə yanaşılır, onlarla görüşlər keçirilir, problemlərinin həllinə rayon rəhbərliyi yardımçı olur.
Rayonda ənənəvi dinlərə mənsublar üçün bərabər şərait yaradılmışdır, onların daxili işlərinə əsla qarışılmır. Bəzi radikal qrupların gizli fəaliyyəti nəzarətdə saxlanılır, onlara qarşı mübarizə tədbirləri həyata keçirilir.
Rayonda radikal dini cərəyanlara mənsubların aktivliyi müşahidə edilmir. Bölgədə nəzarət markası ilə markalanmnış dini təyinatlı ədəbiyyatın,audio və video materialların, dini məzmunlu ədəbiyyatın satışı üzrə ixtisaslaşmış satış məntəqəsi yoxdur.
Rayonda multikulturalizm və tolerantlıq siyasətinin gücləndirilməsi məqsədilə mövcud normativ-hüquqi aktların, həmçinin digər sənədlərin dərindən öyrənilməsi təmin edilmiş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, bir sıra QHT-lər və ictimai təşkilatlarla işgüzar əlaqələr qurulmuş, birgə tədbirlər həyata keçirilmişdir.
“İsmayıllı xəbərləri” qəzeti maraqlı və məzmunlu sayları ilə oxucuların diqqətini cəlb edir, rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırır. Qəzetin nəzdində “Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyət göstərir. Əlamətdar olan hadisələrdən biri də bölgədə “İsmayıllı Yazarları Ədəbi-İctimai Birliyi”nin yaradılmasıdır. Hər iki ədəbi birlik rayonun ədəbi mühitinin formalaşmasında mühüm rol oynayır, gənc istedadları üzə çıxarır, onları bir araya gətirir. Ədəbi məclis üzvləri ilə tez-tez rayon ictimaiyyətinin görüşləri təşkil olunur. Yeni nəşr olunan kitabların təqdimatı keçirilir. Ən yaxşı yazarlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılır.
Hesabat ilində dövlət qəzetlərinə, obyektiv mövqedən çıxış edən informasiya vasitələrinə abunə yazılışı aparılmış, mətbuatın yerlərə operativ çatdırılması təmin edilmişdir.
İdeologiya sahəsində atılan ən mühüm addımlardan biri də rayondan olan bir sıra elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, qabaqcıl həkim, müəllim və pedaqoqların, sadə peşə adamlarının, əmək və müharibə veteranlarının, Milli Qəhrəmanların yubileylərinin, xatirə gecələrinin, görüşlərinin keçirilməsidir. 2021-ci ildə də bu xarakterli çoxsaylı onlayn qaydada tədbirlər icra olunmuş, gənclərin, yetişən nəslin mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilmişdir.
Ölkəmizdə həssas və qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daima ölkə prezidentinin diqqətində olan məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd-yuvasından, ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlərin sosial problemlərinin həlli aparılan siyasətin prioritet istiqamətlərindəndir. Uğurlu sosial siyasət,ölkə iqtisadiyyatının inkişafı bu insanlara dövlət qayğısını ildən-ilə artırır.
İsmayıllı rayonunda 931 ailədən olan 3397 nəfər məcburi köçkün müvəqqəti qeydiyyatdadır. Onlar dövlətin nəzərdə tutduğu bütün imtiyazlardan lazımınca istifadə edirlər. Dövlət tərəfindən məcburi köçkünlər üçün İsmayıllı şəhəri ərazisində 45 evdən ibarət “Qarabağ” qəsəbəsi salınmış, qəsəbə bütün infrastrukturla təmin edilmişdir. Məcburi köçkünlərin problemlərinin həllində Rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatlar yaxından iştirak edir, vaxtaşırı onlarla görüşlər keçirilir. Hesabat ilində rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin nümayəndələri ilə RİH başçısının görüşü keçirilmiş, onların problemlərinin həlli istiqamətində tədbirlər müəyyənləşdirilmiş, icrası təmin olunmuşdur.Hal-hazırda faktiki olaraq 747 ailə (2731 nəfər) rayon ərazisində müvəqqəti məskulaşmışdır. Məcburi köçkünlər inzibati binalarda, fermalarda, əmlak paylarında, kirayədə, qohum evlərində, bağçalarda, vaqonlarda və sığınacaqlarda məskunlaşmışlar. Məktəblərdə yaşayan məcburi köçkünlər üçün 45 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Məcburi köçkünlərin kompakt məskunlaşdıqları Kürdmaşı və Topçu kəndlərində köhnə bağça binasının, Mican ferma binasının, keçmiş ERTS-in binasının və keçmiş kəlağayı fabriki binasının dam örtüyü dəyişdirilmişdir. Bir ailənin məskunlaşdığı otaq tam təmir olunaraq istifadəyə verilmişdir. İki ailə yaşayış yeri olmadığı üçün Ucar rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə mənzillə təmin olunmuşdur. Qoşakənd kəndində məcburi köçkünlərin istifadə etdikləri subartezian quyuları nasos və işıq transfarmatorları ilə, Kəlbənd kəndində və Pirdinar yaşayış məntəqəsində məskunlaşan məcburi köçkünlərin istifadə etdikləri subartezian quyularının nasosları yenisi ilə əvəz olunmuşdur. Dövlətqaçqınkom tərəfindən verilən məktəbli formaları məcburi köçkünlərin uşaqlarına paylanmışdır. Komitə tərəfindən verilmiş üç ədəd kabinəli dizel generatoru gətirilərək quraşdırılmış, yaxın vaxtlarda məcburi köçkünlərin istifadəsinə veriləcəkdir. İsmayıllı rayon sakinlərindən bir-neçəsi əmlak paylarında məskunlaşan məcburi köçkünlərin oradan çıxarılması tələbi ilə məhkəməyə müraciətlər etmişdir.
Hər bir Azərbaycan vətəndaşının, o cümlədən İsmayıllı rayonunda məskunlaşmış qaçqınlar və məcburi köçkünlərin əsas arzuları torpaqlarımızın düşmən tapdağından azad edilməsi, öz doğma yurdlarına dönmələri idi. Bu gün böyük qürur hissi ilə söyləyə bilərik ki, Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.
Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcək. Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs bunun əyani sübutudur.
Rayonda yaşayan məcburi köçkünlər bələdiyyə torpaqlarından da səmərləli istifadə edir, taxıl, tərəvəz məhsulları əkib-becərir, öz şəxsi təsərrüfatlarını genişləndirir, mal-qara saxlayırlar. Fındıq bağlarının salınmasına, barama saxlanmasına məcburi köçkünlər də qoşulublar.
Ölkədə ordu quruculuğu sahəsində böyük uğurlar əldə edilmiş, Azərbaycanın güclü ordusu yaranmışdır. Ordumuzun döyüş və müdafiə qabiliyyəti gündən-günə artır.
Rayonda ordu sıralarına çağırış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılır. Orduya yola salınan gənclərlə təntənəli görüşlər keçirilir. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının və digər normativ –hüquqi aktların tələblərinə uyğun olaraq hərbi xidmətə çağırış planı 100% yerinə yetirilmişdir. Ümumi və qismən səfərbərliyə daim hazır olmaq məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi mütəmadi olaraq təlim-toplanış məşğələləri keçirir, ordu quruculuğunda idarə və müəssisələrin, digər təşkilatların rolunun nədən ibarət olmasını onlara izah edir. Hesabat ili ərzində ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi hazırlıq dərslərinin tədrisi keyfiyyətinin yüksəldilməsinə, hərbi-idman oyunlarının keçirilməsinə, hərbi yönümlü ali və orta ixtisas məktəblərinə məzunların istiqamətləndirilməsinə diqqət ayrılmışdır.
İsmayıllıda şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Onlarla mütəmadi görüşlər keçirilir, qayğıları ilə maraqlanılır, problemləri öyrənilir və həlli istiqamətində tədbirlər görülür. 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialının əməkdaşları tərəfindən Vətən müharibəsində İsmayıllı rayonundan şəhid olmuş hərbi qulluqçuların ailə üzvülərinin eləcədə, qazilərin yaşadıqları ünvanlarda görüşlər keçirilib və onların məşğulluq sahəsində olan ehtiyacları müəyyən olunub. Görüş keçirilmiş şəhid ailəsi üzvlərindən 18-i, qazilərdən isə 32-nın aqrar təsərrüfat, avtomobillərin yuyulması və təmiri avadanlıqları, tekstil, qadın gözəllik salonu, şirniyyat sexi və başqa sahələri əhatə edən özünüməşğulluq proqramına qoşulması təmin olunub, digərlərinin də istəklərinə uyğun məşğulluq tədbirləri ilə təmin olunması üçün müvafiq işlər görülür. Həmçinin, 2 qazimiz öz istəyinə uyğun sosial iş yeri ilə təmin olunub.
Rayon ərazisində karantin qaydalarına əməl olunması ilə bağlı yaradılmış mobil qruplar tərəfindən reydlər mütəmadi olaraq aparılmışdır. Karantinlə əlaqədar olaraq mobil qruplar, İsmayıllı şəhərinin mərkəzi bazarında, marketlərdə, ticarət və xidmət oyektlərində əhalini mütəmadi olaraq maarifləndirilib, karantin qaydalarını izah ediblər. Reydlər rayonda yaradılmış mobil qruplar tərəfindən davamlı olaraq həyata keçirilmişdir. Mobil qruplar rayon icra hakimiyyətinin, polis şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin yerli bölməsinin əməkdaşları, rayon ziyalıları və könüllülərdən ibarət təşkil olunub. İƏD (İnzibati Ərazi Dairəsi) üzrə nümayəndələrin iştirakı ilə də mütəmadi olaraq "Nümayəndə günləri" davamlı olaraq keçirilib. İclaslarda “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarlarının icrası, ərazilərdə ictimai-siyasi asayişin qorunması, informasiya təminatının gücləndirilməsi barədə tapşırıqlar verilib.
Prezident Adminstrasiyasından göndərilən tezislər və onlardan irəli gələn müddəalarla əlaqədar ictimaiyyəti düşündürən məsələlər ətrafında müvafiq təhlillər aparılmaqla, bu tezislərin əhali arasında geniş yayılması və təbliğ olunması məqsədilə 150 dən çox məqalə Rayon İcra Hakimiyyətinin saytında, facebook, instagram və twiter səhifələrində yerləşdirilmişdir. Tezislər, eyni zamanda ayda 1 dəfə nəşr olunan “İsmayıllı xəbərləri “ qəzetinin səhifələrində dərc olunur, bu məqsədlə geniş izahat və maarifləndirmə işləri aparılır.
2021-ci ilin hesabat dövrü ərzində İsmayıllı rayonunda cinayətkarlığa qarşı mübarizə sahəsində dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdaifəsi üzrə bir sıra tədbirlər həyata keçirilmiş , həmin tədbirlərin keçirilməsi zamanı hüquq mühafizə orqanları ilə birgə ictimai asayişin qorunması işi qənaətbəxş olmuşdur.
Rayonda kriminogen durum hüquq-mühafizə orqanları tərəfindən daimi nəzarətdə saxlanılır və bununla əlaqədar xüsusi tədbirlər həyata keçirilir. 2021-ci ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əlaslı işlər görülmüş, qanun pozuntularına qarşı mübarizə tədbirləri gücləndirilmişdir.
Hüquq-mühafizə orqanları öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməklə yanaşı, rayonun ictimai həyatının sabit saxlanılmasında, mənəvi mühitin saflaşdırılması və qorunmasında, əhalinin qarşılıqlı anlaşma şəraitində yaşayıb işləməsində, insan hüquqlarının qorunmasında fəal iştirak etmişdir.
Belə ki, Rayon Polis Şöbəsində İctimai Şura yaradılmışdır. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 mart 2016-cı il tarixli, 813 nömrəli Fərmanına uyğun olaraq hüquq-mühafizə orqanları tərəfindən şəxsi keyfiyyətləri ilə fərqlənən könüllülər ictimai asayişin qorunmasına cəlb olunmuşlar.
Koronavirus pandemiyası ilə əlaqədar əhali arasında aparılan maarifləndirmə tədbirlərində rayon polis şöbəsinin əməkdaşları yaxından iştirak edir.
2021-ci ilin on iki ayı ərzində rayon ərazisində 144 cinayət hadisəsi qeydə alınmış, onlardan 131-nin açılması təmin edilmiş, 5-i bağlı qalmışdır. Ümumilikdə, cinayətlərin açılması 96,3 faiz təşkil edir. Axtarışda olan cinayətkarların tutulması, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hesabat dövründə 9 nəfər axtarışda olan cinayətkarlardan 7 nəfəri tutuluraq aidiyyəti olaraq təhvil verilmişdir. 2 nəfər barəsində cinayət axtarış tədbirləri davam etdirilir.
2021-cu ilin 12 ayı ərzində Dövlət Yol Polis Bölməsi əməkdaşlarının xidmət apardıqları ərazidə 6 yol nəqliyyat hadisəsi baş vermişdir.
2021-ci il ərzində İsmayıllı rayonu üzrə 793 doğum, 685 ölum faktı , 346 nikah, 101 nikahın pozulması halı qeydə alınmışdır.
2021-ci il ərzində İsmayıllı rayonu üzrə İsmayıllı Rayon Məhkəməsinin icraatına 71 cinayət işi, 1343 mülki iş, 424 inzibati material, 51 məhkəmənin qərarı əsasında tətbiq edilən prosessual məcburiyyət tədbirləri haqqında material daxil olmuşdur.
Rayonda 149 yanğın hadisəsi baş vermiş, yanğınlar nəticəsində vətəndaşlara ümumilikdə 242000 manat ziyan dəymişdir.
Rayon İcra Hakimiyyəti yanında İnzibati Komissiyaya 14 inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta törətmiş 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 395.1-ci (özbaşına tikinti) maddəsi ilə 300 manat cərimə tətbiq olunmuşdur. 4 nəfər vətəndaş isə abadlıq və şəhərsalma qaydalarını pozduğuna görə barələrində İnzibati Xətalar Məcəlləsinin 396-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir.
Hesabat dövründə İsmayıllı Rayon İcra Hakimiyyətinə müxtəlif instansiya məhkəmələrindən 65 məktub daxil olmuşdur. Daxil olan məhkəmə sənədləri övladlığa götürmə və uşaq tələbi barədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə olmuşdur. Məhkəmə işləri ilə bağlı sənədlər daim nəzarətdə saxlanılır.
Hesabat ilində yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması üçün Komissiya tərəfindən konkret tədbirlər həyata keçirilmişdir.
Uğursuz və münaqişəli ailələrdə yaşayan uşaqlar müəyyənləşdirilmiş, həmin uşaqların hüquqlarının qorunması üçün tədbirlər görülmüşdür. Belə uşaqlarla sistemli iş aparılmış, onların təhsildən yayınmasına yol verilməmişdir. Övladlığa, qəyyumluğa, himayəyə verilmiş və uğursuz ailələrdən olan uşaqların baş verə biləcək mübahisəli məsələlərdən qorunması, onların normal yaşayışına mənfi təsir göstərə bilən hadisələrdən müdafiə olunması üçün sistemli iş aparılmışdır. Belə uşaqların yaşadığı ailələrlə daim əlaqə saxlanılmış, şəxsi söhbətlər aparılmış, uşaqların yaşayışı ilə bağlı problemlərin yaranmasının qarşısı vaxtında alınmışdır.
Cari ildə 3 nəfər sağlamlıq imkanları məhdud uşaq Dövlət Uşaq Müəssisələrinə göndərilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2021-ci ildə 3 nəfərin nikah yaşı azaldılmışdır.
2021-ci ildə pandemiya qaydalarına uyğun olaraq komissiya üzvləri ilə məktəb kollektivləri və valideynlərlə görüşlər keçirilmiş, görüşlərdə əsasən uşaqlar arasında hüquqi biliklərin təbliğini gücləndirmək, onlara sağlam həyat tərzi aşılamaq, hüquq pozuntularının profilaktikası sahəsində görülən tədbirlər müzakirə olunmuş, hesabat dövründə 5 nəfər yetkinlik yaşına çatmayan qeydiyyata alınmış, 1 nəfər qeydiyyatdan çıxarılmışdır. Hazırda 9 nəfəri qeydiyyatdadır. Qeydiyyatda olan uşaqlar ətrafında mütəmadi olaraq profilaktika tədbirləri həyata keçirilmiş, onların həyat tərzi, yaşayış səviyyələri, yaşayış və olduqları yer üzrə rəsmi qeydiyyatları yoxlanılmış, profilaktik tədbirlərinin keyfiyyətli təşkili məqsədilə görüləcək işlər yaşadıqları ərazinin İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri və təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə qurulmuşdur.
İl ərzində uşaqlar arasında cinayət hallarının və hüquq pozuntularının qarşısının alınması tədbirləri barədə rayonun hüquq-mühafizə orqan rəhbərlərinin çıxış etmələri və iştirakçıların suallarının cavablandırılması təşkil edilmişdir.
Komissiya Rayon Təhsil Şöbəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərində, yetkinlik yaşına çatmayanların tərbiyəsinin təşkilini daim diqqətdə saxlayır. Məktəblərdə tərbiyə mövzusunda keçirilən tədbirlərin səmərəliliyini artırır, bu sahədə çalışanların tərkibi yaxşılaşdırılır, məktəblərdə vaxtaşırı tərbiyə işinin monitorinqi keçirilir, aşkar edilən nöqsanlar aradan qaldırılır.
Hesabat ilində küçədə dilənçilik edən və digər qanuna zidd əməllərə yol verən uşaqlarla, habelə onları belə əməllərə təhrik edən şəxslərlə aparılan profilaktiki tədbirlərin gücləndirilməsi məqsədilə İsmayıllı rayonu ərazisində dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri və ictimaiyyətlə birlikdə göstərilən dövr ərzində 10 dəfə reydlər keçirilmişdir.
Hesabat dövrü ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən, eləcə də onlara qarşı törədilən cinayətlər və digər hüquqa zidd əməllərin qarşısının alınması məqsədilə profilaktika tədbirləri həyata keçirilmiş, sosial təhlükəli vəziyyətdə olan uşaqlar və ailələr, öz valideynlik vəzifələrini yerinə yetirməyən şəxslərin müəyyən edilməsi istiqamətində dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə tədbirlər həyata keçirilmişdir. Komissiyaya Rayon Polis Şöbəsi tərəfindən öz valideynlik vəzifəsini layiqincə yerinə yetirməyən 1 nəfər valideyn barəsində inzibati protokol daxil olmuşdur. Komissiya tərəfindən həmin valideyn xəbərdarlıq növündə inzibati tənbeh edilmişdir.
Rayonumuzda insan alverinin qurbanı olmuş uşaqlar yoxdur.
2021-ci ildə ailə problemləri ilə bağlı risk qrupuna daxil edilən uşaq olmamışdır. 36 nəfər çətin tərbiyə olunan, 94 nəfər valideynləri ayrılan, 14 nəfər valideynlərinin hər ikisini itirən, 48 nəfər başqasının himayəsində yaşayan uşaqlar olmuşdur.
2021-ci ildə valideyn himayəsindən məhrum olmuş 9 nəfər uşaq aşkar olunmuş və onlar da öz yaxın qohumlarının qəyyumluğuna və himayəsinə verilmişdir. Bunlardan 2 nəfəri Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyinin Qayıdış Şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına gətirilmiş uşaqlardır ki, onlar İsmayıllı rayonunun Tircan kəndi ərazisindəki Ferma Kompleksində yaşayan nənəsinin himayəsinə verilmişdir. Komissiya üzvləri tərəfindən həmin ailələrdə monitorinq tədbirləri keçirilir, ailələrin problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir.
9 nəfər uşağa qəyyum və himayəçilər təyin olunmuşdur. Qəyyum və himayədarlar arasında qohumluq əlaqəsi vardır.
Uşağın ad və soyadının dəyişilməsi ilə bağlı 3 müraciət olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq valideynlər arasında uşağın adına və soyadına münasibətdə fikir ayrılığı olmamış və 3 nəfər uşağın soyadı və adı onların istəklərinə uyğun olaraq dəyişdirilmişdir.
Rayonda dövlətə və dövlətçiliyə sədaqət, aparılan uğurlu siyasətə dəstək nümayiş olunur. Ciddi narazılıqlar mövcud deyil, narahatlıqlar hiss olunmur.
Ölkə rəhbərinin apardığı uğurlu siyasət, cənab Prezidentin rəsmi səfərləri, əhali ilə görüşləri, yeni tikilmiş obyektlərin açılışında iştirakı, “COVID-19” pandemiyası ilə bağlı ölkə daxilində gördüyü işlər və qabaqlayıcı tədbirlər, korrupsiyaya qarşı mübarizə, Azərbaycan- Ermənistan münasibətləri, ordumuzun gücü və torpaqlarımızın azadlığı uğrunda mübarizə tədbirləri, düşmənə layiqli cavablar verilməsi əhali arasında geniş təbliğ olunur, maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu istiqamətdə təbliğat qruplarının, ziyalıların, Qarabağ döyüşçülərinin, ağsaqqaların, müharibə veteranlarının gücündən səmərəli istifadə olunur. Gənclərə vətənə, torpağa sonsuz məhəbbət hissi aşılanır. Məqsəd ona yönəlir ki, Azərbaycanın müstəqilliyinin əbədi dönməz olduğu təmin olunmalı, ölkə gəlirləri insan kapitalına çevrilməlidir. Azərbaycan vətəndaşı daha yaxşı və zəngin yaşamalıdır. Ölkəmizin gələcək inkişafı təmin edilməli, güclü dövlətlər sırasına addımlamalıdır.
Ölkə rəhbərinin tövsiyə və tapşırıqları əsas götürülərək vətəndaşların qəbuluna, onların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirilir. Qeyd etdiyiniz kimi, hər bir dövlət məmuru xalqın xidmətçisidir, heç bir xüsusi imtiyaza malik deyildir. Dövlət məmuru vətəndaşlara həssas münasibət bəsləməli, problemlərinin həllinə çalışmalı, onlara lazım olan xidməti göstərməlidir.
Rayonda bu məsələyə həssaslıqla yanaşılır, xüsusi diqqət yetirilir. Vətəndaşlar tərəfindən Rayon İcra Hakimiyyətinə, digər idarə və təşkilatlara daxil olan müraciətlər diqqətlə araşdırılır, həlli istiqamətində tədbirlər həyata keçirilir.
2021-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinə cəmi 1732 vətəndaş müraciəti, o cümlədən, Prezidentin Administrasiyasından 318, Milli Məclisdən 35, Nazirlər Kabinetindən 13, respublikanın digər təşkilatlarından 69, vətəndaşlardan birbaşa RİH-nə daxil olan müraciətlər isə 1297 ədəd vətəndaş müraciəti daxil olmuşdur.
2021-ci ildə vətəndaşlar daha çox sosial müdafiə məsələləri (500), mənzil məsələləri (196), rayon İH və bələdiyyələrin fəaliyyəti məsələləri (170), şəhərsalma və tikinti məsələləri (168), torpaq məsələləri (118), İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər (116), təbii fəlakət hadisələri və fövqəladə hallar (91), enerji daşıyıcıları və su təchizatı məsələləri (68), müdafiə, müraciətlərə baxılma (41), nəqliyyat məsələləri (34), mədəniyyət və turizm məsələləri (33), səhiyyə məsələləri (30), dövlət qulluğu və kadr məsələləri (29), qəbul məsələləri (28), məişət məsələləri (23), dövlət quruculuğu vəqanunvericilik (14), kənd təsərrüfatı məsələləri (10), elm və təhsil məsələləri (10), ədliyyə orqanlarının fəaliyyəti (10), rabitə və informasiya texnologiyaları məsələləri (8), Qarabağ münaqişəsi, orduya çağırış məsələləri (7), sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı ilə bağlı (6) və digər məsələlər barədə müraciət etmişlər.
2021-ci ildə daxil olmuş müraciətlərin 280-ı (16,2%) müsbət, 171-i (9,9%) qismən həll edilmiş, 1079-na (62,3%) müvafiq izahat verilmiş, 8-i (0,5%) əsassız sayılmış, 30-u isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Daxil olan müraciətlərə əsasən İcra Hakimiyyəti başçısının aparatında baxılmış, 67-si isə baxılmaq üçün aid qurumlara göndərilmişdir. Daxil olmuş vətəndaş müraciətlərinin 2-nə Prezident Administrasiyasının, 121-na Rayon İcra Hakimiyyəti başçısının nəzarəti qaydasında baxılmışdır.
Rayon İcra Hakimiyyətinin saytı və elektron poçt ünvanı fəaliyyətini davam etdirmiş, həmin ünvan vasitəsilə vətəndaşlardan 165 müraciət daxil olmuşdur.
Daxil olan müraciətlərin 1477-si ərizə, 251-i şikayət, 4-ü təklif olmuşdur. Şikayət ərizələri ümumi müraciətlərin 14%-ni təşkil etmişdir.
2021-ci ildə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən 164 saylı “Qaynar xətt” vasitəsilə günün bütün saatlarında fasiləsiz olaraq vətəndaşlardan müraciətlər qəbul edilmişdir. “Qaynar xətt”ə 2021-ci ildə 839 müraciət daxil olmuşdur.
Bundan əlavə, RİH-nin facebook və instaqram səhifələrindən və “Hadisə” sistemi vasitəsi ilə 86 müraciət daxil olmuşdur. Həm elektron ünvan, həm də “Qaynar xətt” həm də sosial şəbəkə vasitəsilə daxil olan müraciətlər təhlil edilərək operativ həlli üçün tərəfimizdən lazımi tədbirlər görülmüşdür.
214 nəfər vətəndaşın ərizəsi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün müayinə komissiyası”nda müzakirə olunmuş və onlara 73200 (yetmiş üç min iki yüzi) manat yardım göstərilmişdir. Bunlar əsasən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müxtəlif kateqoriyadan olan birinci qrup əlillər, uzun sürən xəstəliklərdən əziyyət çəkən aztəminatlı vətəndaşlar olmuşdur.
2021-ci il ərzində RİH başçısı aparatında karantin qaydalarına uyğun olaraq cəmi 2582 nəfər vətəndaş qəbul edilmişdir. Bunun 429 nəfəri RİH başçısı tərəfindən, digərləri isə aparatın müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
Ölkəmizdə Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri ilə bağlı tətbiq edilən karantin rejiminin tətbiqinə görə RİH başçısının səyyar qəbulları keçirilməmişdir. Lakin, bəzi vətəndaşların müraciəti ilə bağlı RİH başçısınin bir neçə kəndin sakinləri ilə görüşləri təşkil edilmişdir.
2021-ci ildə həm qəbullarda vətəndaşlar tərəfindən edilən müraciətlər, həm də Rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlər diqqətlə araşdırılmış, şikayətlərin yaranma səbəbləri təhlil edilmiş, onların həlli istiqamətində tədbirlər görülmüşdür.
İnformasiya təminatı və təhlil sektoru Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun şəkildə fəaliyyət göstərir.
Sektor tərəfindən 2021-ci ildə Prezident Administrasiyası tərəfindən hazırlanmış şablon formalar müəyyən olunmuş qrafik üzrə RİH-nin aidiyyəti şöbələrindən, rayonun müvafiq idarə və təşkilatlarından əldə edilərək, kompüterdə xüsusi proqram vasitəsi ilə yığılmış,informasiyalar dəqiqləşdirildikdən sonra xüsusi kodlaşdırılmış internet əlaqəsi ilə Regionların İnkişafının Analitik İnformasiya Sisteminin (RİAİS) serverinə ötürülmüşdür.
Sektor RİH-nin “mail@ismayilli-ih.gov.az” və “info@ismayilli-ih.gov.az” elektron poçtuna daim nəzarət etməklə, daxil olan məktubları Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə təqdim etmişdir. Həmçinin Rayon İcra Hakimiyyətindən elektron poçt vasitəsi ilə məlumatların ünvanlara göndərilməsi təmin edilmişdir.
Xüsusi Dövlət Mühafizə Xidməti RİH-nin “ismayilli-ih.gov.az” veb saytının təhlükəsizliyini təmin edir. Veb saytın idarəetmə paneli İnformasiya təminatı və təhlil sektorunda olduğu üçün məlumat bazasının yenilənməsi, keçirilmiş tədbirlər barədə xəbərlərin yerləşdirilməsi Sektor tərəfindən həyata keçirilir. 2021-ci ildə RİH-nin rəsmi veb saytı təkmilləşdirilərək yenilənmiş, saytda yaradılmış İcra Hakimiyyətinə elektron müraciət, RİH başçısının qəbuluna elektron yazılma və Apelyasiya Şurasına onlayın müraciət bölmələrinin aktiv və işlək qalması üçün işlər aparılmışdır. 2021-ci ildə RİH-nin fəaliyyəti sosial şəbəkələrdə də təbliğ olunmuşdur. Belə ki, Sektor tərəfindən icra hakimiyyətinin www.facebook.com, www.twitter.com, www.instagram.com və www.yootube.com sosial şəbəkələrində yaradılmış rəsmi səhifələrində rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.
Sektor elektron kütləvi informasiya vasitələrini izləyir, rayon haqqında gedən informasiyalar barədə RİH başçını məlumatlandırır. Bundan başqa rayonda keçirilən tədbirlər barədə məlumatları RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşlıq etdiyi KİV-də, eləcə də sosial şəbəkələrdə yayımlayır. Hesabat ilində Rayon İcra Hakimiyyəti rəsmi dövlət agentlikləri və KİV-i (Azərtac, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti) ilə yanaşı, digər 15-dən artıq xəbər portalları ilə əməkdaşlıq etmişdir.
RİH başçısının İƏD üzrə nümayəndəlikləri 2021-ci il ərzində fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun qurmuş, iş planlarında nəzərdə tutulmuş məsələlərin həllini təmin etmiş, əmək və icra intizamını gücləndirmiş, fəaliyyətlərinin səmərəli təşkilinə nail olmuşlar.
İl ərzində rayonun bütün yaşayış məntəqələrində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmiş, hər bir nümayəndəlikdə baş vermiş hadisələr barədə gündəlik məlumatlar aidiyyəti üzrə rəhbərliyə məruzə edilmişdir.
Hesabat ili ərzində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının və digər hüquqi-normativ aktlarının öyrənilməsi və əhali arasında təbliği təmin edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin səfərləri və görüşləri zamanı söylədiyi məruzə və çıxışlar nümayəndəlik əməkdaşları tərəfindən dərindən öyrənilmiş, təbliğat aparılmışdır.
İl ərzində nümayəndəliklərdə uçot-hesabat işlərinin təkmilləşdirilməsinə diqqət artırılmışdır. 2021-ci ilin yanvar ayında nümayəndəliklərdə “Təsərrüfatbaşına uçot kitab”larında məlumatların dəqiqləşdirilməsi işinə əvvəlki illərdən daha ciddi yanaşılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Bütün inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılan təsərrüfatbaşına uçotun sənədləri üzrə məlumatların Dövlət Statistika Komitəsinin elektron bazasına daxil edilməsi təmin edilmişdir.
Görülmüş müsbət işlərə baxmayaraq bu sahədə, xüsusilə də qaib əhalinin uçotu ilə əlaqədar İƏD üzrə nümayəndəliklərdə nöqsanlar qalmaqdadır. İl ərzində tələb olunan bütün uçot-hesabat formaları aidiyyəti təşkilatlara vaxtında təqdim olunmuşdur.
2021-ci il ərzində İƏD üzrə nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin aparılmasına xüsusi diqqət yetirilmiş, bu sahədə əvvəlki illərdə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər icra olunmuşdur. Eləcə də əhalini narahat edən məsələlər qeydiyyata götürülmüş,icrası istiqamətində tədbirlər planı hazırlanmışdır.
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda şəhid və qazi olan döyüşçülərin ailələri ilə mütəmadi görüşlər keçirilir onların problemləri ilə maraqlanılır, ehtiyacları öyrənilir və sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.
İl ərzində İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə koronavirus (COVID-19) pandemiyası dövründə karantin rejiminin və sanitar epidemioloji qaydalarının tələblərinə əməl edilməklə onlayn “Nümayəndə günü” keçirilmişdir. Keçirilmiş onlayn “Nümayəndə günü” iclaslarının gündəliyinə İƏD üzrə nümayəndəliklərin fəaliyyətində zəruri hesab olunan vacib məsələlər daxil edilməklə qəbul edilmiş qərarların icrası nəzarətdə saxlanılmışdır.
Müvafiq təlimatlara əsasən 2021-ci ildə nümayəndəliklərdə vətəndaşların qəbulu karantin qaydalarına uyğun olaraq, onların ərizə və şikayətlərinə mövcud normativ hüquqi aktlara əsaslanaraq baxılmışdır.
Pandemiya dövrü ərzində respublikanın digər yerlərində olduğu kimi İsmayıllı rayonunda da Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında şəhər, qəsəbə və kəndlərdə mobil qruplar yaradılmışdır. Yaradılmış mobil qruplar gündəlik olaraq əhali arasında maarifləndirmə tədbirləri aparmış, əhaliyə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tələb və tövsiyyələri barədə məlumatlar çatdırmış və eyni zamanda sakinlərin sıx olduğu ərazilərdə qoruyucu vasitələr, masqa, dezinfeksiyaedici məhsullar və maarifləndirmə xarakterli bukletlər paylanılmışdır. Qeyd olunmuş tədbirlərin nəticəsi əsasında rayonumuzda xəstəliyin qarşısı müəyyən qədər alınmışdır.
Cari ilin əvvəlindən başlayaraq ölkədə koronavirusa qarşı vaksinləşmə prosesinə start verilmişdir. İlk növbədə xüsusi risk qrupları üzrə başlanan vaksinasiya sonradan digər yaş qruplarını da əhatə etməklə geniş vüsət almışdır. Tərəfimizdən hazırlanan plana uyğun olaraq, ilin əvvəlindən başlayaraq əhali arasında vaksinasiya ilə əlaqədar maarifləndirmə təbliğatları həyata keçirilmişdir. Ərazidə yaradılmış mobil qruplar və gənc könüllülərin iştirakı ilə əhaliyə maarifləndirici bildirişlər paylanılmış və vaksinasiyanın vacibliyi çatdırılmışdır. Nümayəndəliyin əksər yerlərində bununla əlaqədar elanlar asılmış, mütəmadi olaraq elanlar və xəbərdarlıqlar sosial şəbəkələr və səsgücləndiricilər vasitəsilə əhaliyə çatdırılmışdır. Mövcud əhalinin böyük hissəsi birinci və ikinci doza üzrə peyvənd olunmuş, hazırda gücləndirici (booster) dozasının qəbul edilməsi prosesi davam etdirilməkdədir.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadaları il ərzində müvafiq qrafik əsasında nümayəndəliklərin ərazisində olmuş, xəstəxanaya gedə bilməyən vətəndaşların vaksinasiyası evlərdə və müvafiq məntəqələrdə həyata keçirilmişdir. Rayon sakinləri ilə yanaşı, xüsusən yay aylarında rayon ərazisində müvəqqəti yaşayan vətəndaşlar da təşkil olunan vaksinasiya proseslərində fəal iştirak etmişlər. Aparılan təbliğat və görülən işlərin nəticəsi olaraq sakinlər vaksinasiyanın üçüncü dozasında da fəal iştirak edirlər.
Məlumat üçün bildiriririk ki, hazırda İsmayıllı rayonu üzrə əhalinin 78 faizi, 50189 nəfər ümumi vaksinasiya prosesində iştirak etmişdir. Birinci doza üzrə 49485 nəfər (77 faiz), ikinci doza üzrə 44216 nəfər (69 faiz), üçüncü (booster) doza üzrə isə 40237 nəfər (63 faiz) vaksin olunmuşdur. Eləcə də hazırda davam edən ikinci doza vaksin olunanlar üzrə üçüncü (booster) doza vaksinasiya vəziyyəti rayon üzrə 80.24 faiz təşkil edir.
İl ərzində İƏD üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçularından Talıstan kənd İƏD üzrə nümayəndə Şirəliyev Sihhət Heydər oğlu yaşa görə təqaüdə çıxarılmışdır.
İl ərzində bələdiyyələrin də fəaliyyəti diqqətdə saxlanılmışdır. Vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin həlli, təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi, layihələrin icrası, vergilərin toplanması, şəffaflığın təmin edilməsi bələdiyyələrin fəaliyyət sahəsinin əsasını təşkil etmişdir.
Qeyd etməliyik ki, bələdiyyələrin fəaliyyətində müsbət işlərlə yanaşı nöqsanlar da az deyil. Vergilərin toplanmasına zəif münasibət ciddi nöqsanlardandır. Vətəndaşlar tərəfindən zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaqlar açılaraq ümumi istifadəyə verilmiş və bu işlər davam etdirilir.
2021-ci ildə olduğu kimi 2022-ci ildə rayonumuz üçün əlamətdar olacağına heç şübhəmiz yoxdur. Bütün İƏD üzrə nümayəndəliklərdə investisiya qoyulacaq sahələr müəyyənləşdirilməli, investorların hesabına kəndlərimizdə sahibkarlığın inkişafına nail olmalıyıq. Rayonumuz üçün xarakterik olan fındıqçılığın, baramaçılığın, tütünçülüyün, taxılçılığın, heyvandarlığın və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün əhalini səfərbər etməklə məhsul bolluğu yaratmağa çalışmalıyıq.
2022-ci ildə əvvəlki illərdən fərqli olaraq daha effektli tədbirlərin görülməsi zərurətini və məsuliyyətini dərindən dərk edərək biz rayon üzrə icrası davam etdiriləcək və yeni start veriləcək layihələr müəyyənləşdirmişik.
Belə ki, yeni iş yerlərinin açılması üçün mövcud imkanlardan tam şəkildə istifadə etmək cari ildə əsas vəzifələrimizdən olacaqdır. 2022-ci ildə və növbəti illərdə rayona investorların cəlb edilməsi ilə turizmin, aqrar sektorun, yeni istehsal və emal müəssislərinin yaradılması nəticəsində yeni iş yerləri açılacaq və daha çox qeyri-məşğul vətəndaşı işlə təmin etmək mümkün olacaqdır. Bu, bizim gələcək fəaliyyətimizin əsasını təşkil edir.
Cari ildə yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulmasının davam etdirilməsi və SİP kabellərin çəkilməsi, yeni transformatorların quraşdırılması həyata keçiriləcəkdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində qarşıda daha böyük vəzifələr durur. 2022-ci ildə rayonda 3 yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı tədbirlər görüləcəkdir.
2022-ci il ərzində rayon ərazisində telefon və internetin keyfiyyətinin yaxşılaşdırılması, bir neçə yaşayış məntəqəsinə telefon və internetin verilməsi, internet portları tükənmiş şəhər mərkəzi elektron ATS və bir neçə kəndə internet avadanlığının ayrılması barədə “Aztelekom” MMC qarşısında məsələ qaldırılmışdır.
2022-ci ildə İsmayıllı şəhərində layihə dəyəri 4,5 milyon manat olan “Otel-biznes mərkəzinin”, Basqal qəsəbəsində layihə dəyəri 45 milyon manat olan “Basqal” istirahət kompleksinin, İvanovka kəndi ərazisində layihə dəyəri 4,6 milyon manat olan dənli bitkilərin emalı zavodunun, Tircan kəndi ərazisində layihə dəyəri 3.4 milyon manat olan çaxır zavodunun, İvanovka kəndində layihə dəyəri 4,6 milyon manat olan karamel-qənnadı fabrikinin, İvanovka kəndində 80 yerlik uşaq bağçasının və sumağallı kəndində 264 şagird yerlik tam orta məktəb binasının açılması nəzərdə tutulmuşdur.
Rayon ərazisində yol təsərrüfatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.
Rayonda aqrar sahənin və sənayenin inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi cari ildə də nəzərdə tutulmuşdur. Ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi əsas hədəflərimizdəndir.
Dövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində ölkədə baramaçılığın inkişaf etdirilməsi də prioritet sahələrdəndir. Baramaçılıq rayonumuz üçün ənənəvi sahələrdəndir. Bu məqsədlə tut tinglərinin əkilməsi davam etdiriləcəkdir.
Şəhərdə çoxmənzilli binaların qızdırılması üçün yeni qazanxanaların tikilməsi də vacib məsələ kimi qarşıda durur.
Təhsil, mədəniyyət və səhiyyə sahəsində də zamanın tələbinə uyğun tədbirlərin reallaşdırılması, maddi bazanın möhkəmləndirilməsi, innovasiyayönümlü layihələrin icrası, tikinti və təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevin 18 illik Prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf Proqramlarının hazırlanıb həyata keçirilməsi, ən müxtəlif sahələr üzrə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyələnir.
Ötən 18 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycanın davamlı və dayanıqlı inkişafı, modernləşməsi təmin edilib, Respublikamız iqtisadi müstəqilliyini tam təmin edib, infrastruktur baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib, insanların həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.
Biz əminik ki, Cənab Prezidentin rəhbərliyi altında müstəqil Azərbaycan uzun illər, həmçinin 2022-ci ildə öz uğurlu inkişafını davam etdirəcəkdir. Biz dünya ölkələri sırasında öz mövqeyimizi bir qədər də möhkəmləndirəcəyik.
Azərbaycan öz inkişafının indiki mərhələsində köhnə idarəçilik metodlarından uzaqlaşır, yeni düşüncəli, gənc kadrlara üstünlük verilir. Ölkə rəhbərinin qeyd etdiyi kimi: “İyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz”. İdarəçilikdə yeni düşüncəli gənc kadrlara verdiyiniz üstünlük, innovativ düşüncə tərzi, işlək idarəçilik mexanizmi ölkəmizin gələcək inkişafı naminə atılan addımlardandır.
Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlərin uğurlu həllinə ismayıllılar da öz töfhəsini verəcəkdir.
Biz ismayıllılar da ölkəmizin sürətli inkişafına qoşularaq bütün fəaliyyətimizi, ölkə başçısının Fərman, Sərəncam, tövsiyə və tapşırıqları əsasında həyata keçirəcək, bölgəmizin inkişafı üçün var-qüvvəmizlə çalışacağıq.
Hörmətlə,
İsmayıllı Rayon
İcra Hakimiyyətinin başçısı: Nahid Bağırov