Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat 2023

2023-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2024-cü ildə qarşıda duran

vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  N.R.Bağırovun

h e s a  b a t ı

 

Yola saldığımız 2023-cü il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş, ölkənin dayanıqlı inkişafı təmin edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamış, öz sosial-iqtisadi inkişafını təmin etmiş, xalqımız təhlükəsiz şəraitdə qurub-yaratmışdır. Bu gün dünyada qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobud şəkildə pozulması, demokratik dəyərlərin taptanması baş alıb gedir.

         2023-cü il tarixdə dərin islahatlar ili kimi qalacaq. Apardığınız siyasi, sosial, kadr  islahatları idarəçilik prinsiplərini, yeniləşmə imkanlarını gücləndirmiş, yaşlıların təcrübəsinə, gənclərin potensial imkanlarına yönəldilmişdir.

2023-cü ildə İsmayıllı rayonu ərazisində dövlət sifarişi əsasında, eləcə də fiziki və hüquqi şəxslər tərəfindən bir neçə layihələr icra edilmiş, İsmayıllı şəhərində abadlaşdırılma işləri davam etdirilmişdir. İsmayıllı şəhər 4 saylı tam orta məktəb binasının, Talıstan kəndində H.Əliyev Fondunun sifarişi ilə 1300 şagird yerik tam orta məktəb binasının tikintisi başa çatmış, İvanovka kəndində 80 yerlik uşaq bağçası istsimara hazır vəziyyətə gətirlmiş, rayonunun Zərnəva və Çəmənli kəndlərində modul tipli məktəb binaları inşa edilərək istifadəyə verilmişdir. Rayonun Zeyvə kəndində inşasına başlanılmış “DOST” evinin açılışı edilmişdir.

2023-cü ildə rayon ərazisində vətəndaşlar tərəfindən məlumatlandırma icraatı qaydasında 164 yaşayış evinin tikintisi rəsmləşdirilmiş, 3 yeni obyektin tikintisinə, 4 obyektin isə istismarına icazə verilmişdir. Digər sosial obyektlərin, otel va mehmanxana tipli binaların tikintisi davam etdirilmiş, istirahət və turizm mərkəzlərində təmir abadlıq işlərinə başlanılmışdır. Rayonun Topçu kəndində tikintisi nəzərdə tutulmuş Koka-Kola zavodunun tikinti işlərinə icazənin verilməsi prosedurunun icraatı çərçivəsində sənədləşmə işləri tam başa çatmış, obyektin tikintisinə icazə sənədi hazırlanmışdır. 

Bu il ötən illərdə inşa edilmiş bir neçə sosial obyektin, Xəlilli və Quşencə kənd bağçasının, istehsalat yönümlü obyektlərin, Hacıhətəmli çaxır zavodunun sənədləşməsi aparılmış, istismara verilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin sifarişi əsasında İsmayıllı rayonunun Basqal qəsəbəsi yaxınlığında 19.5 hektar ərazidə inşa edilən turizm istirahət kompleksi regionda ən iri həcmli layihələrdən olmaqla tikintisi başa çatdırılmış, bu ildə sənədləşmə işləri davam etdirilmişdir.

2023-cü il rayonumuz üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında İsmayıllı şəhərinin Baş plan layihəsinin hazırlanmasına başlanılmış, İsmayıllı şəhərinin Baş planının ilkin variantının ictimayyətlə birgə müzakirəsini təmin edilmişdir. İsmayıllı şəhərinin perspektiv inkişaf  istiqaməti aidiyyəti dövlət qurumları, ictimaiyyət nümayəndələri eləcə də ismayıllı şəhərinin Baş planını hazırlayan layihəçi “ EL& EN” təşkilatının nümayəndələri ilə birgə müzakirə edilmiş, şəhəri qərb istiqamətində Cülyançay-Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun əhatəsində meşə fonduna aid edən 70 hektar ərazinin hesabına genişləndiriıməsi təkilf edilmişdir. Bu məqsədlə müvafiq sxematik planlar hazırlanmış, aidiyyəti dövlət orqanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında məsələ qaldırılmışdır.

2023-ci ilin ilk rübündən etibarən büdcə vəsaiti hesabına şəhər daxili küçələrin abadlaşdırılması, yollara asfalt örtük vurulması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, qüsur aktları tərtib edilərək layihələndirmə üçün tenderə təqdim edilmişdir.

İsmayıllı şəhərində asfalt vurulmayan küçələrin siyahısı hazırlanmış, asfaltlanması zəruri hesab edilən küçələr seçilmiş, müvafiq qüsur aktları hazırılanmışdır. Ümumilikdə İsmayıllı şəhəri ərazisində 24 küçədə asfaltnama və təmir işləri aparılmışdır. Təsdiq edilmiş və müvafiq qaydada razılaşdırılmış sənədlər üzrə şəhərin Ramil Musayev (keçmiş A.Səhhət) küçəsi 2960 m2, Fərman Feyzullayev küçəsinə 2325 m2, Tərlan Hüseynov küçəsinə 1800 m2, Tofiq Bəkirov küçəsinə 1300 m2, Adil Mədətov küçəsinə 1796 m2, Şahməmməd Seyfəliyev küçəsinə 2180 m2, Əziz Hüseynov küçəsinə 350 m2, Kamil Əhmədov küçəsinə 500 m2, Cəlal Rüstəmov küçəsinə 1035 m2, İstiqlal küçəsinə 950 m2, Dilarə Əliyeva küçəsinə 1780 m2, Almas İldırım küçəsinə 3350 m2, Babək küçəsinə 1850 m2, Turan küçəsinə 3300 m2, M.Fizuli və N.Səmədov küçələrini birləşdirən yol 985 m2, Dədə Qorqud küçəsi və küçənin digər hissəsi 4525 m2, M.Hadi küçəsinə 2815 m2, Xəzərlər küçəsinə 2570 m2, Ramiz Salmanov küçəsinə 2100 m2, Tomris küçəsinə 2620 m2, Əhməd Bəy Ağaoğlu küçəsinə 1480 m2, M.F.Axundov küçəsinin dalanları 879 m2, Natəvan və Ş.Qurbanov küçəsini birləşdirən yol 1140 m2, şəhid Ruslan Tağıyev küçəsinə 300 m2 asfalt örtük vurulmuş, sifarişçi təşkilatdan müvafiq aktlarla iş həcmləri təhvil alınmışdır.

2023-cü ili İsmayıllı rayonu da yüksək sosial-iqtisadi nəticələr, fərqli nailiyyətlərlə başa vurmuşdur.

Hər ilin müzakirə olunan vacib tərəflərindən biri və ən əsası sosial-iqtisadi nəticələrdir. Geridə qoyduğumuz 2023-cü il bütövlükdə respublika, eyni zamanda bölgələr üçün əhəmiyyətli xarakter daşımış, yüksək nəticələr əldə olunmuşdur. Sizin düşünülmüş sosial-iqtisadi siyasətiniz, aparılan islahatlar, həyata keçirilən iri tutumlu layihələr nəticəsində Azərbaycan özünün uzunmüddətli dayanıqlı inkişafını təmin etmişdir.

Rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatını gücləndirmək, tikinti, abadlıq və quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minimuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq əsas vəzifələrimizdən olmaqla, fəaliyyətimizi Fərman və Sərəncamlarınızın, tövsiyə və tapşırıqlarınızın icrasına yönəltmiş, müsbət nəticələr, əsaslı irəliləyişlər əldə etmişik. Mövcud imkanlardan səmərəli istifadə etməklə rayonda tikinti-abadlıq və quruculuq işlərini davam etdirmiş, iqtisadiyyatın inkişafına təkan verəcək infrastruktur və sosial layihələrin icrasına nail olmuşuq. Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, dayanıqlı inkişaf və sabitliyin qorunması məqsədilə ardıcıl tədbirlər həyata keçirmişik.

2023-cü il ərzində əsas iqtisadi göstəricilər aşağıdakı kimi olmuşdur. Belə ki, əsas kapitala 77 milyon 85 min manat investisiya qoyulmuşdur ki, bunun 62 milyon 589 min 300  manatı (81,2 %-i) dövlət sektoru, 14 milyon 495 min 700 manatı (18,8 %-i) isə özəl sektor tərəfindən həyata keçirilmişdir. Vəsaitin  69 milyon 20 min 300 manatı (85,5 %-i)   tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Hesabat dövründə rayonda faktiki qiymətlərlə 341 milyon 712 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon 505 min 800 manat çoxdur. İqtisadiyyatın əsas sahələri üzrə real ifadədə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı üzrə 3,1 % artım qeydə alınmışdır. tikinti-quraşdırma işlərində 23,6 % informasiya və rabitədə 36,1 %, nəqliyyat və anbar təsərrüfatında 3,5 %, ticarətdə 0,2 % artım qeydə alınmış, kənd təsərrüfatında 2,5%, sənayedə 6,4 %, geriləmə müşahidə olunmuşdur.

Hesabat dövründə əhaliyə göstərilən pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,2 % yüksələrək 289 milyon 701 min manata çatmış, keçən illə müqayisədə nominal qiymətlərlə 24 milyon 661 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 35 milyon 50 min manat təşkil etmişdir. 2023-cü illə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi real ifadədə 14,1 % artmışdır.

2023-cü ilin ilk altı ayı ərzində faktiki qiymətlərlə 24 milyon 703 min 700 manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə nominal ifadədə 6 milyon 666 min 300  manat çoxdur. Real ifadədə isə sənaye məhsulu istehsalında 6,4 % azalma qeydə alınmışdır.

           Rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Kənd təsərrüfatı əsasən bitkiçilik və heyvandarlıq sahələrindən: bitkiçilik sahəsi taxılçılıq, kartof istehsalı, tərəvəz, meyvə, üzüm, yem bitkiləri sahələrindən, heyvandarlıq sahəsi isə iribuynuzlu maldarlıq, qoyunçuluq, quşçuluq və arıçılıq sahələrindən təşkil olunmuşdur.            

2023-cü ilin məhsulu üçün 2022-ci ilin payızında 23076 hektarda buğda,7443 hektarda dən, 57 ha xəsil üçün arpa olmaqla 31076 hektar sahədə payızlıq taxıl səpini aparılmışdır.

Səpin zamanı yüksək reproduksiyalı və rayonlaşdırılmış toxum sortlarından istifadə edilmiş və şum altına və səpinlə birlikdə 2 min tondan çox şumaltı  mineral gübrələr tətbiq edilmişdir. Bol məhsul əldə etmək üçün əkin sahələrində monitorinqlər aparılmış, mövcud vəziyyətlə bağlı fermerlər məlumatlandırılmış, zərərvericilərə qarşı 4200 ha, siçanabənzər gəmiricilərə qarçı 6483.9 ha sahədə kimyəvi mübarizə işləri həyata keçirilmişdir. 27980 ha əkin sahəsinə 2700 ton yemləmə gübrəsi verilmiş, 28520  ha sahədə isə alaq otlarına, eləcə də yabanı vələmirə qarşı mübarizə tədbirləri aparılmışdır.

Taxıl istehsalçıları tərəfindən aparılan aqrotexniki tədbirlər nəticəsində  hər hektardan orta hesabla 30.5 sentner olmaqla  94129 ton dənli və dənli paxlalı məhsulu istesal olunmuşdur.

2023-cü ilin məhsulu üçün 426 hektar yemlik paxla, 110 ha qarğıdalı, 57 hektar vələmir, 78 ha noxud, 49 ha lobya,  248 hektar günəbaxan, 15 hektar tütün, 733 hektar kartof, 702 hektar tərəvəz, 1.4 ha bostan bitkiləri, 155 hektar yonca olmaqla cəmi 2574.4 hektar yazlıq bitkilər əkilmişdir.

Hesabat ilində 20 ha sahədə tütün əkilmiş və bütün lazımi aqrotexniki tədbirlər görülmüşdür. Nəticədə istehsal olunmuş 32 ton məhsulun 31.290 tonu alıcı şirkətə təhvil verilmişdir. Təhvil verilmiş məhsula görə tütünçü fermerlərə subsidiya hesablanması üçün sənədlər Elekton Kənd Təsərrüfatı İnformasiya Sisteminə işlənmiş və təsdiq edilmişdir.

Rayonda mövcud olan 3950 ha meyvə və giləmeyvə barlarının 964.5 hektarı barverəndir. Hesabat  ilində 10 sahədə yeni meyvə bağı salınmış, hər hektardan 102.5 sentner olmaqla 9893.6 ton meyvə, 961.1 ha üzüm bağlarından isə 2564  ton üzüm istehsal olunmuşdur.

Hesabat ilində kənd təsərrüfatı texnikalarının istismarına nəzarətlə bağlı müvafiq tədbirlər görülmüş və 663 kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilmiş, 9945 manat vəsait aidiyyəti üzrə köçürülmüşdür. Müəyyən edilmiş vaxtda texnikasını texniki baxışdan keçirməyən 6 nəfərə  inzibati  protokol tərtib edilmişdir.

“AGRO TEST QRUP” tərəfindən 97 hüquqi və fiziki şəxslərə məxsus 1605 hektar torpaq sahəsindən 403 torpaq analizi, Aqrar Xidmətlər Agentliyin müvafiq laborayoriyası tərəfindən isə 205 hüquqi və fiziki şəxslərə məxsus 2528.47 hektar torpaq sahəsindən 682 torpaq analizi   götürülərək aqrokimyəvi analiz üçün laboratoriyaya göndərilmişdir.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində hesabat ilində  5675  baş iri buynuzlu heyvanda süni mayalanma aparılmış və 2761 baş sağlam cins buzov alınmışdır. Alınmış cins buzova görə fermerə subsidiya ödənilməsi üçün müvafiq sənədlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilmişdir.

Rayonun epizootik vəziyyətinin sağlam qalması üçün 90137  baş iri buynuzlu, 253708 baş xırda buynuzlu heyvanda dabaq, 48440 baş iri buynuzlu, 115199 baş xırda buynuzlu, 1765 baş təkdırnaqlı heyvanda və 150 baş donuzda  qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmışdır. Bundan əlavə 156600 ba baş  davarda çiçək,  11920 baş iri buynuzlu heyvanlara bruselyoz xəstəliyinə qarşı proflaktiki tədbir, 25831 kv. Metr məcburi dezinfeksiya işi aparılmışdır.

2023-ci il ərzində rayonda 5445 ton diri çəkidə ət, 36558 ton süd, 10676 min ədəd yumurta, 317 ton yun istehsal olunmuşdur.

17274 arı ailəsindən 113.5 ton məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,3 ton çoxdur.

Hesabat ilində rayona 80 qutu barama qurdu gətirilərək 40 kümçüyə paylanmış,  1086.7 kq barama alıcı şirkətə  təhvil verilmişdir.

Görülmüş müvəffəq işlərlə yanaşı kənd təsərrüfatı məhsullarının artırılması istiqamətində görüləsi işlərimiz çoxdur.  Belə ki, taxıl bitkilərinin məhsuldarlığının artırılması, xəstəlik-zərərvericilərdən etibarlı mühafizə olunması və mineral gübrələrlə təmin olunmasında mövcud nöqsanlar aradan qaldırılmalıdır. Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, sel sularının vaxtında qarşısının alınması– bu istiqamətdə sahilbərkitmə, bəndvurma tədbirlərinin aparılması və bu kimi mühüm tədbirlər daim diqqətdə saxlanılmalıdır.

Kənd təsərrüfatı təyinatlı torpaqların eroziyadan, şoranlaşmadan və digər çirklənmələrdən qorunması, eləcə də həmin torpaqlarda qanunsuz tikintilərin tikilməsi, torpaqların təyinatından kənar istifadə olunması hallarının qarşısı qətiyyətlə alınmalıdır.

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında başlıca amillərdən olan növbəli əkinlərin tətbiq olunması ilə əlaqədar lazımi maarifləndirmə və izahat işləri müntəzəm olaraq həyata keçirilməlidir.

Meyvəçilik rayon əhalisinin məşğulluğunun ənənəvi sahələrindəndir. Son illər ərzində intensiv tipli meyvə bağlarının salınması ilə əlaqədar müəyyən addımlar atılsa da bu kifayət deyil. Yeni intensiv bağların salınması istiqamətində daha çox iş görülməli, fermerlər, istehsalçılar arasında aidiyyəti qurumlar tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilməkdir.

Yeni fındıq bağlarında bərpa, seyrəkliyin ləğvi isiqamətində aparılan tədbirlər sürətləndirilməli, bu istiqamətdə qarşıya qoyulmuş vəzifələr layiqincə yerinə yetirilməlidir.

Baramaçılığın inkişafı ilə əlaqədar onun yem bazasının yaradılması və möhkəmləndirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməlidir.

Rayonda əhalinin məşğuliyyətində əvvəlki illərdə də çox mühüm əhəmiyyət kəsb edən və son illərdə də istehsala başlanıldığı tütünçülüyün geniş sahələrdə tətbiq olunması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilməlidir.

Məhsuldarlığa birbaşa təsiri olan gübrələrdən düzgün istifadə olunması üçün istehsalçılar arasında maarifləndirmə tədbirləri aparılmalıdır.

Vahid sahədən daha çox məhsul götürmək üçün rayonlaşmış və məhsuldar toxumların rayonun bütün əkin sahələrində tətbiqinə nail olunmalıdır.

Kənd təsərrüfatı bitkilərinə təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədilə istehsalçıların öz əkin sahələrinin sığortalamaları və sığorta şirkətlərinin diqqətinin bu sahəyə cəlb edilməsi vacib amillərdəndir. Bu istiqamətdə daha cox iş görülməlidir.

Rayonumuzun su ehtiyatları zəngin olmasına baxmayaraq suvarılan torpaqlar azlıq təşkil edir. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq, daha keyfiyyətli məhsul istehsal etmək üçün suvarmadan, xüsusilə müasir suvarma üsullarından istifadə edilməlidir. Suvarma Sistemləri və Dövlət Aqrar İnkişaf Mərkəzi bu məsələdə təşəbbüskarlıq göstərməli, yeni sahələrin suvarmaya cəlb olunması, eləcə də məhsul istehsalçılarına bu sahədə müvafiq dəstək göstərməlidirlər.

Dənli-taxıl bitkiləri istehsalında müasir texnologiyaların tətbiqinə, yüksək reproduksiya toxumlarının rayona gətirilməsinə və çoxaldılmasına diqqət artırılmalı, intensiv becərmə üsullarının geniş vüsət almasına nail olunmalıdır.

      Rayonumuzda bir çox kənd təsərrüfatı məhsullarının istehsalının həyata keçirilməsinə baxmayaraq ixrac yönümlü məhsulların istehsalı istiqamətində mühüm tədbirlər görülməlidir.

2023-cü il üçün İsmayıllı rayonunun yerli gəlirləri 6449000 manat, yerli xərcləri isə 6248115 manat təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Gənclər və İdman Nazirliyinin strukturunda dəyişiklik edilməsi haqqında 2022-ci il 12 dekabr tarixli Sərəncama əsasən yerli Gənclər və İdman İdarələrinin əsasında yeni regional idarələr yaradıldığından 2023-cü ildə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin saxlanmasına aid olan xərcər yeli xərclərə daxil edilməmişdir. Lakin cari ildə həmin xərclərin maliyyləşməsi yerli gəlirlərdən nəzərdə tutulduğu üçün rayonun yerli gəlirləri yerli xərclərdən 200885 manat çox təsdiq edilmişdir. Göründüyü kimi son altı ildə (2017-ci ildən etibarən) olduğu kimi 2023-cü ildə də İsmayıllı rayonunun yerli xərcləri yerli gəlirlər hesabına (dotasiyasız) formalaşdırılmışdır.

         2023-ci ilin 4-cü rübü ərzində (artan yekunla) yerli gəlirlər rayon üzrə ümimilikdə 6449000 manat proqnoza qarşı 8243778.73 manat, 128% və ya 1794778.73 manat artıq icra olunmuşdur.

Məlumat üçün bildiririk ki, daxilolmaların gəlir növləri üzrə icrası aşağdakı kimi olmuşdur:

Belə ki, Fiziki şəxslərin gəlir vergisi üzrə 1438536 manat proqnoza qarşı 2602565.43 manat, 181% və ya 1164029 manat artıq, Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 661534 manat proqnoza qarşı 200471.84 manat, 30% və ya 461062 manat az, Torpaq vergisi üzrə 76409 manat proqnoza qarşı 48935.20 manat, 64% və ya 27474 manat az, Əmlak vergisi üzrə 137786 manat proqnoza qarşı 153502 manat, 111% və ya 15716 manat çox, əlavə dəyər vergisi üzrə 3072010 manat proqnoza qarşı 3250392.03 manat, 106% və ya 178382 manat çox, sadələşdirilmiş vergi üzrə 229828 manat proqnoza qarşı 134448.57 manat, 58% və ya 95379 manat az, aksiz vergisi üzrə 523798 manat proqnoza qarşı 1418016.81 manat, 271% və ya 894219 manat çox, mədən vergisi üzrə 17594 manat proqnoza qarşı 37644.95 manat, 214% və ya 20051 manat çox, dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmalar 10003 manat proqnoza qarşı 14087 manat, 141% və ya 4084 manat artıq, dövlət rüsumu üzrə 231234 manat proqnoza qarşı 288488.49 manat, 125% və ya 57254 manat çox, cərimə və sanksiyalar üzrə (sair gəlirlərdən daxilolmalar) daxilolmalar 50268 manat proqnoza qarşı 95226.58 manat, 189% və ya 44959 manat çox icra olunmuşdur.

Qeyd etmək lazımdır ki, 2023-cü ilin 4-ci rübü üzrə rayonun ümumi gəlirləri (artan yekunla) 12839100 manat proqnozlaşdırılmışdır ki, bundan 6449000 manatı yеrli gəlirlərə, 6380100 manat mərkəzləşdirilmiş gəlirlərə, 10000 mаnаt vəsait isə «Аvtоmоbil Yоllаrı» Məqsədli Büdcə Fоndunа аid оlаn məbləğ kimi müəyyən еdilmişdir. Rayon üzrə vergilərdən ümumi daxilolmalar 12839100 manat plana qarşı 16410113 manat mədaxil olmaqla gəlirlərin rüblük proqnozu 128 % yerinə yetirilmiş və ya 3571013 manat artıq vəsait daxil olmuşdur.

2023-cü ilin 4-cü rübü ərzində Mərkəzləşdirilmiş gəlirlərin hesabına köçürülməsi nəzərdə tutulmuş vəsait 6380100 manat proqnoza qarşı 8158186 manat, 128% və ya 1778086 manat artıq icra edilərək Respublika büdcəsinə köçürülmüşdür.

O cümlədən “Avtomobil Yolları” məqsədli büdcə fonduna aid olan məbləğ 10000 manat proqnoza qarşı 8149 manat, 82% və ya 1851 manat az vəsait daxil olmuş və Respublika büdcəsinə müvafiq qaydada köçürülməsi təmin edilmişdir.

Bundan əlavə sair cərimə və inzibati qaydada xətalara görə 20475 manat daxilolma vergi tədiyyə növü planına daxil olmadığına görə, həmin vəsait “Dövlət rüsumu haqqında Qanun”a əsasən ərazi vergilər idarəsinin üzləşmə aktına daxil edilməmiş, qanunamüvafiq olaraq birbaşa mərkəzləşmiş gəlirlərə daxil edilmişdir.

2023-cü ilin 4-cü rübü üzrə (artan yekunla) yerli xərclərin proqnozu isə 6248115 manat plana qarşı 5913114.74 manat, 95% və ya 335000.26 manat az (qənaətlə) icra edilmişdir.

Məlumat üçün bildiririk ki, yerli xərclərin ayrı-ayrı bölmələr üzrə icrası aşağıdakı kimi olmuşdur:

Belə ki, qanunvericilik və İcra Hakimiyyəti orqanlarının saxlanılması xərcləri üzrə 3563331 manat  proqnoza qarşı 3263511 manat, 92% və ya 299820 manat az, Elm (arxiv idarəsi) xərcləri üzrə 23525 manat proqnoza qarşı 20396.6 manat, 87% və ya 3128.4 manat az, Mənzil və Kommunal Təsərrüfatı xərcləri 573542 manat proqnoza qarşı 567526.86 manat, 99% və ya 6015.14 manat az, Ətraf mühitin mühafizəsi xərcləri üzrə 1177141 manat proqnoza qarşı 1156151.6 manat, 98% və ya 20989.42 manat az, İqtisadi fəaliyyət xərcləri üzrə 700000 manat proqnoza qarşı 695859.96 manat, 99% və ya 4140.04 manat az, Əsas bölmələrə aid edilməyən xidmətlər üzrə (bu xərclərə еhtiyаtа və istеfаyа burахılmış şəхslərin və оnlаrlа dаimi yаşаyаn аilə üzvlərinin müvəqqəti mənzil kirаyəsi xərci və əhali sayına görə ayrılan sosial-iqtisadi və digər təyinatlı xərclər daxildir) 210375 manat proqnoza qarşı 209668.74 manat, 100% və ya 706 manat az icra olunmuşdur.

Dövr ərzində bütün proqnoz rəqəmləri təhlil edilmiş, xərc maddələrinin icrasına nəzarət artırılmışdır.

2023-cü ildə rayonda infrastrukturun inkişafı diqqət mərkəzində olmuşdur. İl ərzində  Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı avtomobil yollarında və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılmışdır. Belə ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsində, eləcə də çiyinlərdə çala təmiri işləri aparılmış, yolun çiyinləri hamarlanmışdır. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 1-46 km hissəsində nahamarlıqlar aradan qaldırılmış, asfalt-beton örtükdə əmələ gəlmiş dağıntılar, nahamarlıqlar kəsilərək çıxarılmış, həmin ərazilərə yeni asfalt-beton örtük qoyularaq nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunmuşdur. Xidməti əraziyə aid olan yolların çiyin hissələrinə çınqıl materialı tökülərək yayılmış və avtoqreyderlə hamarlanmışdır. Avtomobil yollarında istismar müddəti ötmüş yol nişanlarının bir qismi təmir olunmuş, bir hissəsi yeniləri ilə əvəz olunmuşdur. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 1-46 km hissəsində hərəkətin təhlükəsizliyini təmin etmək üçün üfüqi xətlənmə işləri aparılmışdır. Respublika əhəmiyyətli avtomobil yollarının kənarları mütəmadi olaraq tullantılardan təmizlənmişdir.

Cəmiyyətin balansında olan, Girdiman çayının hövzəsində yerləşən asfalt-beton zavodunun və daşdoğrayan qurğunun tikintisi işləri aparılmış, asfalt-beton zavoduna elektrik xəttinin çəkilişi təmin olunmuş, qaz xəttinin çəkilişi işləri isə hazırda davam etdirilir.

Yerli əhəmiyyətli avtomobil yollarından İvanovka-Hacıhətəmli-Mollaisaqlı, Ruşan-Vəng, Tircan-Maçaxı-Sərdahar, Sumağallı-Qalacıq, Cülyan-Buynuz, Qalınçaq-Topçu, Uştalqışlaq-Girk, Kürdeldarbəyli-Gideyli avtomobil yollarında cari təmir işləri aparılmışdır. Ruşan-Vəng avtomobil yolunun 1-8 km hissəsində, İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunda asfalt-beton örtükdə əmələ gəlmiş dağılmalar, nahamarlıqlar kəsilərək çıxarılmış, həmin ərazilərə yeni asfalt-beton örtük qoyulmuşdur. Ruşan-Vəng avtomobil yolunun 8-15 km hissəsi avtoqreyderlə hamarlanmışdır. Zərgəran avtomobil yolunda yolun torpaq yatağı yenidən işlənmiş, yolda suötürücü borular tikilmiş, 2 km asfalt-beton örtük qoyularaq yolun çiyinləri bərkidilmişdir. Cülyan avtomobil yolunda 2 km asfalt-beton örtüyün tikintisi işləri  aparılmışdır.

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar həmin yolda suötürücü boruların, yol əsasının alt və üst örtüyünün tikintisi davam etdirilmiş, yolun hərəkət hissəsində kipləşmə işləri aparılmışdır. Yolun Ağsuçay hissəsində inşa ediləcək nəhəng körpünün dayaqlarının və tunelin giriş hissəsinin tikintisi işləri yerinə yetirilmişdir.

İsmayıllı Sukanal sahəsi 8193 aktiv əhali, 288 büdcə və kommersiya abonentinə xidmət göstərir. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin başa çatdırılması nəticəsində şəhərdə əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur.

Sukanal sahəsinə daxil olan ərizələrə əsasən 192 abonentin mənzilinə yeni su sayğacı quraşdırılmış və 129 ədəd sayğacda nasazlıq olduğu üçün dəyişdirilmişdir. Texniki şərt əsasında 174 abonentin torpaq sahəsinə, tender layihə əsasında isə 113 abonentin torpaq sahəsinə su və kanalizasiya xətti çəkilmişdir.

2023-cü il ərzində yaşayış evlərinə yeni kanalizasiya xəttinə qoşulmalar davam etmişdir. Ümumilikdə 4726 abonent tullantı sularının axıdılması üçün yeni kanalizasiya sisteminə qoşulmuşdur.

İsmayıllı rayonunun Xanagah kəndində magistral su xəttində d-700 və d-355 mm-lik borularda baş verən qəzalar aradan qaldırılmış, həmçinin məhəllədaxili su xətlərində baş verən 225, kanalizasiya xətlərində isə 170 qəza aradan qaldırılmışdır.

İsmayıllı Sukanal sahəsi üzrə 2023-cü il ərzində əhali və qeyri-əhali abonentlərinə su satışı və kanalizasiya xidmətlərinin dəyəri 962117 manat, ödəniş isə 950996 manat olmuş, illik plan 99% yerinə yetirilmişdir.

İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti 11 sentyabr 2023-cü il tarixində Sərəncam imzalamışdır. 2023-cü il ərzində yeni layihədə nəzərdə tutulan işlərin 70%-i icra olunmuşdur.

            İsmayıllı rayonu Topçu kəndi ərazisində nəzərdə tutulan 4 ədəd subartezian quyusundan 3 ədədi istifadəyə hazır vəziyyətdədir. 4-cü subartezian quyusu da qazılmaq üzrədir.

            İstisu kəndi ərazisində İstisu çay hövzəsində yeni layihəyə uyğun olaraq işlər başlanılmışdır.

          2023-cü ildə İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 264 min m3 magistral beton kanal əl ilə lildən təmizlənmiş,492 min m3 çay məcraları daşqın və selə qarşı təmizlənmişdir ki, bunun da 156 min m3 ekskovatorla, 336 min m3 isə buldozerlə aparılmışdır.

İl ərzində 345 min m3 eskalatorla, 97 min m3 isə buldozerlə - cəmi 442 min m3 kanal lildən təmizlənmişdir.  

2023-cü il ərzində şəbəkə tərəfindən rayon ərazisində istehlakçıların enerji təchizatının yaxşılaşdırmaq, onların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədi ilə aşağıda qeyd olunan işlər görülmüşdür.

Rayonun əsas qida mənbəyi olan 110 kV-luq "İsmayıllı" hava xəttinin 10.5 km-i, 35 kV-luq hava xəttinin isə 8,4 km meşə ərazisindən keçən hissəsi yaşıl kütlədən təmizlənmişdir.

35/10 kV-luq Girdimançay yarımstansiyasında 2,5 MVA gücündə transformator 4 MVA gücündə transformatorla əvəz edilmiş, Zərgərən kəndində yeni 35/kV-luq yeni yarımstansiya tikilmiş və 1,8 MVA transformator 2,5 MVA gücündə transformatorla əvəz edilmişdir. Digər 110 və 35 kV-luq yarımstansiyalarda yoxlama-sınaq isləri aparılmışdır. Muğanlı-İsmayıll-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq yüksək gərginlikli elektrik veriliş xətləri kənarlaşdırılaraq kabel xətləri ilə əvəz olunmuşdur.

10 kV-luq EVX-lərdə 32,5 km məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Aparılan təmir işləri zamanı 10 kV-luq 360 ədəd yeni, 60 ədəd isə söküntüdən əldə olunmuş istismara yararlı dayaq quraşdırılmış, yol kənarında yerləşən 130 ədəd 10 kV-luq, 225 ədəd 0.4 kV-luq dayaqlar rənglənmiş və 200 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənmişdir. 4,8 km yeni 10 kV-luq elektrik verilişi xətti çəkilmişdir.

0.4 kV-luq EVX-lərdə 820 ədəd ÖİN dayaq basdırılmış, Diyallı kəndində 17,5 km; Basqal qəsəbəsində 1,20 km; Qalınçaq kəndində 1,5 km; Kürtmaşı kəndində 1,1 km; Təzəkənd kəndində 0,5 km; İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) 1,3 km; İsmayıllı şəhərində (keçmiş Mican kəndində) 0,8 km; Bəhliyan kəndində 0,5 km; Cülyan kəndində 1 km; Talıstan kəndində isə 2,3 km kabel xətti çəkilmişdir. 7,6 km məsafədə təmir-bərpa işləri aparılmış, 52,5 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənmişdir.

Diyallı kəndi ərazisində 5 ədəd yeni transformator quraşdırılmış, abonentlər yeni transformatorun üzərinə köçürülmüşdür. Topçu kəndinin şimal hissəsində abonentlərin sayının atmasını nəzərə alaraq yeni güc mərkəzi yaradılmış, 160 kva gücündə transformator quraşdırılmışdır.

Həyətlərdən keçən 0.4 kV-luq EVX-nin çölə çıxarılması məqsədi ilə 51 ədəd dayaq basdırılmış, 2.8 km SİP kabel xətti çəkilmiş, 278 ədəd sayğac çölə çıxarılmışdır.

            Rayon ərazisində 38 ədəd  transformator əsaslı təmir edilmiş, 4 ədəd transformatorun ətrafı çəpərlənmiş, ayrıcılar quraşdırılmış və rənglənmişdir. 135 ədəd transformator məntəqəsində cari təmir və təmizlik işləri aparılmışdır.

           “ASAN xidmət”dən daxil olan müraciətlər əsasında 350 abonentə yeni elektrik sayğacı quraşdırılmışdr.

          2023-cü ildə şəbəkəyə 89047000 kvts elektrik enerjisi daxil olmuş, istehlakçılara  80346900 kvt/saat faydalı enerji ötürülmüş, 70514000 AZN vəsait yığılmış, illik yığım %-i 92,80 % olmuşdur.

          Ağsu Regional Qaz İstismarı İdarəsi İsmayıllı Xidmət Sahəsi üzrə 2023-cü il ərzində 40005,29 m3 qaz qəbul edilmişdir. Abonentlərə 37832,46 m3 qaz satılmışdır. Satılan qazın məbləği 6343688,09 manat təşkil etmişdir. Abonentlər tərəfindən 6502854,68 manat ödəniş olmuşdur. İlin əvvəlindən xidmət sahəsi tərəfindən 20472 abonentə xidmət edildiyi halda    12 ay ərzində abonentlərin sayı 628 nəfər artaraq 21100-ə çatmışdır.

       2023-cü il payız-qış mövsümünə hazırlıqla bağlı qaz xətlərinin üzərində 5 ədəd ŞQTM tipli qaz tənzimləyici şkaf, 36 dəst isə müxtəlif diametrli siyirtmə quraşdırılmışdır. “Təmiz qaz” QSC tərəfindən aşkar edilmiş 5964 ədəd sızma ləğv edilmişdir. Daxili imkanlar hesabına təxminən 2000 metr qaz xətti dayaqlar üzərinə qaldırılmışdır. Təxminən 60-a yaxın şəhid, qazi və veteran evi qazlaşdırılmışdır. 1100 p/m müxtəlif diametrli qaz xətti təmir edilmiş, 458 fərdi ev qazlaşdırılmışdır. Rayon ərazisində istismar müddətini bitirmiş 1337 sayğac yenisi ilə əvəz edilmişdir. 2000 p/m uzunluğunda qaz xətlərinin üzəri kol-kosdan təmizlənmişdir.

Hazırda Ruşan kəndində “Azəriqaz” İB tərəfindən qazlaşdırma işlərinə başlanılmışdır.

“Aztelekom” MMC-nin İsmayıllı filialı tərəfindən 2023-cü il ərzində 5498 ədəd GPON, 191 ədəd yeni çəkiliş (fiziki xətt üzərindən), 973 ədəd ADSL internet çəkilişi həyata keçirilmişdir. İsmayıllı rayonu Hacihətəmli, Ruşan, Qalinçaq, Kürtmaşı, Təzəkənd, Qubaxəlilli kəndlərində OLT avadanlığı quraşdırılmış və GPON qoşulmaları həyata keçirilmişdir. Vəng, Xanagah, Uştal, Soltankənd, Namazgah Gəndov kəndləri GPON-a qoşulmuş və abunəçilər sürətli internet və telefonla təmin olunmuşlar. Külüllü, Kəlbənd Aşağı Zərnava, Eyyubbəyli, Gəraybəyli, Qurbanəfəndi,  Qubaxəlilli kəndlərində GPON layihəsi başa çatdırılmışdır.

Belə ki, il ərzində podratçı təşkilatlar və İsmayıllı şöbəsi tərəfindən 9014 metr FO-4 kabeli, 124507 metr FO-8 kabeli, 57278 metr FO-12 kabeli, 4248 metr FO-24 kabeli  çəkilmişdir. Ümumi basdırılan dirəklərin sayı 3136 ədəd olmuşdur.

Kənd EATS-də profilaktik işlər aparılmış, 20 ədəd abunəçi qutusu dəyişdirilib, 80 ədəd abunəçi qutusu təmir olunmuşdur. Ümumilikdə şəhər və kənd ərzisində 1080 metr TPP-10x2 kabeli, 500 metr TPP-20x2 kabeli, 300 metr TPP-30x2 kabeli, 600 metr TPP-50x2 kabeli,   300 metr TPP-100x2 kabeli dəyişdirilmiş, 72 ədəd çürük dirək calaq olunaraq bərkidilmiş,     20 ədəd dəmir dirək basdırılmışdır. Şəhər ərazisində 500 ədəd, kənd şəbəkəsində 800 ədəd abunəçi xətti təmir olunmuşdur.

Mərkəzi və kənd EATS-də təlimata uyğun olaraq bütün proflaktiki işlər görülmüşdür.      

Mərkəzi EATS-də ilin birinci rübündə 17 ədəd SPS-248 blokunun nasaz işləməsi aşkar edilmiş və işlək bloklarla əvəz edilmiş, 13 ədəd 0/16 R kartı nasaz işləməsi səbəbindən yenisi ilə əvəz olunmuş, nasaz blok və kartlar təmirə göndərilmişdir. Qurbanəfəndi və Kəlbənd EATS-də dizel generatorlarına MUTLU 195 A\12 v-luq akkumlyator qoyulmuşdur. Kəlbənd, Təzəkənd və Qalagah EATS na yeni 250A12V SHOTO akumulyatorları quraşdırılmışdır. Bütün kənd və şəhər dizel generatorları yanacaqla vaxtlı-vaxtında təmin olunmuşdur. Quşencə və Topçu EATS-nin dizel generatorları təmir olunmuşdur. Hazırda hər iki generator  işlək vəziyyətdədir.  İvanovka, Qubaxəlilli, Sumağallı EATS-də yeni VERTİV qida dayaqları və yeni qrup akumulyatorları istifadəyə verilmişdir. Hacıhətəmli, İvanovka, Qalıncaq, Aşıqbayramlı, Kürtmaşı, Ruşan EATS-na yeni avtomat rejimdə işləyən 10 kva EMSA dizel generatoru quraşdırılmışdır. Topxana, Vəng kəndlərində işlər tamamlanmış, miqrasiya işləri və yeni çəkilişlər başa çatmışdır. 

İsmayıllı rabitə şəbəkəsində GPON texnologiyasının tətbiqindən sonra Qarabag, Kürdeldarbəyli, Aşıqbayramlı, Göytəpə, Xanagah, İvanovka, Hacıhətəmli, Mollaisaqlı, Vəng, Gəndov KAREL EATS-i istismardan çıxarılmışdır. Kürtmaşı OLT üzərindən Uştalqışlaq kəndi,  Hacıhətəmli OLT üzərindən Soltankənd və Uştal kəndlərinin GPON nömrələrə miqrasiya işləri başa çatmışdır. Təzəkənd, Qubaxəlilli kəndlərində OLT avadanlıgı və Hacıhətəmli, Təzəkənd, İvanovka, Qubaxəlilli, Qurbanəfəndi, Basqal və Mərkəz EATS-də ASR 920 avadanlığı quraşdırılmışdır. İsmayıllı ərazisində OPŞ-6-da işlər tamamlanmış, OPŞ-5 ərazisində kabellər çəkilmiş, paylayıcı qutular quraşdırılmışdır. OPŞ 10 ərazisində isə kabellər çəkilmiş, paylayıcı qutular qoyulmağa başlanılmışdır. Şəhərin Mican, Yuxarıbaş, Aşağıbaş və Kökəltmə ərazilərində işlər başa çatdırılmış, çəkilişlər davam etdirilir.

2024-cü ildə Diyallı kəndində GPON işlərinin tikintisi davam etdiriləcəkdir. Tircan, Maçaxı, 1-ci Yeniyol, Qaraqaya kəndlərində GPON layihəsi üzrə tikinti və quraşdırma işləri aparılacaqdır.

            2023-cü il ərzində İsmayıllı Regional Poçt Filialı 2 Müştəri Xidmətləri, 2 şəhər və 28 kənd şöbəsi vasitəsi ilə əhali və təşkilatlara göstərilmiş xidmət üzrə 284,0 min manat tarif gəliri əldə etmişdir.

            O cümlədən 62,9 min manat poçt xidməti və 25,3 min manat satış mallarından və 4,0 min manat digər xidmətlər təşkil etmişdir.

        İl ərzində əhali və təşkilatlarıdan 32155 ədəd məktub, 825 ədəd bağlama və bandirol, 453 ədəd EMS göndərişləri, 1062 ədəd teleqram qəbul olunmuşdur. Əhali və təşkilatlara 49607 ədəd məktub, 2371 ədəd kiçik paket, 10078 ədəd bağlama, 1525 ədəd EMS göndərişi, 1224 ədəd teeqram çatdırılmışdır.

            Filial kommersiya xidmətlərini genişləndirərək Azərlotoreya uduş lotoreyalarının satışını təşkil etmişdir.

         2023-cü ildə İsmayıllı Kommunal Müəssisələri  Kombinatı  tərəfindən  gündəlik  363841 m2 ərazi  süpürülmüş, 25 ha yaşıllıq sahəsinə qulluq edilmiş, 3699 ədəd işıq nöqtələrinin yanması daim  diqqətdə  saxlanılmışdır. 22472,40 m3 bərk  tullantı  isə  daşınaraq  poliqonda  zərərsizlədirilmişdir.

            Bundan başqa fəvvarələr (7 ədəd) təmizlənmiş, su ilə doldurulmuş və əhalinin istirahət etməsinə xidmət  göstərmişdir. 2023-cü ildə göstərilən  kommunal  xidmətin  həcmi  878953 manat  olmuşdur.

            İsmayıllı şəhərindən əlavə Lahıc, Basqal, Basqal Otel, Qalacıq və İvanovka kəndlərindən  məişət tullantıları  yığılıb  daşınmışdır. Hazırda  şəhərdə 309 ədəd irili-xırdalı  zibil  yeşikləri vardır.

            Xidmət  olunmayan  sahələrdə  təmizlik, abadlıq  və yaşıllaşdırma  işlərinin  aparılması üçün “Dost İş Mərkəzi”  MMC-nin xətti  ilə  işə  qəbul  edilmiş  295 nəfər  işçi  İsmayıllı  şəhərində, Lahıc və  Basqal  qəsəbələrində, magistral  yola  yaxın  olan  kəndlərdə  çalışırlar.

            Şəhər  ərazisindəki ağaclar  aqrotexniki  qaydada  budanmış və dibləri  bellənmiş, H.Əliyev  prospekti, Şəhidlər  Xiyabanı, Ə.Ələkbərzadə  küçəsi, Zəfər parkınd  600 ədəd şam ağacı  və  2500 ədəd  müxtəlif  çeşiddə  qızılgül  kolları  əkilmişdir.

            Şəhərin  mərkəzində, H.Əliyev adına  mədəniyyət  və  istirahət  parkında  sıradan çıxmış qazon  örtüyü ləğv edilərək  yenidən  bərpa  edilmiş, yaşıllıq  zolaqlarının  suvarılması  üçün  1700 metrə yaxın  müxtəlif  ölçülü  plastik  borular və şlanklar alınmışdır. Havaların isti keçməsi  ilə  əlaqədar  yaşıllıqların  yanmaması  üçün  əlavə  su maşınları cəlb edilmiş və qrafik əsasında növbətçilik yaradılmışdır. İri gövdəli ağacların budanmasından əldə edilmiş oduncaqlar kombinatda çalışan imkansız işçilərə  təmənnasız verilmişdir.

İşçilərə olan əmək haqqı  borcları  tam  ödənilmiş, büdcəyə  olan  borclar  vaxtlı-vaxtında  ödənilir. Lakin  buna baxmayaraq kommunal xidmətin təlabata uyğun və daha yüksək səviyyədə təşkil  olunması üçün  müəssisənin yeni müasir tipli  texnikalara və zibil qutularına  böyük  ehtiyacı  vardır.

            İsmayıllı Mənzil İstismar Sahəsinin xidmətində 43 çoxmərtəbəli kommunal yaşayış evi, 83 birmərtəbəli kommunal yaşayış evi vardır ki, həmin yaşayış evlərində 977 mənzil vardır. Həmin mənzillərdə 4008 nəfər əhali yaşayır. Bundan başqa 762 mənzil özəl, 215 mənzil isə qeyri özəldir.

2023-cü il ərzində istehlakçıların hüquqlarının müdafiə olunması ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, İ.Həsənov küçəsindəki 5 saylı ümumyaşayış binasının ərtafındakı hasarda, binanın dam örtüyündə və fasad hissəsində təmir işləri aparılmışdır. H.Əliyev prospekti 113 saylı ünvanda yerləşən ümumyaşayış binasının kürsü  hissəsində və dam örtüyündə təmir işləri həyata keçirilmişdir. Bundan başqa M.F.Axundov küçəsi 21 saylı ümumyaşayış binasının ətrafı, fasadı və dam örtüyü təmir edilmişdir.

İl ərzində vaxtaşırı olaraq ümumyaşayış binalarının tüstü bacalarının təmizlənməsi işləri  görülür, binaların ətrafında abadlıq, səliqə-sahman işləri həyata keçirilir.

Kommunal yaşayış evlərində yerləşən mənzillərə Dövlət Yanğın Təhlükəsizlik Xidməti  əməkdaşları ilə birlikdə reydlər keçirilərək sakinlərlə təhlükəsizlik qaydalarına əməl olunması  sahəsində izahat işləri aparılır. Kommunal yaşayış evlərində  yaşayan sakinlərdən daxil olan şifahi  şikayət və digər məzmunda müraciətlərlə əlaqədar lazımi tədbirlər görülür.

2023-cü il ərzində 495 nəfər vətəndaş özünüməşğulluq proqramına cəlb olunmuşdur. Həmçinin 5990 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Qeyd edilmiş dövrdə 2644 nəfər göndəriş əsasında qəbul olunmuşdur. İşlə təmin edilənlərin 476 nəfərini işsiz vətəndaşlar təşkil edir. İctimai işlərə cəlb olunan vətəndaş sayı 61 nəfərdir. Ümumilikdə 94 nəfər vətəndaşa işsizlikdən sığorta ödənişi edilmişdir. Hesabat dövründə 10 müəssisə ilə 11 peşə istiqaməti üzrə 138 işsiz vətəndaş peşə hazırlığına cəlb olunmuşdur.

2023-cü il ərzində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xidməti ərazilər üzrə 281 akt, 150 protokol tərtib edilmişdir. Tərtib edilmiş və eləcə də Regional Meşə Təsərrüfatı Mərkəzlərindən, Şahdağ Milli Parkından və Rayon Polis Şöbələrindən daxil olmuş sənədlər əsasında ümumi məbləği 97020 manat olan 277 ədəd qərar qəbul edilmiş, bundan 30631 manat vəsaitin ödənilməsi təmin edilmişdir.

Eləcə də ötən il ərzində 20458,75 manat məbləğində 44 ədəd iddia qaldırılmış, bundan 15494,51 manat vəsaitin ödətdirilməsi təmin edilmişdir. Həmçinin müxtəlif obyekt, iaşə və rekreasiya mərkəzlərinə, istehsal sahələrinə və idarə-müəssisələrə ümumi məbləği 83595,56 manat olan ödəmə tapşırığı verilmiş, bundan 72875,17 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Ötən il ərzində xidməti ərazilərdə keçirilmiş reyd və monitorinqlər zamanı 50 ədəd icrası məcburi olan göstərişlər verilmiş və icrası təmin edilmişdir.

Qeyd edək ki, 2023-cü il ərzində 412 manat təyinatı məlum olmayan vəsait, 54182,24 manat bərpa dəyəri, 726 manat ov üçün icazələrdən olan vəsaitlərin Ətraf mühitin mühafizəsi üzrə dövlət ehtiyyat fonduna ödənilməsi həyata keçirilmişdir. Bundan başqa əvvəlki illərdə tətbiq edilmiş cərimələr üzrə 20743 manat, iddialar üzrə 2033 manat və ödəmələr üzrə isə 2644,5 manat vəsaitin ödətdirilməsi təmin edilmiş, nəticədə il üzrə təyin edilmiş plana uyğun olaraq 199741,16 manat vəsaitin ödənilməsi həyata keçirilmişdir.

Ötən il ərzində 3680 manat məbləğində 20 işin Rayon Polis Şöbəsinə göndərilməsi təmin edilmişdir ki, hazırda həmin işlər üzrə təhqiqat və istintaq işləri aparılır. Həmçinin İcra və probasiya şöbələrinə 51, məhkəmələrə isə 7 işin ünvanlanması və icra edilməsi təmin olunmuşdur.

2023-cü ildə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 68.0 ha sahədə meşə əkini və səpini işləri həyata keçirilmişdir ki, bundan 28.0 ha sahədə meşə əkini, 40.0 ha sahədə meşə səpini işləri olmuşdur. Mərkəzin əməkdaşları tərəfindən 2023-cü il ərzində meşəbərpa tədbirlərinin aparılması istiqamətində bir sıra təbbirlər görülmüşdür.

            Mərkəzin tinglik sahələrində Göyrüc, Ağcaqayın, Akasia, Palıd, Fıstıq, Vələs cinslərindən ibarət 0,64 ha sahədə tinglik sahəsi, 0.03 ha sahədə kökləndirmə şöbəsi yaradılmış, 15.5 ha sahədə tinglik sahələrinə əl ilə xidmət olunmuş, 12.64 ha sahədə isə tinglik sahəsində suvarılma işləri aparılmışdır. Yeni əkilmiş 28.0 ha sahədə meşə əkinlərinə əl ilə xidmət olunmuş və meşə əkinlərinə suvarılma işləri aparılmışdır.

Mərkəz tərəfindən şəhid və qazi ailələrinə ümumilikdə 112 m3, təhsil müəssisələrinə ümumilikdə 393 m3, icra nümayəndəliklərinə isə ümumilikdə 141.89 m3 odun verilməsi təmin edilmişdir.

İsmayıllıda Dövlət təhsil siyasəti uğurla həyata keçirilir. 2023-cü ildə  rayonda təhsil sahəsində inkişaf davam etdirilmiş, əsaslı şəkildə kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə edilmişdir.

Rayonda  73 ümumitəhsil məktəbi o cümlədən 46 tam orta, 20 ümumi orta  və 7 ibtidai məktəb, 11 məktəbəqədər təhsil müəsissəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hesabat ilində12010nəfər  şagirdin təlim-tərbiyəsi ilə 1345-dən artıq müəllim məşğul olmuşdur. Rayonda 2 məktəbdənkənar  təhsil müəssisəsi – Uşaq  Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər İdman - Şahmat Məktəbi fəaliyyətdədir.

            Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. 2022-ci ildə Sumağallı kənd tam orta məktəbi üçün 264 şagird yerlik, 2023-cü ildə isə şəhərin H.Əliyev prospektində 4  nömrəli tam orta məktəbi üçün 280 yerlik, Yuxarı Zərnava kənd tam orta məktəbi üçün modul tipli 80 yerlikməktəb binası inşa edilərək istifadəyə verilmişdir. 1296 yerlik şəhər 8 nömrəli tam orta məktəbi artıq istifadəyə hazırdır. Çəmənli kəndində  80 şagird yerlik  modul tipli ibtidai məktəbin tikintisi yekunlaşmaq üzrədir.

            2023-cü ildə buraxılış imtahanlarının nəticələrinə görə 1024 nəfər IX sinif  şagirdi ümumi orta təhsil haqqında attestat alıb, onlardan 19 nəfəri fərqlənmə attestatına layiq görülüb.  XI sinfi bitirmiş 724 nəfər məzun tam orta təhsil haqqında attestat alıb, onlardan 17 nəfəri məktəbi fərqlənmə attestatı ilə bitirib.

            2023-cü ildə Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən Respublika Fənn Olimpiadalarının final mərhələsində finala çıxmış 28 nəfər şagirddən 13 nəfəri   qalib gəlmişdir. 1 nəfər şagird Rus dili fənni üzrə, 1 nəfər isə Statistikaistiqaməti üzrə Respublika olimpiadasının qalibi olmuşdur.

            2023-cü ildə təhsildə qazandıqları yüksək nəticələrə görə  rayonun ümumtəhsil məktəblərini 1 nəfər qızıl, 1 nəfər  gümüş medalla başa vurmuşdur. 2023-cü ildə tam orta təhsili başa vuran 724 nəfər məzundan 675 nəfəri ali məktəblərə  qəbul imtahanlarında iştirak etmiş, 319 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Bunlardan  51 nəfəri 500-dən, o cümlədən 22 nəfəri 600-dən yuxarı bal toplamışdır.

            Rayonda istedadlı şagirdlərin inkişafı istiqamətində sistemli iş aparılır.Müxtəlif sahələr üzrə istedadlı şagirdlər haqqında Rayon Təhsil Sektorunda  “İstedad bankı” yaradılmışdır. Ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya” lar istedadlı şagirdlərin aşkara çıxarılması və onların inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir. 

            Tədris ili ərzində rayonun istedadlı şagirdləri yarışlarda və müsabiqələrdə uğurlu nəticələr əldə etmişlər. “Ən yaxşı təqdimat” onlayn Respublika  müsabiqəsində rayonun 1 nəfər şagirdi II yerə layiq görülüb. Məktəbliyə Təhsil Nazirliyinin diplomu və qiymətli hədiyyəsi təqdim olunmuşdur. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində STEAM layihəsi çəçivəsində məktəblərdə maddi-texniki bazalar möhkəmləndirilir və layihələrin işi uğurla davam etdirilmişdir.

            “Sabahın alimləri Respublika müsabiqəsində rayonun ümumtəhsil məktəblərində 4 layihə xüsusi mükafata layiq görülmüşdür.

           Rayonumuzun ümumitəhsil məktəblərinin şagirdləri Respublika incəsənət festivalında, Milli Olimpiya komitəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən “İstedad uşaqların müəyyən edilməsi” layihəsində, “ALP logo” və Google sketchUp” Respublika müsabiqələrində ənənəvi olaraq qalib sırasında yer almışlar.

Respublika Elm və Təhsil Nazirliyinin müəllimlərin seçib yerləşdirilməsi ilə bağlı son illərdə gördüyü işlər sayəsində məktəblər daha  bilikli və bacarıqlı gənc kadrlarla təmin olunmaqdadır.

Rayon Təhsil Sektoru yeni təyin olunmuş gənc müəllimlərə qayğı ilə yanaşmış, ilk növbədə onların sosial problemlərinin həllini diqqətdə saxlamışdır. Rayon Təhsil Sektorunda fəaliyyət göstərən “Gənc müəllimlər şurası”nın  keçirdiyi tədbirlər gənc müəllimlərin pedoqoji, metodik biliklərinin, təcrübələrinin artırılmasına xidmət etmişdir.

Müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasına xidmət edən “Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi”ndə müəllimlərimiz uğurlu nəticələrə nail olmuşlar. Əməyi ilə seçilən qabaqcıl müəllimlərin rəğbətləndirilməsi daim diqqətdə saxlanılır.

AGMA-nın Respublika müəllimləri arasında təşkil etdiyi fənn olimpiadalarında 7 nəfər müəllimimiz qaliblər sırasında yer almışlar ki, onlardan 2 nəfəri  birinci yerə layiq görülmüşlər.

Rayonda “ Əməkdar müəllim”lərin sayı 24-ə, “Tərəqqi” medalı ilə  təltif olunanların sayı isə 11 nəfərə çatmışdır. 38 nəfər müəllim “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Bütün bunlarla yanaşı, rayonda təhsil sahəsində həlli vacib problemlər də mövcuddur. Məktəblər müasir  komputerlərlə təchiz edilsə də, bir çox məktəblərdə hələ də yeni komputerlərə ehtiyac duyulur.İstilik sistemləri dizel yanacağı ilə işləyən məktəblərin qazalaşdırılması əsas problemlərdəndir. Bir necə ibtidai və ümumi orta məktəbin özünəməxsus binası yoxdur.  Bir sıra dağ kəndlərində ibtidai məktəb açılmasına zəruri ehtiyac vardır.

            Rayonda gənclərin peşə təhsilinə xüsusi diqqət yetirilir. 2010-cu ildən istifadəyə verilmiş 480 yerlik Peşə Tədris Mərkəzi müasir tələblərə cavab verən, rəqabətə davamlı, peşə təhsili sahəsində islahatların uğurla həyata keçirildiyi bir müəssisəyə çevrilmişdir.

            Mərkəzdə cari dərs ilində 16 ixtisas üzrə 24 qrup fəaliyyət göstərir.Tədris prosesi yeni metodlarla, innovativ vasitələrlə həyata keçirilir.Keçən 2022-2023-cü tədris ilində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzini 159 nəfər məzun bitirmişdir. Onlardan 46 nəfəri müxtəlif ixtisaslar üzrə işlə təmin olunmuşdur.

            İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin statusuna və kadr hazırlanacaq peşələrə uyğun maddi-texniki tədris bazası yaradılmış,tədris prosesinin səmərəli təşkilinin və kadr hazırlığının keyfiyyətcə yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilmişdir. İxtisaslı kadrların hazırlanmasında, xüsusilə turizm və kənd təsərrüfatı və informasiya texnologiyaları sektorunda əmək bazarının daha yaxından və dəqiq öyrənilməsində işçi qrupuna nəzarəti gücləndirmək və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına diqqəti daha da artırmaq qarşıya əsas vəzifə kimi qoyulmuşdur.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci rayonun sosial-iqtisadi inkişafında böyük əhəmiyyət daşıyan Orta-ixtisas təhsil müəssisəsidir.Kollecdə təlim və tərbiyə işi müasir təhsilin tələbləri əsasında ənənəvi və kredit sistemi ilə standartlara uyğun aparılır.

            Hal-hazırda kollecdə 108 nəfər işçi çalışır. Onlardan 28 nəfər inzibati-texniki heyət, 71 nəfər tam ştat üzrə müəllim, 9nəfər saathesabı müəllim kimi fəaliyyət göstərir.

2023-2024-cü tədris ili üçün kollecə ümumi orta və tam orta təhsil bazasından 360 nəfər tələbə qəbul olunmuşdur. Hazırda burada 14 ixtisas üzrə 1005 nəfər tələbə əyani və qiyabi təhsil forması üzrə təhsil alır.

            Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu qaydalarına əsasən 2022/2023-cü tədris ili ərzində kollecin 52 tələbəsi ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur.

           Əlavə təhsil haqqında qanunun qüvvəyə minməsi nəticəsində 2023/2024-cü tədris ilində 27 nəfər tələbə kollecimizə müxtəlif ixtisaslara əyani və  qiyabi tədris forması üzrə qəbul olunmuşdur.

            Kollecdə ideya-siyasi tərbiyə işi, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir.Torpaqlarımızın azad olunması uğrunda gedən Vətən müharibəsində kollecin 3 nəfər tələbəsi şəhidlik zirvəsinə ucalmışdır.

            Kollecin yerləşdiyi bina cari təmir olunub, inventar-avadanlıq materialları ilə  təchiz edilib.

            Bütün bunlarla yanaşı tələbə sayının ildən-ilə artması ilə əlaqədar kollecin həyətində yerləşən iki təmirsiz binanın əsaslı təmir edilib və tələbə yataqxanasının tikilib istifadəyə verilməsi vacib məsələlərdəndir.

            Rayonda 10 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Bunlardan 3-ü körpələr evi-uşaq bağçası, 7-i isə uşaq bağçasıdır.Məktəbəqədər təhsil müəssisələri öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və Nümunəvi Nizamnaməsinə əsasən həyata keçirir.

            İl boyu rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə,qida rasionuna düzgün əməl edilməsinə nəzarət olunmuşdur.

            Bununla yanaşı rayonda yeni uşaq bağçalarının tikilməsinə ciddi ehtiyac vardır. Bir sıra iri yaşayış məntəqələrində,kənd və qəsəbələrdə uşaq bağçası yoxdur.

         “Mədəniyyət və Turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İsmayıllı Regional Mədəniyyət İdarəsi və İsmayıllı Turizm İnformasiya Mərkəzi yaradılmış, Regional İdarə 13, Turizm Mərkəzi isə 5 ştat vahidi ilə  2017-ci ildən fəaliyyətə başlamışdır. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi İsmayıllı, Şamaxı, Qobustan, və  Ağsu rayonlarını əhatə edir.

            Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin optimallaşdırmaya dair islahatları çərçivəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda, o cümlədən İsmayıllı rayonunda bir sıra klub müəssisəsi və kitabxana filiallarında islahatlar həyata keçirilmişdir.

Cari ildə kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin müzakirəsi aparılmış, rayonun elektron xəritəsi yaradılmış, mədəniyyət müəssisələrinin birgə fəaliyyət planı hazırlanmışdır.

 Regional İdarənin İsmayıllı rayonu üzrə mədəniyyət müəssisələri tabeliyində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və ona tabe olan 5 Mədəniyyət evi, 15 klub-müəssisə, Heydər Əliyev Mərkəzi, İsmayıllı rayon  Mərkəzləşdirilmiş Kitabxana Sistemi və ona tabe olan 2 şəhər, 2 qəsəbə və 34 kənd  kitabxana filialları, İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi və İsmayıllı Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.

İsmayıllı rayon Mədəniyyət müəssisələrində çalışan 328 nəfərdən 71 nəfəri ali,158 nəfəri orta ixtisas, 99 nəfəri isə orta təhsillidir. İşçilərin 68 nəfəri texniki sahədə çalışanlardır.

Rayon Mədəniyyət Mərkəzi və filiallarında 2023-cü il ərzində çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilmiş, konsert proqramları, teatr tamaşaları, məktəblilərin qış tətilinin maraqlı keçməsi üçün “Kukla teatrı”nın tamaşaları nümayiş olunmuşdur. Mədəniyyət Mərkəzinin “Xalq Teatrı” kollektivi tamaşalar, dövlət tədbirləri üçün  kompozisiyalar hazırlamışdır. Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixili Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilmişdir. 2023-cü il  ərzində Mədəniyyət Mərkəzi və tabe müəssisələri tərəfindən 9 rayon əhəmiyyətli olmaqla ümumilikdə 78 tədbir keçirilmişdir.

İsmayıllı rayonunda 1 Mərkəzi, 2 şəhər, 2 qəsəbə, 34 kənd kitabxana filialı  fəaliyyət göstərir. Bu müəssislərdə 105 nəfər işçi çalışır ki, onlardan 28 nəfəri ali, 52 nəfəri orta-ixtisas, 25 nəfəri isə ümumi orta təhsillidir.

Zəngin kitabxana həmin xalqın qədim və zəngin tarixə mailk olmasından xəbər verir. İsmayıllı rayon MKS üzrə kitabxana fondunda 308840 nüsxə kitab mövcuddur.  Bunlardan  96187 latın, 144197 kiril,  62721 rus, 5735 nüsxəsi ingilis dilində olan ədəbiyyatdan ibarətdir.     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan etmişdir. Ölkə prezidentinin, eyni zamanda Azərbaycanın elm və mədəniyyətinin təbliğində yüksək xidmətləri olmuş elm xadimlərinin, bəstəkar, şair və yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq ölkəmizin bütün sahələrində olduğu kimi İsmayıllı Mədəniyyət müəssisələrində bir çox tədbirlər həyata keçirilmişdir.

İsmayıllı Dövət Rəsm Qalereyasının Rəsm fondunda 47 eksponat saxlanılır. Qalereyaya 2023-cü il ərzində 1287 nəfər tamaşaçı gəlmiş, 23 ekskursiya, 21 mühazirə, 23 sərgi keçirilmişdir. İsmayıllı Dövət Rəsm Qalereyası pandemiya qaydalarına uyğun olaraq fəaliyyətini təşkil etmişdir.

Rayon Tarix Diyarşünaslıq Muzeyinin fondunda 2684 eksponat saxlanılır. Muzeydə 2023-cü il ərzində bir çox mədəni-kütləvi tədbirlər keçirilmişdir. Bir sıra qeyri-hökumət təşkilatlarının və ictimai təşkilatların keçirdiyi tədbirlərin ünvanı da İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi olmuşdur. İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi İsmayıllının tarixini daha dərindən öyənmək, tədqiq etmək və yaşatmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada eramızdan əvvəl III-I əsrlərə aid arxeoloji gil, tunc, dəmir, dulusçuluq, misgərlik, zərgərlik nümunələri,silahlar,toxuculuq məmulatları saxlanılır. Hesabat dövründə muzeydə müxtəlif xarakterli 14-dən çox tədbir keçirilmişdir.

    Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun həyat və fəaliyyətini, xalq qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq məqsədilə rayonda ümumi sahəsi 2190 kv.metr olan Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəz 3 mərtəbədən ibaətdir. I mərtəbə 6 dərnək otağından və 1 foyedən ibarətdir. II mərtəbə 1 foye, ekspozisiya zalı və inzibati otaqlardan ibarətdir. III mərtəbə 3 iş otağı, 1 fond otağı, 1 kitabxana otağı və fondu,  2 qonaq otağı, 1 konfrans zalı, 1 mətbəxt, 1 inzibati otaqdan ibarətdir. Sahəsi 2100 kv.m-dir. Mərkəzin fondunda 453 ekponat saxlanılır. Mərkəzin ekspozisiyasında Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, kitablar və s. nümayiş  edilir.

İl ərzində Heydər Əliyev Mərkəzində müxtəlif qrup vətəndaşlarla görüşlər, ictimai-siyasi tədbir keçirilmiş, bir çox peşə bayramları burada qeyd olunmuş, bir qayda olaraq “Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələləri Mərkəzdə tədris olunmuşdur. Hesabat dövründə 35-dən çox tədbir keçirilmiş, 4 minə yaxın ekskursiyaçı Mərkəzi ziyarət etmişdir. Rayona gələn xarici qonaqlar mütləq şəkildə Heydər Əliyev Mərkəzi ilə tanış edilmişlər.

İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbi fəaliyyət göstərir. Tədris binası 36 sinif otağı, 100 nəfərlik zaldan ibarətdir. O cümlədən məktəbin nəzdində İvanovka kənd filialı fəaliyyət göstərir. Hal hazırda məktəbdə 70 nəfər müəllim heyyəti və 6 texniki işçi çalışır, 282 nəfər şagird təhsil alır. Məktəbin son illərdə 7 nəfər məzunu Milli Konservatoriyasına, orta ixtisas müəssisələrinə qəbul olunmuşdur. Məktəbdə dövr ərzində dövlət proqramına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir.Azərbaycan Respublikası Dövlət günlərinə və Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bəstəkar həftələrinə müəllimlər və şagirdlərin iştirakı ilə 13 tədbir keçirilib.

İsmayıllı Turizm İnformasiya Mərkəzi bölgədə daxili turizmin inkişaf etdirilməsinə, yerli və xarici turistlərin rayona cəlb olunmasına xidmət göstərir. Mərkəz informasiya texnologiyaları vasitəsi ilə bölgənin turizm  potensialı barədə məlumat yayır, sorğuları cavablandırır. Regiona gələn turistlərin gəzintisi Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil edilir, yerləşməsi təmin edilir.Kənd yaşıl turizm ilə məşğul olan sahibkarlarla sıx əlaqə saxlanılır.Turist marşurutları təyin olunur, işarələnməsi il ərzində həyata keçirilir.

Turizmin daha səmərəli təşkili ilə əlaqədar rayonda bir çox obyektlərin inşası aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialı istifadəyə verilmişdir.

Rayonumuzda turizm obyektlərinin sayı  2020-ci  illə müqayisədə  70% artaraq  2023-cü ildə  239-u ötüb.  Halbuki, 2020-ci ildə bu say 50-dən aşağı idi.  Rayonumuzda turizmin inkişafı ilə bağlı həyata keçirilən təşkilati tədbirlər, bu sahədə qanunvericilik bazasının müasir dünya standartları nəzərə alınmaqla təkmilləşdirilməsi İsmayıllını  nəinki regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi şəhərlərdən  biri səviyyəsinə yüksəldir. Qədim tarixə malik  İsmayıllının müasir görkəmi də  buraya turist axınının güclənməsinə əlavə stimul verir.

 Rayon ərazisindəki meşələr, parklar, xiyabanlar, muzeylər, nadir memarlıq üslubunda inşa edilmiş binalar və tarixi abidələr göz oxşayır. Ən əsası İsmayıllının təbiəti yerli və xarici turistləri özünə cəlb edir. Turistlər üçün fəaliyyət göstərən mehmanxana, mehmanxana tipli istirahət mərkəzləri, ailəvi istirahət mərkəzləri, böyük hotel və koteclərdə davamlı olraq turizmin inkişafı üçün təlimlər, layihələr həyata keçirilir. Rayonda fəaliyyət göstərən Ismayilli Dövlət Humanitar və Texnologiya Kollecində və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “turizm” ixtisası üzrə təhsil alan tələbələr davamlı olaraq turizm obyektlərinə səfər edərək, yeni bilik və bacarıqlar əldə edirlər. Həmçinin turizm obyektlərində çalışan əməkdaşların inkişafı üçün bir sıra təlimlər həyata keçirilmişdir.

2023-cü ildə turizmin digər növləri kimi kənd yaşıl turizmi, etno-turizm, eko-turizm, qış turizmi və dağ turizm növləri də geniş şəkildə inkişaf etmişdir.

Son zamanlar rayona gələn turistlərin  ən çox maraq elədiyi Aqroekoturizm sahəsidir ki, bu turizmlə kəndlərimizdə yaşayan yerli sakinlərin bir çoxu məşğul olur. Bu kəndlərə Təzəkənd, Cülyan, Buynuz, Topçu, Qalacıq, Sumağallı, İvanovka və digər kəndlərimizi misal göstərə bilərik.

Mövcud turizm marşrutlarının inkişaf etdirilməsi və yeni turizm marşrutlarının yaradılmasının təşviqi istiqamətində 2023-cü ildə bir sıra işlər görülmüşdür. Digər illərdən fərqli olaraq    2023-cü ildə ilk dəfə olaraq yaylaq turizminin inkişafı və yaylaq ərazilərinə gedən marşurut xəttlərinin ətraflı şəkildə sosial şəbəkələrdə izlənilməsinə nail olunmuşdur. Həmçinin mövcud marşurut xəttləri və yeni (Qərsələ kəndi, Dərə Məhəlləsi) xətlərindəndə istifadə olunaraq sosial şəbəkələrdə yayınlanmışdır.

Şahdağ Milli Parkının İsmayıllı bölməsinə Fransa, Belçika və Almaniyadan 36 baş Avropa zubru gətirilib. Zubrlar bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra vəhşi təbiətə buraxılıb. Hazırda zubrların sayında artım müşahidə olunaraq ümumi sayı 45 başa çatıb". Həmçinin Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində buraxılan ilk maralların bu iki balası olmuşdur. Buda layihənin uğurla davam etməsinin əyani göstəricisidir. Su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə tədbir iştirakçıları milli parkın İsmayıllı bölməsinin ərazisindən keçən Göyçay çayına 15 000 ədəd “çəkikimi balıq” körpəsi buraxılıb.

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial səhələrin,o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün İsmayıllı rayonunda da əsaslı tədbirlər həyata keçirilmişdir. 01.01.2020-ci il tarixindən ölkə üzrə mərhələli şəkildə İcbari Tibbi Sığorta sistemi tətbiq olunmağa başlamışdır. Respublikamızın 23 şimal rayonunda olduğu kimi İsmayıllı RMX-sı PHŞ-də həmin tarixdən əhaliyə Tibbi Sığorta ilə xidmət göstərilir. 2023-cü ildə rayonun tibb xidməti şəbəkəsi 101 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 7 Ailə Sağlamlıq Mərkəzi, 7 Həkim Məntəqəsi,         23 Tibb Məntəqəsi və Gigiyena Epidemiologiya mərkəzindən ibarət olmuşdur.

Rayonun səhiyyə müəssisələrində 94 nəfər həkim, 304 nəfər orta tibb işçisi, 329 nəfər   kiçik tibb işçisi fəaliyyət göstərmişdir. 2023-ci ildə 10 həkim, 55 orta tibb işçisi təkmilləşmə və ixtisasartıma kurslarından keçmişdir.

İl ərzində rayonun səhiyyə müəssisələrinə ambulator xəstə qəbulu 133885 nəfər, stasionar qəbul 2820 nəfər, təcili təxirəsalınmaz tibbi yardım stansiyasına 8799 çağırış olmuşdur. Rayon Mərkəzi Xəstəxanasında 285 doğuş həyata keçirilmişdir. İl ərzində 440 cərrahi əməliyyat aparılmış, bundan 335-i təxirəsalınmaz, 105-i isə planlı əməliyyatlar olmuşdur.

2023-cü ildə uşaq ölümü isə 5 nəfər olmuşdur. İl  ərzində 8716 göndəriş verilmişdir. Göndərişlərdən 3604 nəfəri İcbari Tibb Sığorta xətti ilə özəl tibb müəssələrinə göndərilmiş və bundan 66 nəfər xəstəyə “ Açıq  ürəy” əməliyyatı, 537 nəfər xəstənin ürəyinə “Stend” qoyulub.

Hesabat ilində 2257 nəfər şəkərli diabet, 338 nəfər vərəm xəstəsi, 99 nəfər talasemiya xəstəsi, 7 nəfər hemofiliya xəstəsi, 20 nəfər xroniki böyrək çatışmazlığı xəstəsi, 630 nəfər onkoloji xəstə, 1856 nəfər Psixi xəstə qeydiyyatda olmuş, bu xəstələrə hərtərəfli tibbi xidmət göstərilmiş, dövlət tərəfindən nəzərdə tutulmuş imtiyazlardan istifadə üçün normal şərait yaradılmışdır.

Rayon üzrə 2023-cü il ərzində evdə ölənlərin sayı 486 nəfər, stasionarda isə 17 nəfər ölüm halı baş vermişdir.

Rayonda səhiyyə müəssisələrinin maddi bazasının möhkəmləndirilməsi, yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Rayon Mərkəzi Xəstəxanasının binası, Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi yaxın illərdə təmir olunmuşdur. İvanovka, Lahıc xəstəxanları, Topçu, Tircan həkim məntəqələri, Zərnava,  Gəraybəyli, Sumağallı, Sulut, Diyallı, Keyvəndi tibb məntəqələri yeni tikilmiş binalarda fəaliyyət göstərir. Qeyd edək ki, Diyallı tibb məntəqəsi Heydər Əliyev Fondunun, Sumağallı və Sulut tibb məntəqələri isə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Quşencə, Qalacıq, Qubaxəlilli kənd həkim məntəqələri tam təmirlidir.

            2023-cü il ərzində uşaqlar arasında heç bir kütləvi xəstələnmə və kəskin infeksion xəstəlik müşahidə edilməmiş, yaş qruplarına uyğun peyvəndləşmə aparılmışdır. Peyvənd təqviminə uyğun olaraq vaksinlər tibb müəssisələrinə paylanmış, peyvəndləşmə aparılmışdır.

Uşaqların peyvəndlə əhatə faizi Respublika səviyyəsinə uyğun olaraq 95 faiz təşkil edir. Doğum evində yeni doğulmuş uşaqlara aparılmış peyvəndlər 96 %, tibb müəssisələrində 2 ay-6 yaş arası uşaqlara aparılmış peyvəndlər isə 90 % olmuşdur.  Dövlət Proqramına uyğun olaraq uşaqların məcburi dispanserizasiyası  aparılmışdır.

İl ərzində yaşayış məntəqələrində sanitar-epidemioloji vəziyyətə tam nəzarət olunmuş, rayonda difteriya, tetanus, qızılca, məxmərək, göy öskürək və s. xəstəliklər qeydə alınmamışdır.

“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Təzəkənd, Talıstan, Kürdmaşı, Qalınçaq kəndlərində həkim, İstisu, Qalagah kəndlərində tibb məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur.Bütün bunlarla yanaşı hazırda rayonun 24 tibb məntəqəsinin təmirə və yeni binaya ehtiyacı vardır. Rayonda 22 həkim və 6 orta tibb işçisi yeri vakansiyadadır. Hazırda müasir tipli aparatlara ehtiyac vardır. Ucqar dağ kəndlərində səhiyyə xidmətinin təşkili bu gün əsas problemlərimizdəndir.

Ölkədə dövlət-gənclər siyasəti 2023-ci ildə də uğurla davam etdirilmiş, bir sıra yaddaqalan hadisələrlə əhəmiyyətli xarakter daşımışdır.

Hazırda ölkəmizdə müasir düşüncəli, istedadlı, intellektual səviyyəsi yüksək olan gənclərə üstünlük verilir. Apardığınız kadr islahatlarında gənclərin yüksək vəzifələrə təyin edilməsi, onların potensialından maksimum istifadəyə yer verilməsi bunun bariz nümunəsidir.Siz dövlət başçısı kimi gənc və peşəkar kadrlara özlərini təsdiq etmələri üçün real imkanlar yaradır, dəstək durursunuz. Yaşlı nəslin təcrübəsindən, gənclərin potensialından istifadə siyasətinizin əsasını təşkil edir.

İsmayıllı rayonunda gənclərə və idmanın inkişafına diqqət ildən-ilə artırılır. “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2022-ci il tarixli Sərəncamına əsasən Bakı şəhər Gənclər və İdman İdarəsi və regional idarələr yaradılmışdır.

Yeni yaradılmış Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə edir. Mərkəzi İsmayıllı rayonunda olan Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Olimpiya İdman Kompleksi ilə əlbir fəaliyyəti gənclərin yüksək səviyyədə təşkilatlanmasına, rayonda idmanın inkişafına təkan vermiş, uğurlu nəticələr əldə olunmuşdur. Həmçinin Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi YAP rayon təşkilatı gənclər birliyi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Rayon Təhsil Şöbəsi,İsmayıllı Dövlət Peşə Tədris Mərkəzi ilə işgüzar əlaqələri gənclərin vətənpərvərlik, torpağaməhəbbət ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın  məqsədlərinə uyğun tədbirlərin icrası 2023-cü ildə də davam etdirilmiş şeir ifaçılığı, rəsm, inşa yazı müsabiqələri, bilik və idman yarışları, intellektual oyunlar keçirilmişdir. Dövlət bayramları və anım günlərinə həsr olunmuş tədbirlərdə gənclərin fəal iştirakı təmin olunmuş, 2 Fevral-Azərbaycan Gəncləri Günü  yüksək səviyyədə qeyd olunmuşdur. Hesabat dövrü ərzində gənclərlə iş sahəsində mart ayına kimi və pandemiya dövründə ümumlikdə 42 tədbir keçirilmişdir. Tədbirlərdə 2251 nəfər  gəncin iştirakı təmin edilmişdir.   

II Qarabağ Müharibəsindən sonra isə idarə tərəfindən şəhid ailələrinin, qazilərin , gənc idmançıların evləri ziyarət olunmuş, gənclərə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması üçün onlayn formatda bir sıra görüşlər təşkil edilmişdir.

2024-cü ildə rayonda gənclər siyasəti qarşısında daha mühüm vəzifələr durur. Rayonda gənclərin potensialından daha səmərəli istifadə olunmalı, bu istiqamətdə tədbirlər icra edilməlidir.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına, tapşırıq və tövsiyələrinə əsasən könüllülk fəaliyyətinin geniş şəkildə təşviq olunması ilə əlaqədar tədbirlər 2024-cü ildə də  davam etdiriləcək, ölkənin gələcək inkişafına xidmət edəcək istedadlı gənclərin üzə çıxarılması istiqamətində səmərəli iş aparılacaqdır.

Qeyd etmək istərdim ki, Olimpiya İdman Kompleksi rayonda gənc idmançıların yetişməsində, gənclərin fiziki hazırlığının inkişafı sahəsində məqsədyönlü iş aparır. Hesab edirik ki, Kompleksdə aparılmış yeni kadr dəyişiklikliyi rayonda idmanın inkişafına yeni tərzdə yanaşmanı təmin edəcəkdir.

İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili RİH-nin gündəlik diqqətində olmuşdur. İdeya-siyasi işdə, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülmüş, rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş, tapşırıq və tövsiyələrinə uyğun aparılmış, bütün yaşayış məntəqələrini, əhalinin müxtəlif təbəqələrini əhatə etmişdir. Ölkədə həyata keçirdiyiniz sosial-iqtisadi siyasətin, apardığınız məqsədyönlü xarici siyasətin nəticələri əhali arasında geniş təbliğ olunmuşdur.

Bölgənin ictimai-siyasi həyatında baş verən proseslərə hesabat ilində ciddi nəzarət edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, Millət Vəkillərinin, aid idarə və müəssisə rəhbərlərinin iştirakı ilə onlayn görüşlər keçirilmişdir.

Rayon İcra Hakimiyyəti siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Apardığınız siyasətin bütün cəhətləri vaxtında və dəqiqliyi ilə ünvanına çatdırılır. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır, normal, işgüzar şərait formalaşır, yeni-yeni layihələrin icrası, abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Vətəndaşların dövlətə və onun rəhbərinə inam və etibarı getdikcə güclənir.

Qeyd etmək istərdik ki,  rayonda İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun təbliğat işinin qurulması barədə 29 dekabr 2021-ci il tarixdə 186 nömrəli Rayon İcra Hakimiyyətində Sərəncamı hazırlanmış və təsdiq olunmuşdur.

Təbliğat işinin təqdim olunan İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun qurulmasını və bu məqsədlə ölkədə, o cümlədən yerlərdə baş verən prosesləri düzgün şərh edə bilən, natiqlik qabiliyyətinə malik tanınmış ziyalılar, alimlər, politoloqlar, ağsaqqallar, qazilər və digər nüfuzlu şəxslərdən ibarət 11 təbliğat qrupu yaradılmışdır.

Sərəncamla bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilin əvvəlində baş tutan görüşdə təbliğat qruplarına daxil olan idarə, təşkilat, müəssisə rəhbərləri, habelə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə  birgə bir sıra tədbirlər keçirilmişdir.

İdeoloji maarifləndirmə işinin əsas misiyası rayon əhalisi arasında Konsepsiyada müəyyən edilmiş mövzularda davamlı təbliğat işləri aparmaqdan ibarət olmaqla qruplar ideoloji maarifləndirmə işində qanunçuluq, vətənə və dövlətə sədaqət, xalqa yüksək xidmət mədəniyyəti, əhalinin problemlərinə həssaslıq, vətəndaş həmrəyliyi və ictimai rəyin nəzərə alınmasını əsas prinsip kimi götürmüşlər.

            Rayonda “Şəhidlər xiyabanı” davamlı olaraq ziyarət edilmiş, şəhərin Nizami Gəncəvi küçəsində ucaldılmış “Soyqırım xatirə  kompleksi”  bir çox  tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

            Rayonda 6 siyasi partiya-Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası, Real Partiyası qeydiyyatdadır. Yeni Azərbaycan Partiyasından başqa digər siyasi partiyalar əsasən fəaliyyətsizdir, sosial bazaları, informasiya resusları, ictimaiyyətlə, QHT-lərlə, digər ictimai birliklərlə əlaqələri yoxdur.

Öz ətrafında 78 ərazi partiya təşkilatını birləşdirən rayon təşkilatında hal-hazırda YAP üzvlərinin sayı 7696 nəfərdir. Onların 3215 nəfərini qadınlar, 972 nəfərini  isə gənclər təşkil edir. Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə aparır. Partiyanın nəzdində qadınlar şurası, gənclər birliyi və maarifləndirmə məqsədilə könüllülər qrupu fəaliyyət göstərir. YAP İsmayıllı rayon təşkilatının üzvləri  rayonda görülən işlərdə  yaxından iştirak edir, keçirilən siyasi və kütləvi tədbrilərdə fəallıq nümayiş etdirirlər.

YAP İsmayıllı Rayon Təşkilatı son illər, eyni zamanda 2024-cü ildə də ideoloji-siyasi istiqamətlərdə fəaliyyətini genişləndirmiş, partiya quruculuğunda əldə olunmuş yeni, müasir, müsbət təcrübədən istifadə edərək, səmərəli nəticələrə nail olmuşdur.

Rayonun bir sıra xarici ölkələrlə-Yaponiya, Belorus, Latviya, Çexiya, İsrail, Özbəkistanla dostluq əlaqələri yaranmışdır. On ildən artıqdır ki, Yaponiyanın  İto şəhəri ilə rayonumuz arasında dostluq və qardaşlıq əlaqələri davam edir. İsmayıllıda salınmış “Yapon bağı” bu dostluğun rəmzinə çevrilmişdir. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə rayonun bir neçə kəndində məktəb, uşaq bağçası, həkim məntəqəsi tikilib istifadəyə verilmiş, kanalizasiya, su xətləri çəkilmişdir. Dəfələrlə Yaponiya nümayəndə heyəti rayonumuzda olmuş, rayonun  nümayəndə heyəti, məktəblilərimiz İto şəhərinə səfər etmişlər. İsmayıllı məktəbliləri distant təhsil yolu ilə yapon dilini, Yaponiya məktəbliləri isə Azərbaycan dilini öyrənirlər. İsmayıllı ilə İto şəhəri arasındakı dostluq və qardaşlıq əlaqələri davam etdirilməkdədir.

2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olmuşdur. Hətta bu istiqamətdə praktiki addımlar atılmış, tərəflər arasında qarşılıqlı səfərlər baş tutmuşdur.

 Lakin sonradan “Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır. 18 dekabr 2023-cü ildə Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub.  Həmçinin, şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib.

Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilərək, İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adı ilə adlandırılmışdır.

Belarus Respublikası ilə rayonumuz arasında qarşılıqlı dostluq əlaqələri formalaşmış, kənd təsərrüfatı və sənaye sahələri üzrə təcrübə mübadilələri aparılmış. 2019-cu  ildən Özbəkistan Respublikası ilə də dostluq əlaqələri yaranmışdır.

Ərazidə Gənclərin Anti-Narkomaniya İctimai Birliyi, “Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İctimai Birliyi, “İsmayıllı intellektual oyunları klubu” İctimai Birliyi və İsmayıllı Yazarları İctimai-ədəbi birliyi, Çernobıl Əlillər İttifaqının İsmayıllı rayon şöbəsi, AVMVB-nin rayon şöbəsi, Qarabağ Müharibəsi Əlilləri veteranları Şəhid Ailələri İctimai Birliyi, QAC-nin İsmayıllı rayon təşkilatı, Rayon Ağsaqqallar Şurası  fəaliyyət göstərir.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi 2011-ci ildən müstəqil fəaliyyətə başlamışdır. Təşkilatın başlıca vəzifəsi problemli ailələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərini həll etmək, ailələrini gücləndirmək, sosial həyat şəraitini yaxşılaşdırmaqdan  ibarətdir. 2023-cü il ərzində Mərkəzə 442 müraciət olmuş, problemli ailələrlə ardıcıl iş aparılmışdır. Dövlət Proqramlarının icrası ilə bağlı il ərzində 56 tədbir keçirilmiş, tədbirlərdən 2450 nəfər bəhrələnmişdir. Boşanma təhlükəsi olan ailələrlə iş aparılmış və müsbət nəticələr əldə edilmişdir. Hesabat ili ərzində aktiv terapiya, ünsiyyət terapiyası, su terapiyası, loqopedik, psixoloji məsləhət, duyu-bütünləmə və kompüter kursuna qəbulla bağlı müraciətlərin hamısı müsbət həll edilmiş, 301 nəfər Mərkəzin xidmətlərindən bəhrələnmişdir. 1691 xidmət göstərilmişdir. Qadın İcma İnformasiya Mərkəzindən 109 nəfər qadın və uşaq istifadə etmişdir. 107 ailəyə səfər edilmişdir.

 İsmayıllıda əsil tolerantlıq mühiti hökm sürür. Dinlərə, müxtəlif milli və dini qruplara münasibətdə ayrıseçkiliyə yol verilmir. Rayonda 27 məscid, 16 dini icma, 4 ibadət evi vardır. Dini icmalardan 15-i İslam və biri xiristian təmayüllüdür. Rayonda qeyri-ənənəvi dini cərəyanlara mənsubların fəaliyyətinə ciddi nəzarət olunur, “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanunu”nun tələbləri ciddi şəkildə gözlənilir. Rayonda  fəaliyyət göstərən dini icmalar, din xadimləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi dövlət və din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə işi, tolerantlıq, ənənəvi İslam dəyərləri, multikulturalizmlə bağlı tədbirlərdə yaxından iştirak edirlər. Dini bayram və ayinlər tələblərə uyğun icra olunur. Keçirilən dövlət və dini bayramlarda, tarixi günlərin qeyd edilməsində din xadimlərinin iştirakı təmin olunur. Ramazan ayında yerlərdə təşkil olunan iftar axşamları mənəvi və dini zənginliyi ilə fərqlənir. Belə tədbirlərə xiristian icma nümayəndələri də dəvət olunurlar. Rayonda tolerantlıq, milli və dini dözümlülük, multikulturalizm mühiti hökm sürür. Malakanların, kürdlərin, hapıtların, ləzgilərin və digər xalqların adət-ənənələrinə, mədəni irsinə hörmətlə yanaşılır, onlarla görüşlər keçirilir, problemlərinin həllinə rayon rəhbərliyi yardımçı olur.

Rayonda ənənəvi dinlərə mənsublar üçün bərabər şərait yaradılmışdır, onların daxili işlərinə əsla qarışılmır. Bəzi radikal qrupların gizli fəaliyyəti nəzarətdə saxlanılır, onlara  qarşı mübarizə tədbirləri həyata keçirilir.

Rayonda radikal dini cərəyanlara mənsubların aktivliyi müşahidə edilmir. Bölgədə nəzarət markası ilə markalanmnış dini təyinatlı ədəbiyyatın, audio və video materialların, dini məzmunlu ədəbiyyatın satışı üzrə ixtisaslaşmış satış məntəqəsi yoxdur.

Rayonda multikulturalizm və tolerantlıq siyasətinin gücləndirilməsi məqsədilə mövcud normativ-hüquqi aktların, həmçinin digər sənədlərin  dərindən öyrənilməsi təmin edilmiş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, bir sıra QHT-lər və ictimai təşkilatlarla  işgüzar əlaqələr qurulmuş, birgə tədbirlər həyata keçirilmişdir.

“İsmayıllı xəbərləri” qəzeti maraqlı və məzmunlu sayları ilə oxucuların diqqətini cəlb edir, rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırır. Qəzetin nəzdində “Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyət göstərir. Əlamətdar olan hadisələrdən biri də bölgədə “İsmayıllı Yazarları Ədəbi-İctimai Birliyi”nin yaradılmasıdır. Hər iki ədəbi birlik rayonun ədəbi mühitinin formalaşmasında mühüm rol oynayır, gənc istedadları üzə çıxarır, onları bir araya gətirir. Ədəbi məclis üzvləri ilə tez-tez rayon ictimaiyyətinin görüşləri təşkil olunur. Yeni nəşr olunan kitabların təqdimatı keçirilir. Ən yaxşı yazarlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılır.

Hesabat ilində dövlət qəzetlərinə, obyektiv mövqedən çıxış edən informasiya vasitələrinə abunə yazılışı aparılmış, mətbuatın yerlərə operativ çatdırılması təmin edilmişdir.

İdeologiya sahəsində atılan ən mühüm addımlardan biri də rayondan olan bir sıra elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, qabaqcıl həkim, müəllim və pedaqoqların, sadə peşə adamlarının, əmək və müharibə veteranlarının, Milli Qəhrəmanların yubileylərinin, xatirə gecələrinin, görüşlərinin keçirilməsidir. 2023-cü ildə də bu xarakterli çoxsaylı onlayn qaydada tədbirlər icra olunmuş, gənclərin, yetişən nəslin mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilmişdir.

            Ölkəmizdə həssas və qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daima Sizin diqqətinizdə olan məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd-yuvasından, ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlərin sosial problemlərinin həlli apardığınız siyasətin prioritet istiqamətlərindəndir. Uğurlu sosial siyasət, ölkə iqtisadiyyatının inkişafı bu insanlara dövlət qayğısını ildən-ilə artırır.

İsmayıllı rayonunda 931 ailədən olan 3487 nəfər məcburi köçkün müvəqqəti qeydiyyatdadır. Hazırda faktiki olaraq 733 ailə (2792 nəfər) rayon əraizisndə müvəqqəti məskulaşmışdır. Məcburi köçkünlər inzibati binalarda, fermalarda, əmlak paylarında, kirayədə, qohum evlərində, bağçalarda, vaqonlarda və sığınacaqlarda məskunlaşmışlar. Məktəblərdə yaşayan məcburi köçkünlər üçün 45 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. İl ərzində bir neçə ailənin evlərinin dam örtükləri dəyişilərək istifadəyə verilmişdir. Diyallı və Qoşakənd kəndlərində məcburi köçkünlərin istifadə etdikləri subartezian quyuları nasos və işıq transfarmatorları ilə, Kəlbənd kəndində və Pirdinar yaşayış məntəqəsində məskunlaşan məcburi köçkünlərin istifadə etdikləri subartezian quyularının nasosları yenisi ilə əvəz olunmuşdur.

Hər bir Azərbaycan vətəndaşının, o cümlədən İsmayıllı rayonunda məskunlaşmış  qaçqınlar və məcburi köçkünlərin əsas arzuları torpaqlarımızın düşmən tapdağından azad edilməsi,  öz doğma yurdlarına dönmələri idi. Bu gün böyük qürur hissi ilə söyləyə bilərik ki, Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcək.

İsmayıllı rayonu ərazisində məskunlaşmış məcburi köçkünlərə Rayon İcra Hakimiyyəti tərəfindən daima diqqət və qayğı göstərilir, bayramlarda sovqat, maddi yardım verilir, işlə təmin olunmalarına köməklik göstərilir və onları narahat edən digər məsələlərə xüsusi həssaslıqla yanaşılır.

Rəhbərliyinizlə ölkədə ordu quruculuğu sahəsində böyük uğurlar əldə edilmiş, Azərbaycanın güclü ordusu yaranmışdır. Ordumuzun döyüş və müdafiə qabiliyyəti gündən-günə artır.

Rayonda ordu sıralarına çağırış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılır. Orduya yola salınan gənclərlə təntənəli görüşlər keçirilir. 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının və digər normativ–hüquqi aktların tələblərinə uyğun olaraq hərbi xidmətə çağırış planı 100% yerinə yetirilmişdir. Ümumi və qismən səfərbərliyə daim hazır olmaq məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi mütəmadi olaraq təlim-toplanış məşğələləri keçirir, ordu quruculuğunda idarə və müəssisələrin, digər təşkilatların rolunun nədən ibarət olmasını onlara izah edir. Hesabat ili ərzində ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi hazırlıq dərslərinin tədrisi keyfiyyətinin yüksəldilməsinə, hərbi-idman oyunlarının keçirilməsinə, hərbi yönümlü ali və orta ixtisas məktəblərinə məzunların istiqamətləndirilməsinə diqqət ayrılmışdır.

İsmayıllı Rayon İcra Hakimiyyətində 1 oktyabr 2021-ci il tarixində yeni  “Hadisə” sistemi fəaliyyətə başlamış və ötən dövr ərzində müxtəlif mövzularda  213 hadisə daxil olmuş və hər biri cavablandırılmışdır. Həmçinin RİH-in sosial şəbəklərdəki rəsmi səhifələrinə gələn müraciətlər də qanunamüvafiq olaraq cavablandırılmışdır.

Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı.

  Böyük zəfərdən sonra daima rayon  rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri döyüşdən qayıdan qaziləri mütəmadi olaraq  ziyarət edirlər. Onlar Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan döyüşçülər və ailələri ilə evlərində görüşürlər.
İsmayıllıda şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Onlarla mütəmadi görüşlər keçirilir, qayğıları ilə maraqlanılır, problemləri öyrənilir və həlli istiqamətində tədbirlər görülür.

Rayon İcra Hakimiyyəti tərəfindən 2023-ci ildə 3 şəhid ailəsinin üzvü işlə təmin olunmuşdur. 2023-cü il 27 sentyabr Anım günü İsmayıllı rayonunda da qeyd edilmişdir. Anım günü ilə bağlı olaraq Rayon İcra Hakimiyyəti başçısı və RİH başçısı aparatının əməkdaşlarının iştirakı ilə şəhid ailələri evlərində ziyarət olunmuşdur. Şəhidlərin ildönümləri rayonun idarə müəssisə rəhbərləri və əməkdaşlarının iştirakı ilə qeyd edilmişdir. 

2023-ci ilin 19-20 sentyabr tarixlərində baş verən antiterror əməliyyatı zamanı İsmayıllı rayonundan 2 hərbçimiz şəhid olmuşdur. Hər bir şəhidimiz böyük izdihamla qarşılanıb dəfn edilmişdir. Şəhidlərin dəfn və mərasim xərcləri Rayon İcra Hakimiyyəti tərəfindən qarşılanmışdır.

2021-ci ilin dekabr ayında Qurbanəfəndi kənd sakini Vüsal Qəndiyev Şuşa şəhərində iş prosesi zamanı minaya düşərək həlak olmuşdur. RİH başçısının 14 aprel 2023-cü il tarixli sərəncamı ilə Vüsal Qəndiyevə mülki şəhid statusu verilmişdir.

2023-ci ildə Rayon İcra Hakimiyyəti tərəfindən 39 şəhid ailəsinə, 77 nəfər qaziyə,       81 nəfər müharibə iştirakçısına maddi yardım edilmişdir.

Prezident Adminstrasiyasından göndərilən tezislər və onlardan irəli gələn müddəalarla  əlaqədar ictimaiyyəti düşündürən məsələlər ətrafında müvafiq təhlillər aparılmaqla, bu tezislərin əhali arasında geniş yayılması və təbliğ olunması məqsədilə 1800-dən çox məqalə  Rayon İcra Hakimiyyətinin saytında, facebook və instagram səhifələrində yerləşdirilmişdir. Tezislər, eyni zamanda ayda 1 dəfə nəşr olunan “İsmayıllı xəbərləri” qəzetinin səhifələrində dərc olunur, bu məqsədlə geniş izahat və maarifləndirmə işləri aparılır.

     2023-cü ilin hesabat dövrü ərzində İsmayıllı rayonunda cinayətkarlığa qarşı mübarizə sahəsində dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdaifəsi üzrə bir sıra tədbirlər həyata keçirilmiş, həmin tədbirlərin keçirilməsi zamanı hüquq mühafizə orqanları ilə birgə ictimai asayişin qorunması işi qənaətbəxş olmuşdur.

Rayonda kriminogen durum hüquq-mühafizə orqanları tərəfindən  daim nəzarətdə saxlanılır və bununla əlaqədar  xüsusi tədbirlər həyata keçirilir. 2023-cü ildə  qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əsaslı işlər görülmüş, qanun pozuntularına qarşı mübarizə tədbirləri gücləndirilmişdir.

Hüquq-mühafizə orqanları öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməklə yanaşı, rayonun ictimai həyatının sabit saxlanılmasında, mənəvi mühitin saflaşdırılması və qorunmasında, əhalinin qarşılıqlı anlaşma şəraitində yaşayıb işləməsində, insan hüquqlarının qorunmasında fəal iştirak etmişdir.

Belə ki, Rayon Polis Şöbəsində İctimai Şura yaradılmışdır. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 mart 2016-cı il tarixli, 813 nömrəli Fərmanına uyğun olaraq hüquq-mühafizə orqanları tərəfindən şəxsi keyfiyyətləri ilə fərqlənən könüllülər ictimai asayişin qorunmasına   cəlb olunmuşlar.

2023-cü ilin on iki ayı ərzində rayon ərazisində 162 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə, cinayətlərin açılması 89,9 faiz təşkil edir. Axtarışda olan cinayətkarların tutulması, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hesabat dövründə 25 nəfər axtarışda olan cinayətkarlardan 24 nəfəri tutuluraq aidiyyəti olaraq təhvil verilmişdir. 1 nəfər barəsində cinayət axtarış tədbirləri davam etdirilir. Təəssüflə qeyd edilməlidir ki, 2023-cü ilin on iki ayı ərzində rayon ərazisində 17 özünü öldürmə və 25 özünü öldürməyə cəhd olmaqla ümumilikdə 42 özünü öldürmə və özünü öldürməyə cəhd hadisəsi qeydə alınmışdır. Bununla bağlı İsmayıllı Rayon İcra Hakimiyyəti inzibati ərazi vahidləri üzrə səlahiyyətli nümayəndələrin, bələdiyyə sədrlərinin, rayon mərkəzi xəstəxanası rəhbərliyinin,  rayon polis şöbəsinin aidiyyəti vəzifəli şəxslərinin iştirakı ilə müzakirələrin aparılmasını və eləcə də gələcəkdə bu qəbildən olan hadisələrin baş verməməsi üçün müvafiq maarifləndirici  tədbirlərin həyata keçirilməsini  nəzərdə tutmuşdur.

Cari ildə rayon ərazisində 90 yanğın hadisəsi baş vermiş, yanğınlar nəticəsində vətəndaşlara  ümumilikdə 204500 manat ziyan dəymişdir.

2023-cü il ərzində İsmayıllı rayonu üzrə 681 doğum, 567  ölum faktı, 288 nikah, 98 nikahın pozulması halı qeydə alınmışdır.

2023-cü il  ərzində İsmayıllı rayonu üzrə İsmayıllı Rayon Məhkəməsinin icraatına  83 cinayət işi, 1530 mülki iş, 600 inzibati material, 33 məhkəmənin qərarı əsasında tətbiq edilən prosessual məcburiyyət tədbirləri haqqında material daxil olmuşdur.

Hesabat dövründə İsmayıllı Rayon İcra Hakimiyyətinə müxtəlif instansiya məhkəmələrindən 173 məktub daxil olmuşdur. Daxil olan məhkəmə sənədləri evin  zəlzələdən zərər görmüş evlər sırasına salınması tələbi, kompensasiya tələbi, iddiaçının əvvəlki vəzifəsinə  bərpa edilməsi tələbi,   ekspertiza  xərcinin  ödənilməsi tələbi, torpaq sahəsində kənd təsərrüfatı fəaliyyəti  ilə məşğul olmasına manelərin yaradılmasına və fəaliyyət göstərməsinə qadağaların qoyulması tələbi, övladlığa götürmə və uşaq tələbi barədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və s. barədə olmuşdur.

Hesabat dövründə məhkəmə orqanlarından  daxil olan məktublar nəzarətə götürülmüş, vaxtında cavablandırılması təmin edilmiş, iddia ərizələrinə münasibət bildirilmiş, məhkəmə proseslərində RİH-nin mənafeyi layiqincə müdafiə edilmişdir. Məhkəmə işləri ilə bağlı sənədlər daim nəzarətdə saxlanılır.

Hesabat dövründə İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İnzibati Komissiyaya 14 nəfər vətəndaş barəsində İsmayıllı Rayon Polis Şöbəsindən inzibati xəta haqqında protokol daxil olmuşdur.  Yaşayış və abadlıq qaydalarını pozduğuna görə 2 nəfər vətəndaş barəsində Azərbaycan Respublikası İXM-nin 396-cı maddəsinə və özbaşına tikinti işləri apardığına görə 12 nəfər vətəndaş barəsində İXM 395.1.2-ci maddəsinə əsasən  qərar qəbul edilmişdir. 

Hesabat dövründə İsmayıllı rayon icra və probasiya şöbəsindən məhkəmə qərarlarının icrası ilə bağlı Məhvetmə Komissiyasına daxil olmuş 15 icra vərəqəsi üzrə ümumilikdə 501,304 qram narkotik vasitə komiyssiyanın üzvləri tərəfindən məhv edilmişdir.

Hesabat ilində yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması üçün Komissiya tərəfindən konkret tədbirlər həyata keçirilmişdir.

2023-cü ildə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 3 nəfərin nikah yaşı azaldılmışdır.

Hesabat dövründə Rayon Polis Şöbəsi tərəfindən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yetkinlik yaşına çatmayanlar barəsində 2, yol hərəkəti qaydalarını pozan (piyada keçidindən düzgün istifadə etməyənlər)  5 nəfər barəsində nizibati protokol daxil olmuşdur

Komissiya Rayon Təhsil Şöbəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərində, yetkinlik yaşına çatmayanların tərbiyəsinin təşkilini daim diqqətdə saxlayır. Məktəblərdə tərbiyə mövzusunda keçirilən tədbirlərin səmərəliliyini artırır, bu sahədə çalışanların tərkibi yaxşılaşdırılır, məktəblərdə vaxtaşırı tərbiyə işinin monitorinqi keçirilir, aşkar edilən nöqsanlar aradan qaldırılır.

Təhsil müəssisələri ilə qarşılıqlı iş mübadiləsi genişləndirilmiş, rayon ərazisində yerləşən təhsil müəssisələrində şagirdlərlə, eyni zamanda əhali ilə “Radikal dini cərəyanlar”, “Erkən nikah”, “Erkən nikahlara “yox deyək” “Narkomaniya - ağ ölüm” mövzularında mühazirələr oxunmuş, məktəblilər arasında intihar hallarının baş verməsinin qarşısının alınması məqsədilə profilaktiki söhbətlər aparılmış, təhsil müəssisələri və təşkilatlarla birlikdə tədbirlər həyata keçirilmişdir.

Yetkinlik yaşına çatmayanların hüquq pozmalarının profilaktikası, eləcə də onların qanunsuz əməyə cəlb edilməsi hallarının qarşısının alınması məqsədilə  Rayon Polis Şöbəsinin sahə rəisləri və digər aidiyyəti qurumlar cəlb edilməklə rayon ərazisində mütəmadi olaraq reydlər keçirilmişdir. Keçirilmiş reydlər zamanı yetkinlik yaşına çatmayanlara qarşı hüquq pozuntularına rast gəlinməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi ilə bağlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciəti daxil olmamışdır.  

Ötən dövr ərzində sosial təhlükəli vəziyyətdə olan uşaqlar və ailələr aşkar edilməmiş, spirtli içkilər, narkotik vasitələr, psixotrop maddələr və onların analoqlarını qəbul edən yetkinlik yaşına çatmayanlar qeydə alınmamışdır.

Rayonumuzda insan alverinin qurbanı olmuş uşaqlar yoxdur.

Qəyyumluq və himayəçilik orqanının üzvləri yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması ilə bağlı keçirilən hər bir məhkəmə işində iştirak edərək qanunauyğun rəy vermişdir.

            2023-cü ildə valideyn himayəsindən məhrum olmuş 24 nəfər uşaq aşkar olunmuş və onlar da öz yaxın qohumlarının qəyyumluğuna və himayəsinə verilmişdir.

            Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq  2023-cü il ərzində uşağın övladlığa götürülməsi ilə bağlı müraciət daxil olmamışdır

Uşağın ad və soyadının dəyişilməsi ilə bağlı 3 müraciət olmuşdur. Onlardan 2 nəfər uşağın adının valideynlərinin istəklərinə əsasən dəyişdirilməsi ilə bağlı  RİH başçısı tərəfindən sərəncam imzalanmışdır.

2023-cü ildə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatına 1760  vətəndaş müraciəti daxil olmuşdur. İsmayıllı RİH-nə dövlət orqanlarından və digər qurumlardan baxılmaq üçün cəmi 324 müraciət, o cümlədən, Prezident Administrasiyasından 256, Milli Məclisdən 9, Nazirlər Kabinetindən 19, respublikanın digər təşkilatlarından 40, vətəndaşlardan birbaşa RİH-nə daxil olan müraciətlər isə 1436 ədəd olmuşdur.

Daxil olan müraciətlərin 1641-i ərizə, 116-sı şikayət, 3-ü təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 7 %-ni təşkil etmişdir.

Dövlət orqanlarından baxılmaq üçün Rayon İcra Hakimiyyətinə göndərilən müraciətlər əsasən mənzil (62), torpaq (59), sosial müdafiə məsələləri (54), təbii fəlakət hadisələri və fövqəladə hallarla bağlı məsələlər (50), Şəhər, rayon İH və bələdiyyələrin fəaliyyəti (19), İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər (13), şəhərsalma və tikinti məsələləri (11), qəbul məsələləri (12), qalanı isə digər məsələlər barədə olmuşdur. Bu müraciətlərin hamısı diqqətlə araşdırılmış, icrası ilə əlaqədar səlahiyyətlərimiz daxilində müvafiq işlər görülmüş və vətəndaşlara qanunamüvafiq izahat verilmişdir.

Rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərin 64-ü nəzarət qaydasında baxılmışdır. Bunun 2-si Prezident Administrasiyasının nəzarəti qaydasında daxil olmuşdur.

2023-cü ildə vətəndaşlar daha çox sosial müdafiə məsələləri (697), şəhərsalma və tikinti məsələləri (273), mənzil məsələləri (131), rayon İH və bələdiyyələrin fəaliyyəti məsələləri (137), torpaq məsələləri (126), təbii fəlakət hadisələri və fövqəladə hallar (104), İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər (43), qəbul məsələləri (40), enerji daşıyıcıları və su təchizatı məsələləri (34), nəqliyyat məsələləri (31), məişət məsələləri (26), mədəniyyət və turizm məsələləri (21), müraciətlərə baxılma (15), dövlət qulluğu və kadr məsələləri (12), elm və təhsil məsələləri (12), səhiyyə məsələləri (12),  ekologiya və təbii sərvətlər (8), Müdafiə, Qarabağ münaqişəsi, orduya çağırış məsələləri (8), dövlət quruculuğu və qanunvericili məsələləri (8) və digər məsələlər barədə müraciət etmişlər. Əvvəlki illə müqayisədə 2023-cü ildə sosial müdafiə məsələləri, şəhərsalma və tikinti məsələləri və torpaq məsələləri ilə bağli müraciətlər artmışdır.

Rayon İcra Hakimiyyətinin saytı və elektron poçt ünvanı fəaliyyətini davam etdirmiş,  həmin ünvan vasitəsilə 2023-cü ildə vətəndaşlardan 194  müraciət daxil olmuşdur. “Hadisə” sistemi vasitəsi ilə 112 müraciət, bundan əlavə, RİH-nin “Facebook” və “İnstaqram” səhifələrindən çoxlu sayda müraciət daxil olmuşdur. Həm elektron poçt ünvanına, “Qaynar xətt”ə,  həm də sosial şəbəkə  vasitəsilə daxil olan müraciətlər təhlil edilərək operativ həlli üçün tərəfimizdən lazımi tədbirlər görülmüşdür.

2023-cü ildə Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən 164 saylı “Qaynar xətt” vasitəsilə günün bütün saatlarında fasiləsiz olaraq vətəndaşlardan müraciətlər qəbul edilmişdir. ”Qaynar xətt”ə daxil olan bütün müraciətlər RİH başçısı tərəfindən qanunauyğun baxılması üçün aidiyyəti vəzifəli şəxslərə yönləndirilir. “Qaynar xətt”ə 2023-cü ildə 280 müraciət daxil olmuşdur. Müraciətlər əsasən əhalinin sosial müdafiə məsələləri (ərzaq yardımı və maddi yardım verilməsi, işlə təmin olunma) (61), enerji təhcizatı (43), su və kanalizasiya məsələləri (40), qaz təhcizatı (22), rabitə və informasiya texnologiyaları məsələləri (21), sahibsiz itlərlə bağlı tədbir görülməsi (12), Nəqliyyat məsələləri (yolların təmiri) 8,  qalanı isə  digər mövzularla bağlı olmuşdur.

2023-cü ildə daxil olmuş müraciətlərin 711-i (40,3%) müsbət, 61-i (3,5%) qismən həll edilmiş, 829-na (47,1%) müvafiq izahat verilmiş, 4-ü (0,2%) əsassız sayılmış, 3-ü (0,1 %) isə “Vətəndaşların müraciətləri haqqında”  Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Daxil olan müraciətlərə əsasən Rayon İcra Hakimiyyəti başçısı aparatında baxılmış, 42-si (2,4 %) isə baxılmaq üçün  aid qurumlara göndərilmişdir.

Bundan əlavə 2023-cü ildə də Rəqəmsal İcra Hakimiyyəti portalı fəaliyyətini davam etdirmişdir. Dövr ərzində vətəndaşlar tərəfindən elektron formatda “Xidmətlər” bölməsinə 6825, “Vətəndaşların qəbulu” bölməsinə 58, “Müraciətlər” bölməsinə 668 müraciət daxil olmuşdur. Bütün müraciətlərə qanunauyğun baxılmış, icrası ilə bağlı zəruri tədbirlər görülmüş və cavablandırılmışdır.

582 nəfər vətəndaşın ərizəsi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün müayinə komissiyası”nda müzakirə olunmuş və onlara 198600 (yüz doxsan səkkiz min altı yüzı) manat yardım göstərilmişdir. Bunlar əsasən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müxtəlif kateqoriyadan olan birinci qrup əlillər, uzun sürən xəstəliklərdən əziyyət çəkən aztəminatlı vətəndaşlar olmuşdur. 

2023-cü il ərzində RİH başçısı aparatında cəmi 2885 nəfər vətəndaş qəbul edilmişdir. Bunun 791 nəfəri RİH başçısı tərəfindən, digərləri isə aparatın müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir. RİH başçısı tərəfindən qəbul edilən vətəndaşlar əsasən sosial müdafiə məsələləri, İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər, pensiya təminatı məsələləri, xəstəliklə bağlı müalicələrinə maddi köməklik göstərilməsi, mənzil məsələləri, torpaq məsələləri, kənd təsərrüfatı məsələləri, təbii fəlakət hadisələri və fövqəladə hallar, qaz təhcizatı, bələdiyyələrin fəaliyyəti və digər məslələrlə bağlı müraciət etmişlər.

2023-cü il ərzində RİH başçısı tərəfindən yerlərdə  48 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 3249 nəfər iştirak etmiş, 496 nəfər Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, 697 məsələ barəsində fikirlərini bildirmişlər. Müraciətlərin 137 yerindəcə qanunamüvafiq izahat verilmiş, 25 müraciətə isə nəzarət qaydasında baxılmışdır. Qalan müraciətlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verilmişdir. 2023-cü ildə səyyar qəbullarda vətəndaşlar daha çox enerji təhcizatı məsələləri, su-kanalizasiya məsələləri, işlə təmin olunma, yaşadıqları ərazilərə mavi yanacağın verilməsi, yollarının təmir edilməsi, səhiyyə məsələləri, maddi yardım verilməsi, torpaq və kənd təsərrüfatı məsələləri və digər  məsələlərlə bağlı müraciət etmişlər.

2023-cü ildə də şəhid ailələləri, Vətən müharibəsi qaziləri və iştirakçıları RİH-nin diqqətində olmuşdur. Onların qaldırdığı məsələlər diqqətlə araşdırılmış, müsbət həlli mümkün olan müraciətlər ilə bağlı tədbirlər görülmüş, onlara qanuna müvafiq cavablar verilmişdir. Bundan əlavə, bir çox ailələrə onların müraciətinə əsasən  RİH-nin daxili imkanları hesabına  yardımlar edilmişdir.

İsmayıllı Rayon İcra Hakimiyyəti “Asan Müraciət” informasiya sisteminə inteqrasiya etmiş və həmin sistem fəaliyyətini davam etdirir. Sistemə daxil olan müraciətlər qanunamüvafiq icra olunur.

2023-cü ildə həm qəbullarda vətəndaşlar tərəfindən edilən müraciətlər, həm də Rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlər diqqətlə araşdırılmış, şikayətlərin yaranma səbəbləri təhlil edilmiş, onların həlli istiqamətində tədbirlər görülmüşdür.

İnformasiya təminatı və təhlil sektoru Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun şəkildə fəaliyyət göstərir.

Sektor tərəfindən 2023-cü ildə Prezident Administrasiyası tərəfindən hazırlanmış şablon formalar müəyyən olunmuş qrafik üzrə RİH-nin aidiyyəti şöbələrindən, rayonun müvafiq idarə və təşkilatlarından əldə edilərək, kompüterdə xüsusi proqram vasitəsi ilə yığılmış,informasiyalar dəqiqləşdirildikdən sonra xüsusi kodlaşdırılmış internet əlaqəsi ilə Regionların İnkişafının Analitik İnformasiya Sisteminin (RİAİS) serverinə ötürülmüşdür.

Sektor RİH-nin “mail@ismayilli-ih.gov.az” və “info@ismayilli-ih.gov.az” elektron poçtuna daim nəzarət etməklə, daxil olan məktubları Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə təqdim etmişdir. Həmçinin Rayon İcra Hakimiyyətindən elektron poçt vasitəsi ilə məlumatların ünvanlara göndərilməsi təmin edilmişdir.

Xüsusi Dövlət Mühafizə Xidməti RİH-nin “ismayilli-ih.gov.az” veb saytının təhlükəsizliyini təmin edir. Veb saytın idarəetmə paneli İnformasiya təminatı və təhlil sektorunda olduğu üçün məlumat bazasının yenilənməsi, keçirilmiş tədbirlər barədə xəbərlərin yerləşdirilməsi Sektor tərəfindən həyata keçirilir. 2023-cü ildə  RİH-nin rəsmi veb saytı təkmilləşdirilərək yenilənmiş, saytda yaradılmış İcra Hakimiyyətinə elektron müraciət, RİH başçısının qəbuluna elektron yazılma və Apelyasiya Şurasına onlayın müraciət bölmələrinin aktiv və işlək qalması üçün işlər aparılmışdır. 2023-cü ildə RİH-nin fəaliyyəti sosial şəbəkələrdə də təbliğ olunmuşdur. Belə ki, Sektor tərəfindən icra hakimiyyətinin www.facebook.com, www.twitter.com, www.instagram.com və www.yootube.com sosial şəbəkələrində yaradılmış rəsmi səhifələrində rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.

Sektor elektron kütləvi informasiya vasitələrini izləyir, rayon haqqında gedən informasiyalar barədə RİH başçını məlumatlandırır. Bundan başqa rayonda keçirilən tədbirlər barədə məlumatları RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşlıq etdiyi KİV-də, eləcə də sosial şəbəkələrdə yayımlayır. Hesabat ilində Rayon İcra Hakimiyyəti rəsmi dövlət agentlikləri və KİV-i (Azərtac, “Xalq qəzeti”, “Respublika” qəzeti)  ilə yanaşı, digər 30-dan artıq xəbər portalları ilə əməkdaşlıq etmişdir.

RİH başçısının İƏD üzrə nümayəndəlikləri 2023-cü il ərzində fəaliyyətlərini  Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun qurmuş, iş  planlarında nəzərdə tutulmuş məsələlərin həllini təmin etmiş, əmək və icra intizamını gücləndirmiş, fəaliyyətlərinin səmərəli təşkilinə nail olmuşlar.

İl ərzində rayonun bütün yaşayış məntəqələrində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmiş, hər bir nümayəndəlikdə baş vermiş hadisələr barədə gündəlik məlumatlar aidiyyəti üzrə rəhbərliyə məruzə edilmişdir.

Hesabat ili ərzində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının və digər hüquqi-normativ aktlarının öyrənilməsi və əhali arasında təbliği təmin edilmişdir.  Ölkə Prezidenti cənab İlham Əliyevin  səfərləri və görüşləri zamanı söylədiyi məruzə və çıxışlar nümayəndəlik əməkdaşları tərəfindən dərindən öyrənilmiş, təbliğat aparılmışdır.

İl ərzində nümayəndəliklərdə uçot-hesabat işlərinin təkmilləşdirilməsinə diqqət artırılmışdır. 2023-cü ilin yanvar ayında nümayəndəliklərdə “Təsərrüfatbaşına uçot kitab”larında məlumatların dəqiqləşdirilməsi işinə əvvəlki illərdən daha ciddi yanaşılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Bütün inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılan təsərrüfatbaşına uçotun sənədləri üzrə məlumatların Dövlət Statistika Komitəsinin elektron bazasına daxil edilməsi təmin edilmişdir.

İl ərzində tələb olunan bütün uçot-hesabat formaları aidiyyəti təşkilatlara vaxtında  təqdim olunmuşdur.

2023-cü il ərzində İƏD üzrə nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin aparılmasına xüsusi diqqət yetirilmiş, bu sahədə əvvəlki illərdə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər icra olunmuşdur. Rəqəmsal İcra Hakimiyyəti portalında vətəndaşlara lazım olan xidmətlərin göstərilməsinə nəzarət gücləndirilmişdir. Eləcə də əhalini narahat edən məsələlər qeydiyyata götürülmüş,icrası istiqamətində tədbirlər planı hazırlanmışdır.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda şəhid və qazi olan döyüşçülərin  ailələri ilə mütəmadi görüşlər keçirilir onların problemləri ilə maraqlanılır, ehtiyacları öyrənilir və sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

İl ərzində ayda bir dəfədən az olmayaraq  “Nümayəndə günü” keçirilmişdir. Keçirilmiş “Nümayəndə günü” iclaslarının gündəliyinə İƏD üzrə nümayəndəliklərin fəaliyyətində zəruri hesab olunan vacib məsələlər daxil edilməklə qəbul edilmiş qərarların icrası nəzarətdə saxlanılmışdır.

Müvafiq təlimatlara əsasən 2023-cü ildə nümayəndəliklərdə vətəndaşların qəbulu keçirilmiş, onların ərizə və şikayətlərinə mövcud normativ hüquqi aktlara əsaslanaraq baxılmışdır.

2023-cü il ərzində rayonun 47 kəndində səyyar görüş-qəbullar keçirilmiş, vətəndaşların səsləndirdiyi problem və təklifləri dinlənilərək həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

İl ərzində bələdiyyələrin də fəaliyyəti diqqətdə saxlanılmışdır. Vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin həlli, təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi, layihələrin icrası, vergilərin toplanması, şəffaflığın təmin edilməsi  bələdiyyələrin fəaliyyət sahəsinin əsasını təşkil etmişdir.

Qeyd etməliyik ki, bələdiyyələrin fəaliyyətində müsbət işlərlə yanaşı nöqsanlar da az deyil. Vergilərin toplanmasına zəif münasibət ciddi nöqsanlardandır. Vətəndaşlar tərəfindən zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaqlar açılaraq ümumi istifadəyə verilmiş və bu işlər davam etdirilir.

2023-cü ildə olduğu kimi 2024-cü ildə rayonumuz üçün əlamətdar olacağına heç şübhəmiz yoxdur. Bütün İƏD üzrə nümayəndəliklərdə investisiya qoyulacaq sahələr müəyyənləşdirilməli, investorların hesabına kəndlərimizdə sahibkarlığın inkişafına nail olmalıyıq. Rayonumuz üçün xarakterik olan fındıqçılığın, baramaçılığın, tütünçülüyün, taxılçılığın, heyvandarlığın və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün əhalini səfərbər etməklə məhsul bolluğu yaratmağa çalışmalıyıq.

2024-cü ildə əvvəlki illərdən fərqli olaraq daha effektli tədbirlərin görülməsi zərurətini və məsuliyyətini dərindən dərk edərək biz rayon üzrə icrası davam etdiriləcək və yeni start veriləcək layihələr müəyyənləşdirmişik.

Belə ki, yeni iş yerlərinin açılması üçün mövcud imkanlardan tam şəkildə istifadə etmək cari ildə əsas vəzifələrimizdən olacaqdır. 2024-cü ildə və növbəti illərdə rayona investorların cəlb edilməsi ilə turizmin, aqrar sektorun, yeni istehsal və emal müəssislərinin yaradılması nəticəsində yeni iş yerləri açılacaq və daha çox qeyri-məşğul vətəndaşı işlə təmin etmək mümkün olacaqdır. Bu, bizim gələcək fəaliyyətimizin əsasını təşkil edir.

Cari ildə yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulmasının davam etdirilməsi və SİP kabellərin çəkilməsi, yeni transformatorların quraşdırılması həyata keçiriləcəkdir.

Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində qarşıda daha böyük vəzifələr durur. 2024-cü ildə rayonda 6 yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı tədbirlər görüləcəkdir.

2024-cü ildə İvanovka kəndində 80 yerlik uşaq bağçasının, layihə dəyəri 7,9 milyon manat olan İvanovka sovqatları karamel-qənnadı fabrikinin, Bizlan kəndi ərazisində layihə dəyəri 3,4 milyon manat olan çaxır zavodunun, Talıstan kəndində 1300 şagird yerlik tam otra məktəb binasının açılışı və Topçu kəndi ərazisində layihə dəyəri 39-41 milyon manat olan Coca-Cola istehsal müəssisəsinin təməlinin qoyulması nəzərdə tutulmuşdur.                                                                                                                                       

Rayonda aqrar sahənin və sənayenin inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi cari ildə də nəzərdə tutulmuşdur. Baramaçılığın inkişafı ilə əlaqədar onun yem bazasının yaradılması və möhkəmləndirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməlidir.

Rayonda əhalinin məşğuliyyətində əvvəlki illərdə də çox mühüm əhəmiyyət kəsb edən və son illərdə də istehsala başlanıldığı tütünçülüyün geniş sahələrdə tətbiq olunması ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilməlidir.

Şəhərdə çoxmənzilli binaların qızdırılması üçün yeni qazanxanaların tikilməsi də vacib məsələ kimi qarşıda durur.

Rayon ərazisində yol təsərrüfatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Təhsil, mədəniyyət və səhiyyə sahəsində də zamanın tələbinə uyğun tədbirlərin reallaşdırılması, maddi bazanın möhkəmləndirilməsi, innovasiyayönümlü layihələrin icrası, tikinti və təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin 19 illik Prezidentlik fəaliyyəti strateji əhəmiyyət kəsb edən inkişaf Proqramlarının hazırlanıb həyata keçirilməsi, ən müxtəlif sahələr üzrə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyələnir.

        Ötən 20 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycanın davamlı və dayanıqlı inkişafı, modernləşməsi təmin edilib, Respublikamız iqtisadi müstəqilliyini tam təmin edib, infrastruktur baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib, insanların həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

        Biz əminik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan uzun illər, həmçinin 2024-cü ildə öz uğurlu inkişafını davam etdirəcəkdir. Biz dünya ölkələri sırasında öz mövqeyimizi bir qədər də möhkəmləndirəcəyik.

       Qeyd etmək istərdim ki, Azərbaycan öz inkişafının indiki mərhələsində köhnə idarəçilik metodlarından uzaqlaşır, yeni düşüncəli, gənc kadrlara üstünlük verilir. İdarəçilikdə yeni düşüncəli gənc kadrlara verdiyiniz üstünlük, innovativ düşüncə tərzi, işlək idarəçilik mexanizmi ölkəmizin gələcək inkişafı naminə atılan addımlardandır.

          Dövlət Proqramında nəzərdə tutulmuş bütün məsələlərin uğurlu həllinə ismayıllılar da öz töfhəsini verəcəkdir.

Biz, dövlətimizin başçısı, güclü elmi və siyasi zəkaya malik bir lider olan Prezident cənab İlham Əliyevlə fəxr edir, qürur duyuruq. Biz ismayıllılar da ölkəmizin sürətli inkişafına qoşularaq bütün fəaliyyətimizi, Fərman, Sərəncam, tövsiyə və tapşırıqlarınız əsasında həyata keçirəcək, bölgəmizin inkişafı üçün var-qüvvəmizlə çalışacağıq.

 

Hörmətlə,

İsmayıllı Rayon

İcra Hakimiyyətinin başçısı:                                                        Nahid Bağırov

Keçidlər