Şriftin ölçüsü :

Saytın rəngi :

Hesabat 2024

 

2024-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2025-ci ildə qarşıda duran

vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı  N.R.Bağırovun

h e s a  b a t ı

 

Azərbaycan xalqı 21 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında özünün ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni inkişaf dövrünü yaşayır. Prezident cənab İlham Əliyev ulu öndərin dünyəvi dövlət quruculuğu və milli inkişaf konsepsiyasını inamla davam etdirir, zənginləşdirir, Azərbaycanı qabaqcıl ölkələr sırasına çıxarır. Xalq üçün çalışmaq, onun arzu və istəklərini konkret platforma əsasında gerçəkləşdirmək, “Hər bir azərbaycanlının Prezidenti olmaq” Prezident cənab İlham Əliyevin siyasətinin əsasını təşkil edir.

Azərbaycana rəhbərlik etdiyi müddətdə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmış, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənmiş, davamlı və dayanıqlı inkişafı, həmçinin modernləşməsi təmin edilmişdir.

Prezident cənab İlham Əliyevin innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, məzmunca zəngin bir mərhələyə çatdırıb.Dünyada maraqla qarşılanan iqtisadi inkişafın Azərbaycan modeli formalaşıb.

Yola saldığımız 2024-cü il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş, ölkənin dayanıqlı inkişafı təmin edilmişdir. Azərbaycan sabitlik şəraitində yaşamış, öz sosial-iqtisadi inkişafını təmin etmiş, xalqımız təhlükəsiz şəraitdə qurub-yaratmışdır. Bu gün dünyada qanlı toqquşmalar, müharibələr, kütləvi etiraz aksiyaları, polis zorakılığı, insan haqlarının kobud şəkildə pozulması, demokratik dəyərlərin taptanması baş alıb gedir. Prezident cənab İlham Əliyevin sayəsində isə Azərbaycan sabitlik məkanı kimi inkişaf edir.

            2024-cü il tarixdə dərin islahatlar ili kimi qalacaq. Cənab İlham Əliyevin apardığı siyasi, sosial, kadr  islahatları idarəçilik prinsiplərini, yeniləşmə imkanlarını gücləndirmiş, yaşlıların təcrübəsinə, gənclərin potensial imkanlarına yönəldilmişdir.

            2024-cü ildə İsmayıllı rayonu ərazisində dövlət sifarişi əsasında, eləcə də fiziki və hüquqi şəxslər tərəfindən bir neçə layihələr icra edilmiş, İsmayıllı şəhərində abadlaşdırılma işləri davam etdirilmişdir. Rayonun Topçu kəndində tikintisi nəzərdə tutulmuş Koka-Kola zavodunun tikintisinə başlanılmış, İsmayıllı şəhər 4 saylı tam orta məktəb binası istismara verilmiş, şəhərin Nizami Gəncəvi küçəsində, Mirzə Fətəli Axundov küçəsində iri həcmli ticarət obyektlərinin tikintisi başa çatdırılmışdır.

2024-cü ildə rayon ərazisində vətəndaşlar tərəfindən məlumatlandırma icraatı qaydasında 200 yaşayış evinin tikintisi rəsmləşdirilmiş, 4 obyektin tikintisinə,  18 obyektin isə istismarına icazə verilmişdir. Digər sosial obyektlərin, otel va mehmanxana tipli binaların tikintisi davam etdirilmiş, istirahət və turizm mərkəzlərində təmir abadlıq işlərinə başlanılmışdır. Rayonun Topçu kəndində tikintisi nəzərdə tutulmuş Koka-Kola zavodunun tikinti işlərinə icazənin verilməsi prosedurunun icraatı çərçivəsində sənədləşmə işləri tam başa çatmış, obyektin tikintisinə icazə sənədi hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin sifarişi əsasında İsmayıllı rayonunun Basqal qəsəbəsi yaxınlığında 19.5 hektar ərazidə inşa edilən turizm istirahət kompleksində müasir 4 kotecin tikintisi başa çatdırılmış, sənədləşmə işləri yekunlaşdırılmışdır.

2024-cü il rayonumuz üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında İsmayıllı şəhərinin Baş planının layihəsi komitə sədrinin iştirakı ilə birgə müzakirə edilmiş, gələcək perspektiv planlar nəzərə alınmışdır. İsmayıllı şəhərinin perspektiv inkişaf istiqamətləri aidiyyəti dövlət qurumları, ictimaiyyət nümayəndələri eləcə də ismayıllı şəhərinin Baş planını hazırlayan layihəçi “ EL& EN” təşkilatının nümayəndələri ilə bir daha müzakirə edilmiş, şəhəri qərb istiqamətində Cülyançay- Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun əhatəsində meşə fonduna aid edən 70 hektar ərazinin hesabına genişləndiriıməsi təkilf edilmişdir. Bu məqsədlə müvafiq sxematik planlar hazırlanmış, aidiyyəti dövlət orqanı Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər Nazirliyi qarşısında məsələ qaldırılmışdır.

 2024-ci ilin ilk rübündən etibarən büdcə vəsaiti hesabına şəhər daxili küçələrin abadlaşdırılması, yollara asfalt örtük vurulması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, qüsur aktları tərtib edilərək layihələndirmə üçün tenderə təqdim edilmişdir.

İsmayıllı şəhərində asfalt vurulmayan küçələrin siyahısı hazırlanmış, asfaltlanması zəruri hesab edilən küçələr seçilmiş, müvafiq qüsur aktları hazırılanmışdır. Ümumilikdə İsmayıllı şəhəri və İvanovka kəndi ərazisində 50 küçə və dalanda  asfaltnama və təmir işləri aparılmışdır.

            Təsdiq edilmiş və müvafiq qaydada razılaşdırılmış sənədlər üzrə şəhərin Beşikçay küçəsinə, Zəngəzur küçəsinə, Molla Pənah Vaqif küçəsinə, Rəşid Mahmudov küçəsinin dalanına, M.Rəsulzadə və S.Rzayev küçəsini birləşdirən yola, Şəhid Aqil Mirzəyev küçəsinin davamına, Natiq Abdullayev küçəsinin dalanına, Soltan Mehdiyev küçəsinin davamına, Cəmil Məmmədli küçəsinin dalanına, Nuru Paşa küçəsinin dalanına, Ə.Ələkbərzadə küçəsinin dalanına, Tofiq Bəkirov küçəsinin kanaldan aşağı olan hissəsinə, Ə.Ələkbərzadə küçəsinə paralel yola, Ramazan Ədilov küçəsinə paralel adsız küçəyə, Mirzə Kazım bəy və Böyük Mərc 9 küçələrinə, İ.Kazımov və S.Əsgərova küçəsinin birləşdirən yola, Rəsul Rza küçəsinə, R.Bədəlov və S.Mehdiyev küçəsini birləşdirən yola, Çingiz Bağırov küçəsinə, İlham Binyətov küçəsinə, Kamal Qasımov küçəsinin dalanına, Dədə Qorqud küçəsinin davamı olan dalana, M.F.Axundov küçəsinin dalanına, Dostluq küçəsinin dalanına, Koroğlu ilə Ç.Əmrəliyev küçələrini birləşdirən yola, İstiqlal və Qurd təpə küçələrini birləşdirən yola, N.Şalbuzov küçəsinin qalan hissəsinə, Nizami küçəsinin dalanına, Qəşəm Aslanov küçəsinin davamı A.Aslanov küçəsini birləşdirən məktəb yoluna, Y.V.Çəmənzəminli küçəsinə, R.Mahmudov küçəsinin digər dalanına, Qazan Xan küçəsinə, Cavad Xan küçəsinin dalanına, Qaçaq Nəbi küçəsinə, Həcər küçəsinə, M.Ə.Rəsulzadə küçəsinin dalanına, A.Mirzəcanzadə küçəsinin davamına, M.Ələkbər Sabir küçəsinin dalanına, Ü.Hacıbəyov küçəsinin dalanına, Ruslan Tağıyevküçəsinin dalanına,  Koroğlu küçəsi ilə Ş.Qurbanov küçələrini birləşdirən yola, Çingiz Əmrəliyev küçəsi ilə Soltan Mehdiyev küçələrini birləşdirən məktəb yoluna, Dərbənd küçəsinə elə cə də İvanovka  kəndində H.Əliyev küçəsində təmir işləri aparılmış, Sadovaya küçəsi ilə Vodoprovodnaya küçələrini birləşdirən yola, Perulok Novıy küçəsinə, Vodoprovodnaya küçəsinə və Şəhid Etibar Şirinov küçəsinə asfalt örtük vurulmuşdur.  Görülən işlər sifarişçi təşkilatdan müvafiq aktlarla iş həcmləri təhvil alınmışdır.

2024-cü ili İsmayıllı rayonu da yüksək sosial-iqtisadi nəticələr, fərqli nailiyyətlərlə başa vurmuşdur.

Hər ilin müzakirə olunan vacib tərəflərindən biri və ən əsası sosial-iqtisadi nəticələrdir. Geridə qoyduğumuz 2024-cü il bütövlükdə respublika, eyni zamanda bölgələr üçün əhəmiyyətli xarakter daşımış, yüksək nəticələr əldə olunmuşdur. Cənab İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasəti, aparılan islahatlar, həyata keçirilən iri tutumlu layihələr nəticəsində Azərbaycan özünün uzunmüddətli dayanıqlı inkişafını təmin etmişdir.

Rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatını gücləndirmək, tikinti, abadlıq və quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minimuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq əsas vəzifələrimizdən olmaqla, fəaliyyətimizi cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, tövsiyə və tapşırıqlarının icrasına yönəltmiş, müsbət nəticələr, əsaslı irəliləyişlər əldə etmişik. Mövcud imkanlardan səmərəli istifadə etməklə rayonda tikinti-abadlıq və quruculuq işlərini davam etdirmiş, iqtisadiyyatın inkişafına təkan verəcək infrastruktur və sosial layihələrin icrasına nail olmuşuq. Əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, dayanıqlı inkişaf və sabitliyin qorunması məqsədilə ardıcıl tədbirlər həyata keçirmişik.

2024-cü il ərzində əsas iqtisadi göstəricilər aşağıdakı kimi olmuşdur. Belə ki, əsas kapitala 92 milyon 195 min 900 manat investisiya qoyulmuşdur ki, bunun 71 milyon 25 min 200  manatı (77,0 %-i) dövlət sektoru, 21 milyon 170 min 700 manatı (23,0 %-i) isə özəl sektor tərəfindən həyata keçirilmişdir. Vəsaitin 87 milyon 634 min  manatı     (95,1 %-i) tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.

Hesabat dövründə rayonda faktiki qiymətlərlə 310 milyon 975 min 600 manat məbləğində ümumi məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21 milyon 414 min 300 manat çoxdur. İqtisadiyyatın əsas sahələri üzrə real ifadədə 2023-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı üzrə 4,6 % artım qeydə alınmışdır. tikinti-quraşdırma işlərində 58,4 % informasiya və rabitədə    46,4 %, nəqliyyat və anbar təsərrüfatında 3,6 %, ticarətdə 3,0 % artım qeydə alınmış, sənayedə 0,4 %, artım müşahidə olunmuşdur., kənd təsərrüfatında dəyişməmişdir.

Hesabat dövründə əhaliyə göstərilən pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 % yüksələrək 302 milyon 603 min manata çatmış, keçən illə müqayisədə nominal qiymətlərlə 12 milyon 902 min manat  artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 39 milyon 575 min manat təşkil etmişdir. 2023-cü illə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi real ifadədə 8,6 % artmışdır.

2024-cü ildə faktiki qiymətlərlə 25 milyon 956 min 800 manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə nominal ifadədə 106 min 100  manat çoxdur. Real ifadədə isə sənaye məhsulu istehsalında 0,4 % artım qeydə alınmışdır.

            Rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Kənd təsərrüfatı əsasən bitkiçilik və heyvandarlıq sahələrindən: bitkiçilik sahəsi taxılçılıq, kartof istehsalı, tərəvəz, meyvə, üzüm, yem bitkiləri sahələrindən, heyvandarlıq sahəsi isə iribuynuzlu maldarlıq, qoyunçuluq, quşçuluq və arıçılıq sahələrindən təşkil olunmuşdur.     

2024-cü ilin məhsulu üçün 2023-ci ilin payızında 21151 hektarda buğda, 9557 hektarda dən, 58 ha xəsil üçün arpa olmaqla 30766  hektar sahədə payızlıq taxıl səpini aparılmışdır.

Səpin zamanı yüksək reproduksiyalı və rayonlaşdırılmış toxum sortlarından istifadə edilmiş və şum altına və səpinlə birlikdə 2,1 min tondan çox şumaltı mineral gübrələr tətbiq edilmişdir.

Hesabat döründə kənd təsərrüfatı texnikalarının istismarına nəzarətlə bağlı müvafiq tədbirlər görülmüş və  548  kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilmiş, müəyyən edilmiş vaxtda texnikasını texniki baxışdan keçirməyən 6 nəfərə  inzibati protokol tərtib edilmişdir.

9 ay ərzində Aqrar Xidmətlər Agentliyin müvafiq laborayoriyası tərəfindən 162  hüquqi və fiziki şəxslərə məxsus 1660  hektar torpaq sahəsindən 531 torpaq  nümunəsi  götürülərək aqrokimyəvi   analiz üçün laboratoriyaya göndərilmişdir.

İlk 9 ay ərzində yazlıq əkin əkmiş fermerin müvafiq sənədləri Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilmiş, daxil olunmuş sənədlərə dair məlumatlar yoxlanıraq subsidiya ödənilməsi üçün təsdiq olunmuşdur. Subsidiya ödənişi ilə bağlı 392 fermerin 7201.37 hektar payızlıq, 85 fermerin isə 949.93 hektar yazlıq əkinləri monitorinq olmuşdur.

Hazırda 2025-ci ilin məhsuluna subsidiya ödənişi ilə bağlı fermerlədən bəyanların qəbulu prosesi aparılır. Hazıradək 464 fermerin 1044 əkin bəyanı qəbul edilərək EKTİS-nə işlənmişdir. Əkin bəyanlarının qəbulu davam edir.

Mart ayından etibarən yazlıq bitkilərin əkininə başlanılmış və cari ilin məhsulu üçün  1267 hektar sahədə kartof və tərəvəz əkilmişdir.

 Hesabat dövründə 4903  ton tərəvəz və 10415 ton kartof məhsulu istehsal olunmuşdur. Məhsul yığımı davam edir.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində hesabat dövründə  4736  baş iri buynuzlu heyvanda süni mayalanma aparılmış və  2219 baş sağlam cins buzov alınmışdır. Alınmış cins buzova görə fermerə subsidiya ödənilməsi üçün müvafiq sənədlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilmişdir.

Rayonun epizootik vəziyyətinin sağlam qalması üçün 9 ay ərzində 38511 baş xırda buynuzlu heyvanlarda qarayara, 78527 baş iri buynuzlu heyvanlarda dabaq AO Asiya-1, 1383 baş iri buynuzlu heyvanlarda dabaq Sat-2, 41245 baş iri buynuzlu heyvanlarda nodulyar dermatit, 9043 baş iri buynuzlu heyvanlarda Leptospiroz, 112994 baş xırda buynuzlu heyvanlarda çiçək, 109275 baş xırda buynuzlu heyvanlarda dabaq AO, 111146 baş xırda buynuzlu heyvanlarda qarayara, 1380 baş tək dırnaqlı heyvanlarda qarayara, 50 baş atlarda molleinzasiya, 2800 baş sahibsiz itlərdə quduzluq, 150 baş donuzda taun xəstəliyinə qarşı proflaktiki tədbir  aparılmışdır. Bununla yanaşı 8700 baş iri buynuzlu heyvanlarda bruselyoz şt-19, 23311 baş xırda buynuzlu heyvanlarda isə bruselyoz REV-1 vaksini ilə müvafiq tədbir aparılmışdır.

2024-ci ilin ilk 9  ayı  ərzində rayonda 4052  ton diri çəkidə ət, 27882  ton süd, 9125  min ədəd yumurta, 303 ton yun, 122.7 kq  barama, 112 ton bal  istehsal olunmuşdur.

Rayonun mövcud 961.1 hektar üzüm, 3959.2 hektar meyvə və giləmeyvə bağlarında bütün  aqrotexniki tədbirlər vaxtında və düzgün aparılmışdır.  Hazırda meyvə və giləmeyvə bağlarından məhsul toplanışı aparılır. Hazıradək  4538 ton meyvə və giləmeyvə, 1232  ton üzüm istehsal olunmuşdur.

Payızlıq taxıl əkini sahələrindən bol məhsul əldə etmək üçün əkin sahələrində yaz  aylarında monitorinqlər aparılmış, mövcud vəziyyətlə bağlı fermerlər məlumatlandırılmış, siçanabənzər gəmiricilərə qarçı 7800 ha sahədə kimyəvi mübarizə işləri həyata keçirilmişdir. 27850 ha əkin sahəsinə  yemləmə gübrəsi verilmiş, 25400  ha sahədə isə alaq otlarına, eləcə də yabanı vələmirə qarşı mübarizə tədbirləri aparılmışdır.

13 may tarixində yağmış güclü leysan yağışları nəticəsində yaranmış sel suları 4.5 ha buğda sahəsini, 18 may tarixində yağmış dolu  isə 14.5 ha arpa sahəsini  məhv etmişdir.

 Salamat qalmış və dən üçün  biçilən  9542.5 hektar arpa sahəsinin hər hektardan 29,8 sentner olmaqla 28437 ton, hər hektardan 31 sentner olmaqla  biçilməli olan 21146,5 hektar buğda sahəsindən   65554  ton məhsul istehsal olunmuşdur.

 Hazırda növbəti ilin məhsulu üçün şum qaldırılır, şumlanmış torpaq səpinə hazırlanır. Hesabat dövrünədək 21120 hektar sahədə şum çıxarılmışdır.

2024-cü il üçün İsmayıllı rayonunun yerli gəlirləri 6428000 manat, yerli xərcləri də həmçinin 6428000 manat təsdiq edilmişdir.

Göründüyü kimi son yeddi ildə (2017-ci ildən etibarən) olduğu kimi 2024-cü ildə də İsmayıllı rayonunun yerli xərcləri yerli gəlirlər hesabına (dotasiyasız) formalaşdırılmışdır.

2024-ci il ərzində yerli gəlirlər rayon üzrə ümimilikdə 6428000 manat proqnoza qarşı 7526712 manat, 117% və ya 1098712 manat artıq icra olunmuşdur.

Məlumat üçün bildiririk ki, daxilolmaların gəlir növləri üzrə icrası aşağdakı kimi olmuşdur:

Belə ki, Fiziki şəxslərin gəlir vergisi üzrə 1472691 manat proqnoza qarşı 2166385 manat, 147 % və ya 693694 manat artıq, Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə 413833 manat proqnoza qarşı 298802m manat, 72% və ya 115031 manat az, Torpaq vergisi üzrə 67710 manat proqnoza qarşı 53858 manat, 80% və ya 13852 manat az, Əmlak vergisi üzrə 113593 manat proqnoza qarşı 91857 manat, 81% və ya 21736 manat az, Əlavə dəyər vergisi üzrə 2736021 manat proqnoza qarşı 3251493 manat, 119% və ya 515472 manat çox, Sadələşdirilmiş vergi üzrə 151457 manat proqnoza qarşı 114686 manat, 76% və ya 36771 manat az, Aksiz vergisi üzrə 1113652 manat proqnoza qarşı 1207601 manat, 108% və ya 93949 manat çox, Mədən vergisi üzrə 26728 manat proqnoza qarşı 18087 manat, 68% və ya 8641 manat az, Dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmalar 9355 manat proqnoza qarşı 14571 manat, 156% və ya 5216 manat artıq, Dövlət rüsumu üzrə 236541 manat proqnoza qarşı 282581 manat, 119 % və ya 46040 manat çox, Cərimə və sanksiyalar üzrə (sair gəlirlərdən daxilolmalar) daxilolmalar 86419 manat proqnoza qarşı 26791 manat, 31% və ya 59628 manat az icra olunmuşdur.

2024-cü il üzrə yerli xərclərin proqnozu isə 6428000 manat proqnoza qarşı 5998490 manat, 93% və ya 429510 manat az icra edilmişdir.

Məlumat üçün bildiririk ki, yerli xərclərin ayrı-ayrı bölmələr üzrə icrası aşağıdakı kimi olmuşdur:

Belə ki, Qanunvericilik və İcra Hakimiyyəti orqanlarının saxlanılması xərcləri üzrə 3588658 manat  proqnoza qarşı 3222806 manat, 90 % və ya 365852 manat az, Elm (arxiv idarəsi) xərcləri üzrə 26264 manat proqnoza qarşı 22209 manat, 85% və ya 4055 manat az, Mənzil və Kommunal Təsərrüfatı xərcləri 604957 manat proqnoza qarşı 555306 manat, 92% və ya 49651 manat az, Ətraf mühitin mühafizəsi xərcləri üzrə 1278334 manat proqnoza qarşı 1275480 manat, 100% və ya 2854 manat az, İqtisadi fəaliyyət xərcləri üzrə 700000 manat proqnoza qarşı 697091 manat, 100% və ya 2909 manat az, Əsas bölmələrə aid edilməyən xidmətlər üzrə (bu xərclərə еhtiyаtа və istеfаyа burахılmış şəхslərin və оnlаrlа dаimi yаşаyаn аilə üzvlərinin müvəqqəti mənzil kirаyəsi xərci və əhali sayına görə ayrılan sosial-iqtisadi və digər təyinatlı xərclər daxildir) 229586 manat proqnoza qarşı 225598 manat, 98% və ya 3988 manat az icra olunmuşdur. Hüquqi yardım (Məhkəmə prosesi ilə bağlı digər xidmətlər maddəsi) üzrə isə 201 manat proqnoza qarşı xərc olmayıb.

Dövr ərzində bütün proqnoz rəqəmləri təhlil edilmiş, xərc maddələrinin icrasına nəzarət artırılmışdır.

2024-cü ildə rayonda infrastrukturun inkişafı diqqət mərkəzində olmuşdur. İl ərzində  Qaraməryəm-İsmayıllı-Şəki, avtomobil yolunda və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılmışdır. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsində, eləcə də çiyinlərdə çala təmiri işləri aparılmış, yolun çiyinləri hamarlanmışdır. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-28 km hissəsində nahamarlıqlar aradan qaldırılmış, asfalt-beton örtükdə əmələ gəlmiş dağıntılar, nahamarlıqlar kəsilərək çıxarılmış, həmin ərazilərə yeni asfalt-beton örtük qoyularaq nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunmuşdur. Yolların çiyin hissələrinə çınqıl materialı tökülərək yayılmış və avtoqreyderlə hamarlanmışdır. Avtomobil yollarında istismar müddəti ötmüş yol nişanlarının bir qismi təmir olunmuş, bir hissəsi yeniləri ilə əvəz olunmuşdur. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-28 km hissəsində hərəkətin təhlükəsizliyini təmin etmək üçün üfüqi xətlənmə işləri aparılmışdır. Respublika əhəmiyyətli avtomobil yollarının kənarları mütəmadi olaraq tullantılardan təmizlənmişdir.

Girdiman çayının hövzəsində yerləşən asfalt-beton zavodunun və daşdoğrayan qurğuda tikinti-quraşdırma işləri aparılmışdır.

Yerli əhəmiyyətli avtomobil yollarından Qurbanəfəndi, Kəlbənd-Girk, Kürdmaşı-Uştalqışlaq, Diyallı-Güyüm, Diyallı-Sədiyan, Lahıc-Müdri, Əhən, Lahıc-Dəmirçi avtomobil yollarında cari təmir işləri aparılmış, avtomobil yollarına çınqıl materialı döşənərək avtoqreyderlə hamarlanmışdır. Lahıc-Brovdal, Talıstan, Cülyan, Qalınçaq, Tircan, Sumağallı-Qalacıq avtomobil yollarında  nahamarlıqlar aradan qaldırılmış, asfalt-beton örtükdə əmələ gəlmiş dağıntılar, nahamarlıqlar kəsilərək çıxarılmış, həmin ərazilərə yeni asfalt-beton örtük qoyularaq nəqliyyatın təhlükəsiz hərəkəti təmin olunmuşdur.

Payız-qış mövsümünə hazırlıqla əlaqədar avtomobil yollarına səpilmək üçün müəyyən miqdarda qum və duz ehtiyatı yaradılmış, bu məqsədlə 450 m3 qum, 25 ton duz tədarük olunmuşdur. Sonrakı mərhələlərdə də qum və duz ehtiyatının yaradılması təmin ediləcəkdir.

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar həmin yolda suötürücü boruların, körpülərin, yol əsasının alt və üst örtüyünün tikintisi davam etdirilmiş, yolun hərəkət hissəsində kipləşmə işləri aparılmışdır. Yolun Ağsuçay hissəsində inşa ediləcək nəhəng körpünün dayaqlarının və tunelin giriş hissəsinin tikintisi işləri yerinə yetirilmişdir. Yolun   (LOT-1) 0+000-14+000, (LOT-2) 14+000-35+000,  (LOT-3) 35+000-55+500-ci km hissəsində asfalt beton örtüyün tikintisinə başlanılmışdır. Tikinti işləri hal-hazırda davam etdirilir.

İsmayıllı Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsinin sahəsi 10590 aktiv əhali, 291 büdcə və kommersiya abonentinə xidmət göstərir. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin başa çatdırılması nəticəsində şəhərdə əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur.

2024-cü il ərzində 53 abonentin mənzilinə yeni su sayğacı quraşdırılmış və 85 ədəd sayğacda nasazlıq olduğu üçün dəyişdirilmişdir. Texniki şərt əsasında 70 əhali abonentin torpaq sahəsinə su və kanalizasiya xətti çəkilmişdir.

2024-cü il ərzində də yaşayış evlərinin yeni kanalizasiya xəttinə qoşulmaları davam etmişdir. Ümumilikdə 4437 abonent tullantı sularının axıdılması üçün yeni kanalizasiya sisteminə qoşulmuşdur. İsmayıllı rayonunun Xanagah kəndində magistral su xəttində d-700 və d-355 mm-lik borularda,şəbəkə və məhəllədaxili su xətlərində baş verən 232, kanalizasiya xətlərində isə 194 qəza aradan qaldırılmışdır.

İsmayıllı  Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsinin sahəsi üzrə 2024-cü il ərzində əhali və qeyri-əhali abonentlərinə su satışı və kanalizasiya xidmətlərinin dəyəri 1.005465 (bir milyon beş min dörd yüz altmış beş) manat, ödəniş isə 1.016486 (yeddi yüz qırx üç min altı yüz iyirmi iki) manat olmuş, illik plan 101,1% yerinə yetirilmişdir.

            11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən İsmayıllı rayonunun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı və Mücühəftəran kəndlərində yaşayan 11000  (on bir min) nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Göyçay çayından çəkilmiş magistral su kəmərinin və kəndlərin daxili su şəbəkələrinin yenidən qurulması işləri yekunlaşmışdır.

            Topçu kəndi ərazisində qazılması nəzərdə tutulan 4 ədəd subartezian quyusunun hamısı istifadəyə verilib. İstisu kəndi ərazisində İstisu çay hövzəsində yeni layihəyə uyğun olaraq işlər tamamlanmışdır.

2024-cü ilin dördüncü rübündə İsmayıllı Su Meliorasiyası Sistemlərinin İstismarı İdarəsinin balansında olan Qubaxəlilli kəndində 19/24, 19/25 və Kürdmaşı kəndində 19/54 reper nömrəli subartezian quyuları təmir olaraq istismara verilmişdir. İdarə tərəfindən 6600 m2 beton kanallar əl ilə lildən təmizlənmiş, 350min m3 çay məcraları daşqın və selə qarşı mübarizə məqsədi üçün təmizlənmişdi ki, bunun da 98min m3 ekskavatorla, 300min m3  isə bulduzerlə aparılmışdır.

Cari ilin dördüncü rübü ərzində 199min m3 ekskavatorla 101min m3 bulduzerlə cəmi 300 min m3  kanallar lildən təmizlənmişdir.

İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti 11 sentyabr 2023-cü il tarixində Sərəncam imzalamışdır. 2024-cü ilin 6 ayı ərzində yeni layihədə nəzərdə tutulan işlərin 100%-i icra olunmuşdur.

            İsmayıllı rayonu Topçu kəndi ərazisində nəzərdə tutulan 4 ədəd subartezian quyusundan hamısı istifadəyə verilib. İstisu kəndi ərazisində İstisu çay hövzəsində yeni layihəyə uyğun olaraq işlər tamamlanmışdır.

İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 2024-ci il ərzində şəbəkə tərəfindən rayon ərazisində istehlakçıların enerji təchizatını yaxşılaşdırmaq, onların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədi ilə aşağıda qeyd olunan işlər görülmüşdür.

Belə ki, 110/35/10 kV-luq İsmayıllı, 110/13 kV-luq Qubaxəlilli, 110/35/10kV-luq Topçu, 35/10 kV-luq Girdimançay, Talış, İvanovka, Yeni Basqal, Zərgəran yarımstansiyasında və 10/10 kV-luq Basqal paylayıcı qovşaqda avadanlıqlara baxış keçirilmiş, can təmir işləri aparılmış, avadanlıqların mühafizə dövrəsi yoxlanılmış, yağ tələb olunan avadanlıqların yağı dəyişdirilmiş və ya yağ əlavə olumuşdur. Yanımstansiyaların ərazisi alaq otlarından təmizlənmişdir.

110/35/10 kV-luq İsmayıllı yarımstansiyasında zədələnmiş 10 kV-luq giriş vakkum açarı yenisi ilə əvəz olunmuş, 1 və 2 nömrəli 16 meqavat transformator sınaq olunmuş, 10 kV-luq bölmələr arası açar və gərginlik transformatorları yenisi ilə əvəz olunmuşdur.

35/10 kV-luq Girdimançay yarımstansiyasında 10 kV-luq Yeniyol hava xəttinin çıxış yuvasında olan yağ açarı yeni vakuum açarla əvəz edilmişdir.

35 kV-luq Basqal hava xəttinin Girdimançay ərazisindən keçən hissəsində istismarı yaxşılaşdırmaq məqsədi ilə 1 ədəd 35 kV-luq ayırıcı quraşdırılmışdır. 10 kV-luq Yeniyol hava xəttinin Müdrü budaqlanmasnda istismarı yaxşılaşdırmaq məqsədi ilə 1 ədəd KRN-10 tipli yuva quraşdırılmışdır. 35 kV-luq Basqal və İvanovka hava xəttində 4.2 km məsafədə xəttin müfafizə zonası yaşıl kütlədən təmizlənmişdir. 110 kV-luq Qəbələ - 1 hava xəttində 1.5 km məsafədə xəttin muhafizə zonası yaşıl kütlədən təmizlənmişdir. 110 kV-luq Ağsu-İsmayıllı hava xəttində 3.5 km məfafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənmişdir. 193 ədəd 10/0,4 kV-luq kənd transformator məntəqələrində cari təmir işləri aparılmış, ətrafları alaq otlarından təmizlənmiş, 250 kva 4070113 kodlu, 100 kva 4070099 kodlu, 250 kva 4070094,100 kva 4070110 kodlu, 63 kva 4074006 kodlu kənd transformator məntəqəsinin ətraflı çəpərlənmişdir. 10 kV-luq Yeniyol hava xəttinin Brovdal budaqlanmasında 1.4 km PS markalı naqil AS-50 markalı naqillə əvəz olunmuş, 15 ədəd yeni dayaq basdırılmışdır. 10 kV-luq elektrik verilişi xətlərində 196 ədəd dayaq quraşdırılmış, 3.1 km əsaslı, 6.9 km cari təmir işləri aparılmış, 47.77 km yaşıl kütlədən təmizlənmişdir. O cümlədən, 10 kV-luq Şərabzavod hava xəttində 40 ədəd, Yeniyol hava xəttinin Brovdal və Müdrü budaqlanmalarında 39 ədəd, H.Aslanov hava xəttində 12 ədəd, Kürdmaşı hava xəttində 8 ədəd, Topçu hava xəttində 8 ədəd, Qubaxəlili hava xəttində 19 ədəd, Tircan hava xəttində 3 ədəd, Zərnava hava xəttində 10 ədəd, Basqal-1 hava xəttində 3 ədəd, Basqal-2 hava xəttində 5 ədəd, Basqal-3 hava xəttində 1 ədəd, Quşencə hava xəttində 5 ədəd, Talıstan hava xəttində 8 ədəd, Diyallı hava xəttində 5 ədəd, Xanlar hava xəttində 6 ədəd dayaq dəyişdirilmiş və cari təmiri işləri aparılmışdır. 0.4 kV-luq elektrik verilişi xətlərində 232 ədəd yeni dayaq quraşdırılmış, 10.41 km OIN xətti çəkilmiş, 47.04 km yaşıl kütlədən təmizlənmişdir. O cümlədən, 407005-4-250 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 120 metr, 4070297-100 kva kənd transformator məntəqəsinin 0,4 kV-luq hava xəttində 300 metr, 070014-100 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 100 metr, 4070113-160 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 200 metr, 4070032-250 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 500 metr, 4070312-100 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 140 metr, 4070035-160 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 100 metr, 4070098 400 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 150 metr, 4070102 - 250 kva kənd transformator məntəqəsinin 0.4 KV-luq hava xəttində 400 metr, 4070035-160 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 100 metr, 4070071-250 kva kənd transformator məntəqəsinin 04 KV-luq hava xəttində 180 metr, 4070330-250 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 180 metr, 4370330-250 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 200 metr, 4070042-63 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 500 metr, 4070292-160 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 445 metr, 4070024 -250 kva kənd transformator məntəqəsinin 04 kV-luq hava xəttində 200 metr, 4070011-63 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 200 metr, 4070420-130 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 130 metr, 4070098-250 kva kənd transformator məntəqəsinin 0.4 KV-luq hava xəttində 120 metr, 4070042-100 kva kənd transformator məntəqəsinin 0.4 kV-luq hava xəttində 180 metr SİP kabel xətti çəkilmişdir. Bundan əlavə 8 km yararsız hava xətti kabel xətti ilə əvəz olunmuşdur.

10/0,4 kV-luq 100 kva-4070129 kodlu, 160 kva-4070325 kodlu, 100 kva -4070319,100 kva- 4070120 kodlu, 160 kva 4070322 kodlu, 100 kva 4070323 kodlu, 160 kva - 4070268 kodlu, 160 kva -4070151 kodlu, 100 kva-4070173 kodlu, 250 kva -4070205 kodlu, 160 kva -4070320 kodlu, 160 kva - 4070153 kodlu, 400 kva - 4073140 kodlu, 100 kva - 4070188 kodlu, 40 kva - 4070222 kodlu, 160 kva 4070035 kodlu, 100 kva - 4070318 kodlu, 63 kva - 4070232 kodlu, 160 kva - 4070033 kodlu, 0,4 kV-luq 160 kva - 4070036 kodlu, 160 kva - 4070153 kodlu, 163 kva - 4070026 kodlu, KTM-lərdə 0,4 KV-luq 400 A-lık ayrıclar quraşdırılmışdır. (cərni 19 ədəd)

250 kva 4070071 kodlu, 160 kva 4070078 kodlu, 250 kva 4070094 kodlu, 100 kva 4070110 kodlu, 250 kva 4070014 kodlu, 63 kva 4070203 kodlu KTM-ləre 400 L transformator yağı əlavə olunmuş, 260 ədəd 10 kV-luq, 225 ədəd 0.4 kV-luq dayaq rənglənmişdir. Əhali sektoru üzrə köhnə tipli 706 ədəd sayğac dəyişdirilmiş, 170 abonente texniki şərt əsasında yeni sayğac quraşdırılmışdır. Qeyri-əhali sektoru üzrə 395 ədəd, o cümləden 240 abonentin reaktiv enerjini dəsdəklaməyən sayğacı yenisi ilə əvəz olunmuşdur.

2025-ci ildə şəbəkənin xidməti ərazisində Kürdmaşı kəndindən Uştalqışlaq kəndinə çəkilən 10 kv-luq xəttin çəkilişinin yekunlaşdırılması, Sədyan, Güyüm, Quşencə, Balik, Talıstan, Təzəkənd və Qalınçaq kəndlərində 0.4 kv-luq şəbəkənin yenidənqurulması, Topçu kəndində 1 ədəd yeni transformatorun quraşdırılması, 10 kv-luq Hacıhətəmli, Yeniyol, Basqal, Təzəkənd, Qubaxəlilli, Kəlbənd hava xəttində qəzalı dayaqların dəyişdirilməsi, 10 və 0.4 kv-luq hava xəttində xəttlərə yaxın ağacların budanması, kənd transformator məntəqələrində əsaslı və cari tərmir işlərinin aparılması işlərinin icrası planlaşdırılmışdır.

            İsmayıllı rayonunun 108 yaşayış məntəqəsindən 53-ü təbii qaz yanacağı ilə təmin olunmuşdur. İsmayıllı XS hal-hazırda 21732 abonentə xidmət edir. Bunlardan 21349 nəfər əhali, 383 nəfər isə qeyri əhali abonentidir. Abonent sayı 432 nəfər  artmışdır. 

Ağsu Regional Qaz İstismarı İdarəsi İsmayıllı Xidmət Sahəsi üzrə 2024-cü il ərzində Lahıc, Xanagah və Qurbanəfəndi kəndlərinin ərazisində sel sularının yaratdığı fəsadların aradan qaldırılması zamanı daxili imkanlar hesabına müxtəlif diametrli təxminən 350 p/m qaz xətti təmir edilmişdir. “Təmiz qaz” QSC-nin təqdim etdiyi 5930 sızmadan 5853 sızma halı ləğv olunmuşdur.

Xüsusi lisenziyası olan Təmir Tikinti podratçı idarəsi tərəfindən 426 fərdi ev qazlaşdırılmışdır. Rayon ərazisində istismar müddətini bitirmiş 1554 sayğac yenisi ilə əvəz edilmişdir.  Bunlardan 808 ədədi smart, 746 ədədi mexaniki sayğacdır. Payız-qış mövsümünə hazırlıqla bağlı qaz xətlərinin üzərində quraşdırılmış siyirtmələr və ŞQTM-lər saz vəziyyətə gətirilmişdir. Təxminən 54455 metr qaz xətti kipliyə və möhkəmliyə sınanmış, üfürülərək texniki tozlardan təmizlənmişdir. 500-dən çox sayğacda əymə üsulu ilə təmir-bərpa işləri aparılmışdır. Ruşan və Mücühəftəran kəndlərində daşıyıcı qaz xətlərinin tikintisi başa çatmışdır. Hal-hazırda Talıstan və Ruşan kəndlərinin daxili paylayıcı qaz xətlərinin əsaslı tikintisi işləri aparılır. Kənddə daşıyıcı və paylayıcı küçə xətlərinin tikintisi aparılır. Hazırda Topçu kəndinin  qaz xətlərinin təmir bərpası və kənddə yeni salınmış yaşayış massivinin qazlaşdırılması işləri davam edir. İsmayıllı rayonunun kəndlərində və şəhər ərazisində abonentlərin təbii qazdan rahat və dayanıqlı istifadəsi üçün məişət qaz xətlərində və sayğaclarında təmir-bərpa və yenidənqurma işləri aparılmışdır. Qaz sayğaclarına mühafizə qutuları quraşdırılmışdır.

2025-ci il üzrə görüləcək işlərlə bağlı bildiririk ki, Quşencə kəndinin daşıyıcı və paylayıcı qaz xətlərinin əsaslı təmiri işlərinə başlamışdır. Cülyan kəndinin daşıyıcı və paylayıcı qaz xətlərinin əsaslı təmiri işləri aparılacaqdır.

“Aztelekom” MMC-nin İsmayıllı filialı tərəfindən 2024-cü il ərzində Qurbanəfəndi, Kəlbənd, Təzəkənd, Qalagah və Diyallı EATS-na yeni akumulyatorlar quraşdırılmışdır. İsmayıllı rabitə şəbəkəsində GPON texnologiyasının tətbiqindən sonra Kürdeldarbəyli, Aşıqbayram, Göytəpə, Xanagah, İvanovka, Hacıhətəmli, Mollaisaqlı, Vəng, Gəndov, Cülyan, Təzəkənd, Ağbulaq, Külüllü, Ruşan, Gəraybəyli, Topcu, Lahıc, Qubaxəlilli, Kəlbənd, Talıstan Diyallı, Tircan, Mücü, Sumağallı, Qurbanəfəndi, Qalagah, Ağbulaq, Topçu, Quşencə, Qalınçaq, Kürtmaşı və Qalacıq ərazilərində köhnə tipli avadanlıqlar istismardan çıxarılmışdır. İsmayıllı şəhəri, Lahıc qəsəbəsi, Qurbanəfəndi, Ivanovka, Qubaxəlilli, Basqal, Hacıhətəmli, Təzəkənd, Qurbanəfəndi, Sumağallı, Diyallı, Tircan, Qalınçaq, Quşencə kəndlərindəki EATS-nə yeni transmissiya avadanlığı quraşdırılmışdır.

İsmayıllı şəhəri, Lahıc qəsəbəsi, Ruşan, Hacıhətəmli, Kürtmaşı, Qubaxəlilli, Aşıqbayram, Qalacıq, İvanovka və Qalınçaq kəndlərində dizel generatorlarının yağ və yağ filtirləri dəyişdirilmiş və Hacıhətəmli kəndində zədələnmiş 2 ədəd rektifayl enerji bloku yenisi ilə əvəz olunmuşdur. İsmayıllı şəhərində DVDM avadanlığının giriş çıxış trafiki 20 GB  artırılaraq 50 GB çatdırılmışdır.

Basqal qəsəbəsi, Qubaxəlilli, Təzəkənd, Topcu, Tircan, Qalacıq, Qusencə, Diyallı kəndlərinə yeni OLT GPON avadanlığı, Lahıc və Basqal qəsəbəsi, Qubaxəlilli, Quşencə, Təzəkənd Kürtmaşı kəndlərinə isə yeni avtomat rejimdə işləyən Emsa dizel generatoru quraşdırılmışdır. Tircan, Qalacıq, Diyallı və Topcu kəndlərinə yeni generatorların quraşdırılması nəzərdə tutulur. Tircan və Diyalli EATS-də Hofman tipli kondinsioner quraşdırılmışdır. Hazırda rayon üzrə 16 ədəd OLT avadanlığı 12 ədəd yeni EMSA dizel generatoru və 13 ədəd CİSCO 920 ASR avadanlığı normal vəziyyətdə fəaliyyət göstərir. İsmayıllı şəhərində DVDM avadanlığının CİSCO svic SYNS avadanlığı istismardan çıxarılmış və yeni 250 gb-lik NYS 55A2 sivic avadanlığı quraşdırılmışdır.

İsmayıllı rayonunun Təzəkənd, Ağbulaq, Qoşakənd, Yeniyol-1, Yeniyol-2, Qaraqaya Ərəgit, Əhən, Tircan, Qasımkənd, Maçaxı, Topçu, Qurbanəfəndi və Buynuz kəndlərində GPON tikinti işləri başa çatdırılmışdır. Abunəçilər telefon və GPON internet xidmətinə qoşulmuşdur.

Rayonun Kəlbənd, Girk, Pirdinar, Qazmalar kəndlərində yeni dirəklər basdırılmış, kabel təsərrüfatı yenilənmiş,  telefon və internet qoşulmaları  başa çatdırılmışdir.

Rayonun Şirvanmeşə ərazisində dirəklər basdırılaraq FO kabeli çəkilmiş, sakinlər telefon və internetlə təmin olunmuşdur. Sumağallı, İstisu, Qalacıq kəndlərində işlər başa çatdırılmışdır. Abunəçilərə yeni telefon və internet çəkilişləri həyata keçirilir. Basqal istiqamətində olan yaşayış məntəqələrində işlər başa çatdırılmışdır. GPON qoşulma və miqrasiya işləri davam edir. Rayonun telefonlaşmayan yaşayış məntəqələrinə yeni FWA telefon şəbəkəsinin qurulması üçün tədbirlər planına uyğun işlər aparılır. İsmayıllı rayonunun Sərdahar kəndində GPON layihəsinin həyata keçirilməsi üçün eskiz sxemləri hazırlanmış və aidiyyəti üzrə göndərilmişdir. Belə ki, rayonun Keyvəndi kəndi istiqamətində olan Minkə, Pirəbilqasım, Keyvəndi, Şəbyan, Bəhliyan və Bilistan kəndlərində də GPON layihəsi üzrə eskiz sxemləri hazırlanmış və aidiyyəti üzrə göndərilmişdir.

İsmayıllı rayonu və kəndlərində yeni abunəçilərin GPON-a qoşulması davam etdirilir. Tədbirlər planına uyğun olaraq ərazilərə baxışlar keçirilir və xətt təsərrüfatında olan nasazlıqlar aradan qaldırılır.

“Aztelekom” MMC-nin Dağlıq Şirvan Regional Filialının İsmayıllı şöbəsi tərəfindən 2024-cü ilin 12 ayı ərzində 10614 ədəd  telefon çəkilişi olmuşdur. Bundan 10584 ədəd GPON, 30 ədəd yeni çəkiliş (fiziki xətt üzərindən) həyata keçirilmişdir. Ümumi GPON çəkilişi və miqrasiya 17872 ədəd, bərpa-290 ədəd, ADSL çəkilişi 209 ədəd olmuşdur.

             2025-ci ildə GPON layihəsindən kənarda qalan kəndlər üçün FWA (hava rabitəsi) avadanlıqları quraşdırmaqla Lahıc qəsəbəsi istiqamətində, Brovdal, Zarat, Çandahar, Ximran, Dvoryan, Vaşa, Yuxarı Cülyan, Mulux, Yuxarı Zərnava, Müşgəmir, Pirəqanim, Müdrüsə, Müdrü, Köhnə Daxar, Həftəsiyab, Bağəli, Nanıc, Kənəə, Pirəqanım kəndləri, Qubaxəlilli kəndi istiqamətində Keşqurd, Çərmədil, Qoşakənd kəndi istiqamətində isə Gənzə, Tubukənd  kəndləri GPON-laşacaqdır. 2025-ci il üçün tədbirlər planı hazırlanmış və buna uyğun işlər aparılır.

2024-cü il ərzində İsmayıllı Regional Poçt filial 2 Müştəri xidmətləri şöbəsi, 2 şəhər və 18 kənd şöbəsi vasitəsi ilə əhali və təşkilatlara göstərilmiş xidmətlər üzrə 442.12 min manat tarif gəliri əldə etmişdir.

O cümlədən 49.4 min manat poçt xidməti və 36.3 min manat satış mallarından və 356.42 min manat digər xidmətlərdən təşkil edilmişdir.

İl ərzində əhali və təşkilatlardan 68911 ədəd məktub, 1585 ədəd bağlama va banderol, 784 ədəd EMS göndərişləri, 2433 ədəd teleqramm qəbul olunmuşdur.

Əhali və təşkilatlara 119088 ədəd məktub, 6796 ədəd kiçik paket, 37398 ədəd bağlama, 3051 ədəd EMS göndərişləri, 2390 ədəd teleqramm çatdırılmışdır.

Filial kommersiya xidmətlərini genişləndirərək Azərlotoreya uduş lotoreyalarının satıçını təşkil etmişdir.

            2024-cü il ərzində İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən gündəlik 375941 m2 ərazi süpürülmüş, 25 ha yaşıllıq sahəsinə qulluq edilmiş, 3396 ədəd işıq nöqtələrinin işlək vəziyyətdə olması daim diqqətdə saxlanılmışdır. 36516,17 mbərk  tullantı isə daşınaraq  poliqonda zərərsizlədirilmişdir.

            Bundan başqa fəvvarələr (7 ədəd) təmizlənmiş, su ilə doldurulmuş və əhalinin istirahət etməsinə xidmət  göstərmişdir.

            İsmayıllı şəhərindən əlavə Lahıc və Basqal qəsəbələrindən, Qalacıq kəndlərindən və Basqal Oteldən məişət tullantıları yığılıb daşınmışdır. Hazırda şəhərdə 215 ədəd irili-xırdalı zibil qutuları vardır.

            Xidmət olunmayan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün “Dost İş Mərkəzi” MMC-nin xətti  ilə  işə qəbul edilmiş 242 nəfər işçi İsmayıllı şəhərində, Lahıc və  Basqal  qəsəbələrində, magistral yola yaxın olan kəndlərdə çalışırlar.

            Şəhər ərazisindəki ağaclar aqrotexniki qaydada budanmış, H.Əliyev prospektində, Şəhidlər  Xiyabanında, Ə.Ələkbərzadə  küçəsində və Zəfər parkında 1000 ədəd şam ağacı, 1500 ədəd isə müxtəlif qızılgül kolları əkilmişdir.

            Şəhər ərazisindən 552 baş sahibsiz itlər götürülərək sığınacağa yerləşdirilmiş, baytar həkim tərəfindən lazımi vaksinasiya işləri həyata keçirilmişdir.

2025-ci ilin ilk  6 ayı  ərzində  Kommunal  Müəssisələri Kombinatı tərəfindən 375941 m2 ərazinin gündəlik süpürülüb təmizlənməsi, 25 ha yaşıllıq sahəsinə aqrotexniki qulluğun göstərilməsini, şəhər ərazisində yığılan məişət tullantılarının paliqona daşınaraq zərərsizləşdirilməsi, həmçinin 3396 ədəd işıqlandırma nöqtələrinin işlək vəziyyətdə qalmasının təmin edilməsi və sahibsiz itlərin şəhər ərazisindən götürülərək sığınacağa  yerləşdirilməsi  işləri  nəzərdə  tutulur.

            Qış  aylarında  şəhərin  küçələrində  piyadaların və maşınların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə buz bağlamış səkilərə, maşınların hərəkət etdiyi sərt döngələrə səpmək üçün 25 m3 qum ehtiyatı və 10 ton texniki duz ehtiyatı yaradılmışdır. Əlavə olaraq  50 m3 qum  (dəniz qumu sarı), 58 m3 xırda  dənəli çınqıl (otsep) və 10 ton texniki duz ehtiyatı görülmüşdür.

İsmayıllı Mənzil İstismar Sahəsinin balansında və xidmətində 126 ümumyaşayış yaşayış binası vardır. Bu binalarda 977 mənzil yerləşir. Mənzillərdə  1336 ailə, 4010 sakin yaşayır. Bu binalardan 43-ü çox mərtəbəli və çox mənzilli, digər 83 bina isə bir mərtəbəli və çox  mənzillidir.

2024–cü il ərzində müəssisənin gəlirləri 7806 manat, xərcləri 75037 manat,  ümumi ziyan isə 67235 manat olmuşdur. Müəssisədaxili imkanlar hesabına  ümumyaşayış binalarında 5980 manat təmir işləri aparılmışdır. 2024-cü il ərzində  yaşayış məhəllələrində təmizlik, abadlıq işləri aparılmış, təhlükəli ağaclar budanmışdır. Bu işlərin görülməsində “DOST” İş Mərkəzi MMC-nin işçiləri xüsusi fəallıq göstərmişdir.

2024-cü il ərzində Ərəstun Mahmudov küçəsi 2, 4, 6, 1  saylı Natəvan küçəsi 2, 4, 6, 8 saylı, M.F.Axundov küçəsi 9, 15, 17, 21 saylı, Cavanşir küçəsi 21 “A”, 21 “B” saylı, H.B.Zərdabi küçəsi 2, 4 saylı, H.Əliyev prospekti 111 saylı binalarda daxili imkanlar hesabına təmir və bərpa işləri görülmüşdür.

Dağlıq Şirvan Regional Məşğulluq filialı tərəfindən 2024-cü il ərzində 225 nəfər vətəndaş özünüməşğulluq proqramına cəlb olunmuşdur. Həmçinin 5360 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. Qeyd edilmiş dövrdə 1943 nəfər göndəriş əsasında işə qəbul olunmuşdur. İşlə təmin edilənlərin 796 nəfərini işsiz vətəndaşlar təşkil edir. 

Ümumilikdə 45 nəfər vətəndaşa işsizlikdən sığorta ödənişi təyin edilmiş və ödənilmişdir. Hesabat dövrü ərzində 16 müəssisə ilə 12 peşə istiqaməti üzrə 189 işsiz vətəndaş peşə hazırlığına cəlb olunmuşdur.

2024-cü ildə 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 79.4 ha sahədə meşə əkini və səpini işləri həyata keçirilmişdir ki, bundan 33.4 ha sahədə meşə əkini, 46.0 ha sahədə meşə səpini işləri olmuşdur. Mərkəzin əməkdaşları tərəfindən 2024-cü il ərzində meşəbərpa tədbirlərinin aparılması istiqamətində bir sıra tədbirlər görülmüşdür.

            Mərkəzin tinglik sahələrində Göyrüc, Ağcaqayın, Akasia, Palıd, Fıstıq, Vələs cinslərindən ibarət 1.48 ha sahədə tinglik sahəsi, 0.03 ha sahədə kökləndirmə şöbəsi yaradılmış, 13.52 ha sahədə tinglik sahələrinə əl ilə xidmət olunmuş, 16.62 ha sahədə isə tinglik sahəsində suvarılma işləri aparılmışdır. Yeni əkilmiş 33.4 ha sahədə meşə əkinlərinə əl ilə xidmət olunmuş və meşə əkinlərinə suvarılma işləri aparılmışdır.

Mərkəz tərəfindən şəhid və qazi ailələrinə ümumilikdə 112 m3, təhsil müəssisələrinə ümumilikdə 1200 m3, icra nümayəndəliklərinə isə ümumilikdə 148.29 m3 odun verilməsi təmin edilmişdir.

İsmayıllıda Dövlət təhsil siyasəti uğurla həyata keçirilir. 2024-cü ildə  rayonda təhsil sahəsində inkişaf davam etdirilmiş, əsaslı şəkildə kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə edilmişdir.   

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın  təhsilə göstərdikləri yüksək diqqət və qayğı Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə İsmayıllı rayon sektorunun ümumtəhsil sahəsində də öz bəhrəsini verməkdədir.

       Cari tədris ilində rayonda  73 ümumi təhsil məktəbi, o cümlədən, 46 tam orta, 20 ümumi orta, 7 ibtidai məktəb, 11 məktəbəqədər və 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. 11590 şagirdin təlim-tərbiyəsi ilə  1400-dən artıq müəllim məşğul olur. I sinfdə  856 şagird, XI sinfdə 765 şagird  təhsil alır.

       Rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir.  2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən Respublika Fənn Olimpiadaları 3 mərhələdə təşkil olunmuşdur. I rayon mərhələsində 813 nəfər VIII-XI sinif şagirdi 8 fənn üzrə müsabiqədə iştirak edərək 213 nəfəri Respublika yarımfinal mərhələsinə vəsiqə qazanmışdır. Yarımfinalda 7 fənn üzrə 22 şagirdimiz ən yüksən nəticə qazanaraq Respublika final mərhələsində iştirak hüququ əldə etmişlər. Final mərhələsində iştirak edən şagirdlərimizin 17  nəfəri qalib adını qazanmışdır.Rayonun məktəbliləri respublika əhəmiyyətli müsabiqələrdə çoxsaylı uğurlara imza ataraq müxtəlif diplom, medal və sertifikatlara layiq görülmüşdülər:

        Respublika Fənn Müsabiqələri və Lütfi-zadə adına Məntiq Olimpiadasının rayon turunda 620 nəfərdən 433 nəfəri  VI-VII sinif şagirdləri Riyaziyyat, İnformatika, Fizika, Kimya,Biologiya  və Təbiət fənləri üzrə, 187 nəfər V sinif şagirdi Riyaziyyat və  Məntiq üzrə iştirak etmişlər. Onlardan 122 nəfər yarımfinalda iştirak etmiş, 7 nəfəri finala vəsiqə qazanmışlar. Onlardan Qubaxəlilli kənd tam orta məktəbinin V sinif şagirdi İsayev Osman Kamil oğlu finalda qalib gələrək bürünc medala layiq görülmüşdür.

      “Kenquru” Beynəlxalq Riyaziyyat müsabiqəsində iştirak etmiş 92 nəfər şagirdimizdən 8 nəfər finalda iştirak hüququ qazanmışdır.

       Rus dili olimpiadası üzrə İvanovka kənd tam orta məktəbinin 5 nəfər şagirdi qalib gəlmişdir. Heydər Əliyevin anadan olmasının 101- cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” Respublika müsabiqəsinin qalibi şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi Abbasova Şəlalə Mübariz qızı  III yerə layiq görülərək Elm və Təhsil Nazirliyinin qiymətli hədiyyəsi ilə mükafatlandırılmışdır.  İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin “Şahin” hərbi-idman komandası zona yarışlarında qalib gələrək Respublika finalına vəsiqə qazanmış, Respublika final mərhələsində IV yerə layiq görülmüşdür. VII-X sinif şagirdləri arasında 20 aprel 2024-cü il tarixində keçirilən “Ən yaxşı üçölçülü model” müsabiqəsində şəhər 6 nömrəli tam orta məktəbin şagirdi Həsənov Nicat,şəhər 3 nömrəli məkltəb-liseyin şagirdi Hacı Şirəliyev III yerə, 5 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Qəniyev IV (həvələndirici yerə) layiq görülüb.

      Cari ilin aprel- ayında “Sabahın alimləri” XII Respublika müsabiqəsində şəhər 6 nömrəli tam orta məktəbin XI sinif  şagirdi Zeynalov Zülfüqar Mustafa oğlu və  H.Əsədov adına Vəng kənd tam orta məktəbin XI sinif  şagirdi Abdulqalıqov Azad Natiq oğlu  final mərhələsinə vəsiqə qazandılar. H.Əsədov adına Vəng kənd tam orta məktəbin XI sinif şagirdi Abdulxalıqov Azad Natiq oğlu final mərhələsində respublika üzrə həvəsləndirici mükafata layiq görülmüşdür.

      “Buraxılış imtahanlarında IX sinif şagirdlərindən 87 nəfər, XI sinif şagirdlərindən isə       165 nəfər 200-dən çox bal toplamışdır.

        Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Ramazan Zeynalov 18-21 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən ROBOTEX yarışmasında birinci yer qazanıb.

            İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Həsənli Osman Rahim oğlu 20-ci Beynəlxalq Coğrafiya Olimpiadasının (20 thi Geoİnternational Geography Olympiad) seçim turunda uğurlu nəticə göstərərək 19-24 avqust tarixində İrlandiyanın Maynoth və Dublin şəhərində keçiriləcək beynəlxalq coğrafiya olmipiadasına vəsiqə qazanmışdır. 09 iyun 2024 -cü il tarixində Bakı şəhərində keçirilən Məktəblilərin Respublika Çempionatının proqramına daxil olan cüdo idman növü üzrə final mərhələsində İsmayıllı rayon idmançısı, şəhər 3 nömrəli məktəb-liseyin V sinif şagirdi Nərgiz Fərzəliyeva 32 kq çəki dərəcəsində bürünc medal qazanıb.

        İqtisadi və Sosial İnkişaf Mərkəzinin keçirdiyi 2024 İqtisadiyyat Müsabiqəsində İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şagirdi Günel Qasımova yüksək nəticə göstərərək TOP10-luğa düşüb. Etwinninq layihələri çərçivəsində bir çox məktəblərimiz iştirak edərək,uğurlu nəticələr əldə edirlər.

      “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində, STEAM layihəsi çərçivəsində məktəblərdə maddi texniki bazarlar möhkəmləndirilir və layihələrin işi uğurla davam etdirilir.

       Rayonda şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi onların ailələri ilə, qazilərlə və 44 günlük vətən müharibəsi iştirakçıları ilə müntəzəm görüşlər təşkili, gənclərin vətənvərpərlik tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.

            Respublika Elm və Təhsil Nazirliyinin müəllimlərin seçib yerləşdirilməsi ilə bağlı son illərdə gördüyü işlər sayəsində məktəblər daha  bilikli və bacarıqlı gənc kadrlarla təmin olunmaqdadır.

        Rayon Təhsil Sektoru yeni təyin olunmuş gənc müəllimlərə qayğı ilə yanaşmış, ilk növbədə onların sosial problemlərinin həllini diqqətdə saxlamışdır. Rayon Təhsil Sektorunda fəaliyyət göstərən “Gənc müəllimlər şurası”nın  keçirdiyi tədbirlər gənc müəllimlərin pedoqoji, metodik biliklərinin, təcrübələrinin artırılmasına xidmət etmişdir.

Müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasına xidmət edən “Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi”ndə müəllimlərimiz uğurlu nəticələrə nail olmuşlar. Əməyi ilə seçilən qabaqcıl müəllimlərin rəğbətləndirilməsi daim diqqətdə saxlanılır.

       Rayonda “ Əməkdar müəllim”lərin sayı 24-ə, “Tərəqqi” medalı ilə  təltif olunanların sayı isə 11 nəfərə çatmışdır. 38 nəfər müəllim “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

          Bütün bunlarla yanaşı, rayonda təhsil sahəsində həlli vacib problemlər də mövcuddur. Məktəblər müasir  komputerlərlə təchiz edilsə də, bir çox məktəblərdə hələ də yeni komputerlərə ehtiyac duyulur.İstilik sistemləri dizel yanacağı ilə işləyən məktəblərin qazalaşdırılması əsas problemlərdəndir. Bir necə ibtidai və ümumi orta məktəbin özünəməxsus binası yoxdur.  Bir sıra dağ kəndlərində ibtidai məktəb açılmasına zəruri ehtiyac vardır.

            Rayonda gənclərin peşə təhsilinə xüsusi diqqət yetirilir. 2010-cu ildən istifadəyə verilmiş 480 yerlik Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxs  müasir tələblərə cavab verən, rəqabətə davamlı, peşə təhsili sahəsində islahatların uğurla həyata keçirildiyi bir müəssisəyə çevrilmişdir.

            Mərkəzdə cari dərs ilində 16 ixtisas üzrə 24 qrup fəaliyyət göstərir.Tədris prosesi yeni metodlarla, innovativ vasitələrlə həyata keçirilir. Keçən 2023-2024-cü tədris ilində İsmayıllı Dövlət Peşə Tədris Mərkəzi Publik Hüquqi Şəxs 134 nəfər məzun bitirmişdir. Onlardan 48% müxtəlif ixtisaslar üzrə işlə təmin olunmuşdur.

            İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin statusuna və kadr hazırlanacaq peşələrə uyğun maddi-texniki tədris bazası yaradılmış,tədris prosesinin səmərəli təşkilinin və kadr hazırlığının keyfiyyətcə yaxşılaşdırılması üçün lazım olan bütün tədbirlər həyata keçirilmişdir. İxtisaslı kadrların hazırlanmasında, xüsusilə turizm və kənd təsərrüfatı və informasiya texnologiyaları sektorunda əmək bazarının daha yaxından və dəqiq öyrənilməsində işçi qrupuna nəzarəti gücləndirmək və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına diqqəti daha da artırmaq qarşıya əsas vəzifə kimi qoyulmuşdur.

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci rayonun sosial-iqtisadi inkişafında böyük əhəmiyyət daşıyan Orta-ixtisas təhsil müəssisəsidir.Kollecdə təlim və tərbiyə işi müasir təhsilin tələbləri əsasında ənənəvi və kredit sistemi ilə standartlara uyğun aparılır.

            Hal-hazırda kollecdə 109 nəfər işçi çalışır. Onlardan 29 nəfər inzibati-texniki heyət, 59 nəfər tam ştat üzrə müəllim, 21 nəfər saathesabı müəllim kimi fəaliyyət göstərir.

2024-2025-ci tədris ili üçün kollecə ümumi orta və tam orta təhsil bazasından 391 nəfər tələbə qəbul olunmuşdur. Hazırda burada 13 ixtisas üzrə 1005 nəfər tələbə əyani və qiyabi təhsil forması üzrə təhsil alır.

            Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbulu qaydalarına əsasən 2023/2024-cü tədris ili ərzində kollecin 41 tələbəsi ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur.

           Əlavə təhsil haqqında qanunun qüvvəyə minməsi nəticəsində 2024/2025-ci tədris ilində 43 nəfər tələbə kollecimizə müxtəlif ixtisaslara əyani və  qiyabi tədris forması üzrə qəbul olunmuşdur.

            Kollecdə ideya-siyasi tərbiyə işi, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir.Torpaqlarımızın azad olunması uğrunda gedən Vətən müharibəsində kollecin 3 nəfər tələbəsi şəhidlik zirvəsinə ucalmışdır.

            Kollecin yerləşdiyi bina cari təmir olunub, inventar-avadanlıq materialları ilə  təchiz edilib.

            Bütün bunlarla yanaşı tələbə sayının ildən-ilə artması ilə əlaqədar kollecin həyətində yerləşən iki təmirsiz binanın əsaslı təmir edilib və tələbə yataqxanasının tikilib istifadəyə verilməsi vacib məsələlərdəndir.

            Rayonda 11 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Bunlardan 3-ü körpələr evi-uşaq bağçası, 8-i isə uşaq bağçasıdır.Məktəbəqədər təhsil müəssisələri öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları və Nümunəvi Nizamnaməsinə əsasən həyata keçirir.

            İl boyu rayonda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə,qida rasionuna düzgün əməl edilməsinə nəzarət olunmuşdur.

       Bununla yanaşı rayonda yeni uşaq bağçalarının tikilməsinə ciddi ehtiyac vardır. Bir sıra iri yaşayış məntəqələrində,kənd və qəsəbələrdə uşaq bağçası yoxdur.

         “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.3–1.14-cü bəndləri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi yaradılmışdır.Regional İdarə 15, Mərkəzləşdirilmiş mühasibatlığın isə 10 ştat vahidi var. Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi İsmayıllı, Şamaxı, Qobustan, və  Ağsu rayonlarını əhatə edir.

       Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin optimallaşdırmaya dair islahatları çərçivəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonlarda, o cümlədən İsmayıllı rayonunda bir sıra klub müəssisəsi və kitabxana filiallarında islahatlar həyata keçirilmişdir.

         Cari ildə kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin müzakirəsi aparılmış, rayonun elektron xəritəsi yaradılmış, mədəniyyət müəssisələrinin birgə fəaliyyət planı hazırlanmışdır.

           İsmayıllı rayonu Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeliyində 1 Mədəniyyət Mərkəzi ,1 şəhər klubu ,5 Mədəniyyət evi, 1 qəsəbə və 13 kənd klub-müəssisə, Heydər Əliyev Mərkəzi, İsmayıllı rayon  Mərkəzləşdirilmiş Kitabxana Sistemi və ona tabe olan 2 şəhər, 2 qəsəbə və 34 kənd  kitabxana filialları, İsmayıllı rayon Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi və İsmayıllı Dövlət Rəsm Qalereyası fəaliyyət göstərir.

        İsmayıllı rayon Mədəniyyət müəssisələrində çalışan 303 nəfərdən 64 nəfəri ali,142 nəfəri orta ixtisas, 97 nəfəri isə orta təhsillidir. İşçilərin 48 nəfəri texniki sahədə çalışanlardır.

         Rayon Mədəniyyət Mərkəzi və filiallarında 2024-cü il ərzində çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilmiş, konsert proqramları, teatr tamaşaları nümayiş olunmuşdur. Mədəniyyət Mərkəzinin “Xalq Teatrı” kollektivi tamaşalar, dövlət tədbirləri üçün  kompozisiyalar hazırlamışdır. 2024-cü il  ərzində Mədəniyyət Mərkəzi və tabe müəssisələri tərəfindən 18 rayon əhəmiyyətli olmaqla ümumilikdə 200 tədbir keçirilmişdir.

          İsmayıllı rayonunda 1 Mərkəzi, 2 şəhər, 2 qəsəbə, 34 kənd kitabxana filialı  fəaliyyət göstərir. Bu müəssislərdə 97 nəfər işçi çalışır ki, onlardan 27 nəfəri ali, 44 nəfəri orta-ixtisas, 25 nəfəri isə ümumi orta təhsillidir.

        Zəngin kitabxana həmin xalqın qədim və zəngin tarixə mailk olmasından xəbər verir. İsmayıllı rayon MKS üzrə kitabxana fondunda 301110 nüsxə kitab mövcuddur.  Bunlardan  97751 latın, 137254 kiril,  60410 rus, 5695 nüsxəsi ingilis dilində ədəbiyyatdan və 1187 elektron nəşrdən ibarətdir.           

         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişdir. Ölkə prezidentinin, eyni zamanda Azərbaycanın elm və mədəniyyətinin təbliğində yüksək xidmətləri olmuş elm xadimlərinin, bəstəkar, şair və yazıçıların yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlara uyğun olaraq ölkəmizin bütün sahələrində olduğu kimi İsmayıllı Mədəniyyət müəssisələrində bir çox tədbirlər həyata keçirilmişdir.

         İsmayıllı Dövət Rəsm Qalereyasının Rəsm fondunda 47 eksponat saxlanılır. Qalereyaya 2024-cü il ərzində 2955 nəfər tamaşaçı gəlmiş, 16 ekskursiya, 18 mühazirə, 20 sərgi keçirilmişdir.

          İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyinin fondunda 2827 eksponat saxlanılır. Muzeydə 2024-cü il ərzində bir çox mədəni-kütləvi tədbirlər keçirilmişdir. Bir sıra qeyri-hökumət təşkilatlarının və ictimai təşkilatların keçirdiyi tədbirlərin ünvanı da İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi olmuşdur. İsmayıllı rayon Tarix Diyarşünaslıq Muzeyi İsmayıllının tarixini daha dərindən öyənmək, tədqiq etmək və yaşatmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada eramızdan əvvəl III-I əsrlərə aid arxeoloji gil, tunc, dəmir, dulusçuluq, misgərlik, zərgərlik nümunələri,silahlar,toxuculuq məmulatları saxlanılır. Hesabat dövründə muzeydə müxtəlif xarakterli 14-dən çox tədbir keçirilmişdir.       

                                                                                                              

           Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun həyat və fəaliyyətini, xalq qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq məqsədilə rayonda ümumi sahəsi 2190 kv.metr olan Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəz 3 mərtəbədən ibaətdir. I mərtəbə 6 dərnək otağından və 1 foyedən ibarətdir. II mərtəbə 1 foye, ekspozisiya zalı və inzibati otaqlardan ibarətdir. III mərtəbə 1 direktor otağı, 4 iş otağı(Qeyd edək ki, iş otaqlarının 2 si RİİB və GİKM təşkilatlarının istifadəsinə verilib) ,1 kitabxana otağı və fondu,  2 qonaq otağı, 1 konfrans zalı, 1 mətbəxt, 1 inzibati otaqdan ibarətdir. Sahəsi 2190 kv.m-dir. Mərkəzin fondunda 457 ekponat saxlanılır. Mərkəzin ekspozisiyasında Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, sənədlər, kitablar və s. nümayiş  edilir.

          İl ərzində Heydər Əliyev Mərkəzində müxtəlif qrup vətəndaşlarla görüşlər, ictimai-siyasi tədbir keçirilmiş, bir çox peşə bayramları burada qeyd olunmuş, bir qayda olaraq “Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələləri Mərkəzdə tədris olunmuşdur. Hesabat dövründə ,İsmayıllı rayon Heydər Əliyev Mərkəzi 22 tədbir, 12 dəyirmi masa, 11 müsabiqə, 35 sərgi (bunlardan 7- si mərkəzdən kənarda), 10 muhazirə (bunlardan 2-i  mərkəzdən kənarda) 7 film nümayişi,  27 qrup halında və müxtəlif sayda fərdi ekskursiya, 15 nigah mərasimi təşkil olunmuşdur. Həmçinin 70 dən çox məqalə hazırlanaraq mərkəzin sosial şəbəkə hesablarından paylaşılmışdır. 4 minə yaxın ekskursiyaçı Mərkəzi ziyarət etmişdir. Rayona gələn xarici qonaqlar mütləq şəkildə Heydər Əliyev Mərkəzi ilə tanış edilmişlər.İsmayıllı rayon İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət məktəbi fəaliyyət göstərir. Tədris binası 36 sinif otağı, 100 nəfərlik zaldan ibarətdir. O cümlədən məktəbin nəzdində İvanovka kənd filialı fəaliyyət göstərir. 6 sinif otağından ibarətdir.Hal hazırda məktəbdə 68 nəfər müəllim heyyəti və 7 texniki işçi çalışır, 267 nəfər şagird təhsil alır. Məktəbin son illərdə 7 nəfər məzunu Milli Konservatoriyasına, orta ixtisas müəssisələrinə qəbul olunmuşdur. Məktəbdə dövr ərzində dövlət proqramına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir.Azərbaycan Respublikası Dövlət günlərinə və Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş bəstəkar həftələrinə müəllimlər və şagirdlərin iştirakı ilə 13 tədbir keçirilib.

        Kənd yaşıl turizm ilə məşğul olan sahibkarlarla sıx əlaqə saxlanılır.Turist marşurutları təyin olunur, işarələnməsi il ərzində həyata keçirilir.

Turizmin daha səmərəli təşkili ilə əlaqədar rayonda bir çox obyektlərin inşası aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialı istifadəyə verilmişdir.

Rayonumuzda turizm obyektlərinin sayı  2020-ci  illə müqayisədə  70% artaraq  2024-cü ildə  245-i ötüb.  Halbuki, 2020-ci ildə bu say 50-dən aşağı idi.  Rayonumuzda turizmin inkişafı ilə bağlı həyata keçirilən təşkilati tədbirlər, bu sahədə qanunvericilik bazasının müasir dünya standartları nəzərə alınmaqla təkmilləşdirilməsi İsmayıllını  nəinki regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi şəhərlərdən  biri səviyyəsinə yüksəldir. Qədim tarixə malik  İsmayıllının müasir görkəmi də  buraya turist axınının güclənməsinə əlavə stimul verir.

 Rayon ərazisindəki meşələr, parklar, xiyabanlar, muzeylər, nadir memarlıq üslubunda inşa edilmiş binalar və tarixi abidələr göz oxşayır. Ən əsası İsmayıllının təbiəti yerli və xarici turistləri özünə cəlb edir. Turistlər üçün fəaliyyət göstərən mehmanxana, mehmanxana tipli istirahət mərkəzləri, ailəvi istirahət mərkəzləri, böyük hotel və koteclərdə davamlı olraq turizmin inkişafı üçün təlimlər, layihələr həyata keçirilir. Rayonda fəaliyyət göstərən İsmayilli Dövlət Humanitar və Texnologiya Kollecində və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “turizm” ixtisası üzrə təhsil alan tələbələr davamlı olaraq turizm obyektlərinə səfər edərək, yeni bilik və bacarıqlar əldə edirlər. Həmçinin turizm obyektlərində çalışan əməkdaşların inkişafı üçün bir sıra təlimlər həyata keçirilmişdir.

2024-cü ildə turizmin digər növləri kimi kənd yaşıl turizmi, etno-turizm, eko-turizm, qış turizmi və dağ turizm növləri də geniş şəkildə inkişaf etmişdir.

Son zamanlar rayona gələn turistlərin  ən çox maraq elədiyi Aqroekoturizm sahəsidir ki, bu turizmlə kəndlərimizdə yaşayan yerli sakinlərin bir çoxu məşğul olur. Bu kəndlərə Təzəkənd, Cülyan, Buynuz, Topçu, Qalacıq, Sumağallı, İvanovka və digər kəndlərimizi misal göstərə bilərik.

Mövcud turizm marşrutlarının inkişaf etdirilməsi və yeni turizm marşrutlarının yaradılmasının təşviqi istiqamətində 2024-cü ildə bir sıra işlər görülmüşdür. Digər illərdən fərqli olaraq  2024-cü ildə olaraq yaylaq turizminin inkişafı və yaylaq ərazilərinə gedən marşurut xəttlərinin ətraflı şəkildə sosial şəbəkələrdə izlənilməsinə nail olunmuşdur. Həmçinin mövcud marşurut xəttləri və yeni (Qərsələ kəndi, Dərə Məhəlləsi) xətlərindəndə istifadə olunaraq sosial şəbəkələrdə yayınlanmışdır.

Şahdağ Milli Parkının İsmayıllı bölməsinə Fransa, Belçika və Almaniyadan 40 baş Avropa zubru gətirilib. Zubrlar bir müddət qapalı volyer şəraitində saxlanıldıqdan sonra vəhşi təbiətə buraxılıb. Hazırda zubrların sayında artım müşahidə olunaraq ümumi sayı 65 başa çatıb". Həmçinin Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində buraxılan ilk maralların bu iki balası olmuşdur. Buda layihənin uğurla davam etməsinin əyani göstəricisidir.

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial səhələrin,o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.

Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyə sistemində aparılan uğurlu islahatlar öz müsbət nəticəsini verməkdədir.

Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün İsmayıllı rayonunda da əsaslı tədbirlər həyata keçirilmişdir. 01.01.2020-ci il tarixindən ölkə üzrə mərhələli şəkildə İcbari Tibbi Sığorta sistemi tətbiq olunmağa başlamışdır. Respublikamızın 20 şimal rayonunda olduğu kimi İsmayıllı RMX-sı PHŞ-də həmin tarixdən əhaliyə Tibbi Sığorta ilə xidmət göstərilir. 2024-cü ildə rayonun tibb xidməti şəbəkəsi 101 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 7 Ailə Sağlamlıq Mərkəzi, 7 Həkim Məntəqəsi, 23 Tibb Məntəqəsi və Gigiyena Epidemiologiya mərkəzindən ibarət olmuşdur.

Rayonun səhiyyə müəssisələrində 88 nəfər həkim, 292 nəfər orta tibb işçisi, 311 nəfər   kiçik tibb işçisi fəaliyyət göstərmişdir. 2024-ci ildə 11 həkim, 54 orta tibb işçisi təkmilləşmə və ixtisasartıma kurslarından keçmişdir.

İl ərzində rayonun səhiyyə müəssisələrinə ambulator xəstə qəbulu 157876 nəfər, stasionar qəbul 2558 nəfər olmuşdur. Rayon Mərkəzi Xəstəxanasında 334 doğuş həyata keçirilmişdir. İl ərzində  362 cərrahi əməliyyat aparılmış, bundan 231-i təxirəsalınmaz, 131-i isə planlı əməliyyatlar olmuşdur.

2024-cü ildə uşaq ölümü isə 4 nəfər olmuşdur. İl ərzində 7070 göndəriş verilmişdir. Göndərişlərdən 3493 nəfəri İcbari Tibb Sığorta xətti ilə özəl tibb müəssələrinə göndərilmiş və bundan 4 nəfər xəstəyə “ Açıq  ürəy” əməliyyatı, 275 nəfər xəstənin ürəyinə “Stend” qoyulub.

Hesabat ilində 2122 nəfər şəkərli diabet, 336 nəfər vərəm xəstəsi, 97 nəfər talasemiya xəstəsi, 7 nəfər hemofiliya xəstəsi, 41 nəfər xroniki böyrək çatışmazlığı xəstəsi, 678 nəfər onkoloji xəstə, 1851 nəfər Psixi xəstə qeydiyyatda olmuş, bu xəstələrə hərtərəfli tibbi xidmət göstərilmiş, dövlət tərəfindən nəzərdə tutulmuş imtiyazlardan istifadə üçün normal şərait yaradılmışdır.

Rayon üzrə 2024-cü il ərzində evdə ölənlərin sayı 452 nəfər, stasionarda isə 32 nəfər ölüm halı baş vermişdir.

Rayonda səhiyyə müəssisələrinin maddi bazasının möhkəmləndirilməsi, yeni səhiyyə müəssisələrinin tikilib istifadəyə verilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Rayon Mərkəzi Xəstəxanasının binası, Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi yaxın illərdə təmir olunmuşdur. 2024-cü il ərzində Hacıhətəmli ASM-in cari təmir işləri aparılmışdır. İvanovka, Lahıc ASM-ləri, Topçu, Tircan həkim məntəqələri, Gəraybəyli, Sumağallı, Sulut, Diyallı, Keyvəndi tibb məntəqələri yeni tikilmiş binalarda fəaliyyət göstərir. Qeyd edək ki, Diyallı tibb məntəqəsi Heydər Əliyev Fondunun, Sumağallı və Sulut tibb məntəqələri isə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Quşencə həkim məntəqəsi, Qalacıq ASM  təmirlidir.

2024-cü il ərzində uşaqlar arasında heç bir kütləvi xəstələnmə və kəskin infeksion xəstəlik müşahidə edilməmiş, yaş qruplarına uyğun peyvəndləşmə aparılmışdır. Peyvənd təqviminə uyğun olaraq vaksinlər tibb müəssisələrinə paylanmış, peyvəndləşmə aparılmışdır.

Uşaqların peyvəndlə əhatə faizi Respublika səviyyəsinə uyğun olaraq 95 faiz təşkil edir. Doğum evində yeni doğulmuş uşaqlara aparılmış peyvəndlər 96 %, tibb müəssisələrində 2 ay-6 yaş arası uşaqlara aparılmış peyvəndlər isə 90 % olmuşdur.  Dövlət Proqramına uyğun olaraq uşaqların məcburi dispanserizasiyası  aparılmışdır. İl ərzində yaşayış məntəqələrində sanitar-epidemioloji vəziyyətə tam nəzarət olunmuş, rayonda difteriya, tetanus, qızılca, məxmərək, göy öskürək və s. xəstəliklər qeydə alınmamışdır.

“Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Kürdmaşı ASM, Təzəkənd, Talıstan,Qalınçaq kəndlərində həkim, İstisu, Qalagah kəndlərində tibb məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı hazırda rayonun 14 tibb məntəqəsinin təmirə və yeni binaya ehtiyacı vardır. Rayonda 20 həkim və  orta tibb işçisi yeri (kəndlərdə) vakansiyadadır. Hazırda müasir tipli aparatlara ehtiyac vardır. Ucqar dağ kəndlərində səhiyyə xidmətinin təşkili bu gün əsas problemlərimizdəndir.İl ərzində yaşayış məntəqələrində sanitar-epidemioloji vəziyyətə tam nəzarət olunmuş, rayonda difteriya, tetanus, qızılca, məxmərək, göy öskürək və s. xəstəliklər qeydə alınmamışdır.

Cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə dövlət-gənclər siyasəti 2024-cü ildə də uğurla davam etdirilmiş, bir sıra yaddaqalan hadisələrlə əhəmiyyətli xarakter daşımışdır.

Hazırda ölkəmizdə müasir düşüncəli, istedadlı, intellektual səviyyəsi yüksək olan gənclərə üstünlük verilir. Aparılan kadr islahatlarında gənclərin yüksək vəzifələrə təyin edilməsi, onların potensialından maksimum istifadəyə yer verilməsi bunun bariz nümunəsidir. Cənab İlham Əliyev dövlət başçısı kimi gənc və peşəkar kadrlara özlərini təsdiq etmələri üçün real imkanlar yaradır, dəstək durur. Yaşlı nəslin təcrübəsindən, gənclərin potensialından istifadə cənab Prezidentin siyasətinin əsasını təşkil edir.

İsmayıllı rayonunda gənclərə və idmanın inkişafına diqqət ildən-ilə artırılır. “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2022-ci il tarixli Sərəncamına əsasən Bakı şəhər Gənclər və İdman İdarəsi və regional idarələr yaradılmışdır.

Yeni yaradılmış Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarını əhatə edir. Mərkəzi İsmayıllı rayonunda olan Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Olimpiya İdman Kompleksi ilə əlbir fəaliyyəti gənclərin yüksək səviyyədə təşkilatlanmasına, rayonda idmanın inkişafına təkan vermiş, uğurlu nəticələr əldə olunmuşdur. Həmçinin Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi YAP rayon təşkilatı gənclər birliyi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Rayon Təhsil Şektoru, İsmayıllı Dövlət Peşə Təhsil MərkəziPublik Hüquqi Şəxsi ilə işgüzar əlaqələri gənclərin vətənpərvərlik, torpağaməhəbbət ruhunda tərbiyəsində əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın  məqsədlərinə uyğun tədbirlərin icrası 2024-cü ildə də davam etdirilmiş şeir ifaçılığı, rəsm, inşa yazı müsabiqələri, bilik və idman yarışları, intellektual oyunlar keçirilmişdir. Dövlət bayramları və anım günlərinə həsr olunmuş tədbirlərdə gənclərin fəal iştirakı təmin olunmuş, 2 Fevral-Azərbaycan Gəncləri Günü  yüksək səviyyədə qeyd olunmuşdur. Hesabat dövrü ərzində gənclərlə iş sahəsində mart ayına kimi və pandemiya dövründə ümumlikdə 61 tədbir keçirilmişdir. Tədbirlərdə 2674 nəfər  gəncin iştirakı təmin edilmişdir.   

II Qarabağ Müharibəsindən sonra isə idarə tərəfindən şəhid ailələrinin, qazilərin , gənc idmançıların evləri ziyarət olunmuş, gənclərə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması üçün bir sıra görüşlər təşkil edilmişdir.

2025-ci ildə rayonda gənclər siyasəti qarşısında daha mühüm vəzifələr durur. Rayonda gənclərin potensialından daha səmərəli istifadə olunmalı, bu istiqamətdə tədbirlər icra edilməlidir.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına, tapşırıq və tövsiyələrinə əsasən könüllülk fəaliyyətinin geniş şəkildə təşviq olunması ilə əlaqədar tədbirlər 2025-ci ildə də  davam etdiriləcək, ölkənin gələcək inkişafına xidmət edəcək istedadlı gənclərin üzə çıxarılması istiqamətində səmərəli iş aparılacaqdır.

Qeyd etmək istərdim ki, Olimpiya İdman Kompleksi rayonda gənc idmançıların yetişməsində, gənclərin fiziki hazırlığının inkişafı sahəsində məqsədyönlü iş aparır. Hesab edirik ki, Kompleksdə aparılmış yeni kadr dəyişiklikliyi rayonda idmanın inkişafına yeni tərzdə yanaşmanı təmin edəcəkdir.

İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili RİH-nin gündəlik diqqətində olmuşdur. İdeya-siyasi işdə, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülmüş, rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş, tapşırıq və tövsiyələrinə uyğun aparılmış, bütün yaşayış məntəqələrini, əhalinin müxtəlif təbəqələrini əhatə etmişdir. Ölkədə həyata keçirdiyiniz sosial-iqtisadi siyasətin, cənab İlham Əliyevin apardığı məqsədyönlü xarici siyasətin nəticələri əhali arasında geniş təbliğ olunmuşdur.

Bölgənin ictimai-siyasi həyatında baş verən proseslərə hesabat ilində ciddi nəzarət edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, Millət Vəkillərinin, aid idarə və müəssisə rəhbərlərinin iştirakı ilə görüşlər keçirilmişdir.

Rayon İcra Hakimiyyəti siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Prezident İlham Əliyevin apardığı siyasətin bütün cəhətləri vaxtında və dəqiqliyi ilə ünvanına çatdırılır. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır, normal, işgüzar şərait formalaşır, yeni-yeni layihələrin icrası, abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Vətəndaşların dövlətə və onun rəhbərinə inam və etibarı getdikcə güclənir.

Qeyd etmək istərdik ki,  rayonda İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun təbliğat işinin qurulması barədə 29 dekabr 2021-ci il tarixdə 186 nömrəli Rayon İcra Hakimiyyətində Sərəncamı hazırlanmış və təsdiq olunmuşdur.

Təbliğat işinin təqdim olunan İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun qurulmasını və bu məqsədlə ölkədə, o cümlədən yerlərdə baş verən prosesləri düzgün şərh edə bilən, natiqlik qabiliyyətinə malik tanınmış ziyalılar, alimlər, politoloqlar, ağsaqqallar, qazilər və digər nüfuzlu şəxslərdən ibarət 11 təbliğat qrupu yaradılmışdır.

Sərəncamla bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilin əvvəlində baş tutan görüşdə təbliğat qruplarına daxil olan idarə, təşkilat, müəssisə rəhbərləri, habelə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə  birgə bir sıra tədbirlər keçirilmişdir.

İdeoloji maarifləndirmə işinin əsas misiyası rayon əhalisi arasında Konsepsiyada müəyyən edilmiş mövzularda davamlı təbliğat işləri aparmaqdan ibarət olmaqla qruplar ideoloji maarifləndirmə işində qanunçuluq, vətənə və dövlətə sədaqət, xalqa yüksək xidmət mədəniyyəti, əhalinin problemlərinə həssaslıq, vətəndaş həmrəyliyi və ictimai rəyin nəzərə alınmasını əsas prinsip kimi götürmüşlər.

            Rayonda “Şəhidlər xiyabanı” davamlı olaraq ziyarət edilmiş, şəhərin Nizami Gəncəvi küçəsində ucaldılmış “Soyqırım xatirə  kompleksi”  bir çox  tədbirlərin keçirildiyi məkana çevrilmişdir.

            Rayonda 6 siyasi partiya-Yeni Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası, Real Partiyası qeydiyyatdadır. Yeni Azərbaycan Partiyasından başqa digər siyasi partiyalar əsasən fəaliyyətsizdir, sosial bazaları, informasiya resusları, ictimaiyyətlə, QHT-lərlə, digər ictimai birliklərlə əlaqələri yoxdur.

Öz ətrafında 71 ərazi partiya təşkilatını birləşdirən rayon təşkilatında hal-hazırda YAP üzvlərinin sayı 7766 nəfərdir. Onların 3267nəfərini qadınlar, 1059 nəfərini  isə gənclər təşkil edir. Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə aparır. Partiyanın nəzdində qadınlar şurası, gənclər birliyi və maarifləndirmə məqsədilə könüllülər qrupu fəaliyyət göstərir. YAP İsmayıllı rayon təşkilatının üzvləri  rayonda görülən işlərdə  yaxından iştirak edir, keçirilən siyasi və kütləvi tədbrilərdə fəallıq nümayiş etdirirlər.

YAP İsmayıllı Rayon Təşkilatı son illər, eyni zamanda 2025-ci ildə də ideoloji-siyasi istiqamətlərdə fəaliyyətini genişləndirmiş, partiya quruculuğunda əldə olunmuş yeni, müasir, müsbət təcrübədən istifadə edərək, səmərəli nəticələrə nail olmuşdur.

Rayonun bir sıra xarici ölkələrlə-Yaponiya, Belorus, Latviya, Çexiya, İsrail, Özbəkistanla dostluq əlaqələri yaranmışdır. On ildən artıqdır ki, Yaponiyanın  İto şəhəri ilə rayonumuz arasında dostluq və qardaşlıq əlaqələri davam edir. İsmayıllıda salınmış “Yapon bağı” bu dostluğun rəmzinə çevrilmişdir. Yaponiya dövlətinin maliyyə dəstəyi ilə rayonun bir neçə kəndində məktəb, uşaq bağçası, həkim məntəqəsi tikilib istifadəyə verilmiş, kanalizasiya, su xətləri çəkilmişdir. Dəfələrlə Yaponiya nümayəndə heyəti rayonumuzda olmuş, rayonun  nümayəndə heyəti, məktəblilərimiz İto şəhərinə səfər etmişlər. İsmayıllı məktəbliləri distant təhsil yolu ilə yapon dilini, Yaponiya məktəbliləri isə Azərbaycan dilini öyrənirlər. İsmayıllı ilə İto şəhəri arasındakı dostluq və qardaşlıq əlaqələri davam etdirilməkdədir.

2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olmuşdur. Hətta bu istiqamətdə praktiki addımlar atılmış, tərəflər arasında qarşılıqlı səfərlər baş tutmuşdur.

 Lakin sonradan “Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır. 18 dekabr 2023-cü ildə Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub.  Həmçinin, şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib.

Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilərək, İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adı ilə adlandırılmışdır.

Belarus Respublikası ilə rayonumuz arasında qarşılıqlı dostluq əlaqələri formalaşmış, kənd təsərrüfatı və sənaye sahələri üzrə təcrübə mübadilələri aparılmış. 2019-cu  ildən Özbəkistan Respublikası ilə də dostluq əlaqələri yaranmışdır.

Ərazidə Gənclərin Anti-Narkomaniya İctimai Birliyi, “Qadınlar Cəmiyyətin İnkişafı Naminə” İctimai Birliyi, “İsmayıllı intellektual oyunları klubu” İctimai Birliyi və İsmayıllı Yazarları İctimai-ədəbi birliyi, Çernobıl Əlillər İttifaqının İsmayıllı rayon şöbəsi, AVMVB-nin rayon şöbəsi, Qarabağ Müharibəsi Əlilləri veteranları Şəhid Ailələri İctimai Birliyi, QAC-nin İsmayıllı rayon təşkilatı, Rayon Ağsaqqallar Şurası  fəaliyyət göstərir.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi 2011-ci ildən müstəqil fəaliyyətə başlamışdır. Təşkilatın başlıca vəzifəsi problemli ailələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərini həll etmək, ailələrini gücləndirmək, sosial həyat şəraitini yaxşılaşdırmaqdan  ibarətdir. 2024-cü il ərzində Mərkəzə 303 müraciət olmuş, problemli ailələrlə ardıcıl iş aparılmışdır. Dövlət Proqramlarının icrası ilə bağlı il ərzində 75 tədbir keçirilmiş, tədbirlərdən 2982 nəfər bəhrələnmişdir. Boşanma təhlükəsi olan ailələrlə iş aparılmış və müsbət nəticələr əldə edilmişdir. Hesabat ili ərzində aktiv terapiya, ünsiyyət terapiyası, su terapiyası, loqopedik, psixoloji məsləhət, duyu-bütünləmə və kompüter kursuna qəbulla bağlı müraciətlərin hamısı müsbət həll edilmişdir. 84 ailəyə səfər edilmişdir.

 İsmayıllıda əsil tolerantlıq mühiti hökm sürür. Dinlərə, müxtəlif milli və dini qruplara münasibətdə ayrıseçkiliyə yol verilmir. Rayonda 28 məscid, 15 dini icma, 4 ibadət evi vardır. Dini icmalardan 15-i İslam və biri xiristian təmayüllüdür. Rayonda qeyri-ənənəvi dini cərəyanlara mənsubların fəaliyyətinə ciddi nəzarət olunur, “Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanunu”nun tələbləri ciddi şəkildə gözlənilir. Rayonda  fəaliyyət göstərən dini icmalar, din xadimləri Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin, Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi dövlət və din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə işi, tolerantlıq, ənənəvi İslam dəyərləri, multikulturalizmlə bağlı tədbirlərdə yaxından iştirak edirlər. Dini bayram və ayinlər tələblərə uyğun icra olunur. Keçirilən dövlət və dini bayramlarda, tarixi günlərin qeyd edilməsində din xadimlərinin iştirakı təmin olunur. Ramazan ayında yerlərdə təşkil olunan iftar axşamları mənəvi və dini zənginliyi ilə fərqlənir. Belə tədbirlərə xiristian icma nümayəndələri də dəvət olunurlar. Rayonda tolerantlıq, milli və dini dözümlülük, multikulturalizm mühiti hökm sürür. Malakanların, kürdlərin, hapıtların, ləzgilərin və digər xalqların adət-ənənələrinə, mədəni irsinə hörmətlə yanaşılır, onlarla görüşlər keçirilir, problemlərinin həllinə rayon rəhbərliyi yardımçı olur.

Rayonda ənənəvi dinlərə mənsublar üçün bərabər şərait yaradılmışdır, onların daxili işlərinə əsla qarışılmır. Bəzi radikal qrupların gizli fəaliyyəti nəzarətdə saxlanılır, onlara  qarşı mübarizə tədbirləri həyata keçirilir.

Rayonda radikal dini cərəyanlara mənsubların aktivliyi müşahidə edilmir. Bölgədə nəzarət markası ilə markalanmnış dini təyinatlı ədəbiyyatın, audio və video materialların, dini məzmunlu ədəbiyyatın satışı üzrə ixtisaslaşmış satış məntəqəsi yoxdur.

Rayonda multikulturalizm və tolerantlıq siyasətinin gücləndirilməsi məqsədilə mövcud normativ-hüquqi aktların, həmçinin digər sənədlərin  dərindən öyrənilməsi təmin edilmiş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, bir sıra QHT-lər və ictimai təşkilatlarla  işgüzar əlaqələr qurulmuş, birgə tədbirlər həyata keçirilmişdir.

“İsmayıllı xəbərləri” qəzeti maraqlı və məzmunlu sayları ilə oxucuların diqqətini cəlb edir, rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırır. Qəzetin nəzdində “Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyət göstərir. Əlamətdar olan hadisələrdən biri də bölgədə “İsmayıllı Yazarları Ədəbi-İctimai Birliyi”nin yaradılmasıdır. Hər iki ədəbi birlik rayonun ədəbi mühitinin formalaşmasında mühüm rol oynayır, gənc istedadları üzə çıxarır, onları bir araya gətirir. Ədəbi məclis üzvləri ilə tez-tez rayon ictimaiyyətinin görüşləri təşkil olunur. Yeni nəşr olunan kitabların təqdimatı keçirilir. Ən yaxşı yazarlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılır.

Hesabat ilində dövlət qəzetlərinə, obyektiv mövqedən çıxış edən informasiya vasitələrinə abunə yazılışı aparılmış, mətbuatın yerlərə operativ çatdırılması təmin edilmişdir.

İdeologiya sahəsində atılan ən mühüm addımlardan biri də rayondan olan bir sıra elm və mədəniyyət xadimlərinin, şair və yazıçıların, qabaqcıl həkim, müəllim və pedaqoqların, sadə peşə adamlarının, əmək və müharibə veteranlarının, Milli Qəhrəmanların yubileylərinin, xatirə gecələrinin, görüşlərinin keçirilməsidir. 2024-cü ildə də bu xarakterli çoxsaylı tədbirlər icra olunmuş, gənclərin, yetişən nəslin mənəvi tərbiyəsinə xüsusi diqqət yetirilmişdir.

            Ölkəmizdə həssas və qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daima cənab Prezidentin diqqətində olan məsələdir. Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurd-yuvasından, ev-eşiyindən didərgin düşmüş məcburi köçkünlərin sosial problemlərinin həlli cənab İlham Əliyevin apardığı siyasətin prioritet istiqamətlərindəndir. Uğurlu sosial siyasət, ölkə iqtisadiyyatının inkişafı bu insanlara dövlət qayğısını ildən-ilə artırır.

İsmayıllı rayonunda 931 ailədən olan 3490 nəfər məcburi köçkün müvəqqəti qeydiyyatdadır. Hazırda faktiki olaraq 730 ailə (2673nəfər) rayon əraizisndə müvəqqəti məskulaşmışdır. Məcburi köçkünlər inzibati binalarda, fermalarda, əmlak paylarında, kirayədə, qohum evlərində, bağçalarda, vaqonlarda və sığınacaqlarda məskunlaşmışlar. Məktəblərdə yaşayan məcburi köçkünlər üçün 45 fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Diyallı və Qoşakənd kəndlərində məcburi köçkünlərin istifadə etdikləri subartezian quyuları nasos və işıq transfarmatorları ilə, Kəlbənd kəndində və Pirdinar yaşayış məntəqəsində məskunlaşan məcburi köçkünlərin istifadə etdikləri subartezian quyularının nasosları yenisi ilə əvəz olunmuşdur.

Hər bir Azərbaycan vətəndaşının, o cümlədən İsmayıllı rayonunda məskunlaşmış  qaçqınlar və məcburi köçkünlərin əsas arzuları torpaqlarımızın düşmən tapdağından azad edilməsi, öz doğma yurdlarına dönmələri idi. Bu gün böyük qürur hissi ilə söyləyə bilərik ki, Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə işğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq, qələbəmizi daha da parlaq edəcək.

İsmayıllı rayonu ərazisində məskunlaşmış məcburi köçkünlərə Rayon İcra Hakimiyyəti tərəfindən daima diqqət və qayğı göstərilir, bayramlarda sovqat, maddi yardım verilir, işlə təmin olunmalarına köməklik göstərilir və onları narahat edən digər məsələlərə xüsusi həssaslıqla yanaşılır.

Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə ölkədə ordu quruculuğu sahəsində böyük uğurlar əldə edilmiş, Azərbaycanın güclü ordusu yaranmışdır. Ordumuzun döyüş və müdafiə qabiliyyəti gündən-günə artır.

Rayonda ordu sıralarına çağırış, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılır. Orduya yola salınan gənclərlə təntənəli görüşlər keçirilir. 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarının və digər normativ–hüquqi aktların tələblərinə uyğun olaraq hərbi xidmətə çağırış planı 100% yerinə yetirilmişdir. Ümumi və qismən səfərbərliyə daim hazır olmaq məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi mütəmadi olaraq təlim-toplanış məşğələləri keçirir, ordu quruculuğunda idarə və müəssisələrin, digər təşkilatların rolunun nədən ibarət olmasını onlara izah edir. Hesabat ili ərzində ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hərbi hazırlıq dərslərinin tədrisi keyfiyyətinin yüksəldilməsinə, hərbi-idman oyunlarının keçirilməsinə, hərbi yönümlü ali və orta ixtisas məktəblərinə məzunların istiqamətləndirilməsinə diqqət ayrılmışdır.

İsmayıllı Rayon İcra Hakimiyyətində 1 oktyabr 2021-ci il tarixində yeni  “Hadisə” sistemi fəaliyyətə başlamış və ötən dövr ərzində müxtəlif mövzularda  89 hadisə daxil olmuş və hər biri cavablandırılmışdır. Həmçinin RİH-in sosial şəbəklərdəki rəsmi səhifələrinə gələn müraciətlər də qanunamüvafiq olaraq cavablandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı.

Böyük zəfərdən sonra daima rayon  rəhbərliyi və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri döyüşdən qayıdan qaziləri mütəmadi olaraq  ziyarət edirlər. Onlar Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan döyüşçülər və ailələri ilə evlərində görüşürlər.
İsmayıllıda şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Onlarla mütəmadi görüşlər keçirilir, qayğıları ilə maraqlanılır, problemləri öyrənilir və həlli istiqamətində tədbirlər görülür.

Rayon İcra Hakimiyyəti tərəfindən 2024-cü ildə 2 şəhid ailəsinin üzvü işlə təmin olunmuşdur. 2024-cü il 27 sentyabr Anım günü İsmayıllı rayonunda da qeyd edilmişdir. Anım günü ilə bağlı olaraq Rayon İcra Hakimiyyəti başçısı və RİH başçısı aparatının əməkdaşlarının iştirakı ilə şəhid ailələri evlərində ziyarət olunmuşdur. Şəhidlərin ildönümləri rayonun idarə müəssisə rəhbərləri və əməkdaşlarının iştirakı ilə qeyd edilmişdir. 

             “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 07 yanvar 2021-ci il tarixli Fərmanına əsasən  icra hakimiyyətində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmış və iki nəfər Vətən müharibəsi iştirakçısı həmin şöbədə işlə təmin edilmişlər. Yarandığı ilk gündən şöbənin əməkdaşları tərəfindən şəhid ailələri, müharibə iştirakçıları, qazilər və onların ailələri ilə sıx əlaqə yaradılır, onların yaranmış problemlərinin aradan qaldırılması üçün lazımi tədbirlər həyata keçirilir. Həssas qrupa daxil olan bu cür ailələrlə mütəmadi olaraq sıx əlaqə saxlanılır.

          2024-ci il ərzində Rayon İcra Hakimiyyəti tərəfindən 58 şəhid ailəsinə, 37 nəfər qaziyə, 56  nəfər müharibə iştirakçısına maddi yardım edilmişdir. Ümumilikdə Rayon İcra Hakimiyyəti tərəfindən 176450 Azn maddi köməklik göstərilmişdir.

Prezident Adminstrasiyasından göndərilən tezislər və onlardan irəli gələn müddəalarla  əlaqədar ictimaiyyəti düşündürən məsələlər ətrafında müvafiq təhlillər aparılmaqla, bu tezislərin əhali arasında geniş yayılması və təbliğ olunması məqsədilə 1500-dən çox məqalə  Rayon İcra Hakimiyyətinin saytında, facebook və instagram səhifələrində yerləşdirilmişdir. Tezislər, eyni zamanda ayda 1 dəfə nəşr olunan “İsmayıllı xəbərləri” qəzetinin səhifələrində dərc olunur, bu məqsədlə geniş izahat və maarifləndirmə işləri aparılır.

2024-cü ilin hesabat dövrü ərzində İsmayıllı rayonunda cinayətkarlığa qarşı mübarizə sahəsində dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdaifəsi üzrə bir sıra tədbirlər həyata keçirilmiş , həmin tədbirlərin keçirilməsi zamanı hüquq mühafizə orqanları ilə birgə ictimai asayişin qorunması işi qənaətbəxş olmuşdur.

Rayonda kriminogen durum hüquq-mühafizə orqanları tərəfindən daimi nəzarətdə saxlanılır və bununla əlaqədar  xüsusi tədbirlər həyata keçirilir. 2024-cü ildə  qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əlaslı işlər görülmüş, qanun pozuntularına qarşı mübarizə tədbirləri gücləndirilmişdir.

Hüquq-mühafizə orqanları öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməklə yanaşı, rayonun ictimai həyatının sabit saxlanılmasında, mənəvi mühitin saflaşdırılması və qorunmasında, əhalinin qarşılıqlı anlaşma şəraitində yaşayıb işləməsində, insan hüquqlarının qorunmasında fəal iştirak etmişdir.

Belə ki, Rayon Polis Şöbəsində İctimai Şura yaradılmışdır. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 mart 2016-cı il tarixli, 813 nömrəli Fərmanına uyğun olaraq hüquq-mühafizə orqanları tərəfindən şəxsi keyfiyyətləri ilə fərqlənən könüllülər ictimai asayişin qorunmasına   cəlb olunmuşlar.

2024-cü ilin on iki ayı ərzində rayon ərazisində 129 cinayət hadisəsi qeydə alınmışdır. Ümumilikdə, cinayətlərin açılması 94,9 faiz təşkil edir. Axtarışda olan cinayətkarların tutulması, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində hesabat dövründə 29 nəfər axtarışda olan cinayətkarlardan 26 nəfəri tutuluraq aidiyyəti olaraq təhvil verilmişdir. 3 nəfər barəsində cinayət axtarış tədbirləri davam etdirilir. 2024-cü ilin on iki ayı ərzində rayon ərazisində 23 özünü öldürmə və 22 özünü öldürməyə cəhd olmaqla ümumilikdə 45 özünü öldürmə və özünü öldürməyə cəhd hadisəsi qeydə alınmışdır. Bununla bağlı İsmayıllı Rayon İcra Hakimiyyəti inzibati ərazi vahidləri üzrə səlahiyyətli nümayəndələrin, bələdiyyə sədrlərinin, rayon mərkəzi xəstəxanası rəhbərliyinin,  rayon polis şöbəsinin aidiyyəti vəzifəli şəxslərinin iştirakı ilə müzakirələrin aparılmasını və eləcə də gələcəkdə bu qəbildən olan hadisələrin baş verməməsi üçün müvafiq maarifləndirici  tədbirlərin həyata keçirilməsini  nəzərdə tutmuşdur.

Cari ildə rayon ərazisində 238 yanğın hadisəsi baş vermiş, yanğınlar nəticəsində vətəndaşlara  ümumilikdə 680,3035 manat ziyan dəymişdir.

2024-cü il ərzində İsmayıllı rayonu üzrə 601 doğum, 510  ölum faktı, 264 nikah,           89 nikahın pozulması halı qeydə alınmışdır.

2024-cü il  ərzində İsmayıllı rayonu üzrə İsmayıllı Rayon Məhkəməsinin icraatına         65 cinayət işi, 1764 mülki iş, 526 inzibati material, 44 məhkəmənin qərarı əsasında tətbiq edilən prosessual məcburiyyət tədbirləri haqqında material daxil olmuşdur.

            Hesabat dövründə İsmayıllı Rayon İcra Hakimiyyətinə müxtəlif instansiya məhkəmələrindən 159 məktub daxil olmuşdur. Daxil olan  məhkəmə sənədləri evin  zəlzələdən zərər görmüş evlər sırasına  salınması  tələbi, kompensasiya tələbi,    iddiaçının  əvvəlki vəzifəsinə  bərpa edilməsi tələbi,   ekspertiza  xərcinin  ödənilməsi tələbi, torpaq sahəsində kənd təsərrüfatı fəaliyyəti  ilə məşğul olmasına manelərin yaradılmasına və fəaliyyət göstərməsinə qadağaların qoyulması tələbi, övladlığa götürmə və uşaq tələbi barədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və s. barədə olmuşdur.

           Hesabat dövründə məhkəmə orqanlarından  daxil olan məktublar nəzarətə götürülmüş, vaxtında cavablandırılması təmin edilmiş, iddia ərizələrinə münasibət bildirilmiş, məhkəmə proseslərində RİH-nin mənafeyi layiqincə müdafiə edilmişdir. Məhkəmə işləri ilə bağlı sənədlər daim nəzarətdə saxlanılır.

           Hesabat dövründə İsmayıllı Rayon İcra Hakimiyyəti yanında İnzibati Komissiyaya yaşayış və abadlıq qaydalarını pozduğuna görə 1 nəfər vətəndaş barəsində İsmayıllı Rayon Polis Şöbəsindən inzibati xəta haqqında protokol daxil olmuşdur. 

            Hesabat dövründə İsmayıllı rayon icra və probasiya şöbəsindən məhkəmə qərarlarının icrası ilə bağlı Məhvetmə Komissiyasına daxil olmuş 19 icra vərəqəsi üzrə ümumilikdə 752,335 qram narkotik vasitələr və 4953,779 qram çətənə məhvetmə komiyssiyası tərəfindən məhv edilmişdir.

Hesabat ilində yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması üçün Komissiya tərəfindən konkret tədbirlər həyata keçirilmişdir.

2024-cü ildə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 5 nəfərin nikah yaşı azaldılmışdır.

Hesabat dövründə Rayon Polis Şöbəsi tərəfindən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən yetkinlik yaşına çatmayanlar barəsində 3, yol hərəkəti qaydalarını pozan (piyada keçidindən düzgün istifadə etməyənlər)  5 nəfər barəsində nizibati protokol daxil olmuşdur

Komissiya Rayon Təhsil Şöbəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərində, yetkinlik yaşına çatmayanların tərbiyəsinin təşkilini daim diqqətdə saxlayır. Məktəblərdə tərbiyə mövzusunda keçirilən tədbirlərin səmərəliliyini artırır, bu sahədə çalışanların tərkibi yaxşılaşdırılır, məktəblərdə vaxtaşırı tərbiyə işinin monitorinqi keçirilir, aşkar edilən nöqsanlar aradan qaldırılır.

Təhsil müəssisələri ilə qarşılıqlı iş mübadiləsi genişləndirilmiş, rayon ərazisində yerləşən təhsil müəssisələrində şagirdlərlə, eyni zamanda əhali ilə “Radikal dini cərəyanlar”, “Erkən nikah”,”Erkən nikahlara “yox deyək” “Narkomaniya - ağ ölüm” mövzularında mühazirələr oxunmuş, məktəblilər arasında intihar hallarının baş verməsinin qarşısının alınması məqsədilə profilaktiki söhbətlər aparılmış, təhsil müəssisələri və təşkilatlarla birlikdə tədbirlər həyata keçirilmişdir.

Yetkinlik yaşına çatmayanların hüquq pozmalarının profilaktikası, eləcə də onların qanunsuz əməyə cəlb edilməsi hallarının qarşısının alınması məqsədilə  Rayon Polis Şöbəsinin sahə rəisləri və digər aidiyyəti qurumlar cəlb edilməklə rayon ərazisində mütəmadi olaraq reydlər keçirilmişdir. Keçirilmiş reydlər zamanı yetkinlik yaşına çatmayanlara qarşı hüquq pozuntularına rast gəlinməmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinin əsassız olaraq ləğv edilməsi ilə bağlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya müraciəti daxil olmamışdır.  

Ötən dövr ərzində sosial təhlükəli vəziyyətdə olan uşaqlar və ailələr aşkar edilməmiş, spirtli içkilər, narkotik vasitələr, psixotrop maddələr və onların analoqlarını qəbul edən yetkinlik yaşına çatmayanlar qeydə alınmamışdır.

Rayonumuzda insan alverinin qurbanı olmuş uşaqlar yoxdur.

Qəyyumluq və himayəçilik orqanının üzvləri yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması ilə bağlı keçirilən hər bir məhkəmə işində iştirak edərək qanunauyğun rəy vermişdir.

            2024-cü ildə valideyn himayəsindən məhrum olmuş 8 nəfər uşaq aşkar olunmuş və onlar da öz yaxın qohumlarının qəyyumluğuna və himayəsinə verilmişdir.

            Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq  2024-cü il ərzində uşağın övladlığa götürülməsi ilə bağlı müraciət daxil olmamışdır

Uşağın ad və soyadının dəyişilməsi ilə bağlı müraciət olmamışdır.

Cənab Prezidentin tövsiyə və tapşırıqları əsas götürülərək vətəndaşların qəbuluna, onların ərizə və şikayətlərinə baxılmasına xüsusi diqqət yetirilir. Qeyd etdiyiniz kimi, hər bir dövlət məmuru xalqın xidmətçisidir, heç bir xüsusi imtiyaza malik deyildir. Dövlət məmuru vətəndaşlara həssas münasibət bəsləməli, problemlərinin həllinə çalışmalı, onlara lazım olan xidməti göstərməlidir.

Rayonda bu məsələyə həssaslıqla yanaşılır, xüsusi diqqət yetirilir. Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən və digər dövlət orqanlarından daxil olan müraciətlər diqqətlə araşdırılır, həlli istiqamətində tədbirlər həyata keçirilir.

2024-cü ildə İsmayıllı Rayon İcra Hakimiyyəti aparatına cəmi 1666  vətəndaş müraciəti daxil olmuşdur. İsmayıllı RİH-nə dövlət orqanlarından və digər qurumlardan baxılmaq üçün cəmi 313 müraciət, o cümlədən, Prezident Administrasiyasından(123) və Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyindən(111) cəmi 234, Milli Məclisdən 12, Nazirlər Kabinetindən 32, respublikanın digər təşkilatlarından 35, vətəndaşlardan birbaşa RİH-nə daxil olan müraciətlər isə 1353 ədəd olmuşdur. 

Daxil olan müraciətlərin 1592-si ərizə, 70-i şikayət, 4-ü təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 4,2 %-ni təşkil etmişdir.

Dövlət orqanlarından baxılmaq üçün Rayon İcra Hakimiyyətinə göndərilən müraciətlər əsasən sosial müdafiə məsələləri (76), mənzil (62), təbii fəlakət hadisələri və fövqəladə hallarla bağlı məsələlər (41), torpaq (33), Şəhər, rayon İH və bələdiyyələrin fəaliyyəti (22), İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər (10), mədəniyyət və turizm məsələləri (10), qəbul məsələləri (10), şəhərsalma və tikinti məsələləri (5) qalanı isə digər məsələlər barədə olmuşdur. Bu müraciətlərin hamısı diqqətlə araşdırılmış, icrası ilə əlaqədar səlahiyyətlərimiz daxilində müvafiq işlər görülmüş və vətəndaşlara qanunamüvafiq izahat verilmişdir.

Rayon İcra Hakimiyyətinə daxil olan müraciətlərin 34-nə nəzarət qaydasında baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından nəzarət qaydasında müraciət daxil olmamışdır.

2024-cü ildə vətəndaşlar daha çox sosial müdafiə məsələləri (881), rayon İH və bələdiyyələrin fəaliyyəti məsələləri (126), mənzil məsələləri (116), şəhərsalma və tikinti məsələləri (111), təbii fəlakət hadisələri və fövqəladə hallar (79), torpaq məsələləri (77), enerji daşıyıcıları və su təchizatı məsələləri (46), qəbul məsələləri (43), İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər (35), mədəniyyət və turizm məsələləri (18), məişət məsələləri (17), müraciətlərə baxılma (13),  nəqliyyat   məsələləri (13),  dövlət qulluğu və  kadr məsələləri (14),  səhiyyə məsələləri (10), sənaye, iqtisadiyyat və sahibkarlığın inkişafı məsələləri (10),  Müdafiə, Qarabağ münaqişəsi, orduya çağırış məsələləri (8), kənd təsərrüfatı məsələləri (8),  dövlət quruculuğu və qanunvericilik məsələləri (8), elm və  təhsil məsələləri (7), ekologiya və təbii sərvətlər (7), ədliyyə orqanlarının fəaliyyəti (5)  və digər məsələlər barədə müraciət etmişlər.

Rayon İcra Hakimiyyətinin saytı və elektron poçt ünvanı fəaliyyətini davam etdirmiş,  həmin ünvan vasitəsilə 2024-cü ildə vətəndaşlardan 227  müraciət daxil olmuşdur. “Hadisə” sistemi vasitəsi ilə 49, bundan əlavə, RİH-in “Facebook” və “İnstaqram” səhifələrindən çoxlu sayda müraciətlər daxil olmuşdur. Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən 164 saylı “Qaynar xətt” vasitəsilə günün bütün saatlarında fasiləsiz olaraq vətəndaşlardan müraciətlər qəbul edilmişdir. ”Qaynar xətt”ə daxil olan bütün müraciətlər RİH başçısı tərəfindən qanunauyğun baxılması üçün aidiyyəti vəzifəli şəxslərə yönləndirilmişdir. “Qaynar xətt”ə 2024-cü ildə 274 müraciət daxil olmuşdur. Müraciətlər əsasən enerji təhcizatı (66), əhalinin sosial müdafiəsi məsələləri (ərzaq yardımı və maddi yardım verilməsi, işlə təmin olunma) (45), nəqliyyat məsələləri (yolların təmiri) (44), su və kanalizasiya məsələləri (24), qaz təhcizatı (16), rabitə və informasiya texnologiyaları məsələləri (14), qalanı isə  digər mövzularla bağlı olmuşdur. Həm elektron poçt ünvanına, “Qaynar xətt”ə,  həm də sosial şəbəkə  vasitəsilə daxil olan müraciətlər təhlil edilərək operativ həlli üçün tərəfimizdən lazımi tədbirlər görülmüşdür.

2024-cü ildə vətəndaşlar tərəfindən RİH-ə 125 təkrar, 55 kollektiv müraciət daxil olmuşdur. Təkrar müraciətlər əsasən sosial müdafiə məsələləri, mənzil məsələləri, torpaq məsələləri, şəhərsalma və tikinti məsələləri ilə bağlı olmuşdur. Kollektiv müraciətlər isə əsasən enerji daşıyıcıları və su təchizatı məsələləri, rayon İH və bələdiyyələrin fəaliyyəti məsələləri, şəhərsalma və tikinti məsələləri, sosial müdafiə məsələləri və  torpaq məsələləri ilə bağlı olmuşdur.

2024-cü ildə daxil olmuş müraciətlərin 739-u (44,3%) müsbət, 97-si (5,8%) qismən həll edilmiş, 713-nə (42,8%) müvafiq izahat verilmiş, 6-sı (0,4%) əsassız sayılmış, 8-i (0,1 %) isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Daxil olan müraciətlərə əsasən Rayon İcra Hakimiyyəti başçısı aparatında baxılmış, 36-sı (2,2 %) isə baxılmaq üçün  aid qurumlara göndərilmişdir.

 Bundan əlavə 2024-cü ildə də Rəqəmsal İcra Hakimiyyəti portalı fəaliyyətini davam etdirmişdir. Dövr ərzində vətəndaşlar tərəfindən elektron qaydada “Xidmətlər” bölməsinə 2195, “Müraciətlər” bölməsinə 306, “Vətəndaşların qəbulu” bölməsinə 21 müraciət daxil olmuşdur. “Asan müraciət” informasiya sistemi vasitəsilə isə 2024-cü ildə RİH-ə 4 müraciət daxil olmuşdur. Bütün müraciətlərə qanunauyğun baxılmış, icrası ilə bağlı zəruri tədbirlər görülmüşdür.

846 nəfər vətəndaşın ərizəsi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün müayinə komissiyası”nda müzakirə olunmuş və onlara 338960 (üç yüz otuz səkkiz min doqquz yüz altmış) manat yardım göstərilmişdir. Bunlar əsasən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müxtəlif kateqoriyadan olan birinci qrup əlillər, uzun sürən xəstəliklərdən əziyyət çəkən vətəndaşlar və aztəminatlı ailələr olmuşdur. 

2024-cü il ərzində RİH başçısı aparatında cəmi 2278 nəfər vətəndaş qəbul edilmişdir. Bunun 614 nəfəri RİH başçısı tərəfindən, digərləri isə aparatın müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir. RİH başçısı tərəfindən qəbul edilən vətəndaşlar əsasən sosial müdafiə məsələləri, pensiya təminatı məsələləri, xəstəliklə bağlı müalicələrinə maddi köməklik göstərilməsi, İkinci Qarabağ müharibəsi ilə bağlı məsələlər,mənzil məsələləri, torpaq məsələləri, təbii fəlakət hadisələri və fövqəladə hallar, qaz təhcizatı, bələdiyyələrin fəaliyyəti və digər məslələrlə bağlı müraciət etmişlər.

2024-cü il ərzində RİH başçısı tərəfindən yerlərdə  44 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 3717 nəfər iştirak etmiş, 496 nəfər Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, 751 məsələ barəsində fikirlərini bildirmişlər. Müraciətlərin 301-nə yerindəcə qanunamüvafiq izahat verilmiş, 21 müraciətə isə nəzarət qaydasında baxılmışdır. Qalan müraciətlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıqlar verilmişdir. 2024-cü ildə səyyar qəbullarda vətəndaşlar daha çox enerji təhcizatı məsələləri, yollarının təmir edilməsi, maddi yardım verilməsi, işlə təmin olunma və özünüməşğulluq layihələrinə qoşulma, qaz təhcizatı məsələləri, su təhcizatı məsələləri, səhiyyə məsələləri, torpaq və kənd təsərrüfatı məsələləri və digər  məsələlərlə bağlı müraciət etmişlər.

Əlavə olaraq bildirmək istəyirik ki, 2024-cü ildə də şəhid ailələləri, Vətən müharibəsi qaziləri və iştirakçıları RİH-in daim diqqətində olmuşdur. Onların qaldırdığı məsələlər diqqətlə araşdırılmış, müsbət həlli mümkün olan müraciətlər ilə bağlı tədbirlər görülmüş, onlara qanuna müvafiq cavablar verilmişdir. Bundan əlavə, bir çox ailələrə onların müraciətinə əsasən  RİH-nin daxili imkanları hesabına  yardımlar edilmişdir.

2024-cü ildə həm qəbullarda vətəndaşlar tərəfindən edilən müraciətlər, həm də Rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlər diqqətlə araşdırılmış, şikayətlərin yaranma səbəbləri təhlil edilmiş, onların həlli istiqamətində tədbirlər görülmüşdür.

İnformasiya təminatı və təhlil sektoru Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun şəkildə fəaliyyət göstərir.

Sektor tərəfindən 2024-cü ildə baş vermiş hadisələr, keçiriləcək tədbirlər, aylıq məlumatlar dəqiqləşdirildikdən sonra xüsusi kodlaşdırılmış internet əlaqəsi ilə Regionların İnkişafının Analitik İnformasiya Sisteminin (RİAİS) serverinə ötürülmüşdür.

Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalında (dxr.az) mütəmadı olaraq məlumatların yenilənməsi və ingilis dilinə tərcümə ilə birgə yerləşdiirlməsi və vaxtaşırı yenilənməsi təmin edilmişdir.

Sektor RİH-nin “mail@ismayilli-ih.gov.az” elektron poçtuna daim nəzarət etməklə, daxil olan məktubları Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə təqdim etmişdir. Həmçinin Rayon İcra Hakimiyyətindən elektron poçt vasitəsi ilə məlumatların ünvanlara göndərilməsi təmin edilmişdir.

Xüsusi Dövlət Mühafizə Xidməti RİH-nin “ismayilli-ih.gov.az” veb saytının təhlükəsizliyini təmin edir. Veb saytın idarəetmə paneli İnformasiya təminatı və təhlil sektorunda olduğu üçün məlumat bazasının yenilənməsi, keçirilmiş tədbirlər barədə xəbərlərin yerləşdirilməsi Sektor tərəfindən həyata keçirilir. 2024-cü ildə RİH-nin fəaliyyəti sosial şəbəkələrdə də təbliğ olunmuşdur. Belə ki, Sektor tərəfindən icra hakimiyyətinin www.facebook.com, www.twitter.com, www.instagram.com və www.yootube.com sosial şəbəkələrində yaradılmış rəsmi səhifələrində rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.

Sektor elektron kütləvi informasiya vasitələrini izləyir, rayon haqqında gedən informasiyalar barədə RİH başçını məlumatlandırır. Bundan başqa rayonda keçirilən tədbirlər barədə məlumatları RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşlıq etdiyi KİV-də, eləcə də sosial şəbəkələrdə yayımlayır. Hesabat ilində Rayon İcra Hakimiyyəti rəsmi dövlət agentlikləri və KİV-i (Azərtac, “Xalq qəzeti”, “Respublika” qəzeti)  ilə yanaşı, digər 20-dan artıq xəbər portalları ilə əməkdaşlıq etmişdir.

RİH başçısının İƏD üzrə nümayəndəlikləri 2024-cü il ərzində fəaliyyətlərini  Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun qurmuş, iş  planlarında nəzərdə tutulmuş məsələlərin həllini təmin etmiş, əmək və icra intizamını gücləndirmiş, fəaliyyətlərinin səmərəli təşkilinə nail olmuşlar.

İl ərzində rayonun bütün yaşayış məntəqələrində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmiş, hər bir nümayəndəlikdə baş vermiş hadisələr barədə gündəlik məlumatlar aidiyyəti üzrə rəhbərliyə məruzə edilmişdir.

Hesabat ili ərzində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının və digər hüquqi-normativ aktlarının öyrənilməsi və əhali arasında təbliği təmin edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin  səfərləri və görüşləri zamanı söylədiyi məruzə və çıxışlar nümayəndəlik əməkdaşları tərəfindən dərindən öyrənilmiş, təbliğat aparılmışdır.

İl ərzində nümayəndəliklərdə uçot-hesabat işlərinin təkmilləşdirilməsinə diqqət artırılmışdır. 2024-cü ilin yanvar ayında nümayəndəliklərdə “Təsərrüfatbaşına uçot kitab”larında məlumatların dəqiqləşdirilməsi işinə əvvəlki illərdən daha ciddi yanaşılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Bütün inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə aparılan təsərrüfatbaşına uçotun sənədləri üzrə məlumatların Dövlət Statistika Komitəsinin elektron bazasına daxil edilməsi təmin edilmişdir.

İl ərzində tələb olunan bütün uçot-hesabat formaları aidiyyəti təşkilatlara vaxtında  təqdim olunmuşdur.

2024-cü il ərzində İƏD üzrə nümayəndəliklərdə sənədləşmə və kargüzarlıq işlərinin aparılmasına xüsusi diqqət yetirilmiş, bu sahədə əvvəlki illərdə yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə tədbirlər icra olunmuşdur. Rəqəmsal İcra Hakimiyyəti portalında vətəndaşlara lazım olan xidmətlərin göstərilməsinə nəzarət gücləndirilmişdir. Eləcə də əhalini narahat edən məsələlər qeydiyyata götürülmüş, icrası istiqamətində tədbirlər planı hazırlanmışdır.

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində uğurlu hərbi əməliyyatlarda şəhid və qazi olan döyüşçülərin ailələri ilə mütəmadi görüşlər keçirilir onların problemləri ilə maraqlanılır, ehtiyacları öyrənilir və sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.

İl ərzində ayda bir dəfədən az olmayaraq  “Nümayəndə günü” keçirilmişdir. Keçirilmiş “Nümayəndə günü” iclaslarının gündəliyinə İƏD üzrə nümayəndəliklərin fəaliyyətində zəruri hesab olunan vacib məsələlər daxil edilməklə qəbul edilmiş qərarların icrası nəzarətdə saxlanılmışdır.

Müvafiq təlimatlara əsasən 2024-cü ildə nümayəndəliklərdə vətəndaşların qəbulu keçirilmiş, onların ərizə və şikayətlərinə mövcud normativ hüquqi aktlara əsaslanaraq baxılmışdır.

2024-cü il ərzində rayonun 44 kəndində səyyar görüş-qəbullar keçirilmiş, vətəndaşların səsləndirdiyi problem və təklifləri dinlənilərək həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.

İl ərzində bələdiyyələrin də fəaliyyəti diqqətdə saxlanılmışdır. Vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin həlli, təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi, layihələrin icrası, vergilərin toplanması, şəffaflığın təmin edilməsi  bələdiyyələrin fəaliyyət sahəsinin əsasını təşkil etmişdir.

Qeyd etməliyik ki, bələdiyyələrin fəaliyyətində müsbət işlərlə yanaşı nöqsanlar da az deyil. Vergilərin toplanmasına zəif münasibət ciddi nöqsanlardandır. Vətəndaşlar tərəfindən zəbt edilmiş bələdiyyə mülkiyyətində olan torpaqlar açılaraq ümumi istifadəyə verilmiş və bu işlər davam etdirilir.

2024-cü ildə olduğu kimi 2025-ci ildə rayonumuz üçün əlamətdar olacağına heç şübhəmiz yoxdur. Bütün İƏD üzrə nümayəndəliklərdə investisiya qoyulacaq sahələr müəyyənləşdirilməli, investorların hesabına kəndlərimizdə sahibkarlığın inkişafına nail olmalıyıq. Rayonumuz üçün xarakterik olan fındıqçılığın, baramaçılığın, tütünçülüyün, taxılçılığın, heyvandarlığın və digər kənd təsərrüfatı sahələrinin inkişafı üçün əhalini səfərbər etməklə məhsul bolluğu yaratmağa çalışmalıyıq.

2025-ci ildə əvvəlki illərdən fərqli olaraq daha effektli tədbirlərin görülməsi zərurətini və məsuliyyətini dərindən dərk edərək biz rayon üzrə icrası davam etdiriləcək və yeni start veriləcək layihələr müəyyənləşdirmişik.

Belə ki, yeni iş yerlərinin açılması üçün mövcud imkanlardan tam şəkildə istifadə etmək cari ildə əsas vəzifələrimizdən olacaqdır. 2025-ci ildə və növbəti illərdə rayona investorların cəlb edilməsi ilə turizmin, aqrar sektorun, yeni istehsal və emal müəssislərinin yaradılması nəticəsində yeni iş yerləri açılacaq və daha çox qeyri-məşğul vətəndaşı işlə təmin etmək mümkün olacaqdır. Bu, bizim gələcək fəaliyyətimizin əsasını təşkil edir.

Cari ildə yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulmasının davam etdirilməsi və SİP kabellərin çəkilməsi, yeni transformatorların quraşdırılması həyata keçiriləcəkdir.

Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində qarşıda daha böyük vəzifələr durur. 2024-cü ildə rayonda bir neçə yaşayış məntəqəsinin qazlaşdırılması ilə bağlı tədbirlər görüləcəkdir.

            2025-ci ildə “İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2023-cü il tarixli 4089 nömrəli sərəncamı ilə rayonun İvanovka, Uştal, Qalagah, Soltankənd, Hacıhətəmli, Ruşan, Vəng, Mollaisaqlı, Mücühəftəran kəndlərində yaşayan on bir min nəfər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə tikintisi həyata keçirilən magistral su kəmərinin, İvanovka kəndində 80 yerlik uşaq bağçasının, layihə dəyəri 7,9 milyon manat olan İvanovka sovqatları karamel-qənnadı fabrikinin, Bizlan kəndi ərazisində layihə dəyəri 3,4 milyon manat olan çaxır zavodunun, 1300 şagird yerlik 8 saylı tam otra məktəbin yeni binasının açılışı və Topçu kəndi ərazisində layihə dəyəri 39-41 milyon manat olan Coca-Cola istehsal müəssisəsinin təməlinin qoyulması nəzərdə tutulmuşdur.                                                                                                                   

Rayonda aqrar sahənin və sənayenin inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi cari ildə də nəzərdə tutulmuşdur. Baramaçılığın inkişafı ilə əlaqədar onun yem bazasının yaradılması və möhkəmləndirilməsi ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməlidir.

Şəhərdə çoxmənzilli binaların qızdırılması üçün yeni qazanxanaların tikilməsi də vacib məsələ kimi qarşıda durur.

Rayon ərazisində yol təsərrüfatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Təhsil, mədəniyyət və səhiyyə sahəsində də zamanın tələbinə uyğun tədbirlərin reallaşdırılması, maddi bazanın möhkəmləndirilməsi, innovasiyayönümlü layihələrin icrası, tikinti və təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

          

Cənab İlham Əliyevin 21 illik Prezidentlik fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf Proqramlarının hazırlanıb həyata keçirilməsi, ən müxtəlif sahələr üzrə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyələnir.

            Ötən 21 ildə ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, dövlətçiliyimiz, siyasi və iqtisadi müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycanın davamlı və dayanıqlı inkişafı, modernləşməsi təmin edilib, Respublikamız iqtisadi müstəqilliyini tam təmin edib, infrastruktur baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib, insanların həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb.

            Biz əminik ki, Azərbaycan Respublikasının rəhbərliyi altında müstəqil Azərbaycan uzun illər, həmçinin 2025-ci ildə öz uğurlu inkişafını davam etdirəcəkdir. Biz dünya ölkələri sırasında öz mövqeyimizi bir qədər də möhkəmləndirəcəyik.

            Dövlətimizin başçısı, güclü elmi və siyasi zəkaya malik bir lider olaraq Prezidentimizlə fəxr edir, qürur duyuruq. Biz ismayıllılar  ölkəmizin sürətli inkişafına qoşularaq bütün fəaliyyətimizi, cənab Prezidentin Fərman, Sərəncam, tövsiyə və tapşırıqları əsasında həyata keçirəcək, bölgəmizin inkişafı üçün var-qüvvəmizlə çalışacağıq.

 

                                                                                                                                                         Hörmətlə,

İsmayıllı Rayon

İcra Hakimiyyətinin başçısı:                                                        Nahid Bağırov

Keçidlər