Fəaliyyət
İsmayıllı rayonunun fəaliyyətdə olan kənd təsərrüfatı müəssisələri
İsmayıllı rayonunun fəaliyyətdə olan sənaye müəssisələri
İsmayıllı rayonunda fəaliyyətdə olan turizm obyektləri
2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran
vəzifələrlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun
Hesabatı
İsmayıllı rayonu 2018-ci ildə ümumi inkişafa inamla qoşulmuş, əsas fəaliyyət möhtərəm cənab Prezidentin tövsiyə və tapşırıqlarından, Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin icrasına yönəlmişdir. Mövcud imkanlardan səmərəli istifadə etməklə rayonda tikinti-abadlıq və quruculuq işlərinin davam etdirilməsi, iqtisadiyyatın inkişafına təkan verəcək infrastruktur və sosial layihələrin icrası, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, dayanıqlı inkişaf və sabitliyin qorunması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirilmişdir.
2018-ci il rayonumuz üçün yaddaqalan hadisələrlə zəngin olmuşdur. 25-26 avqust 2018-ci il tarixlərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva rayonumuza tarixi səfər edərək rayonun sosial-iqtisadi inkişafına təkan verəcək bir sıra istehsal, infrastruktur və sosial layihələrin, o cümlədən Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin layihəsi olan müasir heyvandarlıq kompleksinin, "Azərxalça” ASC-nin İsmayıllı filialının, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, Kürdmaşı-Kəlbənd-Girk, Keyvəndi-Bəhliyan və 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yollarının, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və qəsəbədə təbii qazın açılışında iştirak etmişlər. Səfər zamanı cənab Prezident rayonun gələcək inkişafı üçün öz tövsiyə və tapşırıqlarını vermişdir.
2018-ci ildə Gəndov kəndində modul tipli məktəb binasının və Xəlilli kəndində 40 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmış, Cülyan kəndində 40 yerlik uçaq bağçası əsaslı təmir olunmuş və hər üç obyekt istifadəyə verilmişdir. Uştalqışlaq və Girk kəndlərində modul tipli məktəb binalarının quraşdırılmasına, Basqal qəsəbə tam orta məktəbi üçün yeni 432 şagird yerlik məktəb binasının tikintisinə başlanmış və 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulmuşdur.
Heydər Əliyev parkında fəvvarələr əsaslı təmir olunmuş, “Günəşli” yaşayış massivində Mübariz Orucov, S.Ə.Şirvani, M.F.Axundov və Babək küçələrində hasarlar təmir edilmiş və divarlar rənglənmişdir.
İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir. Cümhuriyyətin 100 illiyi ərəfəsində 28 may küçəsində kommunikasiya xətlərinin yeri dəyişdirilərək küçə genişləndirilmiş, 1 saylı tam orta məktəbə yaxın ərazidə avtomobillərin park edilməsi məqsədilə dayanacaq yaradılmışdır.
Şəhərin Kamran Məmmədov, İstiqlal, Nuru paşa, 28 May, Babadağ, Füzuli, V.Əliyarov, Səməd Vurğun, Abdulla Şaiq küçələrində asfaltlanma işləri aparılmış, ümumilikdə qeyd olunan 8 küçə və bir dalana 4377 metr uzunluğunda 26260 kvadratmetr asfalt örtük vurulmuşdur.
Şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasının, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzinin, Tircan kəndi ərazisində “Bədo” sanatoriya-istirahət mərkəzinin, Talıstan kəndi ərazisində İstirahət kompleksinin və çoxsaylı digər obyektlərin tikintisi davam etdirilir.
2018-ci ildə rayon ərazisində 106 yaşayış evinin və 9 sahibkarlıq obyektinin inşasına razılıq verilmiş, 69 yaşayış evində aparılan yenidənqurma işləri sənədləşdirilmiş, 6 obyektin istismarına icazə sənədi verilmişdir.
İl ərzində əsas kapitala 91 milyon 714 min manat və ya əvvəlki ildən 6,7 faiz çox investisiya qoyulmuşdur. Adam başına düşən investisiya 75 manat artaraq 1069 manata çatmışdır. İnvestisiyanın 53 milyon 382 min manatı (58,2 faizi) özəl sektor tərəfindən həyata keçirilmişdir. Vəsaitin 85 milyon 371 min manatı (93,5 faiz) tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
2018-ci ildə rayonda faktiki qiymətlərlə 257 milyon 554 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19 milyon 248 min manat çoxdur. Adam başına düşən ümumi məhsul dəyər ifadəsində 214 manat artaraq 2969 manat təşkil etmişdir. Kənd təsərrüfatında 3,5 faiz, sənayedə 32,7 faiz, tikinti-quraşdırma işlərində 61 faiz, informasiya və rabitədə 10,3 faiz, ticarətdə 3 faiz artım əldə olunmuşdur.
Hesabat ilində əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi 3,7 faiz yüksələrək 192 milyon 920 min manata çatmış, keçən ildən 6 milyon 829 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 692 min manat artaraq, 27 milyon 612 min manat təşkil etmişdir.
2018-ci ildə rayonun yerli gəlir və xərcləri 6 milyon 837 min manat məbləğində təsdiq edilmişdir. Yerli xərclərin dotasiyasız, yerli gəlirlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 6 milyon 837 min manata qarşı 8 milyon 21 min manat (117 faiz) və ya 1 milyon 184 min manat artıq icra olunmuşdur.
İl ərzində büdcə vəsaitindən qənaətlə istifadə olunmuş, proqnoz göstəricilərlə müqayisədə xərc maddələri üzrə 301,6 min manat az vəsait sərf olunmuşdur.
Son illərdə Velosiped istehsalı zavodunun, İsmayıllı Tikiş fabrikinin, dam örtükləri istehsalı müəssisəsinin, Göyçay çayı üzərində Su elektrik stansiyalarının, “Azərxalça” ASC-nin İsmayıllı filialının, özəl sektor tərəfindən kiçik emal müəssisələrinin istifadəyə verilməsi nəticəsində 9 milyon 141 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2 milyon 252 min manat çoxdur. Ümumi məhsul istehsalında sənayenin payı 2013-cü ildə 2,6 faiz, 2017-ci ildə 2,9 faiz təşkil etdiyi halda, 2018-ci ildə bu göstərici 3,5 faizə yüksəlmişdir.
Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir və ümumi məhsul istehsalının 37 faizdən çoxu bu sahənin payına düşür. 2018-ci ilin məhsulu üçün 28821,5 hektar sahədə payızlıq, 3695 hektar sahədə isə yazlıq bitkilər olmaqla 33332 hektar sahədə əkin aparılmışdır. Dənli və dənli paxlalı bitkilər əkilmiş 30015,5 hektar sahədən 104 min 796 ton məhsul istehsal edilmiş, dəmyə şəraitdə məhsuldarlıq 34,8 sentner təşkil etmişdir ki, bu da respublika üzrə yüksək göstəricidir. 22 hektar sahədə tütün əkilmiş, 41,7 ton qurudulmuş tütün alıcı təşkilata təhvil verilmişdir. İstehsal əvvəlki ildən 14,6 ton artmışdır. 885 hektar sahədə kartof əkini aparılmış, hər hektardan 117,7 sentner olmaqla 10415 ton və ya əvvəlki illə müqayisədə 72 ton çox məhsul yığılmışdır. Sənaye üsulu ilə əkilmiş 200 hektar sahədən məhsuldarlıq 500 sentner olmuşdur. İl ərzində tərəvəz istehsalı 815 ton artaraq 8820 tona çatmışdır. Son illərdə 8423 kvadratmetr sahədə 78 istixana təsərrüfatı yaradılmışdır.1013 hektar üzüm bağından 4124 ton, 851 hektar meyvə bağından 8818 ton məhsul toplanmışdır. 2018-ci ilin yaz və payız mövsümündə 977,3 hektar sahədə yeni fındıq bağı, 104,3 hektar sahədə intensiv meyvə bağı, 22,8 hektar sahədə filloksera zərərvericisinə davamlı yeni üzüm bağı salınmışdır. 2019-cu ilin məhsulu üçün 29997 hektar sahədə şum çıxarılmış, 1267 ton fosforlu gübrə gətirilərək şum altına və səpinlə birlikdə verilmişdir. 23200 hektar buğda, 6173 hektar arpa, 70 hektar xəsil olmaqla, cəmi 29443 hektar sahədə payızlıq səpin aparılmışdır. Bu da keçən illə müqayisədə 622 hektar çoxdur. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan 7923 nəfər istehsalçıya əkib-becərdikləri 28219 hektar sahəyə görə 2 milyon 175 min manat subsidiya hesablanmış və ödəniş həyata keşirilmişdir. Rayonda taxıl toxumçuluğu ilə məşğul olan 4 təsərrüfat tərəfindən 732 hektar sahədə yüksək reproduksiyalı toxumla səpin aparılmış, 1174,5 ton yüksək kondisiyalı toxum istehsal edilərək fermerlərə satılmışdır. Toxumçuluq təsərrüfatlarına 100 min 471 manat subsidiya ödənilmişdir. Rayon üzrə 51 min 765 baş iri buynuzlu, 180 min 730 baş xırda buynuzlu heyvan, 281 min 885 baş quş və 17053 arı ailəsi mövcuddur. Rayon üzrə diri çəkidə 5413 ton ət, 35506 ton süd, 10 milyon 300 min ədəd yumurta, 408 ton yun istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə ət istehsalı 57 ton, süd istehsalı 556 ton, yumurta istehsalı 802 min ədəd və yun istehsalı 10 ton artmışdır. “Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamı ilə arıçılıqla məşğul olan 704 fiziki və hüquqi şəxsə saxladıqları arı ailəsinin hər birinə (pətəyə) 10 manat məbləğində subsidiyanın verilməsi məqsədi ilə müvafiq sənədlər hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunmuşdur.
Hesabat ilində 130 qutu barama gətirilmiş, 28 İnzibati ərazi dairəsi üzrə 53 kümçüyə paylanmış, 250 nəfər bu sahədə işlə təmin olunmuşdur. 3900 kiloqram barama təhvil verilmişdir. Bu 2017-ci illə müqayisədə 36,9 faiz çoxdur. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi üçün son üç ildə 27 min ədəd tut tingi əkilmişdir. Barama istehsalına görə 49 ailə 33 min 712 manat gəlir götürmüşdür. 2018-ci ildə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi faktiki qiymətlərlə 95 milyon 758 min manat təşkil etmişdir.
2018-ci il ərzində suvarmanı mütəşəkkil keçirmək məqsədi ilə rayon suvarma sistemləri İdarəsində 10 ədəd hidrometrik post və 40 ədəd hidrotexniki qurğu cari təmir olunmuş, suvarma kanalları vaxtaşırı olaraq lildən təmizlənmişdir. Daşqın və selə qarşı mübarizə məqsədi ilə çayların məcrasının təmizlənməsi həyata keçirilmişdir.
Baytarlıq idarəsi tərəfindən rayonda mal-qara və quşlar arasında epizootik vəziyyətin sağlam saxlanılması istiqamətində əsaslı işlər görülmüşdür. 2018-ci ildə rayon ərazisində heç bir qorxulu yoluxucu xəstəlik baş verməmişdir.
Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən il ərzində 434 ədəd nəqliyyat vasitəsi texniki baxışdan keçirilmişdir. İl ərzində 23 ədəd dövlət qeydiyyat nişanı, 22 ədəd qeydiyyat şəhadətnaməsi, 13 ədəd qeydiyyat talonu verilmişdir.
“Aqrolizinq” ASC-nin İsmayıllı rayon bölməsi tərəfindən texnikanın istismarına görə dövlət büdcəsinə 96772 manat vəsait ödənilmişdir.
2018-ci ildə rayonda infrastrukturun inkişafı diqqət mərkəzində olmuşdur. Topçu, Qalacıq, Buynuz, Sumağallı, İstisu və Çayqovuşan kəndlərinin və ərazidə yerləşən obyektlərin enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə Topçu kəndi ərazisində yeni 110/35/10 kilovoltluq 10 meqavat-amper gücündə yarımstansiya tikilmiş və ətraf kəndlərlə əlaqələndirilməsi üçün 1,8 kilometr 10 kilovoltluq 2 dövrəli xətt çəkilmişdir.
Rayon ərazisində 10 kilovoltluq elektrik verilişi xətlərində ümumilikdə 290 ədəd, 0,4 kilovoltluq elektrik verilişi xətlərində 65 ədəd qəzalı dirək dəyişdirilmiş, 19,5 km kabel xətti çəkilmiş, 2 ədəd 160 kilovolt-amper gücündə yeni transformator quraşdırılmışdır. “İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyaları il ərzində 6 milyon 623 min kilovat-saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürmüşdür. İsmayıllı Elektrik Şəbəkəsi 23 min 567 abonentə xidmət göstərir. Onların da 21 min 532-sı əhali, 2035-i qeyri-əhali abonentləridir. 2018-ci ildə İsmayıllı Elektrik Şəbəkəsinə 63 milyon 619 min kilovat-saat enerji daxil olmuş, istehlakçılara 57 milyon 257 min kilovat-saat faydalı enerji ötürülmüşdür. İllik yığım 87 faiz yerinə yetirilmişdir.
Rayonun 108 yaşayış məntəqəsindən 43-ü təbii qaz yanacağı ilə təmin olunmuşdur. İsmayıllı Qaz Xidmət Sahəsi 17 min 328 abonentə xidmət göstərir ki, bunun da 17 min 130-u əhali, 198-i qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 27,7 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 94,4 faiz ödənilmişdir. İl ərzində 377 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, layihə-smeta sənədləri əsasında 117 ədəd yeni sayğac quraşdırılmışdır. Rayonun Qaraqaya, Gəndov, Namazgah, Ərəgit kəndlərinin və Lahıc qəsəbəsinin qazlaşdırılması başa çatdırılmışdır. Qazlaşdırılmamış 65 yaşayış məntəqəsində 4220 ev təsərrüfatı mövcuddur. Rayonda qazlaşdırma səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər görülür. Hazırda Qalacıq kəndinin qazlaşdırılması davam edir. Kənddə daşıyıcı və paylayıcı küçə xətlərinin itikintisi aparılmış, 300 mənzilə paylayıcı qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. 2018-ci ildə 2017-ci illə müqayisədə qazdan istifadə edən abonentlərin sayı 1394 vahid artmışdır.
İsmayıllı Telekommunikasiya Qovşağı il ərzində 678 mənzilə yeni telefon xətti çəkmiş, 138 abunəçinin telefon xətti yenidən bərpa olunmuşdur. İlin əvvəlindən qovşaq üzrə şəhər və kənd elektron ATS-lərinin daxili xətt şəbəkəsində qəzalı vəziyyətdə olan dirəkləri əvəz etmək üçün 135 ədəd dəmir beton calaq, 122 ədəd dəmir və 104 ədəd ağac dirək, 7055 metr naqıldən istifadə olunmuşdur. Əhaliyə göstərilən internet xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 2,3 kilometrdən çox fiber-optik kabel xətti çəkilmiş, 3 ədəd germetik şkaf quraşdırılmışdır. Görülmüş işlər nəticəsində özəl provayderlərlə birgə internet istifadəçilərinin sayı 1002 nəfər artaraq 6148-ə çatmışdır.
İsmayıllı Poçt Filialı bir müştəri xidməti, bir şəhər və 25 kənd poçt şöbəsi vasitəsi ilə əhali və təşkilatlara poçt, bank-maliyyə xidmətləri göstərir. İl ərzində filial 263,2 min manat gəlir əldə etmişdir. Əhaliyə 184,7 min manat poçt xidməti və 87,6 min manat bank-maliyyə xidmətləri göstərilmişdir. Xidmətlərin səviyyəsinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülmüşdür.
İsmayıllı Sukanal Sahəsi 7211 əhali, 237 büdcə və kommersiya obyektinə xidmət göstərir. İl ərzində su və kanalizasiya xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Xəlilli, Əyyubbəyli, Gideyli, Çayqovuşan, Çərmədil, Quşencə və Zoğallıq kəndlərində nəzərdə tutulmuş tədbirlər başa çatdırılmışdır. “Azərsu” ASC-nin xətti ilə Quşencə, Zoğallıq və Çərmədil kəndlərinə su xətti çəkilmiş və küçələrdə 34 ədəd bulaq quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Bütün bunlarla yanaşı bəzi yaşayış məntəqələrinin su problemi öz həllini gözləməkdədir. Müxtəlif mənbələrdən daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına rayonun bütün yaşayış məntəqələrinin su təchizatı yaxın illərdə tam həllini tapacaqdır.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün şəhərdaxili marşrutlar genişləndirilmişdir. İsmayıllı avtovağzalından müntəzəm olaraq Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə və Göyçay istiqamətlərində marşrutlar fəaliyyət göstərir.
Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 340 min kv.metr sahəsi olan küçə və meydanlara, 25 hektar yaşıllıq sahəsinə qulluq edir və küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. 2018-ci ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 1 milyon 205 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 427 min manat çoxdur. İl ərzində şəhər ərazisində əvvəlki illərdə yaranmış zibilliklər ləğv edilmiş, ümumilikdə 18 min kubmetr bərk məişət tullantıları poliqona daşınaraq zərərsizləşdirilmişdir. Şəhər ərazisində yaşıllıqların suvarılması üçün plastik borularla 550 metr su xətti çəkilmişdir. İl ərzində 3260 ədəd bəzək ağacı və gül kolu əkilmiş, onlara aqrotexniki qaydada qulluq göstərilmişdir.
Mənzil istismar sahəsi 45 çoxmərtəbəli və 87 birmərtəbəli yaşayış binasında yerləşən 977 mənzildə yaşayan 3908 nəfər əhaliyə mənzil-kommunal xidmətləri göstərir. Xidmətdə olan mənzillərin 787-si tam özəlləşdirilmiş, 190-nı isə qeyri-özəldir. İl ərzində müəssisədaxili planlaşdırmaya müvafiq olaraq binalarda xidmət və təmir işləri görülmüşdür. Şəhərinin Ə.Mahmudov küşəsində 4, M. F. Axundov küçəsində 3, H.B.Zərdabi küşəsində 2, Heydər Əliyev prospekti, Nizami və Cavanşir küçəsinin hər birində bir ümumyaşayış binasının daxili və xarici kanalizasiya xətləri təmir olunmuşdur. M. F. Axundov küçəsi 34 “a” ünvanında yerləşən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşadığı binanın birinci mərtəbəsində yerləşən 8 mənzil əsaslı təmir edilmişdir.
Qeyd etmək lazımdır ki, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkə başçısının daim diqqət mərkəzindədir. İsmayıllı şəhərində istismar müddəti başa çatmış 3 ikimərtəbəli və 4 birmərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 avqust 2018-ci il tarixli Sərəncamına əsasən 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 (üç) milyon manat vəsait ayrılmış və binanın tikintisinə başlanılmışdır.
Ölkəmizdə əhalinin sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasəti rayonumuzda uğurla davam etdirilir. 01 yanvar 2019-ci il tаriхə Dövlət Sosial Müdafiə Fondu İsmayıllı Rayon Şöbəsinin uçot qеydiyyаtındа olаn əmək pеnsiyаçılаrının ümumi sаyı 13074 nəfər, sosial müavinət alanlar 4369 nəfərdir.
İl ərzində əmək pensiyalarının ödənilməsinə 29 milyon 976 min manat və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə 949,7 min manat vəsait sərf olunmuş, pensiya və müavinətlər üzrə cəmi xərclər 31 milyon 63 min manat təşkil etmişdir. Vəsaitin 19 milyon 870 min mаnаtı (64 faiz) Rеspublikа Fondundаn köçürülımüş, qalan vəsait (36 faiz) isə yerli daxilolmalar hesabına reallaşdırılmışdır.
İl ərzində 4429 nəfər sosial müavinət alana 4 milyon 643 min manat məbləğində vəsait ödənilmişdir.
2018-ci il ərzində sığortaedənlərdən 456,8 min manat vəsait işsizlikdən sığorta fonduna daxil olmuşdur.
01 yanvar 2019-cu il tarixə rayonda 106 ailə ünvanlı dövlət sosial yardımı alır. Hər ailəyə düşən orta aylıq məbləğ 164 manat 94 qəpik, adambaşına düşən aylıq məbləğ isə 42 manat 13 qəpik təşkil edir. Şöbə rayon ərazisində 211 nəfər ahıl və əlil vətəndaşa evlərində sosial məişət xidməti göstərir.
Rayon Məşğulluq Mərkəzində 330 idarə, müəssisə, təşkilat və sahibkar qeydiyyatdadır. Bunlardan hazırda 260-ı fəaliyyət göstərir. İl ərzində 1571 nəfər vətəndaş rayon məşğulluq mərkəzinə müraciət etmiş və onlardan 1382 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. 2018-ci il ərzində 506 nəfər işlə təmin edilmişdir. Onların 114 nəfəri gənc, 84 nəfəri qadın, 2 nəfəri isə qaçqın və məcburi köçkün olmuşdur. “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi ilə əlaqədar hesabat dövründə 13 nəfərə işsiz statusu verilmiş və onlara işsizlikdən sığorta müavinəti ödənilmişdir. 24 may 2018-ci il tarixdə rayonda “Əmək yarmarkası” keçirilmiş, 61 idarə, müəssisə və təşkilat tərəfindən 241 boş iş yeri təqdim olunmuş, vakansiyalara 103 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmiş, 96 nəfər işlə təmin olunmuşdur.
01 yanvar 2019-cu il tarixə rayonda əhalinin sayı 86735 nəfərdir. Onların 44600 nəfəri iqtisadi fəal əhalidir. İşsizlər 2100 nəfər və ya 4,7 faiz təşkil edir. “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə əhalinin özünüməşğulluğuna kömək göstərilməsi məqsədilə Mərkəzdə qeydiyyatda olan 107 nəfər aztəminatlı ailə aprel-oktyabr aylarında bir aylıq kurslara cəlb olunmuşdur. Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla, təkmilləşdir” metodologiyasına uyğun olaraq təlim prosesinə cəlb olunmuş iştirakçılardan 93 nəfərin təlim prosesi başa çatmış və öz aktivlərini almışlar.
Rayonda 2018-ci ildə 1095 yeni iş yeri açılmışdır ki, bunun da 815-i daimi iş yerləridir. İş yerlərinin 55-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 334-ü mövcud müəssisə və təşkilatlarda, 426-sı isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanındadır.
İl ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına 22 layihə üzrə 2 milyon 247 min manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, 113 yeni iş yeri açılmışdır.
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində rayon üzrə 81 akt, 8 protokol və 16 ədəd icrası məcburi olan göstəriş verilmişdir. Ətraf mühitə atılan tullantılara görə 35 nəfər hüquqi və fiziki şəxsə 11760 manat ödəmə verilmiş, bunun 10360 manatı ətraf mühitin mühafizəsi fonduna köçürülmüşdür.
2018-ci il ərzində Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı meşəbəyliyində 44 hektar sahədə fındıq, 46 hektar sahədə qoz bağı salınmışdır. 28 hektar sahə kol-kosdan təmizlənmiş, 64 hektar sahədə meşə-bərpa işləri aparılmışdır. İl ərzində tinglik sahəsində 30 min ədəd fındıq tingi əkilmişdir. Meşələrin mühafizəsi ilə əlaqədar həyata keçirilən tədbirlərin səmərəsi artırılmışdır.
Zəngin təhsil və ziyalılıq ənənələri olan İsmayıllıda dövlət təhsil siyasəti uğurla həyata keçirilir. Rayon üzrə 77 ümumtəhsil məktəbi, o cümlədən 46 tam, 21 ümumi, 10 ibtidai məktəb fəaliyyət göstərir. həmin məktəblərdə 813 sinif komplekti olmaqla 11212 nəfər şagird təhsil alır. Cari dərs ilində rayonda 2 məktəbdənkənar müəssisə - Uşaq Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər Şahmat İdman Məktəbi fəaliyyət göstərir.
Son illərdə rayonda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi, maddi-texniki bazanın möhkəmləndirilməsi, təhsilə yeni texnologiya və innovasiyaların tətbiqi sahəsində əsaslı işlər görülmüş, təhsilin məzmununda, inkişaf istiqamətlərində mühüm yeniliklər baş vermişdir. 2018-ci ildə Vəng, Mücühəftəran, Topçu, Kürdmaşı kənd tam orta və Bizlan ümumi orta məktəblərində cari təmir işləri aparılmışdır. Rayonda müntəzəm olaraq təhsilin inkişafı sahəsində tədbirlər davam etdirilir. 2018-ci ildə ümumtəhsil məktəblərinin XI siniflərini 752 nəfər bitirmiş, buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək tam orta təhsil haqqında attestat almışdır. Lahıc qəsəbə tam orta məktəbin məzunu Yarməmmədli Niyalə orta məktəbi qızıl, İvanovka kənd tam orta məktəbinin məzunu Orlova Anna isə gümüş medalla bitirmişdir. 49 nəfər məzuna fərqlənmə attestatı verilmişdir. 2018-ci ilin tələbə qəbulunda rayonumuzun nəticələri sevindirici olmuşdur. 683 nəfər məzun ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 360 nəfər abituriyent tələbə adını qazanmışdır. İmtahanlarda şəhər 6 nömrəli tam orta məktəbin məzunu Vasif Əsədov 700 bal, 38 nəfər 600-dən, 87 nəfər 500-600 arası bal toplamışdır. Tələbə qəbulu imtahanlarında göstərdikləri yüksək nəticələrə görə şəhər 6 nömrəli tam orta məktəbin məzunları Vasif Əsədov və Ramil Ağayev Prezident təqaüdünə layiq görülmüşlər. Respublika Təhsil Nazirliyinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində İvanovka kənd tam orta məktəbinin XI sinif şagirdi Anna Orlova II yer, şəhər 3 nömrəli məktəb-liseyin X sinif şagirdi İlknur Murad III yer tutmuşdur. “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbin və şəhər 3 nömrəli məktəb-liseyin şagirdləri qaliblər sırasında olmuşlar. Dərs ilinin sonunda rayonun istedadlı şagirdlərinin hesabat xarakterli toplantısı keçirilmiş, beynəlxalq və respublika səviyyəli yarış, müsabiqə və layihələrdə uğur qazanmış 140 nəfərdən artıq istedadlı şagird rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin Fəxri Fərmanları, qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. “Təhsildə inkişaf və inovasiyalar üzrə Qrant müsabiqəsi”ndə müəllimlərimiz uğurlu nəticələrə nail olmuşlar. Birinci müsabiqədə 4 nəfər, ikinci müsabiqədə isə 5 nəfər müəllim qaliblər sırasında yer tutmuşdur. “Elektron təhsil” Respublika müsabiqəsində də nəticələrimiz uğurlu olmuş, 3 nəfər müəllimimiz mükafata layiq görülmüşdür. Şəhər 1 nömrəli tam orta məktəbin beş nəfər və şəhər 5 nömrəli tam orta məktəbin bir nəfər müəllimi “Avropa keyfiyyət nişanı”na layiq görülmüşdür. Şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xatirə Nuriyeva BMT-nin Ərzaq Proqramı çərçivəsində “Vəhşi təbiətin nemətlərindən xalq kulinariyasında istifadə olunması” layihəsində qalib gələrək İtaliyada keçirilən Beynəlxalq tədbirə qatılmışdır. 2018-ci ildə cənab Prezidentin Sərəncamı ilə şəhər 6 nömrəli tam orta məktəbin direktoru Qalib Bəşirova “Əməkdar müəllim” adı verilmiş, şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Abdullayeva “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bütün bunlarla yanaşı, rayonda təhsil sahəsində həlli vacib bir sıra problemlər də mövcuddur. Rayon mərkəzində yeni məktəb binasının tikintisinə ciddi ehtiyac vardır. Rayonun Güyüm, Sədiyan, Tircan (ferma), Kələzeyvə və şəhər 8 nömrəli ibtidai məktəbinin müasir binaya ehtiyacı vardır.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci rayonun sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli tədris müəssisəsidir. Kollecdə təhsil və tərbiyə işi müasir təhsilin tələbləri əsasında ənənəvi və kredit sistemi ilə standartlara uyğun aparılır. Bu tədris müəssisəsində ümumi tələbə sayı 585 nəfərdir. 2018-2019-cu tədris ili üçün kollecə 12 ixtisas üzrə 235 nəfər tələbə qəbul olunmuşdur. 2018-ci ildə kolleci 116 nəfər məzun bitirmiş, onlardan 4 nəfəri fərqlənmə diplomu alımışdır. Cari dərs ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən kollecə üç ixtisas-baytarlıq, “Meşə-park təsərrüfatının təşkili, “Turist-mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisasları verilmişdir.
480 yerlik Peşə Tədris Mərkəzi müasir peşə tədrisi tələblərinə cavab verən, bu sahədə islahatların uğurla həyata keçirildiyi bir müəssisəyə çevrilmişdir. Mərkəzdə 13 qrup üzrə 253 nəfər şagird təhsil alır. Burada turizm, kənd təsərrüfatı, iaşə, inşaat və digər sahələr üçün peşəkar ustalar hazırlanır. 2018-ci ildə Tədris Mərkəzini bitirən 181 nəfərdən 37 nəfəri işlə təmin olunmuşdur. Mərkəzdə dərslər yeni təlim metodu ilə həyata keçirilir. Alman Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində bu il kənd təsərrüfatı və turizm sahəsi üzrə modul tipli ixtisaslar fəaliyyətə başlamışdır.
Rayonda 10-u dövlət, biri özəl müəssisə olmaqla 11 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 3-ü körpələr evi-uşaq bağçası, 8-i isə uşaq bağçasıdır. Bağçalara 414 nəfər məktəbəqədər yaşlı uşaq cəlb olunmuşdur. Rayonda 1-5 yaş arası uşaqların sayının 6 min nəfərdən çox olduğunu nəzərə alsaq, bu da təqribən 7 faiz təşkil edir. Bağçalarda uşaqların təlim-tərbiyəsi ilə 53 nəfər pedaqoji işçi məşğul olur. Gəraybəyli və Cülyan kəndlərindəki bağçalar istisna olmaqla, qalan bağçalar kombi sistemi vasitəsi ilə qızdırılır. Ölkə başçısının 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə şəhərdə 100 yerlik uşaq bağçasının tikilməsi üçün 1,5 milyon manat vəsait ayrılmışdır. 2019-cu il ərzində bu məktəbəqədər təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi gözlənilir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illərdə rayonumuzda əsaslı tədbirlər həyata keçirilmişdir. İl ərzində 1200 doğum və 541 ölüm hadisəsi qeydə alınmış, təbii artım 659 nəfər olmuşdur. Əhalinin hər min nəfərinə düşən doğulanlar 13,8 nəfər, ölənlər isə 6,2 nəfər təşkil etmişdir. 553 nikah qeydiyyatı və 97 boşanma halı baş vermişdir.
2018-ci ilin fevral-may aylarında respublikada aparılan dispanserizasiya rayonumuzda da uğurla həyata keçirilmiş, 55353 nəfər tibbi müayinəyə cəlb olunmuşdur. Bunlardan 849 nəfər ambulator, 176 nəfər stasionar müalicə edilmiş, 75 nəfər Bakı şəhərinə və Respublikanın digər ərazilərində yerləşən müalicə mərkəzlərinə göndərilmişdir. Hesabat ilində 1476 nəfər şəkərli diabet xəstəsi, 465 nəfər vərəmli xəstə, 94 nəfər talassemiyalı xəstə, 26 nəfər xroniki böyrək çatışmazlığı xəstəsi, 18 nəfər dağınıq skleroz xəstəsi qeydiyyatda olmuş, müalicələrini davam etdirmiş, 81 nəfər onkoloji xəstə ilkin qeydiyyata götürülmüşdür. 2018-ci ildə nikaha daxil olan 456 cütlüyün və 27 nəfərin tək ilkin müayinəsi aparılmış, bunlardan 9 nəfərdə talassemiya xəstəliyi, 58 nəfərdə talassemiya daşıyıcısı, 4 nəfərdə isə digər xəstəliklər aşkar edilmişdir. İl ərzində uşaqlar arasına heç bir kütləvi kəskin infeksion xəstəlik baş verməmişdir. Dövlət proqramına uyğun olaraq 6812 nəfər uşaq icbari dispanserizasiyadan keçirilmişdir. İsmayıllı Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən yaşayış məntəqələrinin sanitar-gigiyenik rejiminin gözlənilməsi, ətraf mühitin sanitariya mühafizəsi sahəsində tədbirlər həyata keçirilmişdir, su təchizatı sisteminə sanitariya nəzarəti gücləndirilmişdir. Bununla belə rayonun səhiyyə sahəsində nöqsan və çatışmazlıqlar da mövcuddur. Hazırda səhiyyə müəssisələrində 98 həkim, 332 orta tibb işçisi çalışır Əhalinin hər min nəfərinə cəmi 1,1 nəfər həkim, 3,9 nəfər orta tıbb işçisi düşür. Rayon üzrə 38 həkim və 25 orta tibb işçisi yeri vakantdır. Hesab edirəm ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi rayonun tibb işçilərinə olan tələbatını nəzərə alaraq, kadrlarla təmin olunması üçün müvafiq köməklik göstərəcəkdir.
Avqust ayında cənab Prezident İlham Əliyevin Azərbaycanın unikal mədəni mərkəzlərindən biri olan Lahıca tarixi səfəri, bir qədər sonra Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında və İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı imzaladığı sərəncamlar Azərbaycan mədəniyyətinə, onun tarixi abidələrinin qorunmasına yüksək diqqət və qayğının təzahürüdür. Məlum olduğu kimi, Lahıc və Basqalda tarixən xalq sənətkarlığının dəmirçilik, misgərlik, ipəkçilik, xalçaçılıq və digər sənət növləri yaranmış, yaşamış və bir çoxu günümüzə qədər gəlib çıxmışdır. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Lahıc və Basqal qəsəbəsi barədə ölkə başçısının söylədiyi fikirlər bizi bu iki unikal məkanın inkişafına daha diqqət və məsuliyyətlə yanaşmağa istiqamətləndirir.
İsmayıllıda turizmin inkişafı üçün çox əlverişli potensialın olduğunu cənab Prezident dəfələrlə qeyd etmişdir. Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli 255 nömrəli Qərarına əsasən İsmayıllı Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlamışdır. Kəndlərdə yaşıl turizm ilə məşğul olan şəxslərlə görüşlər keçirilmiş, məlumat bazası yaradılmış, bukletlər hazırlanmış, rayon üzrə tur marşrutlarının xəritəsi hazırlanmışdır. Rayon ərazisində 32 istirahət mərkəzi fəaliyyət göstərir. Bu istirahət mərkəzlərində 1611-dən çox yataq yeri vardır. 2018-ci ildə rayona 105 min 823 nəfər turist gəlmişdir ki, bunların da 14613 nəfəri xarici turistlər olmuşdur.
2018-ci ildə rayonda Dövlət-gənclər siyasəti uğurla davam etdirilimişdir. Rayon Gənclər İdarəsi YAP rayon təşkilatınin gənclər birliyi, Rayon Təhsil Şöbəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzi ilə işgüzar əlaqələri gənclərin vətənpərvərlik, doğulub boya-başa çatdığı torpağa məhəbbət ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynamışdır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın tələblərinə uyğun tədbirlərin icrası davam etdirilmiş, şeir ifaçılığı, rəsm, inşa yazı müsabiqələri, bilik və idman yarışları, intellektual yarışlar keçirilmişdir. Dövlət bayramları və anım günlərinə həsr olunmuş tədbirlərdə gənclərin fəal iştirakı təmin edilmiş və yüksək səviyyədə qeyd olunmuşdur. Hesabat dövründə gənclərlə iş sahəsində 49, o cümlədən 18-i respublika və 31-i rayon miqyaslı tədbir keçirilmişdir. Tədbirlərdə 4 min nəfərdən çox gəncin iştirakı təmin edilmişdir
2018-ci ildə rayonda idmanın müxtəlif növləri üzrə 68 tədbir keçirilmişdir ki, bu tədbirlərin 3-ü beynəlxalq, 28-i respublika və 37-si rayon miqyaslı olmuşdur. İdman tədbirlərində 4258 nəfər idmançı iştirak etmiş, müxtəlif idman növləri üzrə öz imkanlarını sınamışdır. İl ərzində respublikada keçirilən yarışlarda idmançılarımız 35 qızıl, 13 gümüş, 12 bürünc, beynəlxalq yarışlarda 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışlar. Olimpiya İdman Kompleksi rayonda gənc idmançıların yetişməsində, gənclərin fiziki hazırlığının inkişafı sahəsində məqsədyönlü iş aparır.
İqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili Rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olmuşdur. İdeya-siyasi işdə, ictimai-siyasi fəaliyyətdə Azərbaycan Respublikası Konstitusiyası, Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqları, müvafiq qanunvericilik aktları əsas götürülür. Rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş, tapşırıq və tövsiyələrinə uyğun aparılır, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin nəticələri əhali arasında geniş təbliğ olunur. İdeoloji işin gücləndirilməsi üçün Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli istifadə edilir. 2018-ci ildə Mərkəzdə 60-dan çox tədbir keçirilmiş, 12 minə yaxın ekskursiyaçı buranı ziyarət etmişdir.
Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirləri Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatı ilə birgə aparır. Rayonda YAP üzvlərinin sayı 8499 nəfərə çatmışdır və bölgədə ən güclü siyasi qüvvə olaraq fəaliyyət göstərir. Hesabat ilində 151 nəfər partiya sıralarına qəbul olunmuşdur ki, onların da 134 nəfərini gənclər, 92 nəfərini qadınlar təşkil edir.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi problemli ailələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərini həll etmək, ailələrinin yaşayış səviyyələrini yüksəltmək məqsədi ilə ardıcıl iş aparmışdır. İl ərzində Mərkəzə 382 müraciət daxil olmuş, 39 tədbir keçirilmiş, tədbirlərdə 1300 nəfərin iştirakı təmin edilmişdir. Məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı mərkəzə daxil olmuş müraciətlər araşdırılmış və müsbət nəticələr əldə olunmuşdur. 245 nəfər qadın və uşaq Qadın İcma İnformasiya Mərkəzindən istifadə etmişdir. İl ərzində 91 problemli ailəyə səfər edilmiş, 130 xüsusi halla bağlı iş davam etdirilmişdir.
2018-ci ildə daha 3 ölkənin, İsrailin Kiryat-byalık, Çexiyanın Çeşke-budoyevitse və Özbəkistanın Riştan şəhərləri ilə rayonumuz arasında əməkdalıq müqaviləsi imzalanmışdır. Əvvəlki ilərdə imzalanmış müqavilələrə əsasən tədbirlər davam etdirilmişdir. Beləliklə, Dünyanın 7 ölkəsinin şəhəri ilə əməkdaşlıq tədbirləri həyata keçirilir.
İsmayıllıda tolerantlıq mühiti hökm sürür. Dinlərə, müxtəlif milli və dini qruplara münasibətdə heç bir ayrıseçkiliyə yol verilmir. Rayonda 26 məscid, 16 dini icma, 4 ibadət evi vardır. Dini icmalardan 15-i islam və biri xiristian təmayüllüdür. Rayonda ənənəvi dinlərə mənsublar üçün bərabər şərait yaradılmışdır. 24 dekabr 2018-ci il tarixdə Heydər Əliyev Fondu tərəfindən İvanovka kənd dini icmasına “Qazel” markalı mikroavtobus hədiyyə olunmuşdur. Dini maarifləndirmənin həyata keçirilməsi məqsədilə rayonda müntəzəm olaraq müxtəlif mövzularda tədbirlər həyata keçirilmişdir.
“İsmayıllı xəbərləri” qəzeti maraqlı və məzmunlu yazıları ilə oxucuların diqqətini cəlb edir, rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırır. Qəzetin nəzdində “Dağ çiçəkləri” ədəbi məclisi fəaliyyət göstərir. Bölgədə “İsmayıllı Yazarları Ədəbi-İctimai Birliyi” yaradılmasıdır. Hər iki birlik rayonun ədəbi mühitinin formalaşmasında mühüm rol oynayır, gənc istedadları üzə çıxarır, onları bir araya gətirir.
Rayon İcra Hakimiyyəti yanında İnzibati Komissiyaya inzibati xəta haqqında 7 protokol daxil olmuşdur. İnzibati xəta törətmiş altı nəfər barəsində cərimə tətbiq olunmuş, abadlıq qaydalarını pozduğuna görə bir nəfər barəsində protokol tərtib edilmişdir.
Hesabat ilində İsmayıllı Rayon İcra Hakimiyyətinə cəmi 1458 vətəndaş müraciəti daxil olmuşdur. Müraciətlərin 379-u Prezident Administrasiyasından, 16-sı Milli Məclisdən, 22-si Nazirlər Kabinetindən və 45-i Respublikanın digər təşkilatlarından baxılmaq üçün rayon icra hakimiyyətinə göndərilmişdir. Vətəndaşlar tərəfindən birbaşa 996 müraciət, o cümlədən elektron poçtla 62 və 164 nömrəli “Qaynar xətt” vasitəsi ilə 182 müraciət daxil olmuşdur. Müraciətlərin 1303-ü ərizə, 153-ü şikayət, ikisi təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 10,5 faizini təşkil etmişdir. Daxil olmuş müraciətlərin 391-i müsbət, 120-si qismən həll edilmiş, 851-nə müvafiq izahat verilmiş, 15-i əsassız sayılmış, 7-si isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. 41 müraciət baxılmaq üçün aid qurumlara göndərilmişdir.
187 nəfər vətəndaşa müvafiq komissiyanın rəyi ilə 37 min 290 manat yardım göstərilmişdir. Bunlar əsasən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müxtəlif kateqoriyadan olan birinci qrup əlillər, uzun sürən xəstəliklərdən əziyyət çəkən aztəminatlı vətəndaşlar olmuşdur.
Rayon icra hakimiyyətinin başçısı tərəfindən yerlərdə 58 səyyar görüş-qəbul keçirilmiş, 4582 nəfər qəbula gəlmiş, 338 nəfər Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, 414 məsələ barəsində fikirlərini bildirmişdir. Bundan əlavə, İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı və onun müavinləri, şöbə müdirləri tərəfindən 1952 nəfər vətəndaş qəbul edilmişdir.
2018-ci ildə RİH-nin sosial şəbəkələrdə də fəaliyyəti təmin edilmişdir. Belə ki, icra hakimiyyətinin www.facebook.com, www.twitter.com, www.instaqram.com və www.yootube.com sosial şəbəkələrində rəsmi səhifələri açılmış, rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.
Rayon icra hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2018-ci ilin yanvar ayında İnzibati ərazi dairələri üzrə nümayəndəliklərdə 2017-ci ildə görülmüş işlərə dair hesabat yığıncaqları keçirilmişdir. Bu yığıncaqlarda əhali tərəfindən qaldırılan məsələlər təhlil olunmuş, ümumiləşdirərək həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Ötən dövr ərzində əhalini narahat edən və yığıncaqlarda səsləndirilmiş 81 problem öz həllini tapmışdır. İl ərzində bələdiyyələrdə vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin həlli, təmizlik, abadlıq və yaşılaşdırma işlərinin həyata keçirilməsi, digər layihələrin icrası, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər sahələrdə görülən işlər daha da gücləndirilmişdir.Fevral və iyul aylarında rayonun bütün bələdiyyələri görülmüş işlərlə əlaqədar seçiciləri qarşısında hesabat vermişdir. Hesabatlar dövründə bələdiyyələri tərəfindən “Bir bələdiyyə azı bir layihə” çərçivəsində ümumilikdə 93 layihə icrasını tapmışdır. “Demokratiya həftəsi”ndə vətəndaşlarla keçirilmiş 72 görüşdə 4159 nəfər sakin iştirak etmiş, “Açıq qapı” günlərində 467 nəfər vətəndaş qəbul edilərək problemləri və təklifləri dinlənilmişdir.
2019-cu ildə qarşımızda daha böyük və daha əzəmətli vəzifələr durur. Daha effektli tədbirlərin görülməsi zərurətini və məsuliyyətini dərindən dərk edərək İsmayıllı rayonu üzrə icrası davam etdiriləcək və yeni start veriləcək layihələr müəyyənləşdirilmiş, konkret inkişaf planı hazırlanmışdır. Rayonda sənayenin inkişafı diqqət mərkəzində olacaq. Yeni tikilən Xalça emalatxanasının tikintisi başa çatdırılacaqdır. Yaxın gələcəkdə fındıq təmizləmə zavodunun tikintisi nəzərdə tutulmuşdur. Sənaye məhəlləsinin yaradılması üçün də müvafiq tədbirlər görüləcək,iş adamları tərəfindən emal müəssisələrinin açılması üçün tədbirlər davam etdiriləcəkdir. 2019-cu ildə rayonda “ABAD” (Ailə Biznesinə Asan Dəstək) Mərkəzi rayonun sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına və dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərən ailələrin biznesinə təkan verəcəkdir. Sertifikatlaşdırma, qablaşdırma, dizayn, marketinq və digər xidmətlərin bir mərkəzdə fəaliyyət göstərməsi istehsal olunan məhsulların maya dəyərinin azalmasına imkan verəcək, həmçinin ailə təsərrüfatlarına istehsal şəraitinin yaxşılaşdırılması və innovativ texnologiyaların tətbiqinə şərait yaradacaqdır.
Kiçik təsərrüfatların lazımi səmərə vermədiyini nəzərə alaraq Kənd təsərrüfatı Kooperasiyalarının və Ailə kəndli-fermer təsərrüfatlarının yaradılması məqsədi ilə izahat və maarifləndirmə tədbirləri davam etdiriləcək, bitkiçilik sahəsində yüksək məhsul əldə olunması məqsədilə torpaqbecərmə işlərinin mütərəqqi təcrübə və qabaqcıl texnologiyalar əsasında aparılması, payızlıq və yazlıq əkinlər üçün yay və dondurma şumunun vaxtında çıxarılmasının əhəmiyyəti barədə fermerlərlə daimi iş aparılacaqdır.
Fındıqçılığın kənd təsərrüfatının gəlirli sahələrindən biri, rayonumuzun torpaq və iqlim şəraitinə çox uyğun olduğunu nəzərə alaraq fındıq bağlarının beçərilməsinə daha çox diqqət yetiriləcəkdir.
Cari ildə ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi əsas hədəflərimizdəndir. Tütün əkini sahələri genişləndiriləcək və becərilməsinə diqqət artırılacaqdır.
Elmi nailiyyətləri və qabaqcıl təcrübəni heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin təsərrüfatında tətbiq etməklə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın artırılması yönümündə tədbirlər görüləcək, intensiv inkişafının təmin olunması üçün lizinq yolu ilə cins damazlıq heyvanların alınması istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Arıçılığın inkişafı üçün rayonda geniş imkanlar mövcuddur. Dəmirçi-Lahıc avtomobil yolunun istifadəyə verilməsi ilə bu imkanlar daha da artmışdır. Dağlıq zonada iri arıçılıq təsərrüfatlarının yaradılması üçün tədbirlərin həyata keçirilməsi cari ildə diqqətdə saxlanacaqdır.
İl ərzində Qaraməryəm-Şəki avtomobil yolundan ayrılan 7 kilometr uzunluğunda Quşencə-Zoğallıq kəndlərinin giriş yolu, Muğanlı-İsmayıllı avtomobil yolundan ayrılan 7 kilometr uzunluğunda Ağbulaq-Qoşakənd kəndlərinin və Təzəkənd kəndinin giriş yolu əsaslı təmir olunacaq, asfalt örtük çəkiləcəkdir. Hazırda həmin yollarda iş gedir. Diyallı kəndinin giriş yolunun kəndin mərkəzi küçəsinin sonuna qədər uzadılması, Topçu kəndinin daxilindəki asfalt yolun, Tircan-Maçaxı və Basqal-Sulut yollarının təmiri də qarşıda duran vacib məsələlərdəndir.
İl ərzində Kəlbənd kəndində tikilməkdə olan körpünün inşası başa çatdırılacaq, Qalacıq kəndinin girişində qəzalı vəziyyətdə olan körpünün tikintisi üçün müvafiq tədbirlər görüləcəkdir.
2019-cu ildə elektrik təsərrüfatında görüləcək işlərin layihələri hazırlanmış və təsdiqlənmişdir. 10/0,4 kilovoltluq elektrik şəbəkələrinin yenidən qurulması işləri davam etdiriləcək. Şəhərin 16-cı məhəllə, “Qarabağ” və Qəzli adlanan yaşayış massivlərində, Quşencə kəndi və Talıstan kəndi ərazisində olan yeni məhəllələrdə elektrik xətlərinin kabellə əvəz edilməsi, şəhərdə üç, Topçu və Qalagah kəndlərinin hər birində bir ədəd yeni transformatorun quraşdırılması nəzərdə tutulmuşdur.
Rayonda Girdimançay üzərində 10 meqavat-amper gücündə Su-Elektrik Stansiyasının tikilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində qarşıda daha böyük vəzifələr durur. Talıstan, Xəlilli, Gəraybəyli, İvanovka kəndlərində və şəhərin bir sıra yaşayış massivlərində müxtəlif diametrli daşıyıcı qaz xətlərinin dəyişdirilməsi və yenidən qurulması proqramlaşdırılmışdır. Rayonun Qalagah, Soltankənd, Uştal, Ruşan və digər iri yaşayış məntəqələrinin qazlaşdırılması vacib məsələ kimi qarşıda durur.
2 saylı Regional Sukanal idaarəsi tərəfindən Xanagah-İsmayıllı magistral su xəttinin tez-tez qəzalar baş verən hissəsində diametri 355 millimetr olan magistral su xəttinin 120 metr hissəsini yenisi ilə əvəz etmək, suyun mənbəyində sel və daşqınlar nəticəsində qrunt sularının yeraltı drenaja daxil olmasının qarşısını almaq üçün istinad divarının bərkidilməsi işlərinin görülməsinə başlanacaqdır.
Cari ildə mədəniyyət müəssisələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması məqsədilə maddi-texniki bazanın gücləndirilməsi və müasir avadanlıqların alınması nəzərdə tutulmuşdur. İsmayıllı rayon İncəsənət Məktəbinin və Diyallı kənd yaradıcılıq klubunun damının əsaslı təmiri planlaşdırılmışdır. Hazırda hər iki mədəniyyət müəssisəsində təmir işləri həyata keçirilir.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” ilə əlaqədar qarşıda daha mühüm vəzifələr durur. Əsaslı işlər görüləcək, qeyri-məşğul gənclərin işlə təmin olunması məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcəkdir. Cari ildəki əsas hədəflərimizdən biri rayonun girişində Gənclər Mərkəzinin və Bayraq Meydanının tikilməsidir.
2019-cu ildə ümumilikdə 18 obyektin açılışı nəzərdə tutulur. Bunların 16-da, yəni şəhərin Heydər Əliyev prospektində beşmərtəbəli 4 ulduzlu otel binasında, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzində, Tircan kəndi ərazisində “Bədo sanatoriya- istirahət mərkəzi”ndə, Talıstan kəndi ərazisindəki İstirahət kompleksində, İsmayıllı Xalça emalatxanda, 100 yerlik uşaq bağçasında, 48 mənzilli yaşayış binasında, İvanovka Mədəniyyət Sarayının təmirində, Basqal qəsəbəsində inşa edilən tam orta məktəbin binasında, Qalacıq kəndinin qazlaşdırılmasında, Diyallı kəndində fermada, Kəlbənd kəndində körpünün tikintisində, Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin inzibati binasında, Quşencə-Zoğallıq, Ağbulaq-Qoşakənd və Təzəkənd kəndlərinin giriş yollarında tikinti işləri hazırda davam etdirilir. Basqal qəsəbəsində Turizm kompleksinin və Fındıq emalı müəssisəsinin tikintisinə yaxın vaxtlarda başlanması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, ölkəmizin qarşısında duran möhtəşəm vəzifələrin icrasında, taleyüklü məsələlərin həllində Respublikamızın bütün sahələrdə davamlı inkişafının təmin edilməsində ismayılıllar daim ön sıralarda olacaq, 2019-cu ili ən yüksək nəticələrlə başa vuracaqlar.
2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasda İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı Mirdaməd Sadıqovun
M Ə R U Z Ə S İ
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilmişdir. Cənab Prezident ölkədə bütün sahələr üzrə mövcud durumu ətraflı təhlil etmiş və qarşıda duran vəzifələr barədə proqram xarakterli tapşırıqlar vermişdir. Qeyd etmişdir ki, dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Bütün bunlara baxmayaraq 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşıya qoyulan bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
Cənab Prezident diqqətə çatdırmışdır ki, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafı üçün ardıcıl addımlar atılır. Düşünülmüş iqtisadi siyasət, islahatların həyata keçirilməsi və aparılan sənayeləşmə siyasətinin nəticəsində bu ilin doqquz ayında ümumi daxili məhsul 0,8 faiz,qeyri-neft sektoru 1 faiz,sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Gəlirlər inflyasiyanı üstələyir, inflyasiya cəmi 2,6 faiz olduğu halda əhalinin gəlirləri 9,5 faiz artmışdır.
Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu da iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir.
İlin əvvəli ilə müqayisədə ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq, 45 milyard dollara çatıb. Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz, ixrac da təxminən bir o qədər artıb. İxracın təxminən 14 faizi qeyri-neft məhsulları hesabına artıb. Bu da çox müsbət haldır.
Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır.
Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılır. Ölkədə yeni məktəb və səhiyyə obyektləri tikilir, köhnə obyektlər əsaslı təmir olunur. Yol, içməli su, təbii qaz və digər infrastruktur layihələri icra edilir.
2018-ci ilin 9 ayı rayonumuz üçün də yaddaqalan hadisələrlə zəngin olmuşdur. 25-26 avqust 2018-ci il tarixlərdə cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya tarixi səfər etmişlər. Cənab Prezidentə iqtisadi və sosial sahənin inkişafı üçün qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilmişdir. Ölkə rəhbəri görülən işlərdən razı qaldığını, rayonumuzun Respublikanın ən qabaqcıl rayonları sırasına çıxması üçün hərtərəfli köməklik göstərəcəyini bildirmiş və müvafiq tapşırıqlar vermişdir.
Rayona səfəri zamanı cənab Prezident Keyvəndi kəndinin ərazisində “AZZA AGRO” MMC-nin istifadəyə verilən müasir heyvandarlıq kompleksinin, Keyvəndi-Bəhliyan avtomobil yolunun, Kürdmaşı kəndi ərazisində “Buta Qrup” MMC tərəfindən yaradılan aqroparkın, "Azərxalça” ASC-nin İsmayıllı filialının, yenidənqurma və bərpadan sonra Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun, İsmayıllı şəhərində yenidənqurmadan sonra istifadəyə verilən 110/35/10 kilovoltluq yarımstansiyanın açılışında, avqustun 26-da isə yeni salınan 22 kilometr uzunluğunda Dəmirçi-Lahıc avtomobil yolunun, Lahıc qəsəbəsində yeni inşa olunan 400 şagird yerlik tam orta məktəb binasının və Lahıc qəsəbəsinə təbii qazın verilməsinin açılışında iştirak etmişdir.
Cənab Prezident "Azərxalça” ASC-nin İsmayıllı filialının işçiləri və Lahıc qəsəbəsində qazın verilməsi mərasimində qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri ilə görüşü zamanı xalçaçılıq sənətinin bizim milli sərvətimiz olduğunu, Azərbaycanda xalçaçılığın çox böyük tarixi və böyük gələcəyi olacağını, xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün dövlət tərəfindən daim dəstək veriləcəyini qeyd etmişdir.
Lahıc qəsəbəsinin tarixi bir yer, Azərbaycanda, hətta regionda unikal qədim yaşayış diyarı olduğunu, burada çox nadir memarlıq ansamblının mövcudluğunu, küçə və binaların özlüyündə milli bir sərvət olduğunu, burada işləyən və yaşayan insanların əl işləri ilə bu qəsəbəni dünya səviyyəsində təqdim etdiyini qeyd edən cənab Prezident Lahıca minlərlə, on minlərlə turist gəldiyini vurğulamışdır. Turizmin Azərbaycanda prioritet istiqamətlərdən biri olduğunu, nə qədər çox turist gələrsə, ölkəmizə o qədər də çox pul gələcəyini, xidmət sektorunun inkişafına təkan verəcəyini bildirmişdir. Dövlət başçısı İsmayıllıya səfərindən dərhal sonra rayonda yeni xalça istehsalı emalatxanasının tikintisi üçün “Azərxalça ASC-yə 2,4 milyon manat, İsmayıllı Rayon İcra Hakimiyyətinə 100 yerlik yeni uşaq bağçasının tikilməsi məqsədilə 1,5 milyon manat, İsmayıllı şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yeni yaşayış binasının tikintisi üçün 3 milyon manat, İvanovka kənd Mədəniyyət Sarayının təmiri üçün 2,5 milyon manat vəsaitin ayrılması barədə müvafiq Sərəncamlar imzalamışdır.
Cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqlar 2018-cı ilin ötən dövrü ərzində İsmayıllıda da uğurla həyata keçirilmişdir. Doqquz ay ərzində faktiki qiymətlərlə 193 milyon 33 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 25 milyon 994 min manat çoxdur. Sənayedə 51,5 faiz, kənd təsərrüfatında 2,2 faiz, tikinti-quraşdırma işlərində 55,1 faiz, nəqliyyat və anbar təsərrüfatında 0,2 faiz, informasiya və rabitədə 10,3 faiz , ticarətdə 4,9 faiz artım əldə edilmişdir.
Hesabat dövründə əsas kapitala 60 milyon 296 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 976 min manat və ya 1,4 dəfə çox investisiya qoyulmuşdur. İnvestisiyanın 28,4 milyon manatı özəl sektorun payına düşür. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,6 milyon manat artıqdır. Qeyd etmək lazımdır ki, investisiya qoyuluşunun çox hissəsi yol tikintisinə, qaz xəttinin çəkilməsinə, elektrik enerjisi təsərrüfatının inkişafına, sosial təyinatlı obyektlərin tikintisinə sərf olunmuşdur ki, bu da investisiya qoyuluşunun sosial yönümlü olduğunu göstərir.
Doqquz ayda 5 milyon 367 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Pərakəndə əmtəə dövriyyəsində 5 milyon 950 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 1 milyon 15 min manat artım əldə olunmuşdur. Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 25,6 manat artaraq 288,9 manata çatmışdır.
2018-ci ildə rayonun yerli gəlir və xərcləri 6 milyon 837 min manat təsdiq edilmişdir. Yerli xərclərin dotasiyasız, yerli gəlirlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 4 milyon 989 min manata qarşı 5 milyon 602 min manat icra olunmuşdur. Büdcə gəlirləri nəzərdə tutulduğundan 613 min manat artıq, yəni 112 faiz icra olunmuşdur. Yerli gəlirlərdən daxilolmalar üzrə ümumilikdə proqnoz göstəricilər artıqlaması ilə yerinə yetirilsə də fiziki şəxslərdən gəlir vergisi cəmi 68 faiz (430 min manat az), dövlət rüsumu 82 faiz, sair daxilolmalar 34 faiz yerinə yetirilmişdir.
Ölkə başçısı iclasda kölgə iqtisadiyyatının, qeyri-rəsmi əmək fəaliyyətinin aradan qaldırılmasını, şəffaflığın təmin olunmasını, vergidən yayınmanın qarşısının alınmasını çox vacib bir məsələ kimi qarşıya qoymuşdur. Qeyd etmişdir ki, həm iri, həm kiçik sahibkarlar vergidən yayınmaya son qoymalıdırlar.
Büdcə daxilolmalarının vacibliyini nəzərə alaraq 9 saylı Ərazi Vergilər İdarəsi və Maliyyə İdarəsi vəziyyəti bir daha ətraflı təhlil etməli, ilin sonuna kimi bütün mənbələr üzrə proqnoz göstəricilərin icrası üçün təsirli tədbirlər görməlidirlər.
Rayonda məxaric proqnozu 4 milyon 871 min manata qarşı 4 milyon 844 min manat və ya 99 faiz icra edilmişdir. Büdcə vəsaitindən təyinatı üzrə düzgün istifadə olunmuş, artıq xərcə yol verilməmişdir. Rayon Maliyyə İdarəsi tərəfindən 2018-ci il və sonrakı üç il üçün gəlirlər və xərclər üzrə proqnoz layihələr vaxtında hazırlanaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti şöbələrinə təqdim edilmişdir.
2018-ci ilin doqquz ayında rayonda dövlət vəsaiti və sahibkarlar tərəfindən geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri görülmüşdür. Belə ki, yaşayış evləri, istehsal və sosial təyinatlı obyektlər inşa olunmuş, şəhərdaxili küçələr abadlaşdırılmış, yollara asfalt örtük vurulmuş, ictimai yaşayış binalarında təmir işləri aparılmışdır.
Əvvəlki illərdə inşasına başlanılmış bir sıra obyektlərin tikintisi başa çatdırılmışdır. Hazırda rayon ərazisində bir neçə iri həcmli istirahət-turizm obyektlərinin, o cümlədən İsmayıllı şəhərində 4 ulduzlu otel binasının, “Nial Construction” MMC tərəfindən hotel-biznes mərkəzinin, Tircan kəndi ərazisində “Bədo əyləncə istirahət mərkəzi”nin, Talıstan kəndi ərazisində “İstirahət Kompleksi”nin və çoxsaylı digər obyektlərin tikintisi davam etdirilir. Rayon ərazisində 60 yaşayış evinin, 9 obyektin inşasına razılıq, 6 obyektin istismarına icazə sənədi verilmişdir.
İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir.Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində 28 May küçəsində kommunikasiya xətlərinin yeri dəyişdirilərək küçə genişləndirilmiş, 1 saylı tam orta məktəbə yaxın ərazidə avtomobillərin park edilməsi məqsədilə dayanacaq yaradılmışdır.
Şəhərin 28 May küçəsinə 1450 kv.metr, Nuru Paşa küçəsinə 5214 kv.metr, S.Vurğun küçəsinə 2310 kv.metr, Kamran Məmmədov küçəsinə 3210 kv.metr, İstiqlal küçəsinə 2760 kv.metr, Babadağ küçəsinə 1500 kv.metr, Rəşad Teyyubzadə küçəsinə 2400 kv.metr və Abdulla Şaiq küçəsinə 1432 kv.metr asfalt örtük vurulmuşdur. Ümumilikdə qeyd olunan 8 küçəyə və 3 dalana vurulmuş asfalt örtük 27500 kv. metr təşkil edir.
Heydər Əliyev adına parkda fontan əsaslı təmir edilmiş, Günəşli parkında abadlıq işləri aparılmış, M.Orucov, S.Ə.Şirvani və M.F.Axundov küçələrində hasarlar təmir edilmiş, divarlar rənglənmişdir.
Həyata keçirilən tikinti-quruculuq işləri ilə yanaşı bu gün İsmayıllıda şəhərin siması ilə uyuşmayan, arxitektura baxımından şəhərə xələl gətirən obyektlər də mövcuddur. Bu obyektlərin daha müasiri ilə əvəz olunması üçün mülkiyyət sahibləri ilə məsləhətləşmələr aparılır.
Qeyd etmək lazımdır ki, istifadəyə verilən hər bir obyekt şəhərə estetik baxımdan gözəllik verir, eyni zamanda yeni iş yerləri açılır. Təəssüf doğurası haldır ki, əvvəlki illərdə istifadəyə verilmiş bəzi obyektlərdən gözlənilən nəticə əldə edilməmişdir. Belə ki, 2014-cü ildə istifadəyə verilmiş 140 yerlik uşaq bağçası üçün maliyyələşmə açılmadığına görə bu günə qədər fəaliyyət göstərmir. “Sİ ENERJİ” şirkətlər qrupuna daxil olan İsma-Bikes velosiped istehsalı zavodu ilin əvvəlində normal fəaliyyət göstərsə də, son iki ayda iş zəifləmişdir. Digər obyektlərin də fasilələrlə işləməsi müşahidə olunur. Bu cür halların aradan qaldırılması üçün sahibkarlar, iş adamları və aidiyyəti təşkilatlar təsirli tədbirlər görməlidirlər.
Hesabat dövrü ərzində respublika əhəmiyyətli və kəndlərin giriş yollarının tikintisi və təmiri ilə əlaqədar xeyli iş görülmüşdür. 10 kilometr uzunluğunda Keyvəndi-Bilistan və 14 kilometr uzunluğunda Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolu əsaslı təmir edilib, asfalt örtük vurulmuşdur. “9 №-li Yol İstismarı” MMC tərəfindən Respublika əhəmiyyətli Muğanlı-İsmayıllı və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarında və yerli əhəmiyyətli kəndlərin giriş yollarında cari təmir işləri aparılmışdır.
Qeyri-neft sektorunun, xüsusilə sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi cənab Prezidentin siyasətinin əsas prioritet istiqamətlərindəndir. Ölkə rəhbəri Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr olunmuş yığıncağında kənd təsərrüfatı, aqrar sahənin inkişafı barədə öz tövsiyə və tapşırıqlarını vermiş,mövcud durumu təhlil etmişdir.
Cənab Prezidentin tapşırığına uyğun olaraq rayonda bu sahələrin inkişafı istiqamətində əsaslı işlər görülür.
Rayonun mövcud 207372 hektar torpaq sahəsindən 113973 hektarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bundan 32914 hektarı əkin, 1800 hektarı çoxillik əkmələr, 351 hektarı dincə qoyulmuş, 2427 hektarı biçənək, 50895 hektarı örüş, 25586 hektarı isə yay otlaq sahəsindən ibarətdir.
2018-ci ilin məhsulu üçün ötən ilin payızında 29730 hektarda şum çıxarılmış, 21650.5 ha. buğda, 6930 ha. arpa, 161 ha. çovdar olmaqla 28741.5 hektar sahədə səpin aparılmışdır. Bu da keçən illə müqayisədə 435 ha. çoxdur. “Aqrolizinq” ASC və “Aqrokimya” MMC-nin rayon filialları tərəfindən 2 min tondan çox fosforlu, 1730 ton azotlu gübrələr gətirilərək istehsalçılara satılmışdır. Bundan başqa yabanı vələmirə və alaq otlarına qarşı mübarizə tədbirlərini həyata keçirmək üçün 3548 kq. herbisid gətirilərək 70% güzəştlə istehsalçılara satılmışdır.
Dövlətimizin qayğısı və kənd təsərrüfatı məhsulları istehsalçılarının tətbiq etdikləri mədsədyönlü aqrotexniki tədbirlərin nəticəsidir ki, hər hektardan 36,6 sentner olmaqla 79286 ton buğda, hər hektardan 29.8 sentner olmaqla 20723 ton arpa məhsulu toplanmışdır. Rayonda 103031 ton dənli və dənli-paxlalı bitkilər istehsal edilmiş, bu da keçən illə müqayisədə 3 min ton azdır. Məhsul istehsalının azalmasına səbəb 02 və 17 iyun 2018-ci il tarixlərində baş vermiş dolu ilə müşaiyət olunan leysan yağışları olmuşdur. Təbii fəlakət nəticəsində 4550 hektara ziyan dəymiş, 10 hektar isə sel sularının təsirindən yararsız vəziyyətə düşmüşdür. Bununla yanaşı 2017-ci ilin payız səpni və payızlıq əkinlərə yemləmə gübrələrinin verilməsi zamanı gübrə təminatında fasilələrə yol verilmişdir. Bunlara baxmayaraq rayonda hər hektardan orta məhsuldarlıq 34.5 sentner olmuşdur. Bu da respublikada dəmyə şəraitində taxıl yetişdirilən rayonlar arasında ən yüksək göstəricidir.
Cari ilin məhsulu üçün 1125 ha. paxlalılar, 885 ha. kartof, 920 ha. tərəvəz, 219 ha. yonca, 55 ha. birillik ot, 70 ha. vələmir, 24 ha. yazlıq arpa, 250 ha. günəbaxan və 155 ha. qarğıdalı olmaqla 3703 ha. sahədə yazlıq bitki əkilmişdir.
Yazlıq əkinlərdən 2235 ton dənli paxlalılar, 612 ton çovdar, 175 ton vələmir və digər məhsullar əldə edilmişdir.
Kənd təsərrüfatı bitkiləri əkib-becərən 7923 nəfər istehsalçıya becərdikləri 28219 hektar sahəyə görə 2 milyon 175 min 400 manat yardım hesablanaraq Respublika Komissiysının qərarına əsasən istesalçılara bank vasitəsi ilə ödənilmişdir.
Rayon üzrə fəaliyyət göstərən 5 toxumçuluq təsərrüfatı tərəfindən 732 hektar sahədə yüksək reproduksiyalı toxumla səpin aparılmışdır.
2019-cu ilin məhsulu üçün 25.4 min hektar sahədə şum çıxarılmış, 7.8 min ha. sahədə isə payızlıq buğda və arpa səpini aparılmış, 1210 ton kondisiyalı toxum istehsal edilmiş, səpin-əkin işləri davam etdirilir.
Hesabat ilində rayon ərazisində tütün əkin sahələri keçən illə müqayisədə artırılaraq 22 hektara çatdırılmışdır. Bərpa edilmiş, daha çox gəlir gətirən və əhalinin məşğulluğunda mühüm əhəmiyyət kəsb edən tütünçülük sahəsində 56 ailə işlə təmin olunmuşdur. Hal-hazıradək qəbul məntəqəsinə 11 tondan artıq quru tütün təhvil verilmişdir. Tütün tədarükü davam etdirilir.
Tütün istehsalında əvvəlki illərlə müqayisədə artım tempi müşahidə olunsa da ərazilərdə müvafiq qurumlar bu sahənin inkişafına diqqəti artırılmalı, tütün əkininə daha çox istehsalçının cəlb olunması, məhsuldarlığın artırılması, aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə aparılmasına nəzarəti gücləndirməli, fermerlərə əməli köməklik göstərməli və bu sahəyə investorların cəlb olunması istiqamətində mühüm addımlar atmalıdırlar. Təəssüflə qeyd olunmalıdır ki, hələ də İsmayıllı şəhəri, Qalacıq, Qalınçaq və Topçu kəndlərində istehsalçılar yığılmış tütünün təhvil verilməsini ləngidirlər. Tapşırığa isə hələlik Sumağallı kəndi əməl etmişdir.
Baramaçılıq rayonumuzda 2016-cı ildə bərpa edilmiş, həmin il 40 qutudan 895 kq, 2017-ci ildə 120 qutudan 2848 kq. barama istehsal olunmuşdur. Cari ildə isə 130 qutu barama 53 kümçüyə paylanılmış, 250 nəfər bu sahədə işlə təmin olunmuşdur.Tədarük məntəqəsinə cari ildə 3899.9 kq. barama təhvil verilmişdir ki, bu da əvvəlki illə müqayisədə 1042 kq. çoxdur. Barama istehsalı proqnozu Mollaisaqlı İƏD üzrə 157%, Qurbanəfəndi İƏD üzrə 135%, Qalınçaq İƏD üzrə 104%, Kürdmaş, Qalagah və Soltankənd inzibati ərazi dairələri üzrə isə 114% yerinə yetirilmişdir.
Təhvil verilmiş baramaya görə 15596 manat vəsait kümçülərin bank hesabına köçürülmüşdür. Təhvil verilmiş 3899.9 kq. baramaya görə istehsalçılar 34293 manat gəlir əldə etmişlər.
Cari ildə rayon ərazisində 885 hektar, o cümlədən 200 ha. sahədə innovativ metodlar və sənaye üsulu ilə super-elit və elit toxumlarla kartof əkini aparılmışdır. Rayon üzrə hər hektardan 117.6 sentner olmaqla 10415 ton məhsul istehsal edilmişdir ki, bu da keçən illə müqayisədə 72 ton çoxdur.
Tərəvəzçilik kənd təsərrüfatının əmək tutumlu və daha çox gəlir gətirən sahələrindəndir. Son illərdə rayonumuzda açıq sahə tərəvəzçiliyi ilə yanaşı örtülü torpaq-istixana tərəvəzçiliyi də inkişaf etdirilir. Rayon ərazisində 78 istixanada pomidor, xiyar, kartof və lobya bitkiləri əkilmiş və 89638 kq. məhsul istehsal edilmişdir.
Diyallı kəndində 4,4 hektar ərazidə örtülü və açıq istixana təsərrüfatı yaradılmışdır. Burada moruğun 6 növü yetişdirilir. Hal-hazırda 1 hektar sahədə 50 istixana təşkil olunmuş, əkin aparılmış, suvarma sistemləri quraşdırılmışdır. May ayından etibarən istehsal olunmuş məhsul qablaşdırılaraq daxili bazarda satılır. Layihənin icrasına 1,2 milyon manatdan artıq vəsait sərf olunmuşdur.
Hesabat dövrünədək rayonda 7854 ton tərəvəz istehsal olunmuşdur. Yığım davam edir.
Rayonda ənənəvi sahə hesab edilən və əhalinin gəlir mənbəyi olan meyvəçilik də inkişaf etdirilir. Xüsusilə intensiv meyvə bağlarının salınması istiqamətində ardıcıl tədbirlər aparılır. 2018-cı ilin yaz mövsümündə Qubaxəlilli kəndi ərazisində 10 ha. badam, 30 ha. sahədə isə qoz bağları salınmışdır.
Ölkəyə daha çox valyuta gətirən və ixrac yönümlü kənd təsərrüfatı məhsulu hesab edlən fındıq istehsalının artırılması istiqamətində rayonda son illərdə müəyyən işlər görülmüşdür. Qarşıya qoyulmuş əsas vəzifə fındıq bağlarının sahəsini 2 min hektara çatdırmaqdan ibarətdir. Cari ilin yazında 502 ha. sahədə yeni fındıq bağları salınmışdır. Payız və növbəti ilin yaz aylarında daha 500 ha. sahədə fındıq bağlarının salınması nəzərdə tutulmuşdur.
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafı Dövlət Proqramı”na uyğun olaraq 2018-ci ilin yaz aylarında Kürdmaşı kəndində fəaliyyət göstərən “Kənd” MMC tərəfindən 28 ha. sahədə texniki, 30 ha. sahədə isə süfrə sortları olmaqla cəmi 58 ha. sahədə filloksera zərərvericisinə davamlı texniki sortlardan ibarət yeni üzüm bağı salınmışdır.
Heyvandarlıq kənd təsərrüfatının mühüm sahəsidir. Rayon üzrə 2018-ci ilin 01 oktyabr vəziyyətinə 51474 baş iri buynuzlu mal, 178630 baş qoyun-keçi, 278100 baş quş mövcuddur.
2018-ci ilin 9 ayında 4020 ton diri çəkidə ət, 25989 ton süd, 9250 min ədəd yumurta, 408 ton yun istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 26 ton çox ət, 97 ton çox süd, 641 min ədəd çox yumurta, 10 ton çox yun deməkdir. Heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı rayonda mövcud mal-qara və quşların baş sayında da artım tempi müşahidə olunmuşdur.
Heyvandarlığın sənaye təməli üzərinə keçirilməsi və iri heyvandarlıq təsərrüfatının yaradılması istiqamətində son illərdə rayonda mühüm addımlar atılmışdır. Belə ki, Keyvəndi kəndində “Azza-aqro” MMC tərəfindən inşa edilmiş iri heyvandarlıq kompleksi istifadəyə verilmişdir. Bu kompleksdə heyvandarlıq məhsullarının istehsalı və emalı istiqamətində böyük layihələr həyata keçiriləcəkdir. 2018-ci ilin may ayında kompleksə “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan 99 baş Holştin-friz cinsli düyələr gətirilmişdir. İlin sonunadək daha 200 baş cins qara malın gətirilməsi nəzərdə tutulur.
2018-ci ilin 9 ayı ərzində 3141 baş heyvanda süni mayalanma aparılmış, 1385 baş buzov alınmışdır. 2018-ci ilin 9 ayı üzrə 909 heyvan sahibinə 107800 manat subsidiya ödənilmişdir.
“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli 3747 nömrəli Sərəncamı ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə görə 10 manat məbləğində subsidiyanın verilməsi üçün rayonda mövcud olan 16361 arı ailəsi barədə məlumatlar hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmişdir.
Hörmətli yığıncaq iştirakçıları, hesabat dövründə rayonun xidmət idarə və təşkilatları qənaətbəxş fəaliyyət göstərmiş və öhdələrinə düşən vəzifələrin icrasına əsasən nail olmuşlar.
2018-ci ildə əhalinin təbii qaz yanacağı ilə təminatının yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində Lahıc qəsəbəsi, Ərəgit, Namazgah, Gəndov və Qaraqaya kəndləri qazlaşdırılmış, ümumilikdə bu yaşayış məntəqələrində 978 abonent təbii qaz yanacağı ilə təmin olunmuşdur. Hazırda Qalacıq kəndinə qaz çəkilişinə başlanmışdır.
İsmayıllı Qaz Xidmət sahəsi 16054 abonentə xidmət göstərir ki, bunun da 15863-ü əhali, 191-i qeyri-əhali abonentidir. 9 ayda abonentlərə 17 milyon 851 min kub metr qaz satılmış, qazın dəyəri 2 milyon 215 min manata qarşı 2 milyon 453 min manat və ya 110 faiz ödənilmişdir.
Əvvəlki illərdə qazlaşdırılmış yaşayış məntəqələrində abonentlərin qaz təchizatının yaxşılaşdırılması və qaz itkisinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilmişdir. İsmayıllı şəhərində 2 ədəd, Hapıtlı, Kürdmaşı, Quşencə, Talıstan, Cülyan kəndlərinin hər birində bir ədəd olmaqla 7 ədəd müxtəlif ölçülü qaztənzimləyici şkaf quraşdırılmışdır. Digər qaztənzimləyici şkaflara texniki baxış keçirilmiş və aşkar olunan sızma halları aradan qaldırılmışdır.
Cari ildə yaşayış məntəqələrində müxtəlif diametrli 2813 metr korroziyaya uğramış və istismara yararsız qaz kəməri yenisi ilə əvəz olunmuşdur. Şəhərin “Kanalüstü” yaşayış massivində diametri 76 və 53 millimetr olan 1534 metr boru ilə yeni qaz xətti inşa olunmuşdur.
2018-ci ilin 9 ayı ərzində 330 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunaraq küçə şəraitinə çıxarılmış, yeni layihə-smeta sənədləri əsasında 1160 ədəd yeni məişət qaz sayğacı quraşdırılmış, abonent qeydiyyatına alınmışdır.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, hələ bir sıra iri yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi vacib məsələ kimi qarşıda durur.
Hesabat dövründə elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilmiş, enerji təsərrüfatında əsaslı və cari təmir işləri aparılmışdır. Belə ki, açılışında cənab Prezidentin iştirak etdiyi 110/35/10 kilovoltluq İsmayıllı yarımstansiyası yenidən qurulmuşdur. 2 ədəd 16 meqavat gücündə transformator quraşdırılmış, bütün avadanlıqlar məsafədən idarəetmə sxemi ilə təchiz edilmişdir. Yarımstansiyanın ümumi gücü 6 meqavat artırılaraq 32 meqavata çatdırılmış, ərazisi tam abadlaşdırılmış, yarımstansiyaya yeni asfalt yol çəkilmişdir.
Rayonun Topçu kəndi ərazisində yeni 110/35/10 kilovoltluq yarımstansiya tikilmişdir. Yarımstansiyanın 10 kilovoltluq Qafqaz xətti ilə əlaqələndirilməsi üçün 1,5 km. uzunluğunda iki dövrəli yeni xətt çəkilir. Yaxın vaxtlarda Topçu, Buynuz, Sumağallı, İstisu, Çayqovşan və Qalacıq kəndlərinin elektrik təchizatı həmin yarımstansiyadan həyata keciriləcəkdir.
Hazırda Lahıc qəsəbəsində 10/0,4 kilovoltluq şəbəkələrin yenidən qurulması işləri aparılır. 75 ədəd 10 kilovoltluq, SİP kabel üçün 302 ədəd dayaq basdırılmış, 8,5 km. kabel xətləri çəkilmişdir.
Rayonun Quşencə kəndi ərazisində 47 ədəd 10 kilovoltluq, SİP kabel üçün 152 ədəd dayaq basdırılmış və 5785 metr kabel xətti çəkilmişdir.
2018-ci ilin 9 ayı ərzində şəbəkə tərəfindən 43 milyon 363 min kilovat/saat elektrik enerjisi alınmış və istehlakçılara 39 milyon 57 min kilovat/saat faydalı enerji ötürülmüşdür. İstehlakçılara ötürülən faydalı enerjinin dəyərinin 90 faizi toplanmışdır. 9 ay ərzində Şəbəkə tərəfindən istismar müddəti başa çatmış 851 ədəd sayğac dəyişdirilmiş, 215 ədəd yeni abonentə texniki şərt əsasında sayğac quraşdırılmışdır.
Onu da qeyd etməliyik ki, elektrik təsərrüfatı nasaz vəziyyətdə olan yaşayış məntəqələri hələ də çoxdur. Xüsusilə Müdri, Yuxarı Cülyan, Əhən, Burovdal, Həftəsov və digər dağ kəndlərində şəbəkələrin yenidən qurulması qarşıda duran vəzifələrdəndir.
İsmayıllı “Sukanal” idarəsi 6707 əhali, 232 büdcə və kommersiya abonentinə xidmət göstərir. İdarənin balansında 11 kilometr magistral su xətti, 160 kilometr şəhərdaxili su xəttləri və 150 kilometr kanalizasiya xəttləri vardır.
Hesabat dövründə əhali abonentləri üçün 258 ədəd, büdcə və kommersiya obyektləri üçün 8 ədəd sayğac quraşdırılıb. Fərdi yaşayış evlərinin yeni kanalizasiya xəttinə qoşulması davam edir. Ümumilikdə 2405 abonent və 35 ədəd çoxmənzilli bina çirkab sularının axıdılması üçün yeni kanalizasiya şəbəkəsinə qoşulmuşdur.
Xanagah-İsmayıllı su xəttində, şəhərdaxili su və kanalizasiya xətlərində baş vermiş qəzalar aradan qaldırılmışdır.
Hesabat dövrü ərzində abonentlərə 325 min manat dəyərində su və kanalizasiya xidməti göstərilmiş, lakin ödəniş cəmi 289 min manat və ya 88,9 faiz olmuşdur.
Rayonda sosiаl siyаsət 2018-ci ilin doqquz ayı ərzində uğurlа dаvаm еtdirilmişdir. 01 oktyabr 2018-cı il tаriхə DSMF-də uçot qeydiyyatında olan pensiyaçılar 13270 nəfərdir. Onların 7262 nəfəri yаşа görə, 4314 nəfər əlilliyə görə, 1441 nəfər аilə bаşçısını itirməyə görə pensiya alır. Müxtəlif kateqoriyalara aid sosial müavinət alanlar isə cəmi 4553 nəfərdir.
Doqquz ayda əmək pensiyalarının ödənilməsinə 22 milyon 508 min mаnаt, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müаvinətlərin ödənilməsinə 734,8 min mаnаt və bank xidmət xərci üçün 92,2 min mаnаt vəsаit хərclənməklə pensiya müavinətləri üzrə cəmi xərclər 23 milyon 335 min mаnаt təşkil etmişdir. Hеsаblаnmış аylıq pеnsiyа və müavinətlər pеnsiyаçılаrа vахtındа ödənilmişdir.
Pеnsiyа-müаvinətlərin ödənişinin mаliyyələşdirilməsi üçün Rеspublikа Fondundаn 15 milyon 410 min mаnаt vəsаit köçürülmüşdür. Bu dа ödənilmiş pеnsiyа və müаvinətlərin 66 faizini təşkil еdir. Ödənişin qаlаn 34 faizi yеrli dахilolmаlаr hеsаbınа rеаllаşdırılmışdır.
01 oktyabr 2018-ci il tarixə hərəkətdə olan 102 ailənin 425 nəfər üzvünə DSMF tərəfindən ünvanlı dövlət sosial yardım ödənilir. Təyin edilmiş ünvanlı dövlət sosial yardım məbləği 16252 manat, bir nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 38,24 manat olmuşdur.
Fondun Sosial-məişət xidməti sektoru rayon ərazisində 208 nəfər ahıl və əlil vətəndaşa evlərində xidmət göstərir. Qeydiyyatda olan ahıl vətəndaşların 163 nəfəri 70 yaşından yuxarı olanlardır. Xidmət göstərilənlərdən 51 nəfəri şəhər və qəsəbələrdə, 157 nəfəri isə kənd yerlərində yaşayanlardır.
2018-ci ilin 9 ayı ərzində şöbə tərəfindən məcburi dövlət sosiаl sığortа hаqlаrının toplаnmаsı üzrə proqnoz tаpşırıqlаrınа ümumilikdə 9 milyon 106 min mаnаtа qаrşı 8 milyon 525 min mаnаt və yахud 93,6 fаiz əməl olunmuşdur. О cümlədən büdcə təşkilаtlаrı üzrə 8 milyon 173 min mаnаtа qаrşı 7 milyon 682 min mаnаt və yа 94 faiz, qеyri-büdcə təşkilаtlаrı üzrə isə 932,9 min mаnаtа qаrşı 842,7 min mаnаt və yа 90 faiz icrа olunmuşdur.
Rayon Məşğulluq Mərkəzinə doqquz ay ərzində 1221 nəfər vətəndaş müraciət etmiş və onlardan 1087 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmış, 475 nəfəri işlə təmin edilmişdir. İşlə təmin olunanların 109 nəfəri gənc, 78 nəfəri qadınlardır.
Mərkəzdə cəmi 1801 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır. Rəsmi qeydiyyatda olan işsiz statusu olan vətəndaşların sayı 269 nəfərdir. 4 nəfərə işsiz statusu verilməklə onlara müavinət təyin olunmuşdur.
Gələcəkdə peşə seçiminə kömək məqsədilə 819 nəfər gənc peşəyönümü məsləhətlərinə cəlb olunmuşdur.
Məşğulluq Mərkəzinin idarə və təşkilatlarla daha sıx işgüzar əlaqələr qurması vacibdir. İdarə və təşkilatlar boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etməlidirlər. Eyni zamanda Məşğulluq Mərkəzi vətəndaşlara vakant iş yerlərinə göndəriş verdikdə birinci növbədə uzun müddət qeydiyyatda olan vətəndaşlara iş yerləri təklif etməlidir. Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 340,4 min kvadratmetr sahəsi olan küçə və meydanlara, 25,1 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrdə 4637 ədəd işıqlandırılma nöqtəsinə nəzarəti həyata keçirir. Hesabat dövründə 887,7 min manat dəyərində kommunal xidməti göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 310,1 min manat çoxdur. Xidmət olunan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərini həyata keçirmək üçün İsmayıllı şəhəri, Lahıc, Basqal qəsəbələrinə və magistral yollara yaxın olan kəndlərə 260 nəfər işçi müvəqqəti işə cəlb olunmuşdur.
Hesabat dövründə şəhərin təmiz saxlanması, məişət tullantıları və zibilin vaxtında daşınması üçün tədbirlər görülmüşdür. Mövsümə uyğun olaraq işçilər iş geyimləri ilə təmin olunmuşdur. Payız-qış mövsümünə hazırlıqla əlaqədar şəhərin küçələrinin qar və buz örtüyündən təmizlənməsi üçün texnika saz hala salınır. Küçələrdə piyadaların və texnikanın təhlükəsiz hərəkəti məqsədilə buz bağlamış səkilərə və sərt döngələrə səpmək üçün 35 kub metr qum və 14 ton texniki duz ehtiyatı yaradılmışdır. Aşmaq təhlükəsi olan ağaclarda budama işləri aparılmışdır.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, Kombinat tərəfindən təmizlik və abadlıq sahəsində görüləsi işlər hələ də çoxdur. Şəhər daxilində suötürücü kanallar mütəmadi olaraq tullantılardan təmizlənməli, şəhərin bütün ərazisində kommunal xidmət həyata keçirilməlidir.
Mənzil İstismar Sahəsinin xidmətində 977 mənzil vardır. Cari ilin ötən dövründə əhaliyə göstərilən mənzil-kommunal xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir. Müəssisədaxili planlaşdırmaya müvafiq olaraq binalarda xidmət və təmir işləri görülmüşdür. Şəhərin Ə.Mahmudov küşəsində 4, M.F.Axundov küçəsində 3, H.Zərdabi küçəsində 2, Heydər Əliyev prospekti, Nizami və Cavanşir küçəsinin hər birində bir ümumyaşayış binasının zirzəmidaxili və xarici kanalizasiya xətlərinin təmiri işləri yerinə yetirilmişdir. M.F.Axundov küçəsi 34 “a” ünvanındakı Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı binanın birinci mərtəbəsində yerləşən 8 mənzil əsaslı təmir edilmişdir.
Hesabat dövründə əhaliyə 4257 manat dəyərində mənzil-kommunal xidməti göstərilmişdir. Yığım 105 faiz yerinə yetirilsə də xidmət tariflərinin aşağı olması səbəbindən təşkilat ziyanla işləyir. Rüb ərzində təşkilata büdcədən 15,1 min manat dotasiya verilmişdir. Təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir. Hazırda 8341 manat debitor, 4163 manat kreditor borcu vardır.
İsmayıllı Telekommunikasiya Qovşağı doqquz ay ərzində 860 min manat gəlir əldə etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqyisədə 84,2 min manat çoxdur. 534 mənzilə yeni telefon çəkmiş, 134 abunəçinin telefon xətti yenidən bərpa etmişdir. İlin əvvəlindən internet istifadəçilərinin sayı 762 nəfər artırılaraq 5946 nəfərə çatdırılmışdır.
İlin əvvəlindən qovşaq üzrə şəhər və kənd elektron ATS-lərinin daxili xətt şəbəkəsində çürümüş dirəklərin dibinin bərkidilməsi üçün 86 ədəd dəmir beton calaq,113 ədəd dəmir dirək istifadə olunmuşdur. Zərurət yarandıqca ATS-lərin daxili xətt təsərrüfatlarında və daxili xətt şəbəkəsində kabel şkafları və kabel quyularında təmir işləri aparılmışdır. Mübariz Orucov küçəsində 170 metr, Təzəkənd kəndində 150 metr zədəli kabel yenisi ilə əvəz olunmuşdur.
Şəhərin Günəşli yaşayış massivinə, Soltankənd, Balik, Namazgah kəndlərinə internet verilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
2018-ci ilin 9 ayı ərzində Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı meşəbəyliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq 24.0 hektar sahədə fındıq bağı, 6.0 hektar sahədə qoz bağı əkilmiş, 28.0 hektar sahə kol-kosdan təmizlənmişdir. 31.5 ha. sahədə meyvə bağı salınması məqsədilə torpaq hazırlığı işləri aparılmışdır. Meyvə bağlarına və meşə əkinlərinin təmirinə 66000 ədəd əkin materialı sərf olunmuşdur. Böyütmə sahəsinə 1.0 ha. sahədə 30000 ədəd fındıq tingi əkilmiş, kökləndirmə sahəsinə isə 0.50 ha. sahəyə 20000 ədəd fındıq tingi basdırılmışdır.
Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin İsmayıllı meşəbəyliyi tərəfindən 2018-ci ilin 9 ayı ərzində 4256 ədəd qanunsuz kök üstündən ağacların kəsilməsi faktı aşkar edilmişdir. Nəticədə dövlət meşə fonduna dəymiş 9688 manat ziyanın 6624 manatı ödənilmiş, bir iş baxılması üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Meşələrdə mühafizə vəziyyətinin yüksək keyfiyyətli aparılması üçün İsmayıllı meşəbəyliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bundan başqa İsmayıllı meşəbəyliyində yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə 28 km. uzunluğunda yanğına qarşı minerallaşdırılmış zolaqlar çəkilmiş, 22 km. uzunluğunda isə minerallaşdırılmış zolaqlara xidmət işləri aparılmışdır. Yanğınların qarşısını almaq məqsədi ilə müəssisənin əməkdaşları və kənd sakinləri ilə birgə könüllü dayaq dəstələri və sutkalıq növbətçilik yaradılmışdır.
Hal-hazırda İsmayıllı meşəbəyliyinin əməkdaşları tərəfindən meşə bərpa tədbirlərinin aparılması, aqro meşə əkinlərinin, tinglik sahələrinin suvarılması, meşə əkini və tinglik sahələrinə xidmət işlərinin aparılması, odun tədarükü edib daşınması istiqamətində işlər davam etdirilir.
6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 2018-ci ilin 9 ayı ərzində İsmayıllı rayon ərazisində ətraf mühitin mühafizəsinə nəzarət sahəsində 55 akt və 7 protokol tərtib edilmiş, 15 icrası məcburi olan göstəriş verilmişdir. Ov qaydalarının pozulma faktı ilə bağlı 1 akt və 1 protokol tərtib edilərək qanun pozuntusuna yol vermiş vətəndaşlar barəsində 1000 manat dəyərində cərimə tətbiq edilərək məhkəməyə göndərilmişdir. Yaşıllıqların qanunsuz olaraq məhv edilməsi ilə bağlı 2 akt tərtib edilərək ümumilikdə 4150 manat məbləğində təbiətə dəymiş ziyan tədbir görülməsi üçün İsmayıllı rayon Prokurorluğuna göndərilmiş, ətraf mühitə atılan tullantılara görə 32 nəfər fiziki və hüquqi şəxsə 9760 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 8360 manat Ətraf Mühitin Mühafizəsi fonduna köçürülmüşdür.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2018-ci ilin 9 ayında 30 ədəd hidrotexniki qurğu təmir olunmuş, suvarma sistemlərinin lildən təmizlənmə işləri həyata keçirilmişdir. Daşqın və sel sularına qarşı mübarizə məqsədilə buldozerlə 295 min kubmetr, ekskovatorla 178 min kubmetr torpaq işi görülmüşdür. Kənar təşkilatların köməyi ilə Girdimançay-Gəraybəyli D-530 mm diametrlik boru xəttinin 360/pm-i əsaslı təmir edilmiş, Talıstan və Diyallı kəndlərindəki nasos stansiyaları su qəbuledici hovuzlar əsaslı təmir olunmuşdur.
2018-ci ilin 9 ayında rayonda təhsil sahəsinin inkişafı davam etdirilmiş, əsaslı şəkildə kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə edilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Lahıc qəsəbə tam orta məktəbi üçün 400 şagird yerlik müasir tipli məktəb binası tikilmiş, 25-26 avqust tarixlərində rayona səfəri zamanı ölkə rəhbəri binanın açılışını etmişdir.Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti Təchizatı İdarəsi tərəfindən Vəng və Mücühəftəran məktəblərində cari təmir işləri aparılmışdır.Gəndov kənd ümumi orta məktəbi üçün 56 şagird yerlik modul tipli məktəb binasının inşası başa çatdırılmışdır.
Keçən tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş, 752 nəfər məzun buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək tam orta təhsil haqqında attestat almışlar. Lahıc qəsəbə tam orta məktəbinin bir nəfər məzunu məktəbi qızıl, İvanovka kənd tam orta məktəbinin bir nəfər məzunu isə gümüş medalla bitirmişdir. 49 nəfər tam orta məktəb məzununa fərqlənmə attestatı verilmişdir.
2018-ci ilin tələbə qəbulunda rayonun nəticələri sevindirici olmuşdur. Yola saldığımız dərs ilində ümmtəhsil məktəblərini bitirmiş 752 nəfər məzundan 683 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, 360 nəfər tələbə adını qazanmışdır. İmtahanlarda şəhər 6 nömrəli tam orta məktəbin məzunu Əsədov Vasif Hikmət oğlu ən yüksək 700 bal , 38 nəfər 600-dən, 87 nəfər 500-dən yuxarı bal toplamışdır.
Yüksək bal toplayanların sayına görə şəhər 5, 6 nömrəli, Talıstan, Diyallı, Qubaxəlilli kənd tam orta məktəbləri ön sırada olmuşlar. Şəhər 6 nömrəli tam orta məktəbin XIa sinfinin məzunlarının nəticələri daha yüksək olmuş, 7 nəfər 600-dən yuxarı bal toplamışdır.
Fənn olimpiadalarının Respublika mərhələsində Lahıc qəsəbə və Sumağallı kənd tam orta məktəbinin şagirdləri qalib olmuşlar. 7 nəfər şagird rus dili fənni üzrə keçirilən fənn olimpiadalarında qalib gəlmişdir.
Rayonun şagirdləri Respublika Təhsil Nazirliyinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsində, “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində, Azərpoçtla Təhsil Nazirliyinin birgə keçirdiyi inşa yazı müsabiqəsində, “Ən yaxşı üç ölçülü model” olimpiadasında, “ALPloqo-2018 proqramlaşdırma” olimpiadasında, Təhsil Nazirliyinin məktəblilər arasında keçirdiyi şer müsabiqəsində, Fövqaladə Hallar Nazirliyinin keçirdiyi “Fövqaladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsində qaliblər sırasında olmuşlar.
Tədris ili ərzində rayonun 70 nəfərədək məktəbli-idmançısı Respublika səviyyəli idman yarışlarında qalib gəlmişdir.
Rayonun ümumtəhsil məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”lar şagirdlərdə yaradıcılıq meyllərinin inkişafında əhəmiyyətli rol oynamışdır. Şəhər 1 nömrəli, Lahıc qəsəbə, Təzəkənd, Sumağallı kənd tam orta məktəblərində “Kiçik akademiya”ların fəaliyyəti daha diqqətəlayiq olmuşdur.
Dərs ilinin sonunda rayonun istedadlı şagirdlərinin hesabat xarakterli toplantısı keçirilmiş, beynəlxalq və respublika səviyyəli yarış, müsabiqə və layihələrdə uğur qazanmış 140 nəfərdən artıq istedadlı şagird Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Keçən dərs ilində müəllimlərimiz də xeyli sayda müxtəlif beynəlxalq və respublika səviyyəli layihələrdə iştirak edərək uğurlu nəticələr qazanmışlar.
Müəllimlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasına, sağlam rəqabətin yaradılmasına və qabaqcıl pedaqoji təcrübənin üzə çıxarılmasına xidmət edən “Təhsildə inkişaf və innovasiyalar üzrə Qrant müsabiqəsi”ndə müəllimlərimiz uğurlu nəticələr əldə etmişlər. I Qrant müsabiqəsində rayonun 4 nəfər, II Qrant müsabiqəsində isə 5 nəfər müəllimi qalib gəlmişdir.
Rayon məktəblərinin beynəlxalq əlaqələri daha da inkişaf etmişdir.
Şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri Bahar Abdullayeva, Ruhiyyə Mahmudova, Şükufə Nəcəfova, Leyla Babayeva, Surə Mehdiyeva, şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Cəmaləddinova “Avropa keyfiyyət nişanı”na layiq görülmüşlər.
Şəhər 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xatirə Nuriyeva BMT-nin Ərzaq Proqramı çərçivəsində “Vəhşi təbiətin nemətlərindən xalq kulinariyasında istifadə olunması” layihəsində qalib gələrək layihə çərçivəsində İtalyada keçiriləcək Beynəlxalq tədbirə qatılmışdır.
Son illərdə məktəblər daha savadlı və bacarıqlı gənc kadrlarla təmin olunmaqdadır. Son 5 ildə rayon məktəblərinə Təhsil Nazirliyi tərəfindən 308 gənc müəllimin təyin olunması pedaqoji kollektivlərdə işgüzarlığı yüksəltmişdir. Cari tədris ili üçün Respublika Təhsil Nazirliyinə müxtəlif ixtisaslar üzrə 207 vakant yer verilmiş, hazırda 97 nəfər iş yerinə gələrək qeydiyyatdan keçmişdir.Vakansiyalara müəllim qəbulu davam etdirilir.
Əməyi ilə seçilən qabaqcıl müəllimlərin rəğbətləndirilməsi dövlətimizin daim diqqətindədir. Cari ildə cənab Prezidentin Sərəncamı ilə şəhər 6 nömrəli tam orta məktəbin direktoru Qalib Bəşirova “Əməkdar müəllim” adı verilmiş və beləliklə rayonda “Əməkdar müəllim”lərin sayı 14 nəfərə çatmışdır. Şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar Abdullayeva “Tərəqqi” medalı, 6 nəfər qabaqcıl müəllim isə Respublika Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil İşçisi” döş nişanı və Fəxri fərmanla təltif edilmişdir.
Bütün bunlarla yanaşı rayonda təhsil sahəsində həlli vacib problemlər də qalmaqdadır. Şəhər məktəblərində şagird sıxlığı ciddi problemlər yaradır. Rayon mərkəzində yeni məktəb binasının tikilməsinə ciddi ehtiyac vardır. Güyüm, Sədiyan, Tircan ferma, Kələzeyvə və şəhər 8 nömrəli ibtidai məktəblərin özünəməxsus binaları yoxdur. Çəmənli, Köhnədaxar, Kəlfərəc kəndlərində məktəb açılmasına ciddi ehtiyac vardır.
Rayonda uşaqların məktəbə hazırlığı sahəsində də problemlər yaşanmaqdadır. Məktəbəqədər yaşlı uşaqların sayı 5000 nəfərdən yuxarı olduğu halda, yalnız 415 nəfər uşaq bağçalara cəlb edilmişdir. Rayonda cəmi 11 bağça fəaliyyət göstərir. Əksər yaşayış məntəqələrində uşaq bağçası-körpələr evi yoxdur.
İsmayıllı Humanitar Texnologiya Kolleci və Peşə Tədris Mərkəzi regionda tələb olunan sahələr üzrə orta-ixtisas və peşə təhsili mütəxəssislərinin yetişməsində əsaslı rol oynayır. Hazırda kollecdə 12 ixtisas üzrə 590 nəfər tələbə, Peşə tədris mərkəzində isə 10 ixtisas üzrə 200 nəfər şagird təhsil alır. Qeyd olunmalıdır ki, Kollecin özünün balansında bina yoxdur. Bu tədris müəssisəsi keçmiş uşaq xəstəxanasının istifadə olunmayan binasında fəaliyyət göstərir.2017-ci ildən burada mərhələli şəkildə təmir işləri aparılır. Hal-hazırda binanın 2-ci korpusunda 6 sinif otağında təmir işləri başa çatmaq üzrədir.
Keçən tədris ilində İsmayıllı Peşə Tədris Mərkəzini 195 nəfər şagird bitirmiş və onların çoxu ixtisaslarına uyğun işlə təmin olunmuşlar. Müasir tipli binada fəaliyyət göstərən Peşə Tədris Mərkəzi bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş, tədris müəssisəsində zəngin fənn kabinetləri yaradılmış, uyğun ixtisaslı kadrlarla təmin olunmuşdur. İsmayıllı Peşə Tədris Mərkəzi təhsilin nəticələrinə və keyfiyyətli peşə ixtisaslı kadrların hazırlanmasına görə respublikada fərqlənən qabaqcıl təhsil müəssisələrindəndir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşməsi haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamına əsasən İsmayıllı Regional Mədəniyyət Turizm İdarəsi yaradılmış, idarənin tabeliyində İsmayıllı, Qobustan, Şamaxı, Ağsu, Qəbələ mədəniyyət müəssisələri birləşdirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin optimallaşdırmaya dair islahatları çərçivəsində İsmayıllı Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi regionlarda, o cümlədən İsmayıllı rayonunda bir sıra klub və kitabxanalar ləğv edilmiş, daha güclü maddi-texniki bazaya və ixtisaslı kadra malik olanlar saxlanılmışdır.
2018-ci ilin 9 ayı ərzində rayonun mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra addımlar atılmış, tədbirlər müəyyənləşdirilib həyata keçirilmişdir. Hazırda 27 klub müəssisə, 44 kitabxana, uşaq incəsənət məktəbi, İsmayıllı və Lahıc tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev Mərkəzi, İsmayıllı Dövlət Rəsm Qalereyası, İsmayıllı Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir.
Cari ilin 9 ayı ərzində rayonun mədəniyyət müəssisələrində tədbirlər planına uyğun və tarixi-əlamətdar günlərlə bağlı çoxsaylı mədəni-kütləvi tədbirlər hazırlanıb həyata keçirilmişdir.
“Cümhuriyyət ili” ilə əlaqədar Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “İstedad sorağında” müsabiqəsi, 2 iyunda “Dünya uşaqların gözü ilə” mövzusunda rəsm sərgisi, uşaq kitabxanasında “Azərbaycan dili günü” keçirilmiş, 23 avqustda Yaponiyanın İto şəhərində olan qonaqlar üçün konsert proqramı verilmiş, “Ağ atlı oğlan”, “Qanlı gecə” filmləri nümayiş etdirilmiş, “Əxlaqi gözəllik mənəvi gözəllikdir”, “Ötənləri unutmayaq” mövzularında dəyirmi masa, Ümumdünya gülüş günü ilə əlaqədar “Gülüş çələngi” adlı yumorlu gecə keçirilmişdir. F.Əzimov adına uşaq-incəsənət məktəbində dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə, Ulu öndərin 95 illik yubileyinə həsr olunmuş konsert proqramları təşkil edilmişdir. Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmiş, “İşıqlı həyat yolunda” adlı sərgi təşkil edilmiş, Zərifə xanımın həyat və fəaliyyəti ilə bağlı filmlər nümayiş etdirilmişdir. Mərkəzi kitabxanada görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin, Fransız yazıçısı Jül Verinin yubileyləri ilə əlaqədar oxucular konfransı keçirilmişdir. Ədəbiyyatşünas alim,görkəmli yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar kənd və şəhər kitabxanalarında çoxsaylı tədbirlər həyata keçirilmişdir.
Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılmışdır. Agentliyin İsmayıllı Turizm İnformasiya Mərkəzi öz fəaliyyətini 2018-ci ilin 9 ayı ərzində regionun turizm potensialına uyğun şəkildə qurmuş, çoxsaylı tədbirlər həyata keçirmişdir.
2018-ci ilin aprelində Bakı “Expo Mərkəz” ində 17-ci Azərbaycan Beynəlxalq Turizm və səyahətlər sərgisində İsmayıllı Regional Mədəniyyət İdarəsi və İsmayıllı Turizm İnformasiya Mərkəzi rayonun turizm potensialını təbliğ etmişdir. Sərgiyə gələn ziyarətçilərə rayon haqqında geniş informasiya verilmiş, müxtəlif reklam və çap məhsulları (buklet, xəritə, fotoalbom, flayer) təqdim olunmuşdur.
İsmayıllı rayonuna 2018-ci ilin 9 ayı ərzində 82237 nəfər turist gəlmişdir ki, bunlardan 9683 nəfəri xarici turist olmuşdur. Dövr ərzində rayona gələn yerli və xarici turistlərə rayonun tarixi, mədəniyyəti, memarlıq abidələri, muzeyləri, kitabxanaları, folkloru barədə geniş məlumatlar verilmişdir.
İsmayıllı rayonunun səhiyyə şəbəkəsi 160 çarpayılıq RMX,15 çarpayılıq Lahıc qəsəbə xəstəxanası, 15 çarpayılıq İvanovka kənd xəstəxanası,11 həkim məntəqəsi, 24 tibb məntəqəsi və GEM-dən ibarətdir. Səhiyyə müəssisələrində 2018-ci ilin 9 ayında 104 həkim, 333 orta tibb işçisi fəaliyyət göstərmişdir. Hal-hazırda 35 həkim, 24 orta tibb işçisi yeri vakantdır. 2018-cı ilin 9 ayında 8 nəfər həkim, 49 nəfər orta tibb işçisi təkmilləşmə kurslarına cəlb olunmuşdur.
Hal-hazırda Yuxarı Cülyan, Çandahar, Əhən kənd tibb məntəqələri kadr çatışmazlığına görə müvəqqəti fəaliyyət göstərmir. Tağlabiyan və Xankəndi tibb məntəqələrində Basqal həkim məntəqəsinin işçiləri əvəzçiliklə əhaliyə tibbi xidmət göstərirlər.
İlin 9 ayı ərzində 2038 nəfər xəstə stasionar müalicə almış, çarpayı günlərinin sayı 17293 olmuşdur.
9 ay ərzində xəstəxanada 364 cərrahiyyə əməliyyatı aparılmışdır ki,bunlardan təxirəsalınmaz əməliyyatların sayı 218,planlı əməliyyatların sayı 146 olmuşdur. 9 ay ərzində rayon xəstəxanalarında qeydə alınmış 26 nəfərdə keysəriyyə əməliyyatı aparılmışdır.
İlin ötən dövrü ərzində 98 nəfərə əlillik dərəcəsi təyin olunmuşdur. Bunlardan 10 nəfərə I qrup,60 nəfərə II qrup,18 nəfərə isə III qrup əlillik dərəcəsi verilmişdir.
2018-cı ilin 9 ayında şəkərli diabet xəstələrinin sayı 1463, vərəm xəstələrinin sayı 466 nəfər, xroniki böyrək çatışmazlığı olan xəstələrin sayı isə 39 nəfər olmuşdur. RMX-nın hemodializ şöbəsində 15 nəfər xəstə dializ alır.2018-cı ilin 9 ayında 4 nəfər xroniki böyrək çatışmazlığı ilə qeydiyyata alınmışdır.Dializ xəstələri lazımi dərman preparatları ilə təmin olunurlar.
722 nəfər onkoloji xəstə dispanser qeydiyyatındadır. 2018-ci ilin 9 ayı ərzində 56 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür.
2018-ci ilin 9 ayında 14 nəfər dağınıq sklerozu olan xəstə dispanser qeydiyyatına götürülmüşdür.Həmin xəstələr Respublika Klinik Xəstəxanasında lazımi dərmanlarla təmin olunmuş, həkim müayinəsindən keçmişlər.
2018-cı ilin 9 ayında nigaha görə 374 cütlük və 19 nəfər tək tərəf müayinə olunmuşdur.6 nəfərdə talassemiya xəstəliyi ,28 nəfərdə talassemiya daşıyıcısı,3 nəfərdə siflis aşkar edilmişdir.
18 yaşa qədər uşaqlar 11 xəstəliyə görə 98 faiz peyvəndlə əhatə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən uşaqların icbari dispanserizasiyası həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Səhiyyə Nazirliyinin müvafiq əmrinə uyğun olaraq fevral ayının 12-dən may ayının 12-nə qədər rayon əhalisi tibbi müayinəyə cəlb olunmuş, 55353 nəfər hərtərəfli müayinədən keçirilmişdir. 849 nəfər xəstə ambulator,176 nəfər xəstə stasionar müalicə olunmuş, 75 nəfər Bakı şəhərinə müalicə müəssisələrinə göndərilmişdir.Həmin müddət ərzində 68 nəfərdə cərrahiyyə əməliyyatı aparılmışdır.
İsmayıllı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi “Sanitariya-epidemoloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununu əsas tutaraq ilin 9 ayı ərzində bir sıra sanitar-epidemioloji tədbirlər həyata keçirmiş, dezinfeksiya və vaksinasiya işləri aparmışdır. Rayonda sanitar-gigiyenik vəziyyətə tam nəzarət olunmuş, nöqsanlar aradan qaldırılmışdır. Şəhərin su təchizatına sanitariya nəzarəti gücləndirilmişdir.
Rayon Gənclər və İdman İdarəsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi və hərtərəfli dəstəyi ilə dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində uğurları ildən- ilə artırır.
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tələblərinə uyğun hazırlanmış tədbirlərin icrası 2018-ci ilin 9 ayı ərzində də davam etdirilmişdir. Bu tədbirlər sırasında şeir ifaçılığı, rəsm, inşa-yazı müsabiqələri əhəmiyyətli yer tutmuşdur. 20 Yanvar faciəsinə, Xocalı soyqırımına, Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə, tarixi günlərə, milli bayramlara həsr olunmuş tədbirlərdə, ziyarət mərasimlərində, yürüşlərdə, dəyirmi masalarda, müsabiqələrdə gənclərin fəal iştirakı təmin edilmişdir.
Hesabat dövrü ərzində gənclərlə iş sahəsində 36 tədbir keçirilmiş,onlardan 24-ü rayon, 12-si Respublika miqyaslı olmuşdur. Tədbirlərdə 3021 nəfər gəncin iştirakı təmin edilmişdir.
İdman ölkəsi kimi tanınan Azərbaycanın surətli inkişafına qoşulan İsmayıllı rayonu dövlət- idman siyasətinin həyata keçirilməsində 2018-ci ilin 9 ayı ərzində də uğurlarını artırmışdır.
Hesabat dövrü ərzində idmanın müxtəlif növləri ilə bağlı 50 tədbir keçirilmişdir. Diqqətçəkən haldır ki, bu tədbirlərin 2-si Beynəlxalq miqyaslı tədbir olub. 20 tədbir Respublika, 28 tədbir isə rayon miqyasında keçirilib. Həmin tədbirlərdə 3154 nəfər idmançı iştirak edib. Ümumilikdə bu ilin 9 ayı ərzində respublika yarışlarında 45 medal qazanılmışdır ki, onlardan 29-u qızıl, 8-i gümüş, 8-i isə bürünc olmuşdur. Beynəlxalq yarışlarda 3 qızıl və 1 bürünc medal qazanılmışdır.
Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə təsis olunmuş yerli federasiyalar da idmanın inkişafına yardımçı olmuşlar.
Rayonda gənclər siyasətinin daha effektli həyata keçirilməsi üçün “Gənclər evi”nin tikilməsinə zəruri ehtiyac vardır. Gənclərin elmi əsaslarla təşkilatlanmasına, daha çox diqqət yetirilməlidir.
Rayon İcra Hakimiyyəti siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır. “Heydər Əliyev idarəetmə məktəbi” məhz bu düşüncənin nəticəsidir. Hesabat dövrü ərzində məktəbin ardıcıl olaraq məşğələləri keçirilmişdir.
Rayonda ölkə rəhbərinin fəaliyyəti ilə bağlı təbliğat işləri gücləndirilib. Cənab Prezidentin həyata keçirdiyi siyasi kursun təbliği aparılıb, səfərləri, çıxış və məruzələri ətraflı şəkildə əhaliyə çatdırılıb.
Ölkəmizin inkişafının təmin edilməsi,əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər, Heydər Əliyev Mərkəzinin fəaliyyəti ideoloji işin tərkib hissəsini təşkil edib. 2018-ci ilin 9 ayı ərzində Mərkəzdə xeyli sayda ictimai-siyasi tədbirlər, görüşlər keçirilib, xarici ölkələrdən gələn qonaqlar qarşılanıb. Peşə bayramlarının, yubiley tədbirlərinin keçirilmə ünvanı əsasən Heydər Əliyev Mərkəzi olub.
YAP İsmayıllı rayon təşkilatı 2018-ci ilin 9 ayı ərzində ümummilli lider Heydər Əliyevin ideyalarından irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində fəaliyyətini daha da gücləndirib.
Hesabat dövründə rayon təşkilatı, onun şurası, idarə heyəti və aparatı tədbirlər planına uyğun olaraq təşkilati, ideya-siyasi istiqamətlərdə fəaliyyətini davam etdirib, partiya quruculuğunda əldə olunmuş,müsbət təcrübədən yararlanaraq, yaradılmış bazadan səmərəli şəkildə istifadə edib.
Öz ətrafında 87 ilk partiya təşkilatını birləşdirən rayon təşkilatı 9 ay ərzində sıralarını kəmiyət və keyfiyyət baxımından daha da genişləndirib. Hal-hazırda YAP üzvlərinin sayı 8395 nəfərə çatmışdır.Onların 3146 nəfərini qadınlar, 3492 nəfərini isə gənclər təşkil edir.
Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq və vətənçilik istiqamətində tədbirlər həyata keçirilib. Rayonda yaradılmış Heydər Əliyev idarəetmə məktəbinin məşğələlərində YAP üzvlərinin fəal iştirakı təmin edilib.
9 ay ərzində rayon təşkilatı ideya-siyasi işin gücləndirilməsinə diqqəti artırıb, bu baxımdan ilk partiya təşkilatlarında görüşlər, yığıncaqlar, dəyirmi masalar və digər tədbirlər keçirilib.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə 2018-ci ilin 9 ayında 220 nəfər müraciət etmişdir. Müraciətlərin hamısına həssaslıqla yanaşılmış, 67 problemli ailəyə səfər edilmişdir. Hesabat ərzində aktiv terapiya, ünsiyyət terapiyası, psixoloji məsləhət, dil və kompüter kurslarına qəbulla bağlı 85 müraciət olmuşdur ki, onun da 67-si müsbət həll edilmişdir. 2018-ci ilin 9 ayı ərzində 104 nəfər Mərkəzin xidmətlərindən bəhrələnmiş, Qadın İcma İnformasiya Mərkəzindən 324 nəfər istifadə etmişdir. 126 xüsusi halla bağlı iş davam etdirilmişdir.
Münaqişəli və boşanma təhlükəsi olan ailələrlə İsmayıllı Rayon İcra Hakimiyyəti, onun yerli nümayəndəlikləri və Rayon Məhkəməsi ilə birgə iş aparılır və belə ailələr müəyyən müddətə nəzarətdə saxlanılır.
Fəaliyyət planına uyğun olaraq 9 ay ərzində 33 tədbir keçirilmişdir ki, keçirilən tədbirlər 1385 nəfəri əhatə etmişdir. İnsan hüquqları, sağlam həyat tərzinin təbliği, insan alverinə, erkən nikaha, narkomaniyaya qarşı mübarizə bu tədbirlərin aparıcı mövzusu olmuşdur.
Rayonda əsil tolerantlıq mühiti hökm sürür. Dinlərə, müxtəlif milli və dini qurumlara münasibətdə ayrıseçkiliyə yol verilmir. Rayon ərazisində 16 dini icma, 26 məscid, 4 ibadət evi vardır. Dini icmaların 15-i müsəlman, 1-i xristian təmayüllüdür. Rayonda “Cümə” və “Məhəmmədiyyə” məscidləri daha aktiv fəaliyyətə malikdir. Digər məscidlər əsasən cümə günləri, dini bayramlar və dini ayinlərin icrasına zərurət yarandıqda fəaliyyət göstərir.
Rayonda dindarlar dini etiqad və ayinlərini sərbəst şəkildə həyata keçirirlər. Radikal dini cərəyanlarla mütəmadi olaraq mübarizə tədbirləri həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək rayonun “Cümə” məscidi dini icmasına 3 dəfə, Diyallı kənd məscidi, Talıstan kənd “Bilal” məscidi, Basqal qəsəbə məscidi və Topçu kənd məscidi dini icmalarına 1 dəfə müxtəlif layihələri həyata keçirmək üçün maliyyə vəsaiti ayırmışdır.
2018-ci ilin 9 ayında Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli nümayəndəliyi, Rayon Gənclər və İdman İdarəsi, hüquq mühafizə orqanları və digər dövlət orqanları ilə birgə tədbirlər, dəyirmi masalar və seminarlar həyata keçirilmişdir. 21 fevral 2018-ci il tarixdə İsmayıllı rayonu İstisu kənd tam orta məktəbində “Dini radikalizm və onun fəsadları”, 23 aprel 2018-ci il tarixdə İsmayıllı şəhər 7 saylı tam orta məktəbində “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” adlı, 4 iyun 2018-ci il tarixdə İsmayıllı rayonu Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində, 5 sentyabr 2018-ci il tarixdə İsmayıllı şəhər Uşaq kitabxanasında “Sülh aylığı” çərçivəsində “Dini radikalizm: İnsan hüquq və azadlıqlarına təhlükə kimi” adlı maarifləndirici tədbirlər həyata keçirilmişdir. Dindarlar arasında milli-vətənpərvərlik hisslərinin təbliği və dövlətçilik ruhunun gücləndirilməsi məqsədilə 16 yanvar 2018-ci il tarixdə İsmayıllı şəhər “Cümə” məscidində “20 Yanvar şəhidləri və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir.
Rayonda əlamətdar dini bayram və mərasimlər özünəməxsus şəkildə qanuni əsasda qeyd olunur. 16 may 2018-ci il tarixdə İsmayıllı şəhər “Cümə” məscidində Ramazan ayının başlanması, 13 sentyabr 2018-ci il tarixdə həmin məsciddə “Məhərrəm” ayı ilə əlaqədar din xadimləri ilə görüşlər keçirilmişdir.
Tədbirlərdə müxtəlif dövlət orqanlarının nümayəndələri, ağsaqqallar, dini icma sədrləri, müəllimlər, ictimaiyyət nümayəndələri və gənclər də iştirak etmişdir.
Maarifləndirmə tədbirlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş ”Fitnə” və “Şəhadət” sənədli filmləri nümayiş olunumuşdur.
Hesabat dövründə yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması üçün komissiyalar tərəfindən konkret tədbirlər həyata keçirilmişdir.
Yetkinlik yaşına çatmayan uşaqların zərərli vərdişlərdən – siqaret, narkotik vasitələr və alkaqollu içkilərin təsirindən qorunması daima diqqətdə saxlanılmış və komissiya tərəfindən rayon ərazisində mütəmadi maarifləndirmə tədbirləri aparılmışdır. Uşaqların dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkili üçün məktəblərdə və məktəbdənkənar müəssisələrdə onların maraqlarına uyğun dərnəklər təşkil edilmiş, məktəbdənkənar uşaq müəssisələrinin fəaliyyətində bu məsələyə daha çox diqqət yetirilmişdir.
Uğursuz və münaqişəli ailələrdə yaşayan uşaqlar müəyyənləşdirilmiş, həmin uşaqların hüquqlarının qorunması üçün tədbirlər görülmüşdür.
2018-ci ilin 9 ayında Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 4 nəfərin nikah yaşı azaldılmış, 2 nəfər uşaq qəyyumluğa, 3 nəfər uşaq himayəyə verilmiş, valideynlərin müraciətlərinə əsasən 1 nəfər uşağın adı dəyişdirilmişdir.
Komissiya tərəfindən rayonda sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması istiqamətində tədbirlər həyata keçirilmiş, 101 nəfər sağlamlıq imkanları məhdud uşaq evdə fərdi təhsilə cəlb olunmuşdur.
2018-cı ilin 9 ayında Rayon İcra Hakimiyyətinə cəmi 1102 ədəd vətəndaş müraciəti daxil olmuşdur. O cümlədən Prezident Administrasiyasından 300, digər yuxarı orqanlardan isə 65 vətəndaş müraciəti baxılmaq üçün RİH-nə göndərilmişdir. Birbaşa RİH-nə daxil olan müraciətlər 2018-ci ildə 737 ədəd olmuşdur.
2018-ci ilin 9 ayında vətəndaşlar daha çox sosial müdafiə (301), o cümlədən birdəfəlik maddi yardım (214), işlə təmin olunma (31), sosial müdafiə (42)), mənzil (146), torpaq (116), şəhərsalma və tikinti (99), İƏD-si üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyəti (97), evlərin,mənzillərin,torpaq və bağ sahələrinin sənədləşməsi-(41), qəyyumluq və övladlığa götürülmə-(13), enerji daşıyıcıları və su təhcizatı (83), nəqliyyat (41), qəbul (30), səhiyyə (21), elm və təhsil (19), təbii fəlakət hadisələri və fövqəladə hallar məsələləri (19), məişət məsələləri(19), təhlükəsizlik və hüquq mühafizə orqanlarının fəaliyyəti (15), kənd təsərrüfatı məsələləri (13) və s. ilə bağlı müraciətlər təşkil etmişdir.
2018-ci ilin 9 ayında daxil olan müraciətlərin 967-si ərizə, 133-ü şikayət, 2-si təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 12.5%-ni təşkil edir.
RİH başçısı aparatında fəaliyyət göstərən 164 nömrəli qaynar xəttə 2018-ci ilin 9 ayında 173 vətəndaş müraciəti daxil olmuşdur. Müraciətlər əsasən işıq, qaz, su təhcizatı, kanalizasiya və rabitə məsələləri və digər məsələlərlə bağlı olmuşdur.
2018-ci ilin 9 ayında daxil olmuş müraciətlərin 259-u (23,5 %) müsbət, 96-sı (8,7%) qismən həll edilmiş, 604-nə (54,8%) müvafiq izahat verilmiş, 13-ü əsassız sayılmışdır. Daxil olan müraciətlərə əsasən İcra Hakimiyyəti başçısının aparatında baxılmış, 34-ü baxılmaq üçün aid qurumlara göndərilmiş, 4-ü isə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
110 nəfər vətəndaşın ərizəsi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün “Müayinə komissiyası”nda müzakirə olunmuş və onlara 21090 (iyirmi bir min doxsan) manat yardım göstərilmişdir.
2018-ci ilin 9 ayında 605 nəfər vətəndaş RİH başçısı tərəfindən qəbul edilmiş, yerlərdə 44 səyyar görüş-qəbul keçirilmiş, səyyar görüş-qəbullarda 3337 nəfər iştirak etmişdir. Həm aparatda, həm də səyyar qəbullarda edilən bütün müraciətlər diqqətlə araşdırılmış, onların həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Həmişə olduğu kimi 2018-ci ilin 9 ayında da Rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlər diqqətlə araşdırılmış, şikayətlərin yaranma səbəbləri təhlil edilmiş, onların həlli istiqamətində tədbirlər görülmüşdür.
İsmayıllıda fəaliyyətə başlayan Regional “Bilik Evi” və Multikulturalizm Mərkəzi də ideoloji fəaliyyətə cəlb edilmiş, bir sıra tədbirlər onlarla birgə həyata keçirilmişdir.
“İsmayıllı xəbərləri” qəzeti dolğun, maraqlı və məzmunlu sayları ilə oxucuların rəğbətini qazanmış və ayda 2 dəfə nəşr olunmuşdur.
RİH başçısının İƏD üzrə nümayəndəlikləri 2018-ci ilin doqquz ayı ərzində fəaliyyətlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun qurmuş, iş planlarında nəzərdə tutulmuş məsələlərin həllinin təmin edilməsinə, əmək və icra intizamının gücləndirilməsinə və nümayəndəliklərin fəaliyyətinin səmərəliliyinin təmin edilməsinə yönəltmişdir.
Hesabat dövrü ərzində rayonun bütün yaşayış məntəqələrində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmiş, hər bir nümayəndəlik tərəfindən ərazidə baş vermiş hadisələr barədə gündəlik məlumatlar alınaraq aidiyyəti üzrə RİH başçısına məruzə edilmişdir.
RİH başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq 2018-ci ilin yanvar ayında İƏD üzrə nümayəndəliklərdə hesabat yığıncaqları keçirilmiş, hesabat yığıncaqlarında 4043 ¬¬¬¬¬¬¬¬¬¬¬¬¬¬-nəfər iştirak etmişdir.
Ötən dövr ərzində əhalini narahat edən 81 problem öz həllini tapmışdır.
Hesabat dövründə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərdə ayda bir dəfədən az olmayaraq “Nümayəndə günü” keçirilmiş, keçirilən iclaslar protokollaşdırılmışdır. Keçirilmiş
“Nümayəndə günü” iclaslarının gündəliyinə İƏD üzrə nümayəndəliklərin fəaliyyətlərində qarşılaşdığı ən vacib məsələlər daxil edilmiş, qəbul edilmiş qərarların icrası nəzarətdə saxlanılmışdır.
Ötən doqquz ay ərzində bələdiyyələrin də fəaliyyəti diqqət mərkəzində olmuşdur. Vətəndaşların müraciətlərinə baxılması, ərazilərin sosial problemlərinin həlli, təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi, layihələrin icrası, vergilərin toplanmasında şəffaflığın təmin edilməsi sahələrində bələdiyyələrin fəaliyyəti daha da gücləndirilmişdir.
Qeyd etməliyik ki, bələdiyyələrin fəaliyyətində müsbət hallarla yanaşı nöqsanlar da az deyildir. Vergilərin toplanmasında passivlik və zəbt torpaqlarının açılıb buraxılmasına səthi yanaşma ən ciddi nöqsanlardandır. Vətəndaşların istifadəsində qanunsuz olaraq hektarlarla zəbt torpaq sahələri olduğu halda, bu gün Qoşakənd, Talıstan, Qurbanəfəndi, Basqal, Diyallı, Cülyan, Əhən, Təzəkənd və s. bələdiyyələr öz sakinlərinə həyətyanı torpaq sahəsi ayıra bilmir.
Hal-hazırda vergi ödəyicilərinin ümumilikdə rayon üzrə bələdiyyələrə 580396 manat vergi borcu vardır.
2018-ci ilin doqquz ayı ərzində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi , ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əsaslı işlər görülmüş, qanun pozuntularına qarşı mübarizə tədbirləri gücləndirilmişdir.
Hüquq-mühafizə orqanları öz vəzifələrini yüksək səviyyədə yerinə yetirməklə yanaşı, rayonun ictimai-siyasi həyatının sabit saxlanılmasında, mənəvi mühitin saflaşdırılması və qorunmasında, əhalinin qarşılıqlı anlaşma şəraitində yaşayıb işləməsində , insan hüquqlarının qorunmasında fəal iştirak etmişdir.
2018-ci ilin doqquz ayı ərzində İsmayıllı rayonunda cinayətkarlığa qarşı mübarizə sahəsində dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdaifəsi üzrə bir sıra tədbirlər həyata keçirilmiş , həmin tədbirlərin keçirilməsi zamanı hüquq -mühafizə orqanları ilə birgə ictimai asayişin qorunması işi qənaətbəxş olmuşdur.
2018-ci ilin 9 ayı ərzində rayon ərazisində 96 ümumi cinayət hadisəsi baş vermiş, tamamlanmış işlər üzrə açılma faizi 90% olmuşdur.
“Korupsiyaya qarşı mübarizə haqqında” Qanunun qüvvəyə minməsindən 14 ilə yaxın vaxt keçir. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzi dövlət orqanlarının vəzifəli şəxsləri korrupsiyaya qarşı mübarizə etmək əvəzinə özləri bu hüquqpozmada iştirak edirlər. İsmayıllıda prokurorluq sahəsində baş verən olaylar rayonun imicinə böyük zərbədir. 2018-ci ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr barədə ölkə prezidentinin hesabat yığıncağındakı iradından hər kəs nəticə çıxarmalı, öz fəaliyyətində şəffaflığı təmin etməlidir. Xüsusilə dövlətin böyük dəstəyini hər an hiss edən sahibkarlar öz fəaliyyətlərində qanunsuzluğa, qeyri şəffaflığa yol verməməli, vergiləri vaxtında ödəməlidirlər.
Hörmətli yığıncaq iştirakçıları, bu il müstəqilliyimizin 100 ili tamam olur. Bu günkü müstəqil Respublikamız Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 2018-ci ili biz cənab Prezidentin tapşırığına uyğun olaraq “Cümhuriyyət ili” kimi başa vuracağıq.
Nəticələr bunu deməyə əsas verir ki, ölkəmiz öz uğurlu inkişafını 2018-ci ilin 9 ayı ərzində də davam etdirmiş, dünya ölkələri arasında öz mövqeyini bir qədər də möhkəmləndirmişdir. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Uğurlu inkişafın təməlində ölkə Prezidenti cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti dayanır. İqtisadi, siyasi, ideoloji sahələrdə islahatlar dərinləşir, yeniləşir, qeyri-neft sektoru, sənaye və kənd təsərrüfatı sahələri inkişaf etdirilir.
İsmayıllı rayonu da bu inkişaf və yüksəlişin önündə addımlayır. Cənab Prezidentin tövsiyə və tapşırıqlarını uğurla həyata keçirir, ölkənin sürətli inkişafına qoşulur.Rayonumuz inkişaf etmiş bölgələrdən birinə çevrilmək üçün bütün imkanlarını səfərbər edir, qarşıdakı illərin yüksəliş yollarına qədəm qoyur. Rayon əhalisi cənab Prezidentin İsmayıllıya diqqət və qayğısından ruhlanaraq gələcəyə, sabaha daha böyük ümid və inamla baxır,onun ətrafında daha sıx birləşir.
2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları
və qarşıda duran vəzifələrlə bağlı İsmayıllı
Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun
MƏRUZƏSİ
Hörmətli tədbir iştirakçıları!
Cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2018-ci ilin birinci rübündə rayonumuzda uğurla həyata keçirilmişdir. Rayonun iqtisadi potensialını gücləndirmək, tikinti-abadlıq, quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi azaltmaq və qarşıya qoyulmuş digər vəzifələrin icrası üçün tədbirlər davam etdirilmişdir.
İlin ilk günündən başlayaraq rayon ərazisində aparılacaq əsaslı tikinti, abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilmiş, görüləcək işlərin ardıcıllığı müəyyənləşdirilmişdir. I rübdə Lahıc qəsəbə tam orta məktəbinin və İsmayıllı-Kəlbənd yolunun tikintisinə başlanılmış, Dəmirçi-Lahıc avtomobil yolunun, Keyvəndi kəndində heyvandarlıq təsərrüfatının, Heydər Əliyev prospektində beşmərtəbəli otel binasının, “Bədo” əlillərin reabilitasiya və bərpa istirahət mərkəzinin, “Niyal-Konstruktion“ MMC tərəfindən ticarət mərkəzi-otel binasının və digər obyektlərin tikintisi davam etdirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ərəfəsində “28 May” küçəsində abadlıq işlərinə start verilmişdir. Bundan əlavə K.Məmmədov, İstiqlal, Nuru Paşa, Babadağ, Fizuli, V.Əliyarov, Natəvan, və Abdulla Şaiq küçələrində asfalt-beton örtüyün vurulması üçün hazırlıq işlərinə başlanmışdır.
2018-ci ilin birinci rübündə rayonda ümumi məhsul istehsalı faktiki qiymətlərlə 36 milyon 29 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 417 min manat çoxdur. Kənd təsərrüfatında 6,8 faiz, sənayedə 10,3 faiz, tikinti-quraşdırma işlərində 4 faiz, nəqliyyatda 3,6 faiz, informasiya və rabitədə 10,7 faiz, ticarətdə 9 faiz artım əldə olunmuşdur.
Əsas kapitala investisiya qoyuluşu 8 milyon 630 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur.
Hesabat ilində əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi 6,7 faiz yüksələrək 44,9 milyon manata çatmış, keçən ilin eyni dövrünə nisbətən 2,8 milyon manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 313 min manat artaraq, 6 milyon 175 min manat təşkil etmişdir.
Rayon büdcəsinin gəlirlər hissəsi 1 milyon 333 min manata qarşı 1 milyon 382 min manat (104 faiz) icra olunmuşdur. Rüblük məxaric proqnozu 1 milyon 316 min manata qarşı 963 min manat (73 faiz) icra edilmişdir.
-2018-ci ilin I rübü ərzində məcburi dövlət sosiаl sığortа hаqlаrının toplаnmаsı üzrə proqnoz tаpşırıqlаrı 2 milyon 489 min mаnаtа qаrşı 2 milyon 892 min mаnаt və yахud 116 fаiz əməl olunmuşdur. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar I rübdə sığortaedənlərdən 108,8 min manat vəsait İşsizlikdən Sığorta Fonduna daxil olmuşdur. Hеsаbаtlаrın еlеktron vəziyyətdə qəbulu tаmаmilə bаşа çаtdırılmışdır. Əmək pеnsiyаlаrının ödənilməsinə 7 milyon 513 min mаnаt və məcburi dövlət sosial sığorta haqları hesabına verilən müаvinətlərin ödənilməsinə isə 241.8 min mаnаt vəsаit хərclənmişdir. 303 ailənin 1334 üzvünə 135,8 min manat ünvanlı sosial yardım ödənilmişdir.
-Birinci rübdə rayonda 455 iş yeri açılmışdır ki, bunun da 400-ü daimi iş yerləridir. Daimi iş yerlərinin 2-si yeni yaradılmış müəssisə və təşkilatlarda, 281-i mövcud müəssisə və təşkilatlarda, 5-i fəaliyyəti bərpa olunmuş müəssisə və təşkilatlarda, 112-si isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanındadır.
-Rüb ərzində 670 nəfər vətəndaş rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və onlardan 629 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. Məşğulluq Mərkəzi tərəfindən birinci rüb ərzində 82 nəfəri gənc, 9 nəfəri qadın, 1 nəfəri isə məcburi köçkün olmaqla 292 nəfər işlə təmin edilmişdir. Kommunal Müəssisələri Kombinatına 206 nəfər, çox mənzilli binaların təmiri işləri ilə əlaqədar “İnşaatçı-86” MMC-ə 45 nəfər işaxtaran vətəndaşa göndəriş verilmiş və işlə təmin olunmuşlar. Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla, təkmilləşdir” metodologiyasına uyğun olaraq cəlb olunmuş 30 nəfər iştirakçının təlim prosesi başa çatmışdır. 1662 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır. O cümlədən, rəsmi qeydiyyatda olan işsiz statusu olan vətəndaşların sayı 266 nəfərdir. Onlardan 60 nəfəri qadınlar, 96 nəfəri gənclər, 36 nəfəri isə qaçqın və məcburi köçkünlərdir.
-İsmayıllı Elektrik Şəbəkəsi rayon ərazisində 23670 abonentə xidmət göstərmişdir. 110/35/10 kv-luq İsmayıllı yarımstansiyası yenidən qurulmuş, yeni müasir avadanlıqlarla təchiz olunmuşdur.
Quşençə kəndində elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilmişdir. 2018-ci ildə Quşencə, Aşıqbayram, Kürdmaşı kəndlərinin və Lahıc qəsəbəsinin sipləşdirilməsi, rayon ərazisində 25 ədəd yeni transformatorun quraşdırılması planlaşdırılmışdır. Stansiyalardan 1 milyon kilovat/saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürülmüşdür. Görülən işlərlə bərabər digər kəndlərin elektrik təsərrüfatının yenidən qurulması və təmir işlərinin sürətləndirilməsi ən vacib məsələ kimi qarşıda durur.
-Rayonun 108 yaşayış məntəqəsindən rayon mərkəzi də daxil olmaqla 38-i qazlaşdırılmışdır. İsmayıllı Qaz Xidmət sahəsi 16018 abonentə xidmət göstərir ki, bunun da 15835-i əhali, 183-ü qeyri-əhali abonentləridir. Birinci rübdə abonentlərə 11,4 milyon kubmetr qaz yanacağı verilmiş və qazın dəyəri 85,7 faiz ödənilmişdir. Təmir işləri davam etdirilmiş, aşkar edilmiş 1408 sayda qaz sızması aradan qaldırılmışdır. 2018-ci ildə Lahıc qəsəbəsinin, Qaraqaya, Gəndov və Namazgah kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Lakin iri yaşayış məntəqələrinin qazlaşdırılması vəziyyəti qənaətbəxş deyildir.
-İsmayıllı Sukanal İdarəsi 11 kilometr magistral su xətti, 64 kilometr şəhərdaxili su xətti və 24 kilometr kanalizasiya xətti ilə 6560 əhali, 231 büdcə və kommersiya abonentinə xidmət göstərir. Hesabat dövründə abonentlərə 73 min manat su və kanalizasiya xidməti göstərilmiş, yığım 72,5 min manat və ya 99,3 faiz təşkil etmişdir. İsmayıllı şəhərində əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur. 1496 abonent tullantı sularının axıdılması üçün yeni kanalizasiya xəttinə qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Xəlilli, Eyyubbəyli və Gideyli kəndlərində tikilmiş modul tipli sutəmizləyici qurğular yaxın günlərdə istifadəyə veriləcəkdir. Quşencə kəndində işlərin bu il başa çatdırılması gözlənilir. Cənab Prezidentin daha bir sərəncamı ilə Zoğallıq kəndinin içməli su təchizatının yaxşılaşdırılması da nəzərdə tutulmuşdur. Bütün bunlarla yanaşı bir çox yaşayış məntəqələrinin, iri kəndlərin su problemi öz həllini gözləməkdədir.
-İsmayıllı Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 340,4 min kvadratmetr sahəsi olan küçə və meydanlara, 25,1 hektar yaşıllıq sahəsinə qulluq edir, 4637 ədəd küçələrin işıqlandırılması nöqtələtinə nəzarət edir. 2018-ci ilin birinci rübündə göstərilən kommunal xidmətin həcmi 287,6 min manat olmuşdur. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcmi 137 min manat çoxdur. Xidmət olunmayan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün Kommunal Müəssisələri Kombinatı İsmayıllı şəhərinə, Lahıc və Basqal qəsəbələrinə, magistral yola yaxın olan kəndlərə Məşğulluq Mərkəzinin göndərişi ilə 260 nəfəri müvəqqəti işə qəbul etmişdir.
-Mənzil İstismar sahəsi 45 çoxmərtəbəli və 87 birmərtəbəli yaşayış binasında yerləşən 977 mənzildə yaşayan 1197 ailənin 3186 nəfər sakininə mənzil-kommunal xidmətləri göstərir. Xidmətdə olan mənzillərin 733-ü tam özəlləşdirilmiş, 244 mənzil isə qeyri-özəldir. Ümumilikdə 235 mənzildən ibarət 7 yaşayış binasında istilik sistemi quraşdırılmışdır. Digər çoxmənzilli binaların qızdırılması üçün yeni qazanxanaların tikilməsi vacib məsələdir.
-İsmayıllı Telekommunikasiya Qovşağı 2018-ci ilin 3 ayında 276,9 min manat gəlir əldə etmişdir ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 32,4 min manat çoxdur. 156 mənzilə yeni telefon çəkilmiş, 4 abunəçinin isə telefon xətti yenidən bərpa olunmuşdur. İlin əvvəlindən internet istifadəçilərinin sayı 275 ədəd artırılaraq 5457 ədədə çatdırılmışdır
-İsmayıllı Poçt Filialı rüblük tarif gəlir proqnozunu 67,9 min manata qarşı 63,1 min manat və ya 93 faiz yerinə yetirilmişdir.
-Rayonun mövcud 207372 hektar torpaq sahəsindən 113973 hektarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bundan 32914 hektarı əkin, 1800 hektarı çoxillik əkmələr, 351 hektarı dincə qoyulmuş, 2427 hektarı biçənək, 50895 hektarı örüş, 25586 hektarı isə yay otlaq sahəsindən ibarətdir. Bu ilin məhsulu üçün ötən ilin payızında 21650,5 hektar buğda, 6930 hektar arpa, 161 hektar çovdar olmaqla 28741,5 hektar sahədə dən üçün səpin aparılmışdır. Səpin dövründə 2 min tondan çox fosforlu gübrə gətirilərək istehsalçılara satılmışdır. Payızlıq əkinlərə yemləmə gübrəsinin verilməsi üçün “Aqroservis” rayon filialı və “Aqrokimya” MMC-tərəfindən 1730 ton azotlu gübrə, alaq otlarını məhv etmək üçün 3548 kiloqram müxtəlif çeşidli herbisid gətirilmişdir. 20 min hektardan çox ərazidə alaq otlarına qarşı mübarizə tədbirləri aparılmışdır. Hesabat dövründə rayonda 2133 hektar sahədə yazlıq bitkilər, o cümlədən 892 hektar sahədə paxlalılar, 604 hektar sahədə kartof, 195 hektar sahədə yem bitkiləri, 418 hektar sahədə tərəvəz bitkiləri, və 24 hektar sahədə yazlıq arpa əkilmişdir. 2018-ci ildə tütün əkini sahəsini 22 hektara çatdırmaq nəzərdə tutulmuşdur. Cari ildə Talıstan, Cülyan və Diyallı kəndlərində 200 hektar sahədə intensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə daha məhsuldar kartof əkini aparılması nəzərdə tutulmuşdur. Hal-hazıradək 50 hektar sahədə kartof əkini aparılmışdır, əkin davam edir. Rayon ərazisində 78 təsərrüfatda 8423 kvadratmetr sahədə göyərti, pomidor, xiyar bitkiləri əkilmişdir. . 2018-ci ilin yaz mövsümündə Qubaxəlilli kəndi ərazisində ASPİLAND MMC tərəfindən 10 hektar sahədə badam və 30 hektar sahədə isə qoz bağı salınmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq rayonda 2018-ci ilin yazında 500 hektar sahədə yeni fındıq bağları salınmışdır. 28 hektar texniki və 30 hektar süfrə sortu olmaqla, cəmi 58 hektara sahədə filloksera zərərvericisinə davamlı yeni üzüm bağı salınmışdır. 01 aprel 2018-ci il tarixə rayon üzrə 51350 baş iri buynuzlu, (ondan 23654 baş ana mal), 179359 baş xırda buynuzlu heyvan vardır. Rüb ərzində 1322 ton diri çəkidə ət, 8605 ton süd, 2670 min ədəd yumurta istehsal olunmuşdur.
- İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2018-ci ilin birinci rübündə 10 ədəd hidrotexniki qurğular cari təmir edilmişdir. Daşqın və sel sularına qarşı mübarizə tədbirləri görülmüşdür.
- 2018-ci ilin 3 ayı ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq 100 hektar sahədə fındıq bağı, 6 hektar sahədə qoz bağı əkilmişdir. 13 hektar sahə kol-kosdan təmizlənmiş, 100 hektar sahədə isə meşə patoloji müayinə işləri aparılmışdır.
- 2018-ci ildə Uştalqışlaq tam, Gəndov və Girk ümumi orta məktəbləri üçün modul tipli yeni binaların quraşdırılması nəzərdə tutulmuşdur. Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Respublika Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı təqdimat” müsabiqəsində İvanovka kənd tam orta məktəbinin XI sinif şagirdi Anna Viktorovna və şəhər 3 №-li məktəb-liseyin X sinif şagirdi İlknur Murad yüksək nəticələr əldə etmişlər. Fövqəladə Hallar Nazirliyinin keçirdiyi, “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika müsabiqəsində Uşaq Gənclər İnkişaf Mərkəzinin 6 nəfər yetirməsi I-III yerləri tutmuşlar. Etvininq layihəsi çərçivəsində Türkiyə Respublikasının Uşaq şəhərinin bir qrup müəllimi rayonumuzda olmuş, təhsil müəssisələri ilə qarşılıqlı təcrübə mübadiləsi aparmışlar. Həmin layihə çərçivəsində şəhər 1 nömrəli məktəbin musiqi müəllimi Surə Mehdiyeva və ingilis dili müəllimləri Şükufə Nəcəfova Gürcüstan Respublikasında, Ruhiyyə Mahmudova isə İngiltərədə təlim kurslarına qatılmışlar. Təhsil sahəsində qazanılan uğurlarla yanaşı problemlər və çatışmazlıqlar da mövcuddur. Hazırda məktəbəqədər uşaq müəssisələrinin bir neçəsi uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Hələ ki, qəzalı vəziyyətdə olan məktəb binaları mövcuddur. Əksər iri yaşayış məntəqlərində uşaq bağçaları yoxdur. Bir sıra məktəblərdə psixoloqlara, xarici dil müəllimlərinə ciddi ehtiyac vardır. Qış aylarında ayrılan dizel yanacağı ilə istilik sistemlərini fasiləsiz isitmək mümkün olmur.
-Peşə Tədris Mərkəzinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri və pedaqoji heyəti hesabat dövründə rayonda keçirilən tədbilərin fəal iştirakçısı olmuşdur.
- Rayonun səhiyyə sektorunda 105 nəfər həkim, 336 nəfər orta tibb işçisi çalışır. Hal-hazırda 32 nəfər həkim vəzifəsi vakantdır. 2018-ci ilin birinci rübündə 31 nəfər şəkərli diabet xəstəsi, 7 nəfər vərəm xəstəsi, 20 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür. Dövlət Proqramına uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçirilməsi məqsədilə yeni ailə quran cütlüklərdən qan analizi götürülmüş və Bakı şəhərinə göndərilmişdir. Rüb ərzində 1 nəfər ilkin talassemiyalı xəstə qeydiyyata götürülmüşdür. Son məlumata əsasən rayonda 675 nəfər ilkin onkoloji xəstə, 464 nəfər vərəm xəstəsi və 1443 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bir çox xəstəliklər üzrə əhali pulsuz dərmanlarla təmin olunur. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq 2018-ci ilin fevral ayının 10-dan rayonda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir. Mart ayının 31-nə kimi 26111 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 463 nəfəri ambulator, 97 nəfəri stasionar müalicəyə cəlb olunmuşdur. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 41 nəfər vətəndaş Bakı şəhərinə göndərilmişdir.
-Hesabat dövründə mədəni-kütləvi tədbirlər keçirilimiş, dövlət bayramları, tarixi günlər qeyd olunmuşdur. 01-04 yanvar tarixlərində məktəblilərin qış tətili dövründə Rayon Mədəniyyət Mərkəzi nəzdində yaradılmış “Kukla teatrı”nın tamaşaları təşkil edilmiş, 20 Yanvar, Xocalı faciələri ilə əlaqədar “Şəhidlər ölmür” kompozisiyası nümayiş olunmuş, şəhidlərin anım mərasimi keçirilmişdir. Yazın gəlişi ilə əlaqədar Mərkəzi Meydanda çərşənbə axsamları təntətənəli şəkildə qeyd olunmuş, Novruz şənliyi ümumxalq bayramı səviyyəsində kütləviliyi ilə fərqlənmişdir. 2018-ci ilin üç ayında rayona gələn turistlərin sayı 4500 nəfər olmuşdur ki, bunlardan 390 nəfərini xarici ölkələrdən gələn turistlər təşkil etmişdir. Bütün bunlarla yanaşı, rayonun mədəniyyət və turizm sahəsində bir sıra problemlər, həlli vacib məsələlər, çatışmazlıqlar da mövcuddur. Rayon uşaq incəsənət məktəbi, kənd klubları, kitabxanalar, mədəniyyət mərkəzləri üçün yeni və müasir tipli binaların tikilməsi mədəniyyət sahəsində ən zəruri problemlərdəndir.
-Rayon Gənclər və İdman İdarəsi, YAP rayon təşkilatı gənclər birliyi, Dövlət Humanitar və Texnologiya Kolleci, Rayon təhsil şöbəsi, Peşə tədris mərkəzi, Olimpiya İdman Kompleksi ilə birgə tədbirlərin icrasına üstünlük verir. Hesabat dövrü ərzində gənclərlə iş sahəsində 11 tədbir keçirmişdir. Onlardan 2-si Respublika, 9-u isə region və rayon miqyaslı olmuşdur. idmanın müxtəlif növləri ilə bağlı 23 tədbir keçirilmişdir. Bu tədbirlərin 1-i Beynəlxalq, 11-i Respublika, 11 isə rayon miqyasında keçirilib. Həmin tədbirlərdə 960 nəfər idmançı iştirak etmiş, nəticələr uğurlu olmuşdur.
Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən birinci rübdə 803 nəfəri əhatə edən 24 tədbir keçirilmişdir. Mərkəzə 2018-ci ilin birinci rübündə 69 müraciət daxil olmuşdur. Aktiv terapiya, ünsiyyət terapiyası, psixoloji məsləhət, dil və kompüter kurslarına qəbulla bağlı 27 müraciət olmuş və müsbət həll edilmişdir.
Rayon İcra Hakimiyyətinə cəmi 387 ədəd vətəndaş müraciəti daxil olmuşdur. Müraciətlərin 120-si Prezident Administrasiyasından, 16-sı digər rəhbər orqanlardan baxılmaq üçün RİH-nə göndərilmişdir. Birbaşa daxil olan müraciətlər 251 ədəd olmuşdur. Daxil olan müraciətlərin 344-ü ərizə, 42-si şikayət, 1-i təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 11 faizini təşkil etmişdir. Kollektiv müraciətlər 39 ədəd, təkrar müraciətlər isə 4 ədəd olmuşdur. Kollektiv müraciətlərdə vətəndaşlar əsasən enerji daşıyıcıları və su təchizatı məsələləri, torpaq məsələləri, nəqliyyat məsələləri, mənzil məsələləri, şəhərsalma və tikinti məsələləri barədə müraciət etmişlər.
Rayon İcra Hakimiyyəti başçısı aparatında keçirilən qəbullarda 202 nəfər vətəndaş RİH başçısı tərəfindən qəbul edilmiş, yerlərdə 615 nəfərin iştirak etdiyi 10 səyyar görüş-qəbul keçirilmişdir. Səyyar qəbullarda qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, kənd yollarının təmir edilməsi, su təchizatı, torpaq və kənd təsərrüfatı ilə bağlı müraciət edənlərin sayı çoxluq təşkil etmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən 164 nömrəli qaynar xəttə 63 vətəndaş müraciəti daxil olmuşdur. Müraciətlər əsasən elektrik təchizatı, qaz təchizatı, su təchizatı və digər məsələlərlə bağlı olmuşdur.
Rayon İcra Hakimiyyətinə daxil olan bütün müraciətlər diqqətlə araşdırılmış, şikayətlərin yaranma səbəbləri təhlil edilmiş, onların həlli istiqamətində tədbirlər görülmüşdür. Daxil olmuş müraciətlərin 96-sı müsbət, 33-ü qismən həll edilmiş, 152-nə müvafiq izahat verilmiş, 2 müraciət əsassız sayılmışdır. Daxil olan müraciətlərə əsasən İcra Hakimiyyəti başçısının aparatında baxılmış, 12-si baxılmaq üçün aid qurumlara göndərilmişdir.
Rayon İcra Hakimiyyətinin sosial şəbəkələrdə də fəaliyyəti təmin edilmişdir. Belə ki, icra hakimiyyətinin facebook, twitter, instagram və yootube sosial şəbəkələrində rəsmi səhifələri açılmış, rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.
Əsasnaməyə uyğun olaraq 2018-ci ilin yanvar ayında İƏD üzrə nümayəndəliklərdə 2017-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqlarında RİH başçısı yanında Şuranın üzvləri iştirak etmişdir.
Hesabat yığıncaqlarında ümumilikdə 4043 nəfər sakin iştirak etmişdir. Onlardan 187 nəfəri çıxış edərək yaşayış məntəqələrində həlli vacib olan 166 problemin həllinə köməklik göstərilməsini xahiş etmişlər. İƏD üzrə nümayəndəliklərin hesabat yığıncaqlarında səsləndirilmiş tənqidi qeyd və təkliflərin həlli ilə əlaqədar aidiyyəti təşkilatlara məktublar ünvanlanmışdır.
2018-ci ilin fevral ayında keçirilmiş bələdiyyələrin hesabat yığıncaqlarında 2017-ci ildə görülmüş işlər müzakirə edilmiş və növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Bələdiyyələrin fəaliyyəti seçicilər tərəfindən kafi qiymətləndirimişdir. Onu da qeyd etmək lazımdır ki, əksər bələdiyyələrdə vergi və ödənişlərin yığılmasında passivlik göstərilir. Halbuki, vergi və ödənişlərin tam toplanmasını həyata keçirməklə bələdiyyələr yerlərdə olan sosial problemlərin həlli istiqamətində çox iş görə bilərlər.
Hörmətli yığıncaq iştirakçıları!
2018-ci ildə qarşımızda duran vəzifələr daha böyük, daha əzəmətlidir. Təsadüfi deyil ki, cənab Prezident 2018-ci ili uğurlu və sürətli inkişaf ili olacağını qeyd etmişdir. Bu yaxınlarda 2017-ci ilin yekunlarını müzakirə etdikdə 2018-ci ildə qarşımızda duran əsas vəzifələr barədə geniş məlumat verilmişdir. İlin yekunlarının müzakirəsindən az vaxt keçdiyinə görə həmin vəzifələri təkrarlamağa ehtiyac bilmirəm. Ümumilikdə isə qeyd etmək istəyirəm ki, rayonda aqrar sahənin və sənayenin inkişaf etdirilməsi, sosial-infrastruktur layihələrinin icrası, işsizliyin aradan qaldırılması üçün yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafının dəstəklənməsi, rayonumuzu ölkənin əsas turizm mərkəzlərindən birinə çevrilməsi qarşıda duran əsas hədəflərimizdir.
Bu il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur. Bu günkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Hazırda rayonda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubiley tədbirinin keçirilməsinə geniş hazırlıq işləri gedir. Biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Ona görə də bu ilki nailiyyətlərimiz daha yüksək olmalıdır.
2018-ci il üçün əlamətdar olan hadisələrdən biri də aprel ayının11-də keçirilən növbəti Prezident seçkiləri oldu. Xalqımız, eyni zamanda ismayıllılar yekdilliklə xoşbəxt gələcəyimizin təminatçısı olan cənab İlham Əliyevə səs verdilər. İsmayıllı sakinləri bir daha işıqlı sabahımızın qurucusuna, Azərbaycanı irəli aparan liderə məhəbbətini ifadə etdilər.
İnanırıq ki, müstəqil Azərbaycan öz uğurlu inkişafını 2018-ci ildə də davam etdirəcək, dünya ölkələri arasında öz mövqeyini bir qədər də möhkəmləndirəcək, işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevi əmin edirik ki, bu möhtəşəm, qlobal, taleyüklü məsələlərin həllində, ölkəmizin bütün sahələrdə davamlı inkişafının təmin edilməsində ismayıllılar daim onun yanındadır.
Diqqətinizə görə sağ olun.
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları
və 2018-ci ildə qarşıda duran vəzifələrlə bağlı İsmayıllı
Rayon İcra Hakimiyyətinin başçısı M.M.Sadıqovun
M ƏRUZƏSİ
Hörmətli tədbir iştirakçıları!
2017-ci ildə inkişafa qoşulmaq, rayonun iqtisadiyyatını, sənaye və kənd təsərrüfatı potensialını gücləndirmək, tikinti-abadlıq, quruculuq işlərini davam etdirmək, yeni layihələrin icrasını təmin etmək, işsizliyi minumuma endirmək, yeni iş yerlərinin açılmasında, əhalinin məşğulluğunun təmin edilməsində təşəbbüsləri reallaşdırmaq əsas vəzifələrimiz olmaqla, fəaliyyətimizi möhtərəm Prezident cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının, Fərman və Sərəncamlarının icrasına yönəltmiş, müsbət nəticələr əldə etmişik.
Son illərdə olduğu kimi, 2017-ci ildə də ilin ilk rübündən başlayaraq dövlət vəsaiti hesabına, eləcə də sahibkarların müraciəti əsasında rayon ərazisində aparılacaq əsaslı tikinti, abadlıq-quruculuq işlərinin həcmi sistemləşdirilmiş, görüləcək işlərin ardıcıllığı müəyyənləşdirilmiş, həyata keçiriləcək abadlıq və quruculuq işləri ilə bağlı planlar, eləcədə asfalt örtük vurulacaq küçələrin sxemi hazırlanmışdır. Bu il rayonun Yenikənd və Tağlabiyan kəndlərində modul tipli məktəb binalarının tikintisi başa çatdırılmış, bazar yaxınlığındakı “Saat meydanı”nın ətrafında şəhərin Baş planına uyğun olaraq abadlıq işləri davam etdirilmişdir. Əbülhəsən Ələkbərzadə küçəsində insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə piyada səkilərinin və yolun əks tərəfində velosiped yolunun tikintisinin bir hissəsi başa çatdırılmışdır. Ümumilikdə 2400 p/m səki tikilmiş, M.F.Axundov və Nizami küçələri işıqlandırılmışdır. Qeyd edim ki, sözügedən ərazidə abadlıq işlərinin davam etdirilməsinə ehtiyac vardır. Bu istiqamətdə görüləcək işlər bu ilin tədbirlər planında nəzərə alınmışdır. İsmayıllı şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında abadlıq işləri aparılmış, 2200 kvadratmetr sahəyə döşəmə daşları düzülmüş, ətrafında qazon və gül kolları əkilmişdir.
Möhtərəm Prezidentimizin 11 avqust 2016-cı il tarixli, 2269 saylı sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına 2017-ci ildə İsmayıllı şəhərində 31 ictimai yaşayış binasında təmir işləri aparılmışdır.
Əhalinin işsizliyinin azaldılması məqsədi ilə İsmayıllı şəhərinin S.Ə.Şirvani küçəsində 170 nəfər toxucu işləyə biləcək xalça müəssisəsinin tikintisi başa çatdırılmışdır.
Kürdmaşı kəndində yaradılacaq aqroparkın birinci mərhələsi çərçivəsində tikintisi 2017-ci ildə başa çatdırılmış, ümumi tutumu 2200 ton olan meyvə-tərəvəz saxlanılması üçün soyuducu anbar binası tikilərək istismara verilmişdir. Aqropakın digər sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə 2-ci layihə çərçivəsində layihənin təmizləyici qurğusunun istismara verilmişdir.
“Bədo” əlillərin reabilitasiya və bərpa istirahət-sanatoriya mərkəzinin tikintisi aparılır.
Şəhərin H.Əliyev prospektində 5 mərtəbəli, 3 ulduzlu yeni otel binasının tikintisi davam etdirilir.
Heydər Əliyev prospektində təmir işləri, Manaf Süleymanov, Mübariz İbrahimov, Vahab Osmanov, Mikayıl Müşfiq, Salatın Əsgərova küçələrində asfaltlanma işləri aparılmışdır.
2017-ci ildə rayon ərazisində 109 yaşayış evinin inşasına razılıq verilmiş, 88 yaşayış evində aparılan yenidənqurma işləri sənədləşdirilmiş, 8 obyektin istismarına icazə sənədi verilmişdir.
2017- ci ildə rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 239 milyon 264 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63 milyon 946 min manat çoxdur. Kənd təsərrüfatında 15,5 faiz, sənayedə 49 faiz, tikinti-quraşdırma işlərində 2,1 dəfə, nəqliyyatda 3,5 faiz, informasiya və rabitədə 10 faiz, ticarətdə 20,6 faiz artım əldə olunmuşdur.
Əsas kapitala investisiya qoyuluşu 85 milyon 960 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 2,3 dəfə çoxdur. 23 milyon 897 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Hesabat ilində əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi 16,2 faiz yüksələrək 186 milyon 91 min manata çatmış, keçən ilin eyni dövrünə nisbətən 25 milyon 999 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 2 milyon 860 min manat artaraq, 26 milyon 800 min manat təşkil etmişdir.
Rayon büdcəsinin gəlirlər hissəsi 6 milyon 748 min manata qarşı 6 milyon 763 min manat icra olunmuşdur.
2017-ci ildə Dövlət Sosial Müdafiə Fondu İsmayıllı Rayon Şöbəsi tərəfindən əmək pensiyalarının ödənilməsinə 28 milyon 521 min manat və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə 722,5 min manat vəsait xərclənmişdir ki, bundan 18 milyon 997 min manat Respublika Fondundan köçürülmüşdür.
Məcburi dövlət sosial-sığorta haqlarının toplanması üzrə 10 milyon 917 min manat proqnoz tapşırığa qarşı 10 milyon 959 min manat və ya 100,4 faiz icra edilmişdir. .
İl ərzində aztəminatlı ailələrə 884,5 min manat ünvanlı sosial yardım verilmiş, hər ailəyə düşən orta aylıq məbləğ 142 manat 43 qəpik, adambaşına düşən aylıq məbləğ isə 31 manat 33 qəpik olmuşdur.
Rayonda 2017-ci ildə 1071 daimi yeni iş yeri açılmışdır. Bunlardan 34-ü yeni yaradılmış müəssisə və təşkilatlarda, 349-u mövcud müəssisə və təşkilatlarda, 688-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yanındadır. Qeyd etmək lazımdır ki, il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 layihə üzrə 1 milyon 625 min manat məbləğində güzəştli şərtlərlə kredit verilmiş, 131 yeni iş yeri açılmışdır.
Rayon Məşğulluq Mərkəzində 325 idarə, müəssisə, təşkilat və sahibkar qeydiyyatdadır ki, bunların da hazırda 257-si fəaliyyət göstərir.
İl ərzində 1460 nəfər vətəndaş Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və onlardan 1368 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. Aktiv məşğulluq tədbirlərinin davam etdirilməsinin nəticəsində 2017-ci il ərzində 548 nəfər işlə təmin edilmişdir. İşlə təmin olunanların 203 nəfəri gənc, 94 nəfəri qadın, 9 nəfəri isə qaçqın və məcburi köçkün olmuşdur. Hesabat dövründə 33 nəfərə işsiz statusu verilmiş və onlara işsizlik müavinəti təyin edilmişdir.
2017-ci ildə işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə rayon üzrə ayrılmış 401 iş yerinə Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilmiş və işlə təmin olunmuşlar.
23 may 2017-ci il tarixdə rayonda “Əmək yarmarkası” keçirilmiş, 52 idarə, müəssisə və təşkilat tərəfindən 238 boş iş yeri təqdim olunmuş, boş iş yerlərinə 104 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmişdir.
İsmayıllı Elektrik Şəbəkəsi 23434 abonentə xidmət göstərir. Onların da 21460-ı əhali, 1974-ü qeyri-əhali abonentləridir. 2017-ci ildə İsmayıllı Elektrik Şəbəkəsinə 64 milyon 330 min kilovat-saat enerji daxil olmuş, istehlakçılara 56 milyon 672 min kilovat-saat faydalı enerji ötürülmüşdür. İllik yığım 87 faiz yerinə yetirilmişdir. Ümumilikdə 2017-ci il ərzində rayon üzrə 351 ədəd 10 kv-luq, 389 ədəd kabel üçün dayaq basdırılmış, 11,5 km. kabel xətti çəkilmiş və 1260 abonentin sayğacı küçə şəraitinə çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Digər 10 və 0.4 kv-luq hava xətlərində və yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılmış, xətlərin mühafizə zonaları ağac kütləsindən təmizlənmişdir.
“İsmayıllı-1” və “İsmayıllı-2” su elektrik stansiyaları il ərzində 3 milyon 664 min kilovat-saat elektrik enerjisi istehsal edərək şəbəkəyə ötürmüşdür.
Görülmüş işlərlə yanaşı qeyd olunmalıdır ki, elektrik təsərrüfatı nasaz vəziyyətdə olan yaşayış məntəqələri də vardır. Bir sıra yaşayış məntəqəsinin elektrik təsərrüfatı ötən əsrin 60-70-ci illərində çəkilmişdir. Odur ki, elektrik təsərrüfatının yenidən qurulması işlərinin sürətləndirilməsi vacib məsələ kimi qarşıda durur.
Rayonun 108 yaşayış məntəqəsindən, rayon mərkəzi də daxil olmaqla, 38-i qazlaşdırılmışdır. İsmayıllı Qaz Xidmət Sahəsi 15 min 954 abonentə xidmət göstərir ki, bunun da 15 min 778-i əhali, 176-sı qeyri-əhali abonentləridir. Hesabat dövründə abonentlərə 27,6 milyon kubmetr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 113,5 faiz ödənilmişdir.
2017-ci ildə 259 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunmuş, 359 ədəd sayğac küçə şəraitinə çıxarılmış, layihə-smeta sənədləri əsasında 362 ədəd yeni sayğac quraşdırılmışdır..İl ərzində aşkar olunmuş 5819 sayda qaz sızması aradan qaldırılmışdır.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, rayonda qazlaşdırılmamış iri yaşayış məntəqələri hələ də çoxdur.
İsmayıllı Su-kanal idarəsi 6512 əhali, 222 büdcə və kommersiya obyektinə xidmət göstərir. İsmayıllı şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin infrastrukturunun bərpası və tikintisinin başa çatdırılması nəticəsində hazırda şəhərdə əhali fasiləsiz olaraq içməli su ilə təmin olunur.
Çoxmənzilli yaşayış binalarının yeni kanalizasiya xəttinə qoşulması başa çatmaq üzrədir. Fərdi yaşayış evlərində yaşayan abonentlər də xəttə qoşulmağa başlamışlar. Ümumilikdə 1454 abonent çirkab sularını yeni kanalizasiya xəttinə axıdır.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Xəlilli, Eyyubbəyli, Gideyli, Çayqovuşan, Çərmədil və Quşencə kəndlərinin içməli su təminatı tədbirlərinə başlanmışdır.
İsmayıllı şəhərində 2 ədəd, Diyallı və Hacıhətəmli kəndlərinin hər birində bir ədəd subartezian quyuları qazılmışdır.
Bütün bunlarla yanaşı bir çox yaşayış məntəqələrinin, iri kəndlərin su problemi öz həllini gözləməkdədir. Müxtəlif mənbələrdən daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökümət təşkilatlarının vəsaitləri hesabına rayonun bütün yaşayış məntəqələrinin su təchizatı yaxın illərdə öz tam həllini tapacaqdır.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin keyfiyyəti getdikcə yaxşılaşır. Nəqliyyat sektorunun fəaliyyətini günün tələbləri səviyyəsində qurmaq, şəhərdaxili marşrutlarda sərnişin daşınmasını yaxşılaşdırmaq üçün tədbirlər görülür. Avtobusların hərəkəti şəhərin əsas sahələrini əhatə edir. Şəhərdaxili marşrutlarda müasir dayanacaqlar quraşdırılmışdır. Sərnişin avtobuslarının işində yaranmış müsbət dəyişiklikləri əhali razılıqla qarşılayır.
Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 329 min kv.metr sahəsi olan küçə və meydanlara, 26 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrin işıqlandırılmasına nəzarəti həyata keçirir. 2017-ci ildə yerinə yetirilmiş kommunal xidmətlərinin həcmi 777,5 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə22,8 min manat çoxdur.
İl ərzində 20,6 min kubmetr bərk məişət tullantıları poliqona daşınaraq zərərsizləşdirilmişdir.
Mənzil İstismar sahəsi 45 çoxmərtəbəli və 87 birmərtəbəli yaşayış binasında yerləşən 977 mənzildə yaşayan əhaliyə mənzil-kommunal xidmətləri göstərir. Xidmətdə olan mənzillərin 733-ü tam özəlləşdirilmiş, 244 mənzil isə qeyri-özəldir.
Coxmənzilli binaların əsaslı təmiri üçün ayrılmış 3 milyon manat vəsait hesabına Nizami küçəsində üç 16 mənzilli, Natəvan küçəsində iki 16 mənzilli, Ə.Mahmudov küçəsində dörd 16 mənzilli, M.F. Axundov küçəsində üç 16 mənzilli, Cavanşir küçəsində üç 16 mənzilli, Heydər Əliyev prospektində bir 40, bir 48 , bir 12 və iki 16 mənzilli çoxmənzilli yaşayış evlərinin girişləri, pilləkən qəfəsləri, dam örtükləri və fasadları əsaslı və cari təmir edilmişdir.
İctimai işlərə cəlb edilmiş işçilər və onlara ayrılmış dövlət vəsaiti hesabına Heydər Əliyev prospektində bir 32 mənzilli və bir 12 mənzilli, H. Zərdabi küçəsində üç 16 və bir 12 mənzilli, M.Orucov küçəsində iki 16 mənzilli, V.Osmanov küçəsində bir 48 mənzilli yaşayış evlərinin girişində, fasad hissələrində və dam örtüklərində təmir işləri aparılmışdır.
Mənzil fondunun əsaslı və cari təmiri üçün ayrılmış vəsait hesabına M.F. Axundov küçəsi 21 ünvanda yerləşən yaşayış binasının dam örtüyü cari və giriş hissəsi əsaslı, V.Osmanov küçəsi 1 və İ.Həsənov küçəsi 5 ünvanında yerləşən yaşayış evinin dam örtüyü əsaslı təmir edilmişdir.
Beləliklə il ərzində 31yaşayış evi təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Ümumilikdə 235 mənzildən ibarət 7 yaşayış binasında istilik sistemi quraşdırılmışdır. Əvvəlki illərdə tikilmiş qazanxanalar normal fəaliyyət göstərir. Həmin binalarda əhalinin istilik enerjisi ilə təchizatında problem yoxdur.
Bütün bunlarla yanaşı çoxmənzilli binaların qızdırılması üçün yeni qazanxanaların tikilməsi vacib bir məsələ kimi qarşıda durur.
İsmayıllı Telekommunikasiya Qovşağı il ərzində 478 mənzilə yeni telefon xətti çəkmiş, 91 abunəçinin isə telefon xətti yenidən bərpa olunmuşdur. Qovşaq üzrə 3123 ədəd boş tutum mövcuddur. Şəhər ərazisində 1101, kəndlərdə isə 2022 abunəçiyə telefon xətti çəkmək imkanları mövcuddur.
İl ərzində şəhər və kəndlərdə yerləşən elektron ATS-lərə 684 portluq internet avadanlıqları quraşdırılaraq, internet portlarının sayı artırılmışdır. Gəndov kəndindəki 32 nömrəlik mini EATS-ə 100 metr fibro-optik kabel xətti çəkilərək 48 portluq internet avadanlığı quraşdırılmışdır. Telekommunikasiya qovşağının xidmət etdiyi ərazidə hazırda 5153 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir ki, bunun da 3595-i “Aztelekom”a, 1558-i özəl provayderlərə məxsusdur.
Hesabat dövründə 1 milyon 58 min manat gəlir əldə edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 91,6 min manat çoxdur.
Bütün bunlarla yanaşı Qovşağın fəaliyyətində çətinliklər də mövcuddur. Dağ kəndlərin də keyfiyyətli rabitə sisteminin qurulmasında problemlər yaşanır.
İsmayıllı Poçt filialı bir müştəri xidməti, bir şəhər və 25 kənd poçt şöbəsi vasitəsi ilə əhaliyə və təşkilatlara poçt, bank-maliyyə xidmətləri göstərir. İllik tarif gəlir proqnozu 244 min manata qarşı 269,8 min manat və ya 110 faiz yerinə yetirilmişdir. Bu da əvvəlki illə müqayisədə 13,3 min manat çoxdur. Əhaliyə 184,5 min manat poçt xidmətl və 81,8 min manat bank - maliyyə xidmətləri göstərilmişdir. Əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görülmüşdür.
Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil etməklə bu sahə iki mühüm istiqamətdə - bitkiçilik və heyvandarlıq sahələri üzrə inkişaf etdirilir. 2017-ci ilin məhsulu üçün ötən ilin payızında 29028 hektar sahədə payızlıq dənlilər, 2017-ci ilin yazında isə 4347 hektar sahədə yazlıq bitkilər olmaqla 33375 hektar sahədə əkin aparılmışdır. Bu da əvvəlki illə müqayisədə 123 hektar çoxdur.
Taxılçı fermerlərimiz tərəfindən 29954 ha sahədən 106643 ton məhsul əldə edilmiş, hər hektardan 35,6 sentner məhsuldarlığa nail olunmuşdur. Taxıl istehsalı 2017-ci ildə əvvəlki illə müqayisədə 4398 ton artmışdır. Bu, respublika üzrə məhsul istehsalına görə dəmyə şəraitdə taxıl yetişdirən rayonlar arasında rekord göstəricidir.
Rayonda 15 ha sahədə tütün əkini aparılmış, 27100 kq qurudulmuş tütün məhsulu Şəki şəhərində fəaliyyət göstərən “İlham M” MMC-ə təhvil verilmişdir. Bu da əvvəlki illə müqayisədə 23702 kq və ya 8 dəfə çoxdur.
May ayında “Şəki İpək” ASC-dən 120 qutu barama gətirilərək kümçülərə paylanılmış və bu sahə ilə məşğul olan 50 ailə 2849 kq barama təhvil verərək 1 ay müddətinə 24438 manat gəlir əldə edə bilmişdir.
Rayon üzrə 2017-ci ildə əvvəlki illə müqayisədə 23 hektar artıq olmaqla 917 hektarda kartof və 9 hektar artıq olmaqla 818 hektarda tərəvəz bitkilərinin əkini aparılmışdır. Fermerlərimiz 2016-cı illə müqayisədə 2017-ci ildə 673 ton cox kartof və 115 ton cox tərəvəz məhsulları istehsalına nail ola bilmişlər.
Əvvəlki illə müqayisədə 17 ədəd istixana artırılaraq sayı 78-ə çatdırılmışdır.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamınızın icrası ilə əlaqədar 2017-ci ildə 7662 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına becərdikləri 26401 hektar əkin sahəsinə görə 1 milyon 998 min 650 manat yardım verilmişdir.
2016-cı ilin payızı və 2017-ci ilin yaz və payız mövsümündə 1026.7 hektar sahədə yeni fındıq bağları salınmışdır. Hazırda bu işlər davam etdirilir.
2017-ci ilin yaz və payız mövsümündə rayon ərazisində 82 ha alma, 7 ha armud, 4 ha gavalı, 14 ha gilas, 8.8 ha şaftalı, 78 ha qoz, 51 ha badam və 1 ha moruq bağı salınmışdır. Əlavə 6.9 ha sahədə xaricdən gətirilmiş ting hesabına intensiv qoz bağının salınması üçün bütün hazırlıq işləri başa çatdırılmışdır.
985.9 hektar üzüm bağından 2559.7 ton məhsul toplanmışdır.
“Aqroservis” ASC-nin İsmayıllı rayon bölməsi balansında olan texnikaların istismarına görə dövlət büdcəsinə 79475 manat vəsait köçürmüşdür.
Toxumçuluq təsərrüfatları 668.8 hektar sahələrdən 11565 sentner yüksək reproduksiyalı buğda və arpa toxumları istehsal etmiş, onlara 74380 min manat subsidiya verilmişdir.
“İsmayıllı şərab-2” üzüm emalı zavodu hesabat ilində 640 ton üzüm qəbul etmiş, eksporta 700 min butulka şərab göndərmişdir. Kürdmaşı kəndində fəaliyyət göstərən “İsmayıllı Şərab-1” üzüm emalı zavodu yenidən qurularaq istifadəyə verilmiş, hesabat ilində fəaliyyətini davam etdirmişdir.
01 yanvar 2018-ci il tarixə rayon üzrə 51709 baş iri buynuzlu, (ondan 24082 baş ana mal), 180620 baş xırda buynuzlu heyvan, 278100 baş quş və 7123 arı ailəsi vardır. İl ərzində rayon üzrə 5359 ton diri çəkidə ət, 34936 ton süd, 9 milyon 551 min ədəd yumurta, 398 ton yun istehsal olunmuşdur. Beləliklə əvvəlki illə müqayisədə rayon üzrə 32 ton ət, 45 ton süd, 304 min ədəd yumurta və 1 ton yun artıq istehsal olunmuşdur.
01 yanvar 2017-ci il tarixə rayonda kənd təsərrüfatı məhsullarının ümumi həcmi faktiki qiymətlərlə 92529,5 min manat təşkil etmişdir ki, bunun 48514,1 min manatı bitkiçilik məhsullarının, 44015,4 min manatı isə heyvandarlıq məhsullarının payına düşür ki, bu da keçən illə müqayisədə 12408,6 min manat çoxdur.
3634 baş iribuynuzlu qara malda süni mayalanma aparılmış, nəticədə 1574 baş yüksək məhsuldarlıq göstəricilərinə malik cins buzov və balaq alınmış, 916 heyvan sahibinə 103 min manat subsidiya ödənilmişdir.
Rayonda arı ailələrinin sayı 7123-ə çatdırılmışdır ki, bu da keçən illə müqayisədə 83 arı ailəsi çoxdur. Son illər Bakı şəhərində keçirilən Respublika arıçılıq məhsullarının sərgi-satış yarmarkasında rayon arıçılarının iştirakı təmin edilmişdir.
Keyvəndi kəndində “Azza-Aqro” MMC tərəfindən birinci tövlənin tikintisi başa çatdırılmış və daxili infrastrukturunun tamamlanması prosesi davam etdirilir.
2017-ci il ərzində suvarmanı mütəşəkkil keçirmək məqsədi ilə 7 ədəd hidrometrik post və 30 ədəd hidrotexniki qurğu cari təmir olunmuşdur. 329 min kubmetr suvarma kanalı lildən təmizlənmişdir. Daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcrasının təmizlənməsi həyata keçirilmişdir. Suyun pullu satışından 12500 manat vəsait daxil olmuşdur.
Göyçay-İsmayıllı və Mican magistral beton kanallar lildən təmizlənərək 12.3 min kubmetr iş görülmüşdür.
Baytarlıq idarəsi tərəfindən rayonda mal-qara və quşlar arasında epizootik vəziyyətin sağlam saxlanılması, eləcə də heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində əsaslı işlər görülmüşdür. 2017-ci ildə rayon ərazisində heç bir yolxucu xəstəlik baş verməmiş, rayon ərazisi epizootik cəhətdən sağlam olmuşdur.
11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində rayon üzrə 105 akt, 10 protokol və 21 ədəd icrası məcburi olan göstəriş verilmiş, ətraf mühitə atılan tullantılara görə 51 nəfər hüquqi və fiziki şəxsə 8850 manat ödəmə verilmiş, bunun 6300 manatı ətraf mühitin mühafizəsi fonduna köçürülmüşdür .Rayon ərazisində yaşıllıqların qanunsuz olaraq məhv edilməsi ilə bağlı 8490 manat cərimə tətbiq edilmişdir.
2017-ci il ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 143.10 ha sahədə meyvə bağı salınmışdır. 2017-ci il ərzində müəssisənin tinglik sahəsindən 123000 ədəd standart ağac tingi çıxardılaraq, meyvə bağlarının, meşə əkininin salınmasında, yaşayış məntəqələrinin və şose yollarının yaşıllaşdırılmasında istifadə edilmişdir.
Ölkənin davamlı iqtisadi inkişafı məktəb tikintisinə, mövcud olanların əsaslı təmirinə şərait yaratmışdır. Hesabat ilində Basqal qəsəbə, şəhər 1 nömrəli, Lahıc qəsəbə, İvanovka, Qoşakənd, Molaisaqlı kənd tam orta, Zərgəran kənd ibtidai məktəblərində cari təmir işləri aparılımış, Uşaq Gənclər İnkişaf Mərkəzində kürsü divarları aqlay pilitələrlə üzlənmişdir. Hacıhətəmli və Qubaxəlilli kənd tam orta məktəblərinin qazanxanalarına qaz xətti çəkilmiş, işlək hala gətirilmişdir.
Buraxılış imtahanlarını müvəffəqiyyətlə verən 777 nəfər XI sinif şagirdi tam orta təhsil haqqında atestat, o cümlədən 40 nəfər fərqlənmə atestatı almışdır. Təhsil sahəsində qazandıqları yüksək nəticələrə görə Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov, şəhər 2 nömrəli tam orta məktəbin məzunu Vaqif Talıbzadə, Xankənd kənd tam orta məktəbinin məzunu Cəmilə Məmmədova qızıl medalla, Şəhər 6 nömrəli tam orta məktəbin məzunu Murad Ağazadə gümüş medalla təltif edilmişlər. Buraxılış imtahanlarında şəhər 1,5,6 nömrəli, Sumağallı, İvanovka kənd, Lahıc qəsəbə, şəhər 3 nömrəli məktəb –liseyin nəticələri daha yüksək olmuşdur.
Ümumtəhsil məktəblərinin məzunları ötən il ali məktəblərə tələbə qəbulu imtahanlarında da yüksək nəticələr əldə etmiş, 354 nəfər ali məktəblərə qəbul olunmuşdur. Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov 700 bal, 26 nəfər 600-dən, 86 nəfər 500 dən yüksək bal toplamışdır. Tələbə qəbulu imtahanlarında qazandıqları yüksək nəticələrə görə Vahab Cəbrayılov və şəhər 6 nömrəli tam orta məktəbin məzunu Murad Ağazadə Prezident təqaüdünə layiq görülmüşdür.
Şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri Pərvanə Piriyeva, Surə Mehdiyeva, Topçu kənd tam orta məktəbinin müəllimi Gülər Babayeva və Lahıc qəsəbə tam orta məktəbin müəllimi Rövşən Əliyev təhsildə inkişaf və innovasiya üzrə qrant layihələri müsabiqəsinin qalibi olmuşlar.
Şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Dürdanə Ağayeva “Əməkdar müəllim” fəxri adı ilə, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Mahmudova “Tərəqqi medalı” ilə təltif edilmişdir.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində şagirdlərimiz Quba, Qusar, Xaçmaz, Naxçıvanda gəzintidə olmuş, bu bölgələrin tarix və mədəniyyət abidələri ilə yaxından tanış olmuşlar.
Rayonda 10-u dövlət,1-i özəl müəssisə olmaqla 11 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 3-ü körpələr evi uşaq bağçası, 8-i isə uşaq bağçasıdır. Bağçalarda 414 məktəbəqədər yaşlı uşaq təhsil alır, uşaqların təlim-tərbiyəsi ilə 53 pedaqoji işçi məşğul olur. Gəraybəyli, Xəlilli, Cülyan bağçaları istisna olmaqla, qalan bağçalarda istilik kombi sistemi vasitəsi ilə həyata keçirilir. Rayonda keçən ildən fəaliyyətə başlayan yeni uşaq bağçası özəl müəssisə kimi fəaliyyət göstərməkdədir. Bağçalarda qrupların sayının artırılması üçün müvafiq tədbirlər görülməkdədir.
Təhsil sahəsində qazanılan uğurlarla yanaşı problemlər və çatışmazlıqlar da mövcuddur. Hazırda məktəbəqədər uşaq müəssisələrinin bir neçəsi uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Hələ ki, qəzalı vəziyyətdə olan məktəb binaları mövcuddur. Əksər iri yaşayış məntəqlərində uşaq bağçaları yoxdur. Bir sıra məktəblərdə psixoloqlara, xarici dil müəllimlərinə ciddi ehtiyac vardır. Qış aylarında ayrılan dizel yanacağı ilə istilik sistemlərini fasiləsiz isitmək mümkün olmur.
Peşə Tədris Mərkəzində 14 qrup üzrə 270 nəfər şagird təhsil alır. 2017-ci ildə 181 şagird məktəbi bitirərək müxtəlif peşələrə yiyələnmişdir. 47 nəfər məzun işlə təmin olunmuş, 48 nəfəri həqiqi hərbi xidmətə yola salınmış, beş məzun isə təhsilini davam etdirməkdədir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci regionda ən böyük təhsil müəssisəsi və ortaq potensiallı rayonların sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli tədris müəssisəsidir. Qısa vaxtda kollecin inzibati-funksional idarəetmə strukturu formalaşdırılmış, pedaqoji, mühəndis-texniki, inzibati-təsərrüfat, tədris-köməkçi vəzifələrinə ali təhsilli və elmi dərəcəsi olan mütəxəssislər cəlb edilmişdir. Tədris alanlar isə zəruri tədris-metodiki vasitələrlə, dərslik və elektron informasiya bazası ilə təmin olunmuşlar.
Burada 2017-2018-ci tədris ilinin tələbə qəbulu da daxil olmaqla hal-hazırda 9 ixtisas üzrə 33 qrupda 41 rayondan 470 nəfər tələbə təhsil alır. Tədris-inzibati binası olmadığı üçün Kollec fəaliyyətini Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinin istifadə olunmayan binasında davam etdirir. Həmin bina 2017-ci ilin avqust-sentyabr aylarında Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən cari təmir olunmuş, əlavə olaraq iki auditoriya, iki inzibati otaq, kitabxana yaradılmışdır. Gələcəkdə kollec üçün müasir standartlara cavab verən bina tikilməsinə zəruri ehtiyac vardır.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illər İsmayıllı rayonunda da əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, Lahıc qəsəbəsi və İvanovka kəndində 30 çarpayılıq xəstəxana, Topçu və Tircan kəndlərində kənd həkim məntəqələri tikilib istifadəyə verilmiş, bir sıra tibb məntəqələri əsaslı təmir olunmuşdur. 2017-ci ildə Zərnava kəndində yeni tibb məntəqəsi istifadəyə verilib. ”Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Təzəkənd, Talıstan, Kürdmaşı, Qalınçaq kəndlərində yeni həkim məntəqələrinin tikintisi planlaşdırılmışdır.
2017-ci ilin fevral-may aylarında Respublikada aparılan dispanserizasiya İsmayıllıda da uğurla həyata keçirilmiş, müvafiq komissiya və işçi qrupu yaradılaraq tibbi müayinəyə cəlb edilmişdir. Əhalinin 18 yaşdan yuxarı qrupları üzrə 54981 nəfər müayinədən keçmiş, onlardan 837 nəfəri ambulator, 295 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 79 nəfər Bakı şəhərinə müxtəlif müalicə mərkəzlərinə göndərilmişdir.
2017-ci ildə nigaha daxil olan 503 cütlüyün və 28 nəfərin ilkin müayinəsi aparılmış, 40 nəfərdə müxtəlif xəstəliklər müəyyən olunmuşdur.
Hesabat ilində 568 nəfər uşaq doğulmuş, 9 nəfər uşaq ölümü baş vermişdir. Ana ölümü qeydə alınmamışdır. RMX-nın, Lahıc və İvanovka kənd xəstəxanalarının doğum şöbələrində də doğuşlar aparılmışdır. 2017-ci ildə rayon üzrə ümumi ölüm sayı 534 nəfəri əhatə etmişdir.
Uşaqlar arasında 2017-ci il ərzində heç bir kütləvi kəskin infeksion xəstəlik müşahidə edilməmişdir. Rayon üzrə 1812 uşaq dispanser qeydiyyatındadır.
Rayon üzrə 33 həkim, 34 orta tibb işçisi vəzifəsi vakantdır.
Beş rayonu (Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ, Ağsu) özündə birləşdirən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başladığı bir il ərzində respublika və beynəlxalq tədbirlərdə fəal iştirak etmiş, rayon tədbirlərinin təşkilatçısı və icraçısı olmuşdur.
Regional İdarənin İsmayıllı rayonu üzrə mədəniyyət müəsissələri 27 klub-müəssisə, 46 kitabxana,1 uşaq incəsənət məktəbi, Lahıc və Basqal Tarix Diyarşünaslıq Muzeyləri, Heydər Əliyev Mərkəzi, İsmayıllı Dövlət Rəsm Qalereyası, İsmayıllı Turizm İnformasiya Mərkəzindən ibarətdir. Rayonda fəaliyyət göstərən 27 klub müəssisədən 3-ü, 46 kitabxanadan isə 2-si xüsusi layihə əsasında tiklimişdir.
Hesabat ilində rayonda keçirilən mədəni-kütləvi tədbirlərin sayı artmış, məzmunu dolğunlaşdırılmış, icra səviyyəsi yaxşılaşdırılmışdır. Hesabat ilində mədəni-kütləvi tədbirlər keçirilimiş, dövlət bayramları, tarixi günlər qeyd olunmuşdur. Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzində “Xalq teatrı” yaradılmış, tamaşalar təşkil edilmişdir.
Rayon ərazisində 36 istirahət mərkəzində 1611-dən çox yataq yeri vardır. Rayona gələn turistlərin sayı 2017-ci ildə 104760 nəfər olmuşdur. Xarici turistlərin sayı 14225 nəfər olmuşdur.
Bütün bunlarla yanaşı, rayonun mədəniyyət və turizm sahəsində bir sıra problemlər, həlli vacib olan məsələlər, çatışmazlıqlar da mövcuddur. Rayon uşaq incəsənət məktəbi, kənd klubları, kitabxanalar, mədəniyyət mərkəzləri üçün yeni və müasir tipli binaların tikilməsi vacibdir.
Rayon Gənclər və İdman İdarəsi YAP rayon təşkilatı gənclər birliyi, Dövlət Humanitar və Texnologiya Kolleci, Rayon təhsil şöbəsi, Peşə tədris mərkəzi, Olimpiya İdman Kompleksi ilə birlikdə hesabat dövrü ərzində gənclərlə iş sahəsində 75 tədbir keçirmişdir. Onlardan 17-si Respublika, 5-i region, 53-ü rayon miqyaslı olmuşdur. Tədbirlərdə 13 742 nəfərin iştirakı kütləviliyin artmasını əks etdirən göstərici kimi qiymətləndirilir.
1981-ci il dekabr ayının 5-də ulu öndər Heydər Əliyev 30 noyabrda baş verən zəlzələdən sonra İsmayıllıya səfər etmişdi. İsmayıllı şəhərində bir sıra evlərdə, Mican, Mücühəftəran və Ruşan kəndlərində olmuşdu. Bir qrup gənc dövlət qulluğu veteranı ilə birgə 5 dekabr 2017-ci il tarixdə həmin yerlərə piyada yürüş edib.
Hesabat ili ərzində idmanın müxtəlif növləri ilə bağlı 71 tədbir keçirilmişdir. Bu tədbirlərin 9-u Beynəlxalq miqyaslı, 23-ü Respublika, 39-u isə rayon miqyasında keçirilib. Həmin tədbirlərdə 4060 nəfər idmançı iştirak edib.
03-07 may 2017-ci il tarixdə Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş poverliftinq üzrə Beynəlxalq turnirdə Kamil Qafarov birinci yerə layiq görülmüşdü. 02-05 noyabr 2017-ci il tarixdə Moskva şəhərində keçirilən dünya çempionatında Azərbaycanın yığma komandasının tərkibində yarışa qoşulan Kamil Qafarov həmin idman növü üzrə 6-cı dəfə Dünya çempionu titulunu qazanıb, öz qələbələri ilə 6 dəfə Azərbaycan himninin səsləndirməsinə, 6 dəfə Dövlət Bayrağının qaldırılmasına nail olub.
Pençak-silaf karate idman növü üzrə dünya çempionatının təsnifat mərhələsində Bənövşə İsmayılova birinci yer tutub.
12-22 noyabr tarixlərdə Bakı şəhərində Beynəlxalq Şahmat Federasiyasının keçirdiyi RAPİD turnirində Cahangir Niftəliyev birinci yerə layiq görülüb.
Budo Döyüş Növləri Federasiyasının Bakı şəhərində təşkil etdiyi dünya kuboku uğrunda uşaqlar və yeniyetmələr, gənclər və böyüklər arasında yarışlarda Hüsniyyə Sadıqzadə, Əkbər Kərimov, İlkin Əzizov və Ləman Əkbərova birinci pilləyə qalxmışlar.
Qol güləşi, ağır və yüngül atletika üzrə həm fərdi idmançılar, həm də rayon komandaları Respublika çempionu olmuşlar.
Qeyd etmək istərdim ki, İsmayıllı Olimpiya İdman Kompleksində daha bir bölmə, velosiped idmanı bölməsi fəaliyyətə başlamışdır. Velosiped idmanı üzrə rayonda yarışlar və bir sıra yürüşlər keçirilmişdir.
Bölgənin ictimai-siyasi həyatında baş verən proseslərə ciddi nəzarət edilir. Bütün yaşayış məntəqələri, idarə və müəssisələrdə gedən proseslər aid orqan və təşkilatlar tərəfindən idarə olunur. Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi, Millət Vəkillərinin, aid idarə və müəssisə rəhbərlərinin iştirakı ilə müxtəlif yaşayış məntəqələrində səyyar görüş-qəbullar keçirilir.
Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun həyat və fəaliyyətini, xalq qarşısındakı xidmətlərini gələcək nəsillərə çatdırmaq məqsədilə Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli şəkildə istifadə edilir.
Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini Yeni Azərbaycan Partiyasının rayon təşkilatı ilə birgə aparır. Rayonda YAP üzvlərinin sayı 8363 nəfərə çatmışdır və bölgədə ən güclü siyasi qüvvə kimi fəaliyyət göstərir. YAP İsmayıllı Rayon Təşkilatı son illər, eyni zamanda 2017-ci ildə də ideoloji-siyasi istiqamətlərdə fəaliyyətini genişləndirmiş, partiya quruculuğunda əldə olunmuş yeni, müasir, müsbət təcrübədən istifadə edərək, səmərəli nəticələrə nail olmuşdur. YAP ətrafında 87 ilk partiya təşkilatını birləşdirir. 2017-ci ildə 152 nəfər partiya sıralarına qəbul olunmuşdur ki, onların da 114 nəfərini gənclər, 75 nəfərini isə qadınlar təşkil edir.
Rayonun Yaponiya, Fransa, Ukrayna, Belorusiya, Latviya və s. ölkələrlə dostluq əlaqələri genişlənir.
Keçən il Uşaq və Ailələrə Dəstək Mərkəzi problemli ailələrlə ardıcıl iş aparmışdır. Dövlət Proqramlarının icrası ilə bağlı 24 tədbir keçirilmiş, tədbirlərdə 1812 nəfərin iştirakı təmin edilmişdir. Məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 23 müraciət olmuşdur ki, bunların da hamısı araşdırılmış, problemlər aradan qaldırılmış, nəzarətə götürülmüşdür. Boşanma təhlükəsi olan 24 ailə ilə iş aparılmış və müsbət nəticə əldə olunmuşdur.
Rayonda ənənəvi dinlərə mənsublar üçün bərabər şərait yaradılmışdır, onların daxili işlərinə əsla qarışılmır. Radikal qrupların fəaliyyətinə qarşı mübarizə tədbirləri həyata keçirilir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına bir sıra layihələr həyata keçirilmiş, Basqal qəsəbə məscidi dini icması tərəfindən “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması”, Topçu kənd dini icması tərəfindən isə “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövuzlarında layihələr icra olunmuşdur.
“İsmayıllı xəbərləri” qəzeti maraqlı və məzmunlu sayları ilə oxucuların diqqətini cəlb edir, rayonun ictimai-siyasi və mədəni həyatını dolğun işıqlandırır. Qəzetin nəzdində “Dağ çiçəkləri” ədəbi məclisi və “İsmayıllı Yazarları Ədəbi-İctimai Birliyi” fəaliyyət göstərir. Hər iki ədəbi birlik rayonun ədəbi mühitinin formalaşmasında mühüm rol oynayır, gənc istedadları üzə çıxarır, onları bir araya gətirir. Ədəbi məclis üzvləri ilə tez-tez rayon ictimaiyyətinin görüşləri keçirilir. Ən yaxşı yazarlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılır.
Hesabat ilində dövlət qəzetlərinə, obyektiv mövqedən çıxış edən informasiya vasitələrinə abunə yazılışı aparılmış, mətbuatın yerlərə operativ çatdırılması təmin edilmişdir.
2017-ci il ərzində İsmayıllı rayonunda cinayətkarlığa qarşı mübarizə sahəsində dövlət maraqlarının, insan hüquq və azadlıqlarının müdafiəsi üzrə bir sıra tədbirlər həyata keçirilmiş, rayonda ictimai asayişin qorunması işi qənaətbəxş olmuşdur. 2017-ci il ərzində rayon ərazisində hüquq mühafizə orqanları tərəfindən 147 cinayət hadisəsi qeydə alınmışdır. Həmin cinayətlərdən 137-si açılmış, 10 cinayət hadisəsi isə bağlı qalmışdır. Tamamlanmış işlər üzrə açılma faizi 93,2 % təşkil etmişdir. Hesabat dövrü ərzində, xüsusilə ağır cinayətlər - adam oğurluğu, adamları girov götürmə, banditizm və cinayətkar birlik yaratma, insan alveri ilə bağlı cinayətlər qeydə alınmamışdır.
İl ərzində məhkəmənin icraatına 1956 mülki iş, 57 cinayət işi, 594 inzibati material, 33 məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirləri ilə bağlı material daxil olmuşdur.
2017-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinə 1412 vətəndaş müraciəti, Prezident Administrasiyasından, digər qurumlardan baxılmaq üçün 364 məktub daxil olmuşdur. Əvvəlki illə müqayisədə Rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olmuş müraciətlərin sayı 49 ədəd, Prezident Administrasiyasından və digər qurumlardan daxilolma isə 1ədəd azalmışdır.
272 nəfər vətəndaşın ərizəsi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yaradılmış “Aztəminatlı ailələrə, pensiyaçılara, təbii fəlakət, yanğın və digər səbəbdən ziyan çəkən vətəndaşlara maddi yardım, əlavə güzəştlər və müavinətlərin təyin edilməsi üçün müayinə komissiyası”nda müzakirə olunmuş və onlara 51410 (əlli bir min dörd yüz on) manat yardım göstərilmişdir. Bunlar əsasən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və müxtəlif kateqoriyadan olan birinci qrup əlillər, uzun sürən xəstəliklərdən əziyyət çəkən aztəminatlı vətəndaşlar olmuşdur.
Daxil olan müraciətlərin 1220-si ərizə, 183-ü şikayət, 9-u təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 12,9%-ni təşkil etmişdir.
Ötən il 2197 nəfər vətəndaş İcra Hakimiyyətində qəbulda olmuş, onlardan 980 nəfərini, RİH başçısı, qalanını isə RİH başçısının müavinləri, şöbə müdirləri qəbul etmişlər.
İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə 76 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 3979 nəfər iştirak etmiş, 451 nəfər Rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş və 602 məsələ barəsində fikirlərini bildirmişlər.
2017-ci ildə RİH-nin sosial şəbəkələrdə də fəaliyyəti təmin edilmişdir. Belə ki, icra hakimiyyətinin www.facebook.com, www.twitter.com, www.instagram.com və www.yootube.com sosial şəbəkələrində rəsmi səhifələri açılmış, rayonda keçirilən tədbirlər və rayon haqqında məlumatlar həmin sosial şəbəkələr vasitəsi ilə ictimaiyyətə çatdırılmışdır.
2017-ci il ərzində rayonun bütün yaşayış məntəqələrində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmişdir.
RİH başçısının İƏD üzrə nümayəndəlikləri 2017-ci il ərzində fəaliyyətini Azərbaycan Respublikasının Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin müvafiq bəndlərinin tələbləri səviyyəsində qurmuşlar.
İl ərzində İƏD üzrə nümayəndəliklərdə əmək və icra intizamının gücləndirilməsi diqqət mərkəzində saxlanılmış, fəaliyyətlərinin səmərəliliyi təmin edilmişdir.
Rayonun bütün yaşayış məntəqələrinin ərazisində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmiş, hər bir nümayəndəlik tərəfindən ərazidə baş vermiş hadisələr barədə gündəlik məlumatlar aidiyyəti orqanlara məruzə edilmişdir.
2017-ci ildə rayon bələdiyyələrinin fəaliyyəti də əvvəlki illərə nəzərən səmərəli olmuşdur. Rayonda 34 bələdiyyə qurumu fəaliyyət göstərir. İşgüzarlığın və fəaliyyətin səmərəliliyinin artırılması məqsədi İl ərzində “Bir bələdiyyə azı bir layihə” proqramı çərçivəsində rayonun bütün bələdiyyələri tərəfindən 100-ə yaxın layihənin icrası nəzərdə tutulmuş və həmin layihələrin təxminən 70%-i icra edilmişdir. Aparılmış maarifəndirici tədbirlərin nəticəsi olaraq bələdiyyələrin vergi və ödənişlərinin toplanmasında əsaslı irəliləyişlər müşahidə olunmuşdur. 2017-ci ilin 01 yanvarına olan bank qalığı ilə birlikdə rayonun bütün bələdiyyələrinin illik gəlirləri 571085,36 manat olmuşdur. İl ərzində bələdiyyə orqanlarının saxlanması və həyata keçirilən layihələrə xərclənmiş vəsaitin ümumi məbləği 566979,79 manat təşkil etmişdir.
2018-ci ildə əvvəlki illərdən fərqli olaraq daha effektli tədbirlərin görülməsi zərurətini və məsuliyyətini dərindən dərk edərək İsmayıllı rayonu üzrə icrası davam etdiriləcək və yeni start veriləcək layihələr müəyyənləşdirilmiş, konkret inkişaf planı hazırlanmışdır.
Rayonda aqrar sahənin və sənayenin inkişaf etdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə ardıcıl olaraq müşavirə və seminarlar keçirilmiş, konkret hədəflər müəyyənlədirilmişdir.
2018-ci ildə sənaye məhəlləsində müəyyən işlərin görülməsi nəzərdə tutulmuşdur.
Yeni iş yerlərinin açılması üçün mövcud imkanlardan tam şəkildə istifadə etmək cari ildə əsas vəzifələrimizdən olacaqdır. 2018-ci ildə və növbəti illərdə rayonda investorların cəlb edilməsi ilə turizmin, aqrar sektorun, yeni istehsal və emal müəssislərinin yaradılması nəticəsində yeni iş yerləri açılacaq və daha çox qeyri-məşğul vətəndaşı işlə təmin etmək mümkün olacaqdır. Bu, bizim gələcək fəaliyyətimizin əsasını təşkil edir.
Cari ildə İsmayıllı yarımstansiyasının, Quşencə, Aşıqbayramlı, Kürdmaşı və Lahıc qəsəbələrinin elektrik təsərrüfatının yenidən qurulması və SİP kabellərin çəkilməsi, yaşayış məntəqələrində 25 ədəd yeni transformatorun quraşdırılması nəzərdə tutulmuşdur.
2018-ci ildə Lahıc qəsəbəsinin, eyni zamanda Qalagah, Soltankənd, Uştal və Ruşan kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur. “İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” 5 oktyabr 2017-ci il tarixli Sərəncamınızın icrası ilə əlaqədar olaraq artıq Lahıc qəsəbəsində 2018-ci ilin əvvəlindən bu sahə üzrə işə başlanmışdır.
Quşencə kəndinin qalan hissəsinin və Zoğallıq kəndinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə 2018-ci ildə layihənin icrası davam etdiriləcəkdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Kürdmaşı-Kəlbənd yerli əhəmiyyətli avtomobil yolunun tikintisi 2018-ci ildə həyata keçiriləcəkdir.
2018-ci ildəki əsas hədəflərimizdən biri rayonun girişində Gənclər Mərkəzinin və Bayraq Meydanının tikilməsidir.
2018-ci ildə iş adamı tərəfindən Əlillərin reablitasiya və Bərpa Mərkəzi “Bədo” sanatoriya müalicə müəssisəsində inşaat işləri başa çatdırılacaq və sanatoriya yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Cari ildə bir sıra digər obyektlərin istifadəyə verilməsi də nəzərdə tutulmuşdur. Bunların sırasında İsmayıllı şəhərində inşa edilən üçulduzlu beşmərtəbəli oteli, Kürdmaşı kəndində “Buta” şirkəti tərəfindən inşa edilən 3000 tonluq soyuducu anbar, “Azərxalça MMC ” tərəfindən xalça fabrikini və s. göstərmək olar. Həmçinin yaxın gələcəkdə iş adamları, sahibkar və fermerlər tərəfindən 100-dən artıq layihənin icrası nəzərdə tutulur ki, bunların reallaşması ilə bölgədə 1500-dən çox yeni iş yeri yaranacaqdır. Kürdmaşı kəndində 12,5 milyon manat dəyəri olan ən müasir aqropaklardan birinin tikintisi davam etdirilir.
Cari ildə rayonda balıqyetişdirmə müəssisəsi, tikinti materialları zavodu, kartof cipsi istehsal edən müəssisəsinin inşası da nəzərdə tutulmuşdur.
Fındıqçılıq kənd təsərrüfatının gəlirli sahələrindən olmaqla yanaşı rayonumuzun torpaq və iqlim şəraiti üçün çox əlverişlidir. Odur ki, 2018-ci ildə rayon ərazisində daha 1000 hektar sahədə fındıq bağlarının salınması nəzərdə tutulmuşdur.
Cari ildə ənənəvi sahələrdən olan tütünçülüyün inkişaf etdirilməsi əsas hədəflərimizdəndir. Belə ki, 2018-ci ildə Təzəkənd, Diyallı, Qurbanəfəndi, Topçu, Qalınçaq kənd və İsmayıllı şəhəri ərazilərində 20 hektar sahədə tütün əkilməsi planlaşdırılmışdır.
Dövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlər nəticəsində ölkədə baramaçılığın inkişaf etdirilməsi də prioritet sahələrdəndir. Baramaçılıq rayonumuz üçün ənənəvi sahələrdəndir. Bu il 150 qutu barama qurdunun gətirilərək kümçülərə paylanması nəzərdə tutulmuşdur. Ötən il 8000 ədəd tut tingi əkilmişdir ki, bu da gələcəkdə baramaçılığın inkişafında mühüm rol oynayacaqdır.
2018-ci ildə istixanaların artırılıb genişləndirilməsi, mövcud istixanalardan başqa Topçu, Sumağallı, Aşıqbayramlı, Qarakolluq, Qurbanəfəndi,Talıstan, Diyallı, Qalınçaq, Kürdmaşı kəndi və İsmayıllı şəhəri ərazilərində daha 60 istixana təsərrüfatının yaradılması planlaşdırılmışdır.
Həmçinin cari ildə sənaye üsulu ilə Talıstan və Kürdmaşı kəndlərində 200 hektarda kartof əkilməsi, Quşencə, Kürdmaşı, Cülyan, Gəraybəyli, Aşıqbayramlı, Diyallı kəndlərində 60 hektar sahədə isə yeni üzüm bağlarının salınması planlaşdırılmışdır.
Tircan kəndində arıçılıq məhsullarının qablaşdırılması, Lahıc qəsəbəsi, Əhən və Həftəsov kəndlərində yeni arıçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur.
Meyvəçilik rayonun ənənəvi sahələrindəndir. Odur ki, 2018-ci ildə rayonda 150 ha sahədə intensiv meyvə bağlarının salınması planlaşdırılmışdır.
Yuxarıda qeyd olunanlarla yanaşı kənd təsərrüfatında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində 2018-ci il ərzində bir sıra layihələrin icrası planlaşdırılmışdır.
Maldarlıq və heyvandarlığın, özünüməşğulluq proqramının davam və inkişaf etdiriliməsi qarşımızda duran əsas məsələlərdəndir.
2018-ci ildə rayonda “ABAD” (Ailə Biznesinə Asan Dəstək) Mərkəzinin fəaliyyətinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçiriləcəkdir. “ABAD” mərkəzi rayonun sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına və dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərən ailələrin biznesinə təkan verəcəkdir. Sertifikatlaşdırma, qablaşdırma, dizayn, marketinq və digər xidmətlərin bir mərkəz vasitəsilə fəaliyyət göstərilməsi nəticəsində istehsal olunan məhsulun maya dəyərinin azalmasına imkan verəcək, həmçinin ailə təsərrüfatlarına istehsal şəraitinin yaxşılaşdırılması və innovativ texnologiyaların tətbiqinə də şərait yaradacaqdır. .
Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Bu günkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan xalqı, dövlətimiz Cümhuriyyət dövrünün bütün ənənələrinə sadiqlik göstərir və bu ənənələri yaşadır.
Cənab Prezidenti əmin edirik ki, rəhbərliyi altında müstəqil Azərbaycan öz uğurlu inkişafını 2018-ci ildə də davam etdirəcək, dünya ölkələri arasında öz mövqeyini bir qədər də möhkəmləndirəcək, işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcəkdir. Bu möhtəşəm, qlobal, taleyüklü məsələlərin həllində, ölkəmizin bütün sahələrdə davamlı inkişafının təmin edilməsində ismayıllılar daim möhtərəm Prezidentimiz İlham Əliyevin yanındadır.
2018-ci il də xalqımız üçün yüksəliş, inkişaf, qələbələr ili olacaqdır.
2017-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Rayon İcra Hakimiyyətinin
başçısı cənab Mirdaməd Sadıqovun
M Ə R U Z Ə S İ
Hörmətli yığıncaq iştirakçıları!
Hörmətli qonaqlar!
2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş bugünkü yığıncağımız bütün ismayıllılar üçün xoş olan anların sevincini yaşadığımız vaxta təsadüf edir. Belə ki, cənab Prezident Qobustan və Şamaxı rayonlarına səfərindən sonra-oktyabr ayının 5-də Lahıc qəsəbəsinin inkişafı ilə bağlı 3 sərəncam imzalamışdır. Qəsəbənin qazlaşdırılması, Dəmirçi-Lahıc yolunun çəkilib istifadəyə verilməsi, Lahıc qəsəbə tam orta məktəbi üçün 400 yerlik binanın tikilməsi möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycanın qədim tarixini özündə yaşadan Lahıc qəsəbəsinə, onun sakinlərinə, bütövlükdə İsmayıllıya göstərdiyi diqqət və qayğısının təzahürüdür.
Cənab Prezident 2017-ci ildə ölkə qarşısında duran önəmli vəzifələri qeyd edərək proqram xarakterli vəzifələri irəli sürmüş və qeyd etmişdir ki, növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2017-ci ilin doqquz ayında rayonumuzda uğurla həyata keçirilmişdir. Doqquz ayda rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 170 milyon 898.4 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37 milyon 59 min manat və ya 28,2 faiz çoxdur. Sənayedə 2,6 faiz, kənd təsərrüfatında 2,9 faiz, tikinti-quraşdırma işlərində 2,1 dəfə, nəqliyyatda 3,6 faiz, informasiya və rabitədə 9,5 faiz, ticarətdə 0,3 faiz artım əldə olunmuşdur.Hesabat dövründə əsas kapitala investisiya qoyuluşu 44 milyon 320 min manat olmuş, 12 milyon 353 min manat dəyərində əsas fondlar istifadəyəverilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,4 dəfə və 2,8 dəfə çoxdur.
Hesabat dövründə rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi 80 milyon 546.3 min manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 432 min manat və ya 16.5 % çoxdur.
Əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz yüksələrək 130,6 milyon manata çatmış, yəni 19,2 milyon manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 2 milyon 90 min manat artaraq, 19 milyon 250 min manat təşkil etmişdir.
Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 4 milyon 627 min manata qarşı 4 milyon 704 min manat icra olunmuşdur.
Məxaric proqnozu 4 milyon 776 min manata qarşı 4 milyon 516 min manat, başqa sözlə 260 min manat kəsrlə icra edilmişdir 2017-ci ilin yanvar-sentyabr aylarında rayon ərazisində tikinti və abadlıq işləri davam etdirilmişdir.
Bazar yaxınlığında saat meydanı ətrafında vaxtilə köhnə və primitiv üslubda inşa edilmiş dəmirçi sexləri və digər obyektlərin köçürülməsi üçün şəhərin baş planına uyğun olaraq müasir obyektlərin tikintisi davam etdirilmişdir. Şəhərin Ə.Ələkbərzadə küçəsində 2400 metr uzunluğunda səki salınmış, yolun 1200 metr məsafəsi işıqlandırılmış, küçənin hərəkət hissəsi genişləndirilmiş, gələcəkdə velosiped yolunun qurulması üçün tədbirlər həyata keçirilmişdir. Mərkəzi meydanda Ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında 3 min kvadratmetrə yaxın ərazidə abadlıq işləri aparılmış, yeni döşəmə daşları düzülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2269 saylı sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına İsmayıllı şəhərində 30 ictimai yaşayış binasında əsaslı təmir işlərinin aparılması məqsədilə sərəncam imzalanmışdır. Sözügedən sərəncamın icrası ilə əlaqədar Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən binalara baxış keçirilmiş, görüləcək işlərin həcmi müəyyənləşdirilmiş, müvafiq layihə-smeta sənədləri hazırlanmışdır. Hazırda qeyd olunan istiqamətdə tikinti quraşdırma işləri davam etdirilir. Çoxmənzilli binaların həyətyanı sahələri abadlaşdırılır, hər bir bloka giriş qapısı qoyulur. Pilləkən qəfəsləri təmir olunur, fasad üzlükləri təzələnir, dam örtükləri dəyişdirilir. Hazırda şəhərin M.F.Axundovküçəsində yaşayış binalarının həyətyanı sahələrində əhalinin istirahətini təmin edilməsi məqsədilə abadlıq işləri aparılır.
Ümumilikdə İsmayıllı şəhəri ərazisində cari ildə 33 min kvadratmetr asfalt örtük vurulmuşdur. İstisu kəndində yaşayan sahibkarın maliyyə vəsaiti hesabına Sumağallı-Qalacaq yolunda təmir işləri aparılmış və asfalt örtük vurulmuşdur. Rayonda yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunu təmin etmək məqsədli Keyvəndi kəndində iri heyvandarlıq təsərrüfatının, şəhərin M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, Heydər Əliyev prospektində 5 mərtəbəli 4 ulduzlu otelin, Tircan kəndi yaxınlığında “Bədo istirahət, müalicə və sanatoriya mərkəzi”nin tikintisi davam etdirilmişdir. Kürdmaşı kəndində “Buta” şirkətlər qrupu tərəfindən 3000 ton tutumu olan soyuducu kameranın tikintisi başa çatdırılmış, iki kamerada məhsul qəbuluna başlanmışdır. Qalan sahələrdə tikinti-quraşdırma işləri davam edir. İsmayıllı şəhərinin S.Ə.Şirvani küçəsində “Azərxalça” ASC tərəfindən 170 nəfər toxucu işləyəcək Xalçaçılıq müəssisəsinin tikintisi başa çatmışdır. Hazırda obyektin həyətində abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir. Hesabat dövründə rayonun idarə və təşkilatlarının fəaliyyətini əks etdirən məlumatları diqqətinizə çatdırmaq istəyirəm.
İsmayıllı Qaz Xidmət Sahəsi 15797 abonentə xidmət göstərir ki, bunun da 15626-sı əhali, 171-i qeyri-əhali abonentidir. Talıstan, Təzəkənd, Hacıhətəmi və Kürdmaşı kəndlərində və şəhər ərazisində diametri 90 millimetr olan 565 metr polietilen qaz xətti çəkilmiş, Cülyan və Qalınçaq kəndlərinin hər birində bir ədəd, şəhər ərazisində 2 ədəd yeni qaztənzimləyici şkaf quraşdırılmış, 1892 metr müxtəlif ölçülü yeni qaz xətləri çəkilmiş, 619 paqon/metr qaz xətləri təmir edilmişdir. 12 ədəd müxtəlif ölçülü qaz tənzimləyici şkaf istismara verilmişdir. 231 ədəd yeni məişət qaz sayğacı quraşdırılmış, 186 ədəd məişət qaz sayğacının yeri dəyişdirilmişdır. “Təmiz Qaz” Xidmətinin aşkar etdiyi 3171 sayda qaz sızması aradan qaldırılmışdır.
2017-ci ildə Lahıc qəsəbəsinin, Qalagah, Soltankənd və Uştal kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Lahıc qəsəbəsinin qazlaşdırılması üçün cənab Prezident İlham Əliyev tərəfindən ARDNŞ-ə müvafiq tapşırıq verilmişdir. Lakin digər kəndlərin qazlaşdırılması istiqamətində hələlik əsaslı iş görülməmişdir. İsmayıllı Qaz Xidmət Sahəsi abonentlərin qaza olan tələbatının dayanıqlı surətdə və keyfiyyətli qaydadfa ödənilməsi üçün vaxtında ciddi tədbirlər görməli, yaşayış məhəllələrində qazın təzyiqinin nizamlanmasını müntəzəm diqqətdə saxlamalıdır. İlin doqquz ayı ərzində abonentlərə 17993534 m3 həcmində qaz satışı həyata keçirilmiş, bunun müqavilində 218834684 manat dəyərində ödəmə edilərək tapşırığa 113,64% əməl edilmişdir.
2017-ci ilin 9 ayında İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 10 kilo/voltluq hava xəttlərində 207 ədəd, 0,4 kilo/voltluq hava xətlərində isə 120 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur. Bundan başqa Bizlan kəndindən Basqal qəsəbəsinə yeni 10 kilovoltluq xəttin tikintisi davam etdirilmiş, 3,5 km xətt çəkilmişdir. 10 kv-luqTircan hava xəttində əsaslı təmir işləri aparılmış, 38 ədəd dayaq dəyişdirilmiş, kəndin ərazisində 5,8 km SİP kabel xətti çəkilmiş, 154 abonentin sayğacı yenisi ilə əvəz edilmişdir. Qasımkənd məhəlləsində şəbəkənin yenidən qurulması davam etdirilir. Rayonda əhalinin elektrik enerjisi ilə təmin olunması sahəsində nöqsanlar da mövcuddur. Dağlıq zonada yerləşən Sulut, Həftəsov, Əhən, Zərnava inzibati ərazi dairələrinə daxil olan kəndlərdə və digər kəndlərdə 10 və 0,4 kilovoltluq xətlərdə ağac dirəklər uzun müddət istifadə olunduğu üçün çürüyərək qəzalı vəziyyətə düşmüşdür. Naqillər ötürücülük qabiliyyətini və davamlılığını itirdiyinə görə tez-tez qırılma və qısa qapanma halları baş verir. Odur ki, təcili tədbirlər həyata keçirilməlidir. Hesabat dövründə abonentlər tərəfindən 3768589 manat dəyərində 47482000 kv.saat elektrik enerjisi istehlak olunmuş, 2790300 manat ödəmə edilərək verilən tapşırığa 86.2 % əməl edilmişdir.
İsmayıllı “Sukanal” idarəsi təşkilatın balansında olan 11 km magistral su xəttinə 64 km şəhərdaxili su xəttlərinə və 24 km kanalizasiya xəttlərinə xidmət edir. İdarə 6412 əhali abonentinə, 235 büdcə və kommersiya obyektlərinə xidmət göstərir. Doqquz ayda abonentlərə 287,4 min manat su və kanalizasiya xidməti göstərilmilş, , 245 min manat pul yığılmışdır. Yığım 85.2 faiz təşkil edir. Yaşayış binalarının yeni kanalizasiya xətlərinə qoşulma işləri başlanmışdır. 1374 abonent çirkad sularının axıdılması üçün yeni kanalizasiya sisteminə qoşulmuşdur.
Lakin rayonun bir sıra yaşayış məntəqələrində içməli su əhalinin tələbatını ödəmir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2017-ci ildə Xəlilli, Eyyubbəyli, Çayqovuşan, Çərmədil və Gideyli kəndlərində əhalini təmiz içməli su ilə təmin etmək üçün modul tipli sutəmizləyici qurğunun quraşdırılması işlərinə başlanmışdır. Əhalinin içməli və suvarma suyu ilə təchizatını yaxçılaşdırmaq üçün rayonda 8 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.
İsmayıllı Dövlət Sosial Müdafiə Fondunun 01 oktyabr 2017-ci il tarixə uçot qeydiyyatında olan pensiyaçılar üzrə yaşa görə pensiyaçıların sayı 7531 nəfər, əlilliyə görə pensiyaçıların sayı 4326 nəfər, ailə başçısını itirməyə görə pensiya alanların sayı 1412 nəfər, əmək pensiyaçılarının ümumi sayı isə 13269 nəfər təşkil etmişdir. O, cümlədən işləyən pensiyaçıların sayı 1074 nəfər olmuşdur.
2017-ci ilin 9 ayı ərzində əmək pensiyalarının ödənilməsinə 21 milyon 353 min manat, digər müavinətlərin ödənilməsinə isə 536.5 min manat vəsait xərclənmişdir. Vəsaitin 14 milyon 550 min manatı (66.0 %) Respublika Fondundan, qalan 34.0 faizi yerli daxilolmalar hesabına həyata keçirilmişdir. Pensiya və müavinətlər vaxtında ödənilmişdir.
Məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə proqnoz tapşırıqlarına ümumilikdə 7 milyon 730 min manata qarşı 7 milyon 819 min manat və yaxud 101.2% əməl olunmuşdur. Sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 milyon 34 min manat artmışdır.
2017-ci ilin 9 ayı ərzində ünvanlı sosial yardıma 815,4 min manat məbləğində vəsait ödənilmişdir. Ümumilikdə 01 oktyabr 2017-ci il tarixdə hərəkətdə olan 317 ailənin 1612 üzvünə ünvanlı sosial yardım verilmişdir. Bir ailəyə düşən orta aylıq məbləğ 142 manat 43 qəpik, adambaşına düşən aylıq məbləğ isə 31 manat 77 qəpik olmuşdur
Rayon Məşğulluq Mərkəzində 359 idarə, müəssisə, təşkilat qeydiyyatdadır. Onlardan hazırda fəaliyyət göstərən 256-sı Məşğulluq Mərkəzinə statistik hesabatları vaxtında təqdim edir. 9 ay ərzində 1207 nəfər vətəndaş rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və onlardan 1149 nəfəri işaxtaran kimi rəsmi qeydiyyata alınmışdır. Aktiv məşğulluq tədbirlərinin uğurla davam etdirilməsinin nəticəsində rayon Məşğulluq Mərkəzi tərəfindən 2017-ci ilin 9 ayı ərzində 494 nəfər işlə təmin edilmişdir. İşlə təmin olunanların 180 nəfəri gənc, 71 nəfəri qadın, 9 nəfəri isə qaçqın və məcburi köçkün olmuşdur. Hesabat dövründə işaxtaran və işsiz vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə rayon ərazisində təmir-abadlıq işlərinin görülməsi üçün Kommunal Müəssisələri Kombinatına 108 nəfər, çoxmənzilli binaların təmiri işləri ilə əlaqədar “Tikinti 27” ASC-ə 97 nəfər işaxtaran vətəndaşa göndəriş verilmiş və işlə təmin olunmuşlar. Gələcəkdə peşə seçiminə kömək məqsədilə 269 nəfər gənc peşəyönümü məsləhətlərinə cəlb olunmuşdur.
9 ay ərzində 34 nəfərə işsiz statusu verilməklə onlara işsizlik müavinəti təyin edilmişdir. İşsizlik müavinəti alanların 9 nəfəri qadındır.
Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla, təkmilləşdir” metodologiyasına uyğun olaraq təlim prosesinə cəlb olunmuş 16 nəfər iştirakçıdan 13 nəfərin biznes-planları özünüməşğulluq fəaliyyətinin həyata keçirilməsi üçün məqbul hesab edilmiş,12 nəfər kənd təsərrüfatı və 1 nəfər istehsal sahəsi üzrə aktivlərini almışlar.
23 may 2017-ci il tarixdə rayonun Peşə Tədris Mərkəzində növbəti “Əmək yarmarkası” təşkil edilmişdir. Əmək yarmarkasına 52 idarə, müəssisə və təşkilat tərəfindən 238 boş iş yeri təqdim edilmişdir ki, həmin boş iş yerlərinə 104 nəfər qeyri məşğul vətəndaşa göndəriş verilmişdir. Əmək yarmarkasında 15 nəfər isə peşə təlimi kursuna göndərilmək üçün qeydiyyata alınmış və əmək haqqı 100 faiz müəsisə hesabına ödənilməklə 16 nəfər işaxtaran qeyri məşğul vətəndaş ictimai işə cəlb olunmaq üçün müraciət etmişdir.
Məşğulluq Mərkəzində hesabat dövrünə 1664 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır. 01 oktyabr 2017-ci il tarixinə Məşğulluq Mərkəzində rəsmi qeydiyyatda olan işsiz statusu olan vətəndaşların sayı 264 nəfərdir.
2017-ci ilin ötən dövrü ərzində rayonda 939 daimi yeni iş yeri açılmışdlr
İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən 2017-ci ilin əhali və təşkilatlara 9 ayında 585 min manat dəyərində kommunal xidmət göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 25,5 min manat çoxdur. Xidmət olunan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərini həyata keçirmək üçün İsmayıllı şəhər, Lahıc və Basqal qəsəbələrində 108 nəfər müvəqqəti işçi işə cəlb olunmuşdur.
Kombinat tərəfindən şəhər ərazisində hesabat dövründə 3380 ədəd müxtəlif bəzək gülləri, 90 ədəd qızılgül kolu, 68 ədəd yolka ağacları əkilmişdir.
Görülmüş işlərlə yanaşı payız-qış mövsümünə ciddi hazırlaşmaq lazımdır. Şəhərin küçələrinin qar və buz örtüyündən təmizlənməsi üçün texnika saz hala salınmalı, kifayət qədər texniki duz və qum ehtiyatı yaradılmalıdır.
Mənzil istismar sahəsinin xidmətində 1201 ailə yaşayan 977 mənzil var. Mənzillərin 848-i çoxmərtəbəli kommunal yaşayış binalarında yerləşir. Əhaliyə 5 min manat dəyərində mənzil-kommunal xidməti göstərilmiş və yığım 100 faiz yerinə yetirilsmişdir. Lakin xidmət tariflərinin aşağı olması səbəbindən təşkilat ziyanla işləyir. 9 ayda təşkilata büdcədən 15.2 min manat dotasiya verilmişdir. Təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir. Hazırda 7720 manat debitor, 4285 manat kreditor borcu vardır.
İsmayıllı Poçt filialı 9 ay ərzində taarif gəlirləri proqnozunu 180.6 min manata qarşı 199.1 min manat, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 13.1 min manat çox yerinə yetirilmişdir. Filial bank-maliyyə sahəsində göstərdiyi xidmətlərin həcmini keçən illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə artıraraq 63.2 min manat gəlir əldə etmişdir. Filialın İvanovka və Qalagah poçt şöbələrinin binaları əsaslı təmir edilərək yenidən qurulmuşdur.
İsmayıllı Telekommunikasiya Qovşağı 9 ay ərzində 775.8 min manat gəlir əldə etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 66.8 min manat çoxdur. Hesabat dövründə 334 mənzilə yeni telefon xətti çəkmiş, 90 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir.
Qovşaq üzrə 3219 ədəd boş tutum mövcuddur. Şəhərdə 1172, kənddə isə 2047 abunəçiyə yeni telefon xətti çəkmək imkanı vardır. İlin əvvəlindən internet istifadəçilərinin sayı 679 ədəd artırılaraq 5091 ədədə çatdırılmışdır.
İlin əvvəlindən EATS-lərə əlavə avadanlıq quraşdırmaqla internet portlarınıbn sayı şəhərdə 176, kəndlərdə 352 ədəd artırılmışdır. Daxili imkanlar hesabına şəhər EATS-2-nin tutumu 90 nömrə artırılmış, daxili xətt şəbəkəsi 80 nömrə genişləndirilmişdir.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidməti əsasən “İsmayıllı-Avtonəqliyyat” ASC- tərəfindən həyata keçirilir. 2017-ci ilin 9 ayı ərzində fəaliyyəti 5 ədəd icarəyə götürülmüş “İSUZU” markalı avtobusların, 2 ədədi isə balansda olan yük avtomobillərinin işlədilməsi olmuşdur. Müəssisə tərəfindən avtobusların 4 ədədi şəhərdaxili sərnişin daşınması ilə məşğul olmuş, bir ədədi isə rayon miqyaslı tədbirlərdə xidmət göstərmək üçün istifadə edilmişdir. Avtobuslarla 222.8 min sərnişin, yük avtomobilləri ilə 1,6 min ton yük daşınmış, nəticədə sərnişin dövriyyəsi 2333 min sərnişin/km, yük dövriyəsi isə 97 min ton/km olmuşdur. 2017-ci ilin 9 ayı ərzində 520 min manat gəlir əldə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10.6 min manat çoxdur.
2017-ci ilin 9 ayı ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq cəmi 56.8 hektar sahədə, o cümlədən 44,6 hektar sahədə fındıq bağı, 11,3 hektar sahədə qoz bağı və 0,9 hektar sahədə badam bağı əkilmişdir. 30 hektar sahə kol-kosdan təmizlənmiş, meşə əkinlərinin ətrafında 13,6 km yeni çəpər çəkilmiş, 5 km köhnə çəpərlər təmir olunmuş, 3550 hektar sahədə isə meşə potoloji müayinə işləri aparılmışdır. Bu ilin 9 ayı ərzində müəssisənin tinglik sahəsində ümumilikdə 210 min ədəd müxtəlif cinslərdən ibarət tinglər yetişdirilmiş və bundan 60 min ədəd ağac tingi çıxarılaraq yaşıllaşdırma tədbirlərinə, meyvə bağlarına və meşə əkinlərinin təmirinə sərf olunmuşdur.
Müəssisədə 2017-ci ilin payız və 2018-ci ilin qış mövsümündə əhalinin müəssisə və təşkilatların odun yanacağına olan ehtiyaclarını ödəmək məqsədi ilə 814m3 oduncaq istehsal edilmişdir.
2017-ci il ərzində müəssisədə qanunsuz meşə qırmaları ilə əlaqədar 48 ədəd akt-protokol tərtib edilmiş, nəticədə 1921 m3 özbaşına qırıntı aşkar edilmiş, cəmi 17,7 min manat cərimə tətbiq edilmişdir ki, bunun da 6700 manatı ödənilmişdir.
11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində İsmayıllı rayon ərazisində ətraf mühitin mühafizəsinə nəzarət sahəsində 67 akt və 4 protokol tərtib edilmiş, 19 icrası məcburi olan göstəriş verilmişdir. Ov qaydalarının pozulma faktı ilə 2 min manat, yaşıllıqların qanunsuz olaraq məhv edilməsi ilə bağlı 8.5 min manat, ətraf mühitə atılan tullantılara görə 40 nəfər fiziki və hüquqi şəxsə 8.3 min manat məbləğində cərimə tətbiq edilmişdir.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2017-ci ilin 9 ayında 18 ədəd hidrotexniki qurğu təmir olunmuş, suvarma sistemlərinin lildən təmizlənmə işləri görülmüşdür. Daşqın və sel sularına qarşı mübarizə məqsədilə buldozer ilə 264 min kubmetr, ekskovator ilə 121 min kubmetr torpaq işi görülmüşdür. Kənar təşkilatların köməyi ilə Diyallı kəndindəki nasos stansiyasının 1500 p/m boru xətti əsaslı təmir olunmuşdur.
İsmayıllı rayon Statistika İdarəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 45 bülleten, 22 təhlili məruzə hazırlanmışdır. 2016-cı ilin yekunu daxil olunmaqla rayonun pasportu hazırlanmışdır. “İsmayıllı rayonunun statistik göstəriciləri” məcmuəsi çap edilmişdir. Hesabat dövründə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 5 adda müayinələr keçirilmişdir. Dövtət Statistika Komitəsinin göstərişi ilə hesabat təqdim edən uçot vahidləri ilə 6 təlimatı müşavirə keçirilmişdir.
İsmayıllı “9 №-li Yol İstismarı” MMC tərəfindən 2017-cilin yanvar-sentyabr aylarında 810,8 min manatlıq təmir işləri yerinə yetirilmiş, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda və yerli əhəmiyyətli yollarda cari təmir işləri aparılmışdır. Payız-qış mövsümünə hazırlıqla əlaqədar maşın-mexanizmlər təmir olunaraq saz vəziyyətə gətirilmişdir. İdarədə qış mövsümündə avtomobil yollarına səpilmək üçün müəyyən miqdarda qum və duz ehtiyatı yaradılmışdır, bu istiqamətdə işlər davam etdirilir.
Rayonun mövcud 207372 hektar torpaq sahəsindən 113973 hektarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bundan 32914 hektarı əkin, 1800 hektarı çoxillik əkmələr, 351 hektarı dincə qoyulmuş, 2427 hektarı biçənək, 50895 hektarı örüş, 25586 hektarı isə yay otlaq sahəsindən ibarətdir.
Rayon üzrə 2017-ci ilin 01 oktyabr vəziyyətinə 51456 baş iri buynuzlu mal, 178586 baş qoyun-keçi mövcuddur.
2017-ci ilin 9 ayında 3994 ton diri çəkidə ət, 25892 ton süd, 8609 min ədəd yumurta, 398 ton yun istehsal olunmuşdur.
2017- ci ilin məhsulu üçün ötən ilin payızında 29453 hektarda şum çıxarılmış, 21609 ha buğda, 6640 ha arpa, 137 ha çovdar olmaqla 28386 hektar sahədə səpin aparılmışdır. Səpinlə birlikdə verilməsi üçün 650 tondan çox fosforlu, 1474 ton azotlu gübrə gətirilərək istehsalçılara satılmışdır. Hər hektardan 37,3 sentner olmaqla 80525 ton buğda, hər hektardan 32,7 sentner olmaqla 21720 ton arpa məhsulu toplanmışdır. Rayonda 106643 ton dənli və dənli-paxlalı bitkilər istehsal edilmiş, hər hektardan orta məhsuldarlıq 35.6 sentner olmuşdur. Kənd təsərrüfatı bitkiləri əkib becərən 7662 nəfər istehsalçıya əkib becərdikləri 26401 hektar sahəyə görə 1milyon 998 min 650 manat yardım hesablanaraq Respublika Komissiysının qərarına əsasən istesalçılara bank vasitəsi ilə ödənilmişdir.
Rayon üzrə fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən 811.9 hektar sahədə yüksək reproduksiyalı toxumla səpin aparılmışdır.
2017-ci ildə tütün əkini sahəsi 15 hektara çatdırılmışdır. Hal hazıradək həmin sahədən 12 tondan çox qurudulmuş tütün təhvil verilmişdir. Yarpaq dərimi və dərilmiş yarpaqların qurudulması prosesi davam etdirilir. Bu sahədə 30 nəfər işlə təmin olunmuşdur.
Cari ildə 120 qutu barama gətirilərək kümçülərə paylanmış və 2848.8 kq hazır barama istehsal olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Ümumilikdə təhvil verilmiş 2848.8 kq baramaya görə 50 ailə 24438 manat gəlir əldə etmişdir.
Cari ildə 200 ha sahədə sənaye üsulu ilə kartof əkini aparılmış və bol məhsul əldə edilmişdir.
Rayon ərazisində 78 parnikdə 8423 m2sahədə pomidor, xiyar, kartof və lobya bitkiləri əkilmiş, 89638 kq məhsul istehsal edilmişdir.
Diyallı kəndində dəyəri 1200 min manat olan böyürtkən, moruq və qolubika giləmeyvələrinin yetişdirilməsi üçün örtülü təsərrüfat təşkil edilmişdir. .
2017-cı ilin yaz mövsümündə Kəlbənd kəndində 7 ha, Qalınçaq kəndində 31.5 ha sahədə intensiv meyvə bağları salınmışdır. Qubaxəlilli kəndi ərazisində 40 ha, Tircan kəndi ərazisində isə 7.5 ha qoz bağı salınmışdır. Rayonun Diyallı kəndində 3 ha sahədə şaftalı, 5 ha sahədə isə qoz bağı salınmışdır.
Cənab prezidentin tövsiyə və tapşırıqlarına əsasən 601.2 ha sahədə, o cümlədən 142.5 hektarı 2017- ci ilin yaz mövsümündə olmaqla yeni fındıq bağları, salınmışdır. Cari ildə daha 750 hektar sahədə yeni fındıq bağlarınınsalınması istiqamətində iş aparılır.
2017-ci ilin 9 ayında 3994 ton diri çəkidə ət, 25892 ton süd, 8609 min ədəd yumurta, 398 ton yun istehsal olunmuşdur. Bütün istehsal göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
Rayonumuzda digər sahələrdə olduğu kimi, təhsil sahəsində də əsaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri əldə edilmişdir. Hesabat dövründə Yenikənd kənd ümumi orta məktəbi üçün modul tipli yeni məktəb binası tikilib istifadəyə verilmiş, Tağlabiyan kənd ümumi orta məktəbi üçün tikilən modul tipli yeni binada son tamamlama işləri başa çatmaq üzrədir.
Lahıc qəsəbə tam orta məktəbi üçün 400 yerlik məktəb binasının tikilməsi haqqında Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı təhsilə dövlət qayğısının bariz nümunəsidir.
Buraxılış imtahanlarını müvəffəqiyyətlə verən 777 nəfər XI sinif şagirdi tam orta təhsil haqqında attestat, o cümlədən 40 nəfər fərqlənmə attestatı almışdır. Təhsil sahəsində qazandıqları yüksək nəticələrə görə Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov, şəhər 2 nömrəli tam orta məktəbinin məzunu Vaqif Talıbzadə, Xankənd kənd tam orta məktəbinin məzunu Cəmilə Məmmədova qızıl medalla, şəhər 6 nömrəlitam orta məktəbin məzunu Murad Ağazadə məktəbi gümüş medalla bitirmişdir. Buraxılış imtahanlarında şəhər 1,5,6 nömrəli, Sumağallı, İvanovka kənd, Lahıc qəsəbə, şəhər 3 nömrəli məktəb-liseyin nəticələri daha yüksək olmuşdur.
Rayonun ümumtəhsil məktəblərinin məzunları ali məktəblərə tələbə qəbulu imtahanlarında da yüksək nəticə göstərmişlər, 354 nəfər ali məktəblərə qəbul olunmuşdur. Onlardan Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov 700 bal, 26 nəfər 600-dən, 86 nəfər 500 dən yuxarı bal toplamışdır.Tələbə qəbulu imtahanlarında qazandıqları yüksək nəticələrə görə Vahab Cəbrayılov və şəhər 6 nömrəli tam orta məktəbin məzunu Murad Ağazadə Prezident təqaüdünə layiq görülmüşlər.
Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 5 oktyabr “Müəllim günü” ərəfəsində şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Dürdanə Ağayevanın “Əməkdar müəllim” fəxri adı ilə, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə Mahmudovanın “Tərəqqi medalı” ilə təltif edilməsi möhtərəm Prezidentimizin müəllim əməyinə verdiyi yüksək qiymətdir.
Bütün bunlarla yanaşı təhsil sahəsində bəzi problemlər qalmaqdadır. 3 tam orta və 3 ümumi orta məktəbin binası qəzalı vəziyyətdədir. 4 ibtidai məktəbin özünə məxsus binası yoxdur. Çəmənli, Çərmədil, Köhnə Daxar və Kəlfərəc kəndlərində məktəb açılmasına zəruri ehtiyac vardır.
Rayonda uşaqların məktəbə hazırlığı sahəsində də problemlər yaşanmaqdadır. Məktəbəqədər yaşlı uşaqların sayı 5000 nəfərdən artıq olduğu halda, yalnız 415 nəfər uşaq bağçalara cəlb edilmişdir. Rayonda cəmi 11 bağça fəaliyyət göstərir. Əksər yaşayış məntəqələrində uşaq bağçası-körpələr evi yoxdur. Şəhər mərkəzində fəaliyyətə başlayan yeni bağçada qrupların sayını artırmaq,yeni bağçaların açılması üçün aid orqanlar qarşısında məsələ qaldırmaq günün vacib problemlərindəndir.Qış mövsümündə məktəblərin qızdırılması üçün dizel yanacağı və oduna ayrılan vəsait təlabatı ödəmir.
Humanitar Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzi regionda tələb olunan sahələr üzrə orta-ixtisas və peşə təhsili mütəxəssislərinin yetişməsində əsaslı rol oynayır. Hazırda kollecdə 9 ixtisas üzrə 499 tələbə, Peşə tədris Mərkəzində isə 12 ixtisas üzrə 275 şagird təhsil alır. 2017-ci ilin avqust-sentyabr aylarında kollecin binası təmir olunmuş, istilik sistemi istifadəyə verilmişdir. Tədris-maddi baza möhkəmləndirilərək yeni avadanlıqlar alınmış, kitabxana yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamına əsasən İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır.
2017-ci ilin ilin 9 ayı ərzində İsmayıllı rayon mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülmüşdür.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində İsmayıllı rayonu üzrə 27 klub müəssisəsi (1 Heydər Əliyev adına Rayon Mədəniyyət Mərkəzi,6 Yaradıcılıq Evi, 20 kənd klubu) , 46 kitabxana (Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq kitabxanası, 2 şəhər və 43 kənd kitabxana filialı), F.Əzimov adına Uşaq İncəsənət Məktəbi, rayon və Lahıc Tarix-Diyarşünalıq muzeyi, Heydər Əliyev Mərkəzi, İsmayıllı Dövlət Rəsm Qalereyası, İsmayıllı Turizm İnformasiya Mərkəzifəaliyyət göstərir.
Rayonda mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən qış mövsümünə keçid ilə bağlı müvafiq hazırlıq işləri aparılmışdır.
Cari İlin 9 ayı ərzində rayon mədəniyyət müəssisələri tərəfindən tədbirlər planına müvafiq tarixi və əlamətdar günlərlə bağlı çoxsaylı mədəni-kütləvi tədbirlər keçirilmişdir.
2017-ci ilin 9 ayı ərzində rayona 100 minə yaxın turist gəlmişdir ki, bunların da 13 mindən çoxunu xarici turistlər təşkil etmişdir.
Rayonun Uşaq İncəsənət məktəbində 9 ixtisas üzrə 322 şagird təhsil alır. Məktəbin müasir tələblərə cavab verən binası yoxdur, uyğunlaşdırılmış bina tədris üçün əlverişli deyil. Məktəbdə əmək və icra intizamı, işçlər arasında qarşılıqlı münasibətlər aşağı səviyyədədir. İstedadlı şagirdlərin yetişməsi, onların istedadının inkişafı sahəsində əsaslı iş aparılmır. Kadrların çoxu orta-ixtisas təhsillidir.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi yeni srtuktur olmaqla fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışmalıdır.
Rayonun səhiyyə şəbəkəsi 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 15 çarpayılıq Lahıc qəsəbə və 15 çarpayılıq İvanovka kənd xətəxanası, 500 gəlişli RMX-nınpoliklinika şöbəsi, 55 gəlişli uşaq poliklinkası, 11 həkim, 24 tibb məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Hazırda rayon üzrə həkimlərin sayı 104 nəfər, orta tibb işçilərinin sayı isə 332 nəfər təşkil edir. 32 həkim yeri, 24 tibb işçisi yeri vakantdır. Çandahar, Əhən, Yuxarı Cülyan, Vəng tibb məntəqələri kadr çatışmazlığına görə müvəqqəti fəaliyyət göstərmir.
Ölkə Prezidentinin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral-may aylarında müxtəlif əhali qrupları üzrə 18 yaşdan yuxarı 54981 nəfər müayinədən keçmiş, onlardan 837 nəfəri ambulator, 295 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 79 nəfər isə Bakı şəhərinə, Respublikanın müxtəlif müalicə mərkəzlərinə göndərilmişdir.
2017-ci ilin 9 ayı ərzində 655 nəfər doğum, 412 nəfər isə ölüm halı qeydə alınmışdır. O cümlədən 0-1 yaşda körpə ölümü 4 nəfər, 1-5 yaşda uşaq ölümü isə 7 nəfər olmuşdur.
8 nəfərə I qrup, 159 nəfərə II qrup, 14 nəfərə isə III qrup əlillik dərəcəsi təyin olunmuşdur. 464 nəfər vərəm xəstəsi dispanser qeydiyyatında olmuş, 29 nəfər ilkin qeydiyyata götürülmüşdür. Talassemiyalı xəstələrin sayı 89 nəfərdir. 8 hemofiliyalı xəstədən 2-si uşaqdır. Xroniki böyrək çatışmazlığı ilə 33 xəstə qeydiyyatdadır. RMX-nin Dializ şöbəsində 18 nəfər xəstə müalicə alır. 2017-ci ilin 9 ayında 643 nəfər ankoloji xəstə, uşaq poliklinikasında müxtəlif xəstəliklər üzrə 1748 nəfər uşaq dispanser qeydiyyatındadır.
Hesabat dövrü ərzində gənclərlə iş sahəsində 58 tədbir, idman sahəsi üzrə isə 47 tədbir keçirilmişdir. Tədbirlərdə 13 minə yaxın gəncin iştirakı təmin edilmişdir. Rayonda gənclər siyasəti ilə bağlı problemlər və həyata keçirilməsi vacib olan bir çox məsələlər də vardır. İsmayıllıda “Gənclər evi”nintikilməsinə zəruri ehtiyac duyulur.
Rayon İcra Hakimiyyəti siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır. “Heydər Əliyev idarəetmə məktəbi” məhz bu düşüncənin nəticəsidir. Ötən dövr ərzində məktəbin ardıcıl olaraq məşğələləri keçirilmişdir.
Rayonda ölkə rəhbərinin fəaliyyəti ilə bağlı təbliğat işləri gücləndirilib. Cənab Prezidentin həyata keçirdiyi siyasi kursun təbliği aparılıb, səfərləri, çıxış və məruzələri ətraflı şəkildə əhaliyə çatdırılıb.
15 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən müşavirədə yerlərdə ideoloji işin səmərəliliyinin artırılması ilə bağlı qarşıda duran vəzifələr müəyyənləşdirilib,onların icrası istiqamətində tədbirlər həyata keçirilib.
Ölkəmizin inkişafının təmin edilməsi,əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlər, Heydər Əliyev Mərkəzinin fəaliyyəti ideoloji işin tərkib hissəsini təşkil edib. 2017-ci ilin 9 ayı ərzində Mərkəzdə xeyli sayda ictimai-siyasi tədbirlər, görüşlər keçirilib, xarici ölkələrdən gələn qonaqlar qarşılanıb. Peşə bayramlarının, yubiley tədbirlərinin keçirilmə ünvanı əsasən Heydər Əliyev Mərkəzi olub.
Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini YAP-nın rayon təşkilatı ilə birgə aparır. Rayonda YAP üzvlərinin sayı 8312 nəfərdir, ətrafında 87 illik partiya təşkilatını birləşdirir. Bu ilin doqquz ayında YAP-nın sıralarına 104 nəfər qəbul olunub ki, bunların da 79 nəfərini gənclər,58 nəfərini isə qadınlar təşkil edir.
Rayonun Yaponiya, Fransa, Belorusiya, və Latviya dövlətlərinin şəhərləri ilə dostluq əlaqələri vardır. 2017-ci ildə qardaş şəhərlərdən Yaponiyanın İTO, Fransanın Evian-Le-Bən və Belorusun Nesvij şəhərinə qarşılıqlı səfərlər həyata keçirmişdir.
Ərazidə 5 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Qarabağ Müharibəsi Əlilləri, Veteranları, şəhid ailələri, rayon ağsaqqalları ilə mütəmadi görüşlər keçirilir, RİH onların problemlərinin həllinə daim yardımçı olur. Ötən dövr ərzində də Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, müharibə və əmək veteranlarının sosial həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması və bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Fəal rayon ağsaqqalları rayonun ictimai-siyasi həyatının idarə olunmasına cəlb olunmuşdur.
Uşaq və Ailələrə Dəstək Mərkəzinə 2017-ci ilin 9 ayı ərzində 92 nəfər müraciət etmiş və onların problemlərinin həlli istiqamətində iş aparılmışdır. Məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 13 müraciət araşdırılmış və əsasən həll olunaraq nəzarətə götürülmüşdür. Boşanma ilə bağlı isə 3 ailə ilə iş aparılmışdır. 2017-ci ilin üçüncü rübündə 34 problemli ailəyə səfər edilmiş, 120 xüsusi halla bağlı iş davam etdirilmişdir.
Multikulturalizmlə və “İslam həmrəyliyi İli” ilə bağlı tədbirlər keçirilmiş, rayonda fəaliyyət göstərən dini icma sədrləri, axund və imamlarla, əhali qrupu ilə görüşlər keçirilmiş, layihələr icra olunmuşdur. Dövlət-din münasibətləri əhaliyə izah olunmuşdur.
İsmayıllıda fəaliyyətə başlayan Regional “Bilik Evi” və Multikulturalizm Mərkəzi də ideoloji fəaliyyətə cəlb edilmiş, bir sıra tədbirlər onlarla birgə həyata keçirilmişdir.
“İsmayıllı xəbərləri” qəzeti dolğun, maraqlı və məzmunlu sayları ilə oxucuların rəğbətini qazanmış və ayda 2 dəfə nəşr olunmuşdur.
2017-ci ilin doqquz ayı ərzində rayon ərazisində 103 ümumi cinayət hadisəsi qeydə alınmışdır. 103 cinayətdən 100-ü tamamlanmış və açıq kimi qeydiyyata düşmüşdür. Tamamlanmış işlər üzrə açılma faizi 92,6% olmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,68 % yuxarı olmuşdur. Hesabat dövründə 10 nəfər axtarışda olan cinayətkarlardan 8 nəfəri tutularaq aidiyyəti üzrə təhvil verilmiş, 5 nəfər xəbərsiz itkin düşmüş şəxslərdən 4 nəfəri tapılaraq ailəsinə qaytarılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 11 fakt aşkar edilmişdir.
9 ay ərzində 7 yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər həlak olmuş, 7 nəfər xəsarət almışdır.
2017-ci ilin 9 ayı ərzində məhkəmədə 1713 mülki işə baxılmışdır ki, onlardan 78-i ailə münasibətləri üzrə, 248-i müqavilələrdən irəli gələn öhdəliklər üzrə mübahisələr olmuşdur.
Hesabat dövründə 376 çağırışçı gənc təntənəli şəkildə hərbi xidmətə göndərilmiş, 364 nəfər ehtiyata buraxılmışdır.
9 ay ərzində rayonda 119 yanğın baş vermiş, yanğınlar vaxtında söndürülmüşdür.
Hesabat dövründə vətəndaş müraciətlərinə, onların qəbuluna çox diqqət və həssaslıqla yanaşılmış, təhlil edilmiş, narazılıq doğuran məsələlər vaxtında həll edilmişdir.
2017-ci ilin 9 ayında Rayon İcra Hakimiyyətinə cəmi 1065 ədəd vətəndaş müraciəti daxil olmuşdur. Daxil olan müraciətlərdən 786 ədədi birbaşa RİH-nə daxil olmuş, 220 ədədi Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 59 ədədi isə digər yuxarı dövlət orqanlarından baxılmaq üçün RİH-nə göndərilmişdir.
Müraciətlərin 919-u ərizə, 139-u şikayət, 7-si təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 13 %-ni təşkil edir. 9 ayda 94 ədəd kollektiv müraciət, 35 ədəd təkrar müraciət daxil olmuşdur.
RİH başçısı aparatında keçirilən qəbullarda 773 nəfər vətəndaş RİH başçısı tərəfindən qəbul edilmişdir.İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə 57 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 3482 nəfər iştirak etmişdir. RİH başçısı aparatında fəaliyyət göstərən 164 nömrəli qaynar xəttə isə hesabat dövründə 100 vətəndaş müraciəti daxil olmuşdur
Daxil olan bütün yazılı və şifahi vətəndaş müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq diqqətlə araşdırılmış, onların həlli istiqamətində müvafiq tədbirlər görülmüş və nəticə barədə vətəndaşlara cavab verilmişdir.
Hörmətli yığıncaq iştirakçıları, artıq 2017-ci il sona yaxınlaşır. Qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün sahələr üzrə cari və perspektiv dövr üçün qarşıda duran vəzifələr barədə proqram xarakterli təklif və tövsiyələr verib. Qeyd etmişdir ki, ilin sonuna cəmi üç aydan az vaxt qalmışdır. Bu müddət ərzində nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapmalıdır. Perspektivimiz bunlardır- sənaye və kənd təsərrüfatının inkişafı, infrastruktur, Bakı-Tiblisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” layihələrinin icrası, “Azəri, Çıraq”, “Günəşli” yataqlarının işlənməsi.
Cənab Prezident tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası vətənimizin inkişafı və çiçəklənməsini, xalqın rifah halının yüksəlməsini, iqtisadi və sosial problemlərin həllini təmin edəcəkdir.
Qətiyyətlə bildirmək istərdim ki, cənab Prezidentin tapşırıqları İsmayıllıda da yüksək səviyyədə icra olunacaq, son üç ay ərzində qalan bütün məsələlər uğurla həll edəcək, ili uğurla başa vuracağıq. Qarşıya qoyulmuş vəzifələrin icrasında sizə bir daha müvəffəqiyyətlər arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
2017-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Rayon İcra Hakimiyyətinin
başçısı cənab Mirdaməd Sadıqovun
M Ə R U Z Ə S İ
Hörmətli yığıncaq iştirakçıları!
12 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Cənab İlham Əliyev ölkədə bütün sahələr üzrə mövcud durumu ətraflı təhlil etmiş və qarşıda duran vəzifələr barədə proqram xarakrerli tapşırıqlar vermişdir. Giriş nitqində qeyd etmişdir ki, bütövlükdə Azərbaycan 2017-ci ilin birinci yarısında qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib. 2017-ci ildə dünyada müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar baş verdiyi halda Azərbaycan uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir.
2017-ci ilin birinci yarısının yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir. İqtisadiyyatın qeyri-neft sektoru 1,7 faiz, qeyri-neft sənayesi 4,4 faiz səviyyəsində artmışdır. Kənd təsərrüfatının inkişafı ölkə üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artıb. Kənd təsərrüfatında ümumilikdə 2,2 faiz artm əldə olunmuşdur. Bu da onu göstərir ki, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir.
İlin əvvəlindən ölkənin valyuta ehtiyatları 3 milyard dollar səviyyəsində artıb və hazırda 40,6 milyard dollardır. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.
Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. İxrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bununla bərabər, idxal 15 faiz azalıb. Müsbət saldo 1,9 milyard dollar təşkil edir.
Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir.
Cənab Prezident 2017-ci ildə ölkə qarşısında duran önəmli vəzifələri qeyd edərək proqram xarakterli vəzifələri irəli sürmüş və qeyd etmişdir ki, növbəti dövr üçün prioritetlər dəyişməz olaraq qalır. Cənab İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2017-ci ilin birinci yarısında rayonumuzda uğurla həyata keçirilmişdir.
Birinci yarımildə rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 72 milyon 485 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 882 min manat və ya 5,7 faiz çoxdur. Sənayedə 16,7 faiz, tikinti-quraşdırma işlərində 72,3 faiz, nəqliyyatda 3,5 faiz, informasiya və rabitədə 9,8 faiz, ticarətdə 7,9 faiz artım əldə olunmuşdur.
Hesabat dövründə əsas kapitala investisiya qoyuluşu 20 milyon 620 min manat olmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
2 milyon 95 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Əhaliyə göstərilən pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz yüksələrək 82 milyon 490 min manata çatmış, yəni 12 milyon 580 min manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 1 milyon 418 min manat artaraq, 12 milyon 652 min manat təşkil etmişdir.
Rayonda ticarətin nümunəvi təşkili üçün lazimi şərait yaradılması məqsədilə əsaslı işlər görülür. Daha müasir ticarət xidməti təşkil etmək məqsədilə sahibkarlar və iş adamları tərəfindən müasir tələblərə cavab verən ticarət və məişət xidməti obyektləri tikilir. İaşə obyektlərində, ərzaq və sənaye mağazalarında monitorinqlər aparılır, vaxtı keçmiş, köhnə məhsulların satışı dayandırılır, cavabdeh şəxslərin məsuliyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
2017-ci ildən başlayaraq rayon büdcəsi özünümaliyyələşdirmə qaydasında, yəni Respublika büdcəsindən dotasiya almadan icra edilir. Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 2 milyon 813 min manata qarşı 2 milyon 826 min manat icra olunmuşdur. Fiziki çəxslərdən gəlir vergisi 100,1 min manat, hüquqi şəxslərdən mənfəət vergisi 66 min manat, əmlak vergisi 141,4 min manat, dövlət rüsumu 33,8 min manat, sadələşdirilmiş vergi 99 min manat nəzərdə tutulduğundan artıq icra edilmişdir.
Bununla belə hüquqi şəxslərdən torpaq vergisi, əlavə dəyər vergisi, aksiz vergisi, dövlət torpaqlarının icarəyə verilməsindən daxilolmalar və digər daxilolmalar nəzərdə tutulduğundan az icra edilmişdir. Rayon Maliyyə İdarəsi bu məsələyə diqqəti artırmalıdır
Məxaric proqnozu 3 milyon 223 min manata qarşı 2 milyon 578 min manat, başqa sözlə 644 min manat kəsrlə icra edilmişdir. Büdcə vəsaitindən israfçılığa və kənar xərclərə yol verilməmişdir.
2017-ci ilin yanvar-iyul aylarında rayon ərazisində geniş miqyasda tikinti-quruculuq və abadlıq işləri aparılmışdır. Yaşayış evləri və digər sosial obyektlərin tikintisi davam etdirilmiş, yollara asfalt örtük vurulmuş, yolların kənarına səki daşları düzülmüş, şəhər ərazisində yerləşən ictimai yaşayış binaları əsaslı təmir olunmuşdur.
Bu il rayonun Yenikənd kəndində modul tipli məktəb binasının və Mərkəzi Xəstəxananın yaxınlığında aptek binasının tikintisi başa çatdırılmış, bazar yaxınlığında saat meydanı ətrafında vaxtilə köhnə və primitiv üslubda inşa edilmiş dəmirçi sexləri və digər obyektlərin köçürülməsi üçün şəhərin baş planına uyğun olaraq müasir obyektlərin tikintisi davam etdirilmişdir. Şəhərin Ə.Ələkbərzadə küçəsində insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə piyada səkilərinin və yolun əks tərəfində velosiped yolunun tikintisinə başlanılmışdır. Mərkəzi meydanda Ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında 3 min kvadratmetrə yaxın ərazidə abadlıq işləri aparılmışdır. Meydanın ərazisinə yeni döşəmə daşları düzülmüş, ətrafda qazon və gül kollarının dəyişdirilməsi üçün hazırlıq işləri görülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2269 saylı sərəncamı ilə ayrılmış 3 milyon manat vəsait hesabına İsmayıllı şəhərində 30 ictimai yaşayış binasında əsaslı təmir işlərinin aparılması məqsədilə sərəncam imzalanmışdır. Sözügedən sərəncamın icrası ilə əlaqədar Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən binalara baxış keçirilmiş, görüləcək işlərin həcmi müəyyənləşdirilmiş, müvafiq layihə-smeta sənədləri hazırlanmışdır. Hazırda qeyd olunan istiqamətdə tikinti quraşdırma işləri davam etdirilir. Çoxmənzilli binaların həyətyanı sahələri abadlaşdırılır, hər bir bloka giriş qapısı qoyulur. Pilləkən qəfəsləri təmir olunur, fasad üzlükləri təzələnir, dam örtükləri dəyişdirilir.
Bu il İsmayıllı şəhəri ərazisində Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə 2-ci layihə çərçivəsində çirkab su təmizləyici qurğunun tikintisi də başa çatdırılmışdır. Hazırda şəhər ərazisində kanalizasiya və çirkab sularının yeni sistemə qoşulması istiqamətində geniş miqyasda tədbirlər həyata keçirilir. Şəhər daxili yollar abadlaşdırılır. Şəhərin H.Əliyev prospektində təmir işləri, İstiqlal, Mübariz İbrahimov, Vahab Osmanov, Mikayıl Müşfiq, Salatın Əsgərova, Kamran Məmmədov küçələrinə asfalt örtük vurulmuşdur.
Rayonda yeni iş yerlərinin açılması və əhalinin məşğulluğunu təmin etmək məqsədli Keyvəndi kəndində iri heyvandarlıq təsərrüfatının, Kürdmaşı kəndində “Buta” şirkətlər qrupu tərəfindən 2200 ton tutumu olan soyuducu kameranın, şəhərin M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, S.Ə.Şirvani küçəsində “Azərxalça” ASC tərəfindən 170 nəfər toxucu işləyə biləcək Xalçaçılıq müəssisəsinin, Heydər Əliyev prospektində 5 mərtəbəli 3 ülduzlu otelin, Tircan kəndi yaxınlığında “Bədo istirahət, müalicə və sanatoriya mərkəzi”nin tikintisi davam etdirilmişdir. Bu ilin sentyabr-oktyabr aylarında həmin obyektlərin bir hissəsinin açılışı nəzərdə tutulmuşdur. Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi vacib bir məsələ kimi qarşıda durur. Vətəndaşalar tərəfindən ticarət və xidmət obyektləri, fərdi yaşayış evləri, təsərrüfat tikililəri və digər obyektlər də inşa olunur.
Hörmətli yığıncaq iştirakçıları, hesabat dövründə rayonun idarə və təşkilatları qənaətbəxş fəaliyyət göstərmiş və öhdələrinə düşən vəzifələrin icrasına əsasən nail olmuşlar.
İsmayıllı Qaz Xidmət Sahəsi 15586 abonentə xidmət göstərir ki, bunun da 15416-sı əhali, 170-i qeyri-əhali abonentidir. 6 ay ərzində qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilmişdir. Talıstan, Təzəkənd, Hacıhətəmi və Kürdmaşı kəndlərində və şəhər ərazisində müxtəlif diametrli qaz xətlərində yenidən quraşdırılma işləri görülmüşdür. Şəhərin Yuxarıbaş adlanan yaşayış massivində diametri 90 millimetr olan 565 metr polietilen qaz xətti çəkilmişdir. Abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Cülyan və Qalınçaq kəndlərinin hər birində bir ədəd, şəhər ərazisində 2 ədəd yeni qaztənzimləyici şkaf quraşdırılmışdır.
6 ay ərzində rayon ərazisində 217 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunaraq küçə şəraitinə çıxarılmış, maliyyə-smeta sənədləri əsasında 80 ədəd yeni məişət qaz sayğacı quraşdırılmış, 73 məişət qaz sayğacının yeri dəyişdirilmişdir. Xətlərə baxış zamanı 2154 sayda qaz sızması aşkar edilərək aradan qaldırılmışdır.
Birinci yarımildə abonentlərə 15 milyon 952 min kub metr qaz satılmış, qazın dəyəri 106,4 faiz ödənilmişdir.
2017-ci ildə Lahıc qəsəbəsinin, Qalagah, Soltankənd və Uştal kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
İsmayıllı Qaz Xidmət Sahəsi abonentlərin qaza olan tələbatının dayanıqlı surətdə və keyfiyyətli qaydadfa ödənilməsi üçün vaxtında ciddi tədbirlər görməli, yaşayış məhəllələrində qazın təzyiqinin nizamlanmasına müntəzəm diqqət etməlidir.
2017-ci ilin 6 ayında İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 10 kilo/voltluq hava xəttində 152 ədəd, 0,4 kilo/voltluq hava xətlərində 93 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur. Bundan başqa Bizlan kəndindən Basqal qəsəbəsinə yeni 10 kilovoltluq xəttin tikintisi davam etdirilmiş, 34 ədəd yeni dayaq basdırılmışdır.
Tircan kəndi ərazisində şəbəkənin yenidən qurulması davam etdirilmiş, 90 ədəd yeni dayaq basdırılmış, 5,2 kilometr SİP kabel xətti çəkilmişdir. Yaşayış məntəqələrində 8 ədəd yeni transformator quraşdırılmışdır.
Hesabat dövründə istehlakçılara 27,4 milyon kilovat enerji verilmiş, 1 milyon 765 min manat vəsait yığılmışdır ki, bu da satılan enerjinin dəyərinin 83,3 faizini təşkil edir. Yığımın artırılması üçün İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən təsirli tədbirlər görülməlidir.
Rayonda əhalinin elektrik enerjisi ilə təmin olunması sahəsində nöqsan və çatışmazlıqlar da qalmaqda davam edir. Dağlıq zonada yerləşən Sulut, Lahıc, Həftəsov, Əhən, Müdri, Zərnava inzibati ərazi dairələrinə daxil olan kəndlərdə və digər kəndlərdə 10 və 0,4 kilovoltluq xətlərdə ağac dirəklər uzun müddət istifadə olunduğu üçün çürüyərək qəzalı vəziyyətə düşmüşdür. Naqillər ötürücülük qabiliyyətini və davamlılığını itirdiyinə görə tez-tez qırılma və qısa qapanma halları baş verir. Kəndlərdə elektrik təsərrüfatının yenidən qurulması və təmir işlərinin sürətləndirilməsi ən vacib məsələ kimi qarşıda durur. Bu barədə dəfələrlə xəbərdarlıq olunsa da hələlik işdə əsaslı dönüş yaranmamışdır.
İsmayıllı “Sukanal” idarəsi 6380 əhali, 187 büdcə və kommersiya abonentinə xidmət göstərir. 6 ayda təşkilat tərəfindən su və kanalizasiya xətlərində cari təmir işləri aparılmışdır. Şəhərdaxili xətlərdə baş vermiş qəzalar aradan qaldırılmışdır. 6 ay ərzində abonentlərə 147,9 min manat dəyərində su və kanalizasiya xidməti göstərilmış, abonentlərdən 133,6 min manat xidmət haqqı yığılmış, yığım 90,4 faiz təşkil etmişdir.
6 ay ərzində əhali abonentləri üçün 236 ədəd, kommersiya obyektləri üçün 3 ədəd su sayğacı qoyul
muşdur.
Şəhərdə çirkab sutəmizləyici qurğunun tikintisi başa çatdırılmış, 1323 abonent xəttə qoşulmuşdur. Bu istiqamətdə iş davam edir. Rayonun bir sıra yaşayış məntəqələrində içməli su əhalinin tələbatını ödəmir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2017-ci ildə Xəlilli, Eyyubbəyli, Çayqovuşan, Çərmədil və Gideyli kəndlərində əhalini təmiz içməli su ilə təmin etmək üçün modul tipli sutəmizləyici qurğunun quraşdırılması nəzərdə tutulmuş, artıq Xəlilli, Eyyubbəyli, Çayqovuşan və Gideyli kəndlərində hamarlanma və bünövrə işləri görülmüşdür.
Müxtəlif mənbələrdən daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına rayonun digər yaşayış məntəqələrinin su təchizatı ilə əlaqədar problemlərin həlli üçün tədbirlər davam etdirilir.
İsmayıllı Dövlət Sosial Müdafiə Fondunun uçot qeydiyyatında olan pensiyaçılar 13359 nəfərdir. 7632 nəfər yaşa görə, 4323 nəfər əlilliyə görə, 1404 nəfər ailə başçısını itirdiyinə görə pensiya alır.
Birinci yarımillikdə əmək pensiyalarının ödənilməsinə 14 milyon 254 min manat, digər müavinətlərin ödənilməsinə isə 373,1 min manat vəsait xərclənmişdir. Vəsaitin 9 milyon 780 min manatı (67 %) Respublika Fondundan, qalan 33 faizi yerli daxilolmalar hesabına həyata keçirilmişdirr. Pensiya və müavinətlər vaxtında ödənilmişdir.
“1941-1945-ci illər müharıbəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2017-ci il tarixli Sərəncamına əsasən birdəfəlik yardım ödəniləcək vəsait üzrə Fond tərəfindən 116 min manat məbləğində maliyyələşdirmə açılmış, birdəfəlik maddi vəsait müvafiq kontingentə ödənilmişdir.
Məcburi dövlət sosial sığorta haqları 4 milyon 199 min manata qarşı 6 milyon 491 min manat və ya nəzərdə tutulduğundan 54,6 faiz artıq yerinə yetirilmişdir.
1 iyul 2017-ci il tarixdə dövriyyədə olan 569 ailənin 2895 üzvünə ünvanlı sosial yardım ödənilir. Birinci yarımillikdə 650,1 min manat ünvanlı sosial yardım verilmişdir. Bir ailəyə düşən orta aylıq məbləğ 138 manat 94 qəpik, adambaşına düşən aylıq məbləğ isə 37 manat 43 qəpik olmuşdur.
Son məlumata əsasən rayonda 3854 nəfər vətəndaş müxtəlif təyinatlı sosial müavinət alır. 6 ayda sosial müavinətlərin ödənilməsinə 1 milyon 904 min manat ödəniş aparılmışdır.
Döğulmuş 455 uşağa görə 44350 manat, penitensiar müəssisələrindən azad edilmiş 12 nəfər vətəndaşa 5436 manat müavinət, 33 nəfər Çernobıl əlilinə 7095 manat müalicə xərci və 250 manat birdəfəlik yardım ödənilmişdir. 3 nəfər Qarabağ müharibəsi əlili fərdi mənzillə təmin olunmuşdur.
Mərkəzin Sosial-məişət xidməti sektoru rayon ərazisində 210 nəfər tənha, ahıl və əlil vətəndaşa evlərində xidmət göstərir.
Rayon Məşğulluq Mərkəzi tərəfindən işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun stimullaşdırılması, əhalinin özünüməşğulluğunun inkişafı üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir.
2017-ci ilin birinci yarısında 733 daimi yeni iş yeri açılmışdır. Hesabat dövründə 1934 nəfər işaxtaran vətəndaş qeydiyyatdadır. Onların 855 nəfəri son 6 ay ərzində qeydiyyata alınmışdır. 6 ayda 447 nəfər işlə təmin edilmişdir. İşlə təmin olunanların 169 nəfəri gənc, 57 nəfəri qadındır. 6 ay ərzində 25 nəfərə işsiz statusu verilməklə onlara müavinət təyin olunmuşdur. Gələcəkdə peşə seçiminə kömək məqsədilə 219 nəfər gənc peşə yönümü məsləhətlərinə cəlb olunmuşdur.
İclasda cənab Prezident işsiz və aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması üçün tədricən özünüməşğulluq sisteminə keçməyin vacibliyini bir daha qiqqətə çatdırmışdır. Rayonda əhalinin özünüməşğulluğun inkişafı üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir. Biznes planları özünüməşğulluq üçün məqbul hesab edilən 13 nəfər vətəndaş, o cümlədən 12 nəfər kənd təsərrüfatı və bir nəfər istehsal sahəsi üzrə aktivlər almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq xidmətinin məsul işçiləri həmin vətəndaşlarla görüşərək öz tövsiyələrini vermişlər. Rayon Məşğulluq Mərkəzi bu istiqamətdə tədbirləri daha da gücləndirməlidir.
2 may 2017-ci il tarixdə işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin mütəxəssislərinin iştirakı ilə İsmayıllı şəhər 2 saylı tam orta məktəbdə “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideyinlərin rolu” mövzusunda tədbir keçirilmişdir.
23 may 2017-ci il tarixdə rayonda “Əmək yarmarkası” keçirilmişdir. Əmək yarmarkasında 52 idarə, müəssisə və təşkilat tərəfindən 238 boş iş yeri təqdim edilmişdir. Təqdim olunmuş boş iş yerlərinə 104 nəfər qeyri-məşğul vətəndaşa göndəriş verilmiş və onlar işlə təmin olunmuşlar. Yarmarkada peşə təlim kursuna göndərmək üçün 15 nəfər qeydiyyata alınmış, əmək haqqı tam müəssisə hesabına ödənilməklə 16 nəfər işaxtaran vətəndaş ictimai işə cəlb olunmaq üçün qeydiyyata alınmışdır.
Rayonda rəsmi qeydiyyatda işsiz statusu olan vətəndaşların sayı 262 nəfərdir. Onlardan 61 nəfəri qadın, 95 nəfəri gənc, 35 nəfəri isə qaçqın və məcburi köçkünlərdir.
Hesabat dövründə ordudan tərxis olunan gənclərin, hərbi qulluqçuların, qaçqın və məcburi köçkünlərin, məşğulluğunun təmin edilməsi də diqqətdə saxlanılmışdır. 6 ayda 11 nəfər ordudan tərxis olunan gənc, 9 nəfər qaçqın və məcburi köçkün işlə təmin edilmişdir. İl ərzində boş iş yerlərini, vakansiyaların əhaliyə çatdırmaq məqsədi ilə reklam-informasiya və maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
2017-cı ildə işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən rayon üzrə 401 iş yeri açılmışdır. Açılmış iş yerlərinə 401 vətəndaşa göndəriş verilmiş və işlə təmin olunmuşdur.
Qeyd etməliyəm ki, rayonumuzda yeni iş yerlərinin açılması üçün mövcud imkanlardan hələ tam şəkildə istifadə olunmur. Rayonda investorların cəlb edilməsi ilə turizmin, aqrar sektorun, yeni istehsal və emal müəssislərinin yaradılması nəticəsində yeni iş yerləri açılaraq daha çox qeyri-məşğul vətəndaşları işlə təmin etmək mümkündür
Rayon Məşğulluq Mərkəzində 358 idarə təşkilat, müəssisə və sahibkar qeydiyyatdadir, lakin cəmi 255 təşkilat Mərkəzə hesab təqdim edir. Məşğulluq Mərkəzinin idarə və təşkilatlarla daha sıx işgüzar əlaqələr qurması vacibdir. İdarə və təşkilatlar boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etməlidirlər.
İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən 6 ay ərzində 377,1 min manat dəyərində kommunal xidmət göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 min manat çoxdur. Xidmət olunan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərini həyata keçirmək üçün İsmayıllı şəhər, Lahıc və Basqal qəsəbələrində 108 nəfər müvəqqəti işçi işə cəlb olunmuşdur.
Onu da qeyd etmək lazımdır ki, Kombinat tərəfindən təmizlik və abadlıq sahəsində görüləsi işlər hələ də çoxdur. Havalar isti keçdiyi üçün yaşıllıqların qorunması məqsədi ilə suvarma işlərinə xüsusi diqqət yetirilməlidir. Şəhərin təmizliyinə daha diqqətlə yanaşılmalı, zibil qutuları gündəlik boşaldılmalı, məişət tullantıları və zibil gündəlik daşınmalıdır.
Mənzil istismar sahəsinin xidmətində 1203 ailə yaşayan 978 mənzil var. Mənzillərin 848-i çoxmərtəbəli kommunal yaşayış binalarında yerləşir. Əhaliyə 3358 manat dəyərində mənzil-kommunal xidməti göstərilmişdir. Yığım 3603 manat və ya 108 faiz yerinə yetirilsə də xidmət tariflərinin aşağı olması səbəbindən təşkilat ziyanla işləyir. 6 ayda təşkilata büdcədən 10,1 min manat dotasiya verilmişdir. Təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir. Hazırda 7690 manat debitor, 4739 manat kreditor borcu vardır.
İsmayıllı Poçt filialının 1 müştəri xidməti, 1 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. 6 ay ərzində taarif gəlirləri proqnozu 122 min manata qarşı 134,1 min manat və ya 110 faiz yerinə yetirilmişdir. Rüb ərzində əhaliyə göstərilən poçt xidməti 91,5 min manat proqnoza qarşı 93,4 min manat və ya 102 faiz olmuşdur.
İsmayıllı Telekommunikasiya Qovşağı 6 ay ərzində 500,3 min manat gəlir əldə etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,7 min manat çoxdur. Hesabat dövründə 220 mənzilə yeni telefon xətti çəkmiş, 67 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir.
Qalagah, Talıstan, Ruşan, Cülyan, Qubaxəlilli, İvanovka, Quşencə, Balik, Qalınçaq, Təzəkənd kəndlərində və İsmayıllı şəhərində daxili xətt şəbəkəsində cari təmir işləri aparılmış, 100 ədəd köhnə dirək yenisi ilə əvəz olunmuşdur. Qurbanəfəndi, Xanagah, Qalacıq kəndlərinin və Lahıc qəsəbəsinin birləşdirici xətlərində təmir işləri görülmüşdür. Təzəkənd kəndində 500 metr və Basqal-Zərgəran istiqamətində 800 metr kabel asılaraq telefon xətti çəkilmişdir.
Qovşağın xidmət ərazisində 4791 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir ki, bu da əvvəlki illə müqayisədə 379 ədəd çoxdur.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidməti əsasən “İsmayıllı-Avtonəqliyyat” ASC- tərəfindən həyata keçirilir. Müəssisə tərəfindən şəhərdaxili sərnişin daşınmasında qayda yaradılmış, avtobus marşrutunun ümumi uzunluğu artırılmış, şəhərin əsas massivini əhatə etməklə avtobusların iş vaxtı saat 19-a qədər uzadılmışdır. Şagirdlərin Tingçilik və Qəzli yaşayış massivlərindən məktəbə aparılıb qaytarılması üçün əlavə avtobusun hərəkəti təmin edilmişdir. Birinci yarımillikdə 33,9 min manat gəlir əldə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 min manat çoxdur.
2017-ci ilin 6 ayı ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq 44,6 hektar sahədə fındıq bağı, 11,3 hektar sahədə qoz bağı və 0,9 hektar sahədə badam bağı əkilmişdir. 30 hektar sahə kol-kosdan təmizlənmiş, meşə əkinlərinin ətrafında 13,6 km yeni çəpər çəkilmiş, 5 km köhnə çəpərlər təmir olunmuş, 1500 hektar sahədə isə meşə potoloji müayinə işləri aparılmışdır. Bu ilin 6 ayı ərzində müəssisənin tinglik sahəsində 53 min ədəd ağac tingi çıxarılaraq yaşıllaşdırma tədbirlərinə, meyvə bağlarına və meşə əkinlərinin təmirinə sərf olunmuşdur.
11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində İsmayıllı rayon ərazisində ətraf mühitin mühafizəsinə nəzarət sahəsində 29 akt və 2 protokol tərtib edilmiş, 5 icrası məcburi olan göstəriş verilmişdir. Ov qaydalarının pozulma faktı ilə 2 min manat, yaşıllıqların qanunsuz olaraq məhv edilməsi ilə bağlı 3 min manat, ətraf mühitə atılan tullantılara görə 31 nəfər fiziki və hüquqi şəxsə 6,4 min manat məbləğində cərimə tətbiq edilmişdir.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2017-ci ilin 6 ayında 10 ədəd hidrotexniki qurğu təmir olunmuş, suvarma sistemlərinin lildən təmizlıənmə işləri görülmüşdür. Daşqın və sel sularına qarşı mübarizə məqsədilə buldozer ilə 140 min kubmetr, ekskovator ilə 61 min kubmetr torpaq işi görülmüşdür. Kənar təşkilatların köməyi ilə Təzəkənd və Diyallı kəndlərindəki nasos stansiyaları təmir olunmuşdur.
Kənd təsərrüfatının inkişafı ölkə üçün həmişə prioritet məsələ olmuşdur. İclasda cənab Prezident kənd təsərrüfatının elmi nailiyyətlər əsasında inkişafının vacibliyini bir daha vurğulamış və konkret olaraq əsas istiqamətləri müəyyənləşdirmişdir. Rayonumuz üçün xarakterik olan taxılçılıq, baramaçılıq, tütünçülük, bağçılıq, fındıqçılıq, kartofçuluq və bitkiçiliyin digər sahələrinin, eyni zamanda heyvandarlığın inkişafının vacibliyi qeyd olunmuşdur. Ən müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi əsas məsələ kimi qarşıya qoyulmuşdur.
Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar rayonda müvafiq tədbirlər həyata keçirilir. Rayonun inzibati ərazisi daxilində olan 207372 hektar torpaq sahəsindən 113973 hektarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bundan 32914 hektarı əkin, 50895 hektarı örüş, 1800 hektarı çoxillik əkmələr, 2427 hektarı biçənək, 351 hektarı dincə qoyulmuş, 25586 hektarı isə yay otlaq sahəsindən ibarətdir.
2017- ci ilin məhsulu üçün ötən ilin payızında 29453 hektarda şum çıxarılmış, 21609 hektar buğda, 6640 hektar arpa, 137 hektar çovdar olmaqla 28386 hektar sahədə səpin aparılmışdır. Səpinlə birlikdə torpağa verilməsi üçün 650 tondan çox fosforlu gübrə gətirilərək istehsalçılara satılmışdır. Payızlıq əkinlərə yemləmə gübrəsinin verilməsi üçün Aqroservs rayon filialı tərəfindən 674 ton, “Aqrokimya” MMC-tərəfindən isə 800 ton azotlu gübrə, yabanı vələmir və alaq otlarını məhv etmək üçün 6500 kq müxtəlif çeşidli herbisid gətirilmişdir. Həmin məhsullar istehsalçılara 70 faiz güzəştlə satılır. 10 min hektardan çox ərazidə yabanı vələmirə və alaq otlarına qarşı mübarizə tədbirləri, eləcə də payızlıq əkinlərə yemləmə gübrəsi verilmişdir.
Əkin sahələrində siçanabənzər gəmiricilərin yayılma arealını müəyyən etmək uçun 30210 hektar ərazidə muayinələr aparılmış və 13845 hektar sahədə bu gəmiricilərin olduğu aşkar edilmişdir. 10450 hektar sahədə Dövlət büdcəsinin vəsaiti hesabına, digər sahələrdə isə fermerlər tərəfindən mübarizə tədbirləri aparılmış, aparılan mübarizənin bioloji səmərəliliyi 88 faizdən artıq olmuşdur.
Hazırda taxıl biçini davam edir. 19 iyul 2017-ci il tarixə olan operativ məlumata əsasən 6212 hektar arpa sahəsinin hər hektardan 32,9 sentner olmaqla 20448 ton, 13817 hektar buğda sahəsinin hər hektarından isə 39 sentner olmaqla 53951 ton məhsul yığılmışdır. Ümumilikdə orta məhsuldarlıq 37,1 sentner, ümumi məhsul istehsal 74399 ton olmuşdur.
Taxılçılıq haqqında bir qədər ətraflı məlumatı diqqətinizə çatdırmaq istərdim. Cənab Prezident iclasda qeyd etmişdir ki, taxılçılıqla bağlı məsələlər daim gündəlikdədir. Biz gərək bu sahədə daha da yaxşı nəticələr əldə edək ki, idxaldan asılılığı azaldaq və məhsuldarlığı artıraq.
Cənab Prezident buğda bitkisində məhsuldarlıqla bağlı bəzi rayonlar üzrə göstəriciləri müqayisə etmiş, eyni torpaq və iqlim şəraitinə malik rayonlarda məhsuldarlığın kəskin fərqlənməsini qeyd etmiş və bildirmişdir ki, buna çox ciddi baxmaq və ciddi təhlil aparmaq lazımdır. Qeyd etmək istəyirəm ki, eyni hal rayonumuzda da mövcuddur. Hesab edirəm ki, biçin başa çatdıqdan və yekun məlumatlar bilindikdən sonra Kənd Təsərrüfatı İdarəsi bu məsələni dərindən təhlil etməli və müvafiq tədbirlər görməlidir. Unutmaq olmaz ki, növbəti ilin məhsulunun təməli məhz bu gündən, yay şumunun çıxarılmasından, yüksək reproduksiyalı toxumun vaxtında əldə olunmasından, əkinçilikdə aqrotexniki tədbirlərə riayət olunmasından başlayır.
Cari ilin məhsulu üçün 4347 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da keşən illə müqayisədə 1351 hektar çoxdur. 1357 hektar paxlalılar, 917 hektar kartof, 818 hektar tərəvəz, 15 hektar tütün, 322 hektar yonca, 230 hektar birillik ot, 104 hektar vələmir, 107 hektar dən üçün qarğıdalı, 457 hektar günəbaxan bitksi əkilmişdir.
Qurbanəfəndi, Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndlərində əkilmiş 15 hektar tütün sahələrində aqrotexniki qulluq işləri görülür, yarpaq dərimi aparılır.
Uzun zaman fasiləsindən sonra barama yetişdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirilmişdir. Cari ildə də barama istehsalını və əhalinin məşğulluq səviyyəsini artırmaq üçün 2016-cı ilin payızında rayon ərazisində Çin Xalq Respublikasından gətirilmiş 10 min ədəd, yerli istehsal hesabına 1000 ədəd tut tingi əkilmişdir. Cari ildə 120 qutu barama gətirilərək kümçülərə paylanmış və 2849 kq barama istehsal olunaraq aidiyyəti üzrə təhvil verilmişdir. Təhvil verilmiş baramaya görə subsidiyanın verilməsi üçün icmal siyahı hazırlanaraq Respublika Komissiyasına göndərilmişdir.
Cari ildə Talıstan kəndində 95 hektar, Kürdmaşı kəndində 100 hektar, İsmayıllı şəhəri ərazisində isə 5 hektar olmaqla 200 hektar sahədə intensiv becərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə daha məhsuldar (super-elit və elit) kartof əkini aparılmışdır. Bu da keçən illə müqayisədə 35 hektar çoxdur.
Son illərdə rayonumuzda açıq sahə tərəvəzçiliyi ilə yanaşı örtülü torpaq-istixana tərəvəzçiliyi də inkişaf etdirilir. 2017-ci ildə 67 sahibkar tərəfindən 132 istixana yaradılmış, 6 ayda 57,5 ton tərəvəz məhsulları istehsal olunmuşdur.
Bununla yanaşı Diyallı kəndində dəyəri 120 min manat olan böyürtkən, moruq və göy qarağat giləmeyvələrinin yetişdirilməsi üçün örtülü, lakin qızdırilmayan istixana təsərrüfatı yaradılmışdır.
Rayonda ənənəvi sahə hesab edilən meyvəçilik inkişaf etdirilir. 2017-cı ilin yaz mövsümündə Kəlbənd kəndində 7 hektar sahədə xaricdən gətirilmiş, Qalınçaq kəndində isə 31.5 hektar sahədə müxtəlif meyvə sortlarından ibarət yeni intensiv meyvə bağları salınmışdır. Qubaxəlilli kəndi ərazisində 40 hektar qoz bağı salınmışdır. Rayonun Diyallı kəndində 3 hektar sahədə şaftalı, 5 hektar sahədə isə qoz bağı salınmışdır.
Cənab Prezidentin tövsiyə və tapşırıqlarına əsasən rayonda yeni fındıq bağlarının salınması istiqamətində xeyli iş görülmüşdür. Belə ki, rayon ərazisində 601.2 hektar sahədə yeni fındıq bağları salınmışdır ki, bunun da 142,5 hektarı 2017- ci ilin yaz mövsümündə əkilmişdir.
2017-cı ilin yaz aylarında Kürdmaşı kəndində fəaliyyət göstərən “Kənd” MMC tərəfindən 25 hektar sahədə filloksera zərərvericisinə davamlı süfrə sortlarından ibarət yeni üzüm bağı salınmışdır.
Heyvandarlıq kənd təsərrüfatının mühüm sahəsidir. Hesabat dövründə iribuynuzlu mal-qaranın baş sayı 51 min 485 başa, xırda buynuzlu heyvanların sayı isə 178 min 976 başa çatdırılmışdır. İri və xırda buynuzlu heyvanların baş sayında artım müşahidə olunur. 2017-ci ilin 6 ayında 2658 ton diri çəkidə ət, 17550 ton süd, 7479 min ədəd yumurta, 398 ton yun istehsal olunmuşdur. Bütün istehsal göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə 2017-cı ilin 6 ayı ərzində 2082 baş qaramalda süni mayalama aparılmış və 873 baş cins sağlam bala alınmışdır.
Rayonda mövcud iri və xırda buynuzlu mal-qaranın epizootik durumun sağlam olması üçün heyvanlar arasında dabaq, qarayara, vərəm əleyhinə peyvəndləmə aparılmış, bruselyoz xəstəliyinin müəyyən edilməsi üçün qan nümunələri götürülərək müayinə edilmişdir. Xəstə heyvanlar aşkar edilərək çıxdaş edilmişdir.
Hazırda Kürdmaşı kəndində “Buta” şirkəti tərəfindən istehsal olunmuş məhsulların saxlanılması üçün saxlama kamerası tikilir. Burada meyvə-tərəvəz məhsullarının emalı və çeşidlənməsi də həyata keçiriləcəkdir. Bundan başqa Kürdmaşı kəndində 12.5 milyon manat dəyəri olan aqropark yaradılması istiqamətdə tədbirlər davam etdirilir. Burada “Buta” şirkətinin bazasında pivot suvarma sistemi yaradılmışdır.
Aqropark müxtəlif təyinatlı müasir kənd təsərrüfatı texnikası almaq üçün sifariş vermişdir. Ümumilikdə 1,2 milyon manatlıq müasir texnikaların alınması nəzərdə tutulur.
Rayonumuzda hazırda icrası davam edən “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Edilməsi” layihəsi həyata keçirilir. Layihənin ümumi məqsədi biomüxtəlifliyin və ekosistem xidmətlərinin tutarlı məlumatlar əsasında inteqrasiyalı və ələqələndirilmiş formada idarə edilməsi prosesinin təkmilləşdirilməsidir.
Təklif olunan yanaşmaların praktiki olaraq sınaqdan keçirilməsi və geniş auditoriyaya nümayiş etdirilməsi üçün Əhən kəndində eroziyaya qarşı mübarizə tədbirləri (biomühəndislik işləri, icma tingliyi və icma bağı) icra olunmaqdadır. İcra olunan fəaliyyətlər beynəlxalq və yerli ekspertlərin, həmçinin yerli əhalinin aktiv iştirakı əsasında həyata keçirilir.
İsmayıllıda Dövlət təhsil siyasəti uğurla həyata keçirilir. Rayonda fəaliyyət göstərən 80 ümumtəhsil məktəbində 12060 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 1516 nəfər müəllim məşğul olur.
Yola saldığımız tədris ilində rayonun tam orta məktəblərini 777 nəfər bitirərək tam orta təhsil haqqında attestat almışlar. Onlardan 4 nəfəri orta məktəbi qızıl medalla bitirmiş, 40 nəfəri isə fərqlənmə attestatı almışdır. IX sinfi bitirmiş 1022 nəfər buraxılış imtahanlarının hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş, ümumi orta təhsil haqqında ilk dəfə attestat almışlar. Ümumi orta təhsil haqqında fərqlənmə attestatı alanların sayı 24 nəfər olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2015-ci il tarixli 698 nömrəli Fərmanı və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən İsmayıllı mərkəz olmaqla İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarını əhatə edən 3 saylı İsmayıllı Maliyyə Hesablama Mərkəzi yaradılmışdır. Son illərdə rayonda ümumi şagird yeri 1220 nəfər olan 12 yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Hesabat dövründə Yenikənd ümumi orta məktəbi üçün modul tipli məktəb binası quraşdırılmışdır.
Bu il ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanları iki mərhələdə aparılır. Aprel ayında keçirilən birinci mərhələdə iştirak edən məzuların nəticələri ürəkaçan olmuşdur. Həmin mərhələdə 19 nəfər abituriyent 600-dən yuxarı bal toplamışdır. Lahıc qəsəbə tam orta məktəbini bitirmiş Vahab Cəbrayılov imtahanlarda maksimum 700 bal toplayaraq keçən ilin məzunu Ağalətif Lətifovun nəticəsini təkrarlamışdır.
Respublika və rayon səviyyəli çoxsaylı tədbirlərdə, bilik yarışlarında və müxtəlif müsabiqələrdə bir qayda olaraq rayonumuzun məktəbliləri qaliblər sırasında yer tutmuşlar.
Bu gün rayonun təhsilində əsas yenilik pedaqoji innovasiyaların böyük ictimai pedaqoji proses kimi qəbul edilməsidir. Məktəblərdə 1280 ədəd kompüter, 100-dən çox proyektor, 40 ədəd elektron lövhə şagirdlərin istifadəsindədir. Tədris müəssisələrinin əksəriyyətinin internetə çıxışı var.
Rayon məktəbliləri İKT və yeni texnologiyalarla bağlı keçirilən müsabiqələrdə yüksək hazırlıq nümayiş etdirirlər. Respublika Təhsil Nazirliyi tərəfindən keçirilən “ALPLOQO-2017 proqramlaşdırma” müsabiqədə şəhər 1 nömrəli, İvanovka, Lahıc qəsəbə və Təzəkənd kənd tam orta məktəblərinin, şəhər 3 nömrəli məktəb-liseyin şagirdləri qaliblər sırasında olmuşlar.
“Bebras” (Qunduz) informatika müsabiqəsinin Respublika mərhələsinə rayonun ümumtəhsil məktəblərinin 50 nəfər şagirdi vəsiqə qazanmışdır. “Google SKETCHUP proqramında ən yaxşı üçölçülü model” olimpiadasında şəhər 3 nömrəli məktəb-liseyin, Lahıc qəsəbə tam orta məktəbinin şagirdləri qalib gəlmişlər.
Fənn olimpiadalarının respublika mərhələsində rus dili fənni üzrə şəhər 1 nömrəli, İvanovka kənd tam orta məktəbinin, şəhər 3 nömrəli məktəb-liseyin 5 nəfər şagirdi birinci yer tutmuşdur.
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun 40 nəfər şagirdi 2017-ci ilin mart ayında Gəncə şəhərinə, Şəmkir və Göygöl rayonlarına səfər etmiş, həmin bölgələrin təbiəti, tarixi abidələri ilə tanış olmuşlar. Gəncədə keçirilən tur-aksiyada iştirak edən rayonların komandaları arasında İntellektual Klublar Assosiasiyasının keçirdiyi “Nə?; Harada?; Nə Zaman? intellektual bilik yarışı”nda rayonumuzun komandaları I və II yerləri tutmuşlar.
Hesabat dövrü ərzində müəllimlərin diaqnostik qiymətləndirməsində rayonun 1274 nəfər müəllimi iştirak etmiş, diaqnostik qiymətləndirmənin nəticələrinə görə rayonumuz Respublikada fərqlənmişdir.
Rayon təhsilində qazanılan uğurlar respublika pedoqoji ictimaiyyətinin diqqətindən kənarda qalmamışdır.
Belə ki, “Azərbaycan müəllimi” qəzetinin 01 aprel 2017-ci il tarixli nömrəsində rayonumuzun təhsilinə xüsusi səhifə həsr edilmiş, qazanılan uğurlar geniş şəkildə Respublikanın pedaqoji ictimaiyyətinə çatdırılmışdır.
Bütün bunlarla yanaşı təhsil sahəsində bəzi problemlər qalmaqdadır. 3 tam orta və 4 ümumi orta məktəbin binası qəzalı vəziyyətdədir. 4 ibtidai məktəbin və Texniki Yaradıcılıq Mərkəzinin özünə məxsus binası yoxdur. Çəmənli, Çərmədil, Köhnə Daxar və Kəlfərəc kəndlərində məktəb açılmasına zəruri ehtiyac vardır.
Rayonda uşaqların məktəbə hazırlığı sahəsində də problemlər yaşanmaqdadır. Məktəbəqədər yaşlı uşaqların sayı 5000 nəfərdən artıq olduğu halda, yalnız 395 nəfər uşaq bağçalara cəlb edilmişdir. Rayonda cəmi 11 bağça fəaliyyət göstərir. Əksər yaşayış məntəqələrində uşaq bağçası- körpələr evi yoxdur. Şəhər mərkəzində fəaliyyətə başlayan yeni bağçada qrupların sayını artırmaq ən başlıca vəzifələrdəndir. Yeni bağçaların açılması üçün aid orqanlar qarşısında məsələ qaldırmaq günün vacib problemlərindəndir.
Qış mövsümündə məktəblərin qızdırılması üçün dizel yanacağı və oduna ayrılan vəsait təlabatı ödəmir. Ayrılan dizel yanacağı ilə istilik sistemlərini fasiləsiz işlətmək mümkün olmur. Şaxtalı günlərdə fasilələr yarandığı üçün istilik sistemləri donaraq sıradan çıxır. İmkan olan yerlərdə məktəb qazanxanalarına qaz yanacağının verilməsi zəruri tədbirlərdəndir.
Humanitar Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzi regionda tələb olunan sahələr üzrə orta-ixtisas və peşə təhsili mütəxəssislərinin yetişməsində əsaslı rol oynayır. Hazırda kollecdə 492 tələbə, Peşə Tədris Mərkəzində isə 241 şagird təhsil alır.
Peşə Tədris Mərkəzi digər ixtisaslı kadrların hazırlanması ilə yanaşı turizm və kənd təsərrüfatı sektoru üçün kadrların hazırlanmasına da diqqəti artırmış, əmək bazarına uyğun 27 idarə və təşkilatdan sifariş almışdır. Məktəbi bu il bitirəcək şagirdlər üçün “Əmək yarmarkası” keçirilmişdir.
İsmayıllı Dövlət Humanitar Texnologiya kolleci 10 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirir. 2016-2017-ci tədris ilində kollecin qəbul planında nəzərdə tutulmuş 11 ixtisasdan yalnız birinə-dekorativ tətbiqi incəsənət ixtisasına qəbul olmamışdır. Burada təhsil alanlar Respublikanın 40-dan çox rayonunu əhatə edir. Kollec məktəqədər təlim və tərbiyə, informatika müəllimliyi, kompüter şəbəkələri və hesablama texnikasının təmiri və servis xidməti, müalicə işi, mühasibat uçotu, turizm və onun təşkili və s. ixtisaslar üzrə kadr hazırlığını həyata keçirir. 2017-ci ilin altı ayı ərzində Kollec öz fəaliyyətini tələblərə uyğun, peşəkarcasına təşkil edərək bir çox nailiyyətlər əldə etmişdir. Bu təhsil müəssisəsinin müasir tələblərə cavab verən binaya ciddi ehtiyacı vardır. Bu il tədris ilinin sonunda Kollec ilk dəfə “Məzun günü” keçirməklə tarixən formalaşmış ənənlərə yenisini əlavə etmişdir.
Mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin struktrunu təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamı ilə 15 regional mədəniyyət və turizm idarəsi yaradılmış, Sərəncama uyğun olaraq İsmayıllı mərkəz olmaqla İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon Mədəniyyət və Turzim şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi təsis edilmişdir. İdarədə struktur dəyişiklikləri həyata keçirilmiş və hal-hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.
2017-ci ilin 6 ayı ərzində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən bir çox mədəni-kütləvi tədbirlər hazırlanıb həyata keçirilmiş, Bakı şəhərində, ölkənin digər bölgələrində keçirilən respublika əhəmiyyətli sərgi və müsabiqələrdə rayonumuz yüksək səviyyədə təmsil olunmuşdur.
Heydər Əliyev adına İsmayıllı rayon Mədəniyyət Mərkəzində məktəblilərin qış və yay tətillərinin maraqlı keçməsi üçün Mərkəzdə yeni yaradılmış “Kukla teatrı”nın tamaşaları nümayiş etdirilmiş, ali məktəb tələbələri ilə görüşlər keçirilmişdir. Milli bayramlar, dövlət bayramları, hüzn günləri Mərkəzdə qeyd olunmuş, “Niyal” instrumental ansamblının konsertləri təşkil edilmişdir. Lahıc, Mollaisaqlı və İvanovka folklor qruplarının Bakı şəhərində keçirilən Novruz şənliklərində iştirakı təmin olunmuşdur.
10 may 2017-ci il tarixdə ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş “Kitab bayramı”, 15-16 may tarixlərində Ümumrespublika Xalq Teatrı Festivalı, narkomaniyaya qarşı mübarizə mövzusunda Mərkəzin hazırladığı “Acı tale” tamaşası maraq doğurmuşdur. 2017-ci ilin 6 ayı ərzində Mərkəz tərəfindən 50-yə yaxın tədbir keçirilmişdir.
Rayonun turizm potensialından istifadə, onun inkişaf etdirilməsi istiqamətində əsaslı işlər görülür. İsmayıllı Turizm İnformasiya Mərkəzi tərəfindən müxtəlif layihələr icra edilir, rayona gələn turistlərin istirahətinin təşkili, maraqlarının təmin edilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Hazırda rayonda 23 istirahət mərkəzi fəaliyyət göstərir. 2017-ci ilin birinci yarımilində rayona 24 minə yaxın turist gəlmişdir ki, bunların da 2153 nəfərini xarici turistlər təşkil etmişdir.
Rayonda kənd turizmi ilə məşğul olan şəxslərlə maarifləndirici görüşlər keçirilmiş, bukletlər çap olunmuş, yol kənarlarına reklam banerləri vurulmuş, 7 istiqamət üzrə tur marşrutlarının elektron xəritəsi hazırlanmışdır.
İsmayıllı Rayon Mərkəzi kitabxanası 2017-ci ilin altı ayı ərzində 1247 oxucuya xidmət göstərmiş, ümumi gəliş 2730 nəfəri təşkil etmişdir. Kitabxananın fondunda 28062 nüsxə ədəbiyyat vardır. 6 ay ərzində maraqlı və aktual mövzulu 24 tədbir hazırlanıb həyata keçirilmişdir. Rayon uşaq kitabxanasının fəaliyyəti daha səmərəli və işgüzar xarakter daşıyır. Bu bölmədə 6 ay ərzində 21-dən çox müxtəlif tədbir keçirilmişdir.
İsmayıllı Dövlət Rəsm Qalereyasının fondunda 50 ədəd eksponat toplanmışdır. Ekspozisiya zalında əsas fondun eksponatları ilə yanaşı Azərbaycan Rəsm Qalereyasının 40 ədəd əsəri də nümayiş olunur. 6 ayda Qalereyaya gələn tamaşaçıların sayı 642 nəfəri təşkil etmişdir.
İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində 2673 ədəd eksponat saxlanılır. İlin birinci yarısında muzeyə daha 5 ədəd yeni eksponat əlavə olunmuşdur.
Rayonun Uşaq İncəsənət məktəbində 8 ixtisas üzrə 322 şagird təhsil alır. Məktəbin müasir tələblərə cavab verən binası yoxdur, uyğunlaşdırılmış bina tədris üçün əlverişli deyil. Məktəbdə əmək və icra intizamı, işçlər arasında qarşılıqlı münasibətlər aşağı səviyyədədir. İstedadlı şagirdlərin yetişməsi, onların istedadının inkişafı sahəsində əsaslı iş aparılmır. Kadrların çoxu orta-ixtisas təhsillidir.
İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi yeni srtuktur olmaqla fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışmalıdır. Yerlərdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əksəriyyətində kadr tərkibinə yenidən baxılmalıdır. Yeni rəhbərlik mədəniyyət müəssisələrinə kadrları yerləşdirərkən ixtisas tələblərini nəzərə almalıdır. Mədəni-kütləvi tədbirlər sayca yox, məzmunca daha dolğun xarakter daşımalıdır.
Rayonun səhiyyə şəbəkəsi 16 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, 15 çarpayılıq Lahıc qəsəbə və 15 çarpayılıq İvanovka kənd xətəxanası, 500 gəlişli RMX-nın poliklinika şöbəsi, 55 gəlişli uşaq poliklinkası, 11 həkim 24 tibb məntəqəsi, Gigiyena və Epidemologiya Mərkəzindən ibarətdir.
Hazırda rayon üzrə həkimlərin sayı 104 nəfər, orta tibb işçilərinin sayı isə 332 nəfər təşkil edir. 32 həkim yeri, 24 tibb işçisi yeri vakantdır. Çandahar, Keyvəndi, Yuxarı Cülyan, Vəng tibb məntəqələri kadr çatışmazlığına görə müvəqqəti fəaliyyət göstərmir.
Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması, vətəndaşların sağlamlığının qorunması üçün son illər rayonda əsaslı tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin fevral-may aylarında Respublikada aparılan dispanzerizasiya İsmayıllıda da uğurla həyata keçirilmişdir. Müvafiq komissiya və işçi qrupu yaradılaraq müxtəlif əhali qrupları üzrə 18 yaşdan yuxarı 54981 nəfər müayinədən keçmiş, onlardan 837 nəfəri ambulator, 295 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 79 nəfər isə Bakı şəhərinə, Respublikanın müxtəlif müalicə mərkəzlərinə göndərilmişdir.
Hesabat ilinin altı ayı ərzində rayon xəstəxanalarında 1393 nəfər stasionar müalicə almış, çarpayı günlərinin sayı 11046 olmuşdur. Tibb müəssisələrində proflaktiki gəlişlər də nəzərə alınmaqla ambulator müalicə alanların sayı 96820 nəfər təşkil etmişdir. 2017-ci ilin 6 ayı ərində 289 nəfər doğum, 286 nəfər isə ölüm halı qeydə alınmışdır. O cümlədən, 0-1 yaşda körpə ölümü 3 nəfər, 1-5 yaşda uşaq ölümü isə 5 nəfər olmuşdur. İlin altı ayında cərrahi əməliyyatların sayı 186 nəfəri əhatə etmiş, 101 nəfərdə təxirəsalınmaz, 85 nəfərdə planlı cərrahi əməliyyat aparılmışdır. Keysəriyyə əməliyyatı aparılanlar isə 11 nəfər olmuşdur. RMX-nın təcili yardım şöbəsi sutka ərzində fəaliyyət göstərmiş, təcili tibbi yardım biriqadası 2799 çağırışda olmuş, xəstələrə ilkin tibbi yardım göstərmişlər.
2017-ci ilin 6 ayında 6 nəfərə I qrup, 150 nəfərə II qrup, 13 nəfərə isə III qrup əlillik dərəcəsi təyin olunmuşdur. İlin 6 ayında 473 nəfər vərəm xəstəsi dispanser qeydiyyatında olmuş, 16 nəfər ilkin qeydiyyata götürülmüşdür. Talassemiyalı xəstələrin sayı 88 nəfərdir. Səkkiz hemofiliyalı xəstədən 2-si uşaqdır. Xroniki böyrək çatışmazlığı ilə 29 xəstə qeydiyyatdadır. RMX-nin Dializ şöbəsində 18 nəfər xəstə müalicə alır. 2017-ci ilin 6 ayında 626 nəfər ankoloji xəstə, uşaq poliklinikasında müxtəlif xəstəliklər üzrə 1748 nəfər uşaq dispanser qeydiyyatındadır.
İsmayıllı rayon Gigiyena vıə Epidemiologiya mərkəzi “Sanitariya-epidemoloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununu əsas tutaraq ilin 6 ayı ərzində bir sıra sanitar-epidemoloji tədbirlər həyata keçirmiş, dezinfeksiya və vaksinasiya işləri aparmışdır. Rayonda sanitar-gigiyenik vəziyyətə tam nəzarət olunmuş, nöqsanlar aradan qaldırılmışdır. Şəhərin su təchizatına sanitariya rejimi gücləndirilmişdir.
2017-ci ildə səhiyyəyə ayrılmış 2.737373 manat vəsaitdən ilin 6 ayında əmək haqqına 629209 manat, kommunal xərclərə 71350 manat, avadanlıqların alınmaüsına 13420 manat, təmir işlərinə 22410 manat-cəmi 967 min 265 manat vəsait xərclənmişdir.
Rayonda gənclər siyasətinin həyata keçirilməsi, gənclərin vahid ideya və məqsəd ətrafında təşkilatlanması diqqətdə saxlanılır. Son vaxtlar rayonda onların potensialından ölkənin mənafeyi və inkişafı naminə tam və düzgün istifadə olunur. Yaranmış problemlərin həllində gənclərin iştirakı əsas götürülür.
Hesabat dövrü ərzində gənclərlə iş sahəsində 41 tədbir, idman sahəsi üzrə isə 22 tədbir keçirilmişdir. Tədbirlərdə 12 mindən çox gəncin iştirakı təmin edilmişdir. Rayonda gənclər siyasəti ilə bağlı problemlər və həyata keçirilməsi vacib olan bir çox məsələlər də vardır. İsmayıllıda “Gənclər evi”nin tikilməsinə zəruri ehtiyac duyulur.
Rayon İcra Hakimiyyəti siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətlərinin önündə görür. Bunun nəticəsidir ki, rayonda ictimai-siyasi mühit getdikcə saflaşır. “Heydər Əliyev idarəetmə məktəbi” məhz bu düşüncənin nəticəsidir. Ötən dövr ərzində məktəbin ardıcıl olaraq məşğələləri keçirilmişdir.
Rayonda ölkə rəhbərinin fəaliyyəti ilə bağlı təbliğat işləri gücləndirilib. Cənab Prezidentin həyata keçirdiyi siyasi kursun təbliği aparılıb, səfərləri, çıxış və məruzələri ətraflı şəkildə əhaliyə çatdırılıb.
Heydər Əliyev Mərkəzinin fəaliyyəti ideoloji işin tərkib hissəsini təşkil edir. 2017-ci ilin 6 ayı ərzində Mərkəzdə xeyli sayda ictimai-siyasi tədbirlər, görüşlər keçirilib, xarici ölkələrdən gələn qonaqlar qarşılanıb. Peşə bayramlarının, yubiley tədbirlərinin keçirilmə ünvanı əsasən Heydər Əliyev Mərkəzi olub.
Rayon İcra Hakimiyyəti siyasi, ictimai və ideoloji tədbirlərini YAP-nın rayon təşkilatı ilə birgə aparır. Rayonda YAP üzvlərinin sayı 8293 nəfərdir, ətrafında 87 ilk partiya təşkilatını birləşdirir. Bu ilin altı ayında YAP-nın sıralarına 84 nəfər qəbul olunub.
Rayonun Yaponiya, Fransa, Latviya, Belorusiya dövlətlərinin şəhərləri ilə əməkdaşlığı davam etdirilmiş, İsrail dövlətinin bir şəhəri ilə əlaqələr qurulmaqdadır. Fransanın Evian-Le-Bən və Belorusiyanın Nesvij şəhərinə qarşılıqlı səfərlər həyata keçirilmişdir.
Ərazidə 4 qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Qarabağ Müharibəsi Əlilləri, Veteranları, şəhid ailələri, rayon ağsaqqalları ilə mütəmadi görüşlər keçirilir, RİH onların problemlərinin həllinə daim yardımçı olur. İlin altı ayı ərzində də Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, müharibə və əmək veteranlarının sosial həyat şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması və bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Fəal rayon ağsaqqalları rayonun ictimai-siyasi həyatının idarə olunmasına cəlb olunmuşdur.
Uşaq və Ailələrə Dəstək Mərkəzinə 2017-ci ilin 6 ayı ərzində 173 nəfər müraciət etmiş və onların problemlərinin həlli istiqamətində iş aparılmışdır. Məişət zorakılığı və ailə münaqişəsi ilə bağlı 6 müraciət araşdırılmış və əsasən həll olyunaraq nəzarətə götürülmüşdür. Boşanma ilə bağlı isə 2 ailə ilə iş aparılmışdır. 6 ay ərzində 34 problemli ailəyə səfər edilmişdir.
Rayonda əsl tolerantlıq mühiti hökm sürür. Dinlərə, müxtəlif milli və dini qurumlara münasibətdə ayrıseçkiliyə yol verilmir. 15 islam və 1 xristian təmayüllü dini icma təkrar qeydiyyatdan keçmişdir. 2017-ci ilin 6 ayı ərzində rayonda Multikulturalizmlə və “İslam həmrəyliyi İli” ilə bağlı xeyli sayda tədbir keçirilmiş, rayonda fəaliyyət göstərən dini icma sədrləri, axund və imamlarla, əhali qrupu ilə görüşlər keçirilmişdir. Dövlət-din münasibətləri əhaliyə izah olunmuşdur.
İsmayıllıda yeni fəaliyyətə başlayan Regional “Bilik Evi” və Multikulturalizm Mərkəzi də ideoloji fəaliyyətə cəlb edilmiş, bir sıra tədbirlər onlarla birgə həyata keçirilmişdir.
“İsmayıllı xəbərləri” qəzeti dolğun, maraqlı və məzmunlu sayları ilə oxucuların rəğbətini qazanmış və ayda 2 dəfə nəşr olunmuşdur.
Hesabat dövründə vətəndaş müraciətlərinə, onların qəbuluna çox diqqət və həssaslıqla yanaşılmış, təhlil edilmiş, narazılıq doğuran məsələlər vaxtında həll edilmişdir.
2017-ci ilin 6 ayında Rayon İcra Hakimiyyətinə cəmi 673 ədəd vətəndaş müraciəti daxil olmuşdur. Daxil olan müraciətlərdən 491 ədədi birbaşa RİH-nə daxil olmuş, 147 ədədi Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, 35 ədədi isə digər yuxarı dövlət orqanlarından baxılmaq üçün RİH-nə göndərilmişdir.
Müraciətlərin 582-si ərizə, 88-i şikayət, 3-ü təklif olmuşdur. Şikayət ərizələri ümumi ərizələrin 13,1 %-ni təşkil edir. Müraciətlərin 599-u məktub, 49-u teleqram, 25-i elektron formasında daxil olmuşdur.
RİH başçısı aparatında keçirilən qəbullarda 371 nəfər vətəndaş RİH başçısı tərəfindən qəbul edilmişdir. İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə 34 səyyar görüş-qəbul keçirilmiş, qəbullarda 2737 nəfər iştirak etmişdir. RİH başçısı aparatında fəaliyyət göstərən 164 nömrəli qaynar xəttə isə hesabat dövründə 80 vətəndaş müraciəti daxil olmuşdur
Daxil olan bütün yazılı və şifahi vətəndaş müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq diqqətlə araşdırılmış, onların həlli istiqamətində müvafiq tədbirlər görülmüş və nəticə barədə vətəndaşlara cavab verilmişdir.
Hörmətli yığıncaq iştirakçıları, qətiyyətlə bildirmək istərdim ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ölkə daxilində və beynəlxalq miqyasda inamla davam etdirən cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinə İsmayıllıda da sədaqət göstərilir, onun Fərman, Sərəncam və tapşırıqları dönmədən həyata keçirilir. 2017-cı ildə qarşımızda daha məsul vəzifələr, Azərbaycanın xoş və uğurlu gələcəyi naminə yerinə yetiriləsi vacib olan çox böyük işlər durur. Əminik ki, xalqla iqtidar arasında olan birlik daha uğurlu inkişafa şərait yaradacaqdır.
Həmin vəzifələrin uğurla yerinə yetirilməsində Sizə müvəffəqiyyətlər arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
2017-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran
vəzifələrə həsr olunmuş iclasda Rayon İcraHakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun
M Ə R U Z Ə S İ
Hörmətli yığıncaq iştirakçıları!
10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Cənab İlham Əliyev ölkədə bütün sahələr üzrə mövcud durumu ətraflı təhlil etmiş və qarşıda duran vəzifələr barədə proqram xarakrerli tapşırıqlar vermişdir. Giriş nitqində qeyd etmişdir ki, birinci rübün nəticələrinə görə Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edir, beynəlxalq mövqelərimiz möhkəmlənir, ölkə daxilində proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf təmin edilir, bütün sosial məsələlər öz həllini tapır. Çox ciddi sosial təşəbbüslər irəli sürülmüşdür, ordu quruculuğu uğurla gedir və əminəm ki, biz bu il istədiyimiz nəticələrə, bütün hədəflərə çatacağıq və 2017-ci il də ölkəmiz üçün uğurlu il olacaqdır.
2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dinamik şəkildə inkişaf edir. İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz səviyyəsində artmışdır. Kənd təsərrüfatının inkişafı ölkə üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artıb. Kənd təsərrüfatında ümumilikdə 3,5 faiz, o cümlədən bitkiçilik sahəsində 20 faizdən çox artm əldə olunmuşdur. Bu da onu göstərir ki, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir.
Birinci rübdə ölkənin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb və hazırda . 38,5 milyard dollardır.
Bu ilin üç ayında ölkədə ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz artmışdır. Qeyri-neft ixracı təqribən 10 faiz artmış, idxal isə 17 faiz azalmışdır. Ticarət dövriyyəsinin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. İdxalın azalması, ixracın kəskin artması ölkənin iqtisadi sabitliyini təmin edir.
Birinci rübdə 85 min yeni iş yeri yaradılmışdır. Onlardan 70 mini daimi iş yeridir. Cənab Prezident 2017-ci ildə ölkə qarşısında duran önəmli vəzifələri qeyd edərək proqram xarakterli vəzifələri irəli sürmüşdür. Cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqları 2017-ci ilin birinci rübündə rayonumuzda uğurla həyata keçirilmişdir.
Birinci rübdə rayonda ümumi məhsul buraxılışı faktiki qiymətlərlə 33 milyon 234 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 358 min manat çoxdur.
Əsas kapitala investisiya qoyuluşu 8 milyon 199 min manat, əvvəlki illə müqayisədə 3 milyon 877 min manat çox, 585,3 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi 17,3 faiz yüksələrək 42,1 milyon manata çatmış, 6,2 milyon manat artmışdır. Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 640 min manat artaraq 6 milyon 460 min manat təşkil etmişdir.
2017-ci ildən başlayaraq rayon büdcəsi özünümaliyyələşdirmə qaydasında, yəni Respublika büdcəsindən dotasiya almadan icra edilir. Hesabat rübündə rayon büdcəsinin gəlirlər hissəsi 1 milyon 116 min manata qarşı 1 milyon 175 min manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 105 faiz təşkil etmişdir.
Rüblük məxaric proqnozu 1 milyon 615 min manata qarşı 915,6 min manat, başqa sözlə 699,4 min manat kəsrlə icra edilmişdir.
2017-ci ılın I rübündə tikinti-quruculuq işləri davam etdirilmişdir. Yaşayış evləri, inzibati binalar, yollar tikilmiş və ya əsaslı təmir olunmuşdur. Keyvəndi kəndində 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, İsmayıllı şəhərində M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, “Azərxalça” ASC tərəfindən Xalça fabrikinin, H.Əliyev prospektində beşmərtəbəli otel binasının, Mərkəzi Xəstəxananın yaxınlığında aptek binasının, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə 8 yaşayış evinin və digər obyektlərin tikintisi davam etdirilmişdir. Şəhərdə çoxmənzilli binalarin təmiri “İsmayıllıTikinti-27” ASC və “Niyal-Konstruktion “ MMC tərəfindən həyata keçirilir. “İsmayıllı Tikinti-27” ASC tərəfindən 17 binada layihə-smeta sənədləri əsasında təmir başa çatdırılmışdır. 7 binada iş davam edir.
“Niyal-Konstruktion“ MMC tərəfindən 3 ədəd beşmərtəbəli və 3 ədəd üçmərtəbəli binalarda təmir işləri davam etdirilir.
Bu il ümumilikdə İsmayıllı şəhərinin 7 küçəsində (Heydər Əliyev prospekti, Mübariz İbrahimov, Kamal Məmmədov, Salatın Əsgərova, Vahab Osmanov, Mikayıl Müşfiq, İstiqlal küçələri) asfalt-beton örtüyün vurulması və Natəvan küçəsinin təmiri nəzərdə tutulmuşdur. Asfaltlaşdırılacaq küçələr müəyyənləşdirilmiş və tender keçirilmişdir. Yaxın vaxtlarda işin icrasına başlanacaqdır.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini vacib bir məsələ kimi qarşıda durur. Bu məqsədlə tədbirlər davam etdirilmişdir. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə rayonda 401 iş yeri açılmış və qısa müddətdə 401 nəfər müvafiq işlə təmin olunmuşdur. Rayonun sosial-iqtisadi inkişafına dair proqnozları, sahibkarların və vətəndaşların davamlı qəbulu zamanı irəli sürdükləri təklifləri və qaynar xətt vasitəsi ilə daxil olan məlumatları ciddi təhlil etməklə təkliflər hazırlanması ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirilmişdir. Hörmətli yığıncaq iştirakçıları, hesabat dövründə rayonun idarə və təşkilatları qənaətbəxş fəaliyyət göstərmiş və öhdələrinə düşən vəzifələrin icrasına əsasən nail olmuşlar.
Rüb ərzində qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilmişdir. Bu ilin 3 ayında Talıstan, Təzəkənd, Hacıhətəmi və Kürdmaşı kəndlərində müxtəlif diametrli qaz xətlərində yenidən quraşdırılma işləri görülmüşdür. Şəhərin Yuxarıbaş adlanan yaşayış massivində diametri 90 millimetr olan polietilen qaz xəttinin 700 metrinin dəyişdirilməsi işlərinə başlanmışdır. Abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə Cülyan və Qalınçaq kəndlərinin hər birində bir ədəd yeni qaztənzimləyici şkaf quraşdırılmışdır.
Rüb ərzində abonentlərə 11,6 milyon kubmetr qaz satılmış, qazın dəyəri 92,9 faiz ödənilmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21.5 faiz artıqdır.
2017-ci ildə Lahıc qəsəbəsinin, Qalagah, Soltankənd və Uştal kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdur.
Bu ilin yanvar-fevral aylarında əhalinin qaz təchizatında yaranan çətinliklər bu sahədə olan nöqsanları qabarıq surətdə bir daha aşkar etdi. Yanvar ayında qazın normal verilməməsi barədə abonentlərdən Rayon İcra Hakimiyyətinə və digər təşkilatlara çoxsaylı müraciətlər daxil olmuşdur. İsmayıllı Qaz Xidmət Sahəsi problemlərin təkrarlanmaması üçün vaxtında ciddi tədbirlər görməli, yaşayış məhəllələrində qazın təzyiqinin nizamlanmasına müntəzəm diqqət etməlidir.
Rüb ərzində İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən 10 kilo/voltluq hava xəttində 59 ədəd, 0,4 kilo/voltluq hava xətlərində 53 ədəd dayaq yenisi ilə əvəz olunmuş, Basqal qəsəbəsində həyətlərdən keçən 400 metr xətt SİP kabellə əvəz olunmuşdur. Rüb ərzində yaşayış məntəqələrində 8 əddəd yeni transformator quraşdırılmışdır.
Hesabat dövründə istehlakçılara 14,5 milyon kilovat enerji verilmiş, 855,1 min manat vəsait yığılmışdır ki, bu da satılan enerjinin dəyərinin 74,7 faizini təşkil edir. Yığımın artırılması üçün İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən təsirli tədbirlər görülməlidir..
Rayonda əhalinin elektrik enerjisi ilə təmin olunması sahədə nöqsan və çatışmazlıqlar da qalmaqda davam edir. Belə ki, elektrik təsərrüfatı yenidən qurulmuş İsmayıllı şəhər və 9 kənddən başqa əksər kəndlərin elektrik təsərrüfatının vəziyyəti qənaətbəxş deyildir. Rayon mərkəzindən aralı olan, xüsusilə dağlıq zonada yerləşən Sulut, Lahıc, Həftəsov, Əhən, Müdri, Zərnava inzibati ərazi dairələrinə daxil olan kəndlərdə və digər kəndlərdə 10 və 0,4 kilovoltluq xətlərdə ağac dirəklər uzun müddət istifadə olunduğu üçün çürüyərək qəzalı vəziyyətə düşmüşdür. Naqillər ötürücülük qabiliyyətini və davamlılığını itirdiyinə görə tez-tez qırılma və qısa qapanma halları baş verir. Kəndlərdə elektrik təsərrüfatının yenidən qurulması və təmir işlərinin sürətləndirilməsi ən vacib məsələ kimi qarşıda durur. İnanırıq ki, rayonumuzda enerji təsərrüfatında olan nöqsanlar yaxın vaxtlarda aradan qaldırılacaqdır.
İsmayıllı “Sukanal” idarəsi 6255 əhali, 187 büdcə və kommersiya abonentinə xidmət göstərir. Birinci rübdə təşkilat tərəfindən su və kanalizasiya xətlərində cari təmir işləri aparılmışdır. Şəhər daxili xətlərdə baş vermiş qəzalar aradan qaldırılmışdır. Rüb ərzində abonentlərə 74,2 min manat dəyərində su və kanalizasiya xidməti göstərilmışdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,5 min manat çoxdur. Rüb ərzində abonentlərdən 61,9 min manat xidmət haqqı yığılmış, yığım 83,4 faiz təşkil etmişdir.
Şəhərdə çirkab su təmizləyici qurğunun tikintisi başa çatdırılmışdır. Rüb ərzindəün 1100 abonent xəttə qoşulmuşdur. Bu istiqamətdə iş davam edir. Rayonun bir sıra yaşayış məntəqələrində içməli su əhalinin tələbatını ödəmir. Quşencə və Qarakolluq kəndlərinə “Azərsu” İstehsalat Birliyi tərəfindən layihələşdirilən su xəttinin, Gəraybəyli kəndinin yaxınlığındakı mənbədən Əyyubbəyli, Gəraybəyli, Xəlilli, Külüllü, Aşağı Zərnava və Qubaxəlilli kəndlərinə su xəttinin çəkilməsi, Girk, Şəbiyan, Pirəbilqasım və Elabad kəndlərinə su xəttinin çəkilməsi və ya artezian quyusunun qazılması qarşıda duran vacib məsələdir.
Göyçay çayından İvanovka və ətraf 8 kəndi su ilə təmin edən su xəttində tez-tez qəzalar baş verir. Xəttin əsaslı təmirə ehtiyacı vardır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2017-ci ildə Xəlilli, Əyyubbəyli, Çayqovuşan, Çərmədil və Gideyli kəndlərində əhalini təmiz içməli su ilə təmin etmək üçün modul tipli sutəmizləyici qurğunun quraşdırılması nəzərdə tutulmuşdur.
Müxtəlif mənbələrdən daxilolmalar, bələdiyyə vəsaitləri, dövlət ayırmaları, qeyri-hökumət təşkilatlarının vəsaitləri hesabına rayonun bütün yaşayış məntəqələrinin su təchizatı ilə əlaqədar problemlərin həlli üçün tədbirlər davam etdirilir.
İsmayıllı Dövlət Sosial Müdafiə Fondunun uçot qeydiyyatında olan pensiyaçılar 13204 nəfərdir. Rüb ərzində 93 nəfərə yaşa görə, 34 nəfərə əlilliyə görə, 19 nəfərə ailə başçısını itirdiyinə görə pensiya təyin edilmişdir
“Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar əmək pensiyalarının sığorta hissəsinin 12,4 faiz indeksləşdirilməsi aparılmaqla rayon üzrə orta aylıq artım məbləği 90,4 min manat olmuşdur. Artımlarla birlikdə vəsaitlər pensiyaçıların plastik kartına köçürülmüşdür.
Birinci rübdə əmək pensiyalarının ödənilməsinə 7 milyon 124 min manat, digər müavinətlərin ödənilməsinə isə 144,1 min manat vəsait xərclənmişdir. Vəsaitin 5 milyon 170 min manatı ( 71,1 %) Respublika fondundan, qalan 28,9 faizi yerli daxilolmalar hesabına həyata keçirilmişdirr. Pensiya və müavinətlər vaxtında ödənilmişdir.
Məcburi dövlət sosial sığorta haqları 2249,4 min manata qarşı 2833,1 min manat və ya nəzərdə tutulduğundan 25,9 faiz artıq yerinə yetirilmişdir.
Birinci rübdə dövriyyədə olan 899 ailənin 4099 üzvünə cəmi 375,6 min manat ünvanlı sosial yardım verilmişdir. Ünvanlı sosial yardım alan ailələrin sayı əvvəlki illə müqayisədə 15 ailə artmış, hər ailəyə düşən orta aylıq məbləğ 139 manat 27 qəpik, adambaşına düşən aylıq məbləğ isə 30 manat 24 qəpik olmuşdur.
Rayon Məşğulluq Mərkəzi tərəfindən İşsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun stimullaşdırılması, əhalinin özünüməşğulluğun inkişafı üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir.
2017-ci ilin birinci rübündə 498 daimi yeni iş yeri açılmışdır. 563 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata alınmış, onlardan 311 nəfəri işlə təmin edilmişdir. İşlə təmin olunanların 28 nəfəri qadındır. 01 aprel 2017-ci il tarixə 436 nəfər işsiz statusu olan vətəndaş qeydiyyatdadır. 3 ay ərzində 19 nəfərə işsiz statusu verilməklə onlara müavinəti təyin olunmuşdur. Gələcəkdə peşə seçiminə kömək məqsədilə 88 nəfər gənc peşə yönümü məsləhətlərinə cəlb olunmuşdur.
İclasda cənab Prezident işsiz və aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması üçün tədricən özünüməşğulluq sisteminə keçməyin vacibliyini bir daha qiqqətə çatdırmışdır. Qeyd etmişdir ki, özünüməşğulluq sistemi vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Rayonda əhalinin özünüməşğulluğun inkişafı üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirlər davam etdirilmişdir. Biznes planları özünüməşğulluq üçün məqbul hesab edilən 13 nəfər vətəndaş, o cümlədən 12 nəfər kənd təsərrüfatı və bir nəfər istehsal sahəsi üzrə aktivlər almışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq xidmətinin məsul işçiləri həmin vətəndaşlarla görüşərək öz tövsiyələrini vermişlər.
Rayon Məşğulluq Mərkəzində 356 idarə təşkilat, müəssisə və sahibkar qeydiyyatdadir, lakin cəmi 253 təşkilat Mərkəzə hesab təqdim edir. Məşğulluq Mərkəzinin idarə və təşkilatlarla daha sıx işgüzar əlaqələr qurması vacibdir. İdarə və təşkilatlar boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etməlidirlər.
İsmayıllı Kommunal Müəssisələri Kombinatı tərəfindən rüb ərzində 150,6 min manat dəyərində kommunal xidmət göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 min manat çoxdur. Xidmət olunan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərini həyata keçirmək üçün birinci rübdə İsmayıllı şəhər, Lahıc və Basqal qəsəbələrində 108 nəfər müvəqqəti işçi işə cəlb olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, Kombinat tərəfindən təmizlik və abadlıq sahəsində görüləsi işlər hələ də çoxdur.
Mənzil istismar sahəsinin xidmətində 1203 ailə yaşayan 977 mənzil vardır. Əhaliyə 1668 manat dəyərində mənzil-kommunal xidməti göstərilmişdir. Yığım 1668 manat təşkil etmiş, 106 faiz yerinə yetirilsə də xidmət tariflərinin aşağı olması səbəbindən təşkilat ziyanla işləyir. Rüb ərzində təşkilata büdcədən 4500 manat dotasiya verilmişdir. Təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir. Hazırda 7640 manat debitor, 6537 manat kreditor borcu vardır.
İsmayıllı Poçt filialının 1 müştəri xidməti, 1 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. Rüblük taarif gəlirləri proqnozu 56,1 min manata qarşı 65,3 min manat və ya 116,4 faiz yerinə yetirilmişdir.. Rüb ərzində əhaliyə göstərilən poçt xidməti 40 min manat proqnoza qarşı 48,3 min manat və ya 121 faiz olmuşdur.
İsmayıllı Telekommunikasiya Qovşağı I rübdə 239,5 min manat gəlir əldə etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,1 min manat çoxdur. Rüb ərzində 109 mənzilə yeni telefon çəkmiş, 72 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. Rüb ərzində Qalagah, Talıstan, Ruşan , Cülyan, Qubaxəlilli kəndlərində və Lahıc qəsəbəsində daxili xətt şəbəkəsində cari təmir işləri aparılmış, 90 ədəd köhnə dirək yenisi ilə əvəz olunmuşdur. Qovşağın xidmət ərazisində 4538 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidməti əsasən “İsmayıllı-Avtonəqliyyat” ASC- tərəfindən həyata keçirilir. Müəssisə tərəfindən şəhərdaxili sərnişin daşınmasında qayda yaradılmış, avtobus marşrutunun ümumi uzunluğu artırılmış, şəhərin əsas massivini əhatə etməklə avtobusların iş vaxtı saat 19-a qədər uzadılmışdır. Şagirdlərin Tingçilik və Qəzli yaşayış massivlərindən məktəbə aparılıb qaytarılması üçün əlavə əlavə avtobusun hərəkəti təmin edilmişdir. Birinci rübdə 17,8 min manat gəlir əldə edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 min manat artıqdır.
Kənd təsərrüfatının inkişafı ölkə üçün həmişə prioritet məsələ olmuşdur. İclasda cənab Prezident kənd təsərrüfatının elmi nailiyyətlər əsasında inkişafının vacibliyini bir daha vurğulamış və konkret olaraq əsas istiqamətləri müəyyənləşdirmişdir. Qeyd etmişdir ki, ən müasir texnologiyalar tətbiqi ilə məhsuldarlıq yüksəldilməli, kənd təsərrüfatında məhsullarının həcmi artmalı və daxili tələbatı tam təmin olunmalıdır. Torpaqların dəqiq uçotu aparılmalıdır. Hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməli, gələcəkdə rayonlaşma siyasətinə daha da ciddi baxilmalıdır. Taxılçılığın inkişafına xüsusi diqqət yeririlməlidir. Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar rayonda müvafiq tədbirlər həyata keçirilir. Rayonun inzibati ərazisi daxilində olan 207372 hektar torpaq sahəsindən 113973 hektarı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, bundan 32914 hektarı əkin, 50895 hektarı örüş, 1800 hektarı çoxillik əkmələr, 2427 hektarı biçənək, 351 hektarı dincə qoyulmuş, 25586 hektarı isə yay otlaq sahəsindən ibarətdir.
2017-ci ilin məhsulu üçün ötən ilin payızında 29453 hektar sahədə şum çıxarılmış, 21795 ha buğda, 6459 ha arpa, 137 ha şovdar olmaqla 28391 hektar sahədə səpin aparılmışdır.
Səpin dövründə 650 tondan çox fosforlu gübrə gətirilərək istehsalçılara satılmışdır. Payızlıq əkinlərə yemləmə şəklində verilməsi üçün “Aqroservis” rayon filialı tərəfindən 1000 ton, “Aqrokimya” MMC-tərəfindən isə 800 ton azotlu gübrə, 6500 kq müxtəlif çeşidli herbisid gətirilmişdir. 10 min hektardan çox əkin sahələrində alaq otlarına qarşı mübarizə tədbirləri aparılmışdır. Payızlıq əkinlərə yemləmə gübrəsinin verilməsi və alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Əkin sahələrdə siçanabənzər gəmiricilərin yayılma arealını müəyyən etmək uçun 30210 ha ərazidə muayinələr aparılmış və 13845 ha sahənin bu gəmiricilərlə siraətlənməsi aşkar edilmişdir. 10450 ha sahədə Dövlət büdcəsinin vəsaiti hesabına, digər sahələrdə isə fermerlər tərəfindən mübarizə tədbirləri aparılmış, aparılan mübarizənin bioloji səmərəliliyi 88 faizdən artıq olmuşdur.
Hesabat dövründə rayonda 2098 ha sahədə yazlıq bitkilər, o cümlədən 926 ha sahədə paxlalılar, 487 ha sahədə kartof, 289 ha sahədə yem bitkiləri, 282 ha sahədə tərəvəz bitkiləri, 11 ha sahədə dən üçün qarğıdalı və 3 ha sahədə günəbaxan əkilmişdir. Əkilmiş sahələr keçən ilin müvafiq dövrü ilə müqayisədə 787 hektar çoxdur. Yaz əkinləri davam etdirilir.
2017-ci ildə tütün əkini sahəsini 15 hektara çatdırmaq nəzərdə tutulmuşdur. Qurbanəfəndi, Topçu, Qalınçaq, Təzəkənd, Diyallı kəndlərində 15 hektar sahədə şum çıxarılmış və arat suyu verilmişdir. 15 hektar sahəni tütün şitili ilə təmin etmək üçün 4 yerdə 2500 kvadratmetr örtülü sahədə tütün toxumu səpilmişdir. Hazırda parniklərdə aqrotexniki qulluq işləri davam etdirilir.
Cari ildə barama istehsalını və əhalinin məşğulluq səviyyəsini artırmaq üçün Çin Xalq Respublikasından gətirilmiş 10 min ədəd, yerli istehsal hesabına 1000 ədəd tut tingi 2016-cı ilin payızında əkilmişdir. Bu il 120 qutu barama qurdu gətirilməsi üçün kümçülərin syahısı dəqiqləşdirilmişdir.
Cari ildə Talıstan kəndində 95 ha, Kürdmaşı kəndində 100 ha, İsmayıllı şəhəri ərazisində isə 25 ha olmaqla 220 ha sahədə sənaye üsulu ilə kartof əkinin aparılması nəzərdə tutulmuşdur. Artıq “Aqro Master” MMC tərəfindən Talıstan kəndi ərazisində 60 ha ərazidə kartof əkini aparılmışdır. “İsmayıllı Tərəvəzləri” MMC tərəfindən isə 100 ha sahədə kartof əkinin aparılması üçün Almaniya Respublikasından məhsuldar kartof toxumu gətirilmişdir. Kartof əkini davam edir.
Son illərdə rayonumuzda açıq sahə tərəvəzçiliyi ilə yanaşı örtülü torpaq-istixana tərəvəzçiliyi də inkişaf etdirilir. Rayon ərazisində 61 təsərrüfatda tərəvəz və çiyələk istixanaları təşkil edilmişdir.Həmin istixanalara şitilin köçürüləsi istiqamətində iş görülür.
Diyallı kəndində böyürtkən, moruq və göy qarağat giləmeyvələrinin yetişdirilməsi üçün dəyəri 120 min manat olan örtülü, lakin soyuq istixana təsərrüfatı təşkil edilir. Əkilməsi nəzərdə tutulan bitkilərin əkin materiallarının Ukraynadan gətirilməsi nəzərdə tutulmuşdur. Bu təsərrüfatda 4.4 hektar ərazidə giləmeyvə istehsalı üçün zəruri olan xeyli iş görülmüş, 1 hektar ərazidə 40 ədəd istixana tikilmişdir. Hal-hazırda üçün lazımi işlər aparılır.
Rayonda ənənəvi sahə hesab edilən meyvəçilik inkişaf etdirilir. 2017-ci ilin yaz mövsümündə Kəlbənd kəndində 7 ha, Qalınçaq kəndində isə 4,7 sahədə müxtəlif meyvələrdən ibarət yeni intensiv meyvə bağları, Qubaxəlilli kəndində 40 ha sahədə qoz bağı salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq rayonda yeni fındıq bağlarının salınması istiqamətində xeyli iş görülmüş, 2016-cı ilin payızında 458,7 ha və cari ilin 3 ayında isə 115 ha, cəmi 473,7 ha sahədə yeni fındıq bağları salınmışdır. İlin sonuna kimi daha 1450 ha sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulmuşdur. Bu istiqamətdə işlər davam etdirilir.
Hesabat dövrü ərzində Kürdmaşı kəndində fəaliyyət göstərən “Kənd” MMC tərəfindən filloksera zərərvericisinə davamlı süfrə sortlardan ibarət 25 ha sahədə üzüm bağı salınmışdır. Rayonda heyvandarlığın inkişafı diqqət mərkəzindədir. 2017-ci ilin ilk 3 ayında 1314 ton diri çəkidə ət, 8558 ton süd, 2537 min ədəd yumurta istehsal olunmuşdur.Rayonda mövcud iri və xırda buynuzlu mal-qaranın, eləcədə epizootik durumun sağlam olması üçün heyvanlar arasında dabaq, qarayara, vərəm əleyhinə peyvəndləmə aparılmış, bruselyoz xəstəliyinin müəyyən edilməsi üçün qan nümunələri götürülərək müayinə edilmişdir. Xəstə heyvanlar aşkar edilərək çıxdaş edilmişdir.
2017-ci ilin 3 ayı ərzində 1007 baş heyvanda sünii mayalama aparılmış və 427 baş sağlam bala alınmışdır.
Kürdmaşı kəndində 12.5 milyon manat dəyəri olan ən aqropark yaradılması istiqamətdə tədbirlər davam etdirilir. Burada “Buta” şirkətinin bazasında pivot suvarma sistemi yaradılmışdır. Pivota 650 metr uzunluğunda 340 mm-lik trubalarla yeraltı su xətti çəkilmişdir. 900 tonluq beton, 1500 tonluq torpaq su hövzəsi yaradılmışdır. 100 hektar sahədə 552 metr radiusda 7 aradan ibarət pivot suvarma sistemi quraşdırılmışdır. Aqroparkın fasiləsiz suvarma suyu ilə təmin olunması məqsədilə araşdırma aparılmış və müvafiq təkliflər hazırlanaraq İqtisadiyyat Nazirliyində təqdim olunmuşdur.
Avtopark müxtəlif təyinatlı müasir kənd təsərrüfatı texnikası alması üçün sifariş vermişdir. Ümumilikdə 1,2 milyon manatlıq müasir texnikaların alınması nəzərdə tutulur
“Buta” şirkəti tərəfindən 60 ha sahədə buğda əkilmişdir. 100 ha sahədə kartof, 50 ha sahədə qarğıdalı əkilmıəsi üçün tələb olunan hazırlıq işləri görülmüşdür.
Soyuducu anbarın tikintisi ilə əlaqədar bütün sənədlər hazırlanmışdır. Yaxın vaxtlarda tikinti işləri davam etdiriləcəkdir.
Rayonumuzda hal-hazırda icrası davam edən “Cənub Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə edilməsi” layihəsi həyata keçirilir. Layihənin ümumi məqsədi biomüxtəlifliyin və ekosistem xidmətlərinin tutarlı məlumatlar əsasında inteqrasiyalı və ələqələndirilmiş formada idarə edilməsi prosesinin təkmilləşdirilməsidir.
Təklif olunan yanaşmaların praktiki olaraq sınaqdan keçirilməsi və geniş auditoriyaya nümayiş etdirilməsi üçün Əhən kəndində eroziyaya qarşı mübarizə tədbirləri (biomühəndislik işləri, icma tingliyi və icma bağı) icra olunmaqdadır. İcra olunan fəaliyyətlər beynəlxalq və yerli ekspertlərin, həmçinin yerli əhalinin aktiv iştirakı əsasında planlaşdırılmışdır.
2017-ci ilin 3 ayı ərzində İsmayıllı rayon ərazisində ətraf mühitin mühafizəsinə Nəzarət sahəsində 15 akt və 2 protokol tərtib edilmiş, 3 icrası məcburi olan göstəriş verilmişdir.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən 2017-ci ilin birinci rübündə magistral beton kanalda 80 min kvadratmetr təmizlənmə işləri görülmüşdür. Suvarma sistemlərinin lildən təmizlənməsi üçün 106 min kubmetr təmizlıənmə işləri görülmüşdür. Daşqın və sel sularına qarşı mübarizə məqsədilə buldozer 138 min kubmetr, ekskovator ilə 56 min kubmetr torpaq işi görülmüşdür. Kənar təşkilatların köməyi ilə Təzəkənd və Diyallı kəndlərindəki nasos stansiyaları təmir olunmuşdur.
2017-ci ilin 3 ayı ərzində İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq 26 ha sahədə fındıq bağı, 11 ha sahədə qoz bağı əkilmişdir. 18 ha sahə kol-kosdan təmizlənmiş, 30 ha toxumluq sahəyə xidmət olunmuş, 10 ha sahədə meşə əkininə 30 % əlavə doldurma aparılmış, 9.3 km yeni çəpər çəkilmiş, 3 km köhnə çəpərlər təmir olunmuş, 12 ha sahə traktorla ikiqat şumlanmış, 800 ha sahədə isə meşə potoloji müayinə işləri aparılmışdır.
Meyvə bağlarına və meşə əkinlərinin təmirinə 34900 ədəd əkin materialı sərf olunmuşdur. Hal-hazırda meyvə bağlarının salınması istiqamətində işlər davam etdirilir.
“7№ li Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC tərəfindən 2017-ci ildə İsmayıllı rayon ərazisində yolların kənarından yola mane olan ağacları budama aparmaqla həmin ərazilərin kol-kosdan təmizlənməsi, quru ağacların kəsilməsi işləri aparılmışdır. Talıstan və Diyallı kəndləri ərazisində magistral yolun kənarında 2 min ədəd ağac və 2 min ədəd qızılgül kolu əkilərək ətrafı məftil ilə hasara alınmışdır. İş davam etdirilir.
Bu gün rayonumuzun təhsilində əsas yenilik pedoqoji innovasiyaların böyük ictimai-pedoqoji proses kimi qəbul edilməsidir. Yaxşı haldır ki, bu yenilliklərin uğur qazanmasına böyük inam var. Bu inam gələcək uğurlar üçün ən böyük stimuldur.
Rayonumuzda təhsilə yüksək dövlət qayğısı göstərilir. Son illərdə rayonda ümumi şagird yeri 1180 nəfər olan 11 yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Hesabat dövründə Yenikənd ümumi orta məktəbi üçün modul tipli yeni məktəb binası quraşdırılmışdır.
Rayon ümumtəhsil məktəblərinin İKT avadanlıqları ilə təmin olunması və innovasiyaların tətbiqi sahəsində əsaslı işlər görülmüşdür. Məktəblərdə 1224 ədəd komputer 100-dən artıq proyektor, 40 ədəd elektron lövhə şagirdlərin istifadəsindədir. Rayon üzrə hər 8 nəfər şagirdə bir kompüter düşür. Məktəblərin əksəriyyətinin internetə çıxışı vardır.
Respublika və rayon səviyyəli çoxsaylı tədbirlərdə, bilik yarışlarında və müxtəlif müsabiqələrdə bir qayda olaraq rayonumuzun məktəbliləri qaliblər sırasında yer tutmuşlar.
Bu günlərdə aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Mikayıl Vahabzadənin xatirəsinə həsr olunmuş “Şahin” hərbi-idman oyunlarının rayon mərhələsində Diyallı kənd tam orta məktəbi komandası I yer tutmuş, yarışların zona mərhələsinə vəsiqə qazanmışdır.
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonumuzun 40 nəfər şagirdi 2017- ci ilin martında Gəncə şəhərində, Şəmkir və Göygöl rayonlarında olmuş, həmin bölgələrin tarixi, təbiət abidələri ilə tanış olmuş, biliklərini genişləndirmişlər. Gəncədə keçirilən tur aksiyada iştirak edən rayonların komandaları arasında intellektual bilik yarışında rayonumuz komandaları I və II yerlər tutmuşdur.
Rayonumuzun olimpiya idman kompleksində Respublika Təhsil Nazirliyinin dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş, atletika və basketbol idman növləri üzrə zona yarışları keçirilir. Yarışlarda rayonumuzun məktəbli idmançıları uğurla iştirak edirlər. Rayonumuzun komandası atletika yarışlarında I yeri tutmuşdur.
Rayon Uşaq Gənclər İdman Məktəbinin həndbol komandası 2004-ci ildə anadan olmuş və daha kiçik yaşlı oğlanlardan ibarət komandalar arasında “Təhsil” Respublika İdman Mərkəzinin açıq birinciliyində qaliblər sırasında I yer tutmuşdur.
Rayonda təhsil sahəsində bəzi problemlər də qalmaqdadır. 3 tam orta və 4 ümumi orta məktəbinin binası qəzalı vəziyyətdədir. 4 ibtidai məktəbin və Texniki Yaradıcılıq Mərkəzinin öz binası yoxdur, Çəmənli, Çərmədil, Köhnə Daxar və Kəlfərəc kəndlərində məktəb açılmasına ciddi ehtiyac vardır.
Rayonda uşaqların məktəbə hazırlığı sahəsində də problemlər qalmaqdadır. Rayonda məktəbəqədər yaşlı uşaqların sayı 5000 nəfərdən artıq olduğu halda yalnız 395 nəfər uşaq bağçalarına cəlb edilmişdir. Əksər yaşayış məntəqələrində uşaq bağçası yoxdur.
Qış mövsümündə məktəblərin qızdırılması üçün dizel yanacağı və oduna ayrılan vəsait təlabatı ödəmir. Ayrılan dizel yanacağı ilə istilik sistemlərini fasiləsiz işlətmək mümkün deyildir. Şaxtalı günlərdə fasilələr yarandıqda istilik sistemləri donaraq sıradan çıxır. Imkan olan yerlərdə məktəblərin qazanxanalarına qaz yanacağının verilməsinə ciddi ehtiyac vardır.
Humanitar Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzi regionda tələb olunan sahələr üzrə orta-ixtisas və peşə təhsilli mütəxəssislərin yetişməsində əsaslı rol oynayır. Hazırda burada kollecdə 492 tələbə, Tədris Mərkəzində 241 şagird tələbə təhsil alır. Kollec istifadə olunmayan keçmiş uşaq xəstəxanasının binasında fəaliyyət göstərir və müasir infrastruktura, zəngin tədris bazasına malik binaya ciddi ehtiyacı vardır.
Cari ilin birinci rübündə səhiyyə sahəsində də müəyyən işlər görülmüş, əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı tədbirlər həyata keçirilmişdir. Rayonun tibbi xidmət şəbəkəsi 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasından, 15 çarpayılıq Lahıc qəsəbə və İvanovka kənd xəstəxanalarından, 500 gəlişli RMX-nın poliklinika şöbəsindən, 50 gəlişli uşaq poliklinikasından, 11 həkim və 24 tibb məntəqəsindən, Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Rayonun səhiyyə sektorunda 103 nəfər həkim, 335 nəfər orta tibb işçisi çalışır. Hal-hazırda 33 nəfər həkim vəzifəsi vakantdır. Əhalinin hər on min nəfərinə 12,2 həkim, 38,7 orta tibb işçisi, 22,6 çarpayı düşür.
Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində 28 nəfər xroniki böyrək çatışmazlığı olan xəstə müalicə olunur. 2017-ci ilin birinci rübündə 30 nəfər şəkər xəstəsi qeydiyyata götürülüb. Şəkərli xəstələr dövlət tərfindən özünənəzarət aparatları və şəkərsalıcı dərmanlarla təmin olunur. 2017-ci ilin birinci rübündə 3 nəfər vərəm xəstəsi, 34 nəfər onkoloji xəstə qeydiyyata götürülmüşdür. Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq hepatitli xəstələr RMX-nın Poliklinika şöbəsində qeydiyyata götürülür və hərtərəfli müayinə və müalicə üçün Klinik Tibbi Mərkəzinə göndərilirlər.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən rayonda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir. Mart ayının 31-nə kimi 30039 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 487 nəfəri ambulator, 174 nəfəri stasionar müalicəyə cəlb olunmuşdur. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 42 nəfər vətəndaş Bakı şəhərinə göndərilmişdir.
Tallasemiya ilə mübarizəyə dair 2015-2020-ci illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçirilməsi məqsədilə yeni ailə quran cütlüklərdən qan analizi götürülmüş və Bakı şəhərinə göndərilmişdir. 2017-ci ilin 3 ayı ərzində 2 nəfər ilkin talasemiyalı xəstə qeydiyyata götürülmüşdür.
Son məlumata əsasən rayonda 619 nəfər ilkin onkoloji xəstə, 485 nəfər vərəm xəstəsi və 1319 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bir çox xəstəliklər üzrə əhali pulsuz dərmanlarla təmin olunur.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən kommunal, ticarət, ictimai iaşə, təhsil və uşaq müəssisələrində sanitariya nəzarəti həyata keçirilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Bütün bunlarla yanaşı səhiyyə sahəsində xeyli nöqsan və çatışmamazlıqlar, həlli vacib problemlər də mövcudur. Belə ki, kadr çatışmazlığından Yuxarı Cülyan və Çandahar tibb məntəqələri müvəqqəti fəaliyyət göstərmir. Kəndlərin bir çoxunda səhiyyə müəssisələri yoxdur. Ucqar dağ kəndlərində işləmək arzusunda olanlar tapılmır.
Mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamı ilə 15 regional mədəniyyət və turizm idarəsi yaradılmışdır. Sərəncama uyğun olaraq İsmayıllı mərkəz olmaqla İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi təsis edilmişdir. İdarədə struktur dəyişiklikləri həyata keçirilmiş və hal-hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.
2017-ci ilin 3 ayı ərzində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən bir sıra mədəni-kütləvi tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bakı şəhərində keçirilən respublika əhəmiyyətli sərgi və tədbirlərdə rayonunmuz yüksək səviyyədə təmsil olunmuşdur.
Məktəblilərin qış tətilinin maraqlı keçməsi üçün “Kukla teatrı”nın tamaşaları nümayiş olunmuş, “Gənclər günü” münasibəti ilə ali məktəb tələbələri ilə görüşlər keçirilmişdir.
Dövlət tədbirlərinin, tarixi günlərin, əlamətdar hadisələrin, milli bayramların və digər tədbirlərin təşkili və keçirilməsində Regional İdarə yaxından iştirak edir. Azsaylı xalqların, etnik qrupların milli-mədəni irsi daim diqqətdə saxlanmış, folklor qruplarının çıxışları təşkil edilmişdir.
Son illər rayona gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artmış, 2017-ci ildə bu göstəricinin artım tempi hiss olunmaqdadır.
Rayonun turizm potensialının inkişafı istiqamətində müəyyən işlər görülmüşdür. Görülmüş işlərlə yanaşı mədəni-maarif müəssisələrinin və turizm obyektlərinin fəaliyyətində problemlər və çatışmazlıqlar da mövcuddur. Maddi texniki baza çox zəifdir, ixtisaslı kadrlara ciddi ehtiyacı vardır.
Hörmətli yığıncaq iştirakçıları, iqtisadi inkişafın əsasını təşkil edən ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili, insanların sosial həyatının zənginləşdirilməsi rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olmuşdur. Rayon İcra Hakimiyyətində əhalinin qəbulu, onları narahat edən problemlərin həllinə diqqət daha da artırılmışdır. Hesabat dövründə RİH başçısı aparatında 191 nəfər, yerlərdə keçirilən yaşayış məntəqəsində keçirilən görüş-qəbullarda 1396 nəfər vətəndaş iştirak etmişdir, müxtəlif məsələlərlə əlaqədar 81 nəfər müraciət etmişdir. Müraciətlər diqqətlə araşdırılmış və həlli üçün müvafiq tədbirlər görülmüşdür.
Problemlərin daha çevik öyrənilməsi və tədbir görülməsi məqsədilə rayon İcra hakimiyyətinin 164 nömrəli qaynar xətti fəaliyyət göstərir.
Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfesiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanması istiqamətində əsaslı işlər görülür, cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda tolerantlıq mühiti daha da möhkəmlənir. Azərbaycanda tolerantlıq, multikulturalizm dövlət siyasətinin tərkib hissəsini təşkil edir.
Dövlət-din münasibətləri və müasir dövrün çağırışlarına uyğunlaşdırılması məqsədilə dini icma sədrləri, axund və imamlar, dini ayinlərin icraçıları, həmçinin gənclərlə görüşlər keçirilmiş, radikal dini cərəyanlara mənsublara qarşı mübarizə tədbirləri gücləndirilmişdir.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların düzgün həyat tərzi keçirməsi, zərərli vərdişlərdən uzaq olması, asudə vaxtının səmərəli keçirilməsi və intellekt səviyyəsinin artırılması istiqamətində 21 tədbir keçirilmişdir ki, onlardan 4-ü respublika, 17-si isə rayon miqyasılıdır. İdman sahəsi üzrə isə 11 tədbir keçirilmiş, tədbirlərdə 1063 nəfər gəncin iştirakı təmin edilmişdir.
İsmayıllı RİH başçısı aparatının Əİ və YÖİO ilə iş şöbəsi 2017-cı ilin birinci rübü ərzində fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin tələbləri səviyyəsində qurmuşdur.
2017-ci ilin birinci rübü ərzində şöbənin kurasiyasında olan RİH başçısının 37 İƏD üzrə nümayəndəliklərində əmək və icra intizamının gücləndirilməsi diqqət mərkəzində saxlanılmış və nümayəndəliklərin fəaliyyətinin səmərəliliyinə ciddi nəzarət edilmişdir.
2017-ci ilin yanvar ayının 09-dən 27-dək RİHB-nın 37 İƏD üzrə nümayəndəliyində 2016-cı ilin yekunlarına həsr edilmiş hesabat yığıncaqları təşkil edilərək keçirilmişdir.
Umumilikdə hesabat yığıncaqlarında 3907 nəfər sakin iştirak etmişdir. Onlardan 180 nəfəri çıxış edərək yaşayış məntəqələrində həlli vacib olan 181 problemin həllinə köməklik göstərilməsini xahiş etmişlər. İƏD üzrə nümayəndəliklərin hesabat yığıncaqlarında səsləndirilmiş tənqidi qeyd və təkliflərin həlli ilə əlaqədar şöbə tərəfindən aidiyyəti təşkilatlara məktublar ünvanlanmış və məsələlərin həlli ilə əlaqədar görülmüş işlər barədə təklifi səsləndirən vətəndaşlara və İcra Hakimiyyətinə məlumat verilməsi bildirilmişdir. 2017-ci ilin fevral ayının 03-dən 18-dək isə rayonun 34 bələdiyyələsində 2016-cı ildə bələdiyyələr tərəfindən görülmüş işlər barədə seçicilər qarşısında hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqlarında görülmüş işlər müzakirə edilmiş və növbəti ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Bələdiyyələrin fəaliyyəti seçicilər tərəfindən kafi qiymətləndirimişdir. Yerli idarəetmənin daha vacib sahə olduğunu nəzərə alaraq il ərzində bir sıra konkret tədbirlərin icrası nəzərdə tutulur.
Cari ildə birinci növbədə yerlərdə təsərrüfatbaşına uçot kitablarının tam təlimata uyğun qaydada işlənməsi qarşımızda duran vacib məsələlərdəndir. Düzdür bütün nümayəndəliklər kitabların işlənməsini təmin edib, lakin kitabda qeyd olunanlar reallığı əks etdirmir. Gələcəkdə vətəndaşların siyahıya alınmasında, yerli inkişafın təhlilinin aparılması üçün təsərrüfatların uçotunun düzgün qurulması vacibdir. Nümayəndəliklər köçən və gələn sakinlərin qeydiyyat yerlərinə məktub göndərilməsini təmin etməli, uçotun maksimum səviyyədə dəqiq qurulmasına nail olmalıdırlar. Təsərrüfatların uçotu düzgün qurularsa əhalinin fərdi təsərrüfatlarından əldə etdiyi gəlirlərin səviyyəsini də müqayisəli şəkildə təhlil etmək olar. Nəticələrə əsasən kənd təsərrüfatının rayonlaşdırılması üçün tövsiyyələr də hazırlamağa imkan yaranar.
2016-cı ilin sentyabr ayında hər bir ərazi üzrə nümayəndə və bələdiyyələrin iştirakı ilə bir illik planlar qəbul edilmişdir. 2017-ci ildə yerli özünüidarəetmə qurumları ilk növbədə bu öhdəliklərin yerinə yetirilməsinə diqqəti artırmalıdırlar. Xüsusilə bələdiyyələr bu il vergi yığımında dəyişikli etməli, kommunal infrastruktura sahibliyi öz üzərlərinə götürməlidirlər. Bundan əlavə bələdiyyələrə yerli sahibkarların gücündən istifadə etmək tövsiyə olunmuşdur. Yerlərdən daxil olan məlumatlar təhlil edildikdə görürük ki, sahibkarlar yerli layihələrdə iştirak edirlər. Lakin çox təəssüf ki, əksər hallarda nümayəndələr və bələdiyyələrin iştirakı və məlumatı olmadan. Hamımız bilməliyik ki, əgər hər hansı sahibkar yerdə bu qaydada xeyriyyəçiliklə məşğuldursa bu əhalinin etibarını qazanmağa və ya gələcək etimada hesablanmış işlərdir. Xeyriyyəçilik tədbirləri bilavasitə nümayəndələrin və bələdiyyələrin iştirakı ilə aparılarsa əhalinin daha çox yerli qurumları vasitəsilə dövlətə etimadı artar. Sığorta işinin yaxşılaşdırılmasına çox ciddi ehtiyac vardır. İşğalçı ermənilərin xalqımıza, tarixi torpaqlarmıza qarşı yürütdüyü təxribatlar davam etməkdədir. Son hadisələr bunu bir daha təsdiq edir. Lakin bütün Azərbaycan xalqı kimi, İsmayıllılar da vandal ermənilərə qarşı güclü mübarizə əzmindədir. İsmayıllı gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə və onun rəhbərliyi ilə Böyük Qələbə uğrunda döyüşə hazırdırlar. Hadisələr zamanı şəhid olmuş, qəhrəman eloğlumuz Vahabzadə Mikayıl Yaqub oğlunun anım günü kütləvi mübarizə əzminini bir daha nümayiş etdirdi.
Hörmətli yığıncaq iştirakçıları, qətiyyətlə bildirmək istərdim ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ölkə daxilində və beynəlxalq miqyasda inamla davam etdirən cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinə İsmayıllıda da sədaqət göstərilir, onun Fərman, Sərəncam və tapşırıqları dönmədən həyata keçirilir. 2017-cı ildə qarşımızda daha məsul vəzifələr, Azərbaycanın xoş və uğurlu gələcəyi naminə yerinə yetiriləsi vacib olan çox böyük işlər durur. Əminik ki, xalqla iqtidar arasında olan birlik daha uğurlu nailiyyətlərə nail olmağa imkan yaradacaqdır.
Həmin vəzifələrin uğurla yerinə yetirilməsi üçün Sizə müvəffəqiyyətlər arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.