Şriftin ölçüsü :

Saytın rəngi :

Monolit KFT MMC

İsmayıllı – qədim üzüm becərən və emal edən rayonlardan biridir. 1982-ci ildə İsmayıllı üzümlüklərində  (Hacıhətəmli kəndi) İsmayıllı şərab zavodu tikilmişdir. 2006-cı ildə zavod tamamilə yenidən qurulmuşdur. Yüksək texnologiyalı italyan və fransız avadanlığı quraşdırılmışdır. Şərabların istehsalında Monolit KFT MMC-də ən müasir texnologiya tətbiq edilir.
     Daha çox cənub yamaclarda, 1100 m hündürlükdə yerləşən üzüm bağları Hacıhətəmli kəndində 124 ha., Gideyli kəndində 44 ha., Mollaisaqlı kəndində 102 ha. və Talıstan kəndində 1 ha olmaqla  271 ha sahəni tutur. Üzüm bağlarının becərilməsi mədəniyyəti ekoloji normalara riayət etməklə, kimyəvi maddələrdən (pestisid, herbisid) istifadə etmədən aparılır, yetişmiş üzüm isə ancaq əllə yığılır.
    Üzüm bağlarının coğrafi mövqeyi, iqlimi və torpaq şəraiti üzümdə və hazır məhsulda maksimum bioloji fəal maddələrin (polifenollar, rezvaratorlar və s.) toplanmasına şərait yaradır. Bu maddələr şərablara yüksək antiosidant fəallıq verən ateroskleroz, ürək-damar və onkoloji kimi xəstəliklərin qarşısının alınmasında vacib rol oynayır.
    Monolit KFT MMC – klassik avropa keyfiyyəti standartlarına uyğun qədim yerli və ənənəvi Saperavi (Saperavi), Kaberne Sovinyon (Cabernet Sauvignon), Matrasa (Matrasa) üzüm növlərindən şərab istehsalının nadir Azərbaycan layihəsidir.
    Bu fransız şatosunun (qəsr) nümunəsi əsasında yaradılmış bütöv silsilə şərabçılıq təsərrüfatıdır – üzümün becərilməsindən başlayaraq şüşələrə qablaşdırana qədər. Bu layıhənin tərkib hissəsini, həmçinin, şərab və kənd turizmi infrastrukturunun inkişafı, xüsusilə dequstasiya zalının, yataqxana, restoran, şərab muzeyinin  və s. olması təşkil edir.
    Yüksək keyfiyyətinə və təkrarolunmaz dadına görə Monolit KFT MMC Beynəlxalq  Üzüm və Şərab Təşkilatının himayəsi altında keçirilən nüfuzlu şərab müsabiqələrində bir sıra diplom və medallara layiq görülmüşdür.

  

  

 

Keçidlər