Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə məktəblilər arası rayon birinciliyi keçirilmişdir.

09 dekabr 2015 | 16:00

Bu gün İsmayıllı şəhər Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə məktəblilər arası rayon
birinciliyi keçirilmişdir.Turnirin keçirilməsində məqsəd Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil etmək, gənclərin kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hər tərəfli formalaşdırmaqdır.  Tədbirdə   rayon Gənclər və idman idarəsinin rəisi Taleh Salehov çıxış edərək   Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və Azərbaycan xalqı qarşısındakı böyük xidmətlərindən danışıb qeyd etdi ki, Azərbaycan dövlətinin tarixi və taleyi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olmuşdur. Məhz Heydər Əliyev Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. Çıxışının sonunda bütün iştirakçılara uğurlar arzuladı. Turnirdə 10 komanda iştirak ediridi.Yarışda I yeri şəhər 1 nömrəli,II yeri İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey və III yeri Hacıhətəmli kənd tam
orta məktəbin komandaları qazanmışdır.Qalib komandalara və fərqlənən iştirakşılara rayon gənclər və idman idarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər