Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzun nümayəndələri Gəncədə “İmamzadə” dini-kompleksinin açılışında iştirak etmişlər.

20 fevral 2016 | 16:00

Fevral ayının 17-də ölkə Prezidenti cənab İlham Əliyev qərb bölgəsinə səfər etmiş, Gəncə şəhərində bir sıra obyektlərin, eyni zamanda əsaslı təmir və yenidənqurmadan sonra “İmamzadə” dini kompleksinin açılışını etmişdir.
Açılış mərasimində bütün rayonlardan nümayəndələr, din xadimləri, ziyalılar tədbirin iştirakçısı olmuş, Prezidentlə görüşmüşlər.
Kompleksin açılışında rayonumuzdan RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov, “Cümə” məscidinin imamı Şahzadə Bilalov və Məhəmədiyyə məscidinin icma sədri Qaya Xalıqov iştirak etmişlər.
Tədbir iştirakçıları dini-komplekslə daha yaxından tanış olmuş, Məhəmməd  Peyğəmbərin nəslindən olan beşinci imam Məhəmməd Baqinin oğlu İbrahimin məzarını ziyarət etmişlər.

Keçidlər