Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda VKC karate idman növü üzrə Respublika çempionatı

14 mart 2016 | 16:00

Rayon İcra Hakimiyyətinin diqqətinin nəticəsi olaraq İsmayıllı Olimpiya İdman Kompleksi  gündəlik fəaliyyətdədir və müxtəlif idman növləri üzrə Respublika yarışları, təlim -məşq toplantıları üçün də bura məkan seçilir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, rayonun aid qurumlarının fəal iştirakı ilə 13 mart 2016-cı il tarixdə VKC karate idman növü üzrə uşaqlar, yeniyetmələr və gənclər  arasında Azərbaycan çempionatının açılışı olub. 36 komandanın  və 160  idmançının iştirak etdiyi çempionata  ev sahibliyini İsmayıllı Olimpiya İdman Kompleksi edib. VKC Katare Idman Federasiyasının sədri Nurəddin Quliyev, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov  rayon icra hakimiyyətinin məsul əməkdaşı Rövşən Yəhyayev açılışda çıxış edərək yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Rayon komandasının  baş məşqçisi  Anar Həsənov gənclərin və yeniyetmələrin fiziki hazırlığına, idmanın inkişafına, sosial həyatın  yaxşılaşmasına göstərdiyi  diqqətə və qayğıya görə rayon icra hakimiyyətinin rəhbərliyinə karateçilər adından  təşəkkürünü çatdırıb.
14 mart 2016-cı il tarixdə çempionat yekunlaşıb. Gərgin  keçən yarışlar nəticəsində komanda birinciliyində İsmayıllı rayonu birinci, Bakı şəhəri ikinci və Gəncə şəhəri üçüncü yeri tutub.İsmayıllı komandasının  10 üzvü müxtəlif  çəki dərəcələrində Respublika çempionu olublar. Birinci yer tutanlar Riqada keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Yarış iştirakçıları  məşqçilərlə birlikdə rayonda davam edən inkişaf istiqamətləri, abadlıq və quruculuq işləri ilə yaxından  tanış olmağı da yaddan çıxarmayıblar.

Keçidlər