Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı komandası “ Xəmsə” Milli intelektual oyunu üzrə zona yarışında birinci oldu.

14 mart 2016 | 16:00

14 mart 2016-cı il tarixdə Şamaxı şəhərində “Xəmsə” milli intellektual oyunları üzrə VII Azərbaycan çempionatı çərçivəsində  Dağlıq Şirvan üzrə  zona mərhələsi keçirilib. 6 rayondan 8 komanda – İsmayıllının və Ucarın 2 komandası, Şamaxı, Kürdəmir, Qobustan, Ağsu rayonlarının hər birindən  1 komandanın  iştirak etdiyi intellekt yarışı gərgin mübarizə şəraitində keçib. Oyunun qaydalarına uyğun olaraq ən yüksək bal toplamış İsmayıllının “Babadağ” komandası I yerə, Ucarın komandası II yerə və Qobustanın komandası III yerə layiq görülüblər. Hər üç yerin qalibləri Respublika final mərhələsində iştirak etmək hüququ əldə edib. Qaliblər Şamaxı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.

Keçidlər