Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandanın qətiyyətli mövqeyinə və Böyük Qələbə uğrunda yürüşə başlamış Ordumuza dəstək mitinqi

06 aprel 2016 | 16:00

İsmayıllı gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə və onun rəhbərliyi ilə Böyük Qələbə uğrunda döyüşə başlamış Azərbaycan ordusuna izdihamlı dəstək mitinqi keçiriblər. Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin qarşısındakı meydana toplaşan gənclər əllərində Dövlət bayraqları, ordunu, şəhidləri, Vətəni vəsf edən plakatlar, çağrışlar tutaraq səfərbəredici çıxışlar dinləyiblər. Gənc müəllim Rəşid Məmmədov, QMƏVŞA İctimai Birliyi rayon filialının sədri Vidadi Zərbiyev, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Şəhla Qafarova, Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Rahid Rəcəbli çıxış edərək bütün Azərbaycan gəncliyi, veteranları ilə birgə Böyük Qələbəyə doğru yürüşə hazır olduqlarını bildiriblər, işğalçını öz çirkin yuvasına qədər qovmaq əzmini nümayiş etdiriblər. Tələbə Gülnar Teymurlu  döyüş, qələbə ruhlu şeir söyləyib.
Mitinqdən sonra gənclər vətənpərvərlik mahnılarını, səfərbərlik və orduya dəstək şüarlarını səsləndirərək, Azərbaycan Himnini oxuyaraq “Şəhidlər xiyabanı”na yürüş ediblər.
Yürüşün sonunda gənclər Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul ediblər. Mitinq-yürüş bir daha göstərdi ki, xalqımız hərb istəmir, lakin hərbə hazırdır.

Keçidlər