Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi idman oyunlarının rayon birinciliyi

07 aprel 2016 | 16:00

              Aprelin 7-də şəhər 3 saylı məkətb-liseyin idman bazasında “Şahin” hərbi idman oyunlarının rayon birinciliyi keçirilmişdir. Əvvəlcə hərbi-idman oyunlarının açılış mərasimi olmuş, yarışan komandalara RİH-nin başçısı adından aparatın məsul işçisi M.Məhərrəmov müvəfəqiyyətlər arzulamış, yetişən gənclərin hərbi biliklərə daha dərindən yiyələnməsi, onların vətənpərvərlik ruhunda tərbiyəsində hərbi idman oyunlarının rolundan danışmışdır. TİAHİ RK-nin sədri H.Kərimov da komandaları təbrik etmiş, hərətərəfli biliyə, fiziki hazırlığa malik gənclərin yetişməsinin vacibliyini vurğulamışdır.
             Hərbi-idman oyunlarında 19 komanda 9 bölmədə yarışmışdır. Diyallı kənd tam orta məktəbinin komandası 1-ci, şəhər 1 saylı tam orta məktəbin komandası 2-ci, Təzəkənd kənd tam orta məktəbinin komandası isə 3-cü yerə sahiblənmişdir.
           Qalib komandalar RTŞ-si həmkarlar təşkilatı tərəfindən  mükafatlandırılmışdır.

Keçidlər