Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon məşğulluq xidmətinin peşə seçimi layihəsi

08 aprel 2016 | 16:00

İsmayıllı rayon məşğulluq mərkəzi ilə  rayon təhsil şöbəsinin birgə layihəsi çərçivəsində şəhər 5 saylı tam orta məktəbdə “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda elmi seminar-treninq keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq  Xidmətinin əməkdaşları Cavid Süleymanov, Xatirə Səfərova, “ATEKA” MMC-nin nümayəndələri Gülnar Xasıyeva və Elnur Tağıyev, IX-XI sinif şagirdləri, peşə yönümü ilə məşğul olan  pedaqoqlar, rayon məşğulluq xidmətinin  əməkdaşları, məktəbin əhatəsində olan valideynlər iştirak ediblər.
Rayon məşğulluq mərkəzinin direktoru Həsən Həsənov seminar-treninqin açılışında qeyd edib ki, Ərazi Məşğulluq Proqramı təkmilləşdirilib. 2016-cı ilin 3 ayı ərzində 363 nəfər işlə təmin edilib.Peşə seçiminə kömək məqsədilə 192 nəfər gənc peşə yönümü məsləhətlərinə cəlb olunub. Bu günkü tədbir də məhz gənclərin müasir iqtisadi şəraitə uyğun peşə yönümünə xidmət edir. Mütəxəssislər peşə yönümü ilə əlaqədar  pedaqoji, psixoloji və sosial mövzulu çıxışlar ediblər. Valideyinlərin və müəllimlərin təklif və məsləhətlərinə də diqqətlə yanaşılıb.
Seminar-treninq iştirakçıları onu da qeyd ediblər ki, rayonda son illər peşə yönümü yaxşılaşmaqla yanaşı çox səmərəli və əhalini razı salan əmək yarmarkaları keçirilib.Yeni açılan çoxsaylı iş yerlərinə əsasən gənclər qəbul edilib.

Keçidlər