Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 30-cu ildönümü qeyd edilib

26 aprel 2016 | 16:00

26 aprel 2016-cı il tarixdə Çernobıl faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Qala şadlıq sarayında (nahar süfrəsi ətrafında) baş tutan görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri Mahmud Süleymanov, Sevil Əhmədova, Çernobıl Əlilləri İttifaqı İctimai Birliyi İsmayıllı rayon filialının sədri Məleykə Lətifova, aidiyyəti idarə rəhbərləri, Çernobıl əlilləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Sevil Əhmədova, Məleykə Lətifova, Çingiz Əliyev, Rasim Orucov, Aydın Əsədov Çernobıl faciəsi barədə və Çernobıl əlillərinə göstərilən dövlət qayğısından danışıblar.  İştirakçılar faciə zamanı və fəsadların aradan qaldırılması zamanı sağlamlıqlarını itirmiş insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Keçidlər