Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşlarını uşaqlar əvəz etdi

01 iyun 2016 | 16:00

01 iyun 2016-cı il tarixdə “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə İsmayıllı rayon Gənclər və İdman  idarəsinin əməkdaşlarının əvəzinə azyaşlı uşaqlar iş başında oldular. İsmayıllı rayon Gənclər və İdman idarəsində həmişəki kimi iş başladı. “Rəis” işçilərlə iclas keçirib müvafiq tapşırıqlarını verdi. Sonra hər kəs öz iş yerinə döndü və böyük ruh yüksəkliyi ilə işləməyə başladı.  Uşaqlar məsuliyyətli vəzifələrini layiqincə icra etdikdən sonra Gənclər və İdman idarəsinin təşkil etdiyi çay süfrəsinə dəvət olundular. Rayon Gİİ-nin rəisi Taleh Salehov uşaqların başa düşəcəyi səviyyədə işin mahiyyəti barədə onlara məlumat verdi.

Keçidlər