Şriftin ölçüsü :

Saytın rəngi :

2015-2016-cı tədris ilində təhsildə, idmanda və müxtəlif müsabiqələrdə fərqlənən şagirdlərin mükafatlandırılması.

10 iyun 2016 | 16:00

İsmayıllının keyfiyyətli təhsil ənənələrini uğurla davam etdirən Rayon İcra Hakimiyyəti Rayon Təhsil şöbəsi ilə birgə dövlət təhsil, gənclər və idman siyasətinin həyata keçirilməsində əldə olunan naliyyətləri mütamadi təqdir edir, qalibləri növbəti qələbələrə səfərbər edən tədbirlər həyata keçirir.
     “Gənclər Mərkəzi”ndə10 iyun  2016-cı il tarixdə keçirilən toplantıda bütün il boyu elmi, fiziki, bilik və yaradıcılıq istiqamətlərində güclü potensialını nümayiş etdirmiş məktəblilərə və gənclərə layiq olduqları mükafatlar təqdim edilmişdir.
İlk olaraq uşaqlar müxtəlif şeirlər və səhnəciklər təqdim ediblər. Bədii hissə dövlət bayrağının meydana gətirilməsi ilə yekunlaşıb. Rəsmi hissədə isə nailiyyətləri olan şagirdlərin mükafatlandırılması keçirilib.
     Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova çıxış edərək ,  Azərbaycan təhsilinin, bütövlükdə ölkənin inkişafında müəllimlərin, şagirdlərin, gənclərin üzərinə düşən vəzifələri qeyd edib.
      Rayon Təhsil şöbəsi müdri  Rasim Orucov tədris ili müddətində qazanılan nailiyyətlərdən, rayon mədəniyyət və turizm şöbəsi, rayon gənclər və idman idarəsi ilə birgə keçirdikləri yarışların, müsabiqələrin  yüksək nəticə verməsindən, innovativ təhsildə qazanılan uğurlardan danışmışdır.
      Müxtəlif nominasiya və yarışlarda qalib gələn şagirdlərə və komandalara təşəkkürnamə və mükafatları RİH  başçısının müavini Sevil Əhmədova təqdim etmişdir.
      Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin keçirdiyi “Şahin” hərbi idman oyunlarında Respublika üzrə IV yeri tutmuş  Diyalı kənd tam orta məktəbin  komandasına, 13 yaşlı futbolçu  qızlar arasında keçirilmiş Respublika birinciliyində çempion adını qazanmış Hacıhətəmli kənd tam orta məktəbinin komandasına, fənn olimpiadalarının, şahmat yarışının, rəsm və inşa müsabiqələrinin, informatika və onlayn olimpiadalarının, gənc xilasedicilər və  yanğınsöndürənlərin yarışının, digər bilik yarışlarının və intelektual oyunların respublika miqyaslı qaliblərinə mükafatlar, hədiyyələr və diplomlar təqdim olunub.

Keçidlər