Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib

12 iyul 2016 | 16:00

İyulun 12-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq keçirilən qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən rayona ezam olunan xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müayinə olunduqdan sonra qanvermə aksiyasına qoşulmağa icazə verilib. Gün ərzində çoxsaylı  rayon sakini könüllü olaraq qan verib.

Keçidlər