Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 47-ci ili İsmayıllıda bayram edilib

14 iyul 2016 | 16:00

Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı əlamətdar günlər, hadisələr, bayramlar Azərbaycan tarixinin şanlı səhifələridir, milli-mənəvi-sosial dəyərlərimiz-sərvətimizdir. 14 iyul isə bu günlər arasında xüsusilə seçilən, daha böyük əhəmiyyət kəsb edən, milli yüksəlişimiz və ədalətin zəfər çalması baxımından çox çox dəyərlidir.
Ulu öndər 1969-cu il iyul ayının 14-də Azərbaycan Respublikasının idarə olunması məsuliyyətini öz üzərinə götürmüşdü. Bu tarixi hadisənin 47-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinin ərazisində təntənəli tədbir keçirilib.
İsmayilli rayon Təhsil şöbəsi metodiki kabinetinin direktoru Hümbət Əsədov “Azərbaycan tarixinin Heydər Əliyev epoxası” mövzusunda məruzə edib. Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov  çıxışında ümummilli lider Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişinin xalqa gətirdiyi ümumittifaq nüfuzdan, kənd təsərrüfatı, sənaye, mədəniyyət, təhsil və səhiyyədəki inkişafdan, bütün sahələrdə haqqın-ədalətin bərpa olunmasından, ali təhsilin, elmin dövlət səviyyəsində yeniləşməsindən və ən əsası ölkənin idarə olunması üçün ailəsində yetişdirdiyi ən kamil lideri-Prezident İlham Əliyevi Azərbaycan dünyasına bəxş etməsindən ətraflı danışıb. Başqa çıxışlar dinlənilib.
Tədbir mövzuya uyğun konsertlə davam etdirilib.
Folklor qrupları çıxış edib, bütün xalq sənəti üzrə sərgilər təşkil olunub. Gənc rəssamlar bayram şənliyində öz bacarıqlarını göstəriblər.
“Mən Azərbaycan haqqında nə bilirəm?” Beynəlxalq esse yazı müsabiqəsinin qalibi olan Argentina, Banqladeş, Braziliya, Butan, Çexiya, Fransa, Hindistan, Litva, Mesksika, Monteneqro, Rumuniya və Serbiya gəncləri də  tədbirdə iştirak ediblər.

Keçidlər