Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşıl turizmə həsr olunmuş tədbir keçirilib

14 iyul 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cü il üçün elan etdiyi müsabiqədə qalib gəlmiş “Kənd yaşıl turizmin inkişafına dəstək” İctimai Birliyi  “Kiçik sahibkarlığın inkişafı məqsədi ilə kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik  vəsaitin çapı” layihəsinin icrası ilə bağlı İsmayıllı rayonunda təlim keçirilib. Təlim 12-13 iyul tarixlərində İsmayıllı rayonunun “Çiraqban” istirahət mərkəzində baş tutub.
Təlimin məqəsdi - evlərində turistləri qəbul edib yerləşdirən kənd sakinlərinə turist-ekskursiya xidmətlərinin göstərilməsi işinin daha keyfiyyəti yollarını izah etmək, turistlərin cəlb olunması inmkanlarını açıqlamaqdan ibarət olmuşdur.
Təlim zamanı bu turizm növünün rayon iqtisadiyyatına təsiri, İsmayıllı rayonunun tanınmasında və ümumiyyətlə ölkə miqyasında rolu açıqlandı.

Keçidlər