Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyaya növbəti səfəri baş tutacaqdır.

28 iyul 2016 | 16:00

Rayonumuzun dünyanın bir sıra ölkələri ilə elm və təhsil sahələrində əməkdaşlığı möhkəmlənib, müəllim və tələbələrin təhsil mübadiləsi, beynəlxalq layihələrdə, konfranslarda, vebnarlarda, onlayn kurslarda iştirakı geniş vüsət alıb.
2013-cü il noyabrın 22-də  Azərbaycanın İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq mübadiləsi haqqında saziş imzalanmış,  dostluq əlaqələri getdikcə möhkəmlənmişdir.  Qarşılıqlı səfərlər, təcrübə mübadilələri, yapon və Azərbaycan dili öyrənmə kursları təşkil edilmişdir. Yaponiyalı şagirdlər İsmayıllıda, ismayıllılar isə Yaponiyanın İto şəhərində dostluq səfələrində olmuşlar. “İto yay festivalı”nda iştirak etmək məqsədilə  İsmayıllı rayon təhsil şöbəsi tərəfindən iki şagird və bir qrup rəhbərinin cari ilin 31 iyul – 12 avqust tarixləri arasında 12 gün ərzində Yaponiyaya növbəti səfəri baş tutacaqdır. Bununla əlaqədar Rayon İcra Hakimiyyətində şagirdlərin yola salınması üçün görüş keçirilib. Rayon  İcra Hakimiyyəti  başçısının müavini Sevil Əhmədova və Təhsil Şöbəsinin müdiri Rasim Orucov şagirdlərə uğurlar arzulayıblar, müstəqil Azərbaycan dövlətini rayonumuzu  yüksək səviyyədə təmsil etməyi onlara tövsiyə ediblər.

Keçidlər