Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya gəncləri İsmayıllıda -Lahıcda

16 avqust 2016 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı  ilə Azərbaycan və Koreya gənclərinin əməkdaşlıq mübadiləsi çərçivəsində Koreya Respublikasının 11 nəfərdən ibarət nümayəndə heyəti 10-20 avqust 2016-cı il tarixlərində ölkəmizdə səfərdədir.
        Səfər çərçivəsində 16 avqust 2016-cı il tarixdə qonaqlar Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynovla İsmayıllıya gəlib və Lahıc qəsəbəsinə  gediblər. Qonaqlar Lahıcın timsalında milli mətbəximiz, xalq sənətkarlığımız, etnoqrafiyamız, milli memarlığımız və şəhərsalma mədəniyyətimizlə tanış olublar.
        Lahıcla tanışlıq səfərində rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov qonaqları müşaiyət edib.

Keçidlər