Şriftin ölçüsü :

Saytın rəngi :

Nazir “Sənətkarlıq bazarı” ilə tanış oldu

19 avqust 2016 | 16:00

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdə turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını, turizm infrastruktunun genişlənməsini, İsmayıllı rayonuna gələn əcnəbi qonaqların və əhalinin asudə vaxtının səmərəli təşkilini, milli dəyərlərimizin, xalq sənətkarlığının yaşadılmasını, öyrənilməsini, folklor nümunələrinin təbliğ olunmasını nəzərə alaraq İsmayıllı rayon İcra Hakimiyyəti ilə birgə “Sənətkarlıq  bazarı” yaratmışdır. . “Sənətkarlıq bazarı”nda hər gün sənətkarların əl işlərinin sərgisi, musiqi proqramları, folklor qruplarının çıxışları həyata keçirilir. “Sənətkarlıq bazarı” əsasən yerli əhaliyə və rayona gələn yerli və xarici turistlərə xidmət edir.
18 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev İsmayıllı rayonunda olmuş və “Sənətkarlıq bazarı”nda sərgilərlə və özfəaliyyət kollektivləri  ilə tanış olmuşdur.

Keçidlər