Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Qurban bayramı İsmayıllıda yüksək səviyyədə qeyd edilir

12 sentyabr 2016 | 16:00

Bu gün Azərbaycanda, eyni zamanda İsmayıllıda müqəddəs Qurban bayramı  dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir. Rayon möminləri tərəfindən dini ayinlər icra olunur, dövlətimizin firəvanlığı, tərəqqisi, vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçün dualar edilir, bayram namazı qılınır. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Qurbanlıqların "Yaşıl Market"  ticarət kompleksində yaradılmış kəsim sexində mərkəzləşdirilmiş qaydada kəsilərək Qarabağ əlillərinə, şəhid ailələrinə, Çernobıl əlillərinə eləcədə birinci qrup əlillərə və kimsəsiz tənhalara çatdırlması rayon rəhbərliyi tərəfindən təşkil olunmuşdur.

 

Keçidlər