Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdoçu qızlarımız Respublika birinciliyindən medallarla qayıdıblar.

14 oktyabr 2016 | 16:00

12-13 oktyabr 2016-cı il tarixlərdə “Sərhədçi” Olimpiya İdman Mərkəzində 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçirilmişdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və  Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan U23 yarışlarında respublikamızın müxtəlif bölgələrindən  300-ə yaxın cüdoçu  mübarizə aparmışdır.
Rayonumuzu layiqincə təmsil edən cüdoçu qızlarımız uğurlu nəticələr göstərmişlər. Belə ki, 78 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələn Həsənli Günel qızıl medalla, 52 kq çəki dərəcəsində Mehdiyeva Zəhra, 57 kq çəki dərəcəsində Məmmədova Şəfiqə  bürünc medalla, diplomlarla təltif edilmişlər.  
Yarışın keçirilməsinin əsas məqsədi  milli komandamız üçün gənc və perspektivli  cüdoçuları müəyyənləşdirməkdən ibarət olmuşdur.

Keçidlər