Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının “Günəşli” ərazisindəki parkta ağac əkini

31 oktyabr 2016 | 16:00

31 oktyabr 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və rayon Peşə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı şəhərinin Günəşli ərazisində yeni salınmış parkda məhəllə ağsaqqallarının iştirakı ilə ağacəkməkampaniyası keçirildi.
Təbiətə olan qayğı və diqqət hər bir sakinin ürəyincədir. Hər kəs yaxşı bilir ki, ağaclar təbiətin ağ ciyərləridir. Ağaclar qırıldıqca bizi əhatə edən oksigen tükənir. Hər əkilən yeni ağac isə bir insanın təmiz hava ilə nəfəs almasına xidmət edir. Ağsaqqalların da bu kampaniyada iştirak etməsi gənclərə çox gözəl nümunədir. Onların təbiətə sevgisini daha da artırır.
Gənclər və idman idarəsi həmin parkı hamiliyə götürüb. Ağac əkini və onlara qulluğu davam etdirəcək.

Keçidlər