Şriftin ölçüsü :

Saytın rəngi :

“Bayrağ günü”nə həsr olunmuş futbol yarışı

03 noyabr 2016 | 16:00

Olimpiya İdman Kompleksində Gənclər və İdman idarəsi Olimpiya İdman Kompleksi ilə birgə “9 Noyabr-Bayraq günü” münasibətilə mini futbol üzrə rayon birinciliyi keçirdi. Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq idmaçılara bayrağımızı daim zirvələrdə dalğalandırmağı arzuladı, onları “Bayraq günü” münasibətilə təbrik etdi. Olimpiya İdman Kompleksinin direktor müavini Anar Həsənov ölkə rəhbərinin idmana olan qyğısından, idmançılarmızın çoxsaylı qələbələrindən geniş bəhs edərək idmançılara uğurlar arzuladı.Rayonun 10 mini futbol komandalar arasında gedən gərgin mübarizədə “Tikinti-27” 1-ci yerə, Babadağ-2 2-ci yerə və Kompleksin komandası 3-cü yerə layiq görüldülər. Qalib gələn komandalara Gənclər və İdman İdarəsinin diplomları verildi.

Keçidlər