Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyədən gələn qonaqlar mərkəzi kitabxanada olublar

23 noyabr 2016 | 16:00

Türkiyə Cümhuriyyətinin Uşak şəhər mərkəz Hasibə və Mazhar Gürbüz İlkokulu arasında imzalanmış “Toxumlardan gələn qardaşlıq və məktəblərin təcrübə paylaşımı” Qardaşlaşmış məktəblər protokoluna əsasən noyabr ayının 21-dən 26-dək Türkiyə Cumhuriyyətindən 5 nəfərlik müəllimdən ibarət heyət rayonumuza səfər edib. Proqram çərçivəsində qonaqlar  İ.Həsənov adına şəhər 1 saylı tam orta məktəbində təcrübə mübadiləsi məqsədi ilə dərslərdə və həmçinin İsmayilli rayon Mərkəzləşmiş kitabxana  sistemində olublar. Qonaqlar kitabxanada olan Türk yazarların kitabları ilə və digər sərgilərlə maraqlanıblar. Görüşdə  kitabxananın xidmət işçisi Türanə Əzizova açaraq gələn qonaqları salamlayıb və onların gəlişindən məmunluq duyduğunu bildirib. Sonra kitabxana sisteminin direktoru Ələddin Ələkbərov kitabxanada olan tədbirlərdən, gələcəkdə görüləcək işlərdən danışıb.

Keçidlər