Şriftin ölçüsü :

Saytın rəngi :

Qol güləşçilərindən yeni uğurlar

20 dekabr 2016 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq 17-18 dekabr 2016-cı il tarixlərdə Bakı şəhərində Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilmişdir.
İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən həmin yarışa ezam olunan Qol güləşi üzrə məşqçi-müəllim Vüsal Qəzənfərovun yetirmələri kubok yarışlarında yüksək nəticələr göstərmişlər.
İdmançılarımız - Seyidzadə Ramil 55 kq çəki dərəcəsində sağ qol üzrə III yerə, sol qol üzrə II yerə, İsmayılov Elşən 110 kq çəki dərəcəsində sol və sağ qol üzrə III yerə layiq görülmüşdür, Şahlarlı Toğrul 65 kq çəki dərəcəsində sol qol üzrə II, sağ qol üzrə isə I yeri əldə edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdir. Qaliblərimizi təbrik edirik.

Keçidlər