Şriftin ölçüsü :

Saytın rəngi :

“İslamda şəhidlik zirvəsi - 20 Yanvar şəhidləri” mövzusunda tədbir keçirilib.

19 yanvar 2017 | 16:00

Yanvarın 19-da  İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslamda şəhidlik zirvəsi - 20 Yanvar şəhidləri” mövzusunda tədbir keçirilib.
          Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, QMI-nin səlahiyyətli nümayədəsi  Şahzadə Bilalov, dini icma sədrləri və gənclər iştirak ediblər. İlk öncə şəhidlərin  əziz  xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.
          Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev 20 yanvar faciəsinin xalqımızın yaddaşında əbədi iz qoyduğunu xatırladaraq bildirib ki, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
           Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov çıxış edərək xalqımızın başına açılan müsibətlərin, yaşanan faciələrin gələcəyimiz olan gənclərə çatdırılması baxımından bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını, 20 yanvar faciəsinin qürur tariximiz olduğunu diqqətə çatdırıb.
            Daha sonra çıxış edən QMI-nin səlahiyyətli nümayədəsi Şahzadə Bilalov İslamda şəhidlik məqamı, vətən sevgisi haqqında danışıb.
           Sonda vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub

Keçidlər