Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı İdman Olimpiya Kompleksi ilin Olimpiya Kompleksidir.

30 yanvar 2017 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi, Azərbaycan idman jurnalistləri Assosiasiyası və “Sportsman” jurnalı 2016 –cı ilin yekunlarına görə İsmayıllı Rayon Olimpiya  İdman Kompleksini “İlin Olimpiya Kompleksi” elan edib, “Zəfər” Beynəlxalq idman mükafatına layiq görüb.
       27 yanvar 2017-ci il tarixində təqdim olunan Fəxri fərmanı nazir Azad Rəhimov,  Assosiasiyanın prezidenti Eldar İsmayılov və jurnalın baş redaktoru Rəşad Qəmərşahoğlu imzalayıblar.
      53 Olimpiya  İdman Kompleksi sırasında birinci yer tutan İsmayıllı Olimpiya  İdman Kompleksinin bütün əməkdaşlarını ürəkdən təbrik edirik.

Keçidlər