Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilmiş rəsm müsabiqəsi

21 fevral 2017 | 16:00

İsmayıllı Rayon Təhsil şöbəs RGİİ-nin birgə  təşkilatçılığı ilə 21 fevral 2017-ci il tarixdə Uşaq kitabxanasında 26 fevral-Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilmiş rəsm müsabiqəsi keçirib. Müsabiqə Xocalı soyqırımıda həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başladı. Rəsm müsabiqəsində rayonumuzun 30 həvəskar rəssamı iştirak etmişdir. Müsabiqənin nəticələrini münsiflər heyəti əl işlərinə baxışdan sonra müəyyən edilib. Tədbirdə RİH, RTŞ və RGİİ-nin məsul işçiləri iştirak edib.  Münsiflərin yekun qərarına görə Nağıyeva Nazənin Aqil qızı, Abbasova Mələkxanım Füzuli qızı I yer,  Əsədova Afina Elxan qızı,  Atayev Fərman Fuad oğlu II yer, Hüseynova Şəhla Müslüm qızı, İsayev Səid Samur oğlu, Məmmədova Səbinə Çərkəz qızı isə III yerlərə layiq görülmüşlər.

Keçidlər