Şriftin ölçüsü :

Saytın rəngi :

“Coca-Cola məktəbli kuboku”

28 fevral 2017 | 16:00

Ölkəmizdə uşaq futbolunun inkişaf etdirilməsi, futbolun kütləviliyinin təmin olunması məqsədi ilə “Coca-Cola” şirkətinin sponsorluğu, Təhsil Nazirliyinin və AFFA-nın təşkilatçılığı ilə İsmayıllı rayon ümumtəhsil məktbələrinin 7-ci sinifləri arasında “Coca-Cola məktəbli kuboku” layihəsinin  2016-2017-ci il mövsümünə start verilmişdir. Yarışda iştirak etmək istəyən ümumtəhsil məktəblərinin 30 komandasının sənədləri AFFA-ya təqdim olunmuşdur.
Oyunlar şəhər 1 saylı tam orta məktəbin futbol meydançasında keçirilib. Gərgin mübarizə şəraitində keçən oyunlar AFFA-nın hakimləri tərəfindən idarə edilib
Keçirilən oyunların nəticəsində Qurbanəfəndi və Mollaisaqlı kənd tam orta məktəblərin komandaları final mərhələsinə vəsiqə qazanıblar. Final oyununun keçirilmə tarixi və yeri haqqında məlumat veriləcəkdir.

Keçidlər