Şriftin ölçüsü :

Saytın rəngi :

İlaxır Torpaq çərşənbəsi məktəblərdədə qeyd olundu.

15 mart 2017 | 16:00

İsmayıllı rayonun bütün idarə və təşkilatlarında, həmçinin ümumtəhsil  məktəblərində baharın müjdəçisi olan ilaxır Torpaq çərşənbəsi geniş şəkildə qeyd olunub. Pedaqoji kollektivlərin, şagirdlərin hazırladıqları bayram tədbirləri dolğun məzmunu, rəngarəngliyi ilə fərqlənib, xalqımızın milli adət- ənənəsini özündə əks etdirib.
14 mart 2017-ci il tarixdə İ.Həsənov adına 1 saylı tam orta məktəbdə, N. Behdiyev adına 6 saylı tam orta məktəbdə və Eldar Məmmədov adına İsmayıllı şəhər 3 saylı məktəb-liseyində keçirilən Torpaq  çərşənbəsi şənlikləri tədbirdə  toplaşanların sevincinə səbəb olub. Gur tonqal, yazın gəlişinə həsr olunmuş şeir və mahnılar, şirniyyat və şamlarla bəzədilmiş xonçalar bayram tədbirini yaddaqalan edib. İdman yarışları, xalq deyimləri, yumurta döyüşü, Keçəl və Kosa personajlarının çıxışları tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Bayram tədbirində müsabiqə də keçirilib. Ən yaxşı bayram xonçasının sahibi qalib hesab edilib.
Bayram şənliyi böyük coşqu, xoş əhval –ruhiyyə ilə sona çatıb. Məktəblilər milli adət-ənənlərimizlə daha yaxından tanış olublar.
Həmçinin Rayon Mədəniyyət Mərkəzi qarşısında keçirilən ümumrayon tədbiri öz məzmun və dolğunluğu ilə fərqlənib.

Keçidlər