Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarımız səfərdən iki kubokla dönüblər

27 mart 2017 | 16:00

İsmayıllı rayon məktəblərinin 40 nəfər IX-X-XI sinif şagirdinin, onlarla birgə 5 nəfər bələdçi müəllimin “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində  Respublikamızın Gəncə, Şəmkir və Göygöl bölgəsinə 23 mart 2017-ci il tarixdə başlanan  səfəri başa çatıb.
26 mart 2017-ci il tarixdə səfərdən qayıdan  tur-aksiya iştirakçılarını Heydər Əliyev adına Mərkəzi Meydanda  Rayon İcra Hakimiyyətinin məsul işçiləri o cümlədən  təhsil işçiləri,ictimaiyyət nümayəndələri və  valideynlərin iştirakı ilə qarşılanıblar.
“Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olmuş şagirdlərimiz iki kubokla geri dönüblər. Komandanın kapitanı İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbinin XI sinif şagirdi Aqşin Nəzərli qeyd edib ki, yarış gərgin keçməyinə baxmayaraq  bir komanda olaraq qalib gəlməyi başardıq.
Arzu Mitəlova bildiribki, bu cür aksiyalar cənab  Prezident İlham Əliyevin gənc nəslə göstərdiyi diqqət və qayğının nəticəsidir. O, yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Məktəblilər qeyd ediblər ki, Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya şagirdlərin vətənimizi daha yaxından tanımaları üçün gözəl imkandır.

Keçidlər