Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev idarəetmə məktəbi” Cülyan kəndində növbəti məşğələsini keçirib.

03 may 2017 | 16:00

   03 may 2017-ci il tarixdə “Heydər Əliyev idarəetmə məktəbi”nin növbəti məşğələsi üçün Cülyan kənd tam orta məktəbi məkan seçilmişdi. Talıstan və Xanagah inzibati ərazi dairələrinin nümayəndələri Cülyan kəndinin ictimai fəalları ilə birgə tədbirdə iştirak ediblər.
    Məşğələni giriş nitqi ilə RİH başçısının müavini , YAP rayon təşkilatının sədr əvəzi Sevil Əhmədova açıb, RİH-nin ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar həyata keçirdiyi məzmun və formaca zəngin olan tədbirlərdən danışıb. Qeyd edib ki, “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələləri vasitəsilə siyasi və ideoloji işin səmərəliliyi artırılır. Bu məşğələlər hər bir yaşayış məntəqəsini, hər bir təşkilatı əhatə edir.
     Heydər Əliyevin həyat və fəaliyyəti barədə dövlət qulluğu veteranı Valeh Salehov məruzə edib.
     Rayon təhsil şöbəsinin müdiri Rasim Orucov, Talıstandan Aydın Əzizov, Cülyandan İxtiyar Şabanov və Xanagahdan Tükəzban Balalıyeva ulu öndərin fəaliyyətinin müxtəlif istiqamətlərinə həsr olunmuş çıxış ediblər.
     Mədəniyyət işçilərinin və məktəbin hazırladığı bədii proqram nümayiş etdirilib.

Keçidlər