Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin xatirəsinə həsr olunmuş idman tədbiri

05 may 2017 | 16:00

05 may 2017-ci il tarixdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında İsmayıllı rayon Gənclər və İdman İdarəsinin Azərbaycan Qol Güləşi Federasiyasının İsmayıllı nümayəndəliyi ilə birgə təşkil etdiyi yeniyetmə və gənclər  arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş qol güləşi üzrə rayon birinciliyi keçirildi.
    Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov  açaraq iştirakçıları salamladı və onlara uğurlar arzuladı. Ulu Öndər haqqında geniş məlumat verdi, İdmana göstərdiyi dövlət qayğısını idmançıların diqqətinə çatdırdı.
    Azərbaycan Qol Güləşi Federasiyasının İsmayıllı rayonu  üzrə nümayəndəsi Vüsal Qəzənfərov da öz növbəsində iştirakçıları salamladı. İsmayıllı idmançılarının gündən-günə artan uğurlarının başlıca olaraq ölkə rəhbərliyinin düzgün siyasətinin nəticəsi olduğunu vurğuladı.
    Gərgin mübarizə şəraitində keçən yarışda müxtəlif çəki dərəcəsində qalib gələn idmançılar rayon gənclər və idman idarəsinin diplomları ilə təltif edildi.

Keçidlər