Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı futbolçularının növbəti uğuru

08 may 2017 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2017-ci il vahid idman təqvim planına əsasən,07-12 may 2017-ci il tarixlərdə 12-13 yaşlı futbolçular arasında “Sevinc” kuboku uğrunda  ölkə çempionatının zona mərhələsi keçirilib.
08 may 2017-ci il tarixdə Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışlarda İsmayıllı komandası Abşeron və Sumqayıt komandaları ilə eyni qrupda yer almasına baxmayaraq, Sumqayıtı 4:3, Abşeronu 5:1 hesabı ilə məğlub edib.  Komandamız zona yarışlarında I yeri qazanmaqla final yarışlarına vəsiqəni təmin edib.

Keçidlər